23 Dekabr 2024, Bazar ertəsi

Ərəbyengicə kəndi iki aydan artıqdır ki, tikinti meydançasına çevrilib. Hazırda bu yaşayış məntəqəsində 4 obyekt inşa olunur.
Kəndin simasını əsaslı surətdə dəyişəcək müasir obyektlərin inşasını Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Şərur Rayon İdarəsinin inşaatçıları həyata keçirirlər. Obyektlərdən biri kənd mərkəzi üçün nəzərdə tutulub. Müasirtipli layihə əsasında inşa edilən ikimərtəbəli binada hörgü işləri, demək olar ki, başa çatdırılıb, qapı-pəncərələr salınıb, suvaq işlərinə hazırlıqlara başlanılıb.
Kənddə yeni həkim ambulatoriyasının inşası əhalinin sağlamlığına xidmət edən quruculuq tədbirlərindəndir. Bu bina da iki mərtəbədən ibarətdir. Yeni səhiyyə ocağında müasir tibbi avadanlıqlar vasitəsilə əhaliyə nümunəvi səhiyyə xidməti göstəriləcək.
Ərəbyengicədə inşası davam etdirilən daha bir obyekt isə kənd tam orta məktəbi üçün nəzərdə tutulan binadır. Yeni məktəb binasında təhsilin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait yaradılacaq. Bu kənddə tikintisi aparılan xidmət mərkəzində isə ərzaq və sənaye malları mağazaları, gözəllik salonu, bərbərxana, dərzi sexi və ət satışı dükanı sakinlərə xidmət edəcək.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Vergilər Nazir­liyindən aldığımız məlumata görə, bu ilin ötən 5 ayı ərzində nazirlik və onun yerli vergi orqanları tərəfindən operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 15 ver­gi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.
Həyata keçirilən operativ nəzarət tədbirləri zamanı 5 vergi ödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 5 vergi ödəyicisi tərəfindən xarici valyuta məbləğlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.

Ardını oxu...

Dünən “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində sahibkarlığa yeni başlamaq istəyənlər üçün ikigünlük seminara start verilib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sa­hibkarlığın inkişafı şöbəsinin müdiri Mircavid Tağızadə seminar iştirakçılarına sa­hibkarlıq anlayışı və onun iqtisadi mahiyyəti haqqında ətraflı məlumat verib.
Seminarda Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Həsən Məmmədovun “Menecment fəaliyyəti, onun mahiyyəti və məzmunu”, “Naxçıvan” Universitetinin müəllimi Şahnaz Məmmədovanın “Sahibkarlıq sferasında marketinq strategiyaları”, Sahibkarlığa Kömək Fondunun əməkdaşı İsa Novruzovun “Sahibkarlıq fəaliyyətində dövlət maliyyə dəstəyinin rolu” mövzularında çıxışları olub.

Ardını oxu...

Muxtar respublikanın iri yaşayış məntəqələrindən olan bu rayon aparılan genişmiqyaslı tikinti-quruculuq tədbirləri hesabına öz görkəmini başdan-başa dəyişib. Hər il rayonun qəsəbə və kəndlərində infrastruktur yenilənir, yeni yollar salınır, körpülər tikilir. Milli Qurtuluş Gününün bəhrələri olan, insanların rahatlığına xidmət edən bu tədbirlər cari ildə də davam etdirilir.

Məlumat üçün deyək ki, rayonda 2017-ci ilin yanvar-aprel aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 milyon 949 min 700 manat həcmində investisiya yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyanın 10 milyon 236 min 100 manatı və ya 93,5 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.
Cari ildə rayonun ucqar dağ və sərhəd kəndi olan Gərməçataq müasirliyin astanasındadır. Aprel ayından kənddə tam orta məktəbin əsaslı yenidən qurulmasına başlanılıb. Məlumat üçün deyək ki, təmirdən sonra məktəbdə kompüter və şahmat sinifləri də fəaliyyət göstərəcək. Ümumilikdə isə 16 sinif otağı kollektivin ixtiyarına veriləcək. Görülən işlər təhsil ocağı ilə məhdudlaşmır. 2 mərtəbəli kənd mərkəzində isə dövlət qurumlarının səmərəli fəaliyyəti üçün müasir iş şəraiti yaradılacaq. Xidmət mərkəzinin istifadəyə verilməsi ilə sakinlərin ərzaq və sənaye mallarına olan tələbatı məhz bu məkanda ödəniləcək. Bundan başqa, kənddaxili yollar da abadlaşdırılacaq, rabitə və elektrik xətləri yenilənəcək. Görülən məqsədyönlü tədbirlər məskunlaşmanın artmasına səbəb olub. Ümumilikdə, kənddə 61 təsərrüfat mövcuddur. Bir zamanlar top-tüfəng səsi gələn Gərmə­çataq indi davamlı sabitliyin hökm sürdüyü, quruculuq işləri aparan texnikaların səsi gələn bir yurd yerinə çevrilib.

Ardını oxu...

Taxılçılıq rayonu kimi tanınmış Şərurda bu ilin məhsulu üçün ötən ilin payızında və cari ilin yazında 4 min 144 hektar sahədə taxıl əkinləri həyata keçirilib. Sahələrdə becərmə işləri aqrotexniki tələblərə uyğun aparılıb. Taxıl zəmilərinin indiki vəziyyəti sahələrdən bol məhsul əldə olunacağından xəbər verir.
Şərur Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, rayonda taxıl biçininə hazırlıq işləri qısa müddət ərzində aparılıb. Taxıl biçini üçün 8-i “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayonundakı bazasına, 12-si isə müxtəlif fiziki və hüquqi şəxslərə məxsus, ümumilikdə, 20 kombayn hazır vəziyyətə gətirilib. Bundan başqa, taxıl biçinlərinə cəlb ediləcək taxıldaşıyan avtomaşınlar və qoşqulu traktorlara, presvuran aqreqatlara baxış keçirilib, texnikaların saz vəziyyətdə olması yoxlanılıb, torpaq mülkiyyətçiləri və mexanizatorlarla maarifləndirmə işləri aparılıb, ehtiyat hissə və yanacaq tədarükü görülüb. Texnikaların daim saz vəziyyətdə olması üçün səyyar təmir briqadası yaradılıb.
Rayon İcra Hakimiyyətindən verilən məlumatda o da bildirilib ki, biçin zamanı yanğın təhlükəsizliyinin təmin edilməsi, hazır məhsulun təmizlənməsi üçün xırman yerlərinin hazırlanması, sahə kənarlarındakı yolların hamarlanması və zəruri olan digər tədbirlər həyata keçirilib, taxıl biçininə hazırlıq işləri yekunlaşdırılıb.

Elman MƏMMƏDOV

Bir yaz günündə, səhərin erkən çağında Naxçıvan-Culfa avtomobil yolu ilə irəliləyən maşının pəncərəsindən torpağın sinəsində xalı kimi görünən ucsuz-bucaqsız taxıl zəmilərinin, xoş ətir yayan biçənəklərin, bir-birinə söykənmiş alçaq-uca təpələrin, dağların seyrinə dalmaq xoş ovqat yaradırdı. Culfa rayonunun Ərəzin, Əbrəqunus, Bənəniyar, Saltaq, Əlincə, Ərəfsə, Ləkətağ kəndlərindən keçib möhtəşəmlik rəmzi olan dağların qoynuna sığınan səfalı bir yurd yerinə – Boy­əhməd kəndinə çatırıq. Rayonun bu istiqamətdəki sonuncu kəndi olan Boyəhməd füsunkar təbiəti ilə ilk baxışdan bizi heyran etdi.

Boyəhməd Culfa rayonunun ucqar dağ kəndidir. Naxçıvan şəhərindən 57 kilometr şimal-şərqdə, Əlincə çayının sol sahilində, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşir. Rayonun Ləkətağ, Teyvaz, Ərəfsə, Ordubad rayonunun Xurs, Nürgüt və Ələhi kəndləri ilə qonşuluqda, eyni zamanda düşmənlə sərhəddə yerləşən kənd dağlarla əhatə olunub. Buranın əhalisi də dağları kimi sərtliyini qoruyaraq, illərdir ki, düşmənlə mərdliklə üz-üzə dayanıb. 1340 hektara yaxın ərazisi olan Boy­əhməd kəndi o qədər də böyük deyil. Təqribən 46 evi olan kənddə 340-a yaxın sakin yaşayır. Göy dağı, Yelli yurdu, Yol yurdu, Boyəhməd aşırımı, Dikdaşı kimi tanınan yer adları, buz kimi soyuq bulaqları olan Boyəhməd kəndi təbiət vurğunlarının, qonaqların ən çox xoşladıqları yaşayış məntəqəsidir. Yayda sərin havası, gözəl təbiəti, qışda ağ örpəkli dağları, dərələri buraya yolu düşənləri ovsunlayır.

Ardını oxu...

Muxtar respublikada fəaliyyət göstərən istehsal müəssisələrində 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar fərqlənən işçilərin mükafatlandırılması ilə bağlı tədbirlər keçirilib.
“Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən tədbiri müəssisənin rəhbəri Yunis Yaqubov açaraq qeyd edib ki, 2005-ci ildən fəaliyyətə başlayan müəssisədə 215 nəfər işlə təmin edilib. Vurğulanıb ki, un məmulatları, ət və süd məhsulları istehsal edən müəssisənin əldə etdiyi nailiyyətlər öz işinə məsuliyyətlə yanaşan işçilərin zəhmətinin bəhrəsidir. Yunis Yaqubov kollektivi Milli Qurtuluş Günü münasibətilə təbrik edib.
İşçilərdən Təhminə Abbasova, Elşən İbrahimov, Qahirə Fərəcova çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda fərqlənən işçilərə fəxri fərmanlar, pul mükafatları verilib və müəssisənin öz istehsalı olan məhsullar hədiyyə edilib.
“Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Teymur Rzayev müəssisənin 1998-ci ildə təsis edildiyini və onun qida məhsullarının idxalı, istehsalı və emalı ilə məşğul olduğunu bildirib. Qeyd edib ki, hazırda müəssisədə 21 adda, 62 çeşiddə məhsul istehsal olunur. Burada 300 nəfər işlə təmin olunub.
Müəssisənin əməkdaşlarından Natiq Novruzov, Azad Rəcəbov çıxış edərək qazanılan uğurlardan danışıblar.
Sonra Milli Qurtuluş Günü münasibətilə müəssisənin, ümumilikdə, 44 nəfər fəal işçisinə fəxri fərmanlar, təşəkkürnamələr, müəssisənin öz məhsullarından ibarət hədiyyə bağlamaları verilib, onlar pulla mükafatlandırılıblar.

Ardını oxu...

Muxtar respublikada torpaq mülkiyyətçilərinin müasir texnikalar, mineral gübrələr və suvarma suyu ilə təmin edilməsi, onlara güzəştli şərtlərlə kreditlərin verilməsi, eyni zamanda dövlət tərəfindən ayrılmış yardımlar aqrar sektorun kompleks inkişafına səbəb olmuşdur. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, kənd təsərrüfatı bitkilərinin əkin strukturunda əhəmiyyətli dəyişikliklər baş vermiş, istehsal həcmi artmış, məhsuldarlıq yüksəlmişdir. Artıq əhalinin əksər kənd təsərrüfatı məhsullarına olan tələbatını yerli istehsal hesabına ödəmək mümkündür.
Ərzaq təhlükəsizliyinin təmin olunmasında taxılçılıq müstəsna əhəmiyyətə malikdir. Bunun nəticəsidir ki, Naxçıvanda əkinçiliyin vacib sahəsi olan dənli bitkilərin, xüsusilə taxıl və qarğıdalının istehsal həcminin intensiv metodlarla artırılmasına mühüm əhəmiyyət verilir. Əkin sahələrində aparılmış müşahidələr göstərir ki, bu il taxıl zəmilərində bol məhsul yetişdirilmişdir. Məhsulun vaxtında və itkisiz yığılması məqsədilə muxtar respublikada taxıl biçini kampaniyasına hazırlıq işləri başa çatdırılmışdır.

Ardını oxu...

Dövlət qayğısı arıçılara fəaliyyətlərini daha da genişləndirməyə şərait yaradır

Azərbaycanda arıçılıq və bal istehsalı ilə eramızdan əvvəlki dövrlərdən məşğul olunması haqqında tarixi mənbələrdə məlumatlar vardır. Arıçılıqla, balla bağlı yaranan zərb-məsəllər, atalar sözləri də bu sahəyə olan marağın ifadəsidir. Bir sıra arxeoloji materialların təhlili, xüsusilə mum qəliblər vasitəsilə metal əşyaların hazırlanması texnikası ölkəmizdə arıçılığın çox qədim zamanlardan inkişafını göstərir. Eramızdan əvvəl III-II minilliklərdən arı mumundan sənətkarlığın müxtəlif sahələrində istifadə olunması haqda da məlumatlar mövcuddur.

Naxçıvanda qədim zamanlardan günümüzə qədər təsərrüfatın aparıcı sahələri sayılan əkinçilik və maldarlıqla yanaşı, başqa yardımçı təsərrüfat sahələri də inkişaf etdirilib. İnsanların həyat şəraitinin yaxşılaşmasında əhəmiyyətli rol oynayan belə təsərrüfat sahələrindən biri də arıçılıqdır. Muxtar respublikanın təbii-coğrafi iqlimi, zəngin floraya malik olması arıçılığın geniş yayılmasına imkan verib. Bu sahənin Naxçıvanda nə vaxtdan yarandığı elmə dəqiq məlum deyil. Ancaq Ballıqaya, Pətəklik, Pətəkqoyulan kimi coğrafi adların bu gün də mövcud olması burada insanların qədim dövrdən arıçılıqla məşğul olduğunu göstərir. Tarixi qaynaqlara görə, Naxçıvanda arıçılıq – vəhşi arı balı toplamaq, meşə arıçılığı və mütərəqqi arıçılıq kimi inkişafın bütün mərhələlərini keçib. XIX əsr və XX əsrin əvvəllərindən Naxçıvanda arıçılığın xüsusi təsərrüfat sahəsinə çevrildiyi, hətta bəzi təsərrüfatlarda böyük arıxanaların olması haqqında məlumatlara rast gəlirik. XIX əsr rus tədqiqatçısı V.Q.Qriqoryevin məlumatlarına görə, həmin yüzilliyin 30-cu illərində Ordubad dairəsində əhalinin əksəriyyəti arıçılıqla məşğul olub. Tədqiqatçı N.N.Şavrov yazırdı ki, Ordubad qəzasında 3500 arı ailəsi saxlanılıb. Həmin dövrdə K.A.Qorbaçev Ordubad ərazisində 2 arı cinsinin olması haqqında məlumat verib.

Ardını oxu...

Torpağı bərəkətli, insanları zəhmətkeş olan Sədərək rayonunda taxıl biçininə hazırlıq işləri yüksək sürətlə aparılır. Cari ilin məhsulu üçün keçən ilin payızında 1706 hektarlıq sahəyə buğda, 511 hektarlıq əraziyə isə arpa toxumu səpilib.
İndi Sədərək rayonunun taxıl sahələri “sarı kəhrəba dənizi”ni xatırladır. Zəmilər bolluq, bərəkətdən soraq verir. Taxılçılar cari mövsümdə də yüksək nailiyyətlər əldə etmək əzmindədirlər.
Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, maşın və kombaynlara texniki baxış keçirilib, hamısı işlək vəziyyətə gətirilib. Biçin kampaniyasına 5 ədəd taxılbiçən kombaynın, 5 ədəd yükdaşıyan maşının, 4 ədəd küləş bağlayan aqreqatın cəlb edilməsi nəzərdə tutulub. Əkin sahələrinin yanğından mühafizəsi də diqqət mərkəzindədir. Hər il olduğu kimi, bu il də məhsulun itkisiz yığılmasına xüsusi diqqət ayrılacaqdır.
Qeyd edək ki, ötən il 1947 hektarlıq ərazini əhatə edən taxıl zəmilərindən 6603 ton məhsul toplanılıb.

Xəbərlər şöbəsi

Yay fəslinin ən ləziz nemətlərindən biri də dondurmadır. Dondurma uşaqdan-böyüyə hər kəs tərəfindən sevilir, istirahət dəqiqələrində bu ləziz nemətdən tez-tez istifadə olunur. Bu gün təkcə Naxçıvan şəhərində dondurma satışı üzrə ixtisaslaşmış onlarla ictimai iaşə obyekti fəaliyyət göstərir, gərgin iş günündən sonra şəhər əhalisi bu məkanlarda istirahət edir, ləziz dondurmaların dadına baxır.
Təbii ki, bu məkanlara insanların üz tutmasının səbəblərindən biri də satılan dondurmanın dadı və keyfiyyəti ilə bağlıdır. Çünki paket halında bu məhsul sovetlər dövründə ittifaqın müxtəlif bölgələrindən muxtar respublikaya gətirilir, buna görə də insanların o qədər də seçim etmək imkanları qalmırdı. Ancaq indi muxtar respublikada dondurma istehsalı ilə məşğul olan bir neçə müəssisə var. Onlardan biri də artıq istehlakçılar arasında xüsusi ad qazanmış, “Danyeri” əmtəə nişanı ilə dondurma istehsal edən müəssisədir. Müəssisənin məhsulları həm qiymətinin ucuzluğu, həm də keyfiyyətinə görə analoqlarından, eləcə də xaricdən idxal olunan məhsullardan seçilir.
Əziz Əliyev küçəsində fəaliyyət göstərən “Danyeri dondurmaları” müəssisəsində yaradılan şərait və istehsal prosesi ilə yaxından tanış olmaq üçün ötən günlərdə adıçəkilən ünvanda olduq. Yay mövsümünə çox az bir müddətin qalması burada iş prosesini sürətləndirib. İşçilər gündən-günə artan tələbatı dolğun ödəmək üçün səylə çalışırlar.

Ardını oxu...

“2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Pro­qramı” ölkəmizdə, eləcə də muxtar respublikamızda üzümçülük sahəsində dövlət siyasətinin və strategiyasının həyata keçirilməsində mühüm rol oynayır. Adıçəkilən dövlət proqramı muxtar respublikada da üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətini gücləndirir, yeni üzümçülük təsərrüfatlarının yaradılmasına əhəmiyyətli təsir göstərir.
Bunun nəticəsində son illər muxtar respublikada yüzlərlə hektar üzüm bağları salınıb, istehsal artırılıb. İqtisadi səmərəliliyi olduqca yüksək olan üzümçülük sahəsində zəngin təcrübə əldə edən babəkli sahibkarlar da üzüm bağlarını genişləndirirlər. Didivar kəndində salınan Hüseynqulu Bədəlova məxsus üzüm bağından da bol məhsul gözlənilir.
Torpaq mülkiyyətçisinin 4 il əvvəl saldığı üzüm bağı iki hektara yaxındır. Sahibkarlığa Kömək Fondundan 26 min manat vəsait götürərək təsərrüfatı genişləndirən kənd sakini burada müxtəlif üzüm sortları yetişdirir.

Ardını oxu...

Dünən Naxçıvan Biznes Mərkəzində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası İdarəsinin və “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə “Banklarda risklərin idarə edilməsi” mövzusunda seminar işə başlayıb. 

Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən keçirilən seminarda muxtar respublikada fəaliyyət göstərən bank qurumlarının rəhbərləri və mütəxəssisləri iştirak ediblər. Bank işçiləri arasında geniş maraq doğuran seminarda risklərin mahiyyəti, kredit riskləri, əməliyyat, imic və strateji risklər, bazar və likvidlik riskləri, risklərin idarə edilməsi sistemləri modulları üzrə təqdimatlar keçirilib, diskussiyalar aparılıb.
Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev bizimlə söhbətində bildirdi ki, bu tədbirin keçirilməsində əsas məqsəd Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bank əməkdaşlarına risklərin idarə olunmasında yeni praktikanın tətbiqini mənimsətmək, risklərin minimumlaşdırılması sahəsində daha səmərəli alətlərin tətbiqi imkanlarını birgə müzakirə etməkdir. Mütəxəssis onu da vurğuladı ki, əslində, muxtar respublikada, bütövlükdə, kredit risklərinin idarə olunmasında çox yaxşı təcrübə vardır. Belə ki, ölkəmizdə geri qaytarılmasında problemlər olan kreditlərin həcmi, ümumilikdə, 9 faizdən yuxarı olsa da, Naxçıvanda bu rəqəm 1 faizdən də aşağı səviyyədədir. Bu da, öz növbəsində, muxtar respublikada kredit risklərinin idarə edilməsi üzrə işlərin yaxşı təşkil olunduğundan xəbər verir. Məlumdur ki, bu gün ölkəmizdə ən aşağı faiz dərəcəli kreditlər məhz Naxçıvanda təklif olunur. Təcrübə göstərir ki, yüksək faiz dərəcəli kreditlər daha riskli olur. Bununla yanaşı, ayrı-ayrı banklarda mövcud olan risk idarəedilməsi üzrə hələ də müəyyən çətinliklərin həll olunması, bankların Naxçıvan əhalisinə daha geniş bank xidmətləri göstərə bilməsi baxımından bu seminarın əhəmiyyəti yüksəkdir.

Ardını oxu...

 Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da ali təhsil ocaqları üçün  yeni tədris obyektlərinin istifadəyə verilməsi artıq ənənə şəklini alıb. Müasir tələblər səviyyəsində inşa olunan yeni tədris korpusları muxtar respublikada təhsilin məzmunca yenilənməsinin və təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinin parlaq təzahürüdür. Naxçıvan Dövlət Universitetinin 108 hektarlıq ərazisindəki müasir tədris binaları yenitipli universitet şəhərciyini daha da gözəlləşdirir. 

Ötən ilin mart ayından başlayaraq universitet şəhərciyi ərazisində İqtisad fakültəsi üçün yeni tədris korpusunun inşasına başlanılıb. Obyektdə genişmiqyaslı quruculuq işləri həyata keçirilib, ərazi abadlaşdırılıb. Hazırda yeni binada son tamamlama işləri gedir.
Binada inşaat işlərini həyata keçirən “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin iş icraçısı Fikrət Qaybalıyevdən aldığımız məlumata görə, burada istilik sistemi quraşdırılıb, kommunikasiya və elektrik xətləri çəkilib. Yeni korpusun ərazisində abadlıq işlərinə başlanılıb. İki mərtəbədən ibarət olan yeni binada 102 yerlik akt zalı, toplantı zalı, kompüter otağı, 21 auditoriya yaradılıb. Bu korpusda 792 tələbə təhsil ala biləcək.
Naxçıvan şəhərində inşaat işlərinin geniş vüsət aldığı daha bir obyekt isə Naxçıvançayın kənarında əhalinin asudə vaxtının səmərəli təşkilinə töhfə verəcək istirahət mərkəzidir. Mərkəzin binası zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olacaq.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli
Cəmiyyəti taxıl tədarükünə tam hazırdır

Muxtar respublikamızda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılır, bu sahənin inkişafı üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Taxılçılığın inkişafı, istehsalın artırılması belə məhsulların saxlanılması üçün anbarların əhəmiyyətini bir daha ortaya qoyur.
Son illər 27 min ton tutuma malik uzunmüddətli və 20 min ton tutuma malik qısamüddətli taxıl ehtiyatı anbarlarının istifadəyə verilməsi bu strateji məhsulun tədarükündə mühüm rol oynayır. Qeyd edək ki, uzunmüddətli taxıl anbarı hər biri 3 min ton tutumu olan 9 bunkerdən ibarətdir. Burada yüksək texniki göstəricilərə malik müasir texnoloji avadanlıqlar quraşdırılıb. Həmçinin işçilərə normal iş şəraiti yaradılıb, 8 iş otağı, yeməkxana, laboratoriya və digər yardımçı otaqlardan ibarət inzibati bina tikilib istifadəyə verilib. Müəssisə strateji əhəmiyyət daşıdığından ildırımötürücü qurğu və yanğından mühafizə sistemi də quraşdırılıb.

Ardını oxu...

Şahbuz rayonunun Kolanı kəndində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən torpaq mülkiyyətçiləri tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının mahiyyəti və bu sahədə tətbiq olunan elektron xidmətlər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Tural Quliyev çıxış edərək mövzunun əhəmiyyətindən bəhs edib.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Tural Cəfərov torpaq üzərində mülkiyyətin növlərindən danışaraq torpaqların keyfiyyətinə görə 4 qrupa ayrıldığını bildirib. Həmçinin torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ, dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin bağlanma şərtləri tədbir iştirakçılarının nəzərinə çatdırılıb, torpaq sahələri üzərinə yaranan hüquqların dövlət qeydiyyatına alınmasının önəmi vurğulanıb.

Ardını oxu...

Naxçıvan Beynəlxalq Hava Limanında aparılan yenidənqurma işləri sərnişinlərin rahatlığına və qeydiyyat-nəzarət sisteminin daha çevik təşkilinə imkan verir.

Ardını oxu...

Kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olub, əhalinin səmərəli məşğulluğunun və özünüməşğulluğunun təmin edilməsində mühüm sahədir.
Muxtar respublikada bütün sahələrlə yanaşı, kənd təsərrüfatı sahəsinin inkişafı da ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz müstəqilliyimizin ilk illərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ümummilli liderimiz kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirmişdir. Belə ki, 1992-ci il aprelin 6-da keçirilən sessiyada “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bununla da, Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmış, özəl mülkiyyətə əsaslanan aqrar münasibətlər formalaşmış, daxili bazarda məhsul bolluğu yaradılmışdır.

Ardını oxu...

May ayında muxtar respublikada torpaq sahələrinin suvarma su təchizatının yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Bu dövrdə su itkisinin qarşısını almaq, suvarmanı yaxşılaşdırmaq, yeni torpaq sahələrini əkin dövriyyəsinə daxil etmək məqsədilə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 400 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, ümumilikdə, muxtar respublika ərazisində 17 kilometr magistral kanal, 46 kilometr ara arxları və 2 kilometr kollektor lildən təmizlənmiş, 14 kilometr yeni suvarma boru xətti çəkilmişdir.
Yaşayış məntəqələrini və əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə Naxçıvançay, Cəhriçay və Arpaçay selovunda 2 kilometrdən artıq istiqamətləndirici bənd tikilmişdir.
Naxçıvan Muxtar Respublikası ərazisində əhalinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən tədbirlər də davam etdirilmişdir. Belə ki, ötən ay rayon suvarma sistemləri idarələri tərəfindən muxtar respublika üzrə 8 kilometr içməli su xətti çəkilmişdir. “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində isə Şərur rayonunda 5 kilometr su və 7 kilometr kanalizasiya xəttinin çəkilişi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya
və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

Muxtar respublikamızda uğurlu sosial-iqtisadi inkişaf strategiyasının ardıcıl həyata keçirilməsi bütün sahələrdə olduğu kimi, əmlak-torpaq münasibətlərinin yeniləşməsinə, daşınmaz əmlak idarəçiliyinin yeni mexanizmlərinin formalaşmasına təkan verib. Daşınmaz əmlak sahiblərinin, vətəndaşların və sahibkarlıq subyektlərinin öz əmlakları üzərindəki hüquqlarının etibarlı qorunması, qeydiyyat-kadastr sisteminin modernləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Ölkəmizdə daşınmaz əmlakın qeydiyyatı tarixi təxminən iki əsr əvvəldən başlayır. 1814-cü ildə ilk əmlakın qeydiyyatına dair məlumatlara rast gəlinir. Naxçıvan İnqilab Komitəsinin qərarı ilə 1920-ci ildə yaradılan ilk torpaq şöbəsi Naxçıvan ərazisində torpaqlara nəzarət edib, ölçü, planaalma və qeydiyyat işlərini yerinə yetirib. Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin arxivində Naxçıvanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı XX əsrin əvvəllərinə aid çoxsaylı sənədlər qorunub saxlanılır.
Dövlət müstəqilliyimizin bərpasından sonra xüsusi mülkiyyət, azad sahibkarlıq və sağlam rəqabətə əsaslanan yeni iqtisadi münasibətlər sisteminin formalaşması üçün mülkiyyət münasibətlərinin kökündən dəyişdirilməsi zərurətə çevrildi. İctimai həyatda və dövlət quruculuğunda ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə aparılmış köklü islahatlar nəticəsində ardıcıl və sistemli iqtisadi proqramlar işlənib hazırlandı, yeni mülkiyyət münasibətləri, eyni zamanda mülkiyyət hüquqlarının qeydiyyatı, müdafiəsi və toxunulmazlığı ilə bağlı qanunvericilik bazası formalaşdırıldı.

Ardını oxu...

Müəyyən olunmuş sahələr üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə 3-23 may tarixlərində Çin Xalq Respublikasının Urumçi şəhərində “İpək Yolu iqtisadi kəməri ətrafında yerləşən ölkələr arasında ticarət-iqtisadi əməkdaşlıq” mövzusunda seminar keçirilmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşları Azərbaycan nümayəndə heyətinin tərkibində seminarda iştirak etmişlər.
Seminarda Çin Xalq Respublikasının İpək Yolu üzərində yerləşən ölkələrlə ticarət-iqtisadi münasibətləri, sənaye, kənd təsərrüfatı, gömrük, ticarət, ekologiya və digər sahələrdə fəaliyyəti, Sintszyan-Uyğur muxtar rayonunun iqtisadi inkişaf modeli və perspektivləri, həmçinin Azərbaycanla ikitərəfli münasibətlərin inkişafı üzrə müzakirələr aparılmışdır.

Ardını oxu...

Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas məqsədi özəl sektorun inkişafı, biznes fəaliyyəti üçün əlverişli mühitin yaradılmasından ibarətdir. Sevindirici haldır ki, bu gün muxtar respublikada ümumi daxili məhsul istehsalında artıq özəl sektorun xüsusi çəkisi aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarlar sinfinin rol və mövqeyi davamlı şəkildə güclənir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatda və onun əsasını təşkil edən sahibkarlığın inkişafı sahəsində müşahidə edilən pozitiv meyillər özünü göstərməkdə davam edir.

Özəl bölmənin inkişafında, sahibkar­lığa dövlət maliyyə dəstəyinin gücləndirilməsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində yaradılmış Sahibkarlığa Kömək Fondunun işinin səmərəli təşkili xüsusilə əhəmiyyətlidir. Fondun məqsədi Naxçıvan Muxtar Respublikasında sahibkar­lığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına kömək göstərməkdən, onlara maliyyə dəstəyi verməkdən ibarətdir.
Fondun vəsaitlərinin daha çox yönəldiyi sahələrdən biri də dünya ölkələrinin qabaqcıl təcrübəsinin Naxçıvana gətirilməsi, muxtar respublikada müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal və infrastruktur sahələrinin yaradılmasıdır. Yeni texnologiyalara əsaslanan investisiya layihələrinin güzəşt­li qaydada maliyyələşdirilməsi sahəsində işlər 2017-ci ilin ötən dövrü ərzində də davam etdirilmiş və 11 layihənin maliyyələşdirilməsinə müvəkkil kredit təşkilatları vasitəsilə 335 min 900 manat vəsait sərf olunmuşdur. Həmin vəsait sənaye, xidmət, kənd təsərrüfatı təyinatlı sahələrin maliyyələşdirilməsinə yönəldilmişdir.

Ardını oxu...

Son illər muxtar respublikamızda reallaşdırılan genişmiqyaslı quruculuq tədbirləri nəticəsində həyata vəsiqə alan, müasir memarlıq üslubu ilə gözoxşayan, bir-birindən yaraşıqlı, müxtəlif təyinatlı binalar yerləşdiyi əraziyə yeni görkəm bəxş etməklə bərabər, ayrı-ayrı yaşayış məntəqələrində əhalinin rahatlığına xidmət edir. Tikilən və ya yenidən qurulan müasir məktəb binaları yüksəkkeyfiyyətli tədris üçün əlverişli şərait yaradır. Bu istiqamətdə işlər davam etdirilir, quruculuq ərməğanlarının coğrafiyası ildən-ilə genişləndirilir. 

İlkin şəhərsalma mədəniyyətinin izlərini özündə yaşadan qədim Naxçıvan şəhəri bu gün yeni inkişaf dövrünü yaşayır. Son illər şəhərin prospekt, küçə və məhəllələri abadlaşdırılıb, park və xiyabanlar salınıb, yeni inzibati və yaşayış binaları tikilib, sosial obyektlər istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”ın icrası bu işlərin davamlı olmasına imkan verib, Naxçıvan şəhərində tikinti-quruculuq, yaşıllaşdırma və abadlıq işlərinin həcmi artıb.

Ardını oxu...

Bu ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarə edilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirib.
Ötən ay Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikada olma, müvəqqəti yaşama, habelə əmək fəaliyyəti ilə məşğul olma qaydalarına əməl etmədən mövcud qanunvericiliyin tələblərinin pozulması üzrə 20 nəfər əcnəbi aşkarlanıb. Bunlardan 16 nəfər əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərketmə, 3 nəfər əcnəbi barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib. Bir nəfər əcnəbinin isə ölkə ərazisində yaşaması leqallaşdırılıb.
Ümumilikdə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 918 müraciət daxil olub. Daxil olmuş müraciətlərdən 82-si əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır.
Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı xidmət tərəfindən 836 müraciət qeydə alınaraq icrası təmin edilib. Həmin müraciətlərin 240-ı xidmətin sərhəd-buraxılış məntəqələrində fəaliyyət göstərən bölmələri tərəfindən qəbul və icra edilib.
Hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin
Miqrasiya proseslərinin təhlili və informasiya təminatı şöbəsi

Xarici iqtisadi əlaqələrdə ixrac mühüm əhəmiyyətə malikdir. Məhz mal və xidmətlərin ixracı iqtisadi artımda mühüm rol oynayır, sahibkarlıq subyektlərinin və bütün ölkənin imicini yüksəldən amillərdəndir. Son illərdə ölkəmizin ixrac potensialının daha da yüksəldilməsi istiqamətində görülən işlər bu mühüm məsələyə diqqəti daha da artırıb. Buna görə də hər il davamlı olaraq xarici ticarət balansında müsbət saldo qorunub saxlanılır. 

Ölkəmizin ixrac məhsulları çoxdur. Tarixən neftlə yanaşı, Azərbaycanda istehsal olunmuş çay, şərab, tütün, mineral sular, kondisionerlər və digər məhsullar təkcə keçmiş ittifaqda deyil, xaricdə də tanınıb. Müasir dövrdə isə ixrac etdiyimiz brend məhsullar ölkəmizi xarici bazarlarda tanıtmaqla valyuta ehtiyatlarımızın da artımında mühüm əhəmiyyətə malikdir. Bundan əlavə, xarici bazarlarda hamının tanıdığı brend məhsul onun sahibi olan ölkədəki keyfiyyətə ciddi nəzarətdən və işgüzarlıqdan xəbər verir. Bu baxımdan müstəqil Azərbaycanın tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasının müasir ixrac potensialı diqqəti cəlb edir.
Naxçıvan özünün unikal təbii-mineral sərvətləri, turizm ehtiyatları və yüksəkkeyfiyyətli emal sənayesi məhsulları ilə yaxşı tanınır. Son illərdə muxtar respublikada özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi bu baxımdan öz bəhrəsini verib. Bunun nəticəsidir ki, hazırda muxtar respublikada 371 növdə məhsul istehsal edilir. Bu qədər məhsul istehsal edilən Naxçıvandakı müəssisələrin bir çoxu artıq xarici bazarlarda özünə yer tutmağa başlayıb. Belə ki, bu gün muxtar respublikada fəaliyyət profilinə görə, 50-dən artıq müəssisə ixrac qabiliyyətinə malikdir. Həmin müəssisələr tərəfindən 60-dan çox növdə məhsul istehsal olunur. Naxçıvanda qida məhsullarının ekspertizası üzrə beynəlxalq tələblərə cavab verən laboratoriya fəaliyyət göstərir ki, ixrac əməliyyatlarında tələb olunan bir sıra sertifikatlar da məhz buradan təmin olunur.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq bu gün muxtar respublikamız­da iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Ardını oxu...

İyun ayının 2-də Naxçıvan şəhərində GUAM ölkələrinin Ticarətə və Nəqletməyə Yardım Layihəsinin Rəhbəredici Komitəsinin 26-cı iclası keçirilib.
Naxçıvan Biznes Mərkəzində təşkil olunan tədbirdə GUAM Katibliyi proqramlarının əlaqələndiricisi Səbuhi Təmirov Ticarət və Nəqletməyə Yardım Layihəsi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, adıçəkilən layihə gömrük və sərhəd sahəsində fəaliyyətin təkmilləşdirilməsində və müasirləşdirilməsində etibarlı platformaya çevrilib. Layihə üzrə ardıcıl şəkildə görülən işlər indiyədək istər regional, istərsə də beynəlxalq miqyasda tərəqqiyə və təhlükəsizliyə mühüm töhfələr verib.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat olan GUAM-ın Ticarətə və Nəql­etməyə Yardım Layihəsinin Rəhbəredici Komitəsinin növbəti iclasının Naxçıvanda keçirilməsinin əlamətdar hadisə olduğunu deyib. Naxçıvanın qədim tarixi, mədəniyyəti, coğrafi mövqeyi, ticarət əlaqələri, gömrük orqanlarının fəaliyyəti barədə məlumat verən komitə sədri müstəqillik illərində muxtar respublikada bütün sahələrdə intibaha, tərəqqiyə nail olunduğunu önə çəkib. Qeyd olunub ki, kənd təsərrüfatı və sənayenin dinamik inkişafı, xarici ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq, öz növbəsində, ticarət əlaqələrinin artmasına da münbit şərait yaradıb. Bunun nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası ilə dünyanın 56 ölkəsi arasında əlaqələr qurulub.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamı­na əsasən, hər il iyunun 5-i ölkəmizdə Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü kimi qeyd edilir.
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə meliorasiya və su təsərrüfatı sahəsi böyük inkişaf yolu keçmiş, Azərbaycanda böyük su anbarları, hidroqovşaqlar, nasos stansiyaları tikilib istifadəyə verilmiş, suvarılan torpaqların sahəsi xeyli artmışdır. Ötən əsrin 70-80-ci illərində Naxçıvan Muxtar Respublikasında da yeni meliorasiya və irriqasiya sistemləri yaradılmış, Araz və Arpaçay kimi böyük su anbarları tikilmişdir. 1993-cü ildə ulu öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə meliorasiya və su təsərrüfatı sistemində daha geniş islahatlar həyata keçirilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır.

Ardını oxu...

Yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan qədim diyarımız görünüşü və dadı ilə seçilən meyvələri ilə də fərqlənir. Bunlardan biri də alçanın yalnız muxtar respublikada yetişən göycə növüdür. Bu gün Naxçıvanda yetişən göycə ilə ölkəmizin digər bölgələrindəki eyni meyvələr arasında çox böyük fərq var. Naxçıvan göycəsi dadı və tamı ilə seçilir, görünüşü ilə insanı cəlb edir.

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun elmi işçisi, aqrar elmlər doktoru Varis Quli­yevin sözlərinə görə, Naxçıvan göycəsi hazırda Azərbaycanın digər bölgələrində, xüsusilə Abşeron və Gəncə-Qazax bölgələrində yayılsa da, həmin məhsulun biomorfoloji xüsusiyyətləri Naxçıvan düzənliyi ərazisində becərilən sort ilə eyni deyil.
Naxçıvan göycəsi becərildiyi ərazinin və faraş yeyildiyi məhsulun rənginə müvafiq olaraq adlandırılıb. “Göycə” sözü göyümtül mənasında olmaqla bərabər, yeni, təzə mənasını da ifadə edir. Bu meyvə yazda ilk yeyilən meyvə sortlarından biridir. Onu da qeyd edək ki, “göycə” sözü yalnız Naxçıvan dialektinə aiddir. Yəni göycənin vətəni Naxçıvan olduğu üçün bu söz bu bölgədən başqa heç bir yerdə işlədilmir və ədəbi dildə də rast gəlinmir. Hələ VII əsrə aid səyyahların xatirələrində Naxçıvan göycəsi haqqında məlumatlar vardır.
Göycə, adətən, calaq üsulu ilə çoxaldılır. Calaqaltı kimi çəyirdəkli meyvələrin ting­lərindən istifadə edilir. Calaqetmədə almaxara (albuxara) ağacından istifadə etdikdə meyvələri nisbətən iri və şirin, badam ağacına calaq edildikdə isə ağacları uzunömürlü olur.
Naxçıvan göycəsinin ən çox düzənlik və orta dağlıq ərazilərdə becərildiyini vurğu­layan AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun elmi işçisi qeyd edir ki, bu meyvə Naxçıvan şəhərində, Babək qəsəbəsində, Qaraçuq, Tumbul, Zeynəddin, Şıxmahmud və digər kəndlərdə daha tez ərsəyə gəlir. İlk vaxtlar turş olsa da, getdikcə şirinləşir, iyunun axırı, iyulun ortalarında tam yetişir. Meyvələri kürəşəkilli, üst və alt hissələrdən basıqdır, həmin nahiyələri bir şırım birləşdirir. Meyvələrinin qabığı qalındır, rəngi ilk vaxtlar göyümtül olur. Lətli hissə qalındır. Hər meyvədə bir ədəd kiçik çəyirdək olur. Məhsulu tam yetişdikdə isə lətli hissə daha çox sulanır, şirinləşir və rəngi saralır. Çoxillik ağaclar, adətən, 10-25 il normal məhsul verir. Hər bir ağacdan ildə, təqribən, 50 kiloqrama qədər məhsul toplanılır. Onu da qeyd edək ki, ağaclar 35 dərəcəyə qədər şaxtaya dözümlüdür.

Ardını oxu...

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova gömrük xidməti nümayəndələri GUAM-ın Ticarətə və Nəqletməyə Yardım Layihəsinin Rəhbəredici Komitəsinin sayca 26-cı iclasında iştirak etmək üçün Naxçıvana gəliblər.
Səfər proqramının ilk günündə qonaqlar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Qonaqlar Şahtaxtı və Sədərək sərhəd-keçid məntəqələrinin iş prinsipi və fəaliyyəti ilə də tanış olublar. İritonnajlı avtomobillərlə daşınan yüklərə gömrük nəzarətini həyata keçirmək məqsədilə sərhəd-keçid məntəqələrində qurulan X-Ray tipli rentgen nəzarət qurğularının və gömrük anbarlarının fəaliyyəti ilə yaxından maraqlanan gömrük xidməti nümayəndələri muxtar respublikada müasir gömrük infrastrukturunun formalaşdırılmasının onlarda yüksək təəssürat yaratdığını bildiriblər.
Sədərək Gömrük İdarəsi üçün yeni qurulan müasir gömrük kompleksinin layihəsi və bu istiqamətdə görülən tikinti-quruculuq işləri ilə də tanış olan qonaqlar indi dünyada belə nəhəng və müasir gömrük məntəqələrinin az-az tikildiyini vurğulayıblar.

Ardını oxu...

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən iyunun 2-si hər il ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə milli aviasiyanın inkişafı sahəsində böyük uğurlar qazanılmışdır. Ötən əsrin 70-ci illərində respublikanın 11 rayonunda yeni hava limanları tikilmişdir. 1976-1980-ci illər üçün Azərbaycanda Mülki Aviasiyanın inkişaf proqramı hazırlanmış, bölgələrdə reaktiv təyyarələrin qəbulu üçün qalxma-enmə zolağı salınmış, hava limanları müasir radio və işıq texnikası vasitəsilə təchiz edilmişdir. Mülki aviasiyanın ölkə həyatındakı rolunu yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik dövründə bu sahədə daha geniş tədbirlər görülmüşdür.

Ardını oxu...

Zəngin təbiəti olan Naxçıvan Muxtar Respublikası çox sayda faydalı qazıntılara sahib olmaqla bərabər, həm də insan sağlamlığı üçün zəruri olan, min bir dərdə dava olan mineral suları ilə tanınır. Hazırda qədim diyarımızın bir çox ünvanında bu qəbildən mineral bulaqlar var ki, bu bulaqların suyu hələ sovetlər dönəmində tanınır və tibb sahəsində istifadə edilirdi. Bu ölkənin bir çox məşhur xəstəxanalarında Naxçıvandan aparılan sular reseptlə xəstələrə verilirdi. Bu sulardan biri də Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində çağlayan eyniadlı bulağa məxsusdur.
1945-1947-ci illərdə geologiya-minerologiya elmləri ­doktoru Əziz Əsgərovun rəhbərliyi altında Şahbuz rayonu, Badamlı qəsəbəsi ərazisində aparılan elmi-tədqiqat işlərinin nəticəsində “Badamlı” mineral bulağı aşkar olunmuş, 1947-ci ildə həmin suyun istehsalı üçün burada kiçik müəssisə yaradılmışdı. İlkin mərhələdə gün ərzində kustar üsulla cəmi 30-40 litr su istehsal edilmişdi.
“Badamlı” süfrə suyunun geniş şəkildə istehsal olunması müstəqillik illərinə təsadüf edir. Hazırda Naxçıvan şəhərində ən müasir texnologiyalarla təchiz olunmuş müəssisə fəaliyyət göstərir. Müəssisənin iş prosesi ilə tanış olmaq üçün ötən günlərdə yolumuzu bu ünvandan saldıq. Qarşıdan isti yay günləri gəlir, süfrə suyuna tələbat daha da artır. Bununla əlaqədar olaraq burada istehsal prosesi daha da sürətlənib.

Ardını oxu...

Muxtar respublikamızda iqtisadiyyatın şaxələndirilməsi və rəqabətqabiliyyətli müəssisələrin yaradılması regionun ixrac imkanlarını da artıraraq dünya bazarına çıxa bilən məhsul istehsalına təkan verib. Belə ki, aparılan fəal xarici ticarət əlaqələri nəticəsində 2017-ci ilin yanvar-aprel aylarında muxtar respublikada 102 milyon 673 min 800 ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın həcmi son bir il ərzində 1,2 faiz artaraq 97 milyon 921 min 400 ABŞ dolları, idxalın həcmi 59,6 faiz azalaraq 4 milyon 752 min 400 ABŞ dolları təşkil edib.
Naxçıvan Muxtar Respublikasının ixrac potensialının artmasında müasir texnologiyaya əsaslanan müəssisələrdə, əsasən, yerli xammaldan istifadə olunması ilə yüksəkkeyfiyyətli məhsul istehsalı mühüm rol oynayır. Naxçıvanın əsas ixrac məhsulları arasında tanınmış brend kimi ölkəmizi xarici bazarlarda tanıdan “Badamlı” və “Sirab” mineral sularını, yüksəkkeyfiyyətli tikinti materiallarını, ekoloji cəhətdən təmiz təbii duzu, emal olunmuş ət məhsullarını, spirtli və qazlı aromatlaşdırılmış içkiləri, vafli məmulatlarını, təzə meyvə və meyvə şirələrini göstərmək olar. Naxçıvanlı sahibkarların xarici bazarlara çıxışının təmin edilməsində muxtar respublikada fəaliyyət göstərən şirkətlərə ixrac təşviqlərinin verilməsi, ixrac üçün onlara dəstək göstərilməsinin də mühüm rolu olub. Ayrıca yay turizm mövsümünün başlanması ilə beynəlxalq turizmin gəlmə tipi üzrə müşahidə olunan canlanma da Naxçıvanın ixrac potensialının artmasına şərait yaradıb.
Ötən dörd ay ərzində xarici ticarət əməliyyatları nəticəsində əldə olunmuş 93 milyon 169 min ABŞ dolları həcmində müsbət saldo isə onu deməyə əsas verir ki, muxtar respublika iqtisadiyyatı ölkəmizin valyuta ehtiyatlarının artmasında və iqtisadi təhlükəsizliyimizin təmin olunmasında mühüm paya malikdir.

 Əli CABBAROV

Bu proqram çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində təşkil olunan tədbirdə Bakı şəhərindən gəlmiş mətbuat nümayəndələri və Mərkəzi Bankın əməkdaşları iştirak ediblər.
Tədbiri Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsini icra edən Orxan Abdullayev açıb. O, muxtar respublikamızda sosial-iqtisadi inkişafın dinamik xarakter alması, bank sisteminin inkişafı, iqtisadi və maliyyə savadlılığının artırılması, idarənin həyata keçirdiyi funksiyalar və muxtar respublika iqtisadiyyatı üçün bankın əhəmiyyəti barədə məlumat verib.
Tədbirdə bankın İqtisadi təhlil və statistika şöbəsinin aparıcı mütəxəssisi Hafiz İsmayılbəyli slaydlar vasitəsilə ölkəmizdə fəaliyyət göstərən müasir bank sisteminin, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin funksiyaları, bank və bank olmayan kredit təşkilatları, bankların iqtisadi proseslərdə rolu, iş prinsipləri barədə danışıb.

Ardını oxu...

Müasir Naxçıvanın iqtisadiyyatında yüksəkkeyfiyyətli sənaye məhsullarının istehsalı üzrə ixtisaslaşmış xeyli sayda müəssisələrin fəaliyyət göstərməsi muxtar respublikada sahibkarlığa verilən dəstək sayəsində mümkün olub. Yeni istifadəyə verilən müəssisələr üçün müasir texnoloji avadanlıqların gətirilib quraşdırılması, daxili bazarın qorunması, yerli istehsalçıların işinin stimullaşdırılması sənaye sahəsinin canlanmasına mühüm təsir edən amillərdəndir.

İnkişaf etməkdə olan ölkələrin təcrübəsi göstərir ki, iqtisadi təhlükəsizliyə tam nail olunması buradakı bütün iqtisadi resursları dövriyyəyə cəlb edə bilən və bununla da, onların səmərəli istifadəsinə şərait yaradan sənaye məhsulu istehsalından keçir. Əsasən, yeyinti, yüngül və digər sənaye sahələrini özündə birləşdirən bu vacib sahə XX əsrin ortalarından başlayaraq inkişaf yoluna qədəm qoyub. Bu məsələlər ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə xüsusilə diqqət mərkəzində olub, həmin dövr Naxçıvan Muxtar Respublikası sənayesinin inkişafında mühüm mərhələ kimi yadda qalıb. Belə ki, 1965-ci ildə muxtar respublika sənayesi cəmi 40 adda məhsul istehsal etdiyi halda, 1970-1980-ci illərdə artıq muxtar respublikada yüzlərlə növdə məhsul istehsal edilir, onların xeyli hissəsi respublika xaricinə göndərilirdi. O dövrdə Azərbaycanda istehsal edilən daşduzun, molibdenin, sink və qurğuşunun, mineral suların, ipək xammalının, inşaat materiallarının, mərmərin, şərabın, meyvə və mürəbbə konservlərinin böyük bir hissəsi muxtar respublikanın payına düşürdü.

Ardını oxu...

Son illər muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası əhalinin ərzaq məhsullarına olan tələbatını ödəməklə yanaşı, məşğulluğun təmin edilməsinə də stimul verib. Bu sahədə aparılan ardıcıl tədbirlər hesabına yeni meyvə bağları salınır, təsərrüfatların fəaliyyəti genişlənir.
Babək rayonunda mövcud olan tingçilik təsərrüfatlarından biri də Qaraqala kəndində yaşayan fiziki şəxs Faiq Bayramova aiddir. Artıq 3 ildir ki, bu sahə ilə məşğul olan torpaq mülkiyyətçisi Sahibkarlığa Kömək Fondundan 30 min manat kredit götürərək geniş tingçilik təsərrüfatı yaradıb. İcarəyə götürdüyü 5 hektarlıq ərazidə müxtəlif növ meyvə tingləri yetişdirən sahibkar bu işdən yaxşı gəlir əldə edir. Faiq Bayramovun sözlərinə görə, ötən il 18 minə yaxın ting satılıb və onların qiyməti növlərindən asılı olaraq 3-5 manat arasında dəyişir.

Ardını oxu...

Muxtar respublikada yerli xammala və yüksək texnologiyanın tətbiqinə əsaslanan sənaye müəssisələri istehlak bazarında idxaldan asılılığın azaldılmasında mühüm paya malik olmaqla, eyni zamanda məşğulluq məsələlərinin həllində də əhəmiyyətlidir. 2006-cı ildən fəaliyyət göstərən “Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti də muxtar respublikanın istehlak bazarında yüksəkkeyfiyyətli pivəyə və digər içkilərə olan tələbatın yerli imkanlar hesabına ödənilməsini təmin edir. Hazırda 60 nəfərə yaxın işçinin çalışdığı bu istehsal müəssisəsi ötən dövrdə öz fəaliyyətini genişləndirməklə birlikdə yeni çeşidlərin yaradılmasına da diqqəti artırıb. Şübhəsiz, biznesdə keyfiyyət prinsiplərinin ön planda tutulması, müasir texnologiyalardan istifadə olunması ilə istehlakçı məmnuniyyətinə nail olunması uğur qazanmanın əsas yollarındandır. “Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyətində bu tələblərə cavab verən iş sistemi həmişə diqqətdə saxlanılır. Müəssisənin sahibkarı Seyfəddin Rəhimovla söhbətimizdə də bu qənaətə gəldik.

Ardını oxu...

Kəngərli rayonunun inzibati mərkəzi Qıvrağın yerləşdiyi ərazinin bir hissəsindən 7-8 il bundan əvvəl torpaq sahələri kimi istifadə edilib. Naxçıvan-Sədərək magistral yolunun solunda yerləşən kənd muxtar respublikanın ən böyük yaşayış məntəqələrindən biri olmasına baxmayaraq, burada da yeni tikilmiş obyektlər barmaqla sayılası qədər az olub. İdarəetmənin təkmilləşdirilməsi məqsədilə yaradılan yeni rayonun mərkəzinə çevrildikdən sonra Qıvraq qəsəbəsində kompleks quruculuq tədbirləri həyata keçirilib. Qısa müddət ərzində müxtəlif istiqamətli tikililər istifadəyə verilib, rayonun idarə, müəssisə və təşkilatları üçün müasir layihə əsasında yeni binalar inşa olunub. Həmin binalarda çalışanlara hərtərəfli iş şəraiti yaradılıb. Qəsəbəarası yollara asfalt salınıb, gözoxşayan gülkarlıqlar yaradılıb. Bir sözlə, qəsəbə müasir rayon mərkəzinə çevrilib.

Ardını oxu...

Torpaq halallıq, torpaq namus, torpaq mübarizə deməkdir. Elə tarixən dünyada baş verən qanlı-qadalı müharibələr, bu müharibələr hesabına tökülən insan qanları daha çox torpaq uğrunda olmayıbmı?
Atalarımızın bununla bağlı çox müdrik kəlamları var. Onlardan birini xatırlamaq yerinə düşər: torpaqdan pay olmaz. Məhz ona görə bu müqəddəs neməti xalqımız həmişə namus, qeyrət və mübarizə rəmzi kimi qəbul edib, ərənlərimiz torpaqlarımız uğrunda mübarizələrdə şəhidlik zirvəsinə ucalıblar. Bu gün halal torpağımızı qorumaq hər bir gəncin qarşısında duran ən şərəfli vəzifədir. Təbii ki, torpağı qorumaq heç də onu hasarlamaq demək deyil. Torpağı qorumaq həm də onu əkib-becərməkdir. Dədəmiz Qorqud demişkən: “Torpağı əkmirsənsə, qorumağına, qorumursansa, əkməyinə dəyməz”. Unutmaq olmaz ki, torpaq ona baş əyəni xan edər, ağa edər. Torpaq onu öldürəni dirildər. Sən torpağa tər versən, o da sənə borclu qalmaz, qarşılığında zər verər...

Ardını oxu...

Muxtar respublikada 2017-ci ilin yanvar-aprel aylarında 687 milyon 332 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artaraq 1528,8 manata çatmışdır.

* * *

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 315 milyon 220 min 500 manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,2 faiz üstələmişdir.

Ardını oxu...

İstehlakçı hüquqlarının qorunması Azərbaycan dövlətinin prioritet vəzifələrindəndir. Hazırda ölkəmizdə bütün sahələrdə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi tədbirlər görülür. Bu gün Azərbaycanda daxili bazarın formalaşdırılması və istehlakçı hüquqlarının qorunması istiqamətində qarşıya qoyulan əsas vəzifə əhalinin istehlak mallarına olan tələbatını maksimum səviyyədə yerli istehsal hesabına yüksəkkeyfiyyətli məhsullarla təmin etməkdən ibarətdir. Bu gün istehlakçıların hüquqlarının müdafiəsini nəzərdə tutan ayrı-ayrı dövlət proqramlarının, qanunların, qərar və qaydaların muxtar respublikanın aidiyyəti orqanları tərəfindən icrası diqqət mərkəzində saxlanılır.
Muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri mal və xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin dünya standartları səviyyəsinə çatdırılması, onların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin təmin edilməsidir. Bu məqsədlə istehlakçıların təhlükəsiz və keyfiyyətli məhsullarla təmin olunması, ticarət norma və qaydalarına əməl edilməsi, istehlak bazarının keyfiyyətsiz və saxta mallardan qorunması, istehlakçıların hüquqlarının etibarlı müdafiəsi və digər bu kimi məsələlər qarşıya qoyulan mühüm vəzifələrdəndir.
Bu vəzifələrin icrası istiqamətində əvvəlki illərdə olduğu kimi, cari ildə də İqtisadiyyat Nazirliyi tərəfindən haqsız rəqabətin, keyfiyyətsiz mal satışının qarşısının alınması, istehlakçı hüquqlarının qorunması, həmçinin təbliğat-təşviqat və maarifləndirmə işləri davam etdirilib.

Ardını oxu...

Ötən yay Nəhəcir kəndi ilə bağlı hazırlanmış və Naxçıvan Tele­viziyasının efirində yayımlanan videomaterialda kənd sakinlərindən biri təəssüratlarını belə ifadə etmişdi: “Dağların başına boyunbağı kimi dolanan yolları qət edib Nəhəcirə gəlmək daha əvvəlki kimi müşkül məsələ deyil. Sovet dönəmindən bəri bu ucqar dağ kəndinin uzun illər yığılıb qalan sosial problemləri də həll edilib”. Bu fikirlər özlüyündə bir çox çalarları ifadə edirdi. Hansı ki bu iki cümlədə Nəhəcirin bugünkü növrağı əks olunmuşdu. 


Əsrarəngiz Naxçıvan təbiəti

Səhər mehindən dəniz kimi dalğalanan taxıl zəmiləri, bu yal-yamacdakı alaçıqlarda köç salanlar, çiçəklər, al-əlvan rəngə boyanmış dağ yamacları insana xoş anlar yaşadır, onun ruhunu və təəssüratını zənginləşdirirdi. Çobanlar, sözün əsl mənasında, yuxularına haram qatıb sabahı bu çöllərdə açmışdılar. Mal-qara örüşə çıxarılıb, yerbəyer edilmişdi. Bu an Aşıq Ələsgərin təbiət mövzusunda qələmə aldığı “Yaylaq” şeiri yadıma düşür. Ustad aşıq yaylağın timsalında doğma Azərbaycan təbiətinə dərin məhəbbətini şirin poetik dillə, rəngarəng bədii vasitələrlə belə ifadə edirdi:

Gözəllər seyrəngahısan,
Görüm səni var ol, yaylaq!
Açılsın gülün, nərgizin,
Təzə mürgüzar ol, yaylaq!

Həqiqətən də, doğma yurdun təbiətini olduğu kimi oxucuya çatdırmaq üçün coşqun təbiətli bir şair olmaq lazımdır. Bəlkə də, Naxçıvan təbiətinin zənginliyindən, füsunkar gözəlliklərindən ilham alan Məmməd Araz, İslam Səfərli kimi şairlərimizin qələmindən süzülən poetik ifadələr və əzəmətli monumentlərə bənzəyən dağları, axar-baxarlı dərələri, kükrəyib daşan çayları kağız, kətan üzərinə köçürən Bəhruz Kəngərli kimi rəssamlarımızın fırçasından canlanan əsrarəngiz əl işləri ərsəyə gəlib.

Ardını oxu...

Son illərdə muxtar respublikamızda özəl sektorun inkişaf etdirilməsinə yaradılmış şərait çoxsaylı kiçik sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına səbəb olub. Bu sahədə aparılan islahatların nəticəsidir ki, hazırda muxtar respublikamızda kənd təsərrüfatından tutmuş özəl tibb müəssisələrinədək, un məmulatı sexlərindən dərman bitkilərinin istehsalına kimi xeyli sayda kiçik və böyük sahibkarlıq subyektləri fəaliyyət göstərir. Bu sahədə çalışan qadınlarımızın sayı da az deyil. Onlara hərtərəfli dövlət qayğısı göstərilir. 2000-2016-cı illər ərzində Sahibkarlığa Kömək Fondu tərəfindən yüngül və yeyinti sənayesi, xidmət sektorunun müxtəlif sahələri üzrə fəaliyyət göstərən qadın sa­hibkarlara 1 milyon 500 min manat həcmində kredit verilib.
Dahilərdən biri deyib ki, təsadüfün hökmü böyük olur. Bir təsadüf nəticəsində tanış olduğum ağbirçək xanım da muxtar respublikamızda aktiv fəaliyyəti ilə diqqətçəkən sahibkar qadın Elmira Əliyevadır. O, qədim Naxçıvan elində və hətta onun hüdüdlarından kənarda da böyük hörmətə, şöhrətə malik oftalmoloqdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş oftalmoloqu, Əməkdar həkim, SSRİ cərrahiyyə əlaçısı, ali kateqoriyalı göz həkimi Elmira həkim 45 ildir ki, bu sahədə “külüng çalır”, insanlara nur bəxş edir. O bildirir ki, hər peşənin, hər sənətin öz yolu var. Bu yol xidmət yoludur, xalqa, Vətənə bağlılıq yoludur. Həkimlərin qarşısında yalnız bir yol var: insan həyatının keşiyində dayanmaq... İnsan orqanizminin ən incə, ən ülvi, ən titrəyiş yeri gözüdür. Elə buna görə də göz həkimləri daha dəqiq, hər an ehtiyatlı, səbirli olmalıdır. Bu yol nə qədər zəhmətli olsa da, sonu işıqlı, sevincli bir yoldur. Həkim bütün ömrü boyu bu cür yanar hisslə yaşayır. Tanrının mənə bəxş etdiyi ömür payımda insanlara nur paylamaq nəsibim olub. Bunun üçün özümü bəxtəvər sayıram. Təqaüdə çıxdıqdan sonra işlərimi davam etdirmək, xalqıma, elimə-obama daha da yararlı olmaq üçün göz klinikası açmaq qərarına gəldim. Elə bu məqsədlə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etdim və dövlət dəstəyi ilə bu klinika fəaliyyətə başladı.

Ardını oxu...

Kəngərli rayonunun Təzəkənd və Xıncab kəndlərində təcrübə məqsədilə tütün əkininə başlanılıb. Əkinlər “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı tərəfindən həyata keçirilir.
Tütün şırım üsulu ilə əkilir və indiyədək Təzəkənddə 7 hektar, Xıncabda isə 1 hektar sahədə əkin keçirilib, suvarma və becərmə işləri görülüb. Həmin sahələrdə Virciniya, Oriental və İzmir tütün sortlarından istifadə olunub.
Bu tədbirlər həmin yaşayış məntəqələri əhalisinin məşğulluğunun təmin edilməsinə öz müsbət təsirini göstərir. Tütün yetişdirilməsi ilə əlaqədar “Cahan Tobacco” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 20 nəfər işlə təmin olunub.
“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqından aldığımız məlumata görə, aparılan tütün əkinləri müsbət nəticə verərsə, əkinlər muxtar respublikanın müxtəlif bölgələrində də həyata keçiriləcək.
Qeyd edək ki, Xıncab kəndində bu il mart ayının 10-dan başlayaraq xüsusi tütün istixanaları yaradılıb. Hazırda tütün şitillərinin sahələrə köçürülməsi işi davam etdirilir. Əkin üçün məhz bu kəndlərin ərazisinin seçilməsinin səbəbi burada torpaqların tütünçülük üçün əlverişli olması ilə bağlıdır.

Xəbərlər şöbəsi

Yaranışından insan övladı ruzisini torpaqdan qazanıb. Torpağa sığınıb, ondan güc alıb və ona Vətən deyib. Vətən deyib qoruduğu torpağı alın təri, əl qabarı ilə gülüstana çevirib. Doyub, dolanıb, maddi nemətlər bolluğu yaradıb. Beşikdən qəbrə qədər belə bir ömür yolu keçən insan övladı axırda yenə də torpağa qovuşub. Deməli, varlığımızın da, yoxluğumuzun da məkanı torpaqdır.

Azərbaycanın, eləcə də muxtar respublikamızın iqtisadi cəhətdən möhkəmlənməsi, inkişaf etməsi üçün uzaq perspektivdə nəzərdə tutulan müəyyən hədəflər vardır. Bu hədəflərə çatmaq üçün mərhələli şəkildə həyata keçirilən bir sıra islahatlar mahiyyət etibarilə ərzaq təhlükəsizliyinə nail olmaq, əhalini keyfiyyətli məhsullarla təmin etmək, təbiəti zənginləşdirmək, ekoloji tarazlığı qorumaq, ixrac imkanlarını genişləndirmək məqsədinə xidmət edir. Bu yol ulu öndərimiz Heydər Əliyevin uzaqgörənliklə başladığı torpaq islahatlarının uğurlu nəticələri ilə açıldı. Müstəqil Azərbaycan iqtisadi böhran vəziyyətindən çıxdı. İllər keçdikcə gözümüzdə adiləşən islahatların yerini irimiqyaslı dövlət proqramları tutmağa başladı. Dövlət proqramlarının qəbul olunması ilə perspektiv planlar müəyyənləşdirildi və işlər bu istiqamətdə aparıldı. Kəndliyə, torpaq adamına, sahibkara yerli məhsulların istehsalını artırmaq üçün ən yüksək səviyyədə dövlət qayğısı göstərildi. Bu qayğıdan ruhlanan kəndli də “öldür məni, dirildim səni”,– deyən torpağı imkanı çatdıqca heşan etməyə, alın təri axıtmağa, yaxşı məhsul götürməyə səy göstərdi. Torpaqlar vaxtında əkildi, becərildi, suvarıldı, gübrələndi. Zəhmətin bəhrəsini görən kəndli, beləcə, torpağın əsl sahibinə çevrildi.

Ardını oxu...

Muxtar respublikamızın dilbər guşələrindən biri olan Ordubad ötən illərdə bu bölgəyə davamlı dövlət qayğısı hesabına müasir Azərbaycan rayonuna çevrilib. Hazırda Ordubad rayonunun Üstüpü kəndində kompleks quruculuq tədbirləri aparılır.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları kənddə zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət 340 şagird yerlik məktəb binasının və kənd mərkəzinin tikintisində çalışırlar.
Məktəb binasının zirzəmisində, birinci mərtəbəsində beton işləri yekunlaşdırılıb. Yeni binada müəllim və şagirdlərin ixtiyarına işıqlı sinif otaqları, kimya, biologiya, fizika laboratoriyaları, elektron lövhəli sinif, kompüter otağı, hərbi və şahmat kabinələri, idman zalı, bufet veriləcək.
Kənd mərkəzi binasının birinci mərtəbəsində isə qəlib işləri aparılır. Yaxın günlərdə burada xidmət mərkəzinin inşasına da başlanılacaq.
Kənddə digər abadlıq işlərinin də aparılması, kənddaxili yollara asfalt salınması nəzərdə tutulub.

Xəbərlər şöbəsi

Özünün yeni inkişaf mərhələsini yaşayan Şərurda son illər həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri, reallaşdırılan iqtisadi layihələr bölgəyə böyük yeniliklər gətirib, insanların həyat səviyyəsi xeyli yüksəlib. Rayon mərkəzi, bölgənin kəndləri füsunkar bir gözəlliyə qovuşub, yenilənib, müasirləşib. Kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər bəhrələrini verib. Kənd yaşayış məntəqələrində müasir infrastruktur yaradılıb.
Hazırda bölgənin daha üç yaşayış məntəqəsi – Ərəbyengicə, Qarahəsənli və Ələkli kəndləri, sözün həqiqi mənasında, yeniləşmə mərhələsindədir. Arazqırağı zonada yerləşən bu yaşayış məntəqələrində iki ay əvvəl genişmiqyaslı tikinti-quruculuq tədbirlərinə başlanılıb. Bu tədbirlər çərçivəsində yeni obyektlərin tikintisi və ya mövcud obyektlərin yenidən qurulması, kəndarası yolların genişləndirilməsi, yol kənarlarındakı köhnə palçıq hasarların sökülməsi, yerində daşdan divar hörülməsi və suvanması, elektrik, qaz və rabitə xətlərinin yenilənməsi nəzərdə tutulub.
Hazırda Ərəbyengicə kəndində üçmərtəbəli, 192 şagird yerlik məktəb binası, həkim ambulatoriyası, Qarahəsənli kəndində 198 şagird yerlik iki mərtəbədən ibarət orta məktəb binalarının, hər iki yaşayış məntəqəsində kənd və xidmət mərkəzlərinin inşası sürətlə davam etdirilir.

Ardını oxu...

“Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 30 iyul tarixli “Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi yanında “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” Sərəncamı ilə fəaliyyətə başlayıb. Həmin gündən muxtar diyarımızda poçt müəssisələri bütün növ xidmətlərin təşkili üçün müasir texnologiyalarla təmin edilib, xidmətin səviyyəsi günü-gündən yüksəldilib.

Artan tələbat və yeni texnologiyaların bütün sahələrdə tətbiqi əhaliyə xidmət göstərən poçt bölmələrinin də yenilənməsini, avtomatlaşdırılmasını və yeni poçt bölmələrinin yaradılmasını zərurətə çevirib. Bu günlərdə Naxçıvan şəhərinin “Çənlibel” məhəlləsində əhalinin sıxlığı nəzərə alınaraq yeni – 17 nömrəli poçt bölməsi yaradılıb və istifadəyə verilib. Naxçıvan şəhərindəki 5 nömrəli poçt bölməsi isə əsaslı şəkildə yenidən qurularaq əhaliyə xidmət göstərməyə başlayıb. Hər iki poçt bölməsindəki işçi kompüterlər “Naxçıvanpoçt”un Məlumat Hesablama Mərkəzi şəbəkəsinə qoşularaq lazımi avadanlıqlarla təmin olunub.

Ardını oxu...

Qədim və zəngin tarixi keçmişə malik olan Naxçıvan çoxsaylı abidələri ilə tanınır. Onlardan muxtar respublikanın müxtəlif bölgələrində yerləşən imamzadələr xüsusilə seçilir. Sənətkarlıq və memarlıq baxımından yüksək zövqlə işlənən bu tarixi tikililər müstəqillik illərində hərtərəfli qayğı ilə əhatə olunublar. Onların bərpası və elmi əsaslarla tədqiq olunmasının qayğısına qalınıb. Məlumat üçün deyək ki, əvvəlki illərdə Naxçıvan şəhərində və Şərur rayonunun Xanlıqlar kəndində yerləşən imamzadələrdə bərpa işləri aparılıb.
Artıq may ayından etibarən Babək rayonunun Nehrəm kəndindəki “İmamzadə” türbəsində də bu işlər davam etdirilir. Hazırda türbənin fasadında yenidənqurma işləri aparılır. Türbə, təkyə və yardımçı binalardan ibarət olan böyük kompleksin ətrafında yaşıllıqlar salınacaq, işıqlandırma sistemləri qoyulacaq. Kompleksin özəyini təşkil edən türbənin içərisindəki qəbrin üstü sənduqə formasındadır. Əhali arasında yayılan rəvayətə görə, qəbirdə şiələrin yeddinci imamı Musa Kazımın oğlu Seyid Əqil dəfn olunub.
Görülən işlər nehrəmlilərin böyük sevincinə səbəb olub. Kənd sakini Hacı Əli Salahov və Tofiq Abutalıb­ov bildirdilər ki, Nehrəm milli və mənəvi dəyərlərə sıx bağlı bir yurd yeridir. Ötən ilin noyabr ayında Ali Məclis Sədrinin iştirakı ilə kəndimizdə daha bir məscid binası istifadəyə verildi. “İmamzadə”nin bərpa olunması isə islami dəyərlərə verilən yüksək qiymətin daha bir ifadəsidir. Ümumilikdə isə dini-mədəni və tarixi-memarlıq kompleksi olan bu tikilinin bərpası ölkə mədəniyyətinə və bəşər sivilizasiyasına verilən bir töhfədir.
İşlər yekunlaşdıqdan sonra həm ziyarətgah, həm də tarixi abidə kimi bu türbə Naxçıvana gələn yerli və xarici turistlərin ən çox üz tutacaqları məkanlar sırasında olacaq.

Muxtar RZAZADƏ

Naxçıvan şəhərində hər il geniş quruculuq işləri aparılır, ictimai və inzibati yaşayış binaları müasir arxitektura üslubunda əsaslı təmir olunur, insanların sosial-məişət şəraiti yaxşılaşdırılır. Milli və müasir memarlıq üslubunda inşa olunan çoxmənzilli ictimai yaşayış binaları qədim Naxçıvan şəhərinin arxitektura quruluşunu daha da zənginləşdirir, sakinlərin müasir və rahat mənzillərlə təminatına səbəb olur.
Bu tədbirlərin davamı kimi Naxçıvan şəhərində cari ildə də bir neçə ünvanda yerləşən yaşayış binalarında yenidənqurma işləri aparılır. Yenidən qurulan binalardan biri də Naxçıvan şəhərinin Həsən Əliyev küçəsində yerləşən 2 nömrəli yaşayış binasıdır.
İş icraçısı Zamin Şükürovdan aldığımız məlumata görə, 4 mərtəbədən ibarət olan binada təmir-bərpa işlərinə cari ilin fevral ayından başlanılıb. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən yenidənqurma işləri aparılan binanın balkonlarında hazırda hörgü işləri görülür, daxildə suvaq işləri aparılır, elektrik, su və kanalizasiya xətləri çəkilir. Yenidənqurma işləri zamanı bina arxaya doğru 3 metr artırılıb ki, bu da gələcəkdə sakinlərin daha geniş yaşayış sahəsindən istifadə etməsinə imkan yaradacaq.
Şəhərdə tikintisi davam etdirilən obyektlərdən biri də Cəlil Məmmədquluzadə küçəsində inşa edilən yeni Ticarət Mərkəzi və Otel Kompleksidir. İş icraçısı Fəxrəddin Səfərovdan aldığımız məlumata görə, binanın birinci mərtəbəsində iki kinozal, dörd fərqli mətbəxə məxsus restoran, ictimai iaşə obyektləri, hədiyyələr mağazaları fəaliyyət göstərəcək.
İkinci mərtəbədə isə otel yerləşəcək. Həmçinin zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarət saat qülləsi də yaradılacaq, buraya iki saat yerləşdiriləcək. Qüllənin birinci mərtəbəsi giriş, ikinci mərtəbəsi mətbəx, digər mərtəbələrin hər biri isə kafe üçün nəzərdə tutulub. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən hazırda ikinci mərtəbədə suvaq işləri aparılır, fasadına üzləmə vurulur, binanın çardaq hissəsi qurulur, istilik, elektrik xətləri çəkilir.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR