23 Dekabr 2024, Bazar ertəsi

Bu gün muxtar respublikamızda sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülür, yeni istehsal sahələri yaradılır, daxili bazarda yerli istehsalın çəkisi artır. Yeni istehsal sahələrinin yaradılması cari ilin ötən dövründə də davam etdirilib.
Belə ki, bəhs olunan dövrdə şəxsi vəsaitlər hesabına Kəngərli rayonunun Qıvraq qəsəbəsində fiziki şəxs Əli Cəfərov tərəfindən mebel istehsalı və Babək rayonunun Yuxarı Uzunoba kəndində fiziki şəxs Murad Cabbarov tərəfindən istixana təsərrüfatı sahəsi yaradılıb.

Sahibkarlığa Kömək Fondunun krediti və digər mənbələr hesabına şirniyyat, kompot, mürəbbə, turşu istehsalının, heyvandarlıq, quşçuluq, istixana təsərrüfatlarının, qarışıq qüvvəli yem istehsalının, bərk pendir istehsalının, eyni zamanda qeyri-ərzaq məhsulları üzrə zinət əşyaları, medal və döş nişanları, elektrik açarları, qaynaq çubuğu istehsalı, dəri emalı sahəsi və müxtəlif növ xidmət sahələri olmaqla, 14 müxtəlif təyinatlı istehsal müəssisəsi, 5 müxtəlif növ xidmət sahəsi olmaqla, ümumilikdə, 19 müəssisənin yaradılması istiqamətində işlər davam etdirilir. Bu 19 müəssisənin 6-nın yaradılmasına cari ilin ötən dövrü ərzində başlanılıb. Cari ildə yaradılmasına başlanılan sənaye və kənd təsərrüfatı yönümlü sahələr dövlət maliyyə dəstəyi əsasında maliyyələşdirilib.
Ümumilikdə, 2016-cı ilin I rübü ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən ötən ildən davam edən 1 layihə də daxil olmaqla, 7 layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 2 milyon 67 min 698 manat maliyyə dəstəyi göstərilib.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR