23 Dekabr 2024, Bazar ertəsi

Hər il Şərur rayonunun müxtəlif kənd yaşayış məntəqələrində sosial infrastruktur layihələri həyata keçirilir, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyaları, yeni məktəb binaları tikilir və ya yenidən qurulur, yollar salınır.
Tikinti-quruculuq işləri cari ildə Arbatan kəndində davam etdirilir. Artay LTD Tikinti Şirkətinin inşaatçıları burada məktəb binasının, kənd və xidmət mərkəzlərinin inşası ilə məşğuldurlar. Təhsilin səviyyəsini yüksəltmək məqsədilə inşa olunan iki mərtəbədən ibarət məktəb binası 234 şagird yerlik nəzərdə tutulub. Burada idman zalı, 2 soyunub-geyinmə otağı, 2 laboratoriya, kitabxana, hərbi kabinə, direktor, psixoloq və müəllimlər otaqları, 2 elektron lövhəli sinif, 1 kompüter və 1 şahmat sinifləri, 12 sinif otağı olacaq.
Kənd mərkəzinin binasında da sürətli iş ahəngi təmin edilib. Mərkəzdə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi və digər qurumların normal fəaliyyət göstərmələri üçün hərtərəfli şərait yaradılacaq.

Kənd sakinləri tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanan quruculuq tədbirlərindən biri də kənddə xidmət mərkəzinin tikintisidir.
Texniki təhlükəsizlik qaydalarına əməl olunan hər üç obyektdə tikintini vaxtında və keyfiyyətlə başa çatdırmaq üçün inşaatçılara hərtərəfli şərait yaradılıb.

 *  *  *

Babək rayonunun kiçik yaşayış məntəqələrindən biri olan Məzrə kəndi bu gün əsl tikinti meydançasını xatırladır. Məlumat üçün bildirək ki, sovet dönəmində bu kənddə gözəçarpan quruculuq tədbiri həyata keçirilməyib. Burada fəaliyyət göstərən dövlət qurumları öz vəzifələrini uyğunlaşdırılmış binalarda yerinə yetiriblər.
Məzrə kəndi yaxın vaxtlarda kompleks quruculuq tədbirləri hesabına müasir yaşayış məntəqəsinə çevriləcək. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsinin kollektivi kənddə 3 yeni obyektin tikintisinə başlayıb.
Məzrədəki binalardan biri kənd tam orta məktəbi üçün nəzərdə tutulub. 270 şagird yerlik məktəb binası 3 mərtəbədən ibarət olacaq. Hazırda obyektdə təməl­atma işləri həyata keçirilir.
Məktəb binasının yaxınlığında inşa olunan kənd mərkəzi iki mərtəbədən ibarət olacaq. Burada kəndin müxtəlif qurumlarının fəaliyyəti üçün nümunəvi şərait yaradılacaq.
Məzrə kəndinin sakinlərinə daha bir dövlət qayğısı isə bu yaşayış məntəqəsində xidmət mərkəzinin tikintisidir.
Kompleks quruculuq tədbirləri çərçivəsində kəndarası yolların təmiri də nəzərdə tutulub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR