23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Beynəlxalq Hava Limanında aparılan yenidənqurma işləri sərnişinlərin rahatlığına və qeydiyyat-nəzarət sisteminin daha çevik təşkilinə imkan verir.
Bu da muxtar respublikada hava nəqliyyatından istifadə edənlərin sayının artmasına səbəb olmuşdur. Belə ki, bu ilin birinci rübündə yerli hava xətti ilə 51 min 85 sərnişin, 873 min 135 kiloqram baqaj, 148 min 49 kiloqram yük və 10796,27 kiloqram poçt daşınmışdır. Bu dövrdə beynəlxalq hava xətləri üzrə Naxçıvan-Moskva reysi ilə 425 sərnişin, 8 min 152 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 1421 sərnişin və 17 min 841 kiloqram baqaj daşınmışdır.
Uçuşların vaxtında və təhlükəsiz təşkili məqsədilə hava gəmilərinə, bütün növ xidmət vasitələrinə vaxtlı-vaxtında texniki xidmət göstərilmiş, uçuş-enmə zolağı, dönmə yolları, perron və dayanacaqlar mütəmadi yoxlanılmış, təmir işləri görülmüşdür. Həmçinin aerovağzal ərazisindəki nəzarət qüllələrində, VİP və bir sıra inzibati binalarda təmir, aerovağzal binasında isə yenidənqurma işləri davam etdirilmiş, işıqlandırma sistemləri və elektrik paylayıcı qurğuları daim nəzarətdə saxlanılmışdır. Yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandası isə hava limanı ərazisinin yanğından etibarlı mühafizəsini təmin etmiş, yanğınsöndürən avtomobillərə mütəmadi texniki xidmət göstərilmiş, xidməti ərazilərdə profilaktiki yoxlamalar aparılmış, təlim və taktiki məşğələlər keçirilmişdir.

Aviasiya təhlükəsizliyi xidmətinin nümunəvi təşkili də diqqət mərkəzində saxlanılır, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə ardıcıl tədbirlər görülür. Bu istiqamətdə işlər ötən dövrdə də davam etdirilmiş, Milli Aviasiya Akademiyasından dəvət olunmuş mütəxəssis tərəfindən “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması” mövzusunda kurs keçirilmişdir. Teleskopik trapı idarə edən 16 nəfərlik heyət isə Milli Aviasiya Akademiyasında keçirilən nəzəri-praktiki kurslarda iştirak etmişdir.

Naxçıvan Beynəlxalq Hava
Limanının mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR