23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, elektrik stansiyalarının və yarımstansiyaların fasiləsiz işi təmin olunur.
2016-cı ilin aprel ayında elektrik stansiyaları, ümumilikdə, orta hesabla 51,2 meqavat gücündə işləmiş və muxtar respublika ərazisində fasiləsiz elektrik enerjisi dövriyyəsi təmin edilmişdir.
Həyata keçirilən qabaqlayıcı və cari təmir işləri nəticəsində ay ərzində elektrik enerjisi təchizatında heç bir çətinlik olmamışdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin əməkdaşları tərəfindən elektrik stansiyaları, yüksək və alçaq gərginlikli elektrik verilişi xətləri, transformator yarımstansiyaları mütəmadi texniki baxışdan keçirilmiş, yeni transformator yarımstansiyaları və elektrik verilişi xətləri çəkilmiş, şəhər və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətləri yeraltı kabel xətləri ilə əvəz edilmişdir. Ümumiyyətlə, ötən ay muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində 7 yeni transformator yarım­stansiyası qoyulmuş, 8 transformator təmir edilmiş, 5,5 kilometr uzunluğunda yeni elektrik verilişi xətləri çəkilmiş, 1 kilometr hava elektrik verilişi xətti kabel xətti ilə əvəz edilmişdir. Bu dövrdə Naxçıvan şəhərində 350 smartkarttipli sayğac quraşdırılmışdır. Bundan başqa, elektrik enerjisindən istifadə olunması vəziyyətinin yoxlanılması məqsədilə reydlər davam etdirilmiş, əhali arasında maarifləndirici söhbətlər aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR