23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda həyata keçirilən tikinti-quruculuq tədbirləri Naxçıvan şəhərini də əhatə edir.
Son illərdə muxtar respublikanın paytaxtında çoxsaylı inzibati və yaşayış binaları tikilib və ya yenidən qurulub, şəhər sakinlərinin, qonaqların rahatlığını təmin etmək üçün yeni park və istirahət məkanları yaradılıb. Belə ünvanlardan biri də Naxçıvan şəhəri, “İstiqlal” küçəsində tikintisi aparılan Bəhruz Kəngərli adına Rəssamlar Parkıdır. Aldığımız məlumata görə, parkın ərazisi 2880 kvadratmetrdir. Qısa müddətdə burada Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən abadlıq tədbirləri həyata keçirilib, parkın divarları milli ornamentləri özündə əks etdirən üzlük daşla üzlənib. Ərazidə yeni gülkarlıqlar üçün yerlər ayrılıb, su və elektrik xətlərinin çəkilişi başa çatdırılıb. Parkın mərkəzində isə görkəmli rəssamın heykəlinin qoyulması üçün pyedestal hazırlanıb. Hazırda ərazidə yerə üzlük daş döşənir. Yaxın günlərdə isə yeni işıqlandırma sistemi quraşdırılacaq. Sakinlərin istirahətinin təşkili üçün burada 20 ədəd skamya qoyulacaq.
Qeyd edək ki, bu park Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Rəssamlar Parkının yaradılması haqqında” 14 noyabr 2015-ci il tarixli Sərəncamına əsasən yaradılır.

Hüseyn Əhmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR