23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi muxtar respublikada əmlak və torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində qəbul edilən qərarların icrasını diqqət mərkəzində saxlayır.

Bu istiqamətdə işlər aprel ayında da davam etdirilmiş, daşınmaz əmla­kın hüquqi ekspertizası və reyestrinin aparılması işləri çərçivəsində 474 daşınmaz əmlak obyekti qeydiyyata alınmışdır. Həmçinin ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yaranmış 92 yeni daşınmaz əmlak obyektinə ünvanlar verilmiş və ünvan xəritələrində qeydiyyatı aparılmışdır. Şərur rayonunun Dəmirçi və Gümüşlü, Ordubad rayonunun Vələver və Parağa, Şahbuz rayonunun Keçili, Babək rayonunun Sirab, Culfa rayonunun Bənəniyar kənd­lərində, Kəngərli rayonunun Qıvraq qəsəbəsində vətəndaşlara səyyar xidmət göstərilmiş, 101 müraciətə baxılmışdır.

“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar dövlət ehtiyat fondu və qış otlaq sahələrində olan əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması məqsədilə Şərur rayon dövlət ehtiyat fondu və qış otlaq sahələrində olan əkinəyararlı torpaq sahələrinin müəyyənləşdirilməsi üçün ərazilərin xəritələrinin hazırlanması işi davam etdirilmişdir. Babək rayonunun Vayxır, Aşağı Buzqov və Gərməçataq bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanmış və torpaqların növləri üzrə uçotu aparılmış, Ordubad rayonunun Gənzə, Gilançay və Xanağa bələdiyyələrinin ərazisində mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron torpaq kadastr xəritələri hazırlanmışdır. Babək rayonunun Xal-xal kəndində isə həyətyanı torpaq sahələrinin plana alınması başa çatdırılmış, əldə olunan materiallar məlumat bazasına daxil edilmişdir.
Göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılmış, komitənin elektron xidmətləri siyahısına əlavə olunmuş 8 yeni elektron xidmətin inzibati reqlamentləri təsdiq edilmiş və komitənin internet saytında yerləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR