23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada 2018-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 172 milyon 378 min 700 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 4783 manata yaxın olmuşdur.

* * *

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 827 milyon 648 min 800 manat dəyərində məhsul istehsal edilmişdir. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.

* * *

Vəsait qoyuluşları çərçivəsində 2018-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 840 milyon 725 min manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,4 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 775 milyon 690 min manatı və ya 92,3 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

* * *

Ardını oxu...

Muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafı diqqətdə saxlanılır. Cari ilin oktyabr ayında dəmir yolu nəqliyyatı vasitəsilə ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 26 min 940 ton müxtəlif təyinatlı yük, Ordubad-Şərur və Şərur-Culfa istiqamətlərində hərəkət edən yük-sərnişin qatarları vasitəsilə 15 min 636 sərnişin daşınmışdır.
Ötən dövrdə vaqonlarda və lokomotivlərdə cari təmir işləri görülmüş, Culfa Lokomotiv Deposunda lokomotivlər 5 dəfə texniki baxışdan keçirilmiş, baş və stansiya yollarında təmir işləri aparılmışdır. Payız-qış mövsümündə idarə və strukturlarda fasiləsiz və sabit iş rejiminin təmin olunması məqsədilə qərargah yaradılmış, tədbirlər planı hazır­lanmış, istismarda olan lokomotiv və sərnişin vaqonları, maşın-mexanizmlər mütəmadi yoxlanılmış, yanğına qarşı texniki müayinə aparılmış, nöqsanlar aradan qaldırılmışdır.

“Naxçıvan Dəmir Yolları”
Məhdud Məsuliyyətli Cəmiyyəti

Muxtar respublikamızda insanların, o cümlədən gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən Kəngərliyə də pay düşüb. Cari ilin ötən dövrü ərzində də rayonda tikinti-quruculuq, abadlıq işləri davam etdirilir. Bu isə hər bir Kəngərli sakininin qurub-yaratmaq əzmini daha da artırır.
Hazırda rayon mərkəzi Qıvraq qəsəbəsində 3 ünvanda yeni quruculuq tədbirləri həyata keçirilir. Qəsəbədəki böyük bir ərazidə inşa olunan, zirzəmi ilə birlikdə yeddimərtəbəli ictimai yaşayış binası bunun bariz ifadəsidir. İki girişdən ibarət olan bina 48 mənzillidir. Bu, 48 ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına töhfə olacaq. Mənzil­lərin 22-si iki, 26-sı isə üçotaqlıdır. Zirzəmidə fərdi qazanxana, anbar, gözəllik salonu yerləşəcək. Burada rayonun müxtəlif idarə, müəssisə və təşkilatları üçün 8 iş otağı ayrılacaq. Binanın ətrafında abadlıq-təmir işləri aparılır, yaşıllıq zolağı salınması üçün hazırlıq işləri görülür.

Ardını oxu...

Muxtar respublikamız uğurla inkişaf edir, bütün yaşayış məntəqələrində məqsədyönlü infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin həyat tərzində öz əksini tapır. Belə layihələr meliorasiya və su təsərrüfatı sistemini də əhatə edib. Bunun ifadəsidir ki, son illər içməli su təminatının yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər görülüb, yeni içməli su xətləri çəkilib, kaptajlar bərpa olunub. 

Naxçıvan şəhərinin içməli su və kanalizasiya sistemləri ötən əsrin 60-70-ci illərində o dövrün tələblərinə uyğun qurulan, uzun müddət istismar olunduğundan şəhəri tam əhatə etməməklə yanaşı, artıq yararsız vəziyyətə düşmüş və əhalinin keyfiyyətli içməli suya olan mövcud tələbatını ödəmirdi. Bəzi məhəllələrdə sakinlər ancaq küçələrdəki su kranlarından istifadə edirdi. Əhaliyə su müəyyən saatlarla verilir, yüksək mərtəbəli evlərə içməli su öz axını ilə qalxmırdı. Əhali tərəfindən binanın çardaq hissəsinə kustar yolla düzəldilmiş su çənləri qoyulur və ayrı-ayrı şəxslərə məxsus nasoslar vasitəsilə mənzillərə su vurulurdu. Bəzən su çənlərinin sıradan çıxması suyun daşmasına, yuxarı mərtəbədə yaşayan insanların mənzillərinin yararsız vəziyyətə düşməsinə səbəb olurdu.
Kanalizasiya quyularında da vəziyyət ürəkaçan deyildi. Çirkab suları təmizlənmədən Araz çayına və ya sahələrə axıdılırdı. Bu da insan sağlamlığına və ekologiyaya mənfi təsir göstərirdi.

Ardını oxu...

Muxtar respublikanın yaşayış məntəqələrinin və istehsal sahələrinin dayanıqlı təbii qaz təminatı diqqətdə saxlanılır, bu istiqamətdə ardıcıl tədbirlər görülür.
Oktyabr ayında 84 əhali və 23 qeyri­-əhali abonenti olmaqla, 107 obyekt qazlaşdırılmış, tikinti işləri zamanı 12 min 515 paqonometr qaz xətti çəkilmişdir. Yeraltı yüksək və ortatəzyiqli magistral qaz kəmərlərinin üzərindəki elektrokimyəvi mühafizə qurğularına nəzarət edilmiş, payız-qış mövsümünə hazır­lıq tədbirləri görülmüşdür.
Qeyd olunan dövrdə qaz təsərrüfatında istismara yararsız vəziyyətə düşmüş qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsi diqqət mərkəzində saxlanılmış, qazın nəqli zamanı meydana çıxan texniki itki normalarının minimal həddə saxlanılması üçün tədbirlər görülmüşdür. Qəza dispetçer xidmətlərinə daxil olmuş 1275 çağırışa vaxtında gedilmiş, problemlər aradan qaldırılaraq təbii qazın nəqli bərpa olunmuşdur.

“Naxçıvanqaz” İstehsalat Birliyinin
mətbuat xidməti

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu Ordubad rayonunun Kotam kəndi ərazisində yeni meyvə bağı salır. 1 hektar ərazidə salınan nümunəvi bağda, əsasən, yerli torpaq və iqlim xüsusiyyətlərinə uyğun meyvə sortları əkilir. Əkiləcək ərazilərdə əvvəlcədən hazırlıq işləri aparılıb, arxlar çəkilib və sahə çəpərlənib. Bu meyvə bağının salınması həm də “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlərə öz töhfəsini verəcək.
Qeyd edək ki, bağın salınması işi Ümumdünya Təbiəti Mühafizə Fondunun dəstəklədiyi “Qafqazda bəbir və onun qida obyektlərinin ­monitorinqi” layihəsi çərçivəsində aparılır.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti oktyabr ayında muxtar respublika əhalisinə göstərilən avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirmişdir. Belə ki, sərnişin daşımalarını yerinə yetirən sürücülərin iştirakı ilə ­seminar-müşavirə təşkil olunmuş, taksilərin texniki müayinəsi aparılmışdır.
Payız-qış mövsümünə hazırlıqla bağlı verilmiş tapşırıqların icrası ötən dövrdə də davam etdirilmiş, ictimai nəqliyyatda xidmətin keyfiyyətinə və xəttə buraxılan avtonəqliyyat vasitələrinin texniki cəhətdən saz olmalarına nəzarət artırılmış, ucqar dağ kəndlərinə işləyən nəqliyyat vasitələrinin sahibkarları ilə əlaqə saxlanılmış, mövcud çatışmazlıqların aradan qaldırılması üçün onlara lazımi köməklik göstərilmişdir. Həmçinin avtovağzalların payız-qış mövsümünə hazırlığı diqqət mərkəzində saxlanılmış, şəhərlərarası və rayonlararası marşrut avtobuslarının hərəkət qrafiki daha da təkmilləşdirilmişdir.
Oktyabr ayında beynəlxalq sərnişindaşıma xidməti göstərən avtobusların fəaliyyətinə nəzarət gücləndirilmiş, Naxçıvan-İqdır-Naxçıvan marşrutunda gündəlik sərnişindaşıma xidməti həyata keçirilmişdir. Payız-qış mövsümündə sərnişinlərin rahatlığını təmin etmək üçün Naxçıvan-Bakı-Naxçıvan marşrutunda işləyən avtobuslardan birinin hər gün Şərur və Culfa avtovağzallarından yola salınması, Şahbuz və Ordubad avtovağzallarında isə Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutuna bilet satışı davam etdirilmişdir. Bu dövrdə Naxçıvan-Bakı-Naxçıvan marşrutu ilə hər iki istiqamətə 1344 sərnişin daşınmış, muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutla təmin edilmiş, 481 taksi əhaliyə xidmət göstərmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Nəqliyyat Xidmətinin mətbuat xidməti

Daimi xarakter alan bu tədbirlər təqdir olunur

Muxtar respublikamızda bir çox istiqamətlərdə festivalların keçirilməsi artıq ənənə halını alıb. Son illərin yeniliyi kimi bu sırada kənd təsərrüfatının inkişafı, diyarımızda yetişdirilən müxtəlif növ məhsulların daha geniş formada təbliği məqsədilə təşkil olunan festivallar da xüsusi qeyd olunmalıdır. Paytaxt şəhərimizdə ilk dəfə 2016-cı ildə “Göycə” festivalının keçirilməsi ilə başlayan belə tədbirlərdə müstəqil ölkəmizin vətəndaşları sahib olduqları torpaqlarda alın təri ilə, min bir zəhmətlə əkib-becərdikləri məhsulları həvəslə satışa çıxarırlar. 

Son illərdə “Naxçıvanqala” Tarix­-Memarlıq Muzey Kompleksində keçirilən festivallarda muxtar diyarımızın hər bir rayonu üçün pavilyonlar ayrılır. Buraya gələnlər üçün ictimai iaşə xidməti təşkil olunur, muxtar respublikanın musiqi kollektivlərinin çıxışları festivalları daha da rəngarəng edir. Naxçıvana ölkəmizin digər yerlərindən və xaricdən gələn qonaqlar da bu tədbirlərdən razılıqla danışırlar.
Cari ildə də festivallar davam etdirilib. İlk olaraq may ayında ənənəvi “Göycə” festivalı keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 2018-ci ilin oktyabr ayında yerli məhsulların daxili və xarici bazarlarda ­rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işini, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin standartların tələblərinə uyğunluğunu diqqətdə saxlamış, ümumilikdə, məhsulların 107 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin edilmişdir. Məhsulların sertifikatlaşdırılmasına dair elektron xidmət vasitəsilə daxil olmuş 35 müraciət operativ icra olunmuşdur.

Yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 89 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür. Təsərrüfat subyektlərindən götürülmüş məhsul nümunələrinin 92 halda laboratoriya analizləri aparılmış və texniki normativ-hüquqi aktların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.

Ardını oxu...

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi 2018-ci ilin oktyabr ayında davam etdirilmişdir.
Ötən dövrdə Aşağı Buzqov rabitə evində 256, Yuxarı Buzqov rabitə evində 96 yerlik yeni nəsil Avtomat Telefon Stansiyası qurulmuş, Aşağı Buzqov kəndində poçt bölməsi yeni binaya köçürülmüş, Yuxarı Buzqov kəndində isə yeni poçt bölməsi yaradılmışdır. Poçt bölmələrində işçi kompüterlər “Naxçıvanpoçt”un şəbəkəsinə qoşulmuş və digər lazımi avadanlıqlarla təmin olunmuşdur. Nömrə tutumlarının artırılması nəticəsində hesabat ayında 177 yeni telefon nömrəsi istismara verilmişdir.
Şərur rayonunun Qarxun, Babək rayonunun Nəzərabad və Sədərək rayon mərkəzi Avtomat Telefon stansiyalarının hər birinə 32 portluq internet platası əlavə edilmiş, Babək rayonunun Nəzərabad kənd Avtomat Telefon Stansiyasında isə 32 portluq internet platası quraşdırılmışdır.
Oktyabr ayında muxtar respublika ərazisində, ümumilikdə, 2430 metr fiber-optik kabel xətti çəkilmiş, genişzolaqlı ADSL texnologiyası vasitəsilə 643 yeni abunəçi internetlə təmin olunmuş, Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında yenilənmə işləri davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

2018-ci ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət­-kassa aparatlarından istifadə və sair bu kimi operativ vergi nəzarətinin əhatə funksiyalarına daxil olan məsələlər üzrə müvafiq tədbirlər ­görülüb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişaf etmiş sahələrindən biri də energetikadır. Keçən əsrin sonlarında muxtar respublikanın blokadaya salınması bu vacib sektorun inkişafına böyük əngəllər yaratsa da, ötən dövr ərzində muxtar respublikanın enerji təhlükəsizliyi ilə bağlı atılan mühüm addımlar hazırda bu sahənin hərtərəfli inkişafına zəmin yaratmış, nəticədə, muxtar respublika enerji idxal edən regiondan enerji ixrac edən regiona çevrilmişdir. Muxtar respublika energetikasında mövcud təbii potensialdan lazımınca istifadə son bir neçə ildə bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalına imkan vermişdir ki, qısa müddətdə bu sahədə mühüm nəticələr əldə olunmuşdur. 

Hamımıza məlumdur ki, Yer kürəsində iki cür enerji mənbəyi mövcuddur: bərpaolunan və bərpa olunmayan. Bərpaolunan enerji mənbələri fasiləsiz fəaliyyət göstərir. Bunlar Günəş, külək enerjisi, hidroenerji və digərləridir. Bərpa olunmayan mənbələr isə (qazıntı-yanacaq növləri, nüvə və nüvə-­istilik enerjisi) ətraf mühitin əlavə olaraq istiləşməsinə, ekologiyanın çirklənməsinə, zərərli tullantıların artmasına və digər neqativ nəticələrin yaranmasına səbəb olur. Buna görədir ki, son dövrlərdə dünya ölkələri sürətlə bərpaolunan enerji mənbələrinə keçidi prioritet məsələyə çeviriblər. Hazırda dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz, yəni bərpa­olunan enerji mənbələrindən geniş istifadə olunur. Bu sahədə ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Yaponiya və Çin daha qabaqcıl mövqe tuturlar.

Ardını oxu...

Müasir dövrdə muxtar respublikamızda iqtisadiyyatın inkişaf istiqamətləri, əsasən, yerli resurslardan istifadə olunması ilə sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə yönəlib. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər muxtar respublikanın istehsal müəssisələrində müxtəlif növdə və çeşiddə məhsulların istehsalı üçün əlverişli şərait yaradıb. İndi artıq yerli və regional bazarlarda mənşəyi Naxçıvan olan hər bir məhsul istehlakçılar tərəfindən həvəslə alınır. “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti də fəaliyyətini bu istiqamətdə genişləndirərək muxtar respublikamıza xas olan brend məhsullarla daxili bazarı təmin etmək üçün ixracyönümlü və rəqabət­qabiliyyətli məhsullar istehsal etmək üzrə ixtisaslaşıb.

Ardını oxu...

Yeni Asfalt-Beton Zavod Kompleksinin istifadəyə verilməsi bu imkanları daha da artırıb 

Hamar və təhlükəsiz yollar təkcə ondan istifadə edən insanların rahatlığı haqda deyil, həm də regionun ümumi inkişaf səviyyəsi barədə əyani təsəvvür yaradan ilk göstəricilərdəndir. Elə Naxçıvana səyahət edən qonaqlar da muxtar respublikanın giriş qapılarından tutmuş ucqar dağ kəndlərinədək çəkilmiş komfortlu yollarımızı görüb heyranlıqlarını gizlətmirlər. Digər sahələr kimi, yol təsərrüfatının da tamamən müasir texnologiyaya əsaslanmaqla yenidən qurulması muxtar respublikamızda bu vacib sahədə yüksək nəticələrə nail olunmasına şərait yaradıb.

Əslində, yol təsərrüfatı kifayət qədər mürəkkəb sahədir. Xüsusən Naxçıvan kimi relyef quruluşunun mürəkkəb, hava-iqlim şəraitinin dəyişkən olduğu yerdə və əhalisinin mədəni tələbatlarının artdığı bir dövrdə yollarımızın da bunlara uyğun olaraq keyfiyyətli çəkilməsi və daha etibarlı şəkildə istismar olunması burada görülən işlərə qarşı tələbləri ciddi şəkildə artırır. Bu mənada, son illərdə Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi və onun tabeliyində olan yol istismar idarələrinin maddi-texniki bazası da xeyli möhkəmləndirilməklə muxtar respublikada yol tikintisinin səmərəli təşkilinə şərait yaradılıb, müasir mühəndis-texniki tələblərə cavab verən avtomobil yolları inşa olunub. Muxtar respublikada əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması nəticəsində, istifadə olunan avtomobillərin də sayı çoxalmaqda, yeni salınmış yollarda hərəkət intensivliyi də artmaqdadır. Odur ki, Naxçıvanda yeni avtomobil yollarının çəkilməsi, mövcud olanların müasir standartlara uyğun yenidən qurulması sahəsində işlər həmişə aktual­lıq kəsb edir. Ötən aylarda istifadəyə verilmiş Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yeni Asfalt-Beton Zavod Kompleksinin kollektivi də qarşıya qoyulmuş bu vəzifələri yerinə yetirmək üçün onlara göstərilən dövlət qayğısından səmərəli istifadə etməyə çalışır.

Ardını oxu...

Ölkəmizin müasir sosial-iqtisadi inkişaf mərhələsində özünəməxsus yeri olan Naxçıvan Muxtar Respublikasının bütün guşələri kimi, Şahbuz rayonu da hərtərəfli dövlət qayğısı ilə yanaşı, sahib olduğu zəngin təbii şərait, mövcud resurslar sayəsində iqtisadiyyatın və sosial-mədəni sferanın müxtəlif sahələrində yeni uğurlara imza atmaqdadır. Qədim tarixi qədər müasir inkişafı ilə də diqqətçəkən Şahbuz zəhmətkeş insanlarının əməyi ilə gün keçdikcə özünün yeni növrağına qovuşur, muxtar respublikamızın abadlaşan yurd yerinə çevrilir. Şahbuz, doğrudan da, ilin bütün fəsillərində gözəldir. 

Dağlıq ərazidə yerləşən Şahbuzun iqtisadiyyatı, əsasən, aqrar sahədən ibarət olsa da, burada sənaye məhsulları istehsalı, tikinti-quruculuq işləri və sosial xidmət sahələrinin də inkişafında mühüm nəticələr əldə olunmaqdadır. Belə ki, 2018-ci ilin yanvar­-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalında 3,2, nəqliyyat sektorunda yük daşınmasında 1,3, informasiya və rabitə xidmətlərində isə 2,1 faiz artım əldə olunub. Eləcə də sənaye məhsulu istehsalında 0,8 faiz, əsas kapitala yönəldilən vəsaitlərdə isə əldə olunmuş 1,2 faiz artım rayon iqtisadiyyatının çoxşaxəliliyə doğru irəliləyişindən xəbər verir. Belə ki, bəhs olunan dövrdə rayonda dövlət dəstəyi ilə iki istehsal sahəsi yaradılıb, bir layihə üzrə istehsal obyektinin yaradılması davam etdirilib.

Ardını oxu...

Müasir əmlak idarəçiliyində daşınmaz əmlakın vahid kadastrının tərkib hissəsi olan ünvan reyestri məlumatları mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan muxtar respublikamızda əhalisi 5 mindən yuxarı olan yaşayış məntəqələrində nəqliyyat infrastrukturu və daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, eləcə də ünvan reyestrində müvafiq düzəliş və dəqiqləşmə işlərinin aparılması diqqət mərkəzində saxlanılır.

Ardını oxu...

“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”nın uğurlu icrası muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsinə öz töhfəsini verməkdədir. Görülən tədbirlər sırasında kənd təsərrüfatının mühüm sahələrindən biri sayılan heyvandarlığın inkişafı da xüsusi yer tutur. İlbəil bu sahəyə maliyyə dəstəyi gücləndirilir, otlaq sahələri genişləndirilir, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalandırmanın tətbiqinə diqqət artırılır.
Bunu cari ilin ötən ilk 9 ayında görülən işlər də təsdiq edir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bəhs olunan dövrdə təsərrüfat subyektlərinə dövlət maliyyə dəstəyinin göstərilməsi istiqamətində təkcə 2018-ci ildə bank və kredit təşkilatları tərəfindən bu sahəyə 3 milyon 872 min 600 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 3,5 dəfə çoxdur. Digər tərəfdən cari ilin ötən ayları ərzində heyvandarlıq təsərrüfatlarının yaradılması da davam etdirilib.

Ardını oxu...

Muxtar respublikada iqtisadi və sosial sahələrin inkişafını təmin etmək üçün tədbirlər cari ilin ötən dövründə də davam etdirilmiş, dinamik inkişafa nail olunmuş, sənaye və kənd təsərrüfatı sahələrində 31 istehsal sahəsinin yaradılması başa çatdırılmışdır.
Dахili bаzаrın qоrunmаsı, аnti­inflyаsiyа tədbirlərinin gücləndirilməsi, yеrli istеhsаlın və sаtışın stimullаşdırılmаsı, məhsul istеhsаlçılаrınа hərtərəfli şərаitin yаrаdılmаsı istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter almış, 3400 çeşiddən çox ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri təhlil olunmuş, 581 halda ərzaq məhsullarından nümunələr götürülərək Mərkəzi Qida Sınaq Laboratoriyasında təhlil edilmiş, 12 mənşə sertifikatı verilmişdir.

Ardını oxu...

Muxtar respublikamızda dağ və sərhəd kəndlərinin sosial-iqtisadi inkişafına göstərilən diqqət və qayğıdan Şərur rayonunun Havuş kəndinə də pay düşüb. Son illər kəndə gedən avtomobil yolunun təmir olunması bu yurd yerinə gediş-gəlişi xeyli asanlaşdırıb.
Havuşluların əsas məşğuliyyəti heyvandarlıq, arıçılıq və bağçılıqdır. Yaşlı sakinlərin dediyinə görə, kənddə bir vaxtlar cəvizliklər çox geniş ərazini tuturdu. Ötən əsrin səksəninci illərinin sonu, doxsanıncı illərinin əvvəllərində qış aylarında mənzilləri qızdırmaq üçün cəviz ağaclarının da çoxu kəsilərək yandırılmışdır. Ötən illər ərzində muxtar respublikamızda aparılan yaşıllaşdırma tədbirlərinin bir hissəsi kimi Havuşda da yeni bağların salınması nəticəsində artıq cəviz ağaclarının sayı xeyli artıb. Kənddəki həyətyanı sahələrin də hər birində 4-5 köklü cəviz ağacı vardır.

Ardını oxu...

Ölkəmizdə həyata keçirilən inkişaf strategiyasının əsas prioritetlərindən biri də kiçik və orta sahibkarlığın genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və özünüməşğulluğun təmin olunmasıdır. Məhz bu yolla daha çox iş imkanlarının yaradılması dövlətimiz ­tərəfindən reallaşdırılan sosial siyasətin mühüm tərkib hissəsi kimi diqqəti cəlb edir. Bazar iqtisadiyyatı şəraitində yeni iş yerlərinin ­yaradılmasında özünüməşğulluq modelindən istifadə dünya təcrübəsində geniş tətbiq olunur. 

Ölkəmizdə də yeni təsərrüfat formalarının tətbiqi xüsusi diqqət yetirilən məsələlərdən biridir. Bu, respublikamızın uğurlu inkişafını təmin edən başlıca amildir, bu istiqamətdə bir çox layihələr reallaşdırılıb və nəticələrini verib.
Muxtar respublikamızda da təbii ehtiyatlardan və əmək potensialından istifadə olunmaqla həmin sahənin inkişaf etdirilməsi son dövrlərdə daha intensiv şəkildə həyata keçirilir. Belə ki, ailə təsərrüfatları yaratmaqla özünüməşğulluğun təmin olunması sadə idarəetmə yolu ilə konkret bir məhsul və ya xidmətin istehsalı üzrə bazar tələbatının ödənilməsi və şübhəsiz, bunun vasitəsilə də belə təsərrüfatlarda məşğul olan insanların gəlirlərinin artırılması deməkdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində işlərini davam etdirir.
5-8 noyabr tarixlərdə təşkil edilən növbəti təkmilləşdirici kursa mənzil­-kommunal təsərrüfatı profilli müəssisələrdən 21 nəfər mühasibatlıq işçisi dəvət edilib. Kursda mənzil-kommunal təsərrüfatı müəssisələrinin gəlir və xərclərinin proqnozlaşdırılması və maliyyələşmə istiqamətləri, mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması, vergi uço­tunun təşkili, maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət, büdcə təşkilatlarında xəzinə əməliyyatlarının təşkili və uçot mövzuları üzrə təlimlər keçirilib.
Mərkəzin sayca 11-ci kursunun gündəliyinə uyğun olaraq ilk gün Maliyyə Nazirliyinin İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri Ağəli Novruzovun “Mənzil-kommunal təsərrüfatı müəssisələrinin gəlir və xərclərinin proqnozlaşdırılması” mövzusunda çıxışı olub. Növbəti günlərdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Vergilər, Maliyyə nazirliklərinin, Naxçıvan Muxtar Respublika Prokurorluğunun əməkdaşları müvafiq mövzular üzrə məruzələr ediblər.
Qeyd edək ki, 4 gün keçirilən kursda praktik məsələ və testlərin həllinə yer ayrılıb. Bundan əlavə, təlimdə sual-cavab, testlərin qarşılıqlı işlənməsi və sorğu-anketlərin doldurulması təmin edilib. Həmçinin təlim materialları – slaydlar, müvafiq vəsaitlər təqdim olunub.
Peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsindən sonra dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları verilib.

Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası qədim tarixi, zəngin mədəniyyəti, təbii­-coğrafi şəraiti ilə mühüm turizm potensialına malikdir. Son illərdə muxtar respublikada yerli turizmin inkişafı üçün əhəmiyyətli addımlar atılır, yeni turizm obyektləri yaradılır, qədim diyar müxtəlif mədəniyyət və idman yarışlarına ev sahibliyi edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında indi yeni xidmət sahələrinin yaradılması daha çox diqqəti cəlb edir. Belə xidmət sahələrindən biri də əhalinin, o cümlədən turistlərin alış-veriş ehtiyaclarını təmin etməyə çalışan yeni ticarət şəbəkələrinin fəaliyyətə başlamasıdır. 

İnkişaf etmiş ölkələrin turizm təcrübəsi göstərir ki, turistlər getdikləri yerlərdə alış-verişə böyük maraq göstərirlər. Bu maraq da onlarda bir neçə yöndən yaranır. Belə ki, yenə də araşdırmalara görə, turistlər bir ölkəyə səyahətləri zamanı əvvəlcə planlaşdırdıqları yerlərdə olur, adətən, günün ikinci yarısında və yaxud axşama doğru alış-veriş mərkəzlərinə üz tuturlar. Belə ticarət okyektlərinə getmək zərurəti isə bir neçə səbəbdən yaranır. Bunlardan birincisi, turistlərin öz ehtiyaclarını ödəmək və yaxud yaxınlarına hər hansı bir hədiyyə almaq düşüncəsidirsə, digər tərəfdən vaxtı dəyərləndirmək, istirahət etməkdir. Yəni müasir dövrdə böyük ticarət obyektləri müştərilərini, sadəcə, ticarət niyyəti ilə cəlb etmir, həm də onlara müxtəlif əyləncələr, vaxtı dəyərləndirmək üçün potensial imkanlar təqdim edir. Pərakəndəçilik sektorunun inkişafı ilə bağlı ötən yazılarımızın birində qeyd etdiyimiz kimi, indi müasir alış-veriş mərkəzlərində müxtəlif yemək çeşidləri, çay, kofe, dondurma, uşaqlar üçün əyləncə at­traksionları təqdim edən müxtəlif xidmət sahələri fəaliyyət göstərir. Artıq insanlar indi alış-verişə kifayət qədər zaman xərcləyir və bu zaman müddəti çox vaxt düşündüklərindən artıq olur. Bu baxımdan müasir alış-veriş mərkəzləri, həm də istehlakçıların vaxtdan səmərəli istifadələri, gəzintiləri üçün bir fürsət sayılır. Ona görə də indi tanınmış istehsalçılar öz məhsullarını daha çox bu cür müasir xidmət sahələrində satmağa çalışır və ya bunun üçün məhsullarını satacağı ölkələrdə yer seçimini özləri müəyyənləşdirirlər. Elə bu cür araşdırmaların nəticəsidir ki, hazır­da qardaş Türkiyə Respublikasının brend məhsul istehsalçıları Azərbaycanın gündən-günə inkişaf edən qədim Naxçıvan diyarına da böyük maraq göstərirlər. Yuxarıda da qeyd etdiyimiz kimi, muxtar respublikanın turizm imkanlarının genişlənməsi, həmçinin əhali artımı və sosial-iqtisadi inkişaf diyarımızı tanınmış məhsul istehsalçıları üçün cəlbedici məkana çevirib. Diqqət etsək, görərik ki, təxminən, son bir il ərzində paytaxt Naxçıvan şəhərində bir neçə brend məhsulun satıldığı ticarət obyekti yaradılıb.

Ardını oxu...

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritet sahələr sırasındadır. Hər il bu istiqamətdə mühüm addımlar atılır, müxtəlif layihələr icra edilir. Görülən işlər isə daxili bazarda yerli ərzaq məhsullarının xüsusi çəkisinin xeyli artmasına səbəb olur. Bu məqamda istər-istəməz bir qədər əvvələ boylanır, dükan-bazarlardakı qıtlığı, növbələri xatırlamamaq mümkün deyil. Xüsusilə də çörək dükanlarının piştaxtaları önündə saatlarla dayanan naxçıvanlıların çəkdikləri əziyyəti unutmaq mümkün deyil və o məqamları bugünkü gəncliyə danışsaq da, buna inanmazlar.

Ötən illər ərzində strateji sahə olan taxılçılıqda qazanılan uğurlar həyata keçirilən məqsədyönlü siyasətin real bəhrələri, insan amilinə qayğının bariz nümunəsidir. Faktlara müraciət edək.
2017-ci ilin payızından başlayaraq taxıl zəmilərində torpaq mülkiyyətçilərimizin çəkdiyi zəhmət öz bəhrələrini verib, taxıl tədarükünün nəticələri hamımızı, həm istehsalçıları, həm də istehlakçıları sevindirib.

Ardını oxu...

Doğma Naxçıvanımızda xalqımızın qədim tarixini, mədəniyyətini, məişət həyatını özündə əks etdirən sənət sahələri günümüzdə yüksək səviyyədə yaşadılaraq gələcək nəsillərə ötürülür. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı da yaxın gələcəkdə qədim diyarda xalçaçılıq sənətinin daha da inkişaf etdirilməsinə geniş şərait yaradacaq. Sərəncamın icrasına uyğun olaraq Naxçıvan şəhərində bina üçün yer ayrılıb. Cari il mart ayının ortalarından başlanan inşaat işləri hazırda yekunlaşmaq üzrədir.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarından olacaq xalça istehsalı emalatxanasının binası, ümumilikdə, 8 min 500 kvadratmetr ərazini əhatə edir. Obyektin tikintisi “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçılarına həvalə olunub. Binalardan biri toxuculuq, digəri isə boyaqxana və yun tədarükü məntəqəsi üçündür.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında son dövrlərdə həyata keçiri­lən kompleks tədbirlər bütün sahələrlə yanaşı, səhiyyənin də uğurlu inkişafını təmin etmiş, əhalinin sağlamlığının qorunması diqqətdə saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır” prinsipi əsas götürülərək muxtar respublikada səhiyyə sisteminin maddi-texniki bazasının müntəzəm olaraq möhkəmləndirilməsi insanların yüksək səhiyyə xidməti ilə təmin olunmasına geniş imkanlar yaradıb. Belə ki, 2008-ci ildən ­1 oktyabr 2018-ci il tarixədək Naxçıvan Muxtar Respublika Xəstəxanası, Doğum Mərkəzi, Duzdağ Fizioterapiya Mərkəzi, Kardioloji Mərkəz, Onkoloji Mərkəz, Yoluxucu Xəstəliklər Mərkəzi, Akademik ­Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək Rayon Mərkəzi xəstəxanaları olmaqla, ümumilikdə, 19 xəstəxana, 57 həkim ambulatoriyası, 56 feldşer-mama məntəqəsi və digər səhiyyə obyektləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilib.
Səhiyyənin inkişafı istiqamətində Naxçıvan Dövlət Universitetində və Naxçıvan Tibb Kollecində ali və orta ixtisas tibb kadrlarının hazır­lanması davam etdirilib. Bununla yanaşı, bu sahədə çalışanların bilik və təcrübələrinin artırılması məqsədilə çoxsaylı seminarların, konfransların keçirilməsi və tibb işçilərinin xarici ölkələrə kurslara göndərilməsi ümumi inkişafa stimul yaradıb.

Ardını oxu...

Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı, torpaq sahələrindən səmərəli istifadənin təmin edilməsi, torpaqların elektron uçotunun aparılması 2018-ci ilin oktyabr ayında da davam etdirilmişdir.
Ötən dövrdə Şərur rayonunun Məmmədsabir, Gümüşlü, Maxta, Muğancıq-Mehrab və Yuxarı Yaycı kəndlərində daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılmış, 1884 daşınmaz əmlak obyekti plana alınmışdır. Şərur rayonu­nun Yuxarı Daşarx, Oğlanqala, Dizə, Həmzəli və Aşağı Yaycı bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri, Naxçıvan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil olan Qaraxanbəyli bələdiyyəsinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron kadastr xəritəsi hazırlanmışdır.
Oktyabr ayında 539 daşınmaz əmlak obyekti qeydiyyata alınmış, yeni yaranmış 64 daşınmaz əmlak obyektinə ünvan verilmiş, Naxçıvan şəhərində ünvan lövhələrinin quraşdırılması davam etdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrinin müasir tələblər səviyyəsində aparılması üçün elektron qeydiyyat sistemində təkmilləşdirmə işləri aparılmış, elektron çıxarışların verilməsi təmin olunmuşdur.
Komitənin səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 8 yaşayış məntəqəsində 57 vətəndaşın müraciətinə baxılmışdır.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Günəşin zərrin şəfəqlərinin xəsisliklə ətrafa yayıldığı bir payız günündə yolumu düşmənə gözdağı olan Sədərək rayonundan salıram. Rahat, abad yolla şütüyən maşının pəncərəsindən ətrafı seyr etdikcə gözlərim önündə müstəqillik illərinin bəhrələri canlanır. Yolboyu nizamla əkilmiş ağacların qızılı rəngə bürünən qol-budaqları mülayim küləyin təsiri ilə sanki rəqs edir, tarlalarda şum aparan texnikaların üzəri payız günəşinin ilıq şüası altında bərq vurur, dəyanətli əsgər kimi vüqarla dayanan dağların üzərini sis, duman alır, zəhmətkeş adamlar isə təbiətin şıltaqlığına əhəmiyyət vermədən çalışırlar. Onları nə əsən külək, nə də sis-duman öz sevimli məşğuliyyətlərindən ayıra bilmir.
Bu gözəllikləri seyr etdikcə qəlbim riqqətə gəlir. Az sonra bu mənzərələr öz yerini geniş küçələrə, səliqə-sahmanı ilə gözoxşayan rahat səkilərə, müasir görünüşlü kənd və xidmət mərkəzlərinə, həyətində “qaçdı-tutdu” oynayan uşaqların şaqraq gülüşlərinin ətrafa yayıldığı məktəb binasına, güllü-çiçəkli park və xiyabanlara verəcək.
– Budur, artıq ünvana çatmışıq, – deyən sürücünün sözləri məni xoş xəyallardan ayırır. Deyir ki, əvvəllər bu yolu qət etmək adamın gözünə durardı, indi isə çox rahat şəkildə, həm də az vaxta ünvana çatmışıq.

Ardını oxu...

Könlü balıq istəyənin... 

...Muxtar respublikada balıqçılığın inkişafı üçün geniş imkanlar vardır. Arpaçayda, Arazda, su anbarlarında qiymətli balıq növləri yetişdirmək mümkündür.
Aparılan kompleks hidrobioloji tədqiqat işlərinin nəticələri göstərir ki, az kapital qoyuluşu və zəhmət tələb edən bəzi tədbirləri həyata keçirməklə bütün su anbarlarının balıq məhsuldarlığını xeyli artırmaq və bol, təzə balıq əldə etmək olar. Qanunsuz balıq ovunun qarşısı alınmalıdır. Bəziləri balıqları dayazlıqlarda kürü tökərkən yaba, armatur, tros parçası və sair vasitələrlə tutmağa çalışır. Belə “ov” xeyli kürü tökən balığın yaralanıb qaçmasına və sonradan məhvinə səbəb olur.
Bir vaxtlar balığı yığıb-yığışdırmaq olmurdu. İndi vəziyyət tamamilə dəyişib. Balıq ovunun kütləvi xarakter alması pis nəticələr vermişdir. Bu iş, demək olar ki, başlı-başına buraxılmışdır. Naxçıvan Su ­Anbarında balıq ovlayan təşkilat bir olmalıdır və həmin təşkilat yerli, sənaye əhəmiyyətli balıq növlərinin (aynalı, karp, çəki, sıf və sair) körpələrinin süni şəkildə çoxaldılıb həmin hövzəyə buraxması ilə onun ehtiyacını bərpa etməyə borcludur. Mövcud su anbarlarının heç birinin nasos və şlüzlərində balıq mühafizəedici qurğular qoyulmamışdır. Buna görə də xeyli miqdarda balıq körpəsi nasoslarda və ya suvarma suyu ilə sahələrə axaraq məhv olur. Yeni tikilən Vayxır, Qazançı Su anbarlarında hökmən belə qurğuların qoyulmasının qayğısına qalmaq lazımdır. Bu mühüm məsələ əlaqədar təşkilatları nədənsə narahat etmir. Bir sözlə, könlü balıq istəyən hər bir kəs bütün bu deyilənlərə ciddi əməl etməlidir.

“Şərq qapısı” qəzeti
7 noyabr 1992-ci il

Balıqçılıq inkişaf etdirilir, yerli məhsullar süfrələrimizi bəzəyir

Bu sətirlər 26 il bundan öncə çətinliklərlə üzləşdiyimiz bir dövrdə ürək yanğısı ilə qələmə alınıb. O vaxtlarda ki Naxçıvan bir tərəfdən xain qonşularımızın hücumlarına məruz qalır, təkbaşına ona inadla müqavimət göstərir, hətta düşmənə ağır zərbələr vuraraq geri çəkilməyə vadar edirdi. Digər tərəfdən isə qədim yurdumuz blokadaya salınması ilə bağlı yaranmış çox ciddi problemlərlə mübarizə aparmalı olurdu. Buna, əslində, ölüm-dirim mübarizəsi də deyə bilərik. Çünki işğal təhlükəsi hələ də ­sovuşmamışdı. Belə bir məqamda bu sahə ilə bağlı məqalənin dərc olunması onu göstərirdi ki, görkəmli dövlət xadimi Heydər Əliyevin ətrafında sıx birləşən muxtar respublika sakinləri gələcəyə böyük ümidlə baxır, qaldırılan bütün məsələlərin öz həllini tapacağına inanırlar. Bu inam da əbəs deyildi. Ona görə ki, ulu öndərimiz Naxçıvana gəldikdən sonrakı dövrdə bizim üçün xəyal kimi görünən bir çox problemi qısa zamanda həll etmişdi...

Ardını oxu...

İqtisadiyyatın şaxələndirilməsi və dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərib. Bu baxımdan 2018-ci ilin ötən dövrünün nəticələri də diqqəti cəlb edir. Həmin dövrdə muxtar respublikada 344 milyon 334 min 800 Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb. Bunun da 306 milyon 639 min 400 ABŞ dollarını ixrac, 37 milyon 695 min 400 ABŞ dollarını isə idxal təşkil edib. Xarici ticarət üzrə 268 milyon 944 min ABŞ dolları həcmində müsbət saldo yaranıb. Bu gün doğma diyarımızda rəqabətqabiliyyətli, alıcı zövqünü oxşayan məhsullar istehsal edilir. Hazırda Naxçıvanda 350 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Muxtar respublikanın iqtisadi inkişafında ilk mərhələ keyfiyyətli məhsul istehsal etməklə əhalinin tələbatını ödəməkdən ibarət idisə, bu gün həmin məhsulların rəqabət qabiliyyətini artırmaqla ixracına nail olmaq prioritet vəzifə kimi qarşıya qoyulub. Bu məqsədlə cari ilin ötən dövrü ərzində Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya, İraq, İran, Gürcüstan, Küveyt, Çin və Qırğızıstan kimi ölkələrə muxtar respublikadan müxtəlif məhsullar ixrac edilib.

Ardını oxu...

Dəstə kəndi muxtar respublikamızın ən iri yaşayış məntəqələrindən biridir. Sərhəd bölgəsində yerləşən bu kənddə son illər bir sıra quruculuq tədbirləri həyata keçirilməkdədir. 36 meqavatlıq Ordubad Su Elektrik Stansiyası öz başlanğıcını bu kəndin ərazisindən götürəcək.

Ardını oxu...

Dünyada gedən qloballaşma prosesləri və əhali artımı ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini zəruri edib. Bu problem Azərbaycanda ərzaq təminatının maddi əsasını təşkil edən sahələrin məhz regionlar üzrə ixtisaslaşmasına səbəb olub. Naxçıvan Muxtar Respublikasında da ərzaq təhlükəsizliyini təmin etmək üçün məqsədyönlü işlər görülür. Nəticədə, əhalinin ərzaqla təminatı daxili imkanlar hesabına ödənilir. 

İnkişaf etmiş ölkələrin təcrübəsi belə qənaətə gəlməyə əsas verir ki, ölkənin ərzaq təhlükəsizliyində idxal kanallarından asılılığın kifayət qədər zərərli nəticələri ola bilər. Çünki idxaldan asılılıq, son nəticədə, ərzaq bazarının strukturuna mənfi təsir göstərir. Kənd təsərrüfatının təkmilləşdirilməsi makroiqtisadi baxımdan muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsində ən mühüm vasitələrdən hesab olunur. Naxçıvanın blokada şəraitində olması bunu daha da zəruri edir, bu istiqamətdə müxtəlif layihələr həyata ­keçirilir.

Ardını oxu...

Bu ilin oktyabr ayında da meliorasiya və irriqasiya tədbirlərinin həcmi genişləndirilmiş, payız suvarma mövsümünün mütəşəkkil keçirilməsi və əkin sahələrinin suvarma suyu ilə təmin olunması istiqamətində işlər davam etdirilmişdir. Qeyd olunan dövrdə su istifadəçilərinə 10 milyon kubmetr suvarma suyu verilmiş, təkrar suvarma da daxil olmaqla, 8 min 658 hektar torpaq sahəsi suvarılmış, 19 kilometr beton və torpaq kanal, 23 kilometr ara arxlar lildən təmizlənmiş, 20 kilo­metr yeni suvarma boru xətti çəkilmiş, 4 kilometr suvarma boru xətti təmir ­olunmuşdur.
Kəngərli rayonunun Böyükdüz kəndindəki 600 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, müxtəlif diametrli borularla 20 min 186 metrlik xətt çəkilmişdir. Torpaqların qrunt sularından təmizlənməsi üçün açıq drenaj kanalı qazılmış, 157 hektar sahənin meliorativ vəziyyəti yaxşılaşdırılmışdır.
Ötən ay muxtar respublikanın yaşayış məntəqələrində 3 kilometrdən çox yeni içməli su xətti çəkilmiş, 6 kilometrdən çox içməli su xətti təmir edilmişdir. Kəhrizlərin təmir-bərpası oktyabr ayında da diqqətdə saxlanılmış, 5 kəhrizdə bərpa işləri davam etdirilmişdir. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan 56 subartezian quyusunda isə təmir işləri aparılmışdır.
“Rayon mərkəzi və ətraf kənd­lərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Ordubad və Şahbuz rayonlarında işlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı
Komitəsinin mətbuat xidməti

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin konfrans zalında muxtar respublikada fəaliyyət göstərən bank qurumları, sığorta təşkilatları və sahibkarlar üçün “Daşınar əmlakın yüklülüyünün dövlət reyestri” mövzusunda maarifləndirici tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Tapdıq Əliyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsində daşınar əmlakın yüklülüyünə dair qanunvericiliyin təkmilləşdirilməsi və daşınar əmlakın yüklülüyünün reyestrinin yaradılması da tapşırılıb. O qeyd edib ki, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması və ondan istifadə ilə bağlı məsələlər vahid qanunda əks olunub və bu vəzifə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına və müvafiq olaraq muxtar respublika ərazisində palatanın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinə həvalə edilib.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ­ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə Azərbaycan keçmiş ittifaqın aqrar əlavəsindən kənd təsərrüfatının kompleks inkişaf etdiyi qabaqcıl respublikalardan birinə çevrilmişdir. Həmin dövrdə ölkəmizdə kənd təsərrüfatının elmi əsaslarla inkişafı nəticəsində bu sahədə zəngin təcrübə formalaşmışdır. Təəssüf ki, müstəqilliyin ilk illərində ölkədə baş verən özbaşınalıq nəticəsində aqrar sahədə yaradılan bu infra­struktur da tamamilə dağıdılmışdır. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ümummilli lider isə kənd təsərrüfatının inkişafının vacibliyini daim ön plana çəkmiş, bununla bağlı mühüm qərarlar qəbul etmişdir. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bununla da Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmış, özəl mülkiyyətə əsaslanan aqrar münasibətlər formalaşmışdır. 1993-2003-cü illər­də isə ümummilli lider Heydər ­Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu istiqamətdə kompleks tədbirlər görülmüş, uğurlu islahatlar həyata keçirilmiş, qanunvericilik bazası yaradılmışdır.

Ardını oxu...

“Made in Azerbaijan” brendinin təşviqi istiqamətində daha bir addım atılıb. İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə növbəti ixrac missiyası 2018-ci il 24-26 oktyabr tarixlərdə İstanbulda təşkil olunub. Missiyaya qida, inşaat və tikinti materialları, mebel istehsalı, turizm, yüngül və kimya sənayesi sahələrində fəaliyyət göstərən Azərbaycan şirkətləri ilə yanaşı, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 20 nümayəndəsi daxil edilib.
Missiya çərçivəsində “Badamlı Mineral Sular”, “Şərur-3”, “Savalan-S”, “Ordubad Qənnadı Məmulatları” Məhdud Məsuliyyətli və Babək “Sirab”Açıq Səhmdar cəmiyyətlərinin nümayəndələri Türkiyəyə qida, spirtli və spirtsiz içkilərin idxalı ilə məşğul olan TADCO Gida Pazarlama İç ve Dış Ticarət LTD şirkətinin nümayəndəsi ilə ikitərəfli görüşlər keçirib, Naxçıvan məhsullarının Türkiyəyə ixracının genişləndirilməsinə dair müzakirələr aparılıb.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Bu il muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Şərur rayonunda da məktəb binalarının tikilməsi və ya yenidən qurulması diqqət mərkəzində saxlanılıb. Qeyd edək ki, cari ildə Ərəbyengicə və İbadulla kəndlərində təhsil müəssisələri üçün müasir binalar tikilərək istifadəyə verilib, maddi-texniki bazaları gücləndirilib. Kosacan və Kərimbəyli kənd­lərindəki tam orta məktəb binalarının əsaslı şəkildə yenidən qurulması isə başa çatmaq üzrədir.

Ardını oxu...

Ölkə başçısı cənab İlham Əliyevin 2017-ci il 10 avqust tarixli ­Sərəncamı ilə təsdiq edilən  “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” muxtar ­respublikamızda tütünçülüyün inkişafına yeni vüsət verib. 

Oktyabr ayının 9-da dövlət başçı­sının sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident cənab İlham Əliyevin tütünçülükdəki çatışmazlıqlardan, hazırda görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs etməsi dövlətimizin bu sərfəli təsərrüfat sahəsinin inkişafına göstərdiyi diqqətin ifadəsidir.
Naxçıvan Muxtar Respublikasında da gəlirli sahə olan tütünçülüyün inkişafı, tütün emalı sahələrinin yaradılması və xammala olan tələbatın yerli istehsal hesabına ödənilməsi üçün işlər davam etdirilir. Bunu Şərur rayonunun timsalında da görə bilərik. Bu bölgənin təbii iqlim şəraiti tütünçülüyün inkişaf etdirilməsi üçün olduqca əlverişlidir.

Ardını oxu...

Etibarlı ərzaq təminatında başlıca sahələrdən biri aqrar sektordur. Muxtar respublikamızda bu sahənin inkişafına göstərilən diqqət və qayğının ifadəsidir ki, son illər xeyli uğura nail olunub, idxaldan asılılıq, demək olar ki, aradan qaldırılıb. Bunu cari ilin ilk doqquz ayının nəticələri də təsdiq edir. Əkinçilikdə mütərəqqi üsullara geniş yer verilməsi, daha çox ehtiyac duyulan məhsulların əkilib-becərilməsi, bu məqsədlə maarifləndirmə tədbirlərinin aparılması və metodik köməkliklərin göstərilməsi öz bəhrələrini verib. 

Faktlara müraciət edək. 2018-ci ilin məhsulu üçün muxtar respublikada 61min 935 hektar sahədə əkin aparılıb. Bu, 2017-ci ilin məhsulu üçün əkilmiş sahədən 404 hektar çoxdur. Həmin dövrdə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çox, yəni 352 milyon 466 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
Süfrələrimizin şahı hesab olunan çörək və çörək məhsullarının istehsalında strateji sahə kimi taxılçılığın inkişafına ciddi önəm verilməsi təbiidir. Bunun ifadəsidir ki, taxılçılıqla məşğul olanlara yüksək reproduksiyalı toxumların, gübrələrin verilməsi, torpaq mülkiyyətçilərinin müasir kənd təsərrüfatı texnikalarından, kreditlərdən istifadəsinin təmin edilməsi diqqət mərkəzində saxlanılır. Taxıl tədarükünün yekunu da belə deməyə əsas verir. Belə ki, 2018-ci ilin məhsulu üçün 32 min 483 hektar sahədə taxıl əkilib, bunun 30 min 925 hektarı payızlıq, 1558 hektarı isə yazlıq taxıl olub. Taxıl zəmilərinin 22 min 632 hektarında buğda, 9851 hektarında isə arpa əkilib. Bu isə o deməkdir ki, ötən illə müqayisədə taxıl əkini sahəsi 851 hektar artıb. Əkinlərə vaxtlı-vaxtında aqrotexniki qulluq göstərilib. Çəkilən zəhmət hədər getməyib. Taxıl zəmilərindən 97 min 689 ton məhsul tədarük edilib. Bu, əvvəlki illə müqayisədə 4270 ton çoxdur.

Ardını oxu...

Naxçıvan şəhərindəki 5 nömrəli tam orta məktəbin binası yaxın gələcəkdə müasir görünüşü və yüksək tədris şəraiti ilə öz qapılarını müəllim və şagirdlərin üzünə açacaq. Layihəyə uyğun olaraq əsas binaya bitişik əlavə iki korpus inşa olunur. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət məktəb binası 1148 şagird yerlik olacaq. Burada 58 ümumi sinif otağı, elektron lövhəli siniflər, fizika, kimya, biologiya laboratoriyaları, kompüter otaqları, idman zalı, kitabxana, hərbi kabinə və digər otaqlar fəaliyyət göstərəcək.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin inşaatçılarının çalışdığı obyektdə tikinti-quruculuq işlərinə bu il iyun ayının əvvəllərindən başlanılıb. Görülən tədbirlər çərçivəsində əsas binanın və ona bitişik bir korpusun pəncərələri asılıb, daxili kommunikasiya xətləri çəkilib. Hazırda dam örtüyü vurulur, fasad hissənin pəncərə kənarlarına daşlar düzülür, içəri hissənin yer səthinə beton qatı verilir. İkinci korpusun zirzəmi qatında və mərtəbələrində isə qəlib-beton və hörgü-suvaq işləri görülür.

Xəbərlər şöbəsi

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən bu ilin ötən dövründə Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinə 103 milyon 200 min daxili istehsal tütün məmulatlarına, alkoqollu içkilərə və pivə məmulatlarına tətbiq olunan aksiz markaları verilmiş, 68 ipoteka kağızının dövlət qeydiyyatı, 60 ipoteka kağızının əlavə dövlət qeydiyyatı aparılmış və 13 ipoteka kağızına xitam verilmişdir. Hesabat dövründə üç açıq səhmdar cəmiyyətin qiymətli kağızlarının ləğvi, bir cəmiyyətin isə məhdud məsuliyyətli cəmiyyətə çevrilməsi ilə əlaqədar olaraq qiymətli kağızların dövriyyədən çıxarılması nəzərə alınmış və qanunauyğun şəkildə rəsmiləşdirilmişdir. Həmçinin “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinin səhm buraxılışı idarə tərəfindən qeydiyyata alınmışdır.
Hesabat dövründə səhmlər və səhmdar cəmiyyətlərlə bağlı vətəndaşları narahat edən məsələlər diqqətdə saxlanılmış, səhmlərin alqı-satqısı, dividentlərin verilməsi, vərəsəliyin həyata keçirilməsi ilə əlaqədar daxil olmuş müraciətlər araşdırılaraq qanunun tələbləri çərçivəsində icra edilmişdir.

Azərbaycan Respublikasının Maliyyə
Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi

Müasir insan həyatını sürət və komfortsuz təsəvvür etmək mümkün deyil. Bu baxımdan bank və müxtəlif ödəmə xidmətləri də zaman içərisində müasirləşərək əvvəlki uzun növbələrdə vaxtitirmə dövründən indiki operativ elektron xidmətlər səviyyəsinədək yol keçib. Alınan malın, yaxud göstərilən xidmətin haqqının dərhal ödənişini həyata keçirməyə imkan verən müasir ödəmə terminalları isə bu baxımdan tətbiq olunan mühüm yeniliklərdəndir. Ölkəmizin bankçılıq sektorunda mühüm nailiyyətlərə imza atan “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən muxtar respublika ərazisində quraşdırılan ödəmə terminalları əhaliyə göstərilən ödəniş xidmətlərinin təkmilləşdirilməsində əhəmiyyətli addımdır. 

Bu barədə “Naxçıvanbank” ASC-nin Marketinq, reklam və beynəlxalq əlaqələr şöbəsindən aldığımız məlumatda deyilir ki, müştərilərinə “Birlikdə yüksələk” devizi ilə xidmət göstərən Naxçıvanbank onların rahatlığı üçün 24 saat ərzində, hətta bayram və istirahət günləri də lazım olan ödənişləri edə bilməsi üçün cari ilin əvvəllərindən terminalların quraşdırılmasına başlayıb. Muxtar respublikanın paytaxtı ilə yanaşı, Şərur, Ordubad, Culfa şəhərlərində olmaqla, ümumilikdə, 40-a yaxın ödəmə terminalı quraşdırılıb. Bankın terminallarında müxtəlif ödənişlər həyata keçirmək mümkündür. Belə ki, istifadəçilər smartkartlarla edilən ödənişlər də daxil olmaqla, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti, Naxinternet, Naxtel 4G, Naxçıvan Su, Naxtelekom, “Naxçıvanqaz” İstehsalat Birliyinə, o cümlədən bütün mobil operatorlara edilən ödənişləri bu terminallar vasitəsilə onlayn rejimdə çox qısa bir müddətdə edə bilərlər. Bunlardan əlavə, Naxçıvanbankın ödəmə terminalları vasitəsilə Sazz, KATV1, Nar homenet, Azdata OM, Baktelecom.az, Aztelekom, Azeronline, Connect ADSL kimi bir sıra internet provayderlərin, stasionar telefonların, TV provayderlərin ödənişləri, o cümlədən Dövlət İmtahan Mərkəzinə aid ödənişlər də yerinə yetirilə bilər. Bankdan bildirdilər ki, tezliklə bu terminallar vasitəsilə yeni xidmətlərin də müştərilərin istifadəsinə veriləcəyi gözlənilir.

Ardını oxu...

Muxtar respublikada iqtisadi və sosial həyatın bütün sahələrində müasir texnologiyaların geniş surətdə tətbiqi ümumi inkişafı təmin etməklə yanaşı, informasiya cəmiyyətinin formalaşmasına da yeni imkanlar yaradır.
Son dövrlərdə muxtar respublikada 4G və “Naxtel” simsiz telefon xidmətinin istifadəyə verilməsi, Naxçıvan Dövlət Televiziya və Radiosunun internet üzərindən yayımlanması, “Universitet” tele­viziyasında videodərslərin hazırlanması və distant tədrisin tətbiqi məqsədilə avadanlıqların quraşdırılması, Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin və onun rayon filiallarının səmərəli fəaliyyətlərinin təşkili, iqtisadiyyatın bütün sahələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin uğurla davam etdirilməsi bu sahənin sürətli inteqrasiyasına təkan verib.

Ardını oxu...

Torpaq, su və hava dünyadakı bütün canlılar üçün ən vacib nemətlərdir. Bu mənada, ən sadə kimyəvi formula malik olan və ilk baxışda çox adi görünən su, əslində, bütün canlı aləmin özüdür desək, yanılmarıq. Canlı həyatın yaranması və yaşaması üçün torpaq və hava kimi suyun da hansı dərəcədə əvəzedilməz olduğu bu qiymətli sərvətin çatışmadığı zamanlarda dərhal görünür. 

Su həyat mənbəyidir. Bu nemət olmasa, yer üzündə nə insan, nə də digər canlı və bitki növləri, ümumiyyətlə, mövcud ola bilməz. Bu baxımdan suyun təbiətə həyat verən dövranı ilə yanaşı, insanın mədəni tələbatının artması ilə onun ehtiyatlarından istifadə məsələləri daha da böyük əhəmiyyət kəsb edir. Suyun sənaye, kənd təsərrüfatı və məişət məqsədləri üçün istifadəsi, ondan enerji alınması istiqamətində görülən işlər mövcud ehtiyatlardan səmərəli faydalanmanı həmişə ön plana çəkir. Suyun strateji əhəmiyyəti, ümumiyyətlə, dünyada mühüm su mənbələri üzərində maraqların kəsişməsi bizim də mövcud su ehtiyatlarımıza qarşı daha diqqətli olmağımızı tələb edir.

Ardını oxu...

Muxtar respublikamızda ən qiymətli sərvət və ekoloji problemlərin aradan qaldırılmasında əsas təbii vasitə olan meşələrimizin mühafizəsi və artırılması, yeni meyvə bağlarının salınması məqsədilə görülən işlər artıq bəhrələrini verməkdədir. Bunun ifadəsidir ki, son 25 ildə yaşıllıqların ümumi sahəsi 0,6 faizdən 14 faizə qədər artıb. Təbii meşə ehtiyatı az olan və 1990-cı illərdə insanların enerji ehtiyatı kimi istifadə etdiyi meyvə ağaclarının bu qədər artmasının başlıca səbəbi odur ki, təbiətə göstərilən dövlət qayğısı davamlı xarakter alıb. Bunun təməli hələ 1993-cü ilin 2 aprel tarixində ümummilli liderimiz Heydər Əliyevin qəbul etdiyi tarixi qərarla muxtar respublika ərazisində başlanan ­yaşıllaşdırma tədbirləri olub və bu gün də bütün respublika ərazisində uğurla davam etdirilir. 

Ardını oxu...

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin benefisiarı olduğu “Azərbaycan Respublikasında kənd yerləri və regionların inkişafına dəstək proqramı”nın icrasına texniki yardım layihəsi çərçivəsində 12-21 oktyabr 2018-ci il tarixlərdə İtaliya Respublikasına təlim səfəri təşkil olunub. Səfərdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı şöbəsinin müdiri Mircavid Tağızadə də iştirak edib.
Təlim səfərində kənd təsərrüfatı üzrə Elmi-Tədqiqat İnstitutu ilə tanışlıq olub, “Şərabçılıq Kooperativləri və Assosiasiyaların fəaliyyəti” ilə bağlı mühazirələr dinlənilib.
Təlim səfərinin növbəti günlərində İtaliyanın müxtəlif şəhərlərində yerləşən şərab emalı, aqroturizmlə məşğul olan və orqanik məhsul istehsal edən iri şirkətlərə səfərlər edilib. Təlimçilərə və iştirakçılara muxtar respublikanın sosial-iqtisadi və turizm potensialını əks etdirən katoloq, jurnal, broşürlər təqdim edilib.
İtaliyada keçirilmiş təlimdə iştirakda əsas məqsəd şərab istehsalı və emalı, kooperativlərin fəaliyyəti, yerli fəaliyyət qruplarının milli, regional və yerli hakimiyyət orqanları ilə koordinasiya mexanizmləri ilə tanış olmaqdır.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Strateji sahə olan taxılçılığın inkişafı muxtar respublikamızda diqqət mərkəzində saxlanılır. Bunun üçün kompleks tədbirlər həyata keçirilir, əkin sahələri genişləndirilir, məhsuldar toxumların əkininə üstünlük verilir, intensiv becərmə metodları tətbiq edilməklə hektarın məhsuldarlığı yüksəldilir.
Şərur rayonunda da taxıl istehsalının ilbəil artırılmasına ciddi önəm verilir. Başa çatan təsərrüfat ili bölgənin taxılçıları üçün uğurlu olub. Bundan ruhlanan torpaq mülkiyyətçiləri artıq gələn ilin bol məhsulu üçün hazırlıq işlərinə başlayıblar. Hazırda şum qaldırılır, səpin işləri həyata keçirilir və əkilmiş sahələr suvarılır.
Şərur Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, indiyədək kəndlərdə 2 min 75 hektar sahə şumlanıb, 482 hektardan artıq sahə əkilib. Bunun 430 hektarı taxıl, 52 hektarı isə arpadır. Səpində, əsasən, yüksək məhsuldarlığa malik olan “Qiymətli”, “Bərəkətli”, “Nurlu”, “Əzəmətli”, “Qılçıqsız” toxum sortlarından istifadə edilir.
Zəmilərdəki iş ahəngi göstərir ki, rayonda taxıl səpini kampaniyası optimal müddətdə başa çatdırılacaq.
Rayonda şum qaldırılması və taxıl əkini işləri sürətlə davam etdirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR