23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada enerji təhlükəsizliyi tam təmin edilmiş, bütün yaşayış məntəqələri, istehsal və xidmət sahələri qazlaşdırılmışdır. 2016-cı ilin birinci rübündə də bu sahədə işlər davam etdirilmiş, 362-si əhali, 53-ü qeyri-əhali olmaqla, 415 müxtəlif təyinatlı obyektlərə yeni qaz xətləri çəkilmiş, muxtar respublika üzrə təbii qaz istehlakçılarının ümumi sayı 86 mini ötmüşdür.
“Naxçıvanqaz” İstehsalat Birliyi qaz verilişində fasilələrin yaranma­ması üçün müvafiq tədbirlər görür, təhlükəsizlik məsələlərini daim diqqət mərkəzində saxlayır. Ötən dövrdə də magistral qaz kəmərlərində elektrokimyəvi mühafizə qurğularına mütəmadi nəzarət edilmiş, korroziyaya uğrayan hissələr yenilənmişdir. Korroziyaya uğramış boruların dəyişdirilməsi, yol-tikinti, yenidənqurma və abadlaşdırma işlərinin aparılması ilə əlaqədar olaraq 47 min 463 paqonometr müxtəlif diametrli boru istifadə edilmişdir. Həmçinin “Naxçıvanqaz” İstehsalat Birliyində nəzarət-ölçü cihazlarının yoxlanma və kalibr edilməsi laboratoriyası qurulmuşdur.
İlin əvvəllərində tələbatın artması nəzərə alınaraq sistemin daha artıq yüklənməsi və gərgin işləməsinə qarşı tədbirlər görülmüş, qaz kəmərlərinə xətti nəzarət edilmişdir. İlin birinci rübündə qəza dispetçer xidmətləri 6 min 218 sızma aşkarlayaraq aradan qaldırmış, istismara yararsız olan qaz sayğacları yenilənmişdir. Naxçıvan şəhərində smartkarttipli sayğacların quraşdırılması işi davam etdirilmiş, rüb ərzində 345 yeni qaz sayğacı istismara verilmişdir.
Birliyin əməkdaşları ötən aylar ərzində müvafiq qurumlarla birlikdə muxtar respublika ərazisində reydləri davam etdirmiş, aşkar olunan nöqsanlar aradan qaldırılmış, təbii qazdan təhlükəsiz istifadə qaydaları haqqında maarifləndirmə işi gücləndirilmişdir. Həmçinin kadr potensialının artırılması, qaz istismarı sahəsində çalışanların ixtisas dərəcəsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi də diqqət mərkəzində saxlanılmışdır.

“Naxçıvanqaz” İstehsalat Birliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR