23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Beynəlxalq Hava Limanında aparılan yenidənqurma işləri sərnişinlərin rahatlığına və qeydiyyat-nəzarət sisteminin daha çevik təşkilinə imkan verir.

Bu da muxtar respublikada hava nəqliyyatından istifadə edənlərin sayının artmasına səbəb olmuşdur. Belə ki, may ayında yerli hava xətti ilə 21 min 701 sərnişin, 319 min 82 kiloqram baqaj, 28 min 316 kiloqram yük və 3192 kiloqram poçt daşınması həyata keçirilmişdir. Beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva reysi ilə 315 sərnişin, 2568 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 322 sərnişin və 3659 kiloqram baqaj daşınmışdır.
Uçuşların vaxtında və təhlükəsiz təşkili məqsədilə hava gəmilərinə, bütün növ xidmət vasitələrinə vaxtlı-vaxtında texniki xidmət göstərilmiş, uçuş-enmə zolağı, dönmə yolları, perron və dayanacaqlar mütəmadi yoxlanılmış, təmir işləri görülmüşdür. Yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandası isə hava limanı ərazisinin yanğından etibarlı mühafizəsini təmin etmiş, yanğınsöndürən avtomobillərə mütəmadi texniki xidmət göstərilmiş, xidməti ərazilərdə profilaktik yoxlamalar aparılmışdır.

Naxçıvan Beynəlxalq Hava
Limanının mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR