23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında aparılan tikinti-quruculuq tədbirləri sırasında yeni məktəb binalarının tikilməsi və ya yenidən qurulması mühüm yer tutur.
Bu sahəyə göstərilən dövlət qayğısının nəticəsidir ki, hər il onlarla yeni təhsil ocağı istifadəyə verilir, onların maddi-texniki bazası yenilənir. Belə təhsil müəssisələrindən biri də Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdir. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən təhsil ocağının binası əsaslı şəkildə yenidən qurulub, binaya bir korpus əlavə olunub. Yenidənqurma işləri zamanı zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binanın fasadı milli memarlıq üslubunda işlənib, dam örtüyü yenilənib, daxildə müəllim və şagirdlər üçün hərtərəfli şərait yaradılıb. Obyektdən verilən məlumata görə, zirzəmi hissədə qazanxana, yeməkxana, kitabxana, hərbi kabinə, digər mərtəbələrdə isə 30 sinif otağı, elektron lövhəli siniflər, kompüter otaqları, şahmat sinfi və müxtəlif laboratoriyalar yerləşir. Artıq burada işlər yekunlaşıb, binanın arxa hissəsində isə abadlıq işləri davam etdirilir. Yaradılmış şərait məktəbdə oxuyacaq şagirdlərin sayının 540-dək çatdırılmasına imkan verəcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR