Muxtar respublikada dəmir yolu nəqliyyatından istifadə sahəsində ardıcıl tədbirlər görülür, müasir dəmir yolu infrastrukturu yaradılır. Yaradılan şəraitin nəticəsidir ki, cari ilin may ayında Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 11 min tondan artıq müxtəlif təyinatlı yük daşınmışdır. Hesabat dövründə Ordubad-Şərur və Şərur-Culfa istiqamətində hərəkət edən yük-sərnişin qatarları vasitəsilə 13 min 891 sərnişin daşınmışdır.
Vaqonlarda və lokomotivlərdə cari təmir işləri aparılmış, baş və stansiya yollarına baxış keçirilmişdir. Xidməti ərazidəki bina, tikili və qurğular, eləcə də istismarda olan lokomotiv və sərnişin vaqonları, maşın-mexanizmlər mütəmadi yoxlanılmış, nöqsanlar aradan qaldırılmışdır.
“Naxçıvan Dəmir Yolları”
Məhdud Məsuliyyəti Cəmiyyəti