23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada 2016-cı ilin yanvar-aprel aylarında 654 milyon 513 min 200 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz artaraq 1470,2 manata çatmışdır.

* * *

Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 308 milyon 220 min 900 manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 2,8 faiz üstələmişdir.

 

* * *

İnfrastruktur quruculuğu çərçivəsində cari ilin yanvar-aprel ayları ərzində muxtar respublikada əsas kapitala 276 milyon 142 min 500 manat həcmində investisiya yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 260 milyon 335 min manatı və ya 94,3 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

* * *

2016-cı ilin yanvar-aprel aylarında informasiya və rabitə xidmətlərinin həcmi 16 milyon 31 min manata yaxın olmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 13 milyon 135 min 300 manat olmaqla bir il öncəki göstəricini 1,4 faiz üstələmişdir.

* * *

Cari ilin yanvar-aprel ayları ərzində 35 milyon 420 min manatdan artıq həcmdə kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 4,1 faiz üstələmişdir. Bu dövr ərzində muxtar respublikada diri çəkidə 7,3 min ton ət, 24,3 min ton süd istehsal edilmiş, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,6 faiz, süd istehsalı 1,5 faiz artmışdır.

* * *

Əhali gəlirlərinin artımı davam edir. 2016-cı ilin yanvar-aprel aylarında muxtar respublikada əhalinin gəlirləri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 478 milyon 339 min 800 manat, onun hər bir nəfərə düşən həcmi isə 1,3 faiz yüksələrək 1074,4 manat təşkil etmişdir.

* * *

2016-cı ilin yanvar-mart aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 400,6 manat təşkil etmiş və bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artmışdır.

* * *

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 may 2016-cı il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 56934-ə çatmışdır ki, bunun da 51077-si və ya 89,7 faizi aktiv hesablardır. 2016-cı ilin yanvar-aprel aylarında açılmış 7978 bank hesabının hamısı aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 may 2016-cı il tarixə 1134-ə çatdırılmışdır.

* * *

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə şərait yaratmış, cari ilin yanvar-aprel aylarında muxtar respublikada 108536,5 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi son bir il ərzində 2,1 faiz artaraq 96760,3 min Amerika Birləşmiş Ştatları dolları təşkil etmiş, 85 milyon Amerika Birləşmiş Ştatları dollarına yaxın həcmdə müsbət saldo yaranmışdır.

* * *

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. Qeyd olunan dövrdə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 13765,8 min manat məbləğində kreditlər verilmişdir.

* * *

2016-cı ilin yanvar-aprel aylarında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 1775 min manat olmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.

* * *

Cari ilin yanvar-aprel aylarında muxtar respublikaya 123 min 486 nəfər turist gəlmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 4,1 faiz çoxdur.

* * *

1 aprel 2016-cı il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 4811 nəfər və ya 1,1 faiz artaraq 445495 nəfər təşkil etmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika
Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR