23 Dekabr 2024, Bazar ertəsi

Babək Rayon İcra Hakimiyyətinin binasında əsaslı təmir və yenidənqurma işləri aparılır. Bu quruculuq tədbirini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsinin kollektivi həyata keçirir.
İdarənin rəisi Rəvayət İman­ovdan aldığımız məlumata görə, cari ilin iyul ayından yenidənqurma işlərinə başlanılıb. Ötən aylar ərzində binanın zirzəmisi və üç mərtəbəsi yenidən qurulub, daha bir mərtəbə tikilib. Obyektdə, demək olar ki, əsas işlər görülüb. Belə ki, binanın daxilində aparılan yenidənqurma tədbirləri başa çatdırılıb, dam örtüyü vurulub, kommunikasiya xətləri yenilənib, daxili və xarici suvaq işləri tamamlanıb, qapı-pəncərələr salınıb.
Hazırda isə binanın daxilində boya işləri aparılır, həmçinin cilalanmış və cilalanmamış travertin çeşidlərindən, qara mərmərdən yaradılan kompozisiya çərçivəsində binanın girişində işlər davam etdirilir.
Binanın həyətyanı sahəsində yardımçı tikililər sökülərək yenidən qurulur, su xətləri çəkilir, yaşıllıq əraziləri səliqə-sahmana salınır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR