23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada əhalinin çörək və çörək məhsullarına olan tələbatının yerli imkanlar hesabına ödənilməsi istiqamətində uzun illərdir ki, həyata keçirilən tədbirlər öz bəhrələrini verir. Ona görə də taxılçılığa maraq ildən-ilə artır. Cari ildə də torpaq mülkiyyətçilərinin yüksək reproduksiyalı toxumlarla təmin olunması, onlara güzəştli kreditlərin verilməsi, əkin sahələrinin şumlanması üçün texnikaların alınması diqqət mərkəzində saxlanılıb. Bu səbəbdən də taxıl zəmilərindən keyfiyyətli məhsul tədarük olunub.
Bundan ruhlanan torpaq mülkiyyətçiləri 2018-ci ilin bol məhsulunun əsasını qoymaq üçün yaradılan şəraitdən və havaların xoş keçməsindən səmərəli istifadə ediblər. Belə ki, dekabr ayının 18-dək 30 min 925 hektar sahədə əkin aparılıb. Əkilmiş sahənin 22 min 653 hektarını buğda, 8 min 272 hektarını arpa təşkil edir. Taxıl əkini kampaniyasında Babək və Culfa rayonları irəlidə gedir.

Xəbərlər şöbəsi

 

Muxtar respublikamızın hərtərəfli iqtisadi inkişafında sənaye sahələrinin genişləndirilməsinin mühüm rolu vardır. Sənaye məhsulunun həcminə görə ölkəmizin iqtisadi rayonları arasında öncül yerlərdən birini tutan Naxçıvanda bu sahə yüksəkgəlirliyi ilə seçilir. Məhz buna görə də regionun gələcək inkişafı üçün sənaye istehsalının dayanıqlı və yüksək artım tempinin təmin edilməsi, strukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması dövlət ­siyasətinin əsas məqsədlərindəndir.  

Ardını oxu...

Elektrik enerjisi hər hansı bir ölkənin tərəqqisində, cəmiyyətin iqtisadi-mədəni inkişafında əsas şərtlərdən biridir. Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir, müasir elektrik stansiyaları yaradılır, maddi-texniki baza gücləndirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikanın enerji təhlükəsizliyini xarakterizə edərkən ­deyib: “Hər bir ölkə üçün elektrik enerjisi strateji sahə hesab edilir. Bu gün dünya ölkələrində ərzaq və enerji təhlükəsizliyi üzrə proqramlar qəbul olunaraq icra edilir. Enerji, ərzaq təhlükəsizliyi təmin olunan ölkələrin iqtisadiyyatı isə sabit və davamlı inkişaf edir. Azərbaycan Respublikasında da ərzaq və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bu sahələrin inkişafı diqqət mərkəzində saxlanılır. Muxtar respublikada yeni elektrik stansiyaları tikilir, əhalinin və iqtisadiyyatın enerjiyə olan tələbatı etibarlı şəkildə ödənir. Artıq Naxçıvan elektrik enerjisi idxal edən muxtar respublikadan elektrik enerjisi ixrac edən muxtar respublikaya çevrilmişdir. Enerji təminatının yaxşılaşdırılması istiqamətində həyata keçiri­lən tədbirlər bundan sonra da davam etdiriləcəkdir”.

Ardını oxu...

Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planına əsasən məqsədyönlü işlər görülür.
Dünyaşöhrətli alimin qiymətli elmi irsinin öyrənilməsi, təbliği istiqamətində həyata keçirilən tədbirlər xalqımızın bu böyük elm xadiminə ehtiramının ifadəsi kimi diqqəti çəkir. Bu gün muxtar respublikada Əziz Əliyevin adını daşıyan ünvanlarda yenidənqurma işləri aparılır, onlar daha müasir səviyyəyə gətirilir. Belə ki, Naxçıvan şəhərinin Əziz Əliyev prospektində geniş yenidənqurma işləri aparılıb, yol yatağı genişləndirilib, prospekt boyu yerləşən həyət evləri üçün müasir tələblərə cavab verən divarlar çəkilib. Bu işdə milli arxitektura ornamentlərindən istifadə edilib. Həmin ərazidə yeni istehsal və xidmət sahələri yaradılıb.
Bu sahədə görülən işlərin davamı olaraq alimin adını daşıyan Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının binası da əsaslı yenidən qurulur. Həmin ünvanda da avtomobil yolu genişləndirilir, divarlar çəkilir və səkilər salınır.

Ardını oxu...

Makroiqtisadi sabitliyin qorunması iqtisadi inkişafın əsas şərtlərindəndir. Bu sahədə görülən işlər arasında isə, şübhəsiz ki, bank sektoru tərəfindən davamlı olaraq iqtisadi aktivliyin artırılması məqsədilə həyata keçirilən tədbirlərin də mühüm rolu vardır.
Bütün bunlar, ümumilikdə, Mərkəzi Bankın həyata keçirdiyi pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərini təşkil edir. Belə ki, ölkəmizdə milli iqtisadiyyatın balanslaşdırılması, özəl investisiyalara və ixraca arxalanan iqtisadi artım modelinə keçidin sürətlənməsi və bu əsasda daha dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın təmin edilməsi, habelə innovativ ödəniş texnologiyalarının tətbiqi, əhalinin maliyyə savadlılığının artırılması, pul dövriyyəsində çevikliyin, ödəniş sistemlərində informasiya təhlükəsizliyinin ən yüksək standartlar səviyyəsində təmin olunması hazırda diqqət mərkəzində saxlanılan məsələlərdəndir.
Naxçıvan Muxtar Respublikasında bu gün maliyyə resurslarına çıxış imkanlarının artırılması, real sektora kredit qoyuluşunun davamlı dəstəklənməsi iqtisadi fəallığın yüksəldilməsi üçün verilən kreditlər kiçik və orta sahibkarlığın inkişafında mühüm rol oynayır.

Ardını oxu...

Muxtar respublika əhalisinə göstərilən avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi üçün bir sıra tədbirlər görülmüş, sərnişindaşıma ilə məşğul olan sürücülərin və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilmişdir.
Şəhərdaxili nəqliyyatın intensiv və keyfiyyətli fəaliyyətini təmin etmək, payız-qış mövsümünü uğurla başa vurmaq üçün Naxçıvan şəhər təsərrüfathesablı Nəqliyyat İdarəsinin fəaliyyəti daim nəzarətdə saxlanılır. Avtobuslarda baş verə biləcək nasazlıqların aradan qaldırılması məqsədilə Nəqliyyat İdarəsindəki təmir sexlərində idarəyə məxsus avtobuslara gündəlik texniki baxış keçirilmişdir. Naxçıvan-Bakı və Naxçıvan-Türkiyə istiqamətində işləyən avtobusların hamısına, habelə Naxçıvan şəhərdaxili marşrutlarında işləyən avtobusların isə 30-na GPS sistemi quraşdırılmışdır.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar bütün işlər yekunlaşdırılmış, şəhərlərarası və rayonlararası marşrut avtobuslarının qrafiki bir daha dəqiqləşdirilmiş, 135 xətdə 293 avtobusla rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilmişdir. Bu dövrdə Naxçıvan-Bakı-Naxçıvan marşrutu ilə Naxçıvandan Bakıya 1337, Bakıdan Naxçıvana isə 1001 sərnişin daşınmışdır.

Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti

Muxtar respublikada dəmir yolu nəqliyyatından istifadə diqqət mərkəzindədir. Bu ilin noyabr ayında Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 10 min 920 ton müxtəlif təyinatlı yük, sərnişin qatarları vasitəsilə isə 12 min 644 sərnişin daşınmışdır. Bu dövrdə Culfa Lokomotiv Deposunda lokomotivlər 3 dəfə texniki baxış­dan keçirilərək cari təmir işləri aparılmışdır.
Sərnişinlərin rahat gediş-­gəliş­lərini təmin etmək üçün sərnişin vaqonlarında profilaktik tədbirlər görülmüşdür. İnfrastruktur İdarəsinin xidməti ərazisində baş və stansiya yollarına baxış keçirilmiş, təmir işləri aparılaraq nasazlıqlar aradan qaldırılmış, Ordubad-Vəlidağ sahəsində yük-sərnişin qatarlarının fasiləsiz hərəkəti təmin olunmuşdur.
Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən 2017-ci ilin noyabr ayında Ordubad dəmiryol sərnişin vağzalı, eləcə də Yol Sahəsinin inzibati binalarında və yolun 369-cu kilometrində yerləşən 4 saylı yol məntəqəsində aparılan yenidənqurma, Ordubad Yol Sahəsinin yardımçı binalarında, Ordubad İdarəetmə Mərkəzində aparılan əsaslı təmir işləri davam etdirilmişdir.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin
mətbuat xidməti

Dəyirmanlarımız taxıllı, çuvallarımız unlu, təknələrimiz çörəkli olsun!

 

Muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunması diqqət mərkəzində saxlanılır. Bu sahədə taxılçılığın inkişafı mühüm yer tutur. Buna görədir ki, taxılçılıq həm də strateji sahə sayılır. Bu gün muxtar respublikamızın, demək olar ki, bütün yaşayış məntəqələrində çörək istehsalı ilə məşğul olan müəssisələr var. Ancaq bölgənin və ya kəndin adı ilə tanınan, dadı və tamı ilə seçilən çörəklər bişirilən müəssisələr də çoxdur. Qahab kəndi də məhz çörəkləri ilə özünə geniş alıcı kütləsi toplayıb.

...Yaxın günlərdə yolum Babək rayonunun Qahab kəndinə düşmüşdü. Elə kəndin girişindəcə çörək ətrini gətirən həzin meh sanki bu kəndlə bağlı yazacağım ilk məqalənin adını pıçıldadı: “Çörək ətirli kənd”.
Bu kənd xəyallarımı uşaqlıq illərimə, təndirdə çörək yapan nənəmin çörək ətirli evinə apardı. Sən demə, kəndin hər addımda duyulan çörək ətrinin səbəbi burada 6 çörək istehsalı müəssisəsinin fəaliyyət göstərməsi imiş. Sözün düzü, bu, məni sevindirməklə yanaşı, bir qədər də təəccübləndirdi. Bir kənddə 6 çörək sexinin fəaliyyət göstərməsi maraqlı idi. Elə bu maraq da bizi çörək sexlərini bir-bir gəzməyə vadar etdi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında artıq ənənə halını almış “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin səkkizinci tirajının qalibləri müəyyənləşib. Bu il 1 iyul tarixdən 1 dekabr tarixədək daha çox nağdsız ödənişlər edən muxtar respublika sakinləri qiymətli həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.
Tədbirdə çıxış edən vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov bildirib ki, “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Pro­qram”da nazirliyə nağdsız ödənişlərin həcminin artırılması məqsədilə kart sahibləri arasında həvəsləndirici tədbirlərin keçirilməsi tapşırılıb. Ötən müddətdə bu məsələ diqqət mərkəzində saxlanılıb.
Vurğulanıb ki, muxtar respublika üzrə 2017-ci ilin 11 ayı ərzində ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin həcmi 28 milyon 58 min 488 manata çatdırılıb. “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin səkkizinci tirajında isə 244 nəfər muxtar respublika sakininə nağdsız ödəniş sahəsində fəallıqlarına görə, ümumilikdə, 15 min manat dəyərində hədiyyələr təqdim olunub.

Ardını oxu...

Muxtar respublikada ərzaq məhsullarının keyfiyyəti daim diqqət mərkəzində saxlanılır. Bu işlərin davamı olaraq Mərkəzi Qida Sınaq Laboratoriyasının beynəlxalq akkreditasiyadan keçirilməsi təmin edilmişdir. Belə ki, laboratoriyanın İSO17025 standartı üzrə beynəlxalq akkreditasiyası məqsədilə Latviyanın “LATAK” Milli Akkreditasiya Bürosu ilə əlaqələr yaradılmış və 2013-cü il noyabrın 14-də müqavilə bağlanmışdır.

Ardını oxu...

“Naxçıvanqaz” İstehsalat Birliyi təbii qaz təchizatının etibarlılığının və səmərəliliyinin artırılması istiqamətində ardıcıl tədbirlər görür. Daxil olan müraciətlərə əsasən 96 fərdi ev və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır.
Yeni qaz boru xətlərinin quraşdırılması, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi, yaşayış məntəqələrində abadlıq işlərinin görülməsi və kənd­daxili yolların genişləndirilməsi ilə əlaqədar olaraq 16 min 529 paqonometr borudan istifadə olunmuşdur.

Ardını oxu...

Muxtar respublikada payız suvarma mövsümünü mütəşəkkil keçirmək, torpaq mülkiyyətçilərinin suvarma suyuna olan tələbatını yaxşılaşdırmaq, yeni torpaq sahələrini əkin dövriyyəsinə daxil etmək, şoranlaşmanın qarşısını almaq məqsədilə tədbirlər görülmüş, noyabr ayında 19 kilometr torpaq və beton kanal, 34 kilometr ara arxları, 3 kilometr kollektor lildən təmizlənmiş, 2 kilometrə yaxın yeni suvarma xətti çəkilmişdir.

Ardını oxu...

Muxtar respublikamızda digər sənaye sahələri ilə yanaşı, keyfiyyətli ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr də var və belə sahibkarlıq subyektlərinin istehsalı olan məhsullar əhali tərəfindən bəyənilir. Həmin müəssisələrdən biri Naxçıvan şəhərində fəaliyyət göstərən “Şirvanşahlar” Xarici İqtisadi Əlaqələr Assosiasiyasının ayaqqabı fabrikidir.
Ötən günlərdə yolumuzu adı­çəkilən ünvandan saldıq, burada istehsal olunan ayaqqabılarla maraqlandıq, istehsal prosesini müşahidə etdik. Müəssisənin rəhbəri Namiq Əliyev bizimlə söhbətində bildirdi ki, 1994-cü ildə “Şirvanşahlar” Xarici İqtisadi Əlaqələr Assosiasiyasını yaradıb, ticarətlə məşğul olmağı qarşısına məqsəd qoyub. 2000-ci ildə isə kiçik bir sexdə ayaqqabı istehsalına başlayıb. Keyfiyyətli məhsul istehsal etməyə çalışıb. Bunun üçün isə ilk növbədə, müasir texnoloji avadanlıqların alınıb quraşdırılması əsas məqsəd olub. Dövlət qayğısı nəticəsində həmin məsələ öz həllini tapıb. Müəssisə tərəfindən yeni istehsal sahəsi yaratmaq üçün biznes-plan hazırlanaraq Sahibkarlığa Kömək Fonduna təqdim olunub. Bu məqsədlə 2008-ci ilin mart ayında Sahibkarlığa Kömək Fondundan 70 min manat dövlət maliyyə dəstəyi göstərilib, Naxçıvan şəhərində 750 kvadratmetr torpaq sahəsi ayrılıb. Burada müəssisə üçün 2 mərtəbəli bina inşa olunub. Binada ayrı-ayrı iş otaqları, 5 istehsal sahəsi, xammal və hazır məhsulların saxlanılması üçün anbar, yeməkxana və digər yardımçı otaqlar istifadəyə verilib. Müəssisəyə keyfiyyətli məhsul istehsalı üçün müasir texnoloji avadanlıqların alınması məqsədilə ­2008-ci ildə Sahibkarlığa Kömək Fondundan 44 min manat güzəştli kredit ayrılıb. Bu vəsait hesabına fabrikə Almaniya, Macarıstan, Yaponiya, Tailand, İran və Türkiyə mənşəli 16 adda müasir texnoloji avadanlıq alınıb gətirilərək quraşdırılıb.

Ardını oxu...

Xarici iqtisadi əlaqələrin genişlənməsi istənilən ölkənin və yaxud regionun əsas sosial-iqtisadi inkişafının göstəricisidir. Eyni zamanda bu əlaqələr mövcud daxili bazarın tələbatının ödənilməsindən sonra ixrac ehtiyacı yaradan amillər hesabına formalaşır. Təbii ki, burada, ilk növbədə, daxili iqtisadiyyatın davamlı inkişafı ön plana çıxır. Bu inkişafı şərtləndirən əsas amillər isə müxtəlifnövlü məhsul istehsalının artımına, nəticədə, yerli istehsal imkanlarının genişlənməsinə nail olunmasıdır.

Ölkəmizin sosial-iqtisadi inkişafında sənaye və kənd təsərrüfatı kimi əsas iqtisadi sahələrə daha çox investisiyaların qoyulması prioritet vəzifələr sırasına daxil edilib. Bununla yanaşı, respublikamızda çoxşaxəli iqtisadi inkişaf strategiyasını həyata keçirmək üçün iqtisadiyyatın bütün sahələrinin və regionların hərtərəfli inkişafına nail olmaq əsas vəzifə kimi qarşıya qoyulub. Ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyətli belə vəzifələrin həyata keçirilməsində Naxçıvan iqtisadi regionunun da mühüm payı vardır. Blokada şəraitində olmasına baxmayaraq, reallaşdırılan iqtisadi layihələr sayəsində bu gün muxtar respublikada 1995-ci illə müqayisədə sənaye məhsulunun həcmi 103,2 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi isə 11,1 dəfə artıb. Yerli məhsul istehsalının artması, öz növbəsində, daxili bazarda məhsul bolluğu yaratmaqla yanaşı, muxtar respublikanın ixrac potensialını artırıb, idxalın həcmini isə əhəmiyyətli dərəcədə azaldıb. Bu iqtisadi fəallıq Naxçıvan Muxtar Respublikasının xarici ticarət əlaqələrinin inkişafına öz töhfəsini verib.

Ardını oxu...

  Həyat çoxşaxəli və rəngarəng olsa da, hər bir insan üçün iqtisadi tələbatlar həmişə özünü göstərir. Bu mənada, dünyanın ən kamil varlığı olan insanın çatdığı müasir mədəni səviyyəyə məhz iqtisadiyyatın inkişafı ilə nail olunduğunu da deyə bilərik. İqtisadiyyatın əsasında isə insan üçün yaradılmış bütün maddi nemətlərdən israfçılığa yol vermədən, qənaətlə istifadə olunması durur. Elə buna görə də bugünkü iqtisadçılar arasında populyar olan davamlı inkişaf konsepsiyasının dili ilə desək, müasir cəmiyyətin artan tələbatları ödənilməli və bunun üçün də hər sahədə rasionallığa və səmərəliliyə çalışılmalıdır. 

Qənaət və ümumilikdə, iqtisadiyyat kifayət qədər mürəkkəb anlayışlardır. Təsadüfi deyil ki, bir sıra dünya dillərində bu iki kəlmə elə sinonim kimi də işlənilir. Amma iqtisadiyyat nə qədər mürəkkəb olsa da, əslində, burada çox sadə məntiqi təfəkkürə əsaslanan elmi mülahizələr vardır. Belə ki, tarixdə sınaqdan çıxmış elə mühüm iqtisadi qanunlar vardır ki, onlar həmişə öz təsirini göstərib. Müasir, qloballaşma və qlobal rəqabət dövründə isə bu qanunlar daha ciddi şəkildə özünü ortaya qoyur. Yəni indi iqtisadiyyat deyəndə əmək ehtiyatlarından enerji resurslarına, xammal hasilatından maliyyə imkanlarınadək hər sahədə keyfiyyət, bazarın tələb və təklifi, qənaət və səmərəlilik prinsipləri əsas planda tutulur. Başqa sözlə, əgər dünyada təbii ehtiyatların getdikcə azaldığını, əhali sayının da artdığını görürüksə, onda hələ müqəddəs kitablarda da insanlara tövsiyə edilən qənaətli yaşamağı hamının öyrənməsini də bir həyat standartı kimi mənimsəməliyik.

Ardını oxu...

2017-ci il Şərur rayonunun qurucu­luq xəritəsinə yeni çalarlar gətirib. Bu dövrdə bölgənin bir sıra yaşayış məntəqələrində inşaat işləri aparılıb. Bu tədbirlərdən Ərəbyengicə kəndinə də pay düşüb. Bir neçə aydır ki, kənddə aparılan kompleks quruculuq işləri artıq yekunlaşdırılmaqdadır.
Yaxın vaxtlarda məktəb, səhiyyə, kənd və xidmət mərkəzlərinin yeni binalarından istifadə olunacaq. Kənd tam orta məktəbinin binası 3 mərtəbədən ibarətdir. Tədris müəssisəsinin yeni binasında müəllim və şagirdlərin ixtiyarına işıqlı sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, elektron lövhəli sinif, kompüter otağı, hərbi və şahmat kabinələri veriləcək. Binada son tamamlama işləri aparılır.
Kompleks quruculuq tədbirləri çərçivəsində 2 mərtəbədən və 12 otaqdan ibarət həkim ambulatoriyası üçün də yeni bina inşa olunub. 8 nəfərin işlə təmin olunacağı səhiyyə ocağında kənd sakinlərinə nümunəvi tibbi xidmət göstərmək üçün müasir avadanlıqlardan istifadə ediləcək.
Dövlət qurumlarının fəaliyyət göstərəcəyi kənd mərkəzi ikimərtəbəlidir. Kənd mərkəzinin binasında inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, bələdiyyənin, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının, kitabxananın, klubun, poçtun, ATS, baytarlıq və polis məntəqələrinin fəaliyyətinə hərtərəfli şərait yaradılıb. Ərəbyengicə sakinlərinə daha bir hədiyyə olan birmərtəbəli xidmət mərkəzində sənaye və təsərrüfat malları mağazaları, bir neçə xidmət sahəsi yerləşəcək. Bu quruculuq tədbirlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsinin inşaatçıları həyata keçirir.

Xəbərlər şöbəsi

2017-ci il Şərur rayonunun qurucu­luq xəritəsinə yeni çalarlar gətirib. Bu dövrdə bölgənin bir sıra yaşayış məntəqələrində inşaat işləri aparılıb. Bu tədbirlərdən Ərəbyengicə kəndinə də pay düşüb. Bir neçə aydır ki, kənddə aparılan kompleks quruculuq işləri artıq yekunlaşdırılmaqdadır.
Yaxın vaxtlarda məktəb, səhiyyə, kənd və xidmət mərkəzlərinin yeni binalarından istifadə olunacaq. Kənd tam orta məktəbinin binası 3 mərtəbədən ibarətdir. Tədris müəssisəsinin yeni binasında müəllim və şagirdlərin ixtiyarına işıqlı sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, elektron lövhəli sinif, kompüter otağı, hərbi və şahmat kabinələri veriləcək. Binada son tamamlama işləri aparılır.
Kompleks quruculuq tədbirləri çərçivəsində 2 mərtəbədən və 12 otaqdan ibarət həkim ambulatoriyası üçün də yeni bina inşa olunub. 8 nəfərin işlə təmin olunacağı səhiyyə ocağında kənd sakinlərinə nümunəvi tibbi xidmət göstərmək üçün müasir avadanlıqlardan istifadə ediləcək.
Dövlət qurumlarının fəaliyyət göstərəcəyi kənd mərkəzi ikimərtəbəlidir. Kənd mərkəzinin binasında inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, bələdiyyənin, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının, kitabxananın, klubun, poçtun, ATS, baytarlıq və polis məntəqələrinin fəaliyyətinə hərtərəfli şərait yaradılıb. Ərəbyengicə sakinlərinə daha bir hədiyyə olan birmərtəbəli xidmət mərkəzində sənaye və təsərrüfat malları mağazaları, bir neçə xidmət sahəsi yerləşəcək. Bu quruculuq tədbirlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsinin inşaatçıları həyata keçirir.

Xəbərlər şöbəsi

Muxtar respublikanın dilbər guşələrindən biri olan Şərur rayonu özünün zəngin təbiəti, tarixi abidələri və bugünkü sosial-iqtisadi mənzərəsi ilə diqqət çəkir. Son illərdə rayon sürətli inkişaf yoluna qədəm qoyub. Müxtəlif sahələrdə qazanılan nailiyyətlər, rayonun yaşayış məntəqələrində aparılan quruculuq işləri bölgənin simasını xeyli dəyişib, çoxlu sayda infrastruktur, xidmət obyektləri istifadəyə verilib. İstehsal və emal müəssisələri fəaliyyətə başlayıb.


Quruculuq işləri haqda deyiləcək söz kifayət qədərdir

Son 22 ildə rayonda həyata keçirilən quruculuq tədbirlərinin həcmi o qədər böyükdür ki, onları adbaad sadalamaq mümkün deyil. Qısaca olaraq bildirək ki, bu dövrdə Şərurda rayon və kənd mərkəzləri, 50-yə yaxın məktəb, onlarla infrastruktur obyekti, məktəbdənkənar və məktəbəqədər müəssisələr üçün binalar, xəstəxanalar və həkim ambulatoriyaları, idman kompleksi tikilib və ya yenidən qurulub, tarixi abidələr milli memarlıq ənənələrinə uyğun bərpa edilib, İslam mədəniyyəti incilərini özündə ehtiva edən məscidlər, yas məclislərinin adət-ənənəyə uyğun keçirilməsi üçün məclis yerləri tikilib. Yollar, körpülər salınıb, elektrik stansiyaları fəaliyyətə başlayıb, ucqar dağ kəndləri də əhatə olunmaqla müasir infrastruktur yaradılıb. Həyata keçirilən bütün layihələr bir məqsədə ünvanlanıb: rayon sakinlərinin yaşayış səviyyəsini yaxşılaşdırmaq, insanların layiq olduğu şəraitdə yaşamasını təmin etmək. Sakinlər də bu həqiqəti dərindən dərk edir, rayonun, muxtar respublikanın və nəticə etibarilə, ­ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfələrini verməyə çalışırlar.

Ardını oxu...

Muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas məqsədlərindən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün daxili bazarın tələbatına uyğun yerli məhsul istehsal edən müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz həmin tədbirlərin nəticəsidir ki, bu gün regionumuzda rəqabətqabiliyyətli müəssisələr yaradılır. Belə müəssisələrdən biri də 2010-cu ilin mart ayından Naxçıvan şəhərində fəaliyyət göstərən “Bərəkət Bazarlama” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının müxtəlif müəssisələrində istehsal edilən, “Badamlı”, “Bərəkət”, “Mirvari” və “Qızıl damla” əmtəə nişanları ilə satışa çıxarılan kaqor, kəmşirin, ağ və qırmızı süfrə şərabları, təbii mineral süfrə suyu, meyvə nektarları, halva, un, müxtəlif çeşiddə çörək, makaron, ət və süd, eləcə də şirniyyat kimi qida məhsulları keyfiyyət göstəriciləri ilə seçilir, alıcılar tərəfindən rəğbətlə qarşılanır.
Bazar iqtisadiyyatının tələblərinə uyğun keyfiyyətli məhsul istehsal etmək işin bir vacib tərəfidirsə, istehsal edilən məhsulların tələb olunan şəraitdə saxlanılması və ayrı-ayrı ticarət obyektlərinə vaxtında çatdırılması, istehlakçılara təqdim olunması isə işin digər mühüm tərəfidir. Bunların hər ikisi diqqət mərkəzində saxlanılır.

Ardını oxu...

Ölkəmizdə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və insanların yeni həyat standartlarına uyğunlaşdırılması dövlətin qarşısında duran əsas məsələlərdəndir. Respublikamızda həyata keçirilən sosial siyasətin mühüm bir istiqaməti kimi özünü doğrultmuş bu məsələnin uğurlu həlli yollarından biri isə mənzillərin ipoteka yolu ilə vətəndaşlara verilməsidir.

İpoteka kreditlərinin verilməsi qaydaları, şərtləri və ipotekanın əhəmiyyətliliyi haqqında əvvəlcə onu qeyd edək ki, muxtar respublikamızda əhalinin uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə yaşayış sahəsi ilə təmin edilməsi mexanizmlərini yaratmaq, ipoteka kreditləşməsinə maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 7 noyabr tarixli Fərmanı ilə “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Kreditləşmə prosesini həmin cəmiyyət tərəfindən təyin edilmiş müvəkkil banklar həyata keçirir. Cəmiyyətin fəaliyyəti ölkəmizdə qüvvədə olan “İpoteka haqqında” Qanun, Mülki Məcəllə, habelə Naxçıvan Muxtar Respublikası Ali ­Məclisi Sədrinin 2016-cı il 7 noyabr tarixli Fərmanı ilə təsdiq olunmuş Qaydalar və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi normativ-hüquqi aktlar əsasında tənzimlənir. Mənzil kreditlərinin verilməsində ipotekanın iki fərqli mexanizmi vardır. Bunlardan biri ümumi, digəri isə güzəştli ipoteka kreditləridir. Güzəştli ipoteka, əsasən, aşağı faizlə (4 faiz) şəhid ailəsi üzvlərinə, milli qəhrəmanın özü və ailə üzvlərinə, məcburi köçkün və ona bərabər tutulmuş şəxslərə, ən azı 3 il dövlət qulluğunda çalışan, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçənlərə, ən azı 5 il dövlət ümumtəhsil məktəblərində müəllim işləyən şəxslərə, fəlsəfə və elmlər doktoru elmi dərəcəsi olanlara, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə, ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Naxçıvan Muxtar Respublikasında yaşayan hərbi qulluqçulara, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslərə, ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilərə verilir. Güzəştli ipoteka kreditindən istifadə hüququ olan şəxslər bu hüquqdan yalnız bir dəfə istifadə edə bilərlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi noyabr ayında istehsal və idxal olunan məhsulların keyfiyyətinə nəzarət işini, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin standartların tələblərinə uyğunluğunu diqqətdə saxlamışdır.

Ay ərzində təsərrüfat subyektlərinə verilmiş 186 uyğunluq sertifikatı, 2 sınaq laboratoriyasının akkreditasiya attestatı, 1 ölçmə vasitəsinin tipinin təsdiqi haqqında sertifikat və 11 əmtəə nişanlarının mühafizəsinə dair şəhadətnamə dövlət reyestrində qeydiyyata alınmışdır. Bu dövrdə yerli istehsal məhsullarının keyfiyyətinə nəzarət məqsədilə 169 qida istehsalı müəssisəsində maarifləndirmə xarakterli görüş keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür. Məhsul nümunələrinin 122 halda laboratoriya analizləri aparılmış və texniki normativ-hüquqi aktların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində 6 təsərrüfat subyektindən götürülmüş bal nümunələrinin laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilmiş, sifariş üzrə bal məhsulları sertifikatlaşdırılmışdır.

Ardını oxu...

Muxtar respublikada 2017-ci ilin yanvar-noyabr aylarında 2 milyard 357 milyon 217 min 100 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz artaraq 5227,8 manata çatmışdır.

* * *

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 879 milyon 800 min manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,2 faiz üstələmişdir.

Ardını oxu...

Qış mövsümündə Naxçıvan şəhərinin sakinləri dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər. Qarşıda duran vəzifələrin icrası çərçivəsində qış mövsümünü mütəşəkkil başa çatdırmaq üçün elektrik stansiyalarında, yüksək və ­alçaqgərginlikli elektrik verilişi xətlərində, müxtəlifgərginlikli transformator yarımstansiyalarında qrafikə uyğun əsaslı və cari təmir işləri aparılıb.
Şəhər Elektrik Şəbəkəsindən aldığımız məlumata görə, əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə olan tələbatının ödənilməsi, eləcə də digər infrastruktur sahələrinin qış mövsümündə normal fəaliyyət göstərməsi üçün hazırlıq işlərinə xüsusi diqqət yetirilir, lazımi mal-material ehtiyatı yaradılması diqqət mərkəzində saxlanılır.

Ardını oxu...

Əhalinin etibarlı ərzaq təminatı ilin bütün dövrlərində, xüsusən soyuq qış aylarında vacib məsələlərdəndir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında daxili bazarın yüksəkkeyfiyyətli ərzaq məhsulları ilə təmin olunması üçün görülən tədbirlər arasında soyuducu anbar komplekslərinin yaradılması mühüm əhəmiyyət daşıyır. Belə ki, soyuducu anbarlar məhsul tədarükü mövsümündə təzə meyvə-tərəvəzin münasib qiymətlərlə alınıb, qeyri-mövsümdə onun bazara çıxarılması üçün nəzərdə tutulmuş mühüm infrastruktur obyektləridir. Qiymətlərin əhalinin istehlak qabiliyyətinə uyğun saxlanılması və bazarda keyfiyyətli yerli məhsullara üstünlük verilməsi baxımından da soyuducu anbarlara diqqət böyükdür. Məhsulun tədarük vaxtı münasib qiymətlərlə alınmasında sahibkarların işinə stimul verir. Buna görə də hər il muxtar respublikada fəaliyyət göstərən soyuducu anbarlara məhsul tədarük olunması diqqətdə saxlanılır və satışa çıxarılan məhsulun həcmində də artım olur.

Ardını oxu...

Naxçıvan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər ötən illərdə olduğu kimi, bu il də uğurla davam etdirilir. Yeni, hər cür şəraitə malik binalar inşa edilərək istifadəyə verilir, ehtiyac duyulan ictimai yaşayış binalarında yenidənqurma işləri aparılır. Eyni zamanda bir sıra binaların yaşayış sahəsi genişləndirilir, əlavə tədbirlər hesabına onların təməli möhkəmləndirilir. Bu işlər əhalinin yaşayış şəraitini maksimum səviyyədə yaxşılaşdırmaqla bərabər, həm də şəhərimizin bir çox ünvanına yeni çalarlar bəxş edib.
Bu tədbirlərin davamı olaraq oktyabr ayının əvvəlindən Naxçıvan şəhərinin “Əlincə” məhəlləsindəki 9 mərtəbəli yaşayış binasında da təmir-bərpa işlərinə başlanılıb. İşləri “Cahan” İnşaat Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi həyata keçirir. İş icraçısı Fuad İsmayılovdan aldığımız məlumata görə, bu günə qədər binanın fasad hissəsi üzlənib, dam örtüyü yenisi ilə əvəzlənib, fasad hissəyə düşən pəncərələr dəyişdirilib. Elektrik və rabitə xətləri çəkilib, mərkəzləşdirilmiş antena sistemi yaradılıb. Binanın zirzəmisində istilik və kanalizasiya xətləri yenilənib. Hazırda binanın birinci mərtəbəsi üzlük daşlarla bəzədilir, zirzəmidə suvaq, giriş hissədə təmir işləri görülür, pilləkənlərə döşəmə daş vurulur.

Ardını oxu...

Naxçıvan şəhərinin Əliabad qəsəbəsində süd məhsulları istehsalı müəssisəsi fəaliyyətə başlayıb.
İstehsal müəssisəsinin yaradılmasına Sahibkarlığa Kömək Fondu tərəfindən 251 min manat vəsait ayrılıb. Ümumilikdə isə müəssisəsinin işə salınmasına sahibkarın şəxsi vəsaiti də daxil olmaqla, 564 min manat vəsait sərf olunub.
Müəssisədə Türkiyə istehsalı olan ən müasir avadanlıqlar quraşdırılıb. Həmin avadanlıqların istehsal gücü 1 tona yaxındır. Burada istehsalda xammal kimi istifadə olunan süd muxtar respublikanın rayon və kəndlərində fəaliyyət göstərən fermer və fərdi heyvandarlıq təsərrüfatlarından alınır. İnsan orqanizmi üçün vacib elementlərlə zəngin olan 100 faiz təbii süddən xama, pendir, ayran, dovğa istehsal olunur və “Epi” əmtəə nişanı ilə daxili bazara çıxarılır.
Müəssisənin rəhbəri Elşad Məmmədovdan aldığımız məlumata görə, süd məhsulları istehsalı müəssisəsinin fəaliyyətə başlaması daxili bazarı yüksək­keyfiyyətli məhsullarla təmin etməklə bərabər, əhalinin məşğulluq probleminin həllinə də öz töhfəsini verib. Belə ki, ilkin mərhələdə burada 10 nəfər işlə təmin olunub. Gələcəkdə işçilərin sayının daha da artırılması nəzərdə tutulur.

Xəbərlər şöbəsi

“Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən abonentlərə göstərilən xidmət yaxşılaşdırılır, istehlakçılar fasiləsiz, keyfiyyətli və təhlükəsiz təbii qazla təmin olunurlar. Bununla yanaşı, həm də əhali qrupu üzrə təbii qaz istehlakçılarının müasir standartlara cavab verən texnologiyalardan istifadə etməsi məqsədilə ön ödənişli smartkarttipli qaz sayğaclarının quraşdırılması tədbirləri həyata keçirilir.

Birliyin mətbuat xidmətindən aldığımız məlumata görə, təbii qazın dayanaqlı olması üçün Naxçıvan şəhərində smartkarttipli qaz sayğaclarının quraşdırılmasına 2015-ci ilin yay aylarından başlanılıb. Türkiyə istehsalı olan sayğacların hər biri Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçirilir. Bu sayğacların əsas xüsusiyyəti abonentlərin mavi yanacaqla təminatını öncədən ödənişini və istehlakçıların təbii qazdan təhlükəsiz istifadə etmələrini həyata keçirməkdir. 2015-ci ildə 7921, 2016-cı ildə 5731, 2017-ci ilin 11 ayı ərzində 2131 ədəd, ümumilikdə isə cari ilin noyabr ayının 1-nə qədər 15 min 783 ədəd smartkarttipli qaz sayğacı və mühafizə qutusu quraşdırılıb. Cari ilin dekabr ayı ərzində 300 ədəd smartkarttipli qaz sayğacının quraşdırılması nəzərdə tutulub.

Ardını oxu...

Muxtar respublikada yaradılan əlverişli biznes mühiti, göstərilən dövlət dəstəyi sayəsində özəl bölmənin dinamik inkişafı təmin edilib. Nəticədə, ayrı-ayrı sahibkarlıq obyektləri həyata vəsiqə alıb. Bununla da, daxili tələbat yerli imkanlar hesabına ödənilir, xaricə valyuta axınının qarşısı alınır. Naxçıvan şəhərindəki “Naxçıvan Xalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti də bu baxımdan mühüm rola malikdir.
Ötən günlərdə yolumuzu adıçəkilən müəssisədən saldıq, istehsal prosesi ilə tanış olduq. Öyrəndik ki, burada 2008-ci ildə dövlət dəstəyi ilə yeni istehsal sahələri yaradılıb. Sahibkar Mehdi Babayev dedi ki, bu gün muxtar respublikada ümumi daxili məhsul istehsalında özəl sektor­un xüsusi çəkisi aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarların mövqeyi davamlı şəkildə güclənir. Sahibkarlığın inkişafına yaradılan şərait və dövlət tərəfindən verilən dəstək bu sahənin davamlı inkişafını təmin edib. “Naxçıvan Xalça” Açıq Səhmdar Cəmiyyətinin istehsal sahəsinin fəaliyyətə başlaması muxtar respublikamızda daxili bazarın keyfiyyətli məhsullarla təmin olunması zərurətindən yaranıb. Sahibkarlığa Kömək Fondundan alınan maliyyə dəstəyi ilə 1400 kvadratmetr sahəni əhatə edən 2 mərtəbəli binada əsaslı təmir və yenidənqurma işləri aparılıb, inzibati hissə, anbar və istehsal sahəsi istifadəyə verilib. Çin Xalq Respublikasından müasir texnoloji avadanlıqlar alınıb gətirilərək quraşdırılıb. Müəssisədə polipropilenin, tərəvəz məhsullarının yığılması üçün kisələrin, polietilen torba və örtüklərin istehsalına başlanılıb. Müəssisənin potensial texnoloji imkanları gündəlik 4 min ədəd kisə istehsal edilməsinə imkan verir. Digər istehsal xəttində isə aylıq istehsal gücü 5 ton olan poli­etilen torbalar hazırlanır. Polietilen torba istehsal edən texnoloji avadanlıq avtomatlaşdırılmış rejimdə işləyir.

Ardını oxu...

 Duz istehsalı Naxçıvanın tarixən özünəməxsus məşğulluq sahələrindən biri olub. “Naxçıvanda Duz Muzeyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamında deyilir: “Bu ərazidə Eneolit dövründən başlayaraq duz mədənçiliyinin əsası qoyulmuşdur. Bu isə 5 min illik Naxçıvan şəhər mədəniyyətinin formalaşmasına güclü təsir göstərmişdir”.

Mənbələrdə qeyd olunur ki, Cəhri, Şıxmahmud və Sust kəndlərinin əhalisi əsrlər boyu öz yaşayışlarını Duzdağdakı mədənlərdən duz çıxarıb satmaqla təmin ediblər. Yataqların qədim dövrlərdən bəri istismarı XIX əsrin əvvəllərində tərtib olunmuş mənbələrdən birində qeyd olunduğu kimi, buradakı “duz dayaqlarla möhkəmləndirilmiş enli horizontal keçidlərin” qalıqlarından da görünür. Aparılmış arxeoloji tədqiqatlar Duzdağda mədənçilik işinin Eneolit dövründən başlandığını təsdiq etməklə yanaşı, artıq eradan əvvəl IV minillikdə bu prosesin daha geniş miqyas aldığını da göstərir. Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradov “Naxçıvan diyarında sənətkarlıq və ticarət (XVIII-XX əsrin əvvəlləri)” adlı monoqrafiyasında Naxçıvanda duzun çıxarılması prosesi haqqında İ.Şopenin müfəssəl məlumat verdiyini qeyd edir. Belə ki, İ.Şopenin qeydlərinə görə, mədənçilər əvvəlcə duz dağının üst təbəqəsindən duz layına çatana qədər eni bir arşın olan quyu qazırdılar. Duz layı aşkar olunduğu yerdə bir neçə işçinin eyni vaxtda işləməsi üçün kiçik meydança düzəldilir və bundan sonra mədənin istismarına başlanılırdı. Duz çıxarılması zamanı əsas vasitə kimi dəmir burğudan və barıtdan istifadə edilirdi. Uzunluğu 13-14 verşok olan dəmir burğu vasitəsilə eni bir düym, dərinliyi isə 9-10 verşok olan dəliklər açılır və onun içərisi barıtla doldurularaq partladılırdı. Hər bir işçi gün ərzində çətinlik çəkmədən 2-4 dəlik açıb partlayış törədə bilirdi. Hər partlayış nəticəsində duz layından böyük və kiçik qəlpələr şəklində 5 puddan 100 puda qədər duz qoparılırdı. Bu partlayışlar həm də qonşu laylarda yeni çatların əmələ gəlməsinə və böyük qəlpələrin laydan qopmasına gətirib çıxarırdı. Belə qayda ilə aparılan işlər nəticəsində duz dağında uzunluğu bir neçə metrə çatan duz mağarası əmələ gəlirdi. Mağaranın içərisində işıqlanmanı təmin etmək üçün yanlarda böyük diametrli deşiklər açılırdı.

Ardını oxu...

Son illərdə muxtar respublikada meyvə-tərəvəz istehsalına diqqət artırılıb, qış aylarında əhalini faraş tərəvəzlə təmin etmək üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Sahibkarlara göstərilən dövlət dəstəyi nəticəsində hazırda Naxçıvan şəhərində və rayonlarda müasir istixanalar, soyuducu anbarlar yaradılıb, məhsul bolluğu təmin edilib.

Muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri sırasında “Naxçıvan bağları” tərəvəz məhsulları istilik kompleksi xüsusi yerə və çəkiyə malikdir. 2013-cü ilin mart ayında 10 min kvadratmetr, may ayında isə 1500 kvadratmetr sahəsi olan yeni istixana kompleksi fəaliyyətə başlayıb. Burada Hollandiya və Türkiyə istehsalı olan müasir avadanlıqlar quraşdırılıb, anbarlar, qazanxana, yeməkxana və işçilər üçün otaqlar yaradılıb, istixana üçün yeni kənd təsərrüfatı texnikaları alınıb. Ümumilikdə, yeni istixana kompleksinin tikintisinə və müasir texnoloji avadanlıqların alınmasına 2 milyon 100 min manat vəsait sərf olunub. Bunun da 600 min manatı daxili imkanlar hesabına ödənilib. İstixana kompleksində Zirə, Tovuz sortu olan pomidor yetişdirilir. Məhsullar sifarişə uyğun, nəfis tərtibatla bəzədilmiş 7 kiloqramlıq karton taralarda topdansatış bazalarında, 250-500 qramlıq və 1 kiloqramlıq plastik taralarda isə pərakəndə satış mağazalarında Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydə alınmış “Naxçıvan bağları” əmtəə nişanı ilə satışa çıxarılır. Bu, muxtar respublikada həmin məhsula olan tələbatın müəyyən bir hissəsini ödəyir.

Ardını oxu...

Bu il Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində genişmiqyaslı quruculuq işləri aparılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il ­ 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı” çərçivəsində həyata keçirilən bu tədbirlər kəndin simasını əsaslı surətdə dəyişib. Kənddə aparılan quruculuq işləri çərçivəsində bu yaşayış məntəqəsinin girəcəyindən başlayaraq Qaraçuğa qədər gedən yol genişləndirilib, keyfiyyətli asfalt örtüyü salınıb, səkilərə kilid daşlar düzülüb, işıqlandırma sistemləri quraşdırılıb.
Yaşayış məntəqəsində həyata keçirilən kompleks quruculuq tədbirlərindən biri kənd məktəbi üçün inşa olunan yeni binadır. Binanın tikilməsində kəndin gələcək perspektivi nəzərə alınıb. Hazırda məktəbin binasında avadanlıqlar quraşdırılır. Binanın ətrafında yaşıllaşdırma və abadlaşdırma işləri həyata keçirilib, ağac tingləri və gül kolları əkilib.
Kənddə inşası başa çatdırılan digər bir obyekt isə bu yaşayış məntəqəsində fəaliyyət göstərən qurumların birgə işini təşkil etmək üçün inşa olunan kənd mərkəzidir. İnşaatçılar qısa müddət ərzində 2 mərtəbədən ibarət olan, müasirtipli layihə əsasında inşa edilən binada işləri yekunlaşdırıblar. Mərkəzdə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kitabxana, polis sahə və baytarlıq məntəqələrinin fəaliyyəti üçün hər cür şərait yaradılır. Həmçinin burada rabitə evi və poçt bölməsi də fəaliyyət göstərəcək. Kənd mərkəzinin binasında səhiyyə məntəqəsi üçün də otaqlar ayrılıb. Bu isə sakinlərə göstəriləcək səhiyyə xidmətinin səviyyəsini yüksəldəcək.
Kənd sakinləri ilə söhbət zamanı onlar burada inşa olunan xidmət mərkəzini növbəti dövlət qayğısı kimi dəyərləndirdilər. Qeyd edək ki, burada sənaye malları mağazası, ət satışı yeri və müxtəlif iaşə xidməti sahələri fəaliyyət göstərəcək.

Xəbərlər şöbəsi

Müstəqilliyimizin ilk illərində digər sənaye müəssisələri kimi, Naxçıvan “Tikiş” Açıq Səhmdar Cəmiyyəti də özünün böhranlı dövrünü yaşamışdır. Müəssisə ildən-ilə geri gedərək, nəhayət, bağlanmışdı. Uzun illər burada çalışan yüksəkixtisaslı kadrlar, eləcə də fəhlələr işdən çıxaraq digər sahələrdə iş axtarmalı olmuşdular. Nəticədə, bu müəssisə muxtar respublikanın yüngül sənaye sektorunda öz yerini itirmişdi.
Ötən günlərdə bu müəssisədə olduq. Naxçıvan “Tikiş” Açıq Səhmdar Cəmiyyətinin direktoru Rövşən Abdinovla söhbət zamanı qeyd etdi ki, 1995-ci ildən sonrakı dövrdə muxtar respublikada özəl sektorun inkişafına göstərilən diqqət və qayğı nəticəsində müəssisə yenidən fəaliyyətini davam etdirməyə başladı. Xarici ölkələrdən qısa vaxt ərzində müasir avadanlıq gətirildi və yeni ixtisaslı kadr hazır­lığına diqqət artırıldı, müəssisədə geniş abadlıq və quruculuq işləri aparıldı. Çəkilən zəhmət qısa müddətdə bəhrəsini verdi. Hazırda fabrik muxtar respublikanın sənaye potensialında öz yerini tutub. Burada muxtar respublikanın bir sıra ümümtəhsil məktəblərinin şagirdləri üçün məktəbli, ayrı-ayrı təşkilat və qurumlarda çalışan işçilər üçün geyim formaları hazırlanır.

Ardını oxu...

Gömrük orqanları tərəfindən daxili bazarın qorunması və gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə tədbirləri davam etdirilir. Bu məqsədlə idxal istiqamətində muxtar respublikamıza gətirilən malların keyfiyyətinə, standartlara uyğunluğuna xüsusi diqqət yetirilir, müvafiq dövlət orqanlarının rəyi olmadan gətirilən, idxalı qadağan olunan və mülki dövriyyəsi məhdudlaşdırılan mallar barəsində qanunvericilik çərçivəsində tədbirlər görülür.
Bu istiqamətdə görülən işlərin davamı olaraq noyabrın 29-da keçirilən növbəti məhvetmə tədbirindən öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının və digər dövlət qurumlarının əməkdaşlarından ibarət birgə komissiya gömrük orqanları tərəfindən saxlanılmış mallara baxış keçirmiş, 4479 ədəd közərmə lampası, 420 dəst hərbi təyinatlı köynək, 226 ədəd ov mərmisi, 73 ədəd elektroşok-fənər, 76 ədəd suvenir, 8 ədəd bıçaq, 8 ədəd balıqçı toru, 7 ədəd dəyənək, 1 ədəd qandal, 1 ədəd durbin, 1 ədəd DVD, 7611 tablet dərman preparatı və 15 kiloqram kalium-permanqanat maddəsi akt əsasında aidiyyəti qurumlara təhvil verilmişdir.

Ardını oxu...

Naxçıvanda istehsal olunan yerli məhsullar muxtar respublikamızdan kənara da çıxarılır. Elə bu yaxınlarda paytaxt Bakı şəhərində Naxçıvan məhsullarının satıldığı yeni mağazanın açılması da nəinki naxçıvanlıların, həm də paytaxt sakinlərinin ən çox üz tutduğu ünvanlardandır. 

Muxtar respublikada istehsal müəssisələrinin sayının artması yerli məhsulların ixracı məsələsini də aktuallaşdırıb. Bu istiqamətdə ən mühüm addımlardan biri 2014-cü ildə atılıb. Belə ki, 25 iyun 2014-cü ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Cəmiyyətin yaradılmasında əsas məqsəd muxtar respublikamızda kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməsi, yerli məhsulların qablaşma vəziyyətinin müasirləşdirilməsi, keyfiyyətin yüksəldilməsi, həmin malların xarici bazarlara çıxışının təmin olunması, ticarət sövdələşmələrinin aparılması, yerli brendlərin yaradılması və digər sahələrdə mövcud fəaliyyətlərin təkmilləşdirilməsidir. Müəssisənin fəaliyyəti üçün Naxçıvan şəhərində 8 min kvadratmetr torpaq sahəsi və Sahibkarlığa Kömək Fondundan 260 min manat güzəştli kredit ayrılıb. Ötən dövr ərzində cəmiyyət tərəfindən bazar araşdırmaları aparılıb, bir neçə istiqamətdə pilot layihələri həyata keçirilib. Bu layihələrdə muxtar respublikada fəaliyyət göstərən kiçik istehsalçıların fəal istehsalat prosesinə cəlb edilməsi məqsədilə sifariş əsasında məhsul istehsalına üstünlük verilib. Görülən işlərin nəticəsidir ki, hazır­da Naxçıvan məhsulları həm ölkəmizdə, həm də ölkəmizdən kənarda alıcılara təqdim olunur. Bakı şəhərinin Nizami rayonunda yeni fəaliyyətə başlayan “Naxçıvan məhsulları” mağazası da bu sahədə görülən işlərin məntiqi davamıdır.

Ardını oxu...

Culfa Rayon Vergilər Şöbəsində vergi ödəyicilərinin iştirakı ilə “Nağdsız ödənişlər və POS-terminallardan istifadə”, “Elektron qaimə-fakturaların tətbiqi və asan imza” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə rayon Vergilər Şöbəsinin rəisi, vergi xidməti müşaviri Qurban Hacıyev çıxış edərək bildirib ki, nağdsız ödəniş pul və pul vəsaitlərinin nağd olmadan banklar və səlahiyyəti olan digər maliyyə mənbələri vasitəsilə həyata keçirilən pul dövriyyəsinin formasıdır. Təbii ki, bunun üçün etibarlı əməliyyat sistemi, geniş texniki imkanlar və subyektlər arasında inam olmalıdır. Nağdsız ödəniş sistemi maliyyə vəsaitlərinin dövriyyəsinin sürətlənməsi, nağd pul kütləsinin ixtisarı, ödəniş məbləğinin dəqiq aparılması kimi iqtisadi, vaxt itkisinin aradan qaldırılması, pul itirməmək kimi sosial əhəmiyyətli üstünlüklərə malikdir. Çünki, əsasən, bankların və digər maliyyə təşkilatlarının yaratdığı sistem vasitəsilə həyata keçirilən nağdsız ödəniş əməliyyatlarında bütün hüquqi və fiziki şəxslər sərbəst şəkildə iştirak etmək imkanlarına malik olurlar.
Bildirilib ki, əvvəllər sahibkarlıq subyektləri arasında mal, iş və xidmətlər üzrə əməliyyatların rəsmiləşdirilməsi zamanı qaimə-fakturaların kağız formasından istifadə olunurdu ki, bu da əksər hallarda vergidənyayınma hallarına şərait yaradırdı. Bütün bu amillər hüquqi çərçivədə də dəyişiklikləri və elektron qaimənin tətbiqini labüd etdi. Məhz bu baxımdan elektron qaimə-faktura inzibatçılıq xərclərinin aşağı salınması, məlumat mübadiləsinin çevikliyinin artırılması və aparılan əməliyyatlarda şəffaflıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır.
Sonra rayon Vergilər Şöbəsinin əməkdaşlarından Əleyxa Cəbiyevin və Məcnun Hacıyevin çıxışları olub. Çıxışlarda tədbir iştirakçılarına elektron qaimə-fakturalarının tətbiqi, mahiyyəti və işlənmə qaydaları haqqında məlumat verilib.
Sonda elektron qaimə-fakturalarının onlayn rejimdə göndərilməsi ilə bağlı slayd nümayiş etdirilib.

 Səbuhi HÜSEYNOV

Babək rayonu Babək qəsəbəsinin Heydər Əliyev prospektində yeni yaşayış binası tikilir.
Bina zirzəmi ilə birlikdə 8 mərtəbədən ibarət olacaq. 28 mənzilli binanın 7-si 3, 21-i isə 2 otaqlı mənzillərdir. Burada lift də quraşdırılacaq. Binanın zirzəmisində ərzaq, kişi və qadın geyimləri mağazaları, bərbər, gözəllik salonu yerləşəcək.
Yeni tikilən binada ipoteka kreditləri ilə də mənzil almaq mümkün olacaq.
Qeyd edək ki, bu gün muxtar respublikada gənc ailələrə mənzillər həm də ipoteka kreditləri ilə verilir. “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən indiyədək 60-dan çox ailəyə ipoteka krediti ilə mənzil satılıb.

Xəbərlər şöbəsi

Enerji təhlükəsizliyi bu gün bütün dünyada həllivacib məsələlərdən biri hesab olunur. Müstəqilliyimizin ilk illərində muxtar diyarımızda enerji ilə bağlı ciddi problemlər yaşandı. Blokada vəziyyəti isə, sözün həqiqi mənasında, Naxçıvanı zülmətə qərq etmişdi. Həmin dövrdə Ali Məclisin Sədri vəzifəsində olan ulu öndər Heydər Əliyev qonşu Türkiyə və İran İslam Respublikası ilə danışıqlar aparmış, şəxsi nüfuzu sayəsində enerji idxalına nail ola bilmişdi. Bu gün xalqımızın böyük oğlunun müəyyənləşdirdiyi uğurlu siyasətin davamçıları Naxçıvanı işıqlı günlərə qovuşdurub.

Keçmişə qısa ekskurs, bu günə nəzər

Ötən əsrin sonlarından başlayaraq Naxçıvanda enerjiyə olan tələbat çox, təminat isə olduqca aşağı səviyyədə idi. Ölkənin iqtisadi həyatında mühüm rol oynayan dəmir yolu nəqliyyatında qatarların hərəkətinin dayanması ucbatından digər enerji daşıyıcıları olan odun, daş-kömür və neft məhsulları da qəhətə çəkilmiş, əsas güc energetika sahəsinin üzərinə düşmüşdü. Sovet dönəmində Araz çayı üzərində tikilmiş elektrik stansiyası isə tələbatın yalnız kiçik bir hissəsini ödəyirdi. O da, ilk növbədə, yaşayış üçün zəruri olan mühüm obyektlərin – çörək zavodlarının, xəstəxanaların işlədilməsinə yönəldilirdi. Özü də fasilələrlə.

Ardını oxu...

Cari ilin ötən 10 ayının nəticələri bunu deməyə əsas verir

Muxtar respublikamızda davamlı inkişafa nail olmaq həyata keçirilən sosial-iqtisadi siyasətin əsas məqsədlərindən biridir. Bunun üçün regionda iqtisadi artımın yüksələn dinamikasını qoruyub saxlamaq daim diqqət mərkəzindədir. Dünyadakı mürəkkəb iqtisadi şəraitə baxmayaraq, ölkəmizdə və onun tərkib hissəsi olan muxtar respublikamızda həyata keçirilən tədbirlər, son nəticədə, əhali gəlirlərinin artmasında və rifahın yüksəlməsində də hiss olunmaqdadır ki, bu da davamlı inkişafın əsas şərtlərindən biridir. 

Aparılan təhlillər göstərir ki, Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, yeni iş yerlərinin yaradılması və səmərəli məşğulluğun təmin olunması sahəsində aparılan dövlət siyasəti bu məqsədlərə çatmaqda əsas rol oynayıb. Belə ki, iqtisadi inkişafın ən mühüm göstəricilərindən biri olan ümumi daxili məhsulun həcminə baxdıqda muxtar respublikada 2017-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 112 milyon 48 min 200 manatlıq ümumi daxili məhsul istehsal olunduğunu görürük ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur. Bəhs olunan dövrdə regionda sənaye, kənd təsərrüfatı, tikinti-quruculuq, xarici ticarət, bank-kredit və xidmət sahələrində də artım dinamikası təmin olunub, əhali gəlirlərində yüksəliş templəri qorunub saxlanılıb. Belə ki, cari ilin yanvar-oktyabr aylarında muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artaraq 1 milyard 444 milyon 127 min 700 manat, onun hər bir nəfərə düşən məbləği isə artaraq 3204,2 manat təşkil edib. Bu dövr ərzində muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 415,1 manat təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çox deməkdir.

Ardını oxu...

Azərbaycanın vergi sistemi humanizm prinsiplərinə əsaslanmaqla yanaşı, vətəndaşların üzərinə çox ciddi vicdan məsuliyyəti də qoyur. Yəni vətəndaş dərk etməlidir ki, onun hüquq və mənafelərini qoruyan dövlətin büdcəsi, əsasən, ödədiyi vergilərdən formalaşır. Bu sıraya əməkhaqqı və pensiyalardan tutmuş ən müxtəlif təyinatlı müavinətlər daxildir. Onların zamanında təyinatı üzrə ödənməsi insanların vergi ödənişində vicdanlı davranmasından çox asılıdır. Odur ki, vergi öhdəliyinə münasibətdə bunun həm də mənəvi tərəfini nəzərə alsaq, ümumi prosesdən həm dövlət, həm də vətəndaşlar qazanclı çıxar.

Bu gün Naxçıvan şəhərində və bölgələrimizdə mənzillərin orta kirayə haqqı 150-300 manat arasında dəyişir. Bu isə il ərzində əldə olunan gəlir baxımından heç də az məbləğ deyil və ümumi hesablamada ev sahiblərindən vergi tutulması ilə büdcəyə xeyli vəsait daxil etmək mümkündür. Ancaq bir şərtlə ki, evini kirayə verib gəlir əldə edən sakinlərimiz vergiyə cəlb olunmağa könüllü şəkildə maraq göstərsinlər.
Gəlir mənbəyi kimi daşınmaz əmlakdan vergini hesablamaq və onu dövlət büdcəsinə ödəmək vergi ödəyicilərinin vəzifələrindədir. Bu vəzifələrin lazımınca yerinə yetirilməməsi qanunvericiliyə əsasən məsuliyyətə cəlb olunmağa səbəb olur. Belə ki, Vergi Məcəlləsinin 124-cü maddəsinə görə daşınan və daşınmaz əmlak üçün icarə haqqında bu məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, icarəyə verən 14 faiz dərəcə ilə vergini özü ödəyir. İcarə haqqından gəlir əldə edən fiziki şəxslərdən ödəmə mənbəyində vergi tutulmuşdursa və onun tərəfindən vergi ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur. Qeyd edək ki, daşınmaz əmlakdan ödəmə mənbəyində vergini hesablamaq və dövlət büdcəsinə ödəmək qaydalarının pozulmasına görə vergi ödəyiciləri müəyyən sanksiyalara məruz qala bilərlər. Belə ki, Vergi Məcəlləsinin 58.2-ci maddəsinə görə bu məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmçinin Vergi Məcəlləsinin 59.1-ci maddəsinə görə vergi və ya cari vergi ödəməsi bu məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən nəzərdə tutulan məbləğin 0,1 faizi tutulur. Evlərini kirayə verənlər risklərin yaranmaması, hər hansı maliyyə ­itkilərinə məruz qalmamaq üçün mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər.

Ardını oxu...

Müasir insan tələbatları arasında rahat yaşamaq, sürətli və komfortlu xidmətlərdən istifadə geniş yayılıb. Rabitə və kommunikasiya sahəsində isə bunlara daha çox ehtiyac duyulur. Cəmiyyətin modernləşməsi və sosial həyatın yaxşılaşmasının mühüm şərti kimi sürətli və etibarlı informasiya mübadiləsinə imkan yaradan rahat mobil rabitə xidmətləri bu baxımdan həm iqtisadi inkişafın əsas göstəricisi, həm də sosial həyatımızın mühüm tərkib hissəsi hesab olunur. Bu yaxınlarda fəaliyyətinin bir ilini tamamlamış Naxtel 4G təklif etdiyi yüksək texnoloji xidmətlərin çeşidi və keyfiyyətinə görə muxtar respublikamızda öncül yerlərdən birini tutur.
Bir il öncə, ötən ilin payızında muxtar respublikamızda 4-cü nəsil mobil rabitə xidmətlərinin istifadəyə verilməsi naxçıvanlıların sosial-mədəni həyatında və regionumuzun iqtisadi inkişafında mühüm hadisə oldu. Qısa müddətdə Naxtel 4G şirkətinin abunəçilərinin sayı on minlərə çatdı. Bu bir daha onu göstərdi ki, gələcək inkişafa doğru atılan hər bir addım həmişə cəmiyyət tərəfindən rəğbətlə qarşılanır.

Ardını oxu...

Muxtar respublikamızda mədəniyyət obyektlərinin inşası istiqamətində bir sıra işlər görülür. Bu tədbirlərin davamı olaraq Şərur Rayon ­Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni bina inşa edilir.
Bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq. Hazırda binanın təməl hissəsində qəlib-beton işləri aparılır. Müasir memarlıq üslubunda inşa olunan muzey binasında ekspozisiya zalı, fond və yardımçı otaqlar yaradılacaq. Ekspozisiyanın dizaynı tarixi-memarlıq ənənələrinə uyğun aparılacaq. Tikinti işləri başa çatdırıldıqdan sonra binanın yerləşdiyi ərazi Şərur şəhərinin görməli ünvanlarından birinə çevriləcək.

* * *

“Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Şərur rayonunda su və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri davam etdirilir.

Ardını oxu...

Ordubad rayonunun ən ucqar zirvəsində, uca dağların, sıldırım qayaların qoynunda yerləşən Nürgüt füsunkar gözəllikləri ilə rəssam fırçasına ilham verən yurd yerlərimizdəndir. Zirvələrin tacı olan bu kənddən təbiət öz səxavətini əsirgəməyib. Zümrüd rəngli Göy-gölü, əzəmətli, vüqarlı dağları, min bir dərdin dərmanı olan yeraltı mineral bulaqları, həzin zümzümə ilə insanın ruhunu oxşayan Əyriçay və Saqqarsu çayları sanki memar əli ilə yaradılan bu yurd yerinin ecazkar təbiətinə heyrətamiz gözəllik qatır. 

Tədqiqatçıların fikrincə, “Nürgüt” toponimi “düşərgə”, “dayanacaq” sözlərindən ibarətdir. Ancaq digər fikrə görə, bu ad nouqut sözünün təhrif olunmuş variantıdır. Toponim “yeni kənd”, yaxud “təzə kənd” mənasındadır. Qarşılaşdığımız digər mənbədə isə Gəmiqayaya yaxın ərazidə yerləşən bu yaşayış məntəqəsi Nuhun tufanı hadisəsi ilə bağlılığı ehtimalını qüvvətləndirir. Bu baxımdan yanaşdıqda Nuh Peyğəmbərin gəmisinin son dayanacaqlarından biri kimi Gəmiqayanın sol ətəyindəki “Nürgüt” adının müəyyən mənada Nuh hadisəsi ilə səsləşdiyi ehtimal olunur...

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında əhalinin etibarlı ərzaq təminatında mühüm yerlərdən birini kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edir. Bu sahədə həyata keçirilən tədbirlər, aparılan islahatlar bitkiçilik və heyvandarlıq, eləcə də emal sənayesinin inkişafı üçün geniş imkanlar açmışdır. 

Əldə olunmuş nailiyyətlərdə muxtar respublikada indiyədək icrası uğurla başa çatdırılmış və hazırda davam etdirilən dövlət proqramlarının böyük əhəmiyyəti vardır. Bundan əlavə, aparılan meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi, taxıl və soyuducu anbar­ların tutumlarının artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-­tərəvəz emalı müəssisələrinin işə salınması kənd təsərrüfatının sürətli inkişafına əlverişli şərait yaratmışdır. Toxumçuluq və tingçiliklə məşğul olan təsərrüfatlara subsidiyaların ödənilməsi, yanacaq-sürtkü materiallarına görə yardımların, gübrələrə, satılan texnikaların dəyərinə güzəştlərin tətbiq edilməsi kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar üçün əsaslı stimuldur.

Ardını oxu...

Naxçıvan şəhərinin, onun qəsəbə və kəndlərinin kompleks inkişafı ilə paralel aparılan istilik təchizatı tədbirlərinin yüksək sürət və keyfiyyətlə həyata keçirilməsi əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan verib.

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsindən aldığımız məlumata görə, bu məqsədlə Naxçıvan şəhərində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. 2017-2018-ci illərin qış mövsümünə hazırlıqla əlaqədar bütün qazanxanalara baxış keçirilib, mərkəzləşdirilmiş qazanxanalarda cari təmir işləri aparılıb, buxar və istilik qazanları təmizlənib, sıradan çıxmış mühərriklər yenisi ilə əvəz edilib, elektrik və qaz xətləri yoxlanılıb, istismar müddəti başa çatan borular və siyirtmələr yenisi ilə əvəz olunub.

Ardını oxu...

Son illər muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası əhalinin ərzaq məhsullarına olan tələbatını ödəməklə yanaşı, məşğulluğun təmin edilməsinə də stimul verib. Bu sahədə aparılan ardıcıl tədbirlər hesabına Babək rayonunda da yeni üzüm bağı salınıb.
Naxçıvanda hər il iməciliklər yolu ilə salınan bağların sayı artır. Bir zaman çılpaq, miskin don geyinmiş boz təpələr, çöllər bu gün yaşıl­lığa qərq olub. Böyük təşəbbüskarlıq və kütləviliklə keçirilən iməciliklərdə iştirak edən ictimaiyyətin nümayəndələri yeni tinglər əkir, əvvəlki illərdə əkilmiş ağacların qayğısına qalırlar.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” bu sahənin inkişafına stimul verən daha bir mərhələnin əsasını qoyub. Təkcə ötən il Uzunoba Su Anbarının yaxınlığındakı ərazidə 2 hektar sahədə 2500-ə yaxın üzüm tingi əkilib.
Son olaraq bu ilin noyabr ayında Babək qəsəbəsində 2 hektarlıq ərazidə yeni üzüm bağı salınıb. Bağda 3080 ədəd üzüm tingi əkilib. Əkin zamanı Naxçıvanın yerli üzüm sortlarından olan ağ tayfı, ağ aldərə, hənəqırna, qırmızı kişmişi növlərindən istifadə olunub. Yeni üzüm bağlarının salınması istehsalın həcminin artmasına, daxili bazarda bu məhsula olan tələbatın yerli imkanlar hesabına ödənilməsinə şərait yaradır, görülən işlər Naxçıvanda üzümçülüyün əvvəlki şöhrətinin özünə qaytarılmasına xidmət edir.

Muxtar RZAZADƏ

Naxçıvan şəhərindəki “İmamzadə” Kompleksində təmir-bərpa işləri davam etdirilir.
İlkin mərhələdə bərpaçılar tərəfindən türbənin fasad və daxili hissəsində divarlar köhnə üzlük boya və materiallardan təmizlənib, tarixi tikilinin aşağı hissəsinin rütubətdən qorunması üçün betonlama işləri həyata keçirilib. Bundan başqa, türbənin arxa hissəsindəki torpaq qatı götürülüb, istinad divarları yaradılıb, yağış sularının buraya zərər verməməsi üçün sistemlər quraşdırılıb.
Obyektin iş icraçısı Fəxrəddin Əliyev bildirdi ki, ətrafda bərkitmə başa çatdırıldıqdan sonra abadlıq işlərinə start verilib, burada müasir işıqlandırma sistemləri qurulub, əraziyə yeni dizayn verilib, günbəzlər parlaq sarı və yaşıl rəngli materialla işlənib. Bundan başqa, türbənin daxilində və xaricində bərpa işləri həyata keçirilib. Hazırda kompleksə daxil olan tikililərdə təmir-bərpa işləri davam etdirilir, əraziyə buta formasında kilid daşlar düzülür.
Təmir-bərpa işləri başa çatdırıldıqdan sonra “İmamzadə” Kompleksinin ərazisi şəhərimizin İslam mədəniyyətinə aid ən görməli yerlərindən birinə çevriləcək. Bu isə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə əlaqədar görülən işlərin tərkib hissəsi kimi də əhəmiyyətlidir.
Qeyd edək ki, qədim və zəngin tarixi keçmişi ilə fərqlənən Naxçıvan çoxsaylı abidələr diyarı kimi tanınır. Bu mühüm maddi və mənəvi sərvətlərimizin sırasında muxtar respublikanın müxtəlif bölgələrində yerləşən imamzadələrin özünəməxsus əhəmiyyəti, xüsusi yeri vardır. Naxçıvanın on üç əsrdən artıq bir dövrünü özündə təcəssüm etdirən bu dəyərli abidələr yalnız ölkəmizin deyil, bütövlükdə, müsəlman Şərqinin qədim sənətkarlıq, xüsusilə də memarlıq ənənələri­­nin, çoxəsrlik tarixi keçmişinin yadigarlarıdır.

Xəbərlər şöbəsi

Şərq ölkələrinin qiymətli bitkisi sayılan püstə, ölkəmizin subtropik zonalarında saqqızağacı və ya kütyarpaq püstə kimi yabanı formada geniş ərazilərdə yayılıb. Lakin buna baxmayaraq, peşəkar bağbanlar tərəfindən mədəni halda da becərilən növlərdən istifadə edilərək geniş bağlar salınır. Tədqiqatçıların apardıqları ekspedisiyaların nəticələri göstərir ki, Azərbaycanda, əsasən, Kür-Araz düzənliyində, Eldaroyuğu dağında, Alazan-Əyriçay vadisi meşələrində dəniz səviyyəsindən 600 metr yüksəkliyədək ərazilərdə daha geniş yayılıb. Məlum mənbələrdən aydın olur ki, püstənin yayıldığı geniş sahə Sultanbud meşə yaylası və Türyançay Dövlət Qoruğu ərazisidir. 

Naxçıvan Muxtar Respublikasında isə ilk dəfə 1978-ci ildə indiki Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Ordubad dayaq məntəqəsində (Əndəmic kəndi) sınaq üçün tinglər əkilmişdir. Burada aparılan tədqiqat işlərinin nəticəsi göstərmişdir ki, istər əkilib-becərilməsi baxımından, istərsə də məhsul istehsalı baxımından Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da püstə yetişdirmək mümkündür. Hazırda Ordubad rayonunun bəzi fərdi təsərrüfatlarında tək-tək püstə ağaclarına rast gəlinir. Bu bitki toxumları və calaqetmə yolu ilə artırılır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR