23 Dekabr 2024, Bazar ertəsi

Əmlak və torpaq məsələlərinin həllində müasir metodların tətbiqi və vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi vacib məsələdir. 2016-cı ilin ilk rübü ərzində muxtar respublikada bu amil əsas götürülmüş, 1353 daşınmaz əmlak obyekti qeydiyyata alınmışdır. Komitə tərəfindən hazırlanmış 1375 texniki sənədin parametrləri və digər məlumatlar Milli Qeydiyyat Sisteminə daxil edilmiş, 1002 texniki sənəd hazırlanmışdır.
Səyyari xidmət vətəndaşların rahatlığına və xidmətin daha operativ təşkilinə şərait yaradır. Qeyd olunan dövrdə 24 yaşayış məntəqəsində 308 vətəndaşa səyyari qaydada xidmət göstərilmişdir. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın müvafiq bənd­lərinin icrası da təmin edilmiş, Şərur rayonunun dövlət ehtiyat fondu və qış otlaq sahələrində olan əkinəyararlı torpaq sahələri müəyyənləşdirilmiş və həmin ərazilərin xəritələri hazır­lanmışdır. Muxtar respublikada tütünçülüyün inkişaf etdirilməsi məqsədilə Kəngərli rayonunun dövlət ehtiyat fondu torpaqlarında 267 hektar torpaq sahəsi plana alınaraq xəritələşdirilmiş və aidiyyəti orqanlara göndərilmişdir. Həmçinin Babək, Şərur, Ordubad, Culfa və Şahbuz rayonlarının bütün qəsəbə və kəndlərində torpaqların mühafizəsi və təyinatı üzrə istifadə edilməsi sahəsində yoxlamalar davam etdirilmiş, qanunvericiliyə uyğun tədbirlər görülmüşdür.

Komitənin şəhər və rayon idarələrinin rəhbərləri və mütəxəssislərinin iştirakı ilə daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun qiymətləndirilməsi ilə bağlı treninq keçirilmiş, yeni metodların tətbiqi barədə müzakirələr aparılmışdır. Rüb ərzində əmlak­ların real bazar münasibətlərinə uyğun qiymətləndirilməsi ilə əlaqədar 26 müraciətə baxılmışdır. Muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranmış 206 daşınmaz əmlak obyektinə ünvan verilmişdir. Bundan başqa, rüb ərzində hüquqi və fiziki şəxslər tərəfindən daxil olmuş 54 elektron müraciətə baxılmış, 30 sorğu-məktub cavablandırılmışdır. Həmçinin ötən aydan başlayaraq komitə İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulmuş, sənəd mübadiləsinin daha etibarlı və çevik təşkilinə şərait yaradılmışdır.

Naxçıvan Muxtar Respublikasının Daşınmaz
Əmlak və Torpaq Məsələləri üzrə Dövlət
Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR