23 Dekabr 2024, Bazar ertəsi

Kənd təsərrüfatının mühüm sahələrindən biri olan əkinçilik ərzaq təminatının başlıca mənbəyidir. Bu səbəbdən də muxtar respublikada əkinçiliyin inkişafına xüsusi önəm verilir, məqsədyönlü tədbirlər həyata keçirilir. Həmin tədbirlər sırasında meliorasiya-irriqasiya sistemlərinin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Ona görə də hər il regionda bu istiqamətdə görülən işlərin həcmi artır.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən aldığımız məlumata görə, suvarılan torpaq sahələrinin səmərəli suvarma suyu ilə təmin olunması məqsədilə mənbəyini Arpaçay sol sahil kanalından götürən Şərur rayonunun Xanlıqlar, Ələkli, Vərməziyar kəndlərinə birbaşa suvarma suyunun verilməsi üçün yeni boru xəttinin 3 kilometr məsafəsinin 720 millimetrlik boru ilə çəkilişi başa çatdırılıb.

3 kilometr boru xəttinin sonunda paylayıcı qurğudan 1 kilometr Ələkli istiqamətində, 800 metr Vərməziyar istiqamətində 500 millimetrlik azbest boru xətlərinin çəkilməsi təmin edilib.
Qeyd edək ki, suvarma boru xəttinin tikintisinə 2015-ci ilin dekabr ayında başlanılıb, 2016-cı ilin aprel ayının əvvəlində işlər tamamlanıb.
Həyata keçirilən tədbirlər sırasında sıradan çıxmış boru xətlərinin təmiri də var. Belə xətlər istismar müddətini bitirdiyindən suvarma suyunun lazım olan əkin sahələrinə verilməsində və ərazilərin suvarma suyu ilə təmin olunmasında çətinliklər yaradırdı.
Ona görə də sıradan çıxmış 3 kilometr boru xətti yenisi ilə əvəz olunub və Xanlıqlar kəndi ərazisinin suvarılması üçün 3 ədəd yeni siyirtmə quraşdırılıb. 150 hektar ərazi suvarma suyu ilə təmin edilib. Vərməziyarda 222 hektar, Ələkli kəndində 217 hektar əkin sahəsi suvarma suyu ilə təmin olunub. Su aparan kanalların təmizlənməsi işləri həyata keçirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR