23 Dekabr 2024, Bazar ertəsi

Zəngin təbiətə malik Naxçıvanın çoxsaylı faydalı qazıntıları və mineral sərvətləri vardır. Muxtar respublika ərazisində insan sağlamlığı üçün faydalı olan mineral suların qaynadığı bulaqlar çox əvvəllərdən tanınıb, onlardan müalicə və süfrə suyu kimi istifadə edilib. Azərbaycanı bütün dünyada tanıdan, “Sirab”, “Badamlı” kimi milli brendlərimizə çevrilmiş bu sular həm də Naxçıvanın rəmzinə çevrilib. “Darıdağ” mineral suyu da öz müalicəvi əhəmiyyətinə görə belə sərvətlərimizdən biridir. 

“Darıdağ” təbii mineral müalicəvi süfrə suyu Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Gülüstan kəndindən 2,5 kilometr şimal-qərbdə Əlincəçay məcrasında yerləşən təbii bulaqdır. Bu mineral su mənbəyi 1962-ci ildə tapılmış və hazırda dərinliyi 135 metr olan quyudan çıxır. “Darıdağ” təbii mineral müalicəvi süfrə suyu kimyəvi tərkibinə görə Rusiyanın Kislovodsk şəhəri yaxınlığındakı “Narzan” və Naxçıvan Muxtar Respublikasının Babək rayonundakı “Sirab” mineral sularının analoqudur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında artan əhali tələbatına uyğun olaraq iqtisadi və sosial sahələrin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilməklə səmərəli məşğulluq təmin edilir. Kompleks inkişafın dinamik xarakter almasında “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”, Naxçıvan Muxtar Respublikasının 2009-2013 və 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası mühüm rol oynayıb, iri sənaye, kənd təsərrüfatı və xidmət sahələri yaradılıb, əhalinin təhsil, səhiyyə və digər sosial təminatları yaxşılaşdırılıb.

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi göstəricilərin pozitiv meyilliliyi təmin edilib, 2004-cü illə müqayisədə 2016-cı ildə ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsulun həcmi 11,1, sənaye məhsulunun həcmi 36,9, əsas kapitala yönəldilən investisiyalar 12,4, kənd təsərrüfatının ümumi məhsulu 5,5, nəqliyyat sektorunda yük daşınması 2,6, informasiya və rabitə xidmətlərinin həcmi 7,8, o cümlədən mobil rabitə xidməti 9,2, pərakəndə əmtəə dövriyyəsi 12,7, əhaliyə göstərilən pullu xidmətlər 10, ixracın həcmi 80 dəfə artıb.
Yeni sənaye müəssisələrinin, istehsal və xidmət sahələrinin yaradılmasının, sahibkarlığa göstərilən qayğının nəticəsidir ki, ümumi daxili məhsulun tərkibində özəl bölmənin payı 2004-cü illə müqayisədə artaraq 2016-cı ildə 87 faizi ötüb.

Ardını oxu...

Muxtar respublikada 2017-ci ilin yanvar-iyul aylarında 1 milyard 458 milyon 392 min 300 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artaraq 3240,2 manata çatmışdır.

* * *

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 604 milyon 952 min manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,2 faiz üstələmişdir.

* * *

İnfrastruktur quruculuğu çərçivəsində 2017-ci ilin yanvar-iyul aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 568 milyon 505 min 800 manat dəyərində investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyanın 535 milyon 220 min 500 manatı və ya 94,1 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

Ardını oxu...

Muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmini məqsədilə müxtəlif dövlət pro­qramlarında qarşıya qoyulmuş vəzifələrin uğurla icra edilməsi bu məsələnin kompleks həllinə imkan verib.
Regionda əlverişli biznes mühitinin yaradılması, ərzaq məhsullarının istehsalı üzrə sahibkarlığın inkişaf etdirilməsi, dövlət investisiyalarının aqrar bölmənin infrastruktur təminatının yaxşılaşdırılmasına yönəldilməsi, suvarılan torpaq sahələrinin genişləndirilməsi və su ehtiyatlarından səmərəli istifadə, yeni kənd təsərrüfatı texnikalarının alınıb gətirilərək güzəştli şərtlərlə torpaq mülkiyyətçilərinə verilməsi, bu baxımdan çox əhəmiyyətlidir. Sevindirici haldır ki, bu gün ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə ciddi nəzarət, ərzaq məhsullarının satış-tədarük bazalarının və satış mərkəzlərinin, taxıl və soyuducu anbarların, qablaşdırma müəssisələrinin yaradılmasının dəstəklənməsi istiqamətində görülmüş genişmiqyaslı işlər artıq öz nəticəsini verməkdədir. Hazırda Naxçıvan bütün növ əsas ərzaq məhsulları ilə daxili tələbatını ödəyir.
Muxtar respublikamızda strateji sahə olan taxılçılığa ciddi diqqət yetirilir. Yeni suvarma şəbəkələrinin qurulması və meliorativ tədbirlərin görülməsi hesabına taxıl əkini sahələri genişləndirilib. Son məlumatlara əsasən, ümumilikdə, cari ilin məhsulu üçün muxtar respublikada 31 min 632 hektar taxıl əkilib. Əkin zamanı keyfiyyətli və məhsuldar toxum sortlarından istifadə edilməsi, sahələrdə vaxtlı-vaxtında suvarma və aqrotexniki qulluq işləri görülməsi nəticəsində taxıl zəmilərindən 93 min 419 ton məhsul toplanılıb. Zəmilərin orta məhsuldarlığı 29,5 sentnerdir. Muxtar respublikanın iri taxıl istehsalçıları olan Şərur, Babək, Kəngərli və Culfa rayonlarında taxılçılıqda əldə edilmiş nailiyyətlər bu vacib sahənin inkişafına göstərilən diqqətin nəticəsidir.

Ardını oxu...

Bu yaşayış məntəqəsinin yolu yenidən qurulur, kənddə 3 obyekt inşa olunur

 

Naxçıvan şəhərinin Bulqan və Qaraçuq kəndlərində kompleks quruculuq tədbirləri həyata keçirilərək həmin yaşayış məntəqələri müasirliyə qovuşub. Hazırda belə tədbirlər Qaraxanbəyli kəndində aparılır. Bu gün bu yaşayış məntəqəsi əsl tikinti meydançasını xatırladır. Kəndin girəcəyindən başlayaraq Qaraçuğa qədər gedən yol genişləndirilir. Bu ərazidə olan həyət evlərinə hasarlar çəkilir. Yolda torpaqbərkitmə işləri görülür.

Ardını oxu...

Avqustun 15-də Naxçıvan Biznes Mərkəzində xidmət sahələri üzrə peşəkar kadrların hazırlanması məqsədilə seminar keçirilib.
Seminarda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Mircavid Tağızadə “Xidmət sahələrində çalışan işçilərin xidmət səviyyəsinin yüksəldilməsinin zəruriliyi”, “Təbriz Mehmanxanası” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Bəkir Baş “Beynəlxalq təcrübədə xidmət sahələrində çalışan işçilərin xidmət səviyyəsi və normaları”, “Naxçıvan” Universiteti Turizm İnformasiya Mərkəzinin rəhbəri Şahnaz Məmmədova “Turizmin inkişafında xidmət sektorlarının rolu” mövzularında çıxışlar ediblər.
Çıxışlarda bildirilib ki, sahibkarlığın inkişafı üçün muxtar respublikada münbit şərait təmin edilib. Özəl sektorun inkişafına göstərilən hərtərəfli dövlət dəstəyinin nəticəsində muxtar respublikada çoxsaylı sahibkarlıq subyektlərinin yaradılmasına nail olunub. Özəl sektorun inkişafı eyni zamanda xidmət sahələri üzrə peşəkar kadrların hazırlanmasını zəruri edir. Qeyd olunub ki, bu gün muxtar respublikada turizmin inkişaf etdirilməsi xidmət sahələrinin rolunu daha da artırıb. Çünki xidmət sahələrində çalışan işçilər turistlərlə birbaşa təmasda olduqlarından onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi də əsas məsələlərdəndir. Buna görə də xidmət sahələrində çalışan işçilərin öz peşəsini daha dərindən bilməsi, regiona gələn turistlərin tələbatlarına uyğun olaraq servislərin təşkili tələb edilir. Servislər zamanı göstəriləcək operativlik və peşəkarlıq bu sektorun uğuruna zəmin yaradır.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, ikigünlük seminar bu gün başa çatacaq. Seminarda iştirakçılar “Xidmət sektorunda peşəkarlığın artırılması” və “Xidmət sahələrində çalışan işçilər üçün tələblər” mövzularında məruzələr dinləyəcəklər.

 Səbuhi HÜSEYNOV

Muxtar respublikada aparılan geniş tikinti-quruculuq işləri tikinti materiallarına olan tələbatı artırıb. Əvvəllər bu materiallar xaricdən gətirilirdi. Bu da əlavə xərclərə yol açırdı. Sevindirici haldır ki, indi bu problem aradan qaldırılıb. Belə ki, muxtar respublikada bu sahədə ixtisaslaşmış müəssisələr fəaliyyətə başlayıb ki, bununla da tələbat daxili imkanlar hesabına ödənilir. Belə müəssisələrdən biri də rəqabət­qabiliyyətli, keyfiyyətli məhsullar istehsal edən “Gəmiqaya Beton Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Adıçəkilən müəssisə Babək rayonunun Qoşadizə kəndi yaxınlığında, Naxçıvançayın kənarında fəaliyyət göstərir.

Ötən günlərdə yolumuzu həmin ünvandan saldıq, istehsal prosesi ilə tanış olduq. Tanışlıq zamanı öyrəndik ki, “Gəmiqaya Beton Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyəti 2005-ci ildə fəaliyyətə başlayıb. Əvvəllər muxtar respublikamızda aparılan tikinti işləri üçün lazım olan inşaat materialları, beton primitiv üsullarla hazırlanır, qurucu­luq obyektlərində istifadə olunan kilid daş, dekorativ kərpic və digər beton məmulatları qonşu ölkələrdən gətirilirdi. İndi həmin materiallar bu müəssisədə istehsal edilir. Müəssisədə Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar quraşdırılıb. Burada istehsal gücü saatda 150 ton xammal olan qum-çınqıl karxanası, günlük 100 kubmetr beton istehsal edə biləcək zavod və dekorativ daşlar istehsalı sexi fəaliyyət göstərir. Hazırda muxtar respublikanın inşaat meydançalarında bu müəssisənin məhsullarına böyük üstünlük verilir. Bu da onunla əlaqədardır ki, müəssisədə keyfiyyət amilinə xüsusi diqqət göstərilir.

Ardını oxu...

Dövlət tərəfindən aqrar sahənin inkişafı üçün müasir infrastrukturların yaradılması, fermerlərə müxtəlif güzəştlərin edilməsi, aqrolizinq xidmətinin genişləndirilməsi bu vacib sahənin inkişafına müsbət təsir göstərməkdədir. Bunu Şərur rayonunun timsalında da görmək olar. Bölgədə adıçəkilən istiqamətdə həyata keçirilən tədbirlərdən biri soyuducu anbarların yaradılmasıdır.
Uzunmüddətli və güzəştli şərtlərlə verilən kreditlər, yaxud sa­hibkarın şəxsi vəsaiti hesabına son illər rayonda ümumi tutumu 3 min ton olan 11 müasirtipli soyuducu anbar tikilib. Artıq bu anbarlara mövsümün meyvə və tərəvəz məhsulları qəbul edilir.
Danyeri kəndində Ramiz Həsən­ovun 300, Qaraburc kəndində Qəşəm Kərimova məxsus 110, Yusif Quliyevin Şərur şəhərində tikdirdiyi 440, Cəlilkənddə Yaqub Tağıyevə məxsus 650, Əmir Əsədovun Qarxun kəndindəki 360 tonluq məhsul saxlamaq gücündə olan soyuducu anbarlara məhsul təhvil verərkən torpaq mülkiyyətçiləri heç bir maneə ilə rastlaşmırlar.

Ardını oxu...

Su həyat mənbəyidir və bu sadə həqiqəti kiməsə sübut etməyə lüzum yoxdur. XXI əsrdə isə su təhlükəsizliyi hər bir ölkə üçün enerji və ərzaq təhlükəsizliyi kimi strateji əhəmiyyətli məsələlər sırasına daxil olub. Müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdəndir və əhalinin etibarlı su təchizatı dövlətlərarası münasibətlərə təsir göstərə bilən amillərdən birinə çevrilməkdədir. 

Ölkəmizin su təhlükəsizliyinə də təhdidlər mövcuddur. Bu təhdidləri uzaqgörənliklə qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarının birində deyib: “Bu gün dünyada daha çox neft-qaz resursları uğrunda mübarizə aparılır və xoşbəxtlikdən Azərbaycan bu resurslardan, xalqın rifahı, ölkənin inkişafı naminə səmərəli şəkildə istifadə edir. Amma vaxt gələcək su resursları uğrunda mübarizə daha da kəskinləşəcəkdir. Biz artıq bu mübarizənin təzahürlərini görməkdəyik. Belə olan halda su təhlükəsizliyi Azərbaycanda tam şəkildə təmin edilməlidir”. Bununla bərabər, su təhlükəsizliyinin təmin edilməsi üçün ölkə başçısı “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanallar inşa etmək və su anbarları yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”, – deyib.

Ardını oxu...

Naxçıvan Şəhər Vergilər İdarəsində yeni fəaliyyətə başlayan sabit  vergi ödəyicilərinə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”lərin təqdim edilməsi ilə  bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov açaraq qeyd edib ki, 2017-ci il yanvar ayının 1-dən qüvvəyə minən “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun milli vergi qanunvericiliyində bir sıra mühüm yeniliklərin tətbiq olunmasına imkan yaradıb. Onlardan biri də fərdi əməklə məşğul olan şəxslərlə bağlıdır. Belə şəxslər vergi öhdəliklərini aylıq sabit vergi şəklində ödəməlidirlər. Sabit vergi fərdi fəaliyyət göstərən fiziki şəxsin gəlirindən və dövriyyəsindən asılı olmayaraq, ödədiyi dəyişilməz vergi məbləğidir. Belə şəxslər kiçik həcmdə gəlirlərə malik, muzdlu işçi cəlb etmədən müəyyən fəaliyyət növləri ilə məşğul olan vətəndaşlardır. Bundan başqa, dayə, fərdi sürücü, ev təsərrüfatında təmizlikçi, bağban, aşpaz, gözətçi və nəqqaşlıqla məşğul olanlar da sabit vergi ödəyiciləridir.

Ardını oxu...

Muxtar respublikada iqtisadiyyatın bazar münasibətləri istiqamətində inkişafı insanların torpağa və zəhmətə olan baxışını kökündən dəyişib, onların sahibkarlığa maraqlarını daha da gücləndirib. Bu istiqamətdə görülən işlər, yaradılan əlverişli şərait fəaliyyətlərin genişləndirilməsinə, yeni iş yerlərinin açılmasına, məhsuldarlığın və yerli istehsal sahələrinin artırılmasına böyük stimul verib.
Bu gün iqtisadiyyatımızın formalaşmasında özəl sektor, xüsusilə də kiçik və orta sahibkarlıq mühüm rol oynayır. Hazırda kiçik istehsal və emal müəssisələri yaradılır, sahibkarlıq fəaliyyəti inkişaf etdirilir. Bu isə əhalinin məşğulluğunun təmin olunması, insanların sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, həm də məhsul bolluğu yaradır. Belə tədbirlər əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında, süni qiymət artımının qarşısının alınmasında və istehlakçıların seçim imkanlarının artırılmasında mühüm rol oynayır.
Muxtar respublikamızda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları da bu məqsədlə təşkil edilir. Yarmarkada satıcı və alıcıların rahatlığının təmin olunması üçün əlverişli ticarət mühiti yaradılıb. Fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları məhsullarını satmaq üçün yarmarkaya gətirir və münasib qiymətlərlə alıcılara təklif edirlər. Bu isə onların məhsullarını asanlıqla satmasına imkan yaratmaqla yanaşı, istehlakçıların tələbatının ödənilməsini təmin edir.

Ardını oxu...

Muxtar respublikada yol-nəqliyyat infrastrukturu müasir standartlar səviyyəsinə çatdırılmış, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu ilin iyul ayında da avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi diqqət mərkəzində saxlanılmışdır. Ötən ay Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə Naxçıvandan Bakıya 2763, Bakıdan Naxçıvana isə 3747 sərnişin daşınmışdır.
Nazirliyin “Reyd komissiyası” müxtəlif günlərdə reydlər keçirmiş, sərnişindaşıma ilə məşğul olan avtonəqliyyat vasitələrinin təmizliyinə, sürücülərin geyim formasına, şəhərdaxili və rayonlararası marşrutlarda hərəkət qrafikinə nəzarəti artırmışdır. Bu dövrdə Naxçıvan Avtobus Parkında sərnişindaşımanı yerinə yetirən sahibkarların və sürücülərin iştirakı ilə seminar-müşavirə də keçirilmişdir.
İyul ayında sürücülərin muzeylərlə tanışlığına diqqət daha da artırılmış, muzeylərdə taksi sürücülərinin seminar məlumatlandırılması işinə avtobus sürücüləri də cəlb olunmuşdur. Hazırda hər həftənin çərşənbə günü taksi və avtobus sürücüləri muzeylərdə ekskursiyalarda olur.

Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikasında bu sahədə mühüm işlər görülür

Hər bir dövlətin dünyadakı imici və bir dövlət olaraq nüfuzu onun həyata keçirdiyi milli inkişaf və təhlükəsizlik siyasəti ilə bilavasitə bağlıdır. Milli inkişaf və təhlükəsizlik siyasəti ölkənin siyasi, iqtisadi, sosial və mənəvi inkişafının, xarici aləmdən qaynaqlanan təhlükələrə qarşı müqavimət gücünün göstəricisi kimi çıxış edir. Enerji təhlükəsizliyi isə müasir dövrdə milli təhlükəsizliyin əsas potensial bazası kimi daha ön planda mövqe tutur. Çünki bir ölkənin enerji təhlükəsizliyinin təmin olunması onun iqtisadi davamlılığını şərtləndirməklə yanaşı, siyasi gücünü, deməli, həm də nüfuzunu artırır. Digər tərəfdən, cəmiyyət inkişaf etdikcə, insanların tələbatları artdıqca, enerji və resurs tələbləri də artır. Təbii ehtiyatların məhdudluğu, enerji resurslarından səmərəli istifadə məsələləri bu baxımdan hər bir ölkədə gələcəyə hesablanmış strateji inkişaf xəttinin əsasını təşkil edir.

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbovun “Enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri” adlı monoqrafiyasında oxuyuruq: “İnsan həyatının təminatında enerji resurslarının əhəmiyyəti davamlı olaraq artdığından enerji resursları insan həyatının keyfiyyət standartı olaraq qiymətləndirilməkdədir. Nobel mükafatçısı, akademik Jores Alferov qeyd edir ki, bu gün bəşəriyyətin qarşısında energetikadan daha əhəmiyyətli bir problem dayanmır. Sivilizasiyanın mövcudluğu onun həllindən asılıdır...”

Ardını oxu...


Müstəqilliyimizin ilk illərində tikinti sektorunda bütün məhsullara olan tələbat, sadəcə, idxal hesabına ödənilirdisə, bu gün yerli istehsal, daxili imkanlar hesabına ödənilir. Şübhəsiz, yerli inşaat materialları xaricdən gətirilən məhsullardan həm keyfiyyəti, həm də qiymətlərinin sərfəli olması ilə fərqlənir. İnşaat sektorunda yerli tikinti materiallarından istifadə edilməsi xaricə valyuta axınının qarşısını alır, eyni zamanda məşğulluq məsələlərinin həllinə, əhalinin sosial rifah halının yaxşılaşmasına səbəb olur. Tikinti-quruculuq tədbirlərinin geniş miqyas alması ilə inşaat materiallarına olan tələbat da ilbəil artmaqdadır. Dövlətimizin iqtisadi qüdrətinin artması və əhalinin sosial rifah halının yaxşılaşması nəticəsində nəinki dövlət və özəl sektorda, hətta fərdi yaşayış evlərinin tikintisində də böyük canlanma müşahidə olunmaqdadır. Təkcə bir fakta diqqət yetirək. Əgər 1989-cu ildə muxtar respublikada tikinti sektorunda bir ay ərzində orta hesabla 2176 ton betondan istifadə edilirdisə, indi bu qədər beton, təxminən, bir gün ərzində inşaat işlərinə sərf olunur. Öz-özlüyündə bu rəqəm inşaat sektorunun hansı miqyasda böyüdüyünün göstəricisidir.

Ardını oxu...

Dağlıq və dağətəyi zona olan Şahbuz rayonunda aqrar sahənin inkişafına son illər göstərilən diqqət və qayğı hesabına bu bölgəmizdə də nəzərə­çarpacaq nailiyyətlərə imza atılıb. Daxili bazarın yerli istehsal məhsulları ilə təminatına öz töhfələrini verən rayonun torpaq mülkiyyətçiləri mövcud şəraitdən və yaradılan imkanlardan səmərəli istifadə edir, bununla həm də öz rifah hallarını yaxşılaşdırırlar.
“Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamı­nın icrası ilə bağlı məhsul istehsalçılarına istifadə etdikləri yanacaq, motor yağlarına görə yardımların və gübrələrin verilməsi cari ilin ilk altı ayı ərzində davam etdirilib, məhsul istehsalçılarına 208 tondan artıq gübrə verilib, yazlıq əkinlə bağlı 5300 manat həcmində vəsait ödənilib.
Kənd təsərrüfatının inkişafına göstərilən daha bir dövlət qayğısının ifadəsidir ki, torpaq mülkiyyətçiləri güzəştli kredit hesabına lizinq vasitəsilə 2017-ci ildə 1 ədəd kombayn, 5 ədəd otdoğrama maşını, 55 ədəd əl ilə otbiçən texnika alıblar.
Belə qayğı hesabına aqrar sahəyə maraq xeyli artıb, bu ilin məhsulu üçün 1389 hektar sahədə payızlıq, cari ilin yazında isə 202 hektar sahədə yazlıq olmaqla, ümumilikdə, 1591 hektar sahədə taxıl əkini həyata keçirilib. Həmçinin cari ildə 424 hektar sahədə kartof, 164 hektar sahədə tərəvəz, 243 hektar sahədə dənli-paxlalı, 9 hektar sahədə bostan bitkiləri və 217 hektar sahədə digər əkinlər aparılıb. Müxtəlif əkinçilik sahələrində məhsul tədarükü davam etdirilir.
Meyvəçiliyin inkişafı da diqqət mərkəzində saxlanılıb, meyvə bağlarından 936 ton məhsul yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur.
Cari ildə yaşıllaşdırma tədbirləri davam etdirilib, 3,3 hektar sahədə yeni bağ salınıb, 4660 ədəd yeni meyvə, 420 üzüm tingi əkilib.
Cari ilin ilk altı ayının nəticələri belə deməyə əsas verir ki, rayonun torpaq mülkiyyətçiləri üçün 2017-ci il də uğurlu illərdən biri olacaq.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası müxtəlif faydalı qazıntı yataqları ilə zəngindir. Ərazicə kiçik olsa da, muxtar diyarımızın hər bölgəsində təbiətin bizə bəxş etdiyi yerüstü və yeraltı sərvətlər iqtisadi inkişaf baxımından unikal imkanlar ortaya qoyur. Belə əhəmiyyətli ərazilərə malik bölgələrimizdən biri də Kəngərli rayonudur. Rayonun ərazisi müxtəlif təbii ehtiyatların zənginliyi ilə diqqət çəkir. Belə ki, muxtar respublikada ən böyük travertin və əhəng yataqları bu bölgənin payına düşür. Hələ Sovetlər Birliyi dövründən rayon ərazisində istismar olunan bu yataqlar tikinti sənayesində mühüm yeniliklərin tətbiqinə şərait yaratmış, muxtar respublikamızın keçmiş SSRİ məkanında tanınmasına səbəb olmuşdur.

Rayonun ən böyük yaşayış məntəqəsi olan Qarabağlar kəndi isə həm tarixi-mədəni, həm də böyük travertin ehtiyatlarına malik ərazi kimi tanınır. Kəndin şimal-qərb hissəsində böyükhəcmli daş yataqları ötən əsrin 80-ci illərindən mühəndislər tərəfindən istismara cəlb olunmuş, istehsal edilən məhsul həm muxtar respublikada, həm də regionumuzdan kənarda tikinti sənayesində istifadə olunmuşdur. Su və nəmliyə davamlılığı, yüksək təzyiqə dözümlülüyü və digər müsbət keyfiyyətləri ilə seçilən travertin daşları o zamanlar ittifaq səviyyəli tikinti obyektlərinin, o cümlədən metro stansiyalarının, park və müxtəlif mədəniyyət müəssisələrinin fasadında istifadə edilmiş, ornamental memarlıq nümunələrində işlədilmişdir. Ancaq xalqımızın bu cür təbii sərvətlərin əsl sahibinə çevrilməsi müstəqilliyimizin bərpasından sonra mümkün olmuşdur. “Gəmiqаyа Dаş Məhsullаrı Sənаyе Kоmplеksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağlar kəndindəki daş karxanasında olduğumuz zaman bu fikirlər müsahibimiz tərəfindən bir daha səsləndirildi.

Ardını oxu...

Şahbuz rayonunun, sözün həqiqi mənasında, Naxçıvan adlı ulu məmləkətimizin mərcan gözü olan Batabat yaylağında arıçılarla görüşüb həmsöhbət olmaq, onların oba həyatını görmək üçün həmin ünvana getmək fikrimiz qətiləşəndə yadıma bu kiçik rayonun sovet dönəmi düşdü. Ucqar əyalət timsallı təbii gözəlliklər diyarı elə bil yaddan çıxmış bir yurd yeri idi. Kənddən seçilməyən indiki Şahbuz şəhərinin ovaxtkı miskin görkəmi, darısqal, tozlu-torpaqlı küçələri buraya rayon mərkəzi deməyə imkan vermirdi.

Yolumuz Şahbuz şəhərinədir 

Bu gün o mənzərələr yoxdur daha. Şahbuz şəhəri müasirliyə qovuşub. Rayon mərkəzinin girəcəyindəki Bayraq Meydanından başlayaraq gözəl mənzərələr insanı ovsunlayır. Belə mənzərələr elə təəssüratlar yaradır ki, neçə illər qabaq gördüklərini bir an belə, xatırlamaq istəmirsən. Və düşünürsən ki, şəhər də, kənd də, qəsəbə də insan kimidir, qayğı istəyir, nəvaziş istəyir. Bu gün Şahbuzun hər bir ünvanı belə qayğıdan yetərincə bəhrələnib.

Ardını oxu...

16 mindən çox sakinin yaşadığı bu kənd muxtar respublikanın ən qədim və iri yaşayış məntəqələrindən biridir. Ümumilikdə, Nehrəm biz jurnalistlər üçün əsl mövzu mənbəyidir. Nəyi yoxdur axı bu kəndin?! Qədim tarixi, müasir inkişafı, sahibkarlıq subyektləri, zəngin təsərrüfat həyatı, bir-birindən yaraşıqlı tikililəri, bir sözlə, sanballı yazı hazır­lamaq üçün nə istəsən, bu kənddə tapa bilərsən. Ötən həftə Ali ­Məclis Sədrinin iştirakı ilə istifadəyə verilən Heydər Parkı isə kəndin hüsnünə yeni naxışlar vurub.

Redaksiyamızın fotomüxbiri ilə Nehrəmə hansı yolla getmək barədə məsləhətləşirik. Bu dəfə rayon mərkəzindən yox, “Pircuvar düzü” tərəfdən getməyi məsləhət görür. Sonra əlavə edir ki, fərqi yoxdur, istər “Ala qapı”dan, istər rayon mərkəzindən, istərsə də, “Pircuvar düzü”ndən bu böyük kəndə getmək istəsən, rahat yol insanı mənzil ­başınadək müşayiət edəcək. Ötən ilin noyabr ayında Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun ikinci hissəsi istifadəyə veriləndən sonra adıçəkilən kəndlərin həyatında yeni mərhələ başlayıb. Həmin vaxt yeni kənd məscidinin istifadəyə verilməsi də nehrəmlilərin həyatında əlamətdar hadisə kimi qalmışdı. Dama-dama göl olar, – deyib ulularımız. Hər il bu böyük kənddə nə isə tikilir, qurub-yaradılır, sakinlərin rahatlığı təmin olunur. Budur, artıq ünvandayıq – müasir Azərbaycan kəndinə nümunə olan Nehrəmdə.

Ardını oxu...

Muxtar respublikada hava nəqliyyatı ilbəil inkişaf edir, bu sahədə müasir texnologiyalar tətbiq olunur. Aparılan quruculuq işlərindən sonra Naxçıvan Beynəlxalq Hava Limanında sərnişin dövriyyəsi artmış və xidmətin səviyyəsi yüksəlmişdir. Muxtar respublikada turizmin inkişafı da gələn qonaqların və hava nəqliyyatından istifadə edənlərin sayının artmasına səbəb olmuşdur. 

İyul ayında yerli hava xətti ilə 36 min 433 sərnişin, 544 min 715 kiloqram baqaj, 29 min 137 kiloqram yük və 1881 kiloqram poçt daşınmışdır. Beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva reysi üzrə 558 sərnişin, 9062 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 444 sərnişin və 5467 kiloqram baqaj daşınmışdır.
Bu dövrdə Naxçıvan Beynəlxalq Hava Limanında teleskopik traplara, nəzarət-müşahidə kameralarına və kompüterlərə texniki baxış keçirilmiş, aerodrom ərazisindəki elektrik, işıqlandırma, rabitə, soyutma və havalandırma sistemlərinə texniki qulluq göstərilmiş, uçuş-enmə zolağı, dönmə yolları və dayanacaqlar mütəmadi yoxlanılmış, uçuşların vaxtında və təhlükəsiz təşkili təmin edilmişdir.

Naxçıvan Beynəlxalq Hava Limanının mətbuat xidməti

İyul ayında muxtar respublikanın dəmir yolu nəqliyyatında iş günün tələbləri səviyyəsində qurulmuş, yük-sərnişin qatarlarının fasiləsiz hərəkəti təmin olunmuş, dəmir yolu vasitəsilə muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 6 min 540 ton müxtəlif təyinatlı yük daşınmış, 11 min 873 sərnişin dəmir yolu nəqliyyatından istifadə etmişdir.

Culfa Lokomotiv Deposunda elektrovozlar 5 dəfə texniki baxışdan keçirilmiş, 1 lokomotiv isə cari təmir edilmişdir. Culfa İstismar Vaqon Deposunda isə 21 müxtəliftipli vaqon cari təmir edilmişdir. İnfrastruktur İdarəsinin xidməti ərazisində baş və stansiya yollarına baxış keçirilmiş, yağış və leysan sularının maneəsiz ötürülməsi üçün süni tikililər, küvetlər və yol yataqları torpaq, çınqıl, daş və tullantılardan təmizlənmişdir. Texniki İnzibati Binaların Təmir Tikinti İdarəsi tərəfindən iyul ayında Ordubad dəmiryol sərnişin vağzalı, eləcə də Yol Sahəsinin inzibati binalarında və 4 saylı yol məntəqəsində aparılan yenidənqurma, Ordubad Yol Sahəsinin yardımçı binalarında, Ordubad İdarəetmə Mərkəzində və Naxçıvançay Təhlükəsizlik Komandasının inzibati binasında aparılan əsaslı təmir işləri və Culfa stansiyasında müasir tələblərə cavab verən yeni İstismar Vaqon Deposunun tikintisi davam etdirilmişdir.
Həyata keçirilən ardıcıl tədbirlər növbəti aylarda da dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verəcəkdir.

“Naxçıvan Dəmir Yolları” Məhdud
Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti

Muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması sahəsində həyata keçirilən tədbirlər mütəmadi olaraq davam etdirilir.
Yay aylarında əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi və sudan itkisiz istifadə diqqət mərkəzində saxlanılır, bu məqsədlə ardıcıl tədbirlər görülür. İyul ayında muxtar respublikanın rayonlarında 12 kilometr magistral kanal, 42 kilometr ara arxlar, 5 kilometr kollektor lildən təmizlənmiş, 7 kilometr yeni suvarma boru xətti çəkilmiş, 6 kilometr içməli su xətti təmir edilmişdir.
Yeni torpaq sahələrini əkin dövriyyəsinə daxil etmək, su itkisinin qarşısını almaq üçün Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 400 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, müxtəlif diametrli borularla 7290 metr suvarma boru xətti çəkilmişdir.
Suvarma və içməli su mənbəyi kimi istifadə olunan 9 subartezian quyusunda yeni nasos quraşdırılmış, 6 kəhrizdə təmir-bərpa işləri aparılmışdır. “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində isə Şərur rayonunda 4500 metr su və 2200 metr kanalizasiya xətti çəkilmiş, Şahbuz şəhərindəki çirkab sutəmizləyici qurğuda tikinti işləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illəri əhatə edən sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası muxtar respublikada uğurla həyata keçirilir. Bölgədə aparılan genişmiqyaslı tikinti-quruculuq işlərindən Şərur rayonuna da pay düşüb. Bunun nəticəsidir ki, rayon mərkəzi Şərur şəhəri və bölgənin kənd yaşayış məntəqələri günü-gündən öz simasını dəyişərək gözəlliyə, abadlığa və müasirliyə qovuşur.

Ardını oxu...

Muxtar respublikada reallaşdırılan iqtisadi siyasətin əsas məqsədlərindən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün daxili bazarın tələbatına uyğun yerli məhsul istehsal edən müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz həmin tədbirlərin nəticəsidir ki, bazar iqtisadiyyatının tələblərinə uyğun rəqabətqabiliyyətli müəssisələr yaradılır. Belə müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Ardını oxu...

Ötən ayın sonunda muxtar respublikamızda aqrar sahənin inkişafı üçün mühüm addım atıldı. Belə ki, “Toxumçuluq haqqında” Naxçıvan Muxtar Respublikasının 2017-ci il 25 iyul tarixli Qanununun tətbiq edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Fərman imzalandı. Qanun Naxçıvan Muxtar Respublikasında toxum istehsalının, tədarükünün və istifadəsinin hüquqi əsaslarını müəyyən edir. Bəs toxumçuluq haqqında qəbul edilmiş bu qanun özündə nəyi ehtiva edir və məqsəd nədən ibarətdir? Qanunun qəbul edilməsi muxtar respublikanın aqrar sektorunda hansı müsbət dəyişikliklərin əldə olunmasına imkan verəcək?

Əvvəlcə onu vurğulamaq lazımdır ki, bu gün ərzaq təhlükəsizliyinin təmin edilməsi hər bir ölkə və ya region üçün həyati əhəmiyyətli bir məsələyə çevrilib. Çünki etibarlı ərzaq təminatı istənilən ölkənin sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Ona görə də əhalinin əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi çox vacibdir.
Məlumdur ki, son bir neçə ildə aparıcı ölkələrin maliyyə bazarlarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətləri artmağa başlayıb, bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, əgər 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985-1995-ci illərdə 12 milyon ton təşkil edirdisə, 2030-cu ilədək bu göstərici cəmi 9 milyon ton səviyyəsində olacaq. Rəqəmlər onu göstərir ki, dünya üzrə illik ərzaq istehsalının artımı minimal istiqamətdə dəyişir. Məhz bu nöqteyi-nəzərdən yanaşsaq, ölkəmizdə, eləcə də muxtar respublikamızda əhalinin etibarlı ərzaq təhlükəsizliyi sahəsində atılan addımların mahiyyətini bir daha dərk etmiş olarıq. Burada əsas məsələ ondan ibarətdir ki, lazımi iqlim qurşaqlarına, münbit torpaqlara malik ­ölkəmizdə aqrar sahə davamlı inkişaf etdirilsin.

Ardını oxu...

Ordubad rayonunda əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsini yüksəltmək üçün cari ildə də məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, 27 АТS vasitəsilə bölgə sakinlərinə xidmət göstərilən rayonun bütün yaşayış məntəqələri internetlə təmin edilib. İlin ilk 6 ayı ərzində 80 ədəd məftilli telefon xətti çəkilərək abunəçilərin sayı 8 min 335 nəfərə,76 ədəd sürətli internet çəkilərək abunəçilərin sayı 2 min 784 nəfərə çatdırılıb. Bəhs olunan dövrdə 100 metr fiber-optik kabel salınıb, 1090 metr böyüktutumlu, 6 min 60 metr kiçiktutumlu kabellərdən istifadə olunub. 41 ədəd dəmir dayaq basdırılıb, taxta dayaqlar yenisi ilə əvəz edilib. 32 ədəd abonent qutusu, 17 ədəd paylayıcı şkaf qoyulub.
Rayon üzrə informasiya və rabitə xidmətlərinin dəyəri 2159,1 min manat olub ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çoxdur.
Ötən yarımildə poçt bölmələrinin avtomatlaşdırılması ilə əlaqədar abonentlərin elektrik və qaz sərfiyyatı üzrə ödəmələri poçt bölmələrində qəbul edilir və kompüterlər vasitəsilə məlumat hesablama mərkəzinə ötürülür. Rayonda fəaliyyət göstərən 21 poçt bölməsindən 19-da POS-terminallar quraşdırılıb. Bu da əhalinin kommunal xərclərinin bankomat kartları vasitəsilə ödənilməsinə imkan yaradıb.
Ordubad şəhərində yeni, müasir tələblərə cavab verən Rabitə evinin tikintisi başa çatdıqdan sonra əhaliyə göstərilən xidmətlərin səviyyəsi daha da yüksələcəkdir.

Xəbərlər şöbəsi

Havaların isti keçdiyi bu günlərdə insan orqanizminin suya olan tələbatı daha da artır. Belə günlərdə susuzluğumuzu yatırmaq məqsədilə bol-bol maye qəbul edirik. Müşahidə aparsaq, görərik ki, daha çox istifadə olunan mineral sulardan biri də “Sirab”dır. Bu gün həmin mineral müalicəvi süfrə suyunun şöhrəti muxtar respublikamızdan çox-çox uzaqlara yayılıb.
Süfrələrimizin bəzəyi olan “Sirab” suyu haqqında məlumat almaq, onun istehsalı ilə tanış olmaq üçün üz tutduq Babək rayonunun Sirab kəndində yerləşən Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinə. Cəmiyyətin icraçı direktoru Zülfü Hüseynov ilə söhbətimiz zamanı o bildirdi ki, “Sirab” mineral su yatağından sənaye məqsədilə XX əsrin 50-ci illərindən istifadəyə başlanıb. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanıb və 1968-ci ildə Moskva Dövlət Ehtiyatları Komissiyasında təsdiq edilib. Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilib. 2003-cü ildə “Sirab” Mineral Sular Zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilib. Cəmiyyət bir sıra Avropa, Rusiya və Türkiyə firmaları ilə əlaqə yaradaraq müasir avadanlıqlar alıb.
Bu gün 100-dən artıq insanın çalışdığı “Sirab” Mineral Sular Zavodunda 7 texnoloji xətt quraşdırılmış 4 sex fəaliyyət göstərir. Bu xətlərdə qazlı və qazsız “Sirab” təbii mineral müalicəvi süfrə suyu müxtəlif həcmli plastik və şüşə butulkalara doldurulur. Hazırda zavodda 21 çeşiddə məhsul istehsal olunur. Qablaşdırmada istifadə edilən xammal isə Türkiyə və Gürcüstandan, eləcə də muxtar respublikada fəaliyyət göstərən “Gəmiqaya Holdinq”dən alınır.

Ardını oxu...

Müasir yol-nəqliyyat infrastrukturu dövlətin iqtisadi inkişafının əsas göstəricilərindən biridir. “Yol-iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyatdır”, – deyən ümummilli liderimiz Heydər Əliyev bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayıb, nəqliyyat sahəsinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Ulu öndərimizin nəqliyyat sahəsində müəyyənləşdirdiyi strateji xətt muxtar respublikamızda da uğurla davam etdirilir, artan əhali tələbatına uyğun olaraq yol infrastrukturunun inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilir, yeni yollar salınır, körpülər tikilir, hava və dəmir yolu nəqliyyatının infrastruktur təminatı yaxşılaşdırılır.

Son illərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar Naxçıvanda yol-nəqliyyat infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasına səbəb olub. Belə ki, dövlət başçısının “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 2 sentyabr tarixli Sərəncamına əsasən Culfa rayonunda uzunluğu 57,6 kilometr olan, 20 kəndi əhatə edən Çeşməbasar-Boyəhməd avtomobil yolu, Kəngərli rayonunda uzunluğu 39,2 kilometr olan, 5 kəndi əhatə edən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu, “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 5 mart tarixli Sərəncamına əsasən uzunluğu 25,6 kilometr olan, 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar-Vayxır-Sirab avtomobil yolu, “Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 2014-cü il 27 avqust tarixli Sərəncamına əsasən uzunluğu 25,4 kilometr olan, 7 yaşayış məntəqəsini birləşdirən müvafiq yol yenidən qurulub. Bundan əlavə, ötən dövr ərzində 88,8 kilometr uzunluğunda Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolu istifadəyə verilib.

Ardını oxu...

Muxtar respublikamızın əlverişli torpaq-iqlim şəraiti, zəngin təbiəti kənd təsərrüfatının ən vacib və gəlirli sahələrindən biri olan arıçılığın inkişafı üçün çox əlverişlidir. 11 iqlim qurşağından əksəriyyətinə sahib olan qədim diyarımızda çoxsaylı müxtəlif bitki növlərinin yayılması da buna geniş imkanlar açır. Bu gün dövlətimizin  bu vacib sahənin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində arıçılıq hazırda kənd təsərrüfatında ən perspektivli sahələrdən birinə çevrilib. Arıçılıqla məşğul olan sahibkarlara göstərilən maliyyə dəstəyi, balın emalı və qablaşdırılması ilə bağlı istehsal sahələrinin yaradılması bu sahə ilə məşğul olan təsərrüfatların sayının artmasına geniş imkanlar açır.

İqtisadi və sosial inkişafımızın müasir mərhələsində arıçılığa diqqət və qayğı daha da artırılıb. Bu sahənin inkişafının təmin edilməsi məqsədi ilə ötən ilin noyabr ayından “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq olunub. Bu mühüm dövlət proqramının əsas məqsədi muxtar respublikada yerli və ənənəvi arı cinslərinin yetişdirilməsi, arı ailələrindən yüksək məhsul götürülməsi üçün köçürülmə ərazilərində zoobaytar qaydalara əməl edilməsi, xəstəliklərə qarşı vaxtında mübarizə aparılması və məhsul istehsalının daha da artırılması ilə əlaqədar tədbirlərin həyata keçirilməsidir.

Ardını oxu...

Qədim Naxçıvanda üzümçülük dərin tarixi köklərə malikdir. Aparılan arxeoloji qazıntılar zamanı tapılan meyvə, xüsusilə üzüm toxumları, eləcə də çaxır hazırlamaq və saxlamaq üçün işlədilən iri küplər göstərir ki, muxtar respublika ərazisində yaşayan insanlar hələ eradan əvvəl bağçılıq və üzümçülüklə məşğul olublar. Qeyd etmək lazımdır ki, yabanı üzüm indi də regionumuzun ərazisində geniş yayılıb. Hələ çox qədimdən burada üzümdən kişmiş, mövüc, bəkməz və sair məhsullar hazırlayaraq qonşu ölkələrə ticarət məqsədilə aparıblar.

Hazırda muxtar respublika ərazisində 120-dən artıq üzüm sortu yetişdirilir. Onlardan yüzə yaxını yalnız muxtar respublikanın ərazisində yayılıb. Həm qidalılıq əhəmiyyətinə, həm də iqtisadi səmərəsinə görə üzüm əkilməsi vacib sayılan kənd təsərrüfatı bitkilərindən biridir. Ən bəsit hesablamalar göstərir ki, bir hektar üzümlük sahəsi dənli bitkilərdən 3,9, pambıqdan 2,7, tərəvəz bitkilərindən 1,5, bostan bitkilərindən 7,5, meyvə bağlarından isə 2,6 dəfə artıq gəlir gətirir.

Ardını oxu...

Kollegiya iclasını Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov açıb. Komitənin sədri Hicran Rüstəmov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar cari ilin ilk 6 ayı ərzində qorunub saxlanılıb, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilib. Bütün bunların əsası ümummilli liderimiz tərəfindən müəyyən olunmuş inkişaf strategiyasının davamlı şəkildə həyata keçirilməsi nəticəsində əldə edilib.
Kollegiyada çıxış edən Baş nazirin birinci müavini Asəf Məm­məd­ov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı nəticəsində muxtar respublikada iqtisadiyyatın bütün sahələri kimi, tikinti sektoru da sürətlə inkişaf etməkdədir. 2017-ci ilin birinci yarısında muxtar respublikada komitənin xətti ilə 43 milyon 117 min manat inşaat işləri yerinə yetirilib. Cari ilin 6 ayında Naxçıvan şəhərindəki 3 və 13 nömrəli, Şərur şəhərində 2 nömrəli, Şərur rayonunun Çəmənli, Şahbuz rayonunun Kolanı kəndlərində tam orta məktəb binaları istifadəyə verilib. Naxçıvan şəhərinin Qaraxanbəyli, Şərur rayonunun Ərəbyengicə tam orta məktəblərinin və musiqi məktəbinin, Culfa rayonunun Dizə, Ordubad rayonunun Üstüpü kəndlərində orta məktəb binalarının tikintisi, Şərur rayonunun Ələkli, Qarahəsənli, Babək rayonunun Payız kəndlərində tam orta məktəb binalarının yenidən qurulması davam etdirilir.

Ardını oxu...

Muxtar respublikada mövcud olan əlverişli biznes mühiti yeni istehsal sahələrinin yaranmasına, fəaliyyəti dayanan müəssisələrin yenidən işə başlamasına imkan verib. Bununla həm daxili tələbat ödənilir, həm də xaricə valyuta axınının qarşısı alınır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilmiş kollegiya iclasında maliyyə naziri Səbuhi Məmmədov çıxış edərək bildirib ki, 2017-ci ilin birinci yarımilində makroiqtisadi sabitliyin qorunması muxtar respublikada iqtisadi inkişafa şərait yaradıb, qazanılan uğurlar dövlət büdcəsinin gəlirlərinə öz təsirini göstərib. Belə ki, Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 2017-ci ilin birinci yarısında 31 milyon 631 min 900 manat proqnoza qarşı 34 milyon 907 min manat və ya 110,4 faiz icra olunub, 3 milyon 275 min 100 manat məbləğində büdcəyə əlavə vəsait daxil olub. Cari ilin ilk altı ayında büdcə gəlirlərinin 84,3 faizi və ya 29 milyon 427 min manatı Vergilər Nazirliyi, 8,8 faizi və ya 3 milyon 84 min manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılmış daxil­olmalardan, 4 faizi və ya 1 milyon 377 min manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 2,9 faizi və ya 1 milyon 19 min manatı isə vergi olmayan sair daxilolmalar hesabına olub.
Diqqətə çatdırılıb ki, 2017-ci ilin birinci yarım­ilində aparılmış maliyyə nəzarət tədbirləri nəticəsində, ümumilikdə, 207 min 725 manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib. Eyni zamanda dövlət müəssisə və təşkilatlarında aparılan yoxlamalar zamanı əmək intizamına əməl edilməməsi, əməkhaqqının artıq hesablanması, büdcə vəsaitlərindən istifadə qaydalarının pozulması, əsassız xərclərə səbəb olan qurğuların istifadəsi hallarına qarşı qanunamüvafiq qaydada tədbirlər görülüb.

Ardını oxu...

Ulularımız torpağa həmişə müqəddəs varlıq, ruzi, bərəkət yeri kimi baxıblar. Çünki bu qiymətli sərvət öz üzərində insan yaşayışı üçün lazım olan nemətləri yetirir. Taxıl isə bu nemətlərin şahıdır. Bəs torpaq nə vaxt gözəl olur, cazibədar görünür? Təbii ki, insan qayğısı görəndə, insan nəfəsi duyanda, yaşıl libası, gülzarlığı çox olanda, sinəsində büllur sular axanda, ən başlıcası isə qızılı sünbüllü taxıl ərsəyə gətirəndə...
Bir vaxtlar cadar-cadar olan torpaqlar neçə illərdir ki, bərəkət xonçasını tutub. İndi muxtar respublikada, hər şeydən əvvəl, taxılın, çörəyin bolluğu yaradılıb. Artıq əhalinin çörəyə olan tələbatı yerli imkanlar hesabına ödənilir. Bunun üçün münbit şərait və möhkəm maddi-texniki baza vardır. Ata-babalarımız həmişə bu müqəddəs nemətə üstünlük veriblər, taxıl, çörək bolluğu yaradıblar. Taxılı bol olan vətən basılmaz, – deyiblər. Lakin nə vaxt ki, insanlar torpaqdan uzaq düşüblər, müqəddəs nemətin əkilib-becərilməsinə laqeyd münasibət göstəriblər, onda qıtlıq yaranıb, əhalinin gün-güzəranı pisləşib.
Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlləri çoxumuzun yaxşı yadındadır. Bir parça çörək əldə etmək müşkül məsələyə çevrilmişdi. Çörək mağazalarında uzun növbələr vardı. Belə vaxtlarda hətta çörəyin çəkisi, keyfiyyəti də çoxlarını maraqlandırmırdı. Təki bir parça çörək olsun.
Bu gün fəxrlə demək olar ki, həmin çətin günlər arxada qalıb. Təkcə bir faktı qeyd edək ki, ötənilki mövsümdə muxtar respublikamızda 31579 hektar zəminin məhsulu biçilib, 94117 ton məhsul istehsal edilib. Bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Bu il isə 31 min 632 hektar sahədən taxıl yığılır. Bunun da 22 min 268 hektarı buğda, 9 min 364 hektarı isə arpadır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daşınmaz ­Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasını komitənin sədri Müslüm Cabbarzadə açıb.
Bildirilib ki, muxtar respublikamızda mülkiyyət hüquqlarının tənzimlənməsi sahəsində müvafiq dövlət siyasətinin daha da təkmilləşdirilməsi torpaq və əmlak münasibətlərinin inkişafını yeni mərhələyə yüksəldib. Bu baxımdan əmlak və torpaq münasibətlərinin tənzimlənməsi sahəsində qarşıya qoyulmuş vəzifələrin icrası, daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində ardıcıl fəaliyyətin təmin edilməsi komitə əməkdaşları tərəfindən diqqət mərkəzində saxlanılıb.
Qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli Fərmanına uyğun olaraq Naxçıvan şəhərinin 1-ci sahə inzibati ərazi dairəsində, Şərur rayonunun Yengicə və Təzəkənd yaşayış məntəqələrində daşınmaz əmlak obyektlərinin plana alınması işləri başa çatdırılıb, Naxçıvan şəhərinin 2-ci və 3-cü sahə inzibati ərazi dairələrində də bu işlər davam etdirilib, Şərur rayonunun Düdəngə kəndində planaalma işlərinə başlanılıb. Görülmüş işlərin nəticələri mütəxəssislər tərəfindən yerində yoxlanılıb, aşkar olunan uyğunsuzluqlar araşdırılaraq aradan qaldırılıb. 6 ay ərzində Naxçıvan şəhəri üzrə 4216, Şərur rayonu üzrə 878 daşınmaz əmlak obyekti plana alınıb.

Ardını oxu...

Müasir dünyada biznesin inkişafı elə bir səviyyəyə çatıb ki, müxtəlif sektorlar üzrə yeniliklərin, müştəriyə daha yaxın olan xidmətlərin müəyyən növləri ilə tez-tez tanış oluruq. Ancaq bu sektorlar içərisində ən “yaşlısı” sayılan pərakəndəçilik hələ də öz birinciliyini qorumaqda davam edir. Qeyd edək ki, ölkədə biznesin genişlənməsinin, inkişafının əsas göstəricisi məhz pərakəndəçilik sektorudur. Pərakəndəçilik sektoru nədir? Qısa, həm də qəliz terminlərdən uzaq desək pərakəndəçiliyi belə başa düşə bilərik: pərakəndəçilik istənilən məhsulu böyük həcmdə (topdan) alıb, müştəriyə kiçik həcmlərlə (pərakəndə) satmaqdır. İlk baxışda sadə görünən bu alış-satış prosesi, əslində, çox məntiqli, xüsusi bacarıq tələb edən əsaslar üzərində qurulub. Bu yazımız da muxtar respublikamızda pərakəndəçilik ­sektorunun müasir vəziyyəti və gələcəyi haqqındadır.

Muxtar respublikamızda pərakəndəçilik sektorunun indiki vəziyyəti haqqında danışmazdan əvvəl bu sektorun yaxın keçmişinə nəzər salaq. Əvvəlcə onu qeyd edək ki, pərakəndəçiliyin bir sektor olaraq inkişafı müstəqilliyimizin bərpa edilməsindən sonrakı dövrə təsadüf edir. Həmin dövrdə ölkəmizdə, eyni zamanda muxtar respublikamızda kiçik­həcmli satış obyektlərinin yaranması bu sektorun ilk işartıları idi.

Ardını oxu...

Muxtar respublikamızda sənaye potensialının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bunun üçün sənaye istehsalı ilə məşğul olan ayrı-ayrı müəssisələr yaradılır ki, bu da daxili bazarın tələbatının ödənilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

Ardını oxu...

Şəhriyar inzibati ərazi dairəsi Kotam kəndini və Şəhriyar qəsəbəsini əhatə edir. Vaxtilə Ordubad şəhərinin dəmiryol vağzalı kimi tanıdığımız Şəhriyar qəsəbəsi müstəqillik illərinin töhfələrindəndir. Uzun illər boyu bir neçə yöndəmsiz yaşayış binasından ibarət olmuş bu məkanın əksər ərazisi daş-çınqıllı sahələr idi. Son illər yararsız sahələr abadlaşdırılıb, bir-birindən gözəl fərdi yaşayış binaları inşa olunub. Qəsəbədə bu gün də quruculuq işləri davam etdirilir.

Ardını oxu...

Sürətlə inkişaf edən Naxçıvan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, rifah halının yüksəldilməsinə xüsusi diqqət göstərilir. Bu qayğının tərkib hissəsi kimi hazırda şəhərin bir neçə ünvanında yaşayış binaları yenidən qurulur, əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırılır.

Ardını oxu...

Məlumdur ki, alış-veriş üçün keçirilən vaxt sosial həyatın mühüm tərkib hissələrindən biridir. Bu, hər bir insanın vacib istehlak tələbatlarının ödənilməsi ilə yanaşı, eyni zamanda asudə vaxt keçirməyin də bir yoludur. Elə bu məqsədlə hər gün çox sayda insan dükan, bazar və marketlərə üz tutur, ticarət xidmətlərindən istifadə edir. Şübhəsiz, cəmiyyətin bütün sahələrində olduğu kimi, ticarət xidmətləri sahəsində də müasirləşmə, son nəticədə, hər birimizin rifahının göstəricisidir. 

Hər bir insanın ömür uzunluğu, təhsil və mədəni səviyyəsi ilə yanaşı, əhatə olunduğu xidmətlərin sayı və keyfiyyəti də onun yaşayış səviyyəsini müəyyənləşdirən mühüm şərtlərdən sayılır. Belə xidmətlər sırasında ticarət xidmətləri həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib.
Tarixən ticarət xalqımızın mühüm iqtisadi fəaliyyət növündən biri olub. Azərbaycanlı tacirlər dünyanın naz-nemətini ölkəmizə gətirib, bu torpaqda hasilə gələn məhsulları isə ixrac ediblər. Qədim İpək Yolu üzərində Avropadan Çinə qədər hərəkət edən tacirlər Azərbaycan ərazisindən də keçib, yurdumuzun gözəlliyinə heyran qalıblar. Müasir dövrdə də ölkəmiz nəqliyyat imkanları, beynəlxalq ticarət əməliyyatları ilə dünyada özünü etibarlı tərəfdaş kimi tanıdaraq iqtisadiyyatını daha da möhkəmləndirib.

Ardını oxu...

Muxtar respublikada iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar cari ilin ilk altı ayı ərzində də qorunub saxlanılmış, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilmişdir.
Hesabat dövrünün ən mühüm hadisələrindən biri ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya səfəri olmuşdur. Ölkə başçısı səfəri zamanı Əlahiddə Ümumqoşun Ordusunun “N” hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün yaşayış binasının, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəb binasının, Culfa və Şahbuz rayonlarının mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin açılış, Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimlərində iştirak etmiş, muxtar respublikada aparılan irimiqyaslı tikinti-quruculuq tədbirlərini yüksək qiymətləndirərək demişdir: “Doğrudan da son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanır. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”.

Ardını oxu...

Aparılan tədqiqatlardan da məlum olduğu kimi, hələ miladdan 3 min il öncə qədim Naxçıvan diyarında yaşayan türk tayfalarının əsas məşğulluq sahələrindən biri də üzümçülük olub. Ona görə də uzun illərdən bəri qədim diyarda xalq seleksiyası nəticəsində çoxlu sayda qiymətli üzüm sortları yaradılaraq nəsildən-nəslə ötürülüb. İslam dininin qəbul edilməsinə qədərki dövrdə bu ərazidə süfrə üzümçülüyü ilə yanaşı, üzümdən, əsasən, şərab məhsullarının hazırlanmasına daha çox diqqət yetirildiyindən üzüm bağlarında texniki sortlar üstünlük təşkil edib. Lakin İslam dininin qəbul edilməsi ilə əlaqədar şərab məhsullarının istehsalı qadağan olunduğuna görə üzüm bağlarında daha çox süfrə sortlarının becərilməsinə başlanılıb. O dövrdə üzümdən müxtəlif spirtsiz məhsulların, həmçinin kişmiş və mövüc hazırlanmasında istifadə olunub, hətta belə məhsullar Yaxın Şərq ölkələrinə ixrac edilib. Hazırda Rusiyanın Sankt-Peterburq şəhərindəki Ermitajda saxlanılan və Naxçıvan ərazisindən tapılmış VII əsrə aid üzüm salxımları ilə bəzədilmiş tunc at fiquru bu diyarın yerli əhalisinin çox qədimdən üzümçülüklə məşğul olduğunu bir daha təsdiq edir.

Üzümçülük dünən və bu gün

Sovet dövründə, xüsusən 1969-1982-ci illərdə muxtar respublikada üzümçülük inkişaf etdirilsə də, 1985-ci ildən başlayaraq keçmiş sovet rəhbərliyinin alkoqolizm və sərxoşluğa qarşı “mübarizə” adı altında həyata keçirdiyi “tədbirlər” muxtar respublikamızda da üzümçülüyün inkişafına ciddi zərbə vurub. Bunun nəticəsi idi ki, artıq ötən əsrin 90-cı illərinin əvvəllərində hektarlarla üzüm bağları quru çölü xatırladırdı. İnsanların alın təri tökərək halal zəhmətlə çörək qazandıqları bağlar isə muxtar respublikaya mavi yanacaq axınının kəsilməsindən sonra məhv edilib, süfrə üzümü kolları qırılaraq yanacaq kimi istifadə olunub. Muxtar respublika əhalisi üçün əsas qazanc mənbəyi olan üzümçülüyün bir sahə kimi ləğv edilməsi əhalinin məşğulluğuna da böyük zərbə vurub, bağlarda və şərab zavodlarında çalışanların hamısı işindən məhrum olub. Çünki istehsalçılarla istehlakçılar arasında ənənəvi münasibətlər pozulub və nəticədə, bir sıra şərab istehsalı müəssisələri fəaliyyətini dayandırıb.

Ardını oxu...

Culfa Rayon Vergilər Şöbəsində “Sabit vergi və onun tətbiqi” mövzusunda maarifləndirici tədbir təşkil edilib. Tədbirdə Culfa rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan rayon sakinləri iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən keçirilən tədbiri muxtar respublika vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov açaraq bu ilin birinci yarısında sabit verginin tətbiqi ilə bağlı görülən işlər barədə məlumat verib, fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslərə, ümumilikdə, 253 sabit vergi qəbzinin verildiyini, dövlət büdcəsinə 5560 manat ödənildiyini deyib, Culfa rayonunda bu sahədə işin miqyasının genişləndirilməsinin vacibliyindən söhbət açıb.
Qeyd edilib ki, 2017-ci il yanvar ayının 1-dən qüvvəyə minən “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun milli vergi qanunvericiliyində bir sıra mühüm yeniliklərin tətbiq olunmasına imkan yaradıb. Onlardan biri də fərdi əməklə məşğul olan şəxslərlə bağlıdır. Belə şəxslər vergi öhdəliklərini aylıq sabit vergi şəklində ödəməlidirlər. Sabit vergi fərdi fəaliyyət göstərən fiziki şəxsin gəlirindən və dövriyyəsindən asılı olmayaraq, ödədiyi dəyişilməz vergi məbləğidir. Belə şəxslər kiçik həcmdə gəlirlərə malik, muzdlu işçi cəlb etmədən müəyyən fəaliyyət növləri ilə məşğul olan vətəndaşlardır. Bundan başqa, dayə, fərdi sürücü, ev təsərrüfatında təmizlikçi, bağban, aşpaz, gözətçi və nəqqaşlıqla məşğul olanlar da sabit vergi ödəyiciləridir.

Ardını oxu...

Ağlım kəsəndən kəndimizdə taxıl tədarükü başlanan günün insanlara əsl bayram sevinci yaşatdığını görmüşəm. Kənd ağsaqqalları taxılı biçiləcək sahənin kənarına yığışar, biçinin başlanmasını gözləyərdilər. Uşaq marağı ilə biz də sahənin kənarına toplaşardıq. Yaşlılar çörəyin müqəddəsliyindən danışardılar.

1941-1945-ci illərdə və bir qədər də sonrakı dövrdə insanların çörəklə imtahana çəkilməsi ilə bağlı söhbətlərə hamımız maraqla qulaq asardıq. Nə isə... Zəmilərdə işləyən kombaynların səsi ətrafın sükutunu pozur, çörək ətri verən taxılın tezliklə tədarük olunması, sahələrin sarı sünbülünü vaxtında toplamaq üçün qüvvələr səfərbərliyə alınırdı. O dövrdə tədarük olunan taxıl ictimai təsərrüfatların anbarına daşınırdı. Bu günün torpaq mülkiyyətçisi isə taxılı tədarük edən kimi özünün illik ruzisini, gələn təsərrüfat ilində əkəcəyi toxumu götürmək, yerdə qalanını isə dəyirmana satmaq imkanları qazanıb və minnətdarlıq hisslərini gizlətmir ki, ona belə şərait yaradılıb.

Ardını oxu...

Deyirlər, yurd, el-oba insanları ilə inkişaf edib gözəlləşir. Doğma Naxçıvanımızın hansı səmtinə üz tutsan, bir-birindən abad, yaraşıqlı yaşayış məntəqələrini görmək olar. Əgər bir gün yolunuz Ordubadın Gənzə kəndinə düşsə, burada yaşayan insanların yurda sevgisinə, onların qurub-yaratmaq əzminə, qonaqpərvərliyinə və adət-ənənələrimizə bağlılığına heyran qalacaqsınız. Bəli, bu gün harada yaşamaqlarına baxmayaraq, torpaq onlar üçün müqəddəsdir. Çünki bərəkəti, ruzini bu torpaqda tapıblar. Bir ovuc torpağı çörək qədər müqəddəs sayan, öpüb gözlərinin üstünə qoyan gənzəlilərin andları da torpaqla, vətənlə bağlıdır. 

Gənzə kəndi xalqımıza məxsus yaxşı qorunub saxlanılmış adət-ənənələri ilə təkcə muxtar respublikamızda deyil, eləcə də ölkə miqyasında tanınan yaşayış məntəqələrindəndir. Ancaq bu barədə bir az sonra. Gənzəni yaxından görmək istəyən oxucularımız və eləcə də qonaqlar üçün onu bildirək ki, Ordubadın bu dağ kəndində hazırda şəhər standartları səviyyəsində yaşayış şəraiti yaradılıb. Naxçıvanın digər kəndləri kimi davamlı təbii qaz, işıq, su, telefon, yüksəksürətli internet, 4G mobil rabitə kimi müasir dövrə xas olan sosial infrastruktur şəraitinə qovuşmuş Gənzədə sakinlərin yaşayış səviyyəsi və keçirdikləri həyat tərzi, sözün əsl mənasında, insanda xoş ovqat yaradır. Gənzədə olarkən bütün bunların bir daha şahidi ­olduq.

Ardını oxu...

Muxtar respublikamızın ən böyük rayonlarından biri olan Şərurun torpaqları burada bir sıra bitkiçilik məhsullarının əkilib-becərilməsinə imkan verir. Bölgədə suvarma suyuna olan tələbatın tamamilə ödənilməsi, iqlim şəraiti, uzun illərin təcrübəsi və davamlı xarakter alan dövlət qayğısı Şərurun torpaq mülkiyyətçilərini bu qiymətli sərvətə daha sıx tellərlə bağlayıb. Onlar mövcud şəraitdən səmərəli istifadə edir, məhsul bolluğu yaradılmasına çalışır, daxili bazarın yerli məhsullarla təminatına töhfələrini verir, rayon iqtisadiyyatının gücləndirilməsinə səy göstərirlər.
Son illər daha çox əkilən bostan-tərəvəz məhsulları arasında soğan əsas yerlərdən birini tutur. Bu il rayonun Sərxanlı, Şəhriyar, Düdəngə, Cəlilkənd yaşayış məntəqələrində daha çox soğan əkilib. Şərur Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, bu il rayonda 155 hektar sahədə soğan əkilib. Hazırda sahələrdə becərmə işləri aparılır. Avqust ayının 20-dən etibarən soğanın yığımına başlanılacaq.
Qeyd edək ki, keçən il rayonda soğan sahəsinin hər hektarından orta hesabla 40 ton məhsul götürülüb.
Muxtar respublikada yaradılmış soyuducu anbarlar soğanın münasib qiymətlər əsasında qəbulunu həyata keçirir. Şərurda 3 min tonluq 11 soyuducu anbar fəaliyyət göstərir. Torpaq mülkiyyətçiləri artıq qalan məhsulu bu anbarlarda saxlayaraq ilboyu satışını təmin edirlər.

Xəbərlər şöbəsi

Muxtar respublikamızda alqı-satqı əməliyyatları üzrə hesablaşmalarda plastik kartlardan istifadə daim diqqət mərkəzindədir. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə nağdsız ödənişlərin genişləndirilməsi bir neçə istiqamətdə aparılır. Bunlar, əsasən, əhalinin bu sahəyə marağının artırılması ilə bağlı maarifləndirici, stimullaşdırıcı tədbirlərin həyata keçirilməsidir. Naxçıvan Muxtar Respublikasında da bu tədbirlər sürətlə həyata keçirilir. Bütün bunlar barədə ətraflı məlumat almaq üçün Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Qanunsuz sahibkarlığın aşkar edilməsi şöbəsinin rəisi Rəşad Əliyevlə görüşüb həmsöhbət olduq. Həmin müsahibəni oxucularımıza təqdim edirik:

– “Nağdsız ödəyin, hədiyyə qazanın” adlı həvəsləndirici tədbirin VII tirajı plastik kart istifadəçilərinin həvəsləndirilməsi baxımından maraqla qarşılandı. İstərdim, ümumilikdə, bu tədbirin əhəmiyyəti barədə söhbət açasınız.
– Əvvəla, onu qeyd edim ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a əsasən muxtar respublika Vergilər Nazirliyi və bank orqanları qarşısında bir sıra vəzifələr qoyulub. Bu vəzifələr sırasında maliyyə əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması, belə ödənişlərin həcminin əhəmiyyətli şəkildə artırılması, POS-terminallardan səmərəli istifadə edilməsi, əhalinin bu xidmətlərdən yararlanması üçün müxtəlif həvəsləndirici tədbirlərin həyata keçirilməsi də vardır. Məhz bu məqsədlə də muxtar respublika Vergilər Nazirliyində komissiya yaradılıb. Bu komissiyada təmsil etdiyim nazirliyin əməkdaşları ilə yanaşı, Mərkəzi Bankın nümayəndələri də iştirak edirlər.

Ardını oxu...

Naxçıvanın dağlıq ərazilərə malik olması burada terras üsulu ilə əkinlərin aparılmasını, yaşıllıqların salınmasını zəruri edib. Ümumilikdə, muxtar respublikamızda son 7 il ərzində 500 hektardan artıq ərazidə terras üsulu ilə əkinlər aparılıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, Uzunoba Su Anbarı ətrafında 5 təpəni əhatə edən terraslar yaradılıb.
Məlumat üçün bildirək ki, bu il muxtar respublika ərazisində 500 hektar sahədə yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Bu işlərin bir hissəsi başa çatdırılaraq yaz əkini mövsümündə 230 hektar ərazidə yaşıllaşdırma işləri görülüb, hektarlarla yeni meyvə bağları salınıb. Yaşıllaşdırma tədbirləri “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq aparılır.
Ötən ildən Uzunoba Su Anbarı ətrafındakı bu terraslarda üzüm tinglərinin əkilməsinə başlanılıb. Bu da muxtar respublikada üzümçülüyün inkişafına böyük töhfədir. Artıq terraslarda əkilən meyvə ağacları bar verir. Buradan yığılan meyvələr muxtar respublikamızdakı hərbi hissələrə pay olaraq göndərilir.

Xəbərlər şöbəsi

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının uğurlu tətbiqi nəticəsində Naxçıvan Muxtar Respublikasında bu gün sosial-iqtisadi inkişaf təmin olunub, iqtisadiyyatın müasir sosial­yönümlü bazar iqtisadiyyatı prinsipləri əsasında və milli mənafelərə uyğun şəkildə qurulması həyata keçirilib.
Ötən dövrdə istehsal proseslərinin geniş vüsət alması, liberallaşma və çoxcəhətli iqtisadi islahatların aparılması, xüsusən özəlləşdirmə pro­qramlarının uğurla həyata keçirilməsi, pul-kredit və maliyyə sisteminin yenidən qurulması və bu əsasda milli sahibkarlığın formalaşdırılması muxtar respublikanın inkişafı üçün əlverişli zəmin yaradıb. Regionda kənd təsərrüfatı məhsullarının istehsalı üçün münbit şəraitin yaradılması, bir sıra sənaye və digər istehsal sahələrinin bərpa edilməsi və ya yenilərinin işə salınması muxtar respublikada ixracyönümlü malların istehsal həcmini artırıb ki, bu da iqtisadiyyatın inkişaf etdirilməsi ilə yanaşı, əhalinin məşğulluğuna da öz müsbət təsirini göstərib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR