23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikanın dəmir yolu təsərrüfatında daşımaların təhlükəsizliyi və sərnişinlərin rahatlığı aprel ayında da diqqətdə saxlanılmış, qatarların fasiləsiz hərəkəti təmin olunmuşdur. Bu dövrdə ayrı-ayrı tikinti təşkilatlarına 6 min 840 ton müxtəlif təyinatlı yük daşınmış, 12 min 419 sərnişin dəmir yolu nəqliyyatından istifadə etmişdir.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları dəmir yollarının istismar vəziyyətini mütəmadi yoxlamış, baş və stansiya yollarında lazımi təmir işləri görmüşlər. Xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə profilaktik tədbirlər də gücləndirilmiş, Culfa lokomotiv və vaqon depolarında lokomotivlər 5 dəfə texniki baxışdan keçirilmiş, 2 elektrovoz və 1 sərnişin vaqonu cari təmir edilmiş, 1 vaqonda əsaslı təmir işləri aparılmışdır. Bundan başqa, Naxçıvan stansiyasına 640 metr fiber-optik kabel xətti çəkilmiş, 4 optik modem və 3 PSM tipli aparat quraşdırılmaqla yeni xətt aparat zalı istismara verilmişdir.
Aprel ayında Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən Ordubad dəmiryol sərnişin vağzalı və Ordubad Yol Sahəsinin inzibati binalarında yenidənqurma, Ordubad İdarəetmə Mərkəzi və Yol Sahəsinin yardımçı binalarında isə əsaslı təmir işləri davam etdirilmişdir.

“Naxçıvan Dəmir Yolları” Məhdud
Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR