23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Son illərdə Naxçıvan şəhərində də mənzil tikintisinin həcmi xeyli artıb. Yeni yaşayış binalarının tikilməsi və mövcud binaların əsaslı şəkildə yenidən qurulmasında əsas məqsəd sakinlərin rahatlığının təmin olunması, onların yaşayış şəraitinin daha da yaxşılaşdırılmasıdır.
Bu tədbirlərin davamı olaraq hazırda Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsində 8 mərtəbəli yeni yaşayış binasının tikintisi davam etdirilir. Tikinti işlərinə 2015-ci ilin mart ayında başlanılıb. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları binanın bütün mərtəbələrində qəlib-beton, hörgü, suvaq işlərini yekunlaşdırıblar. Hazırda daxildə suvaq işləri davam etdirilir. Binanın dam örtüyü vurulub, kommunikasiya xətləri çəkilib.
Qeyd edək ki, 450 kvadratmetr sahədə ucaldılan yaşayış binasında 32 mənzil istifadəyə veriləcək. Bu mənzillərdən 8-i üçotaqlı, 24-ü isə iki­otaqlıdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR