23 Dekabr 2024, Bazar ertəsi

Son illər Naxçıvan şəhərində müasir yaşayış binalarının, xidmət sahələrinin istifadəyə verilməsi ilə yanaşı, dövlət qurumlarının səmərəli fəaliyyəti də diqqət mərkəzində saxlanılır, yeni inzibati binalar tikilir. Bütün bu tədbirlər əməkdaşların yaxşı şəraitdə işləməsinə hesablanıb.

Bu sahədə həyata keçirilən tədbirlərin davamı kimi hazırda Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsində Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üçün yeni bina inşa edilir. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən tikilən bina zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarətdir. Burada inşaat işlərinə ötən ildən başlanılıb. Ötən müddətdə tikilən binanın dam örtüyü vurulub, pəncərələri salınıb, kommunikasiya xətlərinin çəkilişi yekunlaşdırılıb. Hazırda binanın fasadında üzləmə işləri aparılır, daxildə pilləkənlərə daş döşənir.
Adıçəkilən komitə üçün inşa edilən yeni binada hər cür şəraitə malik iş otaqları, qurumun əhatə etdiyi sahələrə aid fondlar, mətbəə, arxiv, server otağı, 10 min ədəd kitab üçün nəzərdə tutulmuş elmi kitabxana, laboratoriya, 108 yerlik iclas zalı yaradılacaq, binanı qış aylarında fasiləsiz istiliklə təmin etmək üçün fərdi qazanxana quraşdırılacaq. Yeni binanın istifadəyə verilməsi burada çalışacaq əməkdaşların iş şəraitinin müasir tələblər əsasında qurulması ilə yanaşı, bu sahədə görülən işlərin keyfiyyətinə də müsbət təsir göstərəcəkdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR