23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində hərbi hissələrdə çalışan maliyyə və mühasibat işçiləri üçün “Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda təkmilləşdirici kurs keçirilib. Kursda Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 23 əməkdaşı iştirak edib. Üç gün ərzində keçirilən kursda hərbi hissələrdə maliyyə-mühasibat işinin aparılması, xərclərin formalaşdırılması və ödənilməsi mexanizminin təkmilləşdirilməsi, hərbi qulluqçuların istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması qaydaları, hərbi hissələrdə vergi uçotunun təşkili, xəzinə əməliyyatlarının aparılması və ümumi maliyyə intizamının daha da yaxşılaşdırılması mövzuları üzrə təlimlər keçirilib.
Kurs çərçivəsində Maliyyə Nazirliyinin əməkdaşları Sənan İmanov, Ülvi Cəfərov və Məmmədnağı Əkbərovun, Naxçıvan şəhər Maliyyə şöbəsinin müdiri Ramil Kərimovun, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərovun müvafiq mövzular üzrə elektron vəsaitlərdən geniş istifadə olunmaqla hazırlanmış mühazirələri dinlənilib. Hər kurs gününün sonunda iştirakçılara sorğu anketləri paylanılıb.
Sonuncu gün keçirilmiş təlimlərlə bağlı praktik tapşırıqlar verilib, mübahisə yaradan mövzular iştirakçılarla birlikdə həll edilib.
Kursun yekununda iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti

2018-ci ilin 5 ayı ərzində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi, işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət və sair bu kimi operativ vergi nəzarətinin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 37 vergi­ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.
Həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı 4 vergiödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 3 vergiödəyicisi tərəfindən xarici valyuta məbləğinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.
Operativ vergi nəzarəti tədbirləri zamanı 14 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması, 2 vergiödəyicisində isə aksiz markası olmadan alkoqollu içki və tütün məmulatlarının satışı, 1 şəxsdə “Sadələşdirilmiş vergi üzrə sabit vergi məbləğinin ödənilməsi haqqında qəbz”in və 1 şəxsdə isə malların Vergi Məcəlləsi ilə tənzimlənən qaimə­-faktura və ya elektron qaimə-faktura əsasında alınmaması müəyyən edilib.

Ardını oxu...

Muxtar respublikada avtonəqliyyat xidməti günün tələbləri səviyyəsində qurulub. Həyata keçirilən tədbirlər, yaradılan müasir infrastruktur, xüsusilə yeni sərnişin avtomobillərinin alınıb gətirilməsi nəqliyyat xidmətinin keyfiyyətini xeyli artırıb. Nəqliyyatın intensiv hərəkətinin təmin olunması may ayında da diqqətdə saxlanılıb.
Ötən ay şəhərdaxili nəqliyyatın intensiv fəaliyyəti təmin edilmiş, muxtar respublikada sərnişindaşıma hərəkəti göstərən avtobus və mikro­avtobuslar texniki müayinədən keçirilmişdir. Həmçinin taksi və avtobus sürücülərinin iştirakı ilə tədbirlər keçirilmiş, görüşlər təşkil edilmişdir. Qrafikə uyğun olaraq həftədə bir dəfə taksi və avtobus sürücülərinin muzeylərdə seminar-məlumatlandırılması işi davam etdirilmişdir. Ötən ay muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutla təmin olunmuş, 482 taksi tərəfindən əhaliyə xidmət göstərilmişdir.
May ayında İran İslam Respublikasından keçməklə Naxçıvan-Bakı avtobus marşrutu ilə Naxçıvandan Bakıya 736, Bakıdan Naxçıvana isə 842 sərnişin daşınmışdır.

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidməti

Muxtar respublikada dəmir yolu nəqliyyatından istifadə sahəsində ardıcıl tədbirlər görülür, müasir dəmir yolu infrastrukturu yaradılır. Yaradılan şəraitin nəticəsidir ki, cari ilin may ayında Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 11 min tondan artıq müxtəlif təyinatlı yük daşınmışdır. Hesabat dövründə Ordubad-Şərur və Şərur-Culfa istiqamətində hərəkət edən yük-sərnişin qatar­ları vasitəsilə 13 min 891 sərnişin ­daşınmışdır.
Vaqonlarda və lokomotivlərdə cari təmir işləri aparılmış, baş və stansiya yollarına baxış keçirilmişdir. Xidməti ərazidəki bina, tikili və qurğular, eləcə də istismarda olan lokomotiv və sərnişin vaqonları, maşın-mexanizmlər mütəmadi yoxlanılmış, nöqsanlar aradan qaldırılmışdır.

“Naxçıvan Dəmir Yolları”
Məhdud Məsuliyyəti Cəmiyyəti

May ayında Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin tabe təşkilatları tərəfindən suvarma mövsümünü mütəşəkkil təşkil etmək və su itkisinin qarşısını almaq məqsədilə müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, bu dövrdə 21 kilometr beton və torpaq kanal, 34 kilometr ara arxlar, 5 kilometr kollektor lildən təmizlənmiş, 9 kilometr yeni suvarma boru xətti çəkilmişdir. Bundan başqa, 6 kilometr mövcud içməli su xətti, 4 kilometr suvarma boru xətti, 3 kilometr təzyiqli boru xətti təmir olunmuş, 1 kilometr yeni açıq drenaj kanalı qazılmışdır. May ayında muxtar respublikada 41 min 654 hektar torpaq sahəsi suvarılmışdır.
Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 410 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, müxtəlif diametrli borularla 6 min 620 metr paylayıcı boru xətti çəkilmiş, 80 hidrant və 60 paylayıcı hovuz quraşdırılmışdır.
“Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində də işlər davam etdirilmiş, Babək rayonunun Şəkərabad kəndində müxtəlif diametrli borularla 4 kilometr içməli su xətti, 3 kilometr kanalizasiya xətti çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikasında dövlət qurumlarının fəaliyyətinə hərtərəfli şəraitin yaradılması, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi digər sahələrdə olduğu kimi, əmlak və torpaq məsələlərinin həllində də mühüm nəticələrin əldə edilməsinə, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsinə şərait yaradıb. 2018-ci ilin may ayında Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə işlər mütəşəkkilliklə davam etdirilib.

Ardını oxu...

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən verilmiş tapşırıqların icrası məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ölkə ərazisində nağdsız ödənişlərin genişləndirilməsi, xüsusən də regionlarda əhali və təsərrüfat subyektləri arasında müasir bank texnologiyalarından istifadənin artırılması üçün maarifləndirmə, təbliğat və təşviqat işlərinin aparılmasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə növbəti belə tədbir qlobal ödəniş texnologiyalarının lideri olan “Mastercard” ilə birlikdə pilot bölgə olaraq seçilmiş Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödənişlərin istifadəsinin stimullaşdırılması məqsədilə istehlakçılar və təsərrüfat subyektləri üçün kampaniyaların təşkil edilməsidir.
Naxçıvan şəhərində keçirilən belə kampaniyaların təqdimatı üzrə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində təşkil olunan tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov son illər ərzində muxtar respublika rəhbərinin tapşırığına əsasən nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində görülmüş işlər barədə geniş məlumat verib. O qeyd edib ki, nağdsız ödəniş infrastrukturunun genişləndirilməsi, inkişaf etdirilməsi və hesablaşmaların həcminin artırılması muxtar respublikada daim diqqət mərkəzində olub, ötən dövr ərzində bu istiqamətdə iki dövlət proqramı təsdiq olunaraq icra edilib. 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması” üzrə Tədbirlər Planına və “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a uyğun olaraq nağdsız ödənişlərin miqyasının genişləndirilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Ardını oxu...

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı olması ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə verilmiş tapşırıqların icrası istiqamətində muxtar respublikada fəaliyyət göstərən “Ləzzət Qida Sənaye” MMC-nin, Babək “Sirab” ASC-nin və Ordubad “Qənnadı Məmulatları” MMC-nin istehsal etdiyi məhsullar üzərində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” loqosu olan hədiyyəlik qutularda satışa çıxarılacaq. Bu isə şübhəsiz, Naxçıvana gələn qonaqlar və yerli alıcılarda rəğbət doğuracaq.

Ardını oxu...

İdarə, müəssisə və təşkilatlarda çalışan mühasiblərin iştirakı ilə “Büdcə təşkilatlarında vergi uçotu” mövzusunda maarifləndirici tədbir ilk olaraq Naxçıvan Şəhər Vergilər İdarəsində keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov açıb. Bildirib ki, büdcə təşkilatlarında mühasibatlıq sahəsində çalışan şəxslər üçün vergi bəyannamələrinin, hesabatların, ərizə, arayış və digər sənədlərin tərtib edilməsi və göndərilməsi, vergilərin hesablanması üzrə praktik vərdişlərin daha da artırılması, bilik və bacarıqların təkmilləşdirilməsinə xidmət edən bu təlimin muxtar respublikanın bütün rayonlarında keçirilməsi nəzərdə tutulub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi aparatının rəhbəri Əli Şabanov vergi uçotu və mühasibat uçotunun oxşar və fərqli xüsusiyyətləri, nazirliyin Vergi ödəyicilərinə xidmət şöbəsinin böyük dövlət vergi müfəttişi Elçin Babayev “Büdcə təşkilatlarında vergi uçotu” bəyannamə tərtibatı proqramı barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Ardını oxu...

Muxtar respublikada sahibkarlığın inkişafı ilə bağlı qarşıya qoyulmuş məsələlər uğurla həll olunur. Belə ki, hər il Naxçıvanda yeni istehal sahələri fəaliyyətə başlayır, daxili bazar yerli məhsullarla təmin olunur, iş yerləri açılır. Özəl sektorun hərtərəfli dəstəklənməsi, yaradılan əlverişli sahibkarlıq mühiti Babək rayonunda da yeni emal müəssisələrinin yaradılmasına stimul verir. Dövlətin sahibkara dəstək verməsi iqtisadiyyatın dinamik inkişafına, eləcə də əhali gəlirlərinin artımına müsbət təsir göstərib. Digər tərəfdən, muxtar respublikanın uğurlu inkişaf modeli xarici investorların da bura vəsait qoymasına şərait yaradıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşəbbüsü ilə nazirliyin Dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin baş məsləhətçisi Xəlil Vəlizadə, Milli iqtisadiyyatın maliyyəsi şöbəsinin aparıcı məsləhətçisi Qənbər Xudiyev və Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi İlhamə Məmmədovanın birgə hazırladıqları “Maliyyə­-iqtisad terminlər lüğəti” nəşr edilib.
Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 10 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi yaradılıb. Mərkəz peşə hazırlığının təkmilləşdirilməsini, ixtisasların artırılmasını, təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərinin və işgüzar keyfiyyətlərinin qiymətləndirilməsini və digər tədbirləri həyata keçirir.
Mərkəzin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərindən biri də tədris plan və proqramlarının, elmi-metodik material və tədris vəsaitlərinin nəşr etdirilməsidir.
Belə nəşrlərdən olan yeni lüğətdə ölkədaxili ­maliyyə-iqtisad sistemində və beynəlxalq maliyyə əlaqələrində rast gəlinən maliyyə-iqtisad terminlərinin ingilis dilində qarşılığının verilməsi ölkədə maliyyə­-iqtisad sahəsində vahid terminoloji mühitin yaradılmasına yardım edəcəkdir.
Geniş oxucu kütləsinə təqdim olunan, 2700 söz və söz birləşməsini özündə əks etdirən bu lüğət iqtisadçılar, müvafiq sahədə çalışan alimlər, müəllimlər, tələbələr, maliyyə sisteminin inkişafında maraqlı olan bütün oxucu kütləsi, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün çox faydalı mənbə rolunu oynayır. Lüğətdə qanunvericilikdə işlənən və iqtisad elminin bütün sahələrini əks etdirən söz və terminlərin, ifadələrin əksəriyyəti, həmçinin bir sıra iqtisadi təşkilatların adlı siyahısı, dünya ölkələrinin pul vahidlərini əks etdirən cədvəllər və onların ingilis dilində qarşılığı öz əksini tapıb.

Ardını oxu...

Şərur Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının iştirakı ilə “Kənd təsərrüfatı bitkilərinin xəstəlik, zərərverici və alaq otlarına qarşı mübarizə üsulları, yeni becərmə texnologiyalarının tətbiqi” mövzusunda seminar-müşavirə keçirilib. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Həsən Əmirahov açıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Baş direktoru Bəhruz Bayramovun, nazirliyin Fitosanitar nəzarəti, bitkilərin mühafizəsi və karantini şöbəsinin müdiri Əsgər Həsənovun, Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi İntiqam Hüseynbəylinin kənd təsərrüfatında əkilib-becərilən bitkilərin zərərverici və xəstəliklərinə qarşı kompleks mübarizə tədbirlərinin aparılması istiqamətində çıxışları olub. Çıxışlarda Şərur rayonunun muxtar respublikada meyvə və bostan bitkilərinin əkilib-becərilməsində, əhalinin bu məhsullara olan tələbatının ödənilməsində mühüm yeri olduğu vurğulanıb.
Tədbirin sonunda sahibkarlar tərəfindən verilən suallar cavablandırılıb. Zərərverici və alaq otlarına qarşı mübarizə aparılması üçün dərman preparatları verilib.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
mətbuat xidməti

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamına əsasən hər il iyunun 5-i ölkəmizdə Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü kimi qeyd edilir.

“Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik”, – deyən ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə meliorasiya və su təsərrüfatı sahəsi böyük inkişaf yolu keçmiş, Azərbaycanda böyük su anbarları, hidroqovşaqlar, nasos stansiyaları tikilib istifadəyə verilmiş, suvarılan torpaqların sahəsi xeyli artmışdır. Ötən əsrin 70-80-ci illərində Naxçıvan Muxtar Respublikasında da yeni meliorasiya və irriqasiya sistemləri yaradılmış, Araz və Arpaçay kimi böyük su anbarları tikilmişdir. 1993-cü ildə ulu öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə meliorasiya və su təsərrüfatı sistemində daha geniş islahatlar həyata keçirilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır.

Ardını oxu...

Naxçıvan şəhərində aparılan qurucu­luq işləri muxtar respublika paytaxtının görkəminin müasirləşməsinə, əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına, yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir. Son vaxtlarda şəhərdəki ictimai yaşayış binalarının əsaslı təmiri və yeni yaşayış komplekslərinin yaradılması əhalinin mənzil-məişət şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bu tədbirlər hər bir sakin tərəfindən böyük rəğbətlə qarşılanır.
Cari ildə şəhərimizdə aparılan geniş­miqyaslı quruculuq işlərindən Nizami küçəsindəki 34 nömrəli binaya da pay düşüb. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən mart ayından başlayaraq binada əsaslı təmir-bərpa işləri görülür. İş icraçısı Aqil Mirzəyevdən aldığımız məlumata görə, hazırda beşmərtəbəli yaşayış binasının fasad hissəsi üzlənir, pəncərələr salınır. Bloklarda suvaq işləri aparılır, pilləkənlərə üzləmə daş vurulur. Binanın elektrik və rabitə xətləri çəkilib, digər kommunikasiya xətlərinin çəkilişi üçün hazırlıq işləri görülür.

 Nail ƏSGƏROV

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 2 aprel tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Fərmandan irəli gələn məsələlərin icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uço­tunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması işləri təsdiq edilmiş tədbirlər planına uyğun olaraq davam etdirilir.

Yeni yaradılacaq sistem torpaqların uçotunun müasir tələblərə uyğun aparılmasına, məkan məlumatları infra­strukturunun formalaşmasına, bu sahədə aparılan işlərin texnoloji cəhətdən modernləşdirilməsinə zəmin yaradır. Məqsəd təyinatından və mülkiyyət növündən asılı olmayaraq muxtar respublika üzrə bütün kateqoriyalı torpaqların elektron kadastr uçotuna alınmasını, ərazilərin rəqəmsal xəritələrinin hazırlanmasını, avtomatlaşdırılmış torpaq kadastr informasiya sisteminin və mükəmməl torpaq bankının yaradılmasını təmin etməkdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində obyektin tikintisinə icazə verilməsi üzrə icraat, işçi layihə sənədlərinin tikinti üçün layihə sənədləri sistemi standartlarının tələblərinə uyğun işlənilməsi, tikinti layihələrinin ekspertizadan keçirilməsinin və tikintiyə nəzarətin məqsədi, qazanxanaların layihələndirilməsi və quraşdırılması, tikinti obyektlərində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib.
Tikinti təşkilatları nümayəndələrinin, yerli icra hakimiyyəti orqanlarının baş memarlarının və layihəçilərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov muxtar respublikada aparılan tikinti-quruculuq, abadlıq-bərpa işlərindən danışıb. Çıxışda tikinti işlərinin sürətlə inkişaf etdiyi bir dövrdə bu sahədə təhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən və qarşıya qoyulmuş vəzifələrdən bəhs olunub.
Nazirliyin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin rəisi Vüqar Kazımov çıxışında qeyd edib ki, qanunvericiliyə əsasən yerli icra hakimiyyəti orqanı tikintiyə icazə icraatı çərçivəsində sənədlər hazırlandıqdan sonra tikinti layihələrinin ekspertizadan keçirilməsi üçün Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinə göndərməli və həmçinin tikintiyə icazə verən yerli icra hakimiyyəti orqanı icazə barədə qərarı və xüsusi nişanı sifarişçiyə təqdim etdikdən sonra 3 iş günü müddətində həmin obyektin tikintisinə dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək üçün bu barədə məlumat verməlidir. Layihə sənədlərinin tərtibat səviyyəsi müvafiq dövlət standartlarının tələblərinə cavab verməlidir.

Ardını oxu...

Bu gün Naxçıvanda dövlətimiz tərəfindən aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, eləcə də sakinlərin öz vəsaiti hesabına yaşayış evləri inşa etməsi tikinti materiallarına tələbatı xeyli artırıb. Əvvəllər bu materiallara olan tələbat idxal yolu ilə ödənilirdisə, son illərdə yeni istehsal müəssisələrinin həyata vəsiqə alması ilə bu problem keçmişdə qalıb. Bu gün yerli müəssisələr daxili tələbatı ödəməklə yanaşı, ixracyönümlü məhsulların istehsalına üstünlük verirlər. Son illər istehsalda diqqətçəkici yeniliklər edən, istehlakçılarına geniş seçim imkanı yaradan “Cahan Holdinq” Şirkətlər İttifaqı ötən günlərdə daha bir uğura imza atdı. Şirkət “Cahan Sənaye Kompleksi”ndə yeni plastik boru, profil və aksesuarların istehsalı müəssisəsini işə salmaqla iqtisadiyyatın şaxələnməsinə daha bir töhfə verdi.
Ötən günlərdə yolumuzu adıçəkilən müəssisədən saldıq, yaradılan şərait və istehsal prosesi ilə tanış olduq. Müəssisənin icraçı direktoru Anar Abdullayev muxtar respublika rəhbərinin istehsal obyektinin açılış mərasimindəki tövsiyələrini xatırladaraq dedi ki, bu gün işçilər məhz bu məqsədə nail olmaq üçün səylə çalışırlar. Bu səbəbdəndir ki, daxili bazarda satılan yerli məhsulların keyfiyyətli və rəqabətqabiliyyətli olması üçün səy göstəririk. Müəssisədə bu amilə ciddi diqqət yetirilir.

Ardını oxu...

Muxtar respublika iqtisadiyyatının prioritet sahələrindən biri olan kənd təsərrüfatının inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır, bu sahədə stimullaşdırıcı tədbirlər həyata keçirilir. Babək rayonunun qəsəbə və kəndlərində də sahibkarlığın inkişaf etdirilməsi üçün münbit şərait yaradılıb.

Ardını oxu...

“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində tədbirlər planı təsdiq olunub.
Həmin tədbirlər planına uyğun olaraq bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir, arıçılıqla məşğul olanlara metodik köməklik göstərilir. Görülən bu işlərin davamı olaraq nazirliyin Heyvandarlıq, damazlıq işi və otlaqlar şöbəsinin əməkdaşları Əyyub Abdullayev və Vəli Novruzovun iştirakı ilə Culfa rayonunun Camaldın kəndində arıçı sahibkar Kamil Məmmədovun arıçılıq təsərrüfatında maarifləndirici tədbir keçirilib. Tədbir çərçivəsində sahibkarın arı ailələrinə baxılıb, güclü arı ailələrinin bölünməsi, beçəvermənin tənzimlənməsi, köç yerlərinin dəyişdirilməsi, arıxanalarda baytar-sanitar qaydalarına uyğun işlərin aparılması, arıçılığa ziyan vuran parazitar xəstəliklərin müalicə və profilaktikası haqqında geniş məlumat verilib.
Sonda nazirliyin əməkdaşlarının hazırladıqları “Arıxanalara baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin) verilmə qaydaları”, “Bal arılarının parazitar xəstəlikləri və onlara qarşı səmərəli mübarizə tədbirləri”, “Həvəskar və peşəkar arıçılıqla məşğul olma, arı ailəsinin standart gücünün müəyyən edilməsi, arıçılıq təsərrüfatlarının uçota alınması və statistik hesabatlarının təqdim edilməsi qaydaları” adlı bukletlər təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin mətbuat xidməti

   Muxtar respublikamızda sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara güzəştli kreditlərin ayrılması öz müsbət nəticələrini verməkdədir. Konkret məqsədlərə istiqamətlənmiş yeni layihələrin reallaşdırılması üçün hər bir sahibkar asanlıqla güzəştli kredit götürə bilər.

Cari ilin ötən dövrü ərzində də görülən işlər sahibkarlığın davamlı inkişafına xidmət edib. Belə ki, sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə Sahibkarlığa Kömək Fondu tərəfindən müxtəlif sahələri əhatə edən 18 layihənin maliyyələşdirilməsinə 5 milyon 609 min 700 manat vəsait yönəldilib.
Verilən kreditlər iqtisadiyyatın bir çox sahələrinin inkişafında mühüm rol oynayıb. Müxtəlif sənaye yönümlü 2 layihənin maliyyələşdirilməsinə 5 milyon 100 min manat, kənd təsərrüfatı məhsulları istehsalı, o cümlədən meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, arıçılıq, istixana təsərrüfatı və heyvandarlığın inkişafı yönümlü 16 layihənin maliyyələşdirilməsinə 509 min 700 manat vəsait sərf olunub.

Ardını oxu...

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikamıza növbəti səfəri də, ənənəvi olaraq, müxtəlif obyektlərin açılış mərasimləri, dövlət başçısının Naxçıvanda görülən işləri yüksək qiymətləndirməsi, xalq-dövlət birliyinin bariz ifadəsi kimi yadda qalıb.  

Ölkə rəhbəri ilk açılışı muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda edib. Dövlət başçısı “Şərur şəhər və ətraf kənd­lərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışında deyib: “Şərur şəhərinin içməli su problemi öz həllini tapıbdır. Gözəl, əlamətdar hadisədir. Mənə verilən məlumata görə, bir neçə kənd də indi içməli su ilə təmin olunur. Bu, çox vacib sosial layihədir... Həmişə demişəm, bu gün də demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun problemlərinin, qayğılarının, bütün sosial məsələlərin həlli üçün bizdə çox güclü iradə, imkanlar var və görülən işlər bizim siyasətimizi əks etdirir.
Naxçıvan Muxtar Respublikasında sosial sahənin inkişafı üçün çox böyük işlər görülübdür, xəstəxanalar, məktəblər tikilibdir, içməli su və digər infrastruktur layihələri icra edilir. Əlbəttə ki, bu məsələlər insanların rahat yaşaması üçün əsas şərtdir. İçməli su insan sağlamlığı üçün əsas məsələdir və biz bu məsələni ölkə üzrə hər bir yerdə həll edirik”.

Ardını oxu...

Makroiqtisadi sabitliyin qorunması iqtisadi inkişafın əsas şərtlərindəndir. Bu sahədə həyata keçirilən işlər sırasında isə, şübhəsiz ki, iqtisadi aktivliyin artırılması məqsədilə bank sektoru tərəfindən davamlı olaraq həyata keçirilən tədbirlərin də mühüm rolu vardır. Naxçıvan Muxtar Respublikasında real sektora kredit qoyuluşunun artması və sahibkar­ların maliyyə resurslarına çıxış imkanlarının yaxşılaşdırılması nəticəsində bank sektorunun maliyyə dayanıqlılığı ötən dövr ərzində də uğurla təmin olunub. Verilən kreditlər ümumi iqtisadi aktivliyin artırılmasında, sahibkarlığın inkişafında, məşğulluğun təmin olunmasında mühüm rol oynayır.
İqtisadiyyatın müxtəlif sahələrinin kreditləşdirilməsi ilə bağlı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata əsasən muxtar respublikada fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 may 2018-ci il tarixə iqtisadiyyata yönəldilən kredit qoyuluşlarının həcmi 105 milyon 354 min manata çatmış, nəticədə, qısamüddətli kredit qoyuluşunun həcmi 2 milyon 634 min manata, uzunmüddətli kredit qoyuluşu isə 102 milyon 720 min manata yaxın olmuşdur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına hər səfəri əlamətdar hadisələrlə yadda qalır. Səfər çərçivəsində ölkə başçısı muxtar respublikada bir sıra mühüm obyektlərin açılış mərasimində iştirak edir, hökumət və ictimaiyyət nümayəndələri ilə görüşür. Cari ilin may ayının 16-da dövlət başçısının qədim diyarımıza növbəti səfərində də çox böyük əhəmiyyətə malik obyektlərin açılışı oldu. Bundan başqa, Azərbaycan Prezidenti həmin gün bir sıra mühüm infrastruktur layihələrinin həyata keçirilməsinə dövlət maliyyə dəstəyinin göstərilməsi üçün bir neçə sərəncam imzalayıb. Bu sərəncamların hər biri muxtar respublikamızın gələcək inkişaf perspektivlərinə hesablanıb. 

Əvvəlcə onu qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı, müxtəlif sahələr üzrə əldə olunmuş nailiyyətlər göz qabağındadır və ölkə başçısı ictimaiyyətlə görüşlərində bu amili xüsusilə vurğulamışdır. Son 15 il ərzində muxtar respublikanın ümumi daxili məhsulunun on dəfəyə yaxın artması dünya miqyasında rekord göstəricidir. Azərbaycan Respublikası Prezidentinin səfər çərçivəsində, demək olar ki, bütün görüşlərində Naxçıvanın uğurlu inkişafından söz açması və ötən dövrdə müxtəlif sahələrdə böyük uğurların əldə edildiyini dəfələrlə dilə gətirməsi, eyni zamanda muxtar respublikada görülən işlərə verilən ən yüksək qiymət idi. Elə həmin gün müxtəlif sahələr üzrə imzalanan sərəncamlar da mövcud inkişafın davamlılığını şərtləndirən mühüm amildir.

Ardını oxu...

Mayın 25-də Sədərək Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə tədbir keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov son illərdə rayonda sığorta sahəsində görülmüş işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov bildirib ki, ötən müddət ərzində Sədərək rayonunda hüquqi və fiziki şəxslərin sığortaya cəlb olunması istiqamətində müəyyən işlər görülüb, müxtəlif sığorta növləri üzrə bağlanılan müqavilələrin sayında artım olub. Belə ki, rayonda cari ilin ilk beş ayında sığorta haqlarının toplanması ötən ilin müvafiq dövrü ilə müqaysədə 10,5 faiz, sığorta müqavilələrinin sayı isə 15 ədəd artıb.
Tədbirdə daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari, ev əmlakı, fərdi qəza sığortaları və digər sığora növləri üzrə mövcud vəziyyət təhlil edilib.
Sonra Sədərək Rayon Polis Şöbəsinin Kadrlar və şəxsi heyətlə iş üzrə baş inspektor səlahiyyətlərini əvəz edən polis kapitanı Nail Piriyev, rayon Yanğın Təhlükəsizliyi Şöbəsinin müfəttişi Bayram Şükürov, Heydərabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Seymur Məmmədov icbari sığortalar sahəsində görülmüş işlərin vəziyyəti barədə məlumat veriblər.

- Ə.CABBAROV

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində bu münasibətlə keçirilən tədbirdə komitənin sədri Müslüm Cabbarzadə çıxış edərək bildirib ki, yeni yaradılacaq sistem torpaqların uço­tunun müasir tələblərə uyğun aparılmasına, məkan məlumatları infrastrukturunun formalaşmasına, bu sahədə aparılan işlərin texnoloji cəhətdən modernləşdirilməsinə zəmin yaradır. Məqsəd təyinatından və mülkiyyət növündən asılı olmayaraq, muxtar respublika üzrə bütün kateqoriyalı torpaqların elektron kadastr uçotuna alınmasını, ərazilərin rəqəmsal xəritələrinin hazırlanmasını, avtomatlaşdırılmış torpaq kadastr informasiya sisteminin və mükəmməl torpaq bankının yaradılmasını təmin etməkdir.
Diqqətə çatdırılıb ki, məlumatların yaradılacaq sistemə miqrasiya edilməsi məqsədilə aid mütəxəssislərlə birlikdə muxtar respublika üzrə vətəndaşların qanuni istifadəsində olan və torpaq islahatı zamanı onların mülkiyyətinə verilmiş torpaq sahələrinə və onların mülkiyyətçilərinə dair məlumatlar sistemləşdirilərək vahid formada yığılıb. Muxtar respublikanın inzibati ərazi bölgüsünün təsnifatı statistik kodlar üzrə məlumat bazası formasında hazırlanıb.
“R.İ.S.K.” Elmi İstehsalat Şirkətinin baş direktoru Cabir Cümşüdov bildirib ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işinin başa çatdırılması torpaqların hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasındakı mövcud olan uyğunsuzluqları aradan qaldırmağa imkan verəcəkdir.
Sonra proqram təminatının hazır modullarının təqdimatı olub.

- Səbuhi HƏSƏNOV

2018-ci ilin 4 ayı ərzində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi, işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət və sair bu kimi operativ vergi nəzarətinin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 31 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.
Həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı 3 vergiödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 2 vergi­ödəyicisi tərəfindən xarici valyuta məbləğinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.
Operativ vergi nəzarəti tədbirləri zamanı 12 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması, 2 vergiödəyicisində isə aksiz markası olmadan ­al­koqollu içki və tütün məmulatlarının satışı, 1 şəxsdə isə malların Vergi Məcəlləsi ilə tənzimlənən qaimə-faktura və ya elektron qaimə-faktura əsasında alınmaması müəyyən edilib.

Ardını oxu...

Mədəni və yabanı dərman bitkilərinin toplanması, qurudulması və tədarükü qaydaları ilə bağlı maarifləndirici tədbiri Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov açıb.
AMEA Naxçıvan Bölməsinin Bioresuslar İnstitutunun əməkdaşı Əliyar İbrahimov bildirib ki, muxtar respublikada 3050-dən artıq bitki növü var. Bunlardan 800 növə yaxını müxtəlif xəstəliklərin müalicəsində istifadə edilən qiymətli dərman bitkiləridir. Məruzəçi rayonda yayılan dərman bitkilərinin növləri, farmakoloji xüsusiyyəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, elə dərman bitkiləri var ki, təsiredici maddə bitkinin kökündə, çiçəyində və yaxud gövdəsində olur. Ona görə də toplanmazdan əvvəl mütləq bu bitkilər haqqında məlumatlı olmaq lazımdır. Bunun üçün institut tərəfindən Naxçıvanda olan dərman bitkiləri haqqında kitab nəşr olunub və hər bir təsərrüfat sahibi bu kitabdan faydalana bilər.
Əliyar İbrahimov toxumla artan dərman bitkiləri haqqında da məlumat verərək diqqətə çatdırıb ki, bu bitkilər toplanarkən onların 10-12 faizi mütləq saxlanılmalıdır ki, həmin bitkilərin kökü kəsilməsin.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Əli Şərifov dərman bitkilərinin toplanılması və paketlənməsinin əhəmiyyətindən danışaraq bildirib ki, təsərrüfat sahibləri bu bitkiləri toplayıb qablaşdırmaqla yaxşı qazanc əldə edə bilərlər.

Ardını oxu...

Mayın 22-də “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış plastik boru, profil və aksesuarların istehsalı müəssisəsində istehsal olunan məhsulların Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən tikinti şirkətləri və tikinti materiallarının topdan satışı ilə məşğul olan mağaza sahiblərinə tanıdılması məqsədilə tədbir keçirilib.
Tədbirdə çıxış edən cəmiyyətin icraçı direktoru Anar Abdullayev bildirib ki, plastik boru, profil və aksesuarların istehsalı ilə məşğul olan müəssisənin məqsədi daxili bazarı yüksəkkeyfiyyətli tikinti materialları ilə təmin etməkdir. Burada quraşdırılmış tam avtomatlaşdırılmış avadanlıqlarla müxtəlif qapı-pəncərə profilləri, polipropilen əsaslı kompozit və sadə içməli su boruları, eləcə də polietilen əsaslı sərt sulama boruları, PVC əsaslı lambir, saydinq və aksesuarlar, PVC əsaslı yumşaq rezin suvarma şlanqları, kanalizasiya boruları, müxtəlif boru fitinqləri olmaqla, 7 növdə və 160 çeşiddə məhsul istehsal olunur. Bu avadanlıqlar vasitəsilə məhsulların təzyiqə, istiliyə və zərbəyə davamlılığının, o cümlədən xammalın tərkibinin yoxlanması da mümkündür. Burada istehsal olunan hər məhsul növünə beynəlxalq sertifikat verilib.
İstehsal edilən məhsullar haqqında ətraflı məlumat alan sahibkarlarla söhbət zamanı onlar daxili bazarda belə məmulatlara böyük tələbat olduğunu xüsusi vurğuladılar. “Təməl” Sənaye və Ticarət Şirkətinin təmsilçisi Rövşən Hüseynov, Naxçıvan şəhərində tikinti materialları satışı ilə məşğul olan sahibkar Rəhim Qasımov, şərurlu topdansatış mağaza sahibi Şəmsəddin Seyidov və Babək rayonunun Nehrəm kəndindən gəlmiş Vaqif İsmayılov dünya standartlarına uyğun olan, yüksəkkeyfiyyətli, qiymətcə münasib olan belə mallara üstünlük verildiyini bildirdilər.
Qeyd edək ki, tədbirdə iştirak edən Naxçıvan şəhərində və muxtar respublikamızın rayonlarında fəaliyyət göstərən 60-a yaxın sahibkar müəssisədəki istehsal texnologiyası ilə tanış olub.

 Əli CABBAROV

Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda cari ildə də tikinti-quruculuq tədbirləri sürətlə davam etdirilir. Belə tədbirlərdən biri rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa edilən yeni binanın tikintisidir. Obyektdə artıq hörgü-beton işləri tamamlanıb və hazırda daxildə suvaq işləri aparılır. Binanın su və kanalizasiya, elektrik, rabitə xətləri işlənib, istilik sisteminin çəkilişinə hazırlıq görülür.
Qeyd edək ki, Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olacaq. Müasir memarlıq üslubuna malik muzey binasında ekspozisiya zalı, fond və yardımçı otaqlar yaradılacaqdır. Tikinti işləri başa çatdıqdan sonra binanın ətrafında abadlıq işləri görüləcək, yaşıllıq zolaqları salınacaq, binanın yerləşdiyi ərazi rayona gələn çoxsaylı qonaqların, xarici turistlərin ziyarət edəcəyi əsas ünvanlardan birinə çevriləcək.
Muxtar respublikanın bütün bölgələrində olduğu kimi, Şərur şəhərində də əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər diqqət mərkəzində saxlanılır. Yeni, hərtərəfli şəraitə malik binalar inşa edilərək istifadəyə verilir, ehtiyac duyulan ictimai yaşayış binalarında yenidənqurma işləri aparılır. Eyni zamanda bir sıra binaların yaşayış sahələri genişləndirilir, əlavə tədbirlər hesabına onların təməlləri möhkəmləndirilir.
Görülən işlərin davamı olaraq rayon mərkəzinin Kapitan Seyidov küçəsindəki 7 nömrəli, beşmərtəbəli yaşayış binasının əsaslı təmirinə başlanılıb. Binanın dam örtüyü, qapı və pəncərələri dəyişdiriləcək, fasad hissəyə milli ornamentlərə uyğun travertin üzlüklər çəkiləcək, bütün kommunikasiya xətləri təzələnəcək. Dəhlizlərə üzlük plitələr düzüləcək. Mənzillər fasiləsiz olaraq ekoloji cəhətdən saf içməli su ilə təmin ediləcək. Yaşayış binasının həyətində abadlıq, yaşıllaşdırma işləri aparılacaq.
Rayonun İbadulla, Kosacan və Kərimbəyli kəndlərində də geniş quruculuq işləri aparılır. Hər üç ünvanda məktəb, kənd və xidmət mərkəzlərinin inşasına başlanılıb.

 Ramiyyə ƏKBƏROVA

Azad sahibkarlıq fəaliyyətinin geniş vüsət aldığı muxtar respublikada yerli ehtiyatlar hesabına müxtəlif növdə sənaye məhsulları istehsalının təşkili, aqrar sektorda emal sənayesinin genişləndirilməsi, sosial xidmət sahələrində kiçik və orta sahibkarlığın daha da gücləndirilməsi 2018-ci ilin ötən dövrü ərzində də prioritet sahələr kimi öz əhəmiyyətini qorumuşdur. Belə ki, il ərzində sənaye və kənd təsərrüfatı sahələri olmaqla, ümumilikdə, 18 layihənin əsası qoyulmuşdur. Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikamızın, demək olar ki, bütün bölgələrində yaradılan istehsal və xidmət sahələri regional inkişaf üçün də mühüm əhəmiyyət daşıyır. 

Muxtar respublikada rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayenin inkişafının sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan yeni sənaye müəssisələrinin yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Cari ilin ötən dövrü ərzində müasir standartlara cavab verən belə sənaye müəssisələri fəaliyyətə başlayıb.
Müəssisələrin profillərinə gəldikdə, burada sənaye sahəsi üzrə qızıl-gümüş zinət əşyaları istehsalı, plastik boru, profil və aksesuarların istehsalı sahələri diqqəti cəlb edir.

Ardını oxu...

Muxtar respublikada torpaqların elektron uçotunun aparılması, torpaq sahələrindən səmərəli istifadənin təmin edilməsi, vətəndaşların daşınmaz əmlak üzərindəki hüquqlarının dövlət reyestrində qeydiyyata alınması zamanı göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi bu ilin aprel ayı ərzində də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqət mərkəzində saxlanılmışdır.

“Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli Fərmanı ilə müəyyənləşdirilmiş vəzifələrin icrasının təmin edilməsi, torpaq sahələrinin konturlarının çöl geodeziya-ölçmə işləri aparılmaqla dəqiqləşdirilməsi və parametrlərin torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi məqsədilə ay ərzində Naxçıvan şəhərinin Tumbul və Hacıniyyət kəndlərində daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılmış, Şərur rayonunun Cəlilkənd və Danyeri, Babək rayonunun Zeynəddin kəndlərində planaalma işləri davam etdirilmiş, 1170 daşınmaz əmlak obyekti plana alınmışdır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində keçirilən konfransda muxtar respublikada arıçılıqla məşğul olan iri təsərrüfat sahibləri, Azərbaycan Dövlət Pedaqoji İnstitutu, Azərbaycan Arıçılar Assosiasiyası, Türkiyənin Uludağ Universiteti, Azərbaycan Baytarlıq Elmi-­Tədqiqat İnstitutu, Azərbaycan Peşəkar Arıçılar Birliyi, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, Kənd Təsərrüfatı Nazirliyi və Baytarlıq Xidmətinin əməkdaşları iştirak ediblər.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov konfransı giriş sözü ilə açaraq muxtar respublikada arıçılığa göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, regionda kənd təsərrüfatının digər sahələri kimi, arıçılığın da inkişafı dövlət qayğısı ilə əhatə olunub.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev bildirib ki, arıçılara davamlı dövlət qayğısı göstərilir. Naxçıvanda 2017-2022-ci illərdə arıçı­lığın inkişafı üzrə Dövlət Proqramı həyata keçirilir. Təkcə 2017-ci ildə bu sahə üzrə təsərrüfat subyektlərinə 50 min manat məbləğində kredit verilib, 3 arıçılıq təsərrüfatı və mum vərəqi istehsalı sahəsi yaradılıb. Tədbirdə son illər Naxçıvanda arıçılığın inkişafı barədə geniş söhbət açılıb. Bildirilib ki, muxtar respublikada əvvəllər cəmi 6045 arı ailəsi var idisə, göstərilən dövlət qayğısının nəticəsində arı ailələrinin sayı artıq 70 mini ötüb.

Ardını oxu...

Muxtar respublikada 2018-ci ilin yanvar-aprel aylarında 711 milyon 398 min 700 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. 

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artaraq 1570 manata çatmışdır.

* * *

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 322 milyon 695 min manat dəyərində məhsul istehsal edilmişdir. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.

* * *

Vəsait qoyuluşları çərçivəsində 2018-ci ilin yanvar-aprel aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 286 milyon 580 min manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,5 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 269 milyon 855 min manatı və ya 94,2 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

* * *

Bu ilin yanvar-aprel aylarında 38 milyon 757 min 900 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 7821 tona, süd istehsalı isə 25 min 278 tona çatmışdır. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 5 faiz, süd istehsalı isə 2 faiz artmışdır.

Ardını oxu...

Muxtar respublikamızda bir çox istiqamətlərdə festivalların keçirilməsi artıq ənənə halını alıb. Son illərin yeniliyi kimi bu sırada kənd təsərrüfatının inkişafı, diyarımızda yetişdirilən müxtəlif növ məhsulların daha geniş formada təbliği məqsədilə təşkil olunan festivallar da xüsusi qeyd olunmalıdır ki, onlardan biri də “Göycə” festivalıdır. Bu qiymətli meyvə məhsulu ilə bağlı festivalın təşkilində başlıca amillər hansılardır? Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əsgər Həsənovla həmsöhbət olduq. O bildirdi ki, Naxçıvan tarixən əkinçiliyin inkişaf etdiyi və özünəməxsus bağçılıq ənənəsi və iqlim müxtəlifliyi ilə seçilən bir diyardır. Mənbələrdə bu qədim diyarda bağçı­lığın üç min beş yüz ildən çox tarixə malik olduğu qeyd edilir. Muxtar respublikanın əlverişli torpaq-iqlim şəraiti burada gözəl ətrə və ləziz tama malik olan yüksəkkeyfiyyətli meyvələr yetişdirilməsinə imkan verir.
Hələ XV əsrdə yaşamış tarixçi səyyahların yazılarında qeyd olunur ki, Naxçıvanda olduğu qədər dadlı və ləziz meyvə sortları dünyanın heç bir yerində yoxdur. Burada yetişdirilən meyvələr təzə halda və qurudularaq daxili bazarla yanaşı, xarici ölkələrdə də özünə alıcı tapıb.
Bu qədim diyarda meyvəçilik XIX əsrin əvvəllərindən başlayaraq daha geniş müstəviyə qədəm qoyub. Ötən əsrin 70-80-ci illərində isə meyvə-tərəvəz məhsullarının emalı üçün konserv zavodlarının yaradılması meyvəçilikdə yeni inkişaf mərhələsinin başlanmasına səbəb olub.
Son illər meyvəçiliyin gəlirli sahə kimi inkişaf etdirilməsinə xüsusi önəm verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə qəbul edilən “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na əsasən bu illər ərzində məqsədyönlü tədbirlər həyata keçirilib. İstehsalçılara meyvə bağlarının salınması üçün güzəştli kreditlər ayrılıb və meyvə məhsullarının saxlanması üçün soyuducu anbarlar tikilib istifadəyə verilib. Ali Məclis Sədrinin 2016-cı il 8 fevral tarixli ­Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” isə bu istiqamətdə daha geniş tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Ötən müddət ərzində bu sahədə xeyli iş görülüb, yeni meyvə bağları salınıb. Bu zaman yerli və məhsuldar, həmçinin xalq seleksiyaçılarının yetişdirdikləri itməkdə və unudulmaqda olan sortlara üstünlük verilib.

Ardını oxu...

Hər il olduğu kimi, 2018-ci ildə də Ordubad rayonunda müxtəlif təyinatlı quruculuq tədbirləri həyata keçirilir. Yeni quruculuq ünvanlarından biri də əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə tikilən rabitə evinin binasıdır. Artıq obyektdə əsas inşaat işləri başa çatdırılıb. Hazırda binanın fasadına mərmər üzlük çəkilir və həmin ərazidə abadlaşdırma işləri görülür, avtomobil yolunun kənarlarında yeni səki və pilləkənlər salınır.

Ardını oxu...

Müasir iqtisadiyyatda bankların fəaliyyəti həmişə diqqət mərkəzindədir. Bu baxımdan dünyada və ölkəmizdə yeni iqtisadi şəraitin tələblərinə müvafiq olaraq, aparılan iqtisadi islahatlar bank fəaliyyətinin daha da təkmilləşdirilməsini, onların yeni prinsiplər əsasında qurulmasını tələb edir. Artıq görülən işlər bank sisteminin sabitliyini və dinamik inkişafını təmin etməkdədir. Muxtar respublikamızda da iqtisadiyyatın sabit və sürətli inkişafı səmərəli fəaliyyət göstərən bank sisteminin formalaşması ilə sıx bağlıdır. 2008-ci ildən fəaliyyət göstərən “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti bu baxımdan muxtar respublikamızda həyata keçirilən pul-kredit əməliyyatlarında və real sektorun dəstəklənməsində mühüm rol oynamaqdadır. 

Yaranmasından ötən on il ərzində “Naxçıvanbank” ASC mühüm uğurlara imza atıb. Bank peşəkar komandası ilə biznes tərəfdaşı olan əhaliyə, habelə kiçik və orta sahibkarlıqla məşğul olan şəxslərə universal bank və maliyyə xidmətləri göstərməkdə geniş təcrübə əldə edib. Müasir dövrdə istər beynəlxalq, istərsə də yerli səviyyədə bank-kredit bazarında gedən dəyişik­liklərə uyğunlaşmaq, müştərilərinə daha keyfiyyətli xidmətlər göstərmək bankın əsas missiyasını təşkil edir. Təklif edilən məhsul və xidmətlər isə rəngarəngliyi ilə yüksək müştəri məmnuniyyəti doğurur. Muxtar respublika əhalisinə təklif etdiyi biznes kreditləri, kənd təsərrüfatı, istehlak, kart kreditləri, avtokreditlər, ipoteka krediti, SKF (Sahibkarlığa Kömək Fondu kreditləri), tələbli və müddətli depozitlərin (əmanətlərin) cəlb edilməsi, fiziki şəxslərin təcili pul köçürmələri sahəsində “Naxçıvanbank” ASC müştəri məmnuniyyəti toplaya bilib. Bundan əlavə, bank muxtar respublikada bütün növ nağdsız əməliyyatların həyata keçirilməsi, hüquqi və fiziki şəxslər üçün ­hesablaşma-kassa xidmətləri, pul vəsaitinin köçürülməsi üzrə xidmətlərin göstərilməsi, müştəri sifarişinə əsasən valyuta alqı-satqısı, müştərilərə maliyyə məsləhəti xidmətləri də göstərməklə müasir bankçılıq sahəsində mühüm şərtlərdən biri olan korporativ mədəniyyəti tam mənimsəyib.

Ardını oxu...

Muxtar respublikamızda yaradılmış əlverişli mühit, enerji və nəqliyyat infrastrukturunun yenilənməsi, xammal resurslarının mövcudluğu iqtisadiyyatın əsas hissəsi olan sənayenin davamlı inkişafını təmin etmişdir.

Ardını oxu...

2018-ci ilin aprel ayında muxtar respublikada avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir.
Hesabat dövründə muxtar respublikada sərnişindaşıma fəaliyyəti göstərən avtobus və mikroavtobusların texniki müayinəsi aparılmış, 296 avtobus qeydiyyatdan keçmişdir. Sərnişindaşıma xidmətini daha da təkmilləşdirmək məqsədilə Dövlət Yol Polisinin nümayəndələri ilə birlikdə taksi və avtobus sürücüləri ilə görüşlər təşkil edilmişdir. Qrafikə uyğun olaraq həftədə bir dəfə taksi və avtobus sürücülərinin muzeylərdə məlumatlandırma işi davam etdirilmişdir.
2018-ci ilin aprel ayında İran İslam Respublikasından keçməklə Naxçıvan-Bakı avtobus marşrutu ilə Naxçıvandan Bakıya 910, Bakıdan Naxçıvana isə 1005 sərnişin daşınmışdır.

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin
mətbuat xidməti

2018-ci ildə Babək rayonunun ucqar dağ və sərhəd kəndləri olan Yuxarı və Aşağı Buzqovda sosial obyektlər, Babək qəsəbəsində isə yaşayış, Elektrik Şəbəkəsi üçün yeni binalar inşa olunur, məscid, dövlət qurumlarının yerləşdiyi inzibati bina yenidən qurulur.
Babək qəsəbəsindəki yeni yaşayış binası yeddi mərtəbədən ibarət olacaq və zirzəmi hissəsində geyim və ərzaq mağazaları, dərzi və bərbər salonu yerləşəcək. 28 mənzilli binada mənzillərin 21-i ikiotaqlı, 7-si isə üçotaqlı olacaq. Bu da rayonda gənc ailələrin mənzilə olan tələbatının ödənilməsinə şərait yaradacaq. Yeni tikililər öz müasir görkəmi ilə Babək qəsəbəsinin hüsnünə yeni çalarlar qatacaq.
Qeyd edək ki, hazırda binanın dam örtüyü vurulur, daxilində alçı və suvaq işləri görülür. Burada elektrik və rabitə xətlərinin çəkilişi başa çatdırılıb, birinci mərtəbənin fasadına travertin daşlar düzülür. Liftin quraşdırıldığı binada pəncərələr də salınır. Rayon Statistika İdarəsi, Dövlət Sığorta Agentliyi, “Şərqin səhəri” qəzeti redaksiyası, Gənclər və İdman İdarəsi, Məşğulluq Mərkəzi və digər dövlət orqanları üçün iş otaqlarının ayrıldığı dördmərtəbəli inzibati binada da işlər sürətlə aparılır. Yenidən­qurma işlərindən sonra rayon Baytarlıq İdarəsi və Gigiyena və Epidemiologiya Mərkəzinin də bu binada yerləşdirilməsi nəzərdə tutulub. Binanın zirzəmisində həmin mərkəzin laboratoriyaları fəaliyyət göstərəcək.
Cari ilin mart ayından etibarən qəsəbədəki məsciddə də təmir-bərpa işləri aparılır. Məscidin həyətində yaşıllıq salınacaq, müasir işıqlandırma sistemləri quraşdırılacaq. Rayon Elektrik Şəbəkəsi üçün inşa olunan ikimərtəbəli inzibati binada da işlər sürətlə davam etdirilir. Belə ki, binanın birinci mərtəbəsində ­beton-qəlib işləri başa çatdırılıb, ikinci mərtəbədə isə dəmir konstruksiyalar quraşdırılır.

Muxtar RZAZADƏ

Naxçıvan ərazisində hava çox isti və yağıntılar az olduğu üçün suvarma olmadan bol məhsul götürmək mümkün deyil. Ona görə də qədim zamanlardan bu diyarda suvarma ənənələri formalaşıb və zaman keçdikcə təkmilləşdirilib. Naxçıvanda suvarma mənbəyi kimi keçmişdə, əsasən, bulaq və çay sularından, aran zonasında isə kəhrizlərdən istifadə edilərdi.

Ardını oxu...

Keçən əsrin ortalarında ermənipərəst sovet rəhbərlərinin apardığı siyasət nəticəsində bir çox azərbaycanlı öz torpaqlarından zorla köçürülərək deportasiyaya məruz qaldı. Öz doğma yurdları – əzəli Azərbaycan torpağı olan Vedibasardan köçürülən və Naxçıvana pənah gətirən Həsənovların ailəsi də belələrindəndir. Köçürülən bir çox ailə kimi, onlar da müxtəlif bölgələrə yerləşdirilən zaman “Biz torpaq adamıyıq. Mümkünsə, ailəliklə bizə kəndlərdən birində torpaq verin, orada yaşayaq. Torpaqdan uzaq düşsək, yaşaya bilmərik” arzuları nəzərə alınaraq onlara Şərur rayon Danyeri kəndində torpaq verilib. Beş qardaşın ortancılı olan Yaqub Həsənov həmin torpaq sahəsində ataların “Torpaq deyir: sən mənə tər ver, mən sənə zər verim” deyiminin nə qədər düzgün olduğunu subut edib. Onunla söhbətimiz də illərdir, əziyyətini çəkib, uşaq kimi qayğısına qalıb, əzizləyib bu günə gətirib çıxardığı göycə bağında baş tutdu:
– İlk vaxtlar bu yurd yerinin torpaqlarına yaxından bələd deyildik. Odur ki, istədiyimizə tam nail ola bilmirdik. Lakin ruhdan düşmədik. Torpağa alışdıq, təcrübəmiz artdı. İllərdir, bu bağı əkib-becərirəm, zəhmətimin qarşılığını da ikiqat alıram. Gördüyünüz bu bağdan qazandıqlarımla övladlarımı böyüdüb, onları oxudub ailə, ev-eşik sahibi etmişəm. Doqquz nəvəm var, onları da zəhmətə alışdırıram. Oğlanlarım istirahət günlərində mənimlə bərabər bu bağda çalışırlar. Ağacları budamaqda, suvarmada, meyvə yığımında mənə köməklik göstərirlər. Bağımda yarım hektar torpaqda 150 göycə ağacı var. Onların içində birillikdən tutmuş, onbeşillik göycə ağacına rast gəlmək olar. Təkcə göycə ağacı ilə də kifayətlənməmişəm. İnnab, yemişan, alma, zoğal, ərik və başqa meyvələr də becərirəm.

Ardını oxu...

Muxtar respublikada dəmir yolu nəqliyyatından istifadə sahəsində ardıcıl tədbirlər görülür, maddi­­-texniki baza gücləndirilir. Yaradılan şəraitin nəticəsidir ki, aprel ayında Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 11 min tondan artıq müxtəlif təyinatlı yük daşınmışdır. Hesabat dövründə Ordubad-Şərur və Şərur-Culfa istiqamətində hərəkət edən yük-sərnişin qatarları vasitəsilə 13 min 708, Naxçıvan-Məşhəd-Naxçıvan istiqaməti üzrə hərəkət edən beynəlxalq sərnişin qatarı vasitəsi ilə 287 sərnişin daşınmışdır.
Vaqonlarda və lokomotivlərdə cari təmir işləri aparılmış, baş və stansiya yollarına baxış keçirilmişdir. Xidməti ərazidəki bütün keçidlər, yol yatağı, yoldəyişən və süni qurğular yoxlanılmış, istismarda olan maşın-mexanizmlərin saz vəziyyətdə saxlanılması üçün mütəmadi olaraq yoxlamalar aparılmışdır.

“Naxçıvan Dəmir Yolları”
Məhdud Məsuliyyətli Cəmiyyəti

2018-ci ilin aprel ayında Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin tabe təşkilatları tərəfindən su itkisinin qarşısını almaq məqsədilə kanal və arxlarda lildəntəmizləmə işləri aparılmış, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün yeni drenaj kanalları qazılmış, hidrotexniki qurğularda təmir­-bərpa işləri görülmüşdür. Bu dövrdə 24 kilometr beton və torpaq kanal təmizlənmiş, 6 kilometr yeni suvarma boru xətti çəkilmişdir.
Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 410 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, müxtəlif diametrli borularla 6 min metr magistral və paylayıcı boru xətti çəkilmiş, 60 hidrant və 60 paylayıcı hovuz quraşdırılmışdır.
“Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Pro­qramı” layihəsi çərçivəsində də işlər davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

Mayın 11-də Naxçıvan Biznes Mərkəzində Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublika üzrə İdarəsinin və “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən “Çirkli pulların yuyulmasına qarşı tədbirlər” mövzusunda təlim keçirilib.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bank qurumlarının nümayəndələrinin iştirak etdiyi təlimdə çıxış edən Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev çirkli pulların mahiyyəti, onların qanunsuz dövriyyəsinə qarşı bank qurumlarının vəzifələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, təlimin məqsədi Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bank əməkdaşlarının çirkli pulların yuyulmasına qarşı mübarizə tədbirləri üzrə Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri istiqamətində və mövcud beynəlxalq praktika üzrə biliklərin artırılmasından ibarətdir.
Təlim zamanı bank işçilərinə çirkli pulların yaranma mənbələri, belə pul gəlirlərinin qanunsuz dövriyyədən hər hansı bir qanunauyğun şəkildə yuyulmaya yönəldilməsi mərhələləri və son nəticədə, bunun vasitəsilə terrorçuluğun maliyyələşdirilməsi barədə mümkün ehtimallar haqqında danışılıb. Narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsi, insan alveri, saxtakarlıq, korrupsiya, rüşvət və Azərbaycan Respublikası qanunvericiliyinə əsasən cinayət yolu ilə əldə edilmiş digər vəsaitlərin bank əməliyyatları vasitəsilə qanuni dövriyyəyə daxil edilməsinin iqtisadiyyata vurduğu zərərlər haqqında məlumat verən təlimçi bildirib ki, bütün dünyada olduğu kimi, hazırda ölkəmizdə də belə qanunsuz əməllərə qarşı sərt mübarizə aparılır.

Ardını oxu...

Bununla bağlı razılıq 2017-ci ilin dekabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun İran İslam Respublikasına rəsmi səfəri və Tehranda keçirdiyi yüksək səviyyəli görüşlər zamanı əldə olunub.
Qəbul edilmiş qərara əsasən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı Culfa­-Culfa sərhəd gömrük-buraxılış məntəqəsi mayın 10-dan etibarən 24 saatlıq iş rejiminə keçirilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov İranın Şərqi Azərbaycan Vilayətinin Gömrük İdarəsinin rəisi Əliəsgər Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb və qarşılıqlı əməkdaşlıq əlaqələrini müzakirə ediblər. Tərəflər ağırtonnajlı yük maşınlarının gediş-gəlişi zamanı yaranan çətinliklərin aradan qaldırılması, müəyyən olunmuş normalar əsasında vətəndaşların çətinliklərlə üzləşmədən sərhəd gömrük­-buraxılış məntəqələrindən rahat gediş-gəlişlərinin təmin olunması məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.
Görüşdə qeyd olunub ki, 24 saat­lıq iş rejiminə keçidlə bağlı növbəli iş rejimi təşkil olunub, sərhəd gömrük­-buraxılış məntəqələrində fəaliyyət göstərən müvafiq strukturlar yeni iş rejiminə uyğunlaşdırılıb. Sutkalıq iş rejiminə keçid Culfa-Culfa sərhəd gömrük-buraxılış məntəqəsindən istifadənin daha da yaxşılaşmasına, yüklərin fasiləsiz daşınmasına, xarici ticarət dövriyyəsinin artmasına, tranzit imkanlardan daha geniş istifadəyə şərait yaradacaq.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

Əhalinin sağlam və keyfiyyətli ət və süd məhsulları ilə təminatında baytarlıq xidmətinin təşkili mühüm əhəmiyyətə malikdir. Ona görə də Naxçıvan Muxtar Respublikasında baytarlıq xidmətinin təşkilinə xüsusi diqqət yetirilir. Dövlət Baytarlıq Xidməti və onun yerli orqanları tərəfindən mütəmadi olaraq yerlərdə maarifləndirici tədbirlər keçirilir, müxtəlif xəstəliklərə qarşı peyvəndləmə işləri aparılır.
Cari ilin aprel ayında da bu tədbirlər davam etdirilmiş, bruselyoz xəstəliyinə görə 12 min 640 qan, 231 patoloji, 5 adda 8723 parazitar nümunə, eləcə də Baytar Sanitar Ekspertiza laboratoriyalarında 1277 nümunə müayinələrdən keçirilmişdir.
Ötən ay peyvənd işi də vaxtında təşkil olunmuş, profilaktika məqsədilə 4256 baş iribuynuzluda qarayara, 9079 baş iribuynuzluda nodulyar dermatit, 71 min 409 baş iribuynuzluda dabaq xəstəliyinə, 240 min 849 baş ev quşlarında taun xəstəliyinə qarşı peyvəndləmə aparılmışdır. Həmçinin aprel ayında 3440 baş inək və düyələrdə süni mayalanma aparılmış, ötən ildən mayalanmış inəklərdən 3767 baş cins buzov doğulmuşdur. Ay ərzində 14 vətəndaşın 286 arı ailəsi qeydiyyata alınmış və baytarlıq-sanitar pasportu (şəhadətnamə) verilmiş, 32 min 325 arı ailəsindən nümunələr götürülərək laboratoriyalarda müayinə olunmuşdur. Baytarlıq nəzarətində olan bütün obyektlərdə 45 reyd keçirilmiş, mal-qaraya qulluq, yemləmə, xəstəliklərdən qorunma və aparılan baytarlıq tədbirlərinin əhəmiyyəti haqqında sahibkarlara tövsiyələr verilmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət
Baytarlıq Xidməti

Mədəniyyət yoldan başlayır, – deyirlər. Hər birimiz səyahətdə olduğumuz bir ölkə haqqında danışarkən ilk olaraq buradakı yollardan söhbətə başlayırıq. Çünki yol cəmiyyətin inkişafının ən mühüm göstəricilərindən biridir. Uzaqları yaxınlaşdıran geniş və rahat yollar ­gediş-gəlişi asanlaşdırır, insan həyatına rifah gətirir. Yollarımız, həm də güclü iqtisadiyyatın nəticəsi və yurdumuza gələn turistlərin gözəl təəssüratları kimi yaddaşlarda qalır. 

Muxtar respublikamızda müasir yol infrastrukturunun yaradılması istiqamətində görülən işlər yol-­nəqliyyat kompleksinin yenilənməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına öz töhfəsini verib. Son illərdə magistral avtomobil yollarının yenidən qurulması Naxçıvanın tranzit imkanlarını xeyli artırıb. Belə ki, Naxçıvan Muxtar Respublikasında hər il 100 kilometrə yaxın yeni avtomobil yolları çəkilərək və müasir standartlar səviyyəsində yenidən qurularaq əhalinin istifadəsinə verilir. Muxtar respublikamızda asfalt-beton zavodlarının müasir avadanlıqlarla təmin olunması, qum-çınqıl karxanaları və bitum anbarlarının istifadəyə verilməsi, yol istismar idarələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi nəticəsində yol infrastrukturunun yenidən qurulması üçün əlverişli şərait yaranıb.

Ardını oxu...

Bu gün muxtar respublikada kənd təsərrüfatının inkişafına, aqrar sektorda məhsul istehsalının artırılmasına və sahibkarlığın davamlı inkişafına xüsusi diqqət yetirilir. Bu sahədə qəbul olunan dövlət proqramlarının uğurlu icrası yeni iş yerləri və müəssisələrin yaradılmasına, xidmət və sosial infrastruktur təminatının həcminə müsbət təsir göstərib. Sahibkarlıq mühitinin yaxşılaşdırılması babəkli iş adamları üçün də geniş imkanlar açıb. Son vaxtlar rayonun Məzrə kəndində qaz təsərrüfatı və Hacıvarda isə yeni inkubator sahələri yaradılıb.
Məzrə gölü ətrafında yerləşən “Naxışnərgiz” Məhdud Məsuliyyətli Cəmiyyəti daxili bazarı qaz əti ilə təmin etməyi qarşısına məqsəd qoyub və bu istiqamətdə aparılan işlərə 2017-ci ildən başlanılıb. Hazırda təsərrüfatda 350 qaz saxlanılır. Təsərrüfatın genişləndirilməsi məqsədilə inkubatorlara 900 yumurta qoyulub. Qaz təsərrüfatının yaradılmasına, ümumilikdə, sahibkar tərəfindən 191 min manat vəsait xərclənib.
Təsərrüfatın rəhbəri Arzu Dünyamalıyevdən aldığımız məlumata görə, burada 1,1 hektar sahədə yeni badam bağı da salınıb, müasir suvarma sistemləri yaradılıb. Eyni zamanda sahibkar tərəfindən Məzrə gölünə 30 min ağ Amur cinsli balıq da buraxılıb. Müəssisənin gələcəkdə daha da genişləndirilməsi və istehsal olunan məhsulların xarici bazarlara çıxarılması nəzərdə tutulub.

Ardını oxu...

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi aqrar islahatlar bu gün ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Həyata keçirilən məqsədyönlü və sistemli islahatlar bitkiçiliyin və heyvandarlığın, eləcə də emal sənayesinin inkişafına yol açır.

Bu gün muxtar respublikamızın bütün rayonlarında torpaqlardan səmərəli istifadə olunması üçün hərtərəfli şərait yaradılıb. Müxtəlif illərdə qəbul olunmuş dövlət pro­qramları aqrar bölgə kimi tanınan muxtar respublikada əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, iqtisadi inkişafa öz töhfəsini verməkdədir.
Məlumdur ki, kənd təsərrüfatının inkişafı əhalinin rifah halının yaxşılaşdırılması ilə yanaşı, ərazinin iqtisadi potensialının gücləndirilməsində də mühüm rol oynayır. Kənd adamlarının daimi iş yerinə çevrilən torpaqdan səmərəli istifadə etməsi bolluq yaratmaqla daxili bazarın yerli ərzaq məhsulları ilə təmin olunmasına imkan verir. Hər il bu sahənin inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi artıq ənənə halını alıb. Kənd təsərrüfatına yeni texnikanın tətbiqi, müasir meliorasiya-irriqasiya sistemlərinin qurulması həm yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması ilə nəticələnir, həm də torpaq mülkiyyətçilərinə müasir texnikadan istifadə hesabına məhsul istehsalını artırmalarına kömək edir, eyni zamanda kənd təsərrüfatı təmayüllü istehsal müəssisələrinin fəaliyyəti dəstəklənir.

Ardını oxu...

Müasir dövrdə idxal olunan tütünçülük məhsulları ilə bağlı ölkə iqtisadiyyatının məruz qaldığı valyuta itkisini azaltmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” bu sahədə mühüm vəzifələr qarşıya qoyur. Bu məqsədlə bir zamanlar ölkəmizdə və muxtar respublikamızda mühüm məşğulluq sahələrindən biri olmuş tütünçülüyün inkişafına verilən diqqət iqtisadiyyatın çoxşaxəliliyinin təmin olunması və idxaldan asılılığın azaldılması baxımından əhəmiyyətlidir.

Məlum olduğu kimi, artıq ötən ildən başlayaraq muxtar respublikamızda yenidən tütün əkilməsinə başlanılıb. İlkin olaraq Kəngərli rayonunda 9 hektar sahədə sınaq məqsədilə məhsuldar “Virciniya” və “Oriental” tütün sortları əkilib, 11 tondan artıq quru tütün istehsal olunub. Bu isə torpaq mülkiyyətçilərinin və sahibkarların bu sahəyə marağını artırıb. “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyəti torpaq mülkiyyətçilərinin yetişdirdikləri tütünü münasib qiymətlərlə qəbul edir. Qeyd edək ki, müəssisənin istehsal etdiyi məhsulun 10 faizi Naxçıvanın tütün məhsullarına olan tələbatını ödəyir, qalan 90 faiz isə ixrac üçün nəzərdə tutulur.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR