23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada hava nəqliyyatının inkişafı istiqamətində görülən işlər bu ilin aprel ayında da davam etdirilmiş, xidmətin səviyyəsi yüksəldilmişdir. Ay ərzində yerli hava xətti ilə 17 min 854 sərnişin, 274 min 502 kiloqram baqaj, 57 min 869 kiloqram yük və 2 min 490 kiloqram poçt daşınmışdır. Beynəlxalq hava xətləri üzrə isə Naxçıvan-Moskva reysi ilə 256 sərnişin, 4 min 389 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 400 sərnişin və 3 min 646 kiloqram baqaj daşınmışdır.
Aerovağzal binasında yenidənqurma işləri ötən ay da davam etdirilmiş, teleskopik traplara, nəzarət müşahidə kameralarına, X-Ray avadanlıqları və kompüterlərə texniki baxış keçirilmiş, nasazlıqlar vaxtında aradan qaldırılmışdır. Həmçinin aerodrom ərazisində cari təmir işləri görülmüş, elektrik, işıqlandırma, rabitə, istilik və havalandırma sistemlərinə texniki qulluq göstərilmiş, uçuş-enmə zolağı, dönmə yolları və dayanacaqlar mütəmadi yoxlanılmış, hava gəmilərinə texniki baxış keçirilmiş, uçuşların vaxtında və təhlükəsiz təşkili təmin edilmişdir. Bundan başqa, istismarda olan bütün növ xidməti avtomobillər yay mövsümünə hazırlanmış, onların işlək vəziyyətdə olması diqqətdə saxlanılmışdır.
Hava limanı əməkdaşlarının peşə baca­rığını artırmaq məqsədilə keçirilən təlimlər ötən ay da davam etdirilmişdir.

Naxçıvan Beynəlxalq Hava
Limanının mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR