23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada qışa ciddi hazırlaşmaq, payız-qış mövsümündə əhalinin tələbatını tam ödəmək üçün görülən tədbirlərin sırasında əhalini təzə meyvə-tərəvəzlə təmin etməyə imkan verən soyuducu anbarların gücündən tam istifadə olunması, bazarda bolluq yaradılması xüsusi yer tutur.
Bazarı ekoloji cəhətdən sağlam meyvə-tərəvəzlə təmin etmək üçün soyuducu anbarların mühüm rolu vardır. Xüsusən kənd təsərrüfatı məhsullarının saxlanılmasında anbarlar vacib funksiyanı həyata keçirir. Sahibkarlığa Kömək Fondu vasitəsilə ayrılan güzəştli kreditlər və sahibkarların özlərinin şəxsi vəsaiti hesabına Naxçıvanda soyuducu və digər ərzaq məhsullarının saxlanması üçün yeni anbarlar inşa olunur.
Belə anbarlar sahibkarların öz istehsal məhsullarını saxlaması və tələbatdan artıq istehsal olunan kənd təsərrüfatı istehsalı məhsullarının qəbulu məqsədilə yaradılıb. Yaradılmış soyuducu və digər təyinatlı ərzaq məhsullarının saxlanması üçün anbarların ümumi tutumu 21.515,0 tondur.
Muxtar respublikada qış mövsümündə əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, qiymətlərin tənzimlənməsi və idxaldan asılılığın azaldılması məqsədilə soyuducu аnbаrlаrа məhsul qəbulu davam etdirilir.

1 iyun 2016-cı il tarixdən 10 ok­tyabr 2016-cı il tarixə soyuducu anbarlara kənd təsərrüfatı üzrə ixtisaslaşmış sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə tələbatdan artıq istehsal edilmiş cəmi 3066,96 ton məhsul tədarük olunub. Bunun da 2371,74 tonu kartof, 388,74 tonu soğan, 220,0 tonu ərik, 77,18 tonu alma, 9,62 tonu sarımsaq məhsuludur. Tədarük edilmiş meyvə-tərəvəz məhsullarından 682,32 tonunun satışı həyata keçirilib. Haliyədə anbarlarda 2384,64 ton məhsul mövcuddur.
Muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının tələbatdan artıq istehsal etdikləri meyvə və tərəvəz məhsullarını soyuducu anbarlar münasib qiymətlərlə qəbul edir. Birinci növ kartof məhsulu üzrə 40 qəpik, ikinci növ kartof məhsulu üzrə 25 qəpik, əla növ soğan məhsulu üzrə 40 qəpik, birinci növ soğan məhsulu üzrə 35 qəpik, ikinci növ soğan məhsulu üzrə 25 qəpik, əla növ alma məhsulu üzrə 80 qəpik, birinci növ alma məhsulu üzrə 50 qəpik, ikinci növ alma məhsulu üzrə 30 qəpik, “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin alma sirkəsi məhsulu istehsalı üçün üçüncü növ alma məhsulu 5-10 qəpik olaraq soyuducu anbarlar tərəfindən tədarük olunur.
Meyvə-tərəvəz məhsullarının anbarlara tədarükü istiqamətində işlər davam etməkdədir.
Eyni zamanda soyuducu anbarlardan səmərəli istifadə etmək məqsədilə sahibkarlarla qarşılıqlı razılaşma yolu ilə anbarlar istehsalçılara icarəyə verilir. Hazırda soyuducu anbarlarda icarə olaraq 604,4 ton məhsul saxlanılmaqdadır.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR