23 Dekabr 2024, Bazar ertəsi

Kəngərli rayonunun inzibati mərkəzi Qıvrağın yerləşdiyi ərazinin bir hissəsindən 7-8 il bundan əvvəl torpaq sahələri kimi istifadə edilib. Naxçıvan-Sədərək magistral yolunun solunda yerləşən kənd muxtar respublikanın ən böyük yaşayış məntəqələrindən biri olmasına baxmayaraq, burada da yeni tikilmiş obyektlər barmaqla sayılası qədər az olub. İdarəetmənin təkmilləşdirilməsi məqsədilə yaradılan yeni rayonun mərkəzinə çevrildikdən sonra Qıvraq qəsəbəsində kompleks quruculuq tədbirləri həyata keçirilib. Qısa müddət ərzində müxtəlif istiqamətli tikililər istifadəyə verilib, rayonun idarə, müəssisə və təşkilatları üçün müasir layihə əsasında yeni binalar inşa olunub. Həmin binalarda çalışanlara hərtərəfli iş şəraiti yaradılıb. Qəsəbəarası yollara asfalt salınıb, gözoxşayan gülkarlıqlar yaradılıb. Bir sözlə, qəsəbə müasir rayon mərkəzinə çevrilib.

Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hazırda qəsəbədə böyük bir obyektin tikintisi həyata keçirilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kəngərli Rayon İdarəsinin kollektivi zirzəmi ilə birlikdə yeddi mərtəbədən ibarət olan ictimai yaşayış binasının inşası ilə məşğuldur. 48 mənzildən ibarət olacaq binanın zirzəmisi ticarət mərkəzi üçün nəzərdə tutulub. Binanın hər mərtəbəsində 8 mənzil yerləşəcək. Mənzillərin sahələri müxtəlif ölçülərdədir. Tikinti işlərində yerli inşaat materiallarından istifadə olunur.

* * *

Muxtar respublikamızın sosial-iqtisadi inkişafının əsas göstəricilərindən olan tikinti-quruculuq, abadlıq tədbirləri şəhər və kəndlərimizin simasını əsaslı surətdə dəyişib. Əvvəlki illərdə olduğu kimi, cari ildə də kənd yaşayış məntəqələrində quruculuq tədbirləri davam etdirilir. Belə tədbirlərdən birini də Culfa rayonunun Dizə kəndində yeni məktəb binasının, kənd və xidmət mərkəzlərinin inşası təşkil edir.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin inşaatçıları tərəfindən kənddə tikilən məktəb binasının 216 şagird yerlik olması nəzərdə tutulub. Üç mərtəbədən ibarət olacaq kənd tam orta məktəbinin binasında hazırda birinci mərtəbənin tavan hissəsində beton-qəlib işləri görülür. İşlər yekunlaşdıqdan sonra məktəb binası yeni avadanlıqlarla, elektron lövhə və kompüter dəstləri ilə təchiz olunacaq, laboratoriya və fənn kabinələrində lazımi şərait yaradılacaq.
Yeni tikilən kənd mərkəzi isə ikimərtəbəli olacaq. Bu binada kənd icra nümayəndəliyi, bələdiyyə, kitabxana, klub, həkim ambulatoriyası, Yeni Azərbaycan Partiyası Dizə kənd ərazi ilk təşkilatı, baytarlıq məntəqəsi, polis, poçt şöbələri yerləşəcəkdir. Obyektdə beton-qəlib işləri üçün hazırlıq tədbirləri görülür.
Kənddə yeni tikiləcək birmərtəbəli xidmət mərkəzində isə sakinlərin ərzaq və təsərrüfat mallarına olan tələbatlarının ödənilməsi üçün mağazalar fəaliyyət göstərəcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR