23 Dekabr 2024, Bazar ertəsi

Suvarma mövsümünün başlanması melioratorların üzərinə mühüm vəzifələr qoyur. Suvarmanı mütəşəkkil təşkil etmək məqsədilə sututarlarında, kanallarda, arxlarda, hidrotexniki qurğularda lazımi təmir-bərpa işləri aparılmış və suyun yığımına başlanılmışdır.
Cari ilin birinci rübündə 11,86 kilometr məsafədə yeni suvarma xətti çəkilmiş, 520 metr açıq drenaj xətti qazılmış, 280 metr yeni kaptaj tikilmişdir. Əkin sahələrində şoranlaşma və bataqlaşmanın qarşısını almaq üçün kollektor və drenajlar, eləcə də 65,47 kilometr magistral kanal, 149 kilometr ara arxları, 2,89 kilometr kollektor və 170 metr qapalı drenaj xətti lildən təmizlənmiş, Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərini əhatə edən 107 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmişdir. Şərur rayonunun Ələkli kəndinə birbaşa suvarma suyunun verilməsi üçün isə Arpaçayın sol sahil kanalından yeni boru xəttinin tikintisinə başlanılmış və 1 aprel tarixədək 2150 metr suvarma boru xətti çəkilmişdir. Bu dövrdə 96 nasos stansiyası təmir olunmuşdur. Yaşayış məntəqələrini və əkin sahələrini daşqın və sel sularından qorumaq məqsədilə 8,23 kilometr istiqamətləndirici bənd salınmış, Araz çayı ətrafında 2192 metr məsafədə sahilbərkitmə işləri görülmüşdür.

Muxtar respublikada subartezian quyularının sayının artması, eləcə də kəhrizlərin bərpası yaşayış məntəqələrinin su təminatını və suvarma işlərini xeyli yaxşılaşdırmışdır. Bu istiqamətdə işlər davam etdirilmiş, Şərur rayonunun Yengicə, Kəngərli rayonunun Qabıllı və Culfa rayonunun Dizə kəndlərində yeni sub­artezian quyuları qazılmış, Babək rayonunun Yuxarı Uzunoba və Şərur rayonunun Püsyan kəndlərindəki subartezian quyuları bərpa edilmişdir. Ümumiyyətlə, bu dövrdə muxtar respublikada 134 subartezian quyusu və 3 kəhriz təmir olunmuş, 11 sub­artezian quyusunda yeni nasos quraşdırılmışdır.
Meliorasiya və Su Təsərrüfatı Komitəsi əhalinin içməli suya olan tələbatının ödənilməsini də daim diqqət mərkəzində saxlayır. “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsinə uyğun olaraq Naxçıvan şəhərində çirkab sutəmizləyici qurğunun tikintisi davam etdirilmişdir. Naxçıvan şəhərinin Tumbul, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində 32,5 kilometr kanalizasiya və 19,3 kilometr içməli su xətti çəkilmiş, 318 ev kanalizasiya şəbəkəsinə qoşulmuş, 135 su sayğacı quraşdırılmışdır. Babək rayonunun Şıxmahmud kəndində isə 7,4 kilometr kanalizasiya xətti çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su
Təsərrüfatı Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR