23 Dekabr 2024, Bazar ertəsi

Hazırda muxtar respublikanın sututarlarında 249,6 milyon kubmetr su ehtiyatı vardır. Aprel ayında 9,75 kilometr magistral kanal, 49,20 kilometr ara arxları və 2,8 kilometr kollektor lildən təmizlənmiş, 11,19 kilometr yeni suvarma xətti çəkilmişdir. Yaşayış məntəqələrini və əkin sahələrini daşqın və sel sularından qorumaq məqsədilə 2,5 kilometr istiqamətləndirici bənd salınmış, Araz çayı ətrafında 856 metr məsafədə sahilbərkitmə işi görülmüşdür.
Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərini əhatə edən 107 hektarlıq sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilir. Ötən ay ərazidə 428 metr müxtəlif diametrli boru xətti çəkilmiş, subölücü hovuzlar tikilmişdir. Şərur rayonunun Ələkli, Xanlıqlar və Vərməziyar kəndlərində suvarma tədbirlərini yaxşılaşdırmaq məqsədilə Arpaçay sol sahil kanalından 3 kilometr məsafədə suvarma boru xəttinin çəkilişi başa çatdırılmışdır. Culfa rayonunun Dizə kəndində isə artezian quyusu qazılaraq 35 hektar sahə əkin dövriyyəsinə qatılmışdır. Ümumiyyətlə, ötən ay muxtar respublikada 71 sub­artezian quyusu təmir olunmuşdur. Bu dövrdə 6 kəhrizdə də təmir işləri davam etdirilmişdir.
Muxtar respublikanın bütün yaşayış məntəqələrində dayanıqlı və keyfiyyətli içməli su təminatı yaradılır, yeni kanalizasiya sistemləri qurulur. “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Naxçıvan şəhərinin Tumbul, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində 10,8 kilometr kanalizasiya, 15 kilometr içməli su xətti çəkilmişdir. Babək rayonunun Şıxmahmud kəndində isə 3842 metr kanalizasiya və 4,1 kilometr içməli su xətti çəkilmiş, 93 ev birləşməsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və
Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR