23 Dekabr 2024, Bazar ertəsi

Son illərdə muxtar respublikamızda zabit ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.
Bu istiqamətdə həyata keçirilən tədbirlər dövlətimizin hərbi qulluqçulara qayğısı kimi dəyərləndirilir. Növbəti belə qayğını isə Naxçıvan şəhərinin Babək məhəlləsində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabitləri üçün tikilmiş yeni yataqxana binasının nümunəsində görmək mümkündür.
“Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən 2014-cü ilin iyul ayında tikintisinə başlanılan yataqxana binasında işlər yekunlaşdırılıb. Bina zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarətdir. İkigirişli, 48 mənzilli yataqxana binasının zirzəmi hissəsində bərbər, anbar, camaşırxana və mağazanın fəaliyyət göstərməsi nəzərdə tutulub. Digər mərtəbələrdə otaqlarla bərabər, foye, salon, mətbəx yerləşir.
Binanın həyətində isə abadlıq işləri aparılıb, ətrafa asfalt örtük salınıb.
Yeni yataqxana binası Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində xidmət edən zabitlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına öz töhfəsini verəcəkdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR