23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada yeni texnologiyaların tətbiqi istiqamətində işlər 2016-cı ilin birinci rübündə də davam etdirilmiş, bu sahənin inkişafına xidmət edən layihələr uğurla icra olunmuşdur.
Bu dövrdə yaşayış məntəqələrində telefon və digər rabitə xidmətlərinin müasir tələblər əsasında təşkilinə diqqət artırılmışdır. Belə ki, Şərur rayonunun Yuxarı Yaycı və Axaməd, Babək rayonunun Xəlilli və Xal-xal, Ordubad rayonunun Kotam kəndlərində müasir ATS-lər quraşdırılmış, Culfa rayonunun Saltaq, Babək rayonunun Xəlilli, Kəngərli rayonunun Yurdçu, Şərur rayonunun Oğlanqala və Şahbuz rayonunun Daylaqlı kəndlərində yeni poçt bölmələri istifadəyə verilmişdir. Bu dövrdə “Evədək optika” layihəsinin icrası ilə əlaqədar 27 fərdi mənzilə fiber-optik kabel xətti çəkilmişdir. Ümumiyyətlə, rüb ərzində muxtar respublikada 15 kilometrə yaxın fiber-optik kabel xəttinin tikintisi həyata keçirilmiş, 679 yeni telefon nömrəsi istismara verilmişdir. Həmçinin genişzolaqlı “Asinxron Rəqəmsal Abunəçi Xətləri” texnologiyası vasitəsilə 1361 abunəçi internetlə təmin olunmuşdur.
Abunəçilərə yüksəkkeyfiyyətli rabitə və internet xidməti göstərən “Naxtel”in imkanlarının genişləndirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, rüb ərzində daha 14 baza stansiyası qurulmuş və 4-cü nəsil baza stansiyaların sayı 95-ə çatdırılmışdır. Babək rayonunun Sirab kəndində yerləşən baza stansiyası isə daha uyğun yerə köçürülmüşdür.
Muxtar respublikada Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemləri istifadəyə verilmişdir. Bunun üçün müvafiq proqram təminatı hazırlanmış və Naxçıvan Muxtar Respublikasının Ali Məclisində server qurulmuşdur. Bu günədək 75 idarə və təşkilat İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulmuş və təşkilatların mütəxəssisləri bununla bağlı keçirilən təlim kurslarında iştirak etmişlər. “Naxçıvanpoçt” MMC-nin elektron şəbəkəsinin Mərkəzi Bankın Hökumət Ödəniş Portalına qoşulması prosesi də başa çatdırılmış, sistemə qoşulmuş bütün bank-maliyyə sekto­runun və digər qurumların ödənişlərinin poçt məntəqələrində yığılmasına başlanılmışdır.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR