23 Dekabr 2024, Bazar ertəsi

Qədim diyarımızın bütün bölgələri kimi, Ordubad rayonuna da muxtar respublikada həyata keçiri­lən kompleks quruculuq tədbirlərindən xeyli pay düşüb və görülən işlər hesabına bölgə müasirliyə qovuşub. Hər il rayonun müxtəlif yaşayış məntəqələrində inşa edilən kənd və xidmət mərkəzləri, məktəb binaları, salınan yollar insanlara göstərilən yüksək dövlət qayğısı kimi dəyərləndirilir.
Cari ildə də bu tədbirlər davam etdirilir. Belə ki, rayonun ən iri yaşayış məntəqələrindən biri olan Dəstə kəndində kompleks quruculuq işlərinə başlanılıb. Qeyd edək ki, bu kənddə 1149 təsərrüfatda 5050 nəfərə yaxın sakin yaşayır. Uzun illər ərzində fəaliyyət göstərən 1 və 2 nömrəli tam orta məktəbləri, xidmət mərkəzi və dövlət müəssisələri müasir tələblərə cavab verməyən binalarda yerləşib. Bir neçə vaxtdır ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları Dəstə kəndində məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzlərinin tikintisində çalışırlar. İdarənin rəisi Əkrəm ­Salmanov bizimlə söhbətində bildirdi ki, məktəb binası 900 şagird yerlik olacaq. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq təhsil ocağının binasında dərslərin müasir tələblər səviyyəsində tədris olunması üçün hər cür şərait yaradılacaq. Kənd mərkəzi və həkim ambulatoriyası 2, xidmət mərkəzi isə 1 mərtəbəli binada yerləşəcək.
Məktəb binasının zirzəmi və birinci mərtəbəsində, həmçinin digər obyektlərin birinci mərtəbələrində tikinti işləri başa çatdırılıb. İnşaatçılar yaradılmış şərait­dən səmərəli istifadə etməyə çalışır, keyfiyyət amilini diqqət mərkəzində saxlayırlar. Quruculuq tədbirlərində yerli inşaat materiallarına üstünlük verilir.
Onu da vurğulayaq ki, yaşayış məntəqəsinin daxili avtomobil yolları da yenidən qurulmaqdadır. Culfa Rayon Yol Tikinti İdarəsinin inşaatçıları 15 kilometr uzunluğunda olacaq kənddaxili yolların asfaltlanması üçün hazırlıq işlərini davam etdirirlər.

Abbas SEYİD

Qədim diyarımızın bütün bölgələri kimi, Ordubad rayonuna da muxtar respublikada həyata keçiri­lən kompleks quruculuq tədbirlərindən xeyli pay düşüb və görülən işlər hesabına bölgə müasirliyə qovuşub. Hər il rayonun müxtəlif yaşayış məntəqələrində inşa edilən kənd və xidmət mərkəzləri, məktəb binaları, salınan yollar insanlara göstərilən yüksək dövlət qayğısı kimi dəyərləndirilir.
Cari ildə də bu tədbirlər davam etdirilir. Belə ki, rayonun ən iri yaşayış məntəqələrindən biri olan Dəstə kəndində kompleks quruculuq işlərinə başlanılıb. Qeyd edək ki, bu kənddə 1149 təsərrüfatda 5050 nəfərə yaxın sakin yaşayır. Uzun illər ərzində fəaliyyət göstərən 1 və 2 nömrəli tam orta məktəbləri, xidmət mərkəzi və dövlət müəssisələri müasir tələblərə cavab verməyən binalarda yerləşib. Bir neçə vaxtdır ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları Dəstə kəndində məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzlərinin tikintisində çalışırlar. İdarənin rəisi Əkrəm ­Salmanov bizimlə söhbətində bildirdi ki, məktəb binası 900 şagird yerlik olacaq. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq təhsil ocağının binasında dərslərin müasir tələblər səviyyəsində tədris olunması üçün hər cür şərait yaradılacaq. Kənd mərkəzi və həkim ambulatoriyası 2, xidmət mərkəzi isə 1 mərtəbəli binada yerləşəcək.
Məktəb binasının zirzəmi və birinci mərtəbəsində, həmçinin digər obyektlərin birinci mərtəbələrində tikinti işləri başa çatdırılıb. İnşaatçılar yaradılmış şərait­dən səmərəli istifadə etməyə çalışır, keyfiyyət amilini diqqət mərkəzində saxlayırlar. Quruculuq tədbirlərində yerli inşaat materiallarına üstünlük verilir.
Onu da vurğulayaq ki, yaşayış məntəqəsinin daxili avtomobil yolları da yenidən qurulmaqdadır. Culfa Rayon Yol Tikinti İdarəsinin inşaatçıları 15 kilometr uzunluğunda olacaq kənddaxili yolların asfaltlanması üçün hazırlıq işlərini davam etdirirlər.

Abbas SEYİD

Dünən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda təkmilləşdirici təlim öz işinə başlayıb. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin iclas zalında keçirilən təlimə müəyyən olunmuş büdcə təşkilatları üzrə 20 nəfər mühasibat işçisi dəvət olunub. Dörd gün ərzində keçiriləcək təlimdə büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması, xəzinə əməliyyatlarının, vergi uçotunun təşkili və maliyyə hesabatlarının hazırlanması kimi mövzular üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlim muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması və yenidən hazırlanması, təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərinin və işgüzar keyfiyyətlərinin qiymətləndirilməsi məqsədi daşıyır.
Tədbirin əvvəlində Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elçin Əliyev iştirakçılara mərkəzdə keçirilən bu ilk təlimin mahiyyəti və gözlənilən nəticələrin əhəmiyyəti barədə məlumat verib. Sonra Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova çıxış edərək, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 10 fevral tarixli Sərəncamı ilə yaradılmış Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin funksiyaları haqqında danışıb. Bildirilib ki, mərkəzin əsas məqsədi maliyyə və mühasibat işi sahəsində işləyənlərin peşə ­hazırlığının təkmilləşdirilməsini təmin etməkdən ibarətdir. Görüləcək işlər muxtar respublikada yüksəkixtisaslı kadrların hazırlanması və maliyyə intizamının daha da gücləndirilməsinə töhfə verəcək.

Ardını oxu...

Muxtar respublikada ailə-nikah, təbii artım, insanların sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi, əhalinin məşğulluq və həyat səviyyəsinin yaxşılaşdırılması, miqrasiya və sair bu kimi prosesləri özündə birləşdirən demoqrafiya siyasətində məqsəd əhali artımını təmin edən şəraitin yaradılmasıdır.
Bu istiqamətdə aparılan tədbirlərin effektivliyinin öyrənilməsi məqsədilə əhalinin siyahıyaalınması keçirilməkdədir. Siyahıyaalınma hər hansı bir ərazidə yaşayan əhali haqqında demoqrafik, iqtisadi və sosial məzmunlu məlumatların vaxtaşırı toplanması, ümumiləşdirilməsi və təhlili prosesidir. Bu, vahid prinsiplər və proqram əsasında bütün ərazidə, eyni zamanda adbaad, mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Sorğu yolu ilə əldə olunmuş məlumatların ümumiləşdirilmiş yekunlarından iqtisadi təhlillərdə, sosioloji tədqiqatlarda geniş istifadə olunur.

Ardını oxu...

Aprelin 27-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan İnşaat Materialları İstehsal Kompleksinin məhsullarının tanıtımına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan İnşaat Materialları İstehsal Kompleksi direktor müavini ­Rafiq Süleymanov bildirib ki, kompleks 2015-ci ildən fəaliyyətə başlayıb və istehsal etdiyi yerli məhsulları ilə Naxçıvan əhalisinin tələbatını ödəyir. Kompleksdə Naxçıvanın təbii xammalından istifadə olunmaqla, ekoloji təmiz materiallar istehsal olunur.
Qeyd olunub ki, kompleksin akkreditasiyadan keçmiş müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyasında yoxlanılan və standartlara cavab verən sertifikatlı 8 adda məhsul istehsal olunur.
Sonra çıxış edən Naxçıvan Sement Zavodu və Naxçıvan İnşaat Materialları İstehsal Kompleksinin Baş direktoru Mikayıl Cəfərov istehsal olunan inşaat materiallarının bütün standartlara cavab verməsi və bazara zəmanətlə çıxarıla bilməsi üçün son zamanlar görülmüş işlərdən danışıb.

Ardını oxu...

Dünən Naxçıvan Biznes Mərkəzində “Sahibkarlıq subyektlərinə əcnəbi işçilərin cəlb edilməsi və kadr hazırlığı” mövzusunda keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini Anar Əhmədov qeyd edib ki, muxtar respublikada sahibkarlığın inkişafı istiqamətində ardıcıl, səmərəli və sistemli tədbirlər görülür, sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərilir. Belə ki, təkcə 2018-ci ilin ötən dövrü ərzində muxtar respublikada nazirliyin xətti ilə yeni istehsal və xidmət sahələrinin yaradılması üzrə 16 layihəyə güzəştli dövlət maliyyə dəstəyinin göstərilməsi nəticəsində 5 milyon 544 min manat vəsait sərf olunub. 90-dan çox yeni iş yeri açılıb. Muxtar respublika iqtisadiyyatının inkişafı, yeni istehsal və xidmət sahələrinin yaradılması daxili əmək bazarında haqqı­ödənilən əmək fəaliyyəti ilə məşğul olan miqrantların sayının artmasına gətirib çıxarıb.
Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov çıxış edərək bildirib ki, hazırda muxtar respublikada özəl sektora və sahibkarlığa dövlət dəstəyinin gücləndirildiyi, əlverişli biznes və investisiya mühitinin formalaşdığı bir vaxtda Dövlət Miqrasiya Xidməti də qanunvericiliyin tələblərinə uyğun olaraq səlahiyyətləri çərçivəsində sahibkarlarla əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirir. Bununla bağlı xidmət tərəfindən hər zaman özəl sektora diqqət göstərilir, sahibkar­larla mütəmadi görüşlər keçirilir.

Ardını oxu...

Şərur Rayon İcra Hakimiyyətində “Naxçıvan Muxtar Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.
Tədbiri Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov açaraq rayonda bu sahədə görülən işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə “Naxçıvan Muxtar Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda çıxış edib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, torpaqların elekron uçotunun aparılması yolu ilə torpaq ehtiyatlarından daha səmərəli istifadənin təmin edilməsi üçün olduqca mühüm əhəmiyyətə malikdir. Bu fərmana əsasən 2020-ci ilədək muxtar respublikada dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılacaq və rəqəmsal kadastr xəritəsi tərtib ediləcək.

Ardını oxu...

Muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm amillərdən biri kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaradıb.
Görülən tədbirlər çərçivəsində Babək rayonunun Nehrəm kəndində tutumu 2500 ton olan soyuducu anbarın yaradılmasına başlanılıb. Soyuducu anbarın istifadəyə verilməsi əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatına şərait yaradacaqdır.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının zəruri texnika ilə təchizatı yüksək rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalında mühüm rol oynayır. Bu məqsədlə muxtar respublikada kənd təsərrüfatı məhsulu istehsalçılarının müvafiq maşın və mexanizmlərlə təchizatı da davamlı olaraq yaxşılaşdırılır. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 166-sı 2018-ci ilin yanvar-mart aylarında olmaqla, cəmi 2220 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib. 2018-ci ilin ilk rübündə 73 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilib, 26 ədədi nağd yolu ilə satılıb. Bu dövr ərzində məhsul istehsalçıları 5082,5 ton mineral gübrə ilə təmin olunub.

Ardını oxu...

Muxtar respublikamızın gələcək inkişafı ilə bağlı düşünülmüş mühüm proqramlardan biri də modern sənayeləşmədir. Son illərdə həyata keçirilən uğurlu ­siyasət yeni dövrün tələblərinə uyğun iqtisadiyyatın sənayeləşməsini daha da sürətləndirib. Bu sənayeləşməni təmin edən əsas amillər isə muxtar respublikanın malik olduğu təbii resurslar, iqtisadi potensial, dövlətin yeni yaradılan sənaye müəssisələrinə ­aktiv dəstəyi, ixrac imkanlarının artırılması istiqamətində həyata keçirilən tədbirlərdir.
Təsadüfi deyil ki, iri sənaye müəssisələrinin yaradılması, yeni məhsul növlərinin istehsalı sənayeləşmə prosesini daha da sürətləndirmiş, dinamik inkişafın təmin edilməsində əhəmiyyətli rol oynamışdır. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikada 372 növdə məhsul istehsal olunur, 344 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Bu iqtisadi siyasətdə sahibkarlığın inkişafı böyük rol oynadığından, hazırda sənaye məhsulunun 95 faizi özəl bölmənin payına düşür.
Təbii ki, sənaye məhsullarının istehsal həcmi artdıqca, bu məhsulların ixrac potensialı da artır. Çünki davamlı inkişaf istehsal və ixrac potensialının paralel olaraq yüksəlişini zəruri edir. Diqqət etsək, görərik ki, sənaye məhsullarının həcmi bütün hesabat dövrlərində artımla müşahidə olunur. Məsələn, bir neçə gün bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi muxtar respublikada 2018-ci ilin birinci rübünü özündə əks etdirən statistik məlumatları açıqladı. Həmin dövrü təhlil etsək, görərik ki, cari ilin yanvar-mart aylarında muxtar respublikada 241 milyon 42 min manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövründəki göstəricini 1,5 faiz üstələmişdir. Sənaye məhsulu istehsalının 96,6 faizi malların, 3,4 faizi isə xidmətlərin payına düşmüşdür. Dövlət sektorunda 11 milyon 97 min 500 manatlıq, qeyri-dövlət sektorunda isə 229 milyon 944 min 500 manatlıq sənaye məhsulu istehsal olunmuşdur. İstehsal edilən sənaye məhsulunun 95,4 faizi özəl sektorun payına düşmüşdür. Baxmayaraq ki, bəhs etdiyimiz dövrdə kənd təsərrüfatı məhsullarının istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faizlik göstərici ilə daha öndədir. Lakin məhsul ixracında sənayenin payı kənd təsərrüfatı məhsullarını 3 dəfədən çox üstələyir. Belə ki, 2018-ci ilin birinci rübündə muxtar respublikada 12 milyon 86 min 600 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdursa, həmin dövrdə ixrac edilən sənaye məhsullarının ixrac dəyəri 41 milyon 230 min 700 ABŞ dolları həcmində qeydə alınmışdır.
Sənayenin inkişafı üçün göstərilən maliyyə dəstəyi də kənd təsərrüfatı subyektlərinə verilən kreditlərdən çoxdur. Belə ki, sənayenin inkişafı üçün bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2018-ci ilin ilk rübündə 5 milyon 15 min manat, kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə isə ümumilikdə, 1 milyon 307 min 400 manat məbləğində kreditlərin verilməsi təmin olunmuşdur. Bu isə sənaye sahibkarlığına daha çox marağın olmasından irəli gəlir. Yeri gəlmişkən onu da qeyd edək ki, hazırda dünyanın inkişaf etmiş ölkələrində də istər yeni yaradılan, istərsə də istehsal olunan məhsulların dinamikasında sənaye məhsullarının payı kənd təsərrüfatı məhsullarının payından dəfələrlə çoxdur. Bu da onunla bağlıdır ki, təbii olaraq sənaye sahəsində məhsulların yeni növ və çeşidini yaratmaq mühüm tələbat kimi ortaya çıxır. Kənd təsərrüfatı məhsullarında isə əksinə mövcud məhsulların həcminin artırılmasına daha çox diqqət göstərilir. Beləliklə, sənaye məhsulunun dinamikası ümumi daxili məhsul istehsalında da pay çoxluğu ilə özünü göstərir. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar­-mart aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 524 milyon 186 min manatdan artıq olmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən çoxdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 54,1 faiz təşkil etmişdir.
Bir məsələni də qeyd etmək istərdik ki, bu gün muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin mühüm aspektlərindən biri də sənayeləşmədə şaxələndirməni təmin etməkdir. Müasir texnologiyaların imkanlarından istifadə olunmaqla yaradılan yeni sənaye müəssisələri, eyni zamanda yüksək ixrac qabiliyyəti ilə seçilən sənaye məhsullarının istehsalına imkan verir. Bu mənada, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça istehsalı emalat­xanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı mühüm əhəmiyyəti ilə seçilir. Sərəncamın icrasına uyğun olaraq yaradılacaq yeni xalça istehsalı müəssisəsi muxtar respublikada yüngül sənayenin inkişafına təkan verməklə yanaşı, bu ənənəvi sahənin bazar tələblərinə uyğun qurulmasına da yeni imkanlar açacaq.

 Səbuhi HƏSƏNOV

 

 

 

Aprelin 25-də Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi ilə birgə daşınmaz əmlakın və daşınmaz əmlakın istismarı zamanı mülki məsuliyyətin icbari ­sığortası sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə əlaqədar tədbir keçirilib.
Tədbirdə Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov çıxış edərək bildirib ki, muxtar respublikada həyata keçirilən tədbirlər nəticəsində iqtisadi potensial artıb, biznes və investisiya mühiti yaxşılaşdırılıb. Sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb, muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində bir çox istehsal və xidmət sahələri fəaliyyətə başlayıb.

Ardını oxu...

Muxtar respublikada bu sahənin inkişafı üçün mühüm işlər görülür 

Müasir dövrdə nəqliyyatın inkişafı hər bir ölkə və ya ayrılıqda region üçün mühüm əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, lazımi nəqliyyat infrastrukturu yaratmadan heç inkişafa nail olmaq mümkün deyil. Dəmiryol nəqliyyatı isə əsrdən də artıq bir dövrdə yük və sərnişin daşımalarında mühüm potensial istiqamət kimi daha çox diqqət çəkir. Çünki bu nəqliyyat vasitəsilə daha böyük həcmdə yükləri və çox sayda sərnişinləri münasib zaman çərçivəsində daşımaq mümkündür. Bu baxımdan dəmir yolları digər nəqliyyat vasitələrindən bütün parametrlər üzrə mühüm perspektivləri ilə fərqlənir.

Tarixən Azərbaycan torpaqlarından ayrı düşmüş Naxçıvanda da ötən əsrin əvvəllərindən fəaliyyətə başlamış dəmiryol nəqliyyatı, digər nəqliyyat vasitələri ilə müqayisədə daha tez formalaşmış, Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində daşı­maların əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. Qədim Naxçıvanın bir çox qonşu ölkələrlə əlaqələrdə mühüm qovşaqda yerləşməsi də, dəmiryol nəqliyyatının strateji əhəmiyyətini daha da artırmışdır. Hazır­da isə bu əhəmiyyət müasir dövrün tələblərinə uyğun olaraq daha ciddi maraqları öz üzərinə çəkməkdədir. Buna görə də hazırda muxtar respublikada dəmiryol infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı atılan hər bir addım gələcəyə hesablanıb.

Ardını oxu...

“Nilay” Şirniyyat Evinin fəaliyyətində bunu daha aydın görmək mümkündür

Muxtar respublikada iqtisadiyyatın bazar münasibətləri istiqamətində inkişafı insanların sahibkarlığa maraqlarını daha da gücləndirib. Bu istiqamətdə görülən işlər, yaradılan əlverişli şərait onların fəaliyyətlərini genişləndirmələrinə, yeni iş yerləri açmalarına, yerli istehsalı artırmalarına böyük stimul verib. Hazırda muxtar respublikamızda yüzlərlə sahibkar bu fəaliyyət növü ilə məşğul olaraq kiçik istehsal və emal müəssisələri yaradır, daxili bazarı keyfiyyətli yerli məhsullarla təmin edir. Belə müəssisələrdən biri də Kəngərli rayonunun Xok kəndində fəaliyyət göstərən “Nilay” Şirniyyat Evidir.
Yaxın günlərdə adıçəkilən müəssisəyə baş çəkdik. Sahibkar Əhliman Cəfərovla həmsöhbət olduq. O qeyd etdi ki, ilk dəfə bu işə kiçik bir sahəsi olan sexdə başladıq. Lakin sonrakı dönəmdə istehsal etdiyimiz məhsullara tələbat artdı. Sözün düzü, bizim məhsullara tələbatın bu qədər çox olacağını gözləmirdik. Zamanla bu tələbatın ödənilməsi üçün əlаvə işçi qüvvəsinə ehtiyac duyulduğundan daha geniş binаnın tikilməsi zərurəti yаrаndı. Digər sаhibkаrlаr kimi, biz də dövlət qаyğısındаn bəhrələndik. 2013-cü ilin mаrt аyındа kənddə iki mərtəbədən ibarət yeni binа inşa etdik. Hazırda binanın birinci mərtəbəsində хаmmаl və hаzır məhsullаrın sахlаnılmаsı üçün аnbаr, lavaş və kürə çörəyi istehsalı sahəsi, satış bölməsi, ikinci mərtəbəsində isə şirniyyat istehsalı sahəsi, iаşə хidməti göstərilməsi üçün yеməkхаnа, digər yаrdımçı оtаqlаr, inzibati heyət üçün ayrı-ayrı iş otaqları yerləşir.

Ardını oxu...

Bu gün Naxçıvan şəhərinin hansı səmtinə üz tutsan, rahat və geniş yollar, yaşıllıqlara qərq olan abad küçələr, müasir şəhərsalma mədəniyyətinin yüksək tələblərinə cavab verən əzəmətli memarlıq kompleksləri ilə qarşılaşarsan. Muxtar respublikanın günü-gündən artan sosial-iqtisadi inkişafı quruculuq işlərinin də həcminin daha da genişlənməsinə imkan verir. Bu tədbirlərdən paytaxt Naxçıvan şəhərinə böyük pay düşür. Son illər aparılan geniş abadlıq-quruculuq tədbirləri nəticəsində şəhərimizin görkəminə yeni çalarlar qatılıb, indi qədim şəhər müasir görünüşü ilə də hər kəsi heyran qoyur. Quruculuq işlərinin miqyası ildən ilə daha çox şaxələnir, ayrı-ayrılıqda hər bir sahəni əhatə edir.

Ardını oxu...

Müasir iqtisadi inkişafın mühüm tələblərindən biri elektron ödənişlərin həcminin daha da artırılması və nağdsız hesablaşmaların miqyasının genişləndirilməsidir.
Belə ki, nağdsız hesablaşmalar pul dövriyyəsini daha da sürətləndirməklə bu sahədə çevik idarəetmənin həyata keçirilməsinə və şəffaflığa imkan yaradır. Bu baxımdan muxtar respublikamızda əhaliyə müasir səviyyəli keyfiyyətli bank xidmətlərinin göstərilməsi üçün elektron bankçılıq sahəsində fəaliyyətin daha da genişləndirilməsi həyata keçirilən prioritet tədbirlərdəndir. Bu sahədə görülmüş işlərlə əlaqədar Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən verilmiş məlumatda bildirilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a uyğun olaraq cari ildə də muxtar respublikada nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilməkdədir. Belə ki, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz edilməsi məqsədilə POS-terminalların quraşdırılması daim diqqət mərkəzində saxlanılmış, 1 aprel 2018-ci il tarixə onların sayı 1265-ə çatdırılmışdır. Təkcə cari ilin mart ayında POS-­terminallar vasitəsilə edilən ödənişlərin həcmi 973 min manata yaxın olmuşdur.

Ardını oxu...

Son yarım əsrə yaxın bir dövrdə ölkəmizdə ekologiyaya münasibət hər zaman aktual olub. Belə ki, ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ekoloji problemlərin həlli istiqamətində mühüm qərarlar qəbul edilib, ictimaiyyətin diqqəti ətraf mühitin mühafizəsinə yönəldilib, geniş yaşıllaşdırma tədbirləri ­aparılıb.
“Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genofondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”, – deyən ümummilli lider ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da ekoloji problemlərin həllini diqqətdə saxlayıb. Bu sahədə dövlət siyasətini tənzimləyən zəngin qanunvericilik bazası yaradılıb, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunub. Hazırda ölkə Prezidenti ­cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ekologiyanın mühafizəsi sahəsində mühüm işlər görülür, yaşıllıqların qorunması və artırılması istiqamətində lazımi tədbirlər həyata keçirilir.

Ardını oxu...

22 aprel hər il dünyada Beynəlxalq Yer Kürəsi Günü kimi qeyd olunur. Yaranma tarixi XIX əsrin 40-cı illərinə təsadüf edən həmin günün qeyd olunmasında məqsəd ekoloji problemlərin aradan qaldırılması, ətraf mühitin çirklənməsinin qarşısının alınmasıdır. Hər il aprelin 22-də ölkə­mizdə, eləcə də muxtar respublikamızda həmin günün mahiyyətini özündə əks etdirən tədbirlər təşkil edilir. Ötən şənbə iməciliyi isə muxtar respublikamızda Beynəlxalq Yer Kürəsi Gününə həsr olunub.
Bu məqsədlə aprelin 21-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən iməcilikdə nazirlik və təşkilatların əməkdaşları, eləcə də gənclər iştirak edib. Naxçıvan şəhəri ətrafında salınmış “Gənclər bağı”nda keçirilən iməcilikdə muxtar respublikada təhsil alan əcnəbi tələbələr də iştirak ediblər. Bağda əkilmiş ağaclar suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Yüksək fəallıq müşahidə olunan iməcilikdə əcnəbi tələbələr həvəslə çalışıblar.

Ardını oxu...

Zəhmətkeş təsərrüfat sahibi ilə söhbət əsrarəngiz yaz günlərindən birinə təsadüf etmişdi. Naxışnərgizin çay boyunca səpələnmiş yaraşıqlı evləri kəndin gözəlliyinə bir özgə naxış vururdu. Bu il havalar yağıntılı olduğundan yaz otları hər yerdə boy atmış, sanki yerə yaşıl bir xalı sərilmişdi. Axşamdan yağan yağışdan sonra çəmən-düz şehə bürünmüşdü. Kimisi qoyun-davarı qabağına qatıb sürünü çölə aparır, kimisi də cücələri qatar-qatar arxasınca düzən ev quşlarına qulluq edirdi. Yaxınlıqdan keçən Qahab çayı isə şaxələnib qollara ayrılır, səhər mehindən yarpaqlar qımıldanır, təbiət    canlanırdı. Laylanmış buludlar kəndin üzərində qanadını gərmiş nəhəng bir quş kimi sürünürdü. 

Sözləşdiyimiz kimi, naxışnərgizli Qəzənfər Qurbanov bizi yaraşıqlı kənd mərkəzinin qabağında gözləyirdi.
Bəri başdan deyim ki, ətraf yerlərdə Qəzənfər kişini hər kəs əliqabarlı, zəhmətsevər əmək adamı kimi tanıyır. Şux qamətli, orta yaşlı bu adam təsərrüfatında 600-ə yaxın qoyun-quzu saxlayır. Elə ki yaylaq vaxtı gəldi, ailə­sini də götürüb üz tutur, dağa-daşa.
Qəzənfər kişi bizimlə hal-əhval tutub söhbətə başlayır: “Rəhmətlik babam bizə öyüd-nəsihət edən zaman deyərdi ki, ay oğul, kənddə yaşayırsansa, ­toyuq-cücən, malın-heyvanın olmalıdır. Çünki yaxşı yaşayış, gün-güzəran qazanmaq üçün heç də dövlət qulluqçusu, iş adamı olmağa gərək yoxdur. Zəhmət çəkib çörəkpulu üçün yaxın-uzaq ellərə də üz tutmaq lazım deyil.

Ardını oxu...

Muxtar respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Süni Mayalanma Mərkəzinin tikintisinə başlanılıb. Mərkəz Babək rayonunda 2 hektara yaxın ərazidə inşa olunur. Burada iki mərtəbədən ibarət inzibati bina, yataqxana, tövlə, yem anbarı və yemhazırlama sahəsi, baytarlıq klinikası, karantin məntəqəsi, müxtəlif laboratoriyalar və digər obyektlər inşa olunacaq. Hazırda kompleksə məxsus inzibati binanın təməlində beton-qəlib işləri görülür, ərazi hamarlanır.
Qeyd edək ki, mərkəzin tikintisinə ölkə başçısı cənab İlham Əliyevin 2018-ci il 22 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamla start verilib. Həmin sərəncamla mərkəzin tikintisinə 3 milyon manat vəsait ayrılıb. Bu işlərin həyata keçirilməsi Naxçıvanda heyvandarlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına imkan verəcək. Belə ki, hazırda 23 süni mayalanma məntəqəsinin fəaliyyət göstərdiyi muxtar respublikada yeni yaradılacaq mərkəz bu sahədə işləri daha da təkmilləşdirəcək. Müvafiq məntəqələrdə həyata keçirilən tədbirlər vahid mərkəzdən mütəşəkkil şəkildə idarə olunmaqla müsbət nəticə verəcək. Bununla da heyvanların cins tərkibinin yaxşılaşdırılması prosesi daha da sürətləndiriləcək ki, bu da süd və ət istehsalının bir neçə dəfə artmasına imkan verəcək. Reallaşdırılacaq layihənin digər bir əhəmiyyəti ondadır ki, gələcəkdə muxtar respublikadan cins mal-qaranın diri çəkidə ixracı üçün də potensial baza formalaşacaq.

Ardını oxu...

Muxtar respublikada qədim və çox əhəmiyyətli təsərrüfat sahəsi olan arıçılığa göstərilən dövlət qayğısı nəticəsində bu sahə yüksək inkişaf mərhələsinə qədəm qoyub. Arıçılıqla məşğul olmaq istəyən sahibkarlıq subyektlərinin sayı ildən-ilə artmaqdadır.
Təkcə 2017-ci ildə bu sahə üzrə təsərrüfat subyektlərinə 50 min manat məbləğində kredit verilib, 3 arıçılıq təsərrüfatı və mum vərəqi istehsalı sahəsi yaradılıb. 2016-2017-ci illərdə “Arıçılıq məhsulları-bal” festivallarının keçirilməsi də bu sahəyə marağın artmasına və istehsal olunan məhsulların satışına müsbət təsir göstərib.
Bu gün Naxçıvanda 4070-dən çox sahibkar arıçılıqla məşğul olur. Onlardan 549 sahibkarın 200-250 arı, o cümlədən 411 sahibkarın 20-dən çox, 116 sahibkarın 50-dən çox və 22 sahibkarın 100-dən çox arı ailəsi var. Hesablamalar göstərir ki, muxtar respublikamızda arı ailələrinin sayını 100 minə çatdırmaq və məhsuldarlığını artırmaq mümkündür.

Ardını oxu...

Balıqçılıq qədim zamanlardan bəri gəlirli sahələrdən sayılıb. İllər ötdükcə bu sahəyə maraq daha da artıb və balıqçılıq bir peşə kimi formalaşıb. Əhalinin  orqanizm üçün hədsiz faydalı olan balıq məhsullarına tələbatı artdığından bir çox sahibkar bu gəlirli işlə məşğul olur. Müstəqillik illərində sahibkarlığa göstərilən dövlət dəstəyi balıq istehsal edən müəssisələrin sayının artması ilə nəticələnib.

Bu gün Naxçıvanda balıqçılığın inkişafı üçün geniş imkanlar vardır. Doğma diyarımızın əlverişli coğrafi mövqeyi, təbii iqlim şəraiti, bol sulu göl və çaylarının olması, eyni zamanda dövlətin göstərdiyi dəstək və qayğı balıqçılığın inkişafına geniş imkanlar açıb. Sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi bu sahəyə maraq göstərənlər üçün böyük stimul olub. Əhalisinin əksəriyyətinin əkin-biçinlə məşğul olduğu bölgə sayılan Kəngərlidə də son vaxtlar balıq yetişdirilməsinə maraq xeyli artıb. Qarabağlar kəndində fəaliyyət göstərən “Asnı” qızıl xallı ala balıq yetişdirmə təsərrüfatında baş verən dəyişikliklər də diqqətçəkəndir. Belə ki, 1 hektar ərazini əhatə edən həmin təsərrüfatda 2016-cı ilin sentyabr ayından başlayaraq günün tələbləri səviyyəsində fəaliyyət göstərmək üçün hər cür şərait yaradılıb. İlk olaraq ərazidə geniş abadlıq işləri görülüb, 150 ağac tingi əkilib, 33 böyük, 20 kiçikölçülü hovuz düzəldilib, bəndlər bərkidilib, su qurğuları təzələnib. Həmçinin hovuzlara enmək üçün pilləkənlər quraşdırılıb. Çayın suyu borularla davamlı olaraq hovuzlara axıdılır. Su burada lazımi səviyyəni aldıqdan sonra öz axarı ilə hovuzların aşağı tərəfində qoyulmuş çıxıntılardan birbaşa arxa tökülür. Beləliklə, suyun səviyyəsi daim sabit qalır. Digər tərəfdən su davamlı olaraq təzələnir ki, bu da balıqların bəslənməsi və inkişafı üçün zəruri amillərdən biridir.

Ardını oxu...

Muxtar respublikada istehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi diqqət mərkəzində saxlanılır, bu sahədə ardıcıl tədbirlər görülür. 2018-ci ilin birinci rübündə də bu iş davam etdirilmiş, daxil olan müraciətlərə əsasən 248 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılmışdır. İstehlakçılara verilən təbii qazın dayanıqlı olması üçün istismarda olan təzyiq və qaztənzimləyiciləri, daşıyıcı və paylayıcı qaz kəmərləri, nəzarət-ölçü cihazları və digər texnoloji avadanlıqlar yenilənmişdir.
“Naxçıvanqaz” İstehsalat Birliyi nəzərdə tutulan işləri vaxtında yerinə yetirmiş, qazın nəqli zamanı meydana çıxan texniki itki normalarının minimal həddə saxlanılması üçün tədbirlər görülmüş, təbii qazdan qanunsuz istifadə hallarının qarşısı alınmışdır. Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqamətində işlər davam etdirilmiş, 474 qaz sayğacı quraşdırılmışdır. Muxtar respublikada 2018-ci ilin birinci rübündə yeni qaz boru xətlərinin quraşdırılması, yerinin dəyişdirilməsi, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi ilə əlaqədar 39 min paqonometrə yaxın müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə olunmuşdur.

“Naxçıvanqaz” İstehsalat
Birliyinin mətbuat xidməti

Əhalinin normal həyat şəraitinin daha da yaxşılaşdırılması məqsədilə muxtar respublikada ardıcıl tədbirlər görülür, müxtəlif istiqamətli quruculuq işləri həyata keçirilir.

Regionun ən böyük bölgələrindən biri olan Şərur rayonunda da bu məsələ diqqət mərkəzində saxlanılıb. 2017-ci ildə Ələkli, Qarahəsənli, Ərəbyengicə, Arpaçay, Çəmənli kənd­lərini bəzəyən yeni sosial obyektlər, Şərur şəhərində inşa olunan 2 nömrəli tam orta məktəb, əsaslı şəkildə təmir olunan beşmərtəbəli yaşayış binası, mərkəzi xəstəxana ötən ilin və bu ilin ilk aylarında inşa olunub əhalinin istifadəsinə verilib.
Cari ildə isə İbadulla, Kosacan və Kərimbəyli kəndlərində geniş quruculuq tədbirlərinə başlanılıb.
İbadulla kəndində tikilən üçmərtəbəli məktəb binası 522 şagird üçün nəzərdə tutulub. Kosacan kəndində yenidən qurulan üçmərtəbəli təhsil müəssisəsində 234 şagirdin təlim­-tərbiyəsi üçün hər cür şərait yaradılacaqdır. Kərimbəyli kənd tam orta məktəbinin binası isə 270 şagird üçün nəzərdə tutulub.
Hər üç ünvanda kənd və xidmət mərkəzləri də inşa olunacaq, bütün infrastruktur ­təzələnəcəkdir.

Xəbərlər şöbəsi

Muxtar respublikanın dayanıqlı və davamlı inkişafının təmin olunması istiqamətində cari ilin ötən dövründə mühüm tədbirlər həyata keçirilmiş, yüksək nəticələr əldə olunmuşdur.
2018-ci ilin yanvar-mart aylarında ümumi daxili məhsul istehsalı 524 milyon 186 min manatdan artıq olmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 1156 manatı ötmüşdür. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 54,1 faiz təşkil etmişdir.
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-mart aylarında sənaye məhsulu 1,5 faiz, əsas kapitala yönəldilən vəsaitlər 2,7 faiz, kənd təsərrüfatı məhsulu 3 faiz, nəqliyyat sektorunda yük daşınması 1,8 faiz, informasiya və rabitə xidmətləri 1,6 faiz, ­ o cümlədən mobil rabitə xidməti 1,9 faiz artmışdır.

Ardını oxu...

Muxtar respublikamızın müasir sosial-iqtisadi inkişafının əsas faktorları arasında sahibkarlıq fəaliyyəti mühüm yer tutur. Bu sahənin genişləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi diqqət mərkəzindədir. Belə ki, sahibkarlığın daha da inkişaf etdirilməsi, onun rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verib və Naxçıvan Muxtar Respublikası ölkəmizdə investisiya cazibədarlığı baxımından liderdir. Qazanılmış müsbət təcrübə ilə cari ildə muxtar respublikamızda sahibkarlığa, xüsusilə də kiçik sahibkarlığa dövlət dəstəyi davam etdirilməkdədir. 

Tarixi təcrübə sübut edir ki, iqtisadiyyatda qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi mühüm şərtlərdəndir. Muxtar respublikamızda müasir inkişaf mərhələsində sahibkarlıq fəaliyyətinin təşviq olunması, məhsulların ixrac imkanlarının genişləndirilməsi və yeni layihələr üçün kredit dəstəyinin verilməsi bu sahənin uğuru üçün vacib məsələlər kimi daim diqqətdə saxlanılır. Bu baxımdan muxtar respublikamızda iqtisadi inkişafın davamlılığının təmin edilməsi məqsədilə yeni sahibkarlıq sahələrinin yaradılması və onlara kredit dəstəyinin göstərilməsi davam etdirilir.

Ardını oxu...

2018-ci ilin birinci rübündə muxtar respublikada avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Bu dövrdə daşımalarla məşğul olan hüquqi və fiziki şəxslərin maarifləndirilməsi işi genişləndirilmiş, ayda bir dəfə Naxçıvan Avtobus Parkında sərnişin daşımalarını yerinə yetirən sahibkarların və sürücülərin iştirakı ilə seminar-müşavirə keçirilmişdir. Nazirlik tərəfindən şəhərdaxili nəqliyyatın intensiv və keyfiyyətli fəaliyyətini təmin etmək, 2017-2018-ci illərin payız-qış mövsümünü uğurla başa vurmaq üçün Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin fəaliyyəti daim nəzarətdə saxlanılmışdır.
Muxtar respublikadan Türkiyə Respublikasının müxtəlif şəhərlərinə avtobus marşrutlarının fəaliyyəti davam etdirilmiş, hər gün iki reys olmaqla, Naxçıvan-İqdır və əks-istiqamətdə sərnişindaşıma həyata keçirilmişdir. 2018-ci ilin birinci rübündə Naxçıvan­-Bakı-Naxçıvan marşrutu üzrə Naxçıvandan Bakıya 3254, Bakıdan Naxçıvana isə 3318 sərnişin daşınmışdır.
Muxtar respublika daxilində sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilmiş, rayon mərkəzləri və kənd­lərin hamısı marşrutla təmin edilmiş, sərhəd kəndlərinə və ucqar dağ kəndlərinə işləyən marşrut avtobuslarının fəaliyyəti xüsusi nəzarətdə saxlanılmışdır. Həmçinin taksi və avtobus sürücülərinin muzeylərə 12 dəfə ekskursiyaları təşkil olunmuşdur.


Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti

Ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra flora və faunamızın qorunması istiqamətində xeyli irəliləyişlər əldə edib, bir çox beynəlxalq konvensiya və sazişlərə qoşulub, üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində zəruri addımlar atıb. Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 

Ulu öndərimiz çıxışlarının birində ekoloji problemlərin həlli barədə belə deyib: “Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genofondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”. Dahi ­şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bu istiqamətdə kompleks tədbirlər həyata keçirilib, respublikamızın bütün bölgələrində geniş yaşıllaşdırma işləri aparılıb. Həmçinin beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, birgə layihələr hazırlanaraq həyata keçirilib, ekoloji tarazlığın təmin edilməsinə, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasına yönəldilmiş bir sıra dövlət proqramlarının icrasına başlanılıb. Nadir və nəsli kəsilmək təhlükəsi ilə qarşı-qarşıya qalan flora və fauna növlərinin qorunub saxlanması məqsədilə milli parklar, dövlət təbiət qoruqları və yasaqlıqları yaradılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu ilin ilk rübündə yerli məhsulların keyfiyyətini, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin standartların tələblərinə uyğunluğunu diqqətdə saxlamış, məhsulların keyfiyyət göstəriciləri 354 halda yoxlanılmış, sertifikatlaşdırılma ilə bağlı elektron xidmət vasitəsilə daxil olmuş 106 müraciət operativ icra olunmuşdur. Bu dövrdə 49 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılmışdır. Təsərrüfat subyektlərindən götürülmüş məhsul nümunələrinin 329 halda laboratoriya analizləri aparılmış və texniki normativ hüquqi aktların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
Meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların 34 halda keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra sertifikatlaşdırılmış, 2 anbardan, 4 istixanadan və 7 satış obyektindən götürülmüş məhsulların 21 halda laboratoriya analizləri aparılmışdır. Arıçılıq məhsullarının və arıçılıq təsərrüfatlarında istifadə olunan avadanlıqların sertifikatlaşdırılması tədbirinin icrası istiqamətində aidiyyəti təşkilatların nümayəndələri ilə birlikdə Ordubad şəhərində, Babək qəsəbəsində, Culfa rayonunun Ərəzin və Şərur rayonunun Ərəbyengicə kəndlərində arıçılıq məhsulları istehsalçıları ilə maarif­ləndirmə xarakterli görüşlər keçirilmiş, bal məhsullarından götürülmüş nümunələr analiz olunmuş və keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğunluğu müəyyən edilmişdir.

Ardını oxu...

2018-ci ilin birinci rübündə muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi diqqət mərkəzində saxlanmış, 577 yeni telefon nömrəsi istismara verilmişdir. Bu dövrdə muxtar respublika ərazisində, ümumilikdə, 7580 metr ­fiber-optik xətt çəkilmişdir. “Evədək optika” layihəsi çərçivəsində 10 fərdi mənzil fiber-optik xətlə, 2053 yeni abunəçi isə genişzolaqlı internetlə təmin olunmuşdur. 

Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında yenilənmə işləri davam etdirilmiş, “Naxçıvan İslam Mədəniyyəti – 2018” internet səhifəsi qlobal şəbəkəyə inteqrasiya olunmuşdur. Dövlət Sığorta Agentliyi və onun rayon idarələri arasında sənəd mübadiləsi üçün daxili şəbəkə quraşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun server və şəbəkə avadanlıqları yenilənmiş, rayon şöbələrinin mərkəzlə əlaqələri təmin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumat verilməsi xidmətinin “Elektron hökumət” portalına inteqrasiya edilməsi işləri başa çatdırılmışdır.
Şərur rayonunun Ərəbyengicə kəndində yeni poçt bölməsi yaradılmış, Culfa rayonunun Dizə kəndində poçt bölməsi yeni binaya köçürülmüşdür. 2018-ci ilin birinci rübündə kompüter kursları üzrə təhsil almaq istəyən 151 dinləyici üçün 12 ümumi və 51 fərdi qrup təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Muxtar respublikada dəmir yolunda daşımaların təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır. Bütün bunların nəticəsidir ki, ilin birinci rübündə dəmir yolu vasitəsi ilə muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 7020 ton müxtəlif təyinatlı yük daşınmışdır. Hesabat dövründə yük-sərnişin qatarları vasitəsilə 36 min 908 sərnişin daşınmış, 486 sərnişin isə Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sərnişin qatarından istifadə etmişdir.
Culfa Lokomotiv Deposunda lokomotivlər 11 dəfə texniki baxışdan keçirilmiş, 7 lokomotiv cari təmir edilmişdir.
İnfrastruktur İdarəsinin xidməti ərazisində baş və stansiya yollarına baxış keçirilmiş, yağış və leysan sularının maneəsiz ötürülməsi üçün tədbirlər görülmüşdür. Xidməti ərazidəki bütün keçidlər, yol yatağı, yoldəyişən və süni qurğular yoxlanılaraq çatışmazlıqlar aradan qaldırılmış, uçmaq təhlükəsi olan yerlərdə daşların zərərsizləşdirilməsi təmin edilmişdir. Dəmir yolunda istismarda olan maşın-mexanizmlərin saz vəziyyətdə saxlanılması üçün mütəmadi olaraq yoxlamalar aparılaraq çatışmazlıqlar aradan qaldırılmış, rabitə xətləri yenilənmişdir. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin, Aza və Naxçıvançay təhlükəsizlik komandasının inzibati binalarında əsaslı təmir işləri davam etdirilmiş, Dəstə İdarəetmə Mərkəzi binasının əsaslı təmiri başa çatdırılmışdır.

“Naxçıvan Dəmir Yolları”
Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti

Muxtar respublikada meliorasiya və su təminatı məsələləri diqqət mərkəzində saxlanılır. Yaz suvarma mövsümünü mütəşəkkil keçirmək məqsədilə tədbirlər görülmüş, nasos stansiyalarında, hidrotexniki qurğularda təmir-bərpa işləri aparılmış, kanallarda, arxlarda, kollektor və drenajlarda lildən təmizləmə və təmir işləri həyata keçirilmişdir. 2018-ci ilin birinci rübündə su anbarlarına 183 milyon kubmetr su ehtiyatı yığılmış, 101 kilometr beton və torpaq kanal, 97 kilometr ara arxları, 7 kilometr kollektor lildən təmizlənmiş, ­ 12 kilometr yeni suvarma və 2 kilometrə yaxın yeni içməli su xətti çəkilmiş, 5 kəhriz bərpa olunmuşdur.
Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 410 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanmış və 6280 metr paylayıcı boru xətti çəkilmişdir. Sədərək və Kəngərli rayonlarında 36 hektar torpaq sahəsi əkin üçün yararlı vəziyyətə gətirilmişdir. Həyata keçirilən meliorativ tədbirlər nəticəsində muxtar respublika üzrə 230 hektar sahədə qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır. Bundan başqa, torpaqları seldən qorumaq məqsədilə Naxçıvançay və Cəhriçay vadilərində, Qahab və Sirab selovlarında 6 kilometr istiqamətləndirici bənd tikilmişdir.
“Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində 2018-ci ilin birinci rübündə Şərur rayonunun Yengicə kəndində 4 kilometrə yaxın içməli su xətti, Babək rayonunun Şəkərabad kəndində müxtəlif diametrli borularla 9 kilometr içməli su xətt və 9 kilometr kanalizasiya xətləri çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikasında təbiətin qorunması, əlverişli ekoloji mühitin yaradılması sahəsində həyata keçirilən tədbirlər 2018-ci ilin birinci rübündə də davam etdirilmiş, dövlət pro­qramlarında nəzərdə tutulmuş ekoloji tədbirlər vaxtında icra olunmuşdur.
Cari ilin yaz əkin mövsümündə muxtar respublikanın yaşıl örtüyünün sahəsi 170 hektar artırılmışdır. Belə ki, 21,5 hektarı üzüm bağı olmaqla, 78,5 hektar sahədə yeni meyvə bağları, 91,5 hektar sahədə isə yaşıllıq zolaqları salınmış, 221 min meşə və meyvə tingləri, bəzək və gül kolları əkilmişdir. 2018-ci ildə Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə bağlı olaraq muxtar respublikada 21 hektar ərazidə “Gənclər bağı” salınmışdır. Əkin işlərinin aparılmasında istifadə edilən ting ehtiyatı nazirliyin tingçilik təsərrüfatlarında yetişdirilmişdir. Hazırda tingçilik təsərrüfatlarında əkinəyararlı 300 mindən çox meşə və meyvə tingləri, eləcə də gül kolları vardır.
Muxtar respublikada təbiətin mühafizəsi sahəsində tədbirlər davam etdirilmiş, 20 yoxlama-reyd aparılmışdır. Həmçinin istifadə edilən suların ekoloji vəziyyətinin nəzarətdə saxlanılması və standartlara uyğunluğunun öyrənilməsi məqsədilə 35 monitorinq-yoxlama həyata keçirilmişdir. Bundan başqa, tullantı poliqonlarında ekoloji vəziyyət nəzarətdə saxlanılmış, ətraf mühit və təbii sərvətlərdən istifadəyə dair 49 müəssisəyə ekoloji ödənişlər tətbiq edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

Muxtar respublikada daşınmaz əmlak və torpaq münasibətlərinin tənzimlənməsi sahəsində göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi 2018-ci ilin birinci rübündə də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqət mərkəzində saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq Naxçıvan şəhərinin Əliabad qəsəbəsində, Qaraxanbəyli, Qaraçuq və Bulqan, Şərur rayonunun isə Düdəngə və Zeyvə kəndlərində daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılmışdır. Ümumilikdə, birinci rübdə muxtar respublikada 3910 daşınmaz əmlak obyekti plana alınmışdır.

Ardını oxu...

Muxtar respublikada ekoloji tarazlığın qorunması və kənd təsərrüfatının müasir səviyyədə inkişaf etdirilməsi üçün əhəmiyyətli tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində regionda torpaq münbitliyinin qorunması, bərpası, artırılması və ­aqrar-sənaye inteqrasiyası əsasında kənd təsərrüfatının inkişaf etdirilməsi üzrə işlər aparılır.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 avqust tarixli Qərarı ilə təsdiq olunmuş “Arazboyu ərazinin ekoloji qiymətləndirilməsinə dair Hesabat”da qeyd olunan məsələlərin həll edilməsi ilə əlaqədar muxtar respublikanın nazirlik, komitə və bir neçə təşkilatları ilə bərabər, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Torpaq ehtiyatları laboratoriyasına da tapşırıqlar verilmişdir. Bunlardan biri də Arazboyu zonada əkinəyararlı ərazilərdə torpaqların münbitliyinin bərpası, artırılması və əkin dövriyyəsinə qaytarılması məqsədilə, xüsusilə yem, o cümlədən paxlalı və digər mədəni bitkilərin əkilməsi üçün tədqiqatların aparılmasıdır.
Bu məqsədlə həmin ərazidə aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, düzənlikdə, əsasən, boz, boz-çəmən, boz-qonur, bataqlıq-çəmən, çəməntipli, çəmən, şoran, allüvial-çəmən və sair torpaqlar yayılmaqla, bu torpaqların əksəriyyətində az da olsa, deqradasiya prosesləri, yəni şoranlaşma, eroziya, bataqlıqlaşma, daşlıq, kol-kos basmış sahələr, antropogen digər təsirlər müşahidə olunur.

Ardını oxu...

Muxtar respublikada kənd təsərrüfatının, eləcə də onun aparıcı sahələrindən olan heyvandarlığın inkişafı daim diqqət mərkəzində saxlanılır. Əhalinin sağlam və keyfiyyətli ət və süd məhsulları ilə təmin olunması sahəsində ardıcıl tədbirlər görülür, baytarlıq xidmətinin səviyyəsi yüksəldilir, epizootik vəziyyətə tam ­nəzarət edilir.
Dövlət Baytarlıq Xidməti tərəfindən mart ayında da ardıcıl tədbirlər həyata keçirilmişdir. Belə ki, ötən ay mərkəzi və rayon baytarlıq laboratoriyalarında bruselyoz xəstəliyinə görə 9736 qan nümunəsi, 218 patoloji nümunə, 5 adda 16 min 771 parazitar nümunə müayinələrdən keçirilmişdir. Profilaktika məqsədilə 6417 baş iribuynuzluda qarayara, 13 min 202 baş iribuynuzluda emkar, 60 min 613 baş iribuynuzluda nodulyar dermatit, 1698 baş iribuynuzluda dabaq, 13 min 362 baş xırdabuynuzluda isə bradzot xəstəliyinə qarşı peyvənd­ləmə tədbirləri aparılmışdır. Qeyd olunan dövrdə 319 obyektdə dezinfeksiya və dezinseksiya işləri görülmüş, baytarlıq nəzarəti altında olan obyektlərdə 23 dəfə reyd aparılmış, Sanitar-ekspertiza laboratoriyalarında 1259 nümunə orqanoleptik, bakterioskopik, toksikoloji müayinələrdən keçirilmişdir.

Ardını oxu...

Ölkəmizdə həyata keçirilən inkişaf strategiyasının əsas prioritetlərindən biri də ucqar yaşayış məntəqələrində kiçik və orta sahibkarlığın genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və özünüməşğulluğun təmin olunmasıdır. Məhz ucqar ərazilərdə bu yolla daha çox iş imkanlarının yaradılması dövlətimiz tərəfindən həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsi kimi diqqəti cəlb edir.
Bazar iqtisadiyyatı şəraitində yeni iş yerlərinin yaradılmasında özünüməşğulluq modelindən istifadə dünya təcrübəsində geniş tətbiq olunur. Muxtar respublikamızda da təbii ehtiyatlardan və əmək potensialından istifadə olunmaqla bu sahənin inkişaf etdirilməsi son dövrlərdə daha intensiv şəkildə həyata keçirilir. Belə ki, ailə təsərrüfatları yaratmaqla özünüməşğulluğun təmin olunması sadə idarəetmə yolu ilə konkret bir məhsul və ya xidmətin istehsalı üzrə bazar tələbatının ödənilməsi və şübhəsiz, bunun vasitəsilə də belə təsərrüfatlarda məşğul olan insanların gəlirlərinin artırılması deməkdir. Bazarda formalaşmış tələbə çevik uyğunlaşan, biznesini günün tələbləri səviyyəsində qura bilən, iqtisadi resurslara, xüsusən enerji, xammal və maliyyə ehtiyatlarına qənaətlə yanaşan belə təsərrüfatçılıq subyektləri inkişaf etmiş ölkə­lərdə ümumi daxili məhsulun yaradılmasında mühüm paya malikdir.

Ardını oxu...

Muxtar respublikada rabitə sektoruna investisiyaların cəlb edilməsi nəticəsində istismarda olan avtomat telefon stansiyaları müasir tələblərə cavab verən yeni rabitə sistemi ilə əvəz olunub. Ən ucqar dağ kəndlərində belə, genişzolaqlı, yüksəksürətli internet və digər müasir telekommunikasiya şəbəkələri istifadəyə verilib. Həyata keçirilən tədbirlərin bir qismini də rabitə və poçt xidmətlərinin səviyyəsinin yüksəldilməsi üçün bu sahədə tikinti-quruculuq işlərinin aparılması təşkil edir. Bu işlərin davamı kimi hazırda Ordubad şəhərində rayon Rabitə Evi üçün yeni bina inşa olunur.
Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada dam örtüyü vurulub, pəncərələrin salınması üçün tamam­lama işləri aparılıb. Eyni zamanda obyektdə kommunikasiya xətlərinin çəkilməsi başa çatdırılıb. Hazırda binanın fasadında üzləmə işləri aparılır, daxildə döşəməyə üzlük daşlar vurulur. Tikilinin arxa hissəsində isə istinad divarı üçün beton-qəlib işləri davam etdirilir.
Yeni binada rabitəçilər üçün müasir iş şəraiti yaradılması, rabitə və poçt xidmətlərinin keyfiyyətinin yüksəldilməsi nəzərdə tutulur.

Xəbərlər şöbəsi

Naxçıvan şəhərinin görkəminin zaman keçdikcə daha da gözəlləşməsi sakinlər tərəfindən böyük sevinclə qarşılanır. Son vaxtlarda şəhərdəki yaşayış binalarının əsaslı təmiri və yeni yaşayış komplekslərinin yaradılması əhalinin mənzil-məişət şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
Ötən dövr ərzində Naxçıvan şəhərində onlarla yaşayış binası əsaslı təmir olunub, mənzillərin sahəsi genişləndirilib, binaların əksəriyyətinin təməli möhkəmləndirilərək əlavə mərtəbələr artırılıb, binalarda müasir kommunikasiya xətləri quraşdırılıb. Əhalinin rahatlığının təmin olunması istiqamətində atılan bu addımlar daimi yaşayış üçün buraya qayıdanların da sayının artmasına səbəb olub.
Naxçıvan şəhərinin Heydər Əliyev prospekti də bu quruculuq ərməğanından pay almış ünvanlardandır. Bu il mart ayının 16-dan etibarən prospektdəki 60 nömrəli binada əsaslı təmir işləri aparılır. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçılarının çalışdığı obyektdə texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunur. İş icraçısı Samiq ­Abdullayevdən aldığımız məlumata görə, 4 mərtəbəli yaşayış binasının hazırda fasad hissəsi sökülüb, bloklarda söküntü işləri davam edir, daxili elektrik xətti çəkilir. Ərazidə kifayət qədər işçi qüvvəsi çalışır, onlar lazım olan mal-materiallarla təmin olunublar.

Ardını oxu...

Naxçıvanın hər daşı tarix, hər gülü, çiçəyi min bir dərdə dərmandır. Naxçıvan şəhərindən, təxminən, 8 kilometr aralıda, Araz çayının yaxınlığındakı Nehrəm kəndi isə özünün bostan bitkiləri, xüsusən də qarpızı ilə tanınır. Yazıda Nehrəm qarpızı­nın sirri və ilin bu vədəsində ona göstərilən qulluq barədə danışacağıq.
Erkən yazda nehrəmlilər bu nemətin ərsəyə gətirilməsi üçün sahələrə axışır, böyük zəhmət sərf edirlər. Elə ailələr var ki, mövsümdə bostan bitkilərindən əldə etdikləri qazanc hesabına yeni ev tikir, avtomobil alır, bir sözlə, gün-güzəranını torpağa bağlamaqla ondan bəhrələnirlər. Artıq rayonun Yarımca, Araz, Hacıvar kimi kəndlərində də qarpız əkininə geniş yer verilir. İndi Naxçıvan-Culfa magistralı boyu, daha dəqiq desək, “Pircüvar düzü”ndə torpaq mülkiyyətçilərinə addımbaşı rast gəlmək mümkündür. Əkinlərin, xüsusən bu ərazidə aparılması məhsuldarlığın yüksək olması ilə bağlıdır.

Ardını oxu...

Muxtar respublikanın hərtərəfli inkişafında xüsusi payı olan Şərur rayonu bu gün özünün inkişaf dövrünü yaşayır. Əhalisinin sayına görə muxtar respublikanın ən böyük yaşayış məntəqəsi olan Şərur rayonunda əldə olunmuş uğurlar, dinamik və davamlı inkişaf əhalinin yaşayış səviyyəsini və sosial həyatını əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. 

Əhalinin məşğulluğunun təmin edilməsində mühüm yer tutan kənd təsərrüfatının inkişafı istiqamətində qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası və həyata keçirilən digər tədbirlər rayonda bu sahənin inkişafına geniş imkanlar yaratmışdır. Belə ki, 2017-ci ildə Şərur rayonunda 17 min 115 hektar sahədə əkin aparılmışdır ki, bu da 2007-ci ildəki göstəricidən 21,9 faiz çoxdur. Ümumi əkin sahəsinin 3598 hektarını buğda, 546 hektarını arpa, 492 hektarını paxlalılar, 1237 hektarını dən üçün qarğıdalı, 32 hektarını dən üçün günəbaxan, 1064 hektarını kartof, 1814 hektarını tərəvəz, 475 hektarını ərzaq üçün bostan bitkiləri, 7857 hektarını ­çoxillik otlar təşkil etmişdir. 2017-ci ildə muxtar respublika üzrə ümumi əkin sahəsinin 27,8 faizi Şərur rayonunun payına düşmüşdür.

Ardını oxu...

Ötən illər ərzində tarixi inkişaf yolu keçərək müasir Azərbaycan rayonuna çevrilən Babək sürətli inkişaf və tərəqqi yolundadır. Rayonda aparılan genişmiqyaslı quruculuq tədbirlərinin əhatəsi ilbəil genişlənməkdədir. 2017-ci ili quruculuq və iqtisadi irəliləyişlərlə yola salan, bu il 40 yaşını qeyd edən Babək rayonunda insanlar yeni quruculuq ünvanlarının sevincini yaşayırlar. 

Ardını oxu...

Son illərdə ölkəmizdə, eləcə də muxtar respublikamızda həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb. Ötən dövrdə, xüsusilə son on­illikdə dinamik iqtisadi inkişafın təmin edilməsi və davamlı xarakter alması yoxsulluğun azaldılmasına, əhalinin sosial rifahının yüksəldilməsində davamlı nailiyyətlərin qazanılmasına geniş imkanlar açıb. Bütün bunlarla bərabər, sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi muxtar respublikanın gələcək inkişaf perspektivlərini müəyyən edib.
Təsadüfi deyil ki, 2017-ci ilin nəticələrinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club”un ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq lider olub.

Ardını oxu...

Əhalinin ət və ət məhsulları ilə təmin edilməsi zamanı həmin məhsulların baytarlıq-sanitariya tələblərinə cavab verməsi mühüm əhəmiyyət kəsb edir. Buna görə də keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları istehsalının davam etdirilməsi bu gün qarşıda duran əsas vəzifələrdəndir. Bu və digər amillər nəzərə alınaraq muxtar respublikada Dövlət Baytarlıq Xidmətinin fəaliyyəti dövrün tələblərinə uyğun qurulub, müasir infrastruktur yaradılıb, maddi-texniki baza möhkəmləndirilib.
Muxtar respublika ərazisində epizotoloji sabitliyin saxlanması və insanların təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin fəaliyyəti son vaxtlar daha da gücləndirilib. Bu istiqamətdə aparılan tədbirlər çərçivəsində xidmətin mütəxəssisləri Naxçıvan şəhərində yerləşən “Cahan” Alış-Veriş Mərkəzindəki və Mərkəzi bazardakı, Şahbuz rayonunun Kolanı və Kiçikoba kəndlərindəki ət kəsim-satış məntəqələrində reyd keçiriblər. Əməkdaşlar əhaliyə göstərilən xidmətin səviyyəsi ilə yaxından tanış olublar.
Aparılan reydlər zamanı heç bir qanunauyğunsuzluq aşkar edilməyib.
Qeyd edək ki, reydlər muxtar respublikanın digər yaşayış məntəqələrində də davam etdiriləcəkdir.

Xəbərlər şöbəsi

Muxtar respublikamızda bütün sahələrlə yanaşı, bank-kredit fəaliyyəti istiqamətində də yeni-yeni uğurlar əldə edilir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü və Azərbaycan Banklar Assosiasiyasının təşkilati dəstəyi ilə 2017-ci il üzrə nağdsız ödənişlərin inkişafı istiqamətində elan edilmiş müsabiqədə “Naxçıvanbank” ASC iki nominasiya üzrə qalib olub. “Naxçıvanbank” ASC “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nominasiyasında I yer, “Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası üzrə isə III yerə layiq görülüb.  

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2018-ci il 16 fevral tarixli “Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında” Sərəncamı bölgə sakinləri ilə yanaşı, muxtar respublika ictimaiyyəti tərəfindən də böyük sevinc hissi ilə qarşılanıb. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasətinin əməli nəticəsi kimi yaradılan rayon təşkil edildiyi gündən böyük bir inkişaf yolu keçib. Bölgədə genişmiqyaslı kompleks quruculuq tədbirlərinin aparılması, müxtəlif sosial obyektlərin həyata vəsiqə alması Babəki müasir Azərbaycan rayonuna çevirib. Bölgədə yeni emal və istehsal müəssisələri yaradılıb, aqrar sahənin inkişafı diqqətdə saxlanılıb, əhalinin məşğulluğunun təmin edilməsi üçün məqsədyönlü işlər görülüb, insanların sosial müdafiəsinin gücləndirilməsi prioritet vəzifəyə çevrilib. 

Məlumat üçün onu da bildirək ki, hələ on il bundan əvvəl, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Babək rayonunun təşkil olunmasının 30 illiyi haqqında” 2008-ci il 7 iyun tarixli Sərəncamına əsasən rayonda keçirilən tədbirlərdə bölgənin 30 illik inkişaf yolu təhlil edilib, verilişlər hazırlanıb, yazılar dərc olunub. Həmin materiallarda çox qısa bir zaman kəsiyində qazanılan uğurlar öz əksini tapıb. Bu münasibətlə işıq üzü görən “Babək rayonu – 30” adlı tarixi-statistik məcmuədə də bu dövrdə həyata keçirilən işlərin həcminə təəccüblənməmək mümkün deyil. Bəhs olunan dövrdə rayonda sənayenin, kənd təsərrüfatının, rabitə və nəqliyyat infrastrukturunun, informasiya-kommunikasiya texnologiyalarının, təhsil, mədəniyyət, səhiyyə sahələrinin inkişafı, əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlər son 10 ildə də davamlı xarakter alıb. Belə tədbirlərdən aqrar sahəyə də xeyli pay düşüb. Bu sahədən danışarkən, ilk növbədə, ölkə­mizdə ötən əsrin sonlarında əsası qoyulmuş aqrar islahatlar dövrünə qayıtmağa ehtiyac var. Bu məsələnin də həlli ümummilli liderimizin adı ilə bağlıdır.

Ardını oxu...

Culfa rayonunun Qazançı kəndində yeni məktəb binası, kənd və xidmət mərkəzləri inşa ediləcək. Kənddə tikilən məktəb binasının 3 mərtəbədən ibarət olması nəzərdə tutulub. 154 şagird yerlik məktəbdə 12 sinif otağı, 4 elektron lövhə, idman zalı, müxtəlif laboratoriyalar olacaq.
Kənd mərkəzində həkim ambulatoriyası, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, baytarlıq, rabitə evi və digər dövlət qurumlarının birgə fəaliyyəti üçün şərait yaradılacaq. Bununla yanaşı, kənddaxili yollarda, su, qaz və elektrik xətlərində cari təmir işlərinin aparılması, tarixi-memarlıq abidəsi olan Qazançı körpüsünün də bərpa edilməsi nəzərdə tutulub.

Xəbərlər şöbəsi

Muxtar respublikada sahibkarlıq subyektlərinin sayının artması, onlar üçün kreditlərin verilməsi yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluq səviyyəsinə də müsbət təsir edib. Belə subyektlərdən biri də Şərur rayonunun Zeyvə kəndində fəaliyyət göstərən quşçuluq təsərrüfatıdır.
Bu günlərdə həmin müəssisədə olduq. “Məmmədtağı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Məmməd Tağıyev bildirdi ki, müəssisə 7 hektarlıq geniş bir ərazini əhatə edir. Sahibkarlığa Kömək Fondundan alınan dövlət maliyyə dəstəyi ilə istehsal sahəsində Türkiyə, İtaliya mənşəli müasir avadanlıqlar quraşdırılıb. İstehsal sahələrində avtomatik rejimdə işləyən havalandırma və isti­lik sistemləri qoşulub, enerji kəsintisinin qarşısını almaq üçün generator qoyulub. Müəyyən olunan qrafikə əsasən istehsal sahələrində dezinfeksiya işləri aparılır. Müəssisədə kəsim sexi, ümumi tutumu 150 ton olan 2 soyuducu anbar, laboratoriya, yem anbarı, yeməkxana, baytar və digər iş otaqları var.
Sahibkarın sözlərinə görə, yaradılan şərait 55 gün ərzində 150 ton quş əti və gündəlik 35 min yumurta istehsal etməyə imkan verir.

Ardını oxu...

Muxtar respublikada 2018-ci ilin yanvar-fevral aylarında 345 milyon 898 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 763,4 manata çatmışdır.

* * *

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 168 milyon 409 min manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.

* * *

İnfrastruktur quruculuğu çərçivəsində 2018-ci ilin yanvar-fevral aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 100 milyon 913 min manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 4,4 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 93 milyon 408 min manatı və ya 92,6 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

* * *

2018-ci ilin yanvar-fevral aylarında 14 milyon 610 min 100 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə 3557 ton ət, 5062,8 ton süd istehsal edilmişdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,3 faiz, süd istehsalı 4,5 faiz artmışdır.

Ardını oxu...

Şahbuz rayonu kənd təsərrüfatı üçün yararlı ərazidə yerləşdiyindən burada heyvandarlığın inkişafı daim diqqətdə saxlanılan sahələrdəndir. Buna görə də təsərrüfatlarda iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayı ilbəil artır, heyvandarlıq məhsullarının istehsalı çoxalır. Ötən il rayonda 21 min 845 baş iribuynuzlu, 117 min 941 baş xırdabuynuzlu, 120 min 541 quş, 20 min 384 arı ailəsi mövcud olmuşdur. Qeyd etmək lazımdır ki, heyvandarlığın inkişafına nail olmaqda baytarlıq xidmətinin nümunəvi təşkili əsas amildir. Bu işin lazımi səviyyədə qurulması heyvanların məhvinin, insanların isə sağlamlığına təhlükə törədən xəstəliklərin qarşısını alır.
Dünyada 160-a yaxın elə xəstəlik var ki, onlar yalnız heyvan və heyvandarlıq məhsulları ilə insanlara yoluxa bilir. Baytarlıq xidmətinin düzgün təşkili isə belə xəstəliklərin qarşısını tamamilə almaqla insanların onlara yoluxmaq təhlükəsini də aradan qaldırır. Bu məqsədlə aparılan peyvənd işlərinin davamlılığı öz müsbət təsirini göstərir. Rayon baytarlıq idarəsinin kollektivi tərəfindən yoluxucu, parazitar və digər xəstəliklərə qarşı vaxtlı-vaxtında tədbirlər görülür. Ötən il qarayara, bruselyoz, dabaq, pasterellyoz, emkar, bradzot, çiçək, nodulyar-dermatit, aueski, taun xəstəliklərinə qarşı baytarlıq tədbirlərinin vaxtında və yüksək keyfiyyətlə aparılmasının nəticəsidir ki, rayonda mal-qara və quşlar arasında yoluxucu xəstəliklərin baş verməsinə təsadüf edilməyib.

Ardını oxu...

Daha bir təsərrüfat ilinə qədəm qoymuşuq. Havaların istiləşməsi, yazın gəlişi torpaq mülkiyyətçiləri üçün bir sıra qayğılar gətirib. Torpağı daimi iş yerinə çevirən muxtar respublika sakinlərinin bu qayğıları meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsini daha da sürətləndirib.

Su təmizlik, su aydınlıq, su həyat deməkdir. Həyatımız isə ərzaq təhlükəsizliyinin təmin olunmasından xeyli dərəcədə asılıdır. Son illər muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı xarakter alması hər bir naxçıvanlını ürəkdən sevindirir. Çünki həmin tədbirlərin nəticələrini hər birimiz öz həyatımızda görürük.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən aldığımız məlumatda bu təsərrüfat ilində də çəkilən zəhmətin hədər getməyəcəyini, zəhmətə bağlanan insanların maddi rifah halının daha da yaxşılaşdırılmasında əvəzsiz rolu olan torpaqlardan ­səmərəli istifadəsini təmin edəcək işlərin davam etdirildiyi bildirilir. Bu tədbirlər fevral ayında bir neçə istiqamətdə həyata keçirilib.

Ardını oxu...

Bu il yaradılmasının 40 illiyini qeyd edən Babək rayonu hərtərəfli dövlət qayğısı hesabına ötən dövr ərzində sürətlə inkişaf edərək muxtar respublikanın sosial­-iqtisadi həyatında özünəməxsus yer qazanıb. Hər il genişmiqyaslı tikinti­-quruculuq layihələrinin real­laşdırıldığı bölgənin yaşayış məntəqələrinin böyük əksəriyyətində müxtəlif təyinatlı obyektlər üçün yeni binalar inşa olunub, müasir iş şəraiti yaradılıb. Bu illər ərzində rayonun ən ucqar dağ və sərhəd kəndlərində aparılan kompleks quruculuq tədbirləri həmin yaşayış məntəqələrinə müasirlik bəxş edib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR