23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması, bu sahəyə dövlətin maliyyə dəstəyinin göstərilməsi, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühitinin formalaşdırılması cari ilin 9 ayı ərzində də yeni istehsal və xidmət sahələrinin, idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən emal və sənaye müəssisələrinin yaradılmasına imkan verib.
Bu dövrdə Sahibkarlığa Kömək Fondunun kredit vəsaiti və digər mənbələr hesabına sənaye və kənd təsərrüfatı yönümlü 16 istehsal və 7 xidmət sahəsi olmaqla, ümumilikdə, 23 müəssisənin yaradılması istiqamətində işlər başa çatdırılıb. Yeni yaradılmış müəssisələr, əsasən, mebel, qapı-pəncərə, dəri emalı sahəsinin fəaliyyətinin genişləndirilməsi, çörək (lavaş), unlu-qənnadı məmulatları istehsalı sahələri, eyni zamanda istixana, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını əhatə edir.

Cari ilin ötən dövründə Sahibkarlığa Kömək Fondunun krediti və digər mənbələr hesabına ərzaq, həmçinin qeyri-ərzaq məhsulları və müxtəlif növ xidmət sahələri olmaqla, 12 müxtəlif təyinatlı istehsal, 4 xidmət sahəsi, ümumilikdə, 16 müəssisənin yaradılması istiqamətində işlər davam etdirilib.
Ümumilikdə, 2016-cı ilin 9 ayı ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən 17 yeni layihə olmaqla, 19 müxtəlif təyinatlı layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 5.238.700 manat maliyyə dəstəyi göstərilib.
Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 366 növdə məhsul istehsal olunur. Bu məhsulların 120 növü ərzaq, 246 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbatın yerli imkanlar hesabına ödənilməsi təmin edilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR