23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında son illərin quruculuq xəritəsində ən önəmli yeri məktəb binalarının inşası tutur.
Çünki hər bir xalqın firavan gələcəyi, ilk növbədə, təhsildən, savadlı gənclərdən asılıdır. Bu səbəbdəndir ki, bu gün diyarımızın hər bir bölgəsində yeni məktəb binaları tikilir, mövcud binalar yenidən qurulur, onların maddi-texniki bazası gücləndirilir. Belə tikinti-quruculuq tədbirlərindən Şahbuz rayonuna da xeyli pay düşüb. Rayonun əksər kənd yaşayış məntəqələrində aparılan məktəb qurucu­luğuna cari ildə Daylaqlı kənd tam orta məktəbi də əlavə olunub. Bu iş Kolanıda davam etdirilir. Belə ki, hazırda sözügedən kənddə təhsil ocağı üçün yeni bina tikilir. Tikinti işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsinə həvalə olunub. İdarənin rəisi Rəvayət İmanovdan aldığımız məlumata görə, obyektin inşasına cari ilin may ayının əvvəllərindən başlanılıb və artıq əsas işlər görülüb.
Üçmərtəbəli məktəb binası 360 şagird yerlikdir. Təhsil ocağında 20 sinif otağı, üç elektron lövhəli sinif, üç laboratoriya, kompüter sinfi, fənn kabinələri və idman zalı yaradılıb.
Hazırda obyektdə son tamamlama işləri görülür. Yaxın günlərdə Kolanı kənd tam orta məktəbi də muxtar respublikanın əksər kəndlərində tikilən, müasirliyi ilə gözoxşayan, maddi-texniki bazası ilə tədrisin səviyyəsini yüksəldən məktəblər sırasına qoşulacaq.

 Hafizə Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR