23 Dekabr 2024, Bazar ertəsi

Hər il olduğu kimi, 2018-ci ildə də Ordubad rayonunda müxtəlif təyinatlı quruculuq tədbirləri həyata keçirilir. Yeni quruculuq ünvanlarından biri də əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə tikilən rabitə evinin binasıdır. Artıq obyektdə əsas inşaat işləri başa çatdırılıb. Hazırda binanın fasadına mərmər üzlük çəkilir və həmin ərazidə abadlaşdırma işləri görülür, avtomobil yolunun kənarlarında yeni səki və pilləkənlər salınır.

Rayonun ən iri yaşayış məntəqələrindən biri olan Dəstədə məktəb, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri üçün binaların tikintisi aparılır. Məktəb binası 900 şagird yerlik olacaq. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət nəzərdə tutulmuş təhsil ocağının binasında dərslərin müasir tələblər səviyyəsində tədris olunması üçün hər cür şərait yaradılacaq. Kənd mərkəzi və həkim ambulatoriyası 2, xidmət mərkəzi isə 1 mərtəbəli binada yerləşəcək.
Yaşayış məntəqəsinin daxili avtomobil yolları da yenidən qurulur. Culfa Rayon Yol Tikinti İdarəsinin inşaatçıları 15 kilometr uzunluğunda olacaq kənddaxili yolların asfaltlanması üçün hazırlıq işlərini davam etdirirlər.
Ordubad rayon mərkəzinin “İstanbul” küçəsində isə 24 mənzilli 5 mərtəbəli yaşayış binasında əsaslı təmir işləri aparılır. Binanın fasadı suvanaraq boya ilə rənglənib, çardaq yenidən qurulub, qapı-pəncərələr yeniləri ilə əvəz edilib.
Rayon İcra Hakimiyyətinin 3, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin isə 2 mərtəbəli binaları da əsaslı şəkildə yenidən qurulur.

Abbas SEYİD

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR