23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycanda iqtisadiyyatın bütün sahələri kimi, elektroenergetikanın inkişafı da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ölkəmizə rəhbərliyinin birinci dövründən – ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq Azərbaycanın enerji sisteminin təkmilləşdirilməsi, respublikada enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. O vaxta qədər bütün elektrik stansiyalarının ümumi gücü 2200 meqavat təşkil edirdi və elektrik enerjisi təminatının tam ödənilməsində problemlər mövcud idi.

Ümummilli liderin səyləri və təşkilatçılığı sayəsində hər birinin gücü 300 meqavatlıq 8 blokdan ibarət olan Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının tikintisinə başlanılmış və hər il bir bloku istifadəyə verilən bu stansiya sayəsində ölkəmizin enerjiyə olan tələbatı tam ödənilmişdir. Həmin dövrdə 22 meqavatlıq Araz Su Elektrik Stansiyası, 330 kilovoltluq Mingəçevir-Abşeron hava elektrik verilişi xətləri, yeni transformator yarımstansiyaları istismara verilmişdir. Müstəqillik illərində də ümummilli liderimiz ölkə­mizdə enerji təhlükəsizliyinin təmin olunmasını diqqət mərkəzində saxlamış, bu sahənin maddi-texniki təchizatı xeyli gücləndirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən aldığımız məlumata görə, 18 hektara yaxın ərazidə inşa olunan yeni infrastruktur “bir dayanacaq” prinsipinə uyğun qurulan, yük xətti və anbarlardan, sərnişinlərin keçid zallarının da yerləşdiyi inzibati binadan, yoxlama-baxış sistemləri bölməsindən və rüsumsuz ticarət mağazasından ibarət müasir gömrük kompleksidir.
Gömrük nəzarəti və rəsmiləşdirilməsinin texnoloji sxeminə uyğun olaraq giriş-çıxış zolaqları bir-birindən ayrı nəzərdə tutulub. Üç zolaqla sərnişin və minik, iki zolaqla yük nəqliyyat vasitələri hərəkət edəcək.
Sərnişin keçid zalları kompleksin ortasında – üçmərtəbəli inzibati binanın birinci mərtəbəsindədir. Gömrük nəzarəti zonasında sərnişinlərin hərəkəti üçün tunellər yaradılacaq, yaşıl və qırmızı kanallar formalaşdırılacaq.

Ardını oxu...

Zavodda premium sinfə aid olan “NAZ-Lifan-820” modelinin istehsalına başlanılıb

Mobil telefonuma gələn zəng məni işdən ayırdı. Yaxın dostum Mahir idi.
– Səsini eşidək, ay Mahir. Nə yaxşı bizi yada salmısan?
– Bir dostumun səhhətində problem yaranıb. İnternetdən öyrənib ki, Culfada yerləşən Darıdağ Arsenli Su Müalicəxanasında müalicəsi mümkündür.
– Bəs nə vaxt gələcəksiniz?
– Gəlmişik, Bakıdayıq. Sabah Naxçıvana gələcəyik.
– Çıxıb qarşılayacağam, – deyib xudahafizləşdik.
Ertəsi gün onları Naxçıvan Beynəlxalq Hava Limanında qarşıladım. Elə çıxış qapısındaca dayanıb nəfəsini dərdi. Uzaqdan şəhəri seyr etdi. Ətrafda yaradılan səliqə-sahmana işarə edərək:
– Naxçıvan cənnətməkana dönüb, – dedi.
Sonra da dayanacaqda sıra ilə düzülmüş taksiləri göstərərək:
– Bu avtomobillər, yəqin ki, Fransa istehsalıdır, – deyə soruşdu.
– Xeyr. Naxçıvan istehsalıdır. “NAZ-Lifan” markalı avtomobillərdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərzaq mallarının keyfiyyətinə nəzarət diqqət mərkəzində saxlanılır. Ötən illər ərzində cəmiyyətin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, ABŞ, Almaniya, İngiltərə, Polşa, İtaliya, Türkiyə istehsalı olan, beynəlxalq standartlara uyğun laboratoriya avadanlıqları alınıb quraşdırılıb. Laboratoriyada mütəmadi olaraq yerli və idxal məhsullarından nümunələr götürülərək təhlillər aparılıb. 

Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan dövlət nəzarətinin bir hissəsini də yerli istehsal və idxal məhsullarının orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji və toksikoloji göstəricilərinin yoxlanması təşkil edir.
“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığımız məlumata görə, 2016-cı ilin ilk 10 ayı ərzində 879 halda hüquqi və 1224 halda fiziki şəxslər tərəfindən daxil olmuş 121 mal çeşidini əhatə edən 2103 halda mal nümunəsi laboratoriya analizindən keçirilib və 2375 halda səyyari laboratoriya təhlilləri aparılıb. Aparılmış laboratoriya təhlilləri 1480 yerli istehsal və 623 idxal məhsulunu əhatə edib. Nəticədə, 2085 hаldа məhsulun kеyfiyyət göstəricilərinin nоrmаtiv-tехniki sənədlərin tələblərinə cаvаb vеrdiyi, 18 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilib. Məhsulların keyfiyyətində yaranmış nöqsanların aradan qaldırılması üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Ardını oxu...

Babək Rayon İcra Hakimiyyətinin binasında əsaslı təmir və yenidənqurma işləri aparılır. Bu quruculuq tədbirini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsinin kollektivi həyata keçirir.
İdarənin rəisi Rəvayət İman­ovdan aldığımız məlumata görə, cari ilin iyul ayından yenidənqurma işlərinə başlanılıb. Ötən aylar ərzində binanın zirzəmisi və üç mərtəbəsi yenidən qurulub, daha bir mərtəbə tikilib. Obyektdə, demək olar ki, əsas işlər görülüb. Belə ki, binanın daxilində aparılan yenidənqurma tədbirləri başa çatdırılıb, dam örtüyü vurulub, kommunikasiya xətləri yenilənib, daxili və xarici suvaq işləri tamamlanıb, qapı-pəncərələr salınıb.
Hazırda isə binanın daxilində boya işləri aparılır, həmçinin cilalanmış və cilalanmamış travertin çeşidlərindən, qara mərmərdən yaradılan kompozisiya çərçivəsində binanın girişində işlər davam etdirilir.
Binanın həyətyanı sahəsində yardımçı tikililər sökülərək yenidən qurulur, su xətləri çəkilir, yaşıllıq əraziləri səliqə-sahmana salınır.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikasında aparılan tikinti-quruculuq tədbirləri sırasında yeni məktəb binalarının tikilməsi və ya yenidən qurulması mühüm yer tutur.
Bu sahəyə göstərilən dövlət qayğısının nəticəsidir ki, hər il onlarla yeni təhsil ocağı istifadəyə verilir, onların maddi-texniki bazası yenilənir. Belə təhsil müəssisələrindən biri də Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdir. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən təhsil ocağının binası əsaslı şəkildə yenidən qurulub, binaya bir korpus əlavə olunub. Yenidənqurma işləri zamanı zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binanın fasadı milli memarlıq üslubunda işlənib, dam örtüyü yenilənib, daxildə müəllim və şagirdlər üçün hərtərəfli şərait yaradılıb. Obyektdən verilən məlumata görə, zirzəmi hissədə qazanxana, yeməkxana, kitabxana, hərbi kabinə, digər mərtəbələrdə isə 30 sinif otağı, elektron lövhəli siniflər, kompüter otaqları, şahmat sinfi və müxtəlif laboratoriyalar yerləşir. Artıq burada işlər yekunlaşıb, binanın arxa hissəsində isə abadlıq işləri davam etdirilir. Yaradılmış şərait məktəbdə oxuyacaq şagirdlərin sayının 540-dək çatdırılmasına imkan verəcək.

Xəbərlər şöbəsi

Muxtar respublikada torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, torpaqların elektron uçotunun aparılması yolu ilə torpaq ehtiyatlarından daha səmərəli istifadənin təmin edilməsi Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqət mərkəzində saxlanılır. Komitədən verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir. 2015-ci ilin avqust ayından etibarən Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutu tərəfindən Babək və Şərur rayonlarının yaşayış məntəqələrində həyətyanı torpaq sahələrinin plana alınmasına başlanılıb. Babək rayonunun Babək qəsəbə, Sirab, Qahab, Şıxmahmud, Xəlilli, Naxışnərgiz, Aşağı Uzunoba, Yuxarı Uzunoba, Vayxır, Xal-xal, Didivar, Nəzərabad, Güznüt, Çeşməbasar, Məzrə, Aşağı Buzqov və Payız kəndlərində, Şərur rayonunun Mahmudkənd, Vayxır, Tumaslı və Diyadin kəndlərində planaalma işləri başa çatdırılıb.
Ümumilikdə, 2015-ci ilin avqust ayından bu günədək muxtar respublikanın 22 yaşayış məntəqəsində 8445 həyətyanı torpaq sahəsi plana alınıb.
Hazırda Babək rayonunun Gülşənabad və Şərur rayonunun Yengicə kəndlərində planaalma işləri davam etdirilir.

Xəbərlər şöbəsi

Muxtar respublikada 2016-cı ilin yanvar-oktyabr aylarında 1 milyard 999 milyon 800 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz artaraq 4479,8 manata çatmışdır.

* * *

Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 787 milyon 680 min 700 manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 2,2 faiz üstələmişdir.

* * *

İnfrastruktur quruculuğu çərçivəsində cari ilin yanvar-oktyabr ayları ərzində muxtar respublikada əsas kapitala 824 milyon 480 min 600 manat həcmində investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 5,4 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyaların 753 milyon 860 min 300 manatı və ya 91,4 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

Ardını oxu...

 Sədərək rayonu bu gün inkişafının yeni mərhələsinə qədəm qoyub. Muxtar respublikamızda nail olunmuş sürətli sosial-iqtisadi inkişaf bu sərhəd yaşayış məntəqəsini də əhatə edib, rayon mərkəzi olan Heydərabad qəsəbəsi müasir şəhər görkəminə qovuşub. Son illər rayonda geniş həcmdə kompleks tikinti-quruculuq tədbirlərinin aparılması bölgənin ayrılmaz həyat ritminə çevrilib. 

Həmin tədbirlərin davamı kimi bu ilin aprel ayından başlayaraq Sədərək kəndində rayon Mədəniyyət və Turizm Şöbəsinin inzibati binasının yenidən qurulmasına başlanılıb. Binada şöbə və rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi fəaliyyət göstərəcək, tədbirlər zalı və digər xidməti otaqlar yaradılacaq. İnşaat işləri “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivinə həvalə edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada bu sahə ilə məşğul olan sahibkarlar və əhali tərəfindən minnətdarlıqla qarşılanıb. 

Dövlət proqramı ilə yaxından tanış olarkən yadıma cari ilin oktyabr ayının 15-16-sı tarixlərində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Arıçılıq məhsulları – bal” festivalı düşdü. Burada görüşüb həmsöhbət olduğum tarix üzrə fəlsəfə doktoru Asəf Orucov bildirdi ki, Naxçıvanda qədim zamanlardan günümüzə qədər təsərrüfatın aparıcı sahələri sayılan əkinçilik və maldarlıqla yanaşı, başqa yardımçı təsərrüfat sahələri inkişaf etdirilib. Belə təsərrüfat sahələrindən biri də arıçılıqdır. Muxtar respublikanın təbii-coğrafi iqlimi, zəngin floraya malik olması arıçılığın geniş yayılmasına imkan verib. Bu sahənin Naxçıvanda nə vaxtdan yarandığı elmə dəqiq məlum olmasa da (çünki arxeoloji qazıntılar nəticəsində bu haqda heç nə aşkar edilməyib), ərazidə vəhşi çöl arılarının və arıçılıqla bağlı coğrafi adların (Ballıqaya, Pətəklik, Pətəkqoyulan) bu gün də mövcud olması burada qədim dövrdən arıçılığın inkişaf etdiyini göstərir.

Ardını oxu...

Son illərdə yaranmış yeni iqtisadi şəraitdə ölkəmizin ixrac potensialının daha da artırılması və onun qeyri-neft məhsullarının   çeşidləndirilməsi istiqamətində qəbul olunmuş mühüm qərarlar “Made in Azerbaijan” brendinin formalaşdırılması və onun dünyaya tanıdılması zərurətini bir daha ortaya qoyub. 

Azərbaycanın öz milli brendinin yaradılması müstəqilliyimizin bəhrəsidir. Şübhəsiz, ötən əsrdə keçmiş ittifaq daxilindəki Azərbaycanın bir çox məhsulları brend şəklində, ancaq başqasının adı ilə xaricə ixrac olunub. Neftlə yanaşı, Azərbaycanda istehsal olunmuş çay, şərab, tütün, mineral sular, kondisionerlər və digər məhsullar təkcə ittifaqda deyil, xaricdə də tanınıb. Ancaq müstəqilliyimizin əldə olunması və iqtisadiyyatımızın güclənməsi ilə bu imkanlar daha da artıb və ixracatdakı brendləşmə günün zərurətinə çevrilib.
Brend və brendləşmə nədir? Şübhəsiz, bu mühüm iqtisadi anlayış oxucularımız üçün maraqlıdır. Brend hər hansı məhsul və ya xidmətin öz keyfiyyəti və faydalılığı ilə analoqlarından əhəmiyyətli dərəcədə fərqlənərək istehlakçı seçimində rəqibsiz hala gəlməsi, yəni öz adı ilə tanınmasıdır. Brend­ləşmə isə belə bir arzuedilən səviyyəyə çatmaq üçün aparılan uzunmüddətli və məqsədyönlü fəaliyyətdir. Göründüyü kimi, brend səviyyəsinə çatmaq heç də göydən düşən bir hədiyyə deyil, eyni zamanda istehsal imkanlarının və dünya bazarının tələbatlarının düzgün qiymətləndirilməsi ilə əldə olunan bir səviyyədir. Bu, kifayət qədər xərc və zəhmət tələb edən bir iş olsa da, bəhrəsi çoxdur. Belə ki, bu gün özünün yüksəkkeyfiyyətli məhsulları ilə dünya bazarında tamamən brendləşmiş yapon mallarına ödənilən məbləğin hardasa yarısı məhz onların marka dəyərinə görə ödənilir və bu da həmin ölkənin iqtisadiyyatına qatılan ikiqat güc deməkdir. Deməli, “Made in Azerbaijan”, yəni “Azərbaycanda istehsal olunmuşdur” brendinin formalaşdırılması, ölkəmizin iqtisadiyyatının daha da gücləndirilməsi üçün hər birimizin töhfəsi olmalı, bu barədə hər bir yerdə düşünməli, danışmalı, tanıtmalıyıq.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi tərəfindən elektrik stansiyalarında, yüksək və aşağı gərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında ilboyu əsaslı və cari təmir işləri aparılır.
Oktyabr ayında da bu tədbirlər davam etdirilmiş, muxtar respublikanın şəhər və kəndlərində 2 yeni transformator yarımstansiyası quraşdırılmış, 6 kilometr uzunluğunda yeni elektrik verilişi xətti çəkilmiş, 3 kilometr uzunluqlu hava elektrik verilişi xətti kabel xətti ilə əvəz edilmişdir. Bu dövrdə Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində 11 transformator təmir edilərək şəbəkələrə qaytarılmışdır.
Muxtar respublikada bütün işlədicilərin istifadə etdiyi elektrik enerjisinin dəqiq qeydiyyatını aparmaq üçün elektron sayğaclar qoyulmuş, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilmiş, Naxçıvan şəhərində 570 smartkarttipli sayğac quraşdırılmışdır. Elektrik enerjisindən sayğacdankənar istifadə edilməsinin qarşısının alınması üçün mütəmadi reydlər keçirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika
Agentliyinin mətbuat xidməti

“Naxçıvanqaz” İstehsalat Birliyi payız-qış mövsümünə keçidlə əlaqədar 2016-cı ilin oktyabr ayında öz işini daha da gücləndirmiş, qaz təsərrüfatının təhlükəsizliyi və təbii qazdan səmərəli istifadə olunmasını təmin etmək, o cümlədən əhalinin və müəssisələrin təbii qazla təminatının daha da yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görmüş, 106 yeni abonentə təbii qaz verilmişdir. Bu zaman 3411 metr dəmir borudan istifadə olunmuşdur.
“Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən istehlakçılara göstərilən xidmətin keyfiyyəti cari ilin oktyabr ayında da artırılmış, xidmətə nəzarət daha da gücləndirilmiş və yaranmış problemlər dərhal aradan qaldırılmışdır. Daxili qaz xətlərinə, avadanlıqlarına qrafik üzrə texniki baxış keçirilmiş, tələb olunan xidmət işləri müvafiq qaydada aparılmış, 283 smartkarttipli qaz sayğacı və mühafizə qutusu quraşdırılmışdır.
Muxtar respublikanın qaz təsərrüfatı şəbəkəsi ərazilər üzrə qaz analizatorları vasitəsilə aşkarlanan 1963 ədəd qaz sızmaları texniki-mühəndis qaydalarına uyğun olaraq müəyyən vaxt ərzində aradan qaldırılmışdır.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinin ixtisas­artırma kursuna rayon, şəhər Qaz İstismar idarələrinin bir qrup işçisi cəlb olunmuşdur ki, bu da qaz təsərrüfatında texniki istismar və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət etməklə qaz təsərrüfatının səmərəliliyinə, eyni zamanda peşəkar ixtisaslı işçi qüvvəsinin artırılmasına, həmçinin görülən işlərin keyfiyyətinin yüksəldilməsinə böyük zəmin yaradır. Bu istiqamətdə işlər davam etdirilir.

“Naxçıvanqaz” İstehsalat Birliyinin
mətbuat xidməti

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi oktyabr ayında da uğurla davam etdirilib.
Ötən ayın ən əlamətdar hadisəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə dördüncü nəsil mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi olub. Bu dövrdə Naxçıvan Dövlət Televiziyasının internet saytı ­hazırlanıb, televiziya internetdə canlı yayıma başlayıb. Muxtar respublikanın turizm potensialını təbliğ etmək məqsədilə dövlət orqan­larının saytında Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytının bannerinin yerləşdirilərək keçidlər verilməsi istiqamətində işlər davam etdirilib, banner yerləşdirilən saytların ümumi sayı 94-ə çatdırılıb.
Oktyabr ayında muxtar respublikada “Evədək optika” layihəsinin icrası ilə əlaqədar 3 fərdi mənzilə fiber-optik kabel xətti çəkilib, 422 yeni abunəçi genişzolaqlı internetlə təmin olunub. Kompüter kurslarının təşkili də diqqətdə saxlanılıb, 59 dinləyicinin iştirakı ilə 5 ümumi və 15 fərdi qrup yaradılıb. Mövcud avtomat telefon stansiyalarının nömrə tutumlarının artırılması nəticəsində hesabat ayında 201 yeni telefon nömrəsi istismara verilib.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar verilmiş tapşırıqların icrasını oktyabr ayında davam etdirmiş, nəqliyyat vasitələri payız-qış mövsümünə hazırlıqla əlaqədar texniki müayinədən keçirilmişdir. Muxtar respublikadakı avtovağzallarda və Avtobus parkında da qış mövsümünə hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılmış, istilik sistemləri işə salınaraq yoxlanılmış, nasazlıqlar aradan qaldırılmışdır.
Beynəlxalq əməkdaşlığın inkişafı sahəsində fəaliyyət artırılmış, Türkiyə Respublikasının “Metro” turizm şirkəti ilə bağlanmış müqaviləyə əsasən, şirkət oktyabrın 17-dən Naxçıvan-Türkiyə istiqamətində fəaliyyətə başlamışdır. İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə oktyabr ayında Naxçıvandan Bakıya 1626, əks istiqamətdə isə 1490 sərnişin daşınmışdır. Həmçinin muxtar respublika daxilində də sərnişindaşıma xidmətinin səviyyəsi yüksəldilmiş, fəaliyyətdə olan 139 marşrut xəttində 305 ədəd avtobusla rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilmiş, sərhəd kəndlərinə və ucqar dağ kəndlərinə işləyən marşrut avtobuslarının fəaliyyəti xüsusi nəzarətdə saxlanılmışdır. Muxtar respublikada ötən ay ərzində 488 taksi fəaliyyətini davam etdirmişdir.

Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti

2016-cı il avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə “Naxçıvanqaz” İstehsalat Birliyinin qarşısına da mühüm vəzifə və tapşırıqlar qoyulub. Həmin vəzifələrin icrası ilə bağlı istehsalat birliyində görüləcək işlərə dair tədbirlər planı hazırlanıb və plana uyğun olaraq müəssisə payız-qış mövsümünə keçidlə əlaqədar öz işini daha da gücləndirib.
Mövsümə hazırlıqla bağlı “Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən istehlakçılara göstərilən xidmətin keyfiyyəti, həmçinin xidmətə nəzarət daha da gücləndirilib, istehlakçıların təbii qazla fasiləsiz və təhlükəsiz təmin olunması üçün lazımi tədbirlər görülüb. Belə ki, qaz istismarı idarələrinin xidməti ərazilərində – rayon mərkəzlərində, kənd yaşayış məntəqələrində qaz xətləri və bu xətlər üzərində quraşdırılmış tənzimləyici şkaflar, siyirtmələr təftiş edilib, korroziyaya uğramış borular dəyişdirilib. Muxtar respublikanın qaz təsərrüfatı şəbəkəsi ərazilər üzrə qaz analizatorları vasitəsilə yoxlanılaraq, aşkarlanan qaz sızmaları texniki-təhlükəsizlik qaydalarına uyğun olaraq aradan qaldırılır. Bu istiqamətdə işlərin icrası davam etdirilir. Bundan əlavə, payız-qış mövsümünə uyğun olaraq qəza təmiri üçün ehtiyat bazasına aid polad və polietilen borular, çilingər alətləri, köməkçi avadanlıqlar, işçi heyətinin peşə yönümü üzrə geyim formaları da normaya uyğun bərpa olunub, həmçinin birlik üzrə maşın və mexanizmlərin, qaynaq avadanlıqlarının texniki vəziyyəti yoxlanılıb. Birliyin mütəxəssisləri tərəfindən sosial obyektlərin, idarə və təşkilatların, yaşayış binalarının qazanxanalarına texniki baxış keçirilən zaman mövcud problemlər araşdırılaraq nöqsanlar aradan qaldırılıb.

Ardını oxu...

“İşgəsu” massivi artıq həm də istirahət üçün gözəl məkandır


İcrası uğurla başa çatan “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatına şərait yaradıb. Bu şərait balıqçılıq təsərrüfatının inkişafı üçün də geniş imkanlar açıb. 2009-cu ildə Şahbuz rayonundakı “İşgəsu” massivində “Forel” balıqçılıq təsərrüfatının həyata vəsiqə qazanması həmin imkanlardan səmərəli istifadənin nəticəsidir və muxtar respublikada iqtisadi cəhətdən xeyli gəlirli olan balıqçılığın inkişafına öz töhfəsini verir. 

Ardını oxu...

Ölkəmizdə həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri də sənaye məhsulları istehsalı ilə regionların tarazlı inkişafına, o cümlədən yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönümlü hazır məhsul istehsalına nail olmaqdan ibarətdir. Çünki enerji və ərzaq təhlükəsizliyi ilə bərabər, sənaye məhsulu istehsalı da ölkənin iqtisadi təhlükəsizliyinin əsas şərtlərindən biridir. 

Milli iqtisadiyyatımızın hazırkı dövründə mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlılığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Regional inkişafa göstərilən bu diqqət ölkəmizin bütün regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında da sənayenin inkişafına şərait yaradıb. Nəticədə, muxtar respublikada sənayenin müxtəlif sahələrinin inkişaf etdirilməsinə yönəlmiş kompleks tədbirlər bu sahədə müsbət nəticələrin əldə edilməsinə səbəb olub.

Ardını oxu...

Bakı şəhərindəki Heydər Əliyev Mərkəzində VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, parlament və icra hakimiyyəti orqanlarının nümayəndələri, sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. Foruma Rusiyanın 9 subyektindən 250-dən çox, Azərbaycan tərəfdən isə 300-dək olmaqla, ümumilikdə, 600-ə yaxın iştirakçı qatılıb.

Regionlararası forumda qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslanan, ölkə­mizin xarici siyasətinin prioritet istiqamətlərindən olan Azərbaycan-Rusiya əlaqələrinin strateji səviyyədə olduğu, dövlət başçılarının siyasi-iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verdiyi, prezidentlərin, dövlət rəsmilərinin və iş adamlarının çoxsaylı qarşılıqlı səfərlərinin bu böyük önəmin göstəricisi olduğu vurğulanıb.
Forum ticarət əlaqələrinin inkişafında, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsində, həmçinin yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadığından tədbirə Naxçıvan Muxtar Respublikasının nümayəndə heyəti də qatılıb.

Ardını oxu...

Qədim yurd yerlərimizdən biri olan Rumusda zəhmət adamları ilə keçirdiyimiz bir gün

 

Naxçıvan şəhərində yerləşən marketlərdən birində bazarlıq edərkən 5, 10 və 15 kiloqramlıq toxunma kisələrdə qablaşdırılmış kartofun alıcısının çox olduğunu görüb onlara yaxınlaşdım. Bu kartof haranın məhsuludur? – deyə satıcıdan soruşdum.
– Üstündə “Rumus kartofu” yazılıb. Onu da deyim ki, çox keyfiyyətli, dadlı-tamlı kartofdu. Bir alan bir də alır. Özü də 4-5 kisə, – dedi.
Elə növbədə dayanan alıcılar da onun dediyi sözlərə şərik çıxdılar.
– Bəs bu kartofu marketlərə hansı şirkət gətirir?
– “Naxçıvan bağları”, – deyən satıcı digər müştəriləri yola salmağa başladı.
Üç-dörd nəfərdən sonra bir kisə kartof da mən aldım.
Elə həmin gün “Naxçıvan bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Elçin Bağırovun mobil telefonuna zəng vurub marketlərdə satışa çıxarılan “Rumus kartofu” haqqında məlumat verməyi xahiş etdim.
– Sabah görüşüb gedərik Rumusa, orada nə lazımdırsa sizə məlumat verərəm.
Ertəsi gün görüşüb onun “Mitsubishi” markalı maşını ilə düşdük yola.

Ardını oxu...

Suvarma mövsümünü mütəşəkkil keçirmək, torpaqların dayanıqlı su təminatı və su itkisinin qarşısını almaq su təsərrüfatı işçilərinin qarşısında duran əsas vəzifələrdəndir. 2016-cı ilin oktyabr ayında bu məsələ diqqətdə saxlanılmış, 18 kilometr magistral kanal, 35 kilometr ara arxlar, 4 kilometrə yaxın kollektor lildən təmizlənmiş, yeni su xətləri çəkilmişdir. 

Yaşayış məntəqələrini və əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə 5 kilometr məsafədə selə qarşı istiqamətləndirici bənd tikilmiş, Əlincəçayın Gülüstan kəndindən keçən hissəsində 2580 metr istiqamətləndirici bənd salınmışdır. Bu dövrdə Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin 117 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma şəbəkəsi istifadəyə verilmiş, Naxçıvan-Şərur avtomobil yolunun kənarındakı yaşıllıqların qrunt sularından təmizlənməsi məqsədilə açıq drenaj qazılmışdır.

Ardını oxu...

Muxtar respublikamızda iqtisadiyyatın inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi müxtəlif növdə və çeşiddə məhsulların istehsalı üçün əlverişli şərait yaradıb. İstehsal yeri Naxçıvan olan  hər bir məhsulun keyfiyyətinə yüz faiz təminat verildiyi bir dövrdə bu məhsulların brend­ləşdirilərək satışa çıxarılması və ixrac olunması artıq günün tələbinə çevrilib. Yeni fəaliyyətə başlamış “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti də bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində mühüm işlər görür. 

Hər yeni biznes müəyyən ideyanın məhsuludur. “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasında məqsəd muxtar respublikada yerli istehsalçıların fəaliyyətinin stimullaşdırılması, istehsal olunan məhsulların reklam və təşviqi, məhsulların keyfiyyətinin, rəqabətə davamlılığının, xarici bazarlara ixracının artırılması sahəsində infrastruktur təminatının yaxşılaşdırılması, yerli brendlərin yaradılması, Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşən müəssisə və təşkilatların ərzaq məhsulları ilə təchizatının həyata keçirilməsindən ibarətdir. Bu məqsədlə hələ 2015-ci ildə “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib, müəssisənin istehsal etdiyi bir sıra məhsullar alıcılar tərəfindən rəğbətlə qarşılanıb. Müəssisədə istifadəyə verilən makaron istehsalı, bal, pendir və yabanı tərəvəz məhsullarının qablaşdırılması sahələri muxtar respublikada fəaliyyət göstərən heyvandarlıq və arıçı­lıq təsərrüfatlarının məhsullarının emal prosesinə cəlb edilməsinə, kənd əhalisinin səmərəli məşğulluğuna stimul verir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında son illərin quruculuq xəritəsində ən önəmli yeri məktəb binalarının inşası tutur.
Çünki hər bir xalqın firavan gələcəyi, ilk növbədə, təhsildən, savadlı gənclərdən asılıdır. Bu səbəbdəndir ki, bu gün diyarımızın hər bir bölgəsində yeni məktəb binaları tikilir, mövcud binalar yenidən qurulur, onların maddi-texniki bazası gücləndirilir. Belə tikinti-quruculuq tədbirlərindən Şahbuz rayonuna da xeyli pay düşüb. Rayonun əksər kənd yaşayış məntəqələrində aparılan məktəb qurucu­luğuna cari ildə Daylaqlı kənd tam orta məktəbi də əlavə olunub. Bu iş Kolanıda davam etdirilir. Belə ki, hazırda sözügedən kənddə təhsil ocağı üçün yeni bina tikilir. Tikinti işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsinə həvalə olunub. İdarənin rəisi Rəvayət İmanovdan aldığımız məlumata görə, obyektin inşasına cari ilin may ayının əvvəllərindən başlanılıb və artıq əsas işlər görülüb.
Üçmərtəbəli məktəb binası 360 şagird yerlikdir. Təhsil ocağında 20 sinif otağı, üç elektron lövhəli sinif, üç laboratoriya, kompüter sinfi, fənn kabinələri və idman zalı yaradılıb.
Hazırda obyektdə son tamamlama işləri görülür. Yaxın günlərdə Kolanı kənd tam orta məktəbi də muxtar respublikanın əksər kəndlərində tikilən, müasirliyi ilə gözoxşayan, maddi-texniki bazası ilə tədrisin səviyyəsini yüksəldən məktəblər sırasına qoşulacaq.

 Hafizə Əliyeva

– Qonşu, sabah sübhdən gedək, yoxsa ötən dəfəki kimi əliboş qayıdacağıq, – deyib Teyyub kişi ilə xudahafizləşdik.
Ertəsi gün telefonun səsinə yuxudan qalxıb saata baxdım ki, 6-ya işləyib. Dəstəyi götürdüm:
– Alo, sabahınız xeyir, qonşu yenə yatıb qalmısan? – deyən Teyyub kişi: – Tez gəl, qonşular yığışıb, gedirik.

Ardını oxu...

“Nati” əmtəə nişanı ilə buraxılan məhsullar İraq bazarına da çıxarılacaq

Naxçıvan Muxtar Respublikası dövlət müstəqilliyimizin son iyirmi ilində böyük bir inkişafa imza atıb. Bu inkişafda iqtisadiyyatı canlandırmağın əsas yolu olan sahibkarlıq xüsusi diqqət kəsb edib. Ulu öndər deyirdi: “Bizim yolumuz islahatlar yoludur. Yolumuz bazar iqtisadiyyatının inkişaf etdirilməsi yoludur. Yolumuz sahibkarlığın inkişaf etdirilməsi yoludur”. Ümummilli lider gənc respublikanın gənc sahibkarlarına tövsiyə edirdi: “Hər bir sahibkar, iş adamı unutma­malıdır ki, o həm öz mənafeyi, həm də ölkə­mizin mənafeyi, ümumxalq mənafeyi üçün çalışmalıdır”.
Artıq bu gün muxtar respublikada kifayət qədər sahibkarlıq təcrübəsi qazanılıb, güclü sahibkarlar təbəqəsi formalaşıb. Onlar arasında sağlam rəqabət mövcuddur. Bu da keyfiyyətli məhsul istehsalında başlıca amillərdən biridir. Keyfiyyət amilinə diqqət isə Naxçıvan məhsullarının xarici bazarlara çıxışı deməkdir. Ali Məclisin Sədri cənab Vasif Talıbovun “Sahibkarlığı inkişaf etdirmədən, kiçik və orta sahibkarlıq subyektlərini hərəkətə gətirmədən davamlı inkişafa nail olmaq mümkün deyildir. Bu gün sahibkarlıq qayğı mərhələsindən istehsal olunan mal və xidmətlərə görə məsuliyyət mərhələsinə keçməlidir. Muxtar respublika sahibkarları kəmiyyətlə yanaşı, keyfiyyət amilinə də ciddi diqqət yetirməlidirlər” tövsiyəsi sahibkarların məsuliyyətini daha da artırıb.

Ardını oxu...

Son illər Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazası yenilənib, sərnişin və yükdaşımalarının rahat və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. İnfrastrukturun möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində hava limanının fəaliyyətini daha da müasirləşdirmək və təhlükəsizliyi təmin etmək məqsədilə alınan müxtəlif təyinatlı yeni maşın-mexanizmlər mühüm rol oynayır. Payız-qış mövsümündə xidmət üçün nəzərdə tutulmuş bu texniki vasitələr limanın fasiləsiz və təhlükəsiz fəaliyyətinə geniş imkanlar açır. 

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
Ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan qısa müddətdə kənd təsərrüfatının inkişaf göstəricilərinə görə İttifaq respublikaları sırasında qabaqcıl yerlərdən birini tutmuşdur. Müstəqilliyin ilk illərində ölkədə baş verən özbaşınalıq nəticəsində aqrar sahədə yaradılan bu infrastruktur tamamilə dağıdılmışdır. Lakin həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ümummilli lider kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm qərarlar qəbul etmişdir. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bununla da, Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmış, özəl mülkiyyətə əsaslanan aqrar münasibətlər formalaşmışdır. 1993-2003-cü illərdə isə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu istiqamətdə kompleks tədbirlər görülmüş, uğurlu aqrar islahatlar həyata keçirilmiş, qanunvericilik bazasının yaradılmasına başlanılmış, “Aqrar islahatların əsasları haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanunları, Torpaq, Meşə və Su məcəllələri qəbul edilmişdir.

Ardını oxu...

İqtisadi inkişafın mühüm göstəricilərindən biri xarici ticarətin həcmidir.
Məhz aktiv xarici ticarət hesabına əldə olunan müsbət saldo ölkənin valyuta ehtiyatlarının artmasına və iqtisadi təhlükəsizliyin təmin olunmasına şərait yaradır. Naxçıvan Muxtar Respublikasında da daxili imkanlar hesabına iqtisadiyyatın şaxələndirilməsi regionun ixrac imkanlarını artırıb. Xüsusilə yerli istehsalın həcminin ilbəil artması xarici ticarət əlaqələrinin genişlənməsinə öz töhfəsini verir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən qəzetimizə verilən məlumata görə, 2016-cı ilin ilk 9 ayında muxtar respublikanın xarici ticarət dövriyyəsinin həcmi 332 milyon 998 min ABŞ dolları olub. Bir il öncəyə nisbətdə ixracın həcmi 1,9 faiz artaraq 302 milyon 100 min ABŞ dolları, idxalın həcmi 31,6 faiz azalaraq 30 milyon 898 min ABŞ dolları təşkil edib, nəticədə, 271 milyon 202 min ABŞ dolları həcmində müsbət saldo yaranıb.
Qeyd edək ki, xarici bazarlara çıxışın təmin edilməsində muxtar respublikada fəaliyyət göstərən şirkətlərə ixrac təşviqlərinin verilməsi, onlara xarici bazarlara çıxış üçün müxtəlif dəstək mexanizmlərinin tətbiqi əhəmiyyətli rol oynayır.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu il İranın Qərbi Azərbaycan vilayətinə səfəri zamanı əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinin gündəlik iş saatı 10 saatdan 12 saata çatdırılıb. Oktyabr ayının 29-dan bu gömrük orqanları Bakı vaxtı ilə səhər saat 830-dan axşam saat 2030-dək fəaliyyət göstərəcək.
Bu barədə “Şərq qapısı” qəzetinə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib.
Məlumatda deyilir ki, iş vaxtının uzadılması vətəndaşların bu sərhəd-keçid məntəqəsindən istifadəsinin daha da yaxşılaşmasına, xarici ticarət dövriyyəsinin artmasına şərait yaradacaq.

Ardını oxu...

Enerji təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər əhalinin tələbatını ödəməklə yanaşı, həm də Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın davamlı inkişafını təmin edib. Buna görə də enerji təchizatının yaxşılaşdırılması və müasirləşdirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikada mövcud elektrik stansiyalarının, yarımstansiya və elektrik verilişi avadanlıqlarının təmiri ilə yanaşı, yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi sahəsində də mühüm işlər görülür. 

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyindən bildirilib ki, hazırda Araz çayı üzərində derivasiyatipli 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Həmçinin gücü 14 meqavat olan Tivi Su Elektrik Stansiyasının və 3,5 meqavat olan Qazançı Su Elektrik Stansiyası tikintisinin texniki-iqtisadi əsaslandırılması hazırlanır. Culfa rayonunda isə gələcəkdə külək elektrik stansiyası tikintisinin texniki-iqtisadi əsaslandırılması üçün ölçmə işləri aparılır.
Məlumat üçün bildirək ki, hazırda muxtar respublikadakı 8 elektrik stansiyasının ümumi gücü 237,4 meqavat təşkil edir. Görülən işlərin nəticəsidir ki, Naxçıvanda alternativ və bərpa olunan elektrik stansiyalarında istehsal olunan enerji ümumi istehsalın 61,1 faizini təşkil edir.

Xəbərlər şöbəsi

Son illər Naxçıvan şəhərində müasir yaşayış binalarının, xidmət sahələrinin istifadəyə verilməsi ilə yanaşı, dövlət qurumlarının səmərəli fəaliyyəti də diqqət mərkəzində saxlanılır, yeni inzibati binalar tikilir. Bütün bu tədbirlər əməkdaşların yaxşı şəraitdə işləməsinə hesablanıb.

Bu sahədə həyata keçirilən tədbirlərin davamı kimi hazırda Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsində Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üçün yeni bina inşa edilir. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən tikilən bina zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarətdir. Burada inşaat işlərinə ötən ildən başlanılıb. Ötən müddətdə tikilən binanın dam örtüyü vurulub, pəncərələri salınıb, kommunikasiya xətlərinin çəkilişi yekunlaşdırılıb. Hazırda binanın fasadında üzləmə işləri aparılır, daxildə pilləkənlərə daş döşənir.
Adıçəkilən komitə üçün inşa edilən yeni binada hər cür şəraitə malik iş otaqları, qurumun əhatə etdiyi sahələrə aid fondlar, mətbəə, arxiv, server otağı, 10 min ədəd kitab üçün nəzərdə tutulmuş elmi kitabxana, laboratoriya, 108 yerlik iclas zalı yaradılacaq, binanı qış aylarında fasiləsiz istiliklə təmin etmək üçün fərdi qazanxana quraşdırılacaq. Yeni binanın istifadəyə verilməsi burada çalışacaq əməkdaşların iş şəraitinin müasir tələblər əsasında qurulması ilə yanaşı, bu sahədə görülən işlərin keyfiyyətinə də müsbət təsir göstərəcəkdir.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması, bu sahəyə dövlətin maliyyə dəstəyinin göstərilməsi, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühitinin formalaşdırılması cari ilin 9 ayı ərzində də yeni istehsal və xidmət sahələrinin, idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən emal və sənaye müəssisələrinin yaradılmasına imkan verib.
Bu dövrdə Sahibkarlığa Kömək Fondunun kredit vəsaiti və digər mənbələr hesabına sənaye və kənd təsərrüfatı yönümlü 16 istehsal və 7 xidmət sahəsi olmaqla, ümumilikdə, 23 müəssisənin yaradılması istiqamətində işlər başa çatdırılıb. Yeni yaradılmış müəssisələr, əsasən, mebel, qapı-pəncərə, dəri emalı sahəsinin fəaliyyətinin genişləndirilməsi, çörək (lavaş), unlu-qənnadı məmulatları istehsalı sahələri, eyni zamanda istixana, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını əhatə edir.

Ardını oxu...

Əvvəllər ucqar dağ və sərhəd kəndlərinə ərzaq məhsulları ticarətçi tərəfindən alınıb sərnişin avtobuslarında aparılır, heç bir şəraiti olmayan binalarda satılırdısa, artıq son illər aparılan kompleks quruculuq tədbirləri nəticəsində bu problem də aradan qaldırılıb. Ayrı-ayrı yaşayış məntəqələrində müasir tələblərə cavab verən, memarlıq üslubu ilə gözoxşayan sosial binalar, o cümlədən xidmət mərkəzləri tikilib istifadəyə verilib. Özü də həmin xidmət mərkəzlərində, bufetlərdə alıcılara təqdim olunan məhsullar da, necə deyərlər, gətirilib qapının ağzında təhvil verilir. Gətirilən ərzaq məhsullarının hamısı Naxçıvan məhsullarıdır ki, onların da münasib qiymətinə, keyfiyyətinə, dad-tamına söz ola bilməz.
Şənbə günü idi. Culfa rayonunun Ləkətağ kəndinə gedirdik. Son illərin qurucu­luq ərməğanlarından olan Çeşməbasar-Boyəhməd avtomobil yolu ilə şütüyən, üstündə ərzaq məhsullarının rəsmi çəkilmiş maşını göstərən nəvəm:
– Baba, bu maşın necə gözəl bəzədilib? Bəlkə, biz də maşınımızın üzərinə o rəsmlərdən çəkdirək, – deyib üzümə baxdı.

Ardını oxu...

Tarixən iqtisadiyyatı aqrar sektora bağlı olan Naxçıvan Muxtar Respublikasında quşçuluğun inkişaf etdirilməsi diqqət mərkəzində olub. Hələ keçmişdən ev təsərrüfatlarında mövcud olmuş quşçuluq inkişaf yolu keçərək kənd təsərrüfatının müstəqil sahəsi kimi formalaşıb. Müstəqilliyimizin bərpasından sonrakı dövrdə bu sahədə durğunluq yaşansa da, sonrakı illərdə sahibkarlığa göstərilən dövlət dəstəyi hesabına quşçuluq təsərrüfatlarının sayında artım müşahidə olunmaqdadır. Bunun nəticəsidir ki, hazırda muxtar respublikada quşçuluq təsərrüfatlarının fəaliyyəti genişləndirilir. Elə biz də bu maraqdan yola çıxaraq belə təsərrüfatlardan birində olduq və bu sahibkarlıq subyektinin qurulmasından bu günədək keçdiyi yol haqqında məlumatlar əldə etməyə çalışdıq. Sahibkarla söhbətimizi həm də maarifləndirici istiqamətdə qurduq ki, bu sahə ilə yeni məşğul olan və ya olmaq istəyən digərlərinə də töhfə verə bilək. Beləliklə, müsahibimiz Culfa rayonunun Gülüstan kəndindəki quşçuluq təsərrüfatının sahibi Bəhruz İsmayılovdur.

– İstərdik əvvəlcə özünüz haqqında oxucularımıza məlumat verəsiniz.
– 32 yaşım var, Culfa rayonunun Gülüstan kəndində yaşayıram. 3 ildən artıqdır ki, quşçuluq təsərrüfatının sahibiyəm və hazırda təsərrüfatda 1000 başdan yuxarı hindquşu saxlayıram.

Ardını oxu...

Bazar iqtisadiyyatı şəraitində bank və digər bank olmayan kredit təşkilatlarının böyük əhəmiyyəti vardır. Banklar təkcə kreditləşmə işində deyil, həm də sadə vətəndaşdan tutmuş iri firmalaradək bütün iqtisadi subyektlərin mənafelərinin təmin olunmasında və dövlətin maraqlarının qorunmasında ən vacib maliyyə strukturlarıdır.
Bu baxımdan Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar qarşısında regionda özəl sektorun dəstəklənməsi, onlara maliyyə dəstəyinin göstərilməsi, yeni layihələrin həyata keçirilməsi, əhali əmanətlərinin banklara cəlb olunması və elektron bankçılıq sahəsində işlərin genişləndirilməsi vəzifələri qoyulub. Bankların həyata keçirdiyi kredit qoyuluşları kənd təsərrüfatı, yerli sənaye və istehlak malları istehsalının həcminin artması və yeni iş yerlərinin yaranmasında da mühüm şərtdir. Buna görə də muxtar respublikamızda fəaliyyət göstərən 16 bank qurumu tərəfindən aparılan kreditləşmənin əsas yönü aqrar sektorun inkişafı, ixraca yardım və daxili bazarın qorunması, kiçik və orta sahibkarlığın inkişafı istiqamətindədir.

Ardını oxu...

Oktyabrın 21-də “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Ordubad rayon filialı fəaliyyətə başlayıb.
Yeni ikimərtəbəli, müasir avadanlıqlarla təmin olunan binada fəaliyyət göstərəcək filialın yaradılmasında məqsəd “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən vətəndaşlara təklif olunan bank xidməti və məhsullarının istehlakçılara birbaşa onlar üçün daha yaxın xidmət mərkəzində çatdırılması, bank işinin səmərəli təşkilindən ibarətdir. Filialın yeni inzibati binasında qurulmuş infrastruktur istehlakçıların bank xidmətlərindən daha rahat şəkildə istifadəsinə imkan verəcək.
Filialla tanışlıq zamanı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov bildirib ki, burada müasir avadanlıqlar quraşdırılıb, müştərilərə yüksək səviyyəli bank xidmətlərindən istifadə etmələri üçün hərtərəfli şərait yaradılıb. Bütün bank xidmətlərinin göstəriləcəyi filialda əhali, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarlar onlara təklif olunan maliyyə resurslarından yararlana biləcək, plastik kartlar, müxtəlif pul köçürmələri, vergi və rüsumların ödənişləri və digər bu kimi maliyyə əməliyyatlarından istifadə etmək imkanı əldə edəcəklər. Bundan əlavə, filial tərəfindən cari ildə Ordubadda yeni POS-terminalların quraşdırılması, bankomat şəbəkəsinin yaradılması, digər bank xidmətləri sahəsində nailiyyət əldə etmək əsas məqsəd kimi qarşıya qoyulub.

Ardını oxu...

Muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı üzrə həyata keçirilən ardıcıl tədbirlər cari ilin ötən dövrü ərzində də davam etdirilmiş, yüksək nəticələr əldə olunmuşdur.
2016-cı ilin yanvar-sentyabr aylarında ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi 1 milyard 831 milyon 84 min manatdan artıq olmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 0,8 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artaraq 4103 manatı ötmüşdür. Ümumi daxili məhsulun tərkibində ilk yeri 29,7 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 58,2 faiz təşkil etmişdir.
2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-sentyabr aylarında sənaye məhsulunun həcmi 2,5 faiz, əsas kapitala yönəldilən investisiyalar 7 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,1 faiz, nəqliyyat sektorunda yük daşınması 1,7 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 3,6 faiz, o cümlədən mobil rabitə xidməti 1,7 faiz, pərakəndə əmtəə dövriyyəsi 2,8 faiz, əhaliyə göstərilən pullu xidmətlər 4,1 faiz, ixracın həcmi 1,9 faiz, əhalinin gəlirləri 1,3 faiz, hər bir nəfərə düşən gəlirlər 0,2 faiz artmışdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamına əsasən hər il oktyabrın 20-si ölkəmizdə energetika sahəsində çalışanların peşə bayramı günü kimi qeyd olunur.

Azərbaycanda elektroenergetikanın inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın enerji sisteminin təkmilləşdirilməsi, ölkədə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində gərgin fəaliyyət göstərmişdir. Ümummilli liderin səyləri və təşkilatçılığı sayəsində hər birinin gücü 300 meqavatlıq 8 blokdan ibarət olan Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının tikintisinə başlanıldı və istifadəyə verilən bu stansiya sayəsində Azərbaycan enerji sistemi bölgənin aparıcı sisteminə çevrildi. Həmin dövrdə İran İslam Respublikası ilə birgə tikilən 22 meqavatlıq Araz SES, 330 kilovoltluq Mingəçevir-Abşeron hava elektrik verilişi xətləri, yeni transformator yarımstansiyaları istismara verilmişdir. Müstəqillik illərində də ümummilli liderimiz ölkəmizdə enerji təhlükəsizliyinin təmin olunmasını diqqət mərkəzində saxlamış, bu sahənin maddi-texniki təchizatı xeyli gücləndirilmişdir.

Ardını oxu...

Beynəlxalq Standartlaşdırma Təşkilatının yarandığı gün – ok­tyabrın 14-ü hər il ölkəmizdə də “Beynəlxalq Standartlaşdırma Günü” kimi qeyd edilir.
Müasir dövrdə standartlaşdırma çoxşaxəli inkişafın tənzimlənməsi üçün istər ölkədaxili, istərsə də beynəlxalq aləmdə əsas meyar kimi qəbul olunur. Standartlaşdırmanın əsas məqsədləri istehsalın effektivliyinin artırılmasından, istehlakçılara çatdırılan məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsindən, insan sağlamlığının qorunması istiqamətində təhlükəsizlik normalarının daha da təkmilləşdirilməsindən, ətraf mühitin qorunmasından və ticarətdə texniki maneələrin aradan qaldırılmasından ibarətdir.
Ölkəmizdə standartlaşdırma sahəsinin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra bu sahəyə diqqət və qayğı daha da artırılmış, hüquqi baza möhkəmləndirilmiş, “Standartlaşdırma haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Yeyinti məhsulları haqqında” qanunlar və digər hüquqi sənədlər qəbul edilmişdir. Standartlaşdırma sahəsində həyata keçirilən islahatlar hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Azərbaycan Respublikasında standartlaşdırmanın inkişaf etdirilməsi, beynəlxalq standartlara harmonizasiya, beynəlxalq tələblərə cavab verən yeni milli standartların yaradılması və standartlar fondunun genişləndirilməsi, təkmilləşdirilməsi əsas məqsədlərdəndir. Azərbaycanda keyfiyyət infrastrukturunun inkişafı və tənzimlənməsi standartlaşdırma, akkreditasiya, sertifikatlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi fəaliyyət istiqamətləri vasitəsilə həyata keçirilməkdədir. Bu gün Azərbaycan Beynəlxalq Standartlaşdırma Təşkilatının, Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Avrasiya Standartlaşdırma Təşkilatının və Türkdilli Ölkələrin Bölgələrarası Standartlaşdırma Birliyinin üzvüdür.

Ardını oxu...

Muxtar respublikada qışa ciddi hazırlaşmaq, payız-qış mövsümündə əhalinin tələbatını tam ödəmək üçün görülən tədbirlərin sırasında əhalini təzə meyvə-tərəvəzlə təmin etməyə imkan verən soyuducu anbarların gücündən tam istifadə olunması, bazarda bolluq yaradılması xüsusi yer tutur.
Bazarı ekoloji cəhətdən sağlam meyvə-tərəvəzlə təmin etmək üçün soyuducu anbarların mühüm rolu vardır. Xüsusən kənd təsərrüfatı məhsullarının saxlanılmasında anbarlar vacib funksiyanı həyata keçirir. Sahibkarlığa Kömək Fondu vasitəsilə ayrılan güzəştli kreditlər və sahibkarların özlərinin şəxsi vəsaiti hesabına Naxçıvanda soyuducu və digər ərzaq məhsullarının saxlanması üçün yeni anbarlar inşa olunur.
Belə anbarlar sahibkarların öz istehsal məhsullarını saxlaması və tələbatdan artıq istehsal olunan kənd təsərrüfatı istehsalı məhsullarının qəbulu məqsədilə yaradılıb. Yaradılmış soyuducu və digər təyinatlı ərzaq məhsullarının saxlanması üçün anbarların ümumi tutumu 21.515,0 tondur.
Muxtar respublikada qış mövsümündə əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, qiymətlərin tənzimlənməsi və idxaldan asılılığın azaldılması məqsədilə soyuducu аnbаrlаrа məhsul qəbulu davam etdirilir.

Ardını oxu...

Muxtar respublikamızda əhalinin etibarlı ərzaq təminatı iqtisadi siyasətin başlıca istiqamətlərindən biridir. Ərzaq təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahəsini təşkil edir. Çünki bu sahə əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. 

Naxçıvanda taxıl məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi cari ilin ötən dövrü ərzində də davam etdirilib. Torpağın şumlanmasından başlayaraq yetişdirilən məhsulun daşınmasına qədər bütün proseslər ciddi şəkildə nizama salınıb. Muxtar respublikaya yeni texnikaların gətirilməsi, meliorasiya və irriqasiya işlərinin görülməsi, məhsuldarlığın yüksəldilməsi üçün aqrotexniki tədbirlərin aparılması hesabına hər il əvvəlki illə müqayisədə daha çox taxıl məhsulu əldə olunur.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, 2016-cı ildə 31579 hektar sahədən taxıl tədarük olunub. Bunun da 30298 hektarı payızlıq, 1281 hektarı yazlıq taxıldır. Taxıl zəmilərinin 26795 hektarını buğda, 4784 hektarını isə arpa təşkil edib.

Ardını oxu...

Müasir dövr Naxçıvanda iqtisadiyyatın aparıcı sahəsi olan sənayenin inkişaf etdirilməsi dövrü kimi xarakterizə olunur. Muxtar respublikada həm yerli xammalla, həm də yüksək texnologiyanın tətbiqi ilə işləyən sənaye müəssisələrinin yaradılması işi bu gün davam etdirilir. Artıq muxtar respublikada yerli və idxal xammal əsasında işləyən çox sayda sənaye müəssisələri fəaliyyət göstərməkdədir. Bu müəssisələrin əksəriyyətinin Naxçıvan şəhərində olması muxtar respublikanın paytaxtının sənaye şəhəri adlandırılmasına əsas verir. 

Naxçıvan şəhərində emal sənayesinin inkişafı ilə bağlı bu yazımız üçün aldığımız məlumatda muxtar respublikanın paytaxtı üzrə emal-istehsal fəaliyyəti ilə məşğul olan müəssisələrin sayının, təxminən, 100-ə yaxın olduğu bildirilir. Əlbəttə, şəhərimizdə bu qədər sayda istehsal müəssisəsinin olması çox yaxşı haldır. Belə ki, bunlar arasında plastmas qablardan avtomobillərə, polietilen torbalardan mebellərə, quş ətindən şirniyyat məhsullarına qədər çox geniş profildə məhsullar istehsal edən müəssisələr vardır. Ümumilikdə, Naxçıvan şəhərində 35-ə yaxın profil üzrə ixtisaslaşmış sənaye müəssisələrinin olduğunu görürük. Bu müəssisələrdə yaradılmış iş yerlərinin sayına gəldikdə isə kifayət qədər ciddi bir rəqəmlə qarşılaşırıq. İki min beş yüzdən çox insanın daimi işlə təmin olunduğu Naxçıvan şəhərindəki istehsal-emal müəssisələri arasında işçilərinin sayının bir neçə nəfərdən tutmuş 275 nəfərədək olan çox geniş sayda sahibkarlıq subyektləri vardır. Mövcud müəssisələrin istehsal gücünə baxdıqda görürük ki, onlardan bəziləri, məsələn, hazırda 260 nəfərdən çox adamın işlə təmin olunduğu “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu müəssisədə hazırda 4 növ undan 18 çeşiddə çörək, 2 çeşiddə lavaş, 11 çeşiddə süd məhsulları, onlarla çeşiddə şirniyyat və peçenye, əriştə kimi milli mətbəximizdə mühüm yer tutan ərzaq məhsulları istehsal edilir. Burada istehsal olunan məhsulların hamısının xammalı yerli istehsala əsaslandığından keyfiyyət və xammal çatışmazlığı problemi yoxdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhəri müasir şəhərsalma prinsipləri əsasında qurulur.
İstifadəyə verilən sosial obyektlər, inzibati və ictimai yaşayış binaları şəhərin memarlıq quruluşuna yeni görkəm verir. Qədim və müasir memarlıq elementlərinin sintezi əsasında aparılan kompleks quruculuq işləri şəhərin görkəmini tamamilə dəyişib. Son illərdə Naxçıvan şəhərində onlarla yaşayış binası əsaslı şəkildə təmir olunaraq və ya yenidən qurularaq sakinlərin istifadəsinə verilib. Bu istiqamətdə işlər cari ildə də davam etdirilir.
Belə ki, Əziz Əliyev küçəsindəki 41 nömrəli yaşayış binasında son tamam­lama işləri görülür. “Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən 5 mərtəbəli yaşayış binasının pəncərələri dəyişdirilib, dam örtüyü, kommunikasiya xətləri yenilənib. Bundan əlavə, binanın zirzəmisi təmir olunub, fasad hissə üzlük daşla üzlənib. Hazır­da binanın ətrafında abadlıq işləri görülür, yerə kilid daş döşənir, arxa və ön hissələrdə gülkarlıqlar üçün ərazilər hazırlanır.
Naxçıvan şəhərinin “İstiqlal” küçəsindəki yaşayış binalarına da son illərin quruculuq tədbirlərindən pay düşüb. Burada 99 nömrəli yaşayış binasının sakinlərin istifadəsinə verilməsindən sonra 111 nömrəli yaşayış binasının yenidən qurulmasına başlanılıb. “Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən yenidən qurulan binada işlərə cari ilin sentyabr ayından başlanılıb. İlkin olaraq qəzalı vəziyyətdə olan eyvanlar və sonradan artırılan hissələr sökülüb, sonrakı mərhələdə binanın ətrafı beton sütunlarla möhkəmləndirilib. Hazırda sütunların ucaldılması məqsədilə beton-qəlib işləri davam etdirilir. Bununla yanaşı, yaşayış binası arxaya doğru 3 metrlik məsafəyədək artırılıb ki, bu da sakinlərin mənzil sahəsinin genişlənməsinə imkan verəcək. Zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan binanın daxilində suvaq işləri, elektrik və istilik xətlərinin yenilənməsi davam etdirilir. 36 mənzilli yaşayış binasının yenidən qurulması sakinlərin rahatlığını tam təmin edəcək.

Ardını oxu...

  “Büllur saray”dan reportaj

Təbiət bu torpağa bir-birindən qiymətli, əvəzsiz nemətlər bəxş edib. Onlardan biri də duzdur. Bu diyarda duz çıxarılması insanların əsas məşğuliyyətlərindən biri olub. Araşdırmalar sübut edib ki, hələ Daş dövründən başlayaraq Naxçıvanda üstü qırmızı haşiyəli dağların altından ibtidai üsullarla duz çıxarılıb, ondan məişətdə, təsərrüfatda geniş istifadə edilib. Sonrakı dövrlərdə mədənlərdən çıxarılan duzun miqdarı artırılıb, bu nemət üçün dünyanın müxtəlif ölkələrindən Naxçıvana dəvə karvanları gəlib, tacirlər duz ticarətindən böyük var-dövlət əldə ediblər. Beləliklə, dağların bəyaz sərvəti bu torpağın insanlarının rifahında önəmli rol oynayıb. 

Ardını oxu...

Daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsullar istehsal edən müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Uşaq Bezi Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisənin direktoru İbrahim Cəlilov bizimlə söhbətində qeyd etdi ki, özəl bölməyə, sahibkarlıq fəaliyyətinə göstərilən dövlət qayğısından bu müəssisə də bəhrələnib. Xammal və hazır məhsulların ağırtonnajlı yük avtomobilləri ilə daşınması üçün daha əlverişli yerdə – Naxçıvan dairəvi avtomobil yolunun kənarında müəssisə üçün ayrılmış ərazidə 2 istehsal sahəsi, xammal və hazır məhsulların saxlanılması üçün bölmələr yaradılıb, ayrı-ayrı iş otaqları istifadəyə verilib. 

Layihəyə uyğun olaraq, tibbi spirtin qablaşdırılması və uşaq bezi istehsalı sahələrində İran İslam və Çin Xalq respublikalarından alınmış, istehsal gücü saatda 1000 ədəd şərti butulka tibbi spirt, dəqiqədə 350 ədəd uşaq bezi olan və kompüterlə idarəetmə mərkəzi ilə təmin edilən müasir texnoloji avadanlıqlar quraşdırılıb, istehsal prosesi avtomatlaşdırılıb. Müəssisədə istehsal prosesi konveyer üsulu ilə təşkil olunub, keyfiyyətli məhsul istehsalı üçün əlverişli şərait yaradılıb. Həmçinin müəssisədə mərkəzləşdirilmiş nəzarət sistemi qurulub ki, bu da istehsal prosesi zamanı yaranan nasazlıqların vaxtında aradan qaldırılmasına imkan verir.

Ardını oxu...

Bu sahənin inkişafına hərtərəfli şərait yaradılıb

    Sağlam qidalanmada meyvə əsas şərtdir. Zəngin vitamini insanlar məhz bu ləziz nemətlərdən alır. Bəşəriyyətdə baş verən müharibələr, aclıq, səfalət zamanlarında meyvələr bəzi insanlara bu ağır dönəmi keçməyə kömək edib. Meyvəçilik muxtar respublikamızda həmişə insanların sevdiyi, onların məşğulluğunu təmin edən bir sahə olub. Bu sahədə bağlar diyarı kimi tanınan Ordubad rayonu xüsusilə seçilib. Özü də, əsasən, bu bölgə ərik bağları ilə məşhurlaşıb. Bu bağlarda yetişdirilən müxtəlif növ əriklər dünyada yetişdirilən ərik növləri içərisində birinci yerdə dayanıb. 

“Naxçıvan tarixi” çoxcildliyində verilən bir məlumatda oxuyuruq: “Hər il orta hesabla Ordubaddan Tiflisə, oradan isə Ağstafa dəmir yolu vasitəsilə Rusiyanın mərkəzi şəhərlərinə 150 min pud quru ərik daşınırdı”. Tək elə bu fakt Ordubad əriyinin dadından-tamından, alıcı bolluğundan xəbər verir.
Meyvəçiliyin çox gəlir gətirən sahə olduğunu o dövrün statistikası da təsdiq edir. A.X.Pollovun hesablamalarında göstərilir ki, ərik ağacları əkilmiş hər desyatin torpaq sahəsində 200 ortayaşlı ağac olurdu və bunların hərəsindən 600 pud məhsul götürülürdü. Ərik qurusunun hər pudu həmin ərazidə 50 qəpiyə satılırdı. Hər desyatin ərik bağından sahibkarlar 280 manat təmiz gəlir götürə bilirdilər...

Ardını oxu...

Şərur rayonu muxtar respublikamızın kənd təsərrüfatı ilə məşğul olan ən iri bölgələrindən biridir. Rayonun iqtisadiyyatında heyvandarlıq, taxılçılıq, kartofçuluq, bostan-tərəvəzçilik, meyvəçilik aparıcı rol oynayır. Cari ildə bölgədə 17 min 115 hektar sahədə əkin aparılıb ki, onun da 7 min 637 hektarını taxıl, 760 hektarını kartof, 1578 hektarını tərəvəz, 1120 hektarını qarğıdalı, 491 hektarını paxlalı bitkilər, 31 hektarını günəbaxan, 474 hektarını bostan bitkiləri və sair təşkil edib. Rayonda taxıl biçini optimal müddətdə başa çatdırılıb, sahələrdən 24 min 117 ton məhsul toplanmaqla, hər hektarın məhsuldarlığı 31,6 sentnerə yüksəlib. Rayonda növbəti payızlıq taxıl əkininə start verilib. 

Yeri gəlmişkən onu da deyək ki, bu ilin yazında 1324 nəfər torpaq mülkiyyətçisinə 664 min 600 manat yardım edilib və 1487 ton mineral gübrə paylanılıb. Bununla yanaşı, kənd təsərrüfatı ilə məşğul olan istehsalçılara “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 25 ədəd müxtəlif kənd təsərrüfatı texnikaları lizinq yolu ilə satılıb.

Ardını oxu...

Bu gün muxtar respublikada baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün hər cür imkanlar var

Baramaçılıq qədim tarixə malik gəlirli təsərrüfat sahələrindən biridir. Arxeoloji qazıntılar bu sahənin eramızdan 5 min il əvvəl mövcud olduğunu deməyə əsas verir. Baramaqurdu əsasında ipəkçilik qədim zamanlardan Çin, Yaponiya, Cənubi Koreya, Hindistan, İran, Türkiyə, Orta Asiya və Cənubi Qafqaz ölkələrində inkişaf edib. VII əsrdən isə ipəkçilik Azərbaycanda inkişaf etməyə başlayıb. Buna ölkəmizin əlverişli iqlim şəraiti, xüsusən bol Günəş işığı, tarixi əmək vərdişləri imkan verirdi. 

XI-XII əsrlərdə Azərbaycanın müxtəlif bölgələrində istehsal edilən ipək kəmiyyət və keyfiyyətinə görə bütün dünyada şöhrət qazanmışdı. XIX əsrdə Rusiyada ipək istehsalı müəssisələri, əsasən, Azərbaycandan alınan barama xammalı hesabına işləyirdi. Sovetlər İttifaqı dövründə ölkəmizdə istehsal olunan ipək parça təkrar emal üçün SSRİ-nin ipək parça kombinatlarına göndərilirdi. Bu kombinatların sayı 250-ni ötmüşdü. Ötən əsrin sonlarında baş verən məlum hadisələr iqtisadi cəhətdən xeyli sərfəli olan bu təsərrüfat sahəsini də tənəzzülə uğratdı. Min hektarlarla tutluq sahələri sıradan çıxdı, istehsal sahələrindəki avadanlıqlar dağıdıldı. İnsanlar daimi iş yerlərini itirdilər.

Ardını oxu...

İqtisadi aktivliyin yüksəldilməsi məqsədilə sahibkarlara güzəştli şərtlərlə maliyyə dəstəyinin göstərilməsi öz bəhrəsini verib, idxal­əvəzləyici və ixracyönümlü məhsullar istehsal edən emal və sənaye müəssisələri həyata vəsiqə alıb, ümumi daxili məhsul istehsalında özəl bölmənin payı artaraq 87 faizi ötüb. Özəl bölmənin inkişafı əhalinin tələbatının yerli istehsal hesabına yüksəkkeyfiyyətli məhsullarla təmin olunmasına da əlverişli şərait yaradıb.
Daxili bazarı yüksəkkeyfiyyətli yerli ərzaq məhsulları ilə təmin edən müəssisələrdən biri də 2011-ci ilin noyabr ayında yaradılmış “Ləzzət Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Özəl bölməyə, sahibkarlıq fəaliyyətinə göstərilən dövlət qayğısından bu müəssisə də bəhrələnib, Sahibkarlığa Kömək Fondundan 2012-ci ilin may ayında 400 min manat, dekabr ayında isə 650 min manat dövlət maliyyə dəstəyi göstərilib. Ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması üçün Babək rayonunun Kərimbəyli kəndində 20 min 674 kvadratmetr, kəsim və paketləmə istehsalı sahəsi üçün isə Hacıvar kəndində 5013 kvadratmetr torpaq sahəsi ayrılıb. Quşçuluq təsərrüfatında quşların bəslənilməsi üçün hər biri 15 min baş quş tutumuna malik 5 bina inşa olunub.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR