23 Dekabr 2024, Bazar ertəsi

2016-cı ilin ilk rübündə muxtar respublikada nəqliyyatın inkişafı təmin edilmiş, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldilmişdir. Bu dövrdə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə sərnişinlərin rahat gediş-gəlişi təmin edilmişdir.

Cari ilin birinci rübündə 4 avtobus vasitəsilə Bakıya 242 reys edilmiş, 7 min 120 sərnişin daşınmış, Bakıdan Naxçıvana gələn sərnişinlərin sayı isə 8 min 49 nəfər olmuşdur. Həmçinin bu ildən etibarən Naxçıvan-Batumi-Naxçıvan marşrutu da fəaliyyətə başlamış, fevralın 20-də bu istiqamətdə ilk reys baş tutmuşdur.
Şəhərdaxili və rayonlararası nəqliyyatın intensiv və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə xətlərdə olan avtobusların texniki sazlığı daim nəzarətdə saxlanılmış, vaxtaşırı lazımi təmir işləri görülmüşdür. Bu dövrdə 139 marşrut xətti üzrə fəaliyyətdə olan 305 avtobus və 488 taksi vasitəsilə rayon mərkəzləri və kəndlərin hamısına gediş-gəliş təmin edilmişdir. Avtovağzalların fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, sərnişinlərə xidmət işi lazımi səviyyədə təşkil olunmuşdur.
Rüb ərzində mütəmadi reydlər keçirilmiş, avtobusların təmizliyinə, sürücülərin geyim formasına və hərəkət qrafikinə, xüsusilə axşam saatlarında şəhərdaxili marşrutların işinə müntəzəm nəzarət edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR