23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, torpaqların elektron uçotunun aparılması yolu ilə torpaq ehtiyatlarından daha səmərəli istifadənin təmin edilməsi Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqət mərkəzində saxlanılır. Komitədən verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir. 2015-ci ilin avqust ayından etibarən Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutu tərəfindən Babək və Şərur rayonlarının yaşayış məntəqələrində həyətyanı torpaq sahələrinin plana alınmasına başlanılıb. Babək rayonunun Babək qəsəbə, Sirab, Qahab, Şıxmahmud, Xəlilli, Naxışnərgiz, Aşağı Uzunoba, Yuxarı Uzunoba, Vayxır, Xal-xal, Didivar, Nəzərabad, Güznüt, Çeşməbasar, Məzrə, Aşağı Buzqov və Payız kəndlərində, Şərur rayonunun Mahmudkənd, Vayxır, Tumaslı və Diyadin kəndlərində planaalma işləri başa çatdırılıb.
Ümumilikdə, 2015-ci ilin avqust ayından bu günədək muxtar respublikanın 22 yaşayış məntəqəsində 8445 həyətyanı torpaq sahəsi plana alınıb.
Hazırda Babək rayonunun Gülşənabad və Şərur rayonunun Yengicə kəndlərində planaalma işləri davam etdirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR