23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikanın hərtərəfli inkişafında xüsusi payı olan Şərur rayonu bu gün özünün inkişaf dövrünü yaşayır. Əhalisinin sayına görə ən böyük bölgələrimizdən olan bu rayonda kənd təsərrüfatının müxtəlif sahələri də inkişaf edir, göstərilən dövlət dəstəyi torpaq mülkiyyətçilərinin əkin sahələrini genişləndirmələrinə, məhsuldarlığı artırmalarına imkan verib. Məhz bunun nəticəsidir ki, rayonun torpaq mülkiyyətçiləri cari ildə 900 hektara yaxın sahədə qarğıdalı əkini aparıblar. Artıq bir neçə gündür ki, sahələrdə biçin keçirilir.
Qısa müddətdə 40 hektarda ­biçin aparılıb və hər hektardan 98 sentner məhsul götürülüb.
Rayonun Axaməd, Yengicə, Zeyvə, Düdəngə, Oğlanqala, Kürçülü və digər kəndlərində daha çox qarğıdalı əkilib. Əkinlərə düzgün aqrotexniki qulluq göstərildiyindən sahələrdə bol məhsul yetişdirilib.
Naxçıvan Muxtar Respublikası “Bərəkət Buğda Məhsulları” ­Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qarğıdalının hər kiloqramı 30 qəpikdən qəbul olunur ki, bu da torpaq mülkiyyətçilərini qane edir.
Onu da deyək ki, muxtar respublikada bu il 1200 hektara yaxın sahədə qarğıdalı yetişdirilib.

Xəbərlər şöbəsi

Aqil Məmmədov muxtar respublikada sahibkarlıq fəaliyyəti ilə məşğul olan ilklərdən biridir. Sovet dönəmində Moskva Ümumittifaq Yeyinti Sənayesi İnstitutunu Mühəndis-mexanik ixtisası üzrə bitirən Aqil Məmmədov müxtəlif kənd təsərrüfatı sahələrində çalışıb. Çalışdığı işlərdə işgüzarlıq göstərib, yenilikçi kimi tanınıb, məsuliyyəti ilə diqqəti cəlb edib. 2002-ci ildən Şərur “Aqrotexservis” Səhmdar Cəmiyyətinin rəhbəri kimi fəaliyyətini davam etdirir. Ötən bu müddət ərzində cəmiyyət rayonda kənd təsərrüfatının inkişafına öz töhfəsini verib, şərurlu torpaq mülkiyyətçilərinin yaxın köməkçisinə çevrilib. 2012-ci ildə cəmiyyətə rəhbərlik edən Aqil Məmmədov səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adına layiq görülüb. 

– Hər dövrün, hər ictimai quruluşun özünəməxsus tələbləri var. Həyatda uğur qazanmaq, üzvü olduğun cəmiyyətə, xalqına xeyir vermək, bildiklərini istehsalata tətbiq etməklə bu tələbləri qarşılamaq olar. Müstəqillik qazandığımız illərdə mən bunu yeni yaradılan, inkişafına hərtərəfli dövlət dəstəyi göstərilən sahibkarların fəaliyyətində görmüşəm. Görmüşəm ki, məhz bu amilləri əsas götürənlər qarşılaşdıqları çətinliklərdən qorxmur, geri çəkilmir, mübarizlik göstərir və son nəticədə, istəklərinə nail olurlar. Bundan isə həm özləri, həm də cəmiyyət qazanır.

Ardını oxu...

Gündən-günə inkişaf edən muxtar respublikamızda onlarla istehsal müəssisəsi fəaliyyət göstərir. Bunlardan biri də çeşid-çeşid dadlı və keyfiyyətli məhsulları ilə şəhər, rayon, hətta ən ucqar kəndlərimizdəki mağazaları belə bəzəyən, alıcı zövqünü oxşayan “Fərda” Şirniyyat İstehsalı Müəssisəsidir.

Ardını oxu...

Davamlı dinamik inkişaf iqtisadi siyasətin əsas hədəflərindən biridir. Bu baxımdan səmərəli kreditləşmə mexanizminin təmin edilməsi istehsal və xidmət sahələrinin inkişafı, daimi məşğulluq və əhali gəlirlərinin artırılması kimi məqsədlərə xidmət edir. İqtisadi inkişaf və rifah üçün olduqca vacib olan kreditləşmə zamanı əsas şərtlərdən biri də kreditlərin sərfəli olmasıdır.
Faiz dərəcələrinin istehlakçılar üçün optimal səviyyədə olması kreditlərin əlçatanlılığını artıran əsas amildir. Ölkə üzrə kredit bazarının təhlilinə nəzər yetirdiyimiz zaman Mərkəzi Bankın verdiyi məlumatlarda 2018-ci il avqust ayının 1-nə kreditlər üzrə tətbiq edilən orta faiz dərəcəsinin 11,9 faiz olduğunu görərik. Muxtar respublika iqtisadiyyatının inkişafı istiqamətində aparılan uğurlu kredit siyasətinin nəticəsi olaraq banklar və bank olmayan kredit təşkilatları tərəfindən kreditlər ən aşağı faiz dərəcələri ilə təklif edilmiş və nəticə etibarilə, əldə olunan rəqəmlər ölkənin digər iqtisadi rayonlarını geridə qoymuşdur.

Ardını oxu...

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi 2018-ci ilin avqust ayında da uğurla davam etdirilmişdir.
“Huawei” şirkəti ilə bağlanmış müqaviləyə əsasən 15 yeni nəsil avtomat telefon stansiyasının muxtar respublikaya gətirilərək quraşdırılmasına başlanmışdır. Şərur rayonunun Gümüşlü, Şahbulaq, Şahbuz rayonunun Daylaqlı, Babək rayonunun Nəhəcir kəndlərində Kareltipli avtomat telefon stansiyaları yeni nəsil avtomat telefon stansiyalarla əvəz olunmuş, Şərur rayonunun İbadulla, Şahbuz rayonunun Yuxarı Qışlaq kəndlərində yeni nəsil avtomat telefon stansiyalarının montaj-­tənzimləmə işləri başa çatdırılmışdır. Kəngərli rayonunun Qarabağlar kəndində əhalinin telefon çəkilişinə olan tələbatı nəzərə alınaraq 448 nömrəlik yeni avtomat telefon stansiyasının quraşdırılaraq Qıvraq mərkəzi avtomat telefon stansiyasına qoşulması təmin edilmişdir.
Mövcud avtomat telefon stansiyalarının nömrə tutumlarının artırılması nəticəsində hesabat ayında 163 yeni telefon nömrəsi istismara verilmiş, muxtar respublika ərazisində, ümumilikdə, 15 min 200 metr fiber-optik kabel xətti çəkilmişdir. Bu dövrdə genişzolaqlı ADSL texnologiyası vasitəsilə 754 yeni abunəçi internetlə təmin olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 2018-ci ilin avqust ayında yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət  standartlarına əməl edilməsinə nəzarət işini, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin standartlar səviyyəsinə uyğunluğunu diqqətdə saxlamışdır. Bu dövrdə məhsulların 237 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin edilmiş və ­sertifikatlaşdırılmasına dair elektron xidmət vasitəsilə daxil olmuş 39 müraciət operativ icra olunmuşdur.

Yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 112 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür. Təsərrüfat subyektlərindən götürül­müş məhsul nümunələrinin 235 halda laboratoriya analizləri aparılmış və texniki normativ-­hüquqi aktların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.

Ardını oxu...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən ­siyasi hakimiyyətə qayıdışından sonra ölkə­mizdə yeni siyasi və iqtisadi şəraitə uyğun olan qanunvericilik və normativ­-hüquqi baza yaradıldı, genişmiqyaslı islahatlar aparıldı. Qısa müddət ərzində bütün sahələrlə yanaşı, dövlət maliyyə nəzarəti üzrə bütün qanunvericilik və təşkilati məsələlər öz həllini tapdı. Ölkəmizdə tamamilə yeni maliyyə nəzarəti strukturu, Azərbaycan Respublikasının Hesablama Palatası yaradıldı.1999-cu ildə Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 2001-ci ildə Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyətə başlaması ilə kənar dövlət maliyyə nəzarəti sisteminin təməli qoyulmuş və respublikada səmərəli maliyyə nəzarəti sisteminin təşəkkül tapması istiqamətində mühüm addımlar atılmışdır.
Ümummilli liderimizin dövlət quruculuğu xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2008 və 2010-cu illərdə “Hesablama Palatası” haqqında Qanuna dəyişiklik və əlavələr edilməsi haqqında qəbul edilmiş Azərbaycan Respublikasının Qanunu Palatanın dövlət maliyyə nəzarəti sistemində rolunun gücləndirilməsində mühüm əhəmiyyətə malik olmuşdur.

Ardını oxu...

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr ­tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” və 2018-ci il 5 may tarixdə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Pro­qramı” ölkəmizdə üzümçülüklə bağlı aqrar siyasətin və strategiyanın inkişafına xidmət edəcək mühüm dövlət sənədləridir.

Azərbaycanda üzüm becərilən bölgələrdən biri də Naxçıvan Muxtar Respublikasıdır. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda bölgədə üzüm istehsalının 20 min tona çatdırılması bir vəzifə olaraq qarşıya qoyulub. Hazırda həmin dövlət proqramları ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Muxtar respublika ərazisində müasir dövrdə əkinəyararlı münbit torpaqlardan məqsədyönlü istifadə olunması, yeni yaradılan müvafiq tikintilərin, istehsal müəssisələrinin istifadə olunmayan sahələrində, şorakət ərazilərdə salınması mühüm problemlərdən biridir.

Ardını oxu...

Əhalinin etibarlı ərzaq təminatında anbar təsərrüfatının mühüm rolu vardır. Soyuducu anbarlar əhalinin istehlakda üstünlük verdiyi yerli meyvə və tərəvəz məhsullarının ilin bütün fəsillərində münasib qiymətlərlə satışına imkan verir. Bu baxımdan muxtar respublikamızın müxtəlif yerlərində tikilib istifadəyə verilmiş soyuducu anbarlar istehsal olunmuş kənd ­təsərrüfatı məhsullarının ilboyu yüksək keyfiyyətlə saxlanılmasına şərait yaradır.
Soyuducu anbarlar məhsulların tədarükü vaxtı onların torpaq mülkiyyətçilərindən qarşılıqlı sərfəli qiymətlərlə alınaraq anbarlarda saxlanılması həm bazarda qiymət tənzimlənməsinə kömək edir, həm də istehsalçıların öz işini genişləndirməsinə bir stimul yaradır. Əsasən, regionda yetişdirilən meyvə­­-tərəvəz hesabına doldurulduğundan onlar həm də aqrar sahənin inkişafına da təsir göstərir, satış problemlərini həll edir. Muxtar respublikada ilbəil istehsal həcmi artırılan kartof, soğan, alma, armud, şaftalı, kələm, üzüm, sarımsaq kimi məhsulların istehsalı və satışı, həm də regionda məşğulluğun təmin olunmasında mühüm yer tutur. Bundan əlavə, belə anbarların muxtar respublikamızın, demək olar ki, bütün rayonlarında olması meyvə­­-tərəvəz məhsullarının daşıma xərclərinin, bununla da bazardakı satış qiymətlərinin də aşağı salınması üçün əlverişlidir.

Ardını oxu...

Muxtar respublikada dəmir yolu nəqliyyatı sahəsində ardıcıl tədbirlər görülür, müasir dəmir yolu infrastrukturu yaradılır. Bu şəraitin nəticəsidir ki, cari ilin avqust ayında ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 13 min 20 ton müxtəliftəyinatlı yük, Ordubad­-Şərur və Şərur-Culfa istiqamətlərində hərəkət edən yük-sərnişin qatarları vasitəsilə 14 min 557 sərnişin daşınmışdır.
Payız-qış mövsümünə hazırlıq məqsədilə vaqonlarda və lokomotivlərdə cari təmir işləri aparılmış, baş və stansiya yollarına baxış keçirilmişdir. Xidməti ərazidəki bina, tikili və qurğular, eləcə də istismarda olan lokomotiv və sərnişin vaqonları, maşın-mexanizmlər mütəmadi yoxlanılmış, dəmiryol obyektlərinin və elektrovozların fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə işlər davam etdirilmiş, yanğına qarşı texniki müayinə aparılmış, nöqsanlar aradan qaldırılmışdır.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi avqust ayında aqrar sahənin inkişafına dair qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası və nazirliyin iş planına uyğun fəaliyyətini davam etdirib.
Cari ilin məhsulu üçün muxtar respublikada aparılmış təkrar əkinlərə aqrotexniki qaydada qulluq edilməsi, tərəvəz, bostan sahələrində, meyvə və üzüm bağlarında məhsulun yığılması, bazar və yarmarkalarda satışının həyata keçirilməsi, satışdan artıq qalan məhsulların soyuducu anbarlara verilməsi barədə torpaq mülkiyyətçiləri ilə maarifləndirici görüşlər keçirilib, biçindən sonra taxıl zəmilərində küləşin yandırılmasının qarşısının alınması istiqamətində müşavirələr olub.
Babək rayonunun Nehrəm və Zeynəddin kəndlərində payızlıq taxıl əkinlərinə hazırlıqla bağlı torpaq mülkiyyətçiləri ilə keçirilən görüşlərdə növbəli əkin qaydalarına əməl olunması, əkin sahələrinin düzgün seçilməsi, əkindən öncə torpağın analizə verilərək çatışmayan mikroelement­lərin üzvi və mineral gübrələrlə təmin olunması barədə söhbətlər aparılıb.
Nazirliyin mütəxəssisləri tərəfindən muxtar respublikanın rayonlarında bütün növ əkin sahələrində bitkilərin zərərvericilərlə və xəstəliklərlə sirayətlənməsini müəyyənləşdirmək məqsədilə müşahidələr aparılıb, zərurət yaranan yerlərdə kompleks mübarizə tədbirlərinin təşkili işlərində hüquqi və fiziki şəxslərə əməli köməkliklər göstərilib. Culfa rayonunun inzibati ərazisində mövcud olan yaşıllıq zolaqlarında, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus püstə bağında bitkilərə sirayətlənmiş ziyanvericilərə qarşı kimyəvi mübarizə aparılıb. Babək rayonunda “Şor nav” deyilən ərazidə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə məxsus əkin sahələrinə baxış keçirilərək becərmə tədbirlərinə dair tövsiyələr verilib. Ay ərzində 11 torpaq mülkiyyətçisinin müraciəti əsas götürülərək onlar nazirliyin əməkdaşları tərəfindən torpaq strukturuna uyğun olaraq təkrar əkinlərin həyata keçirilməsi ilə bağlı məlumatlandırılıblar. 4 hektar meyvə bağı, 8 hektar üzümlük, 6 hektar üzüm tingliyi, 3 hektar səbzə-tərəvəz sahələrində zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirlərinin aparılması, həmçinin becərilmədə nəzərdə tutulan kompleks aqrotexniki tədbirlər haqqında sahibkarlara tövsiyələr verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması istiqamətində qarşıda duran vəzifələrin icrası 2018-ci ilin avqust ayı ərzində də diqqət mərkəzində saxlanılmış, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və elektron kadastr məlumat bazasının təkmilləşdirilməsi sahəsində işlər davam etdirilmişdir. Şərur rayonunun Axura, Həmzəli, Dizə və Muğancıq-Müslüm kəndlərində planaalma işləri başa çatdırılmış, ümumilikdə, 1817 daşınmaz əmlak obyekti plana alınmışdır. Şərur rayonunun Püsyan, Yeni Havuş, Tənənəm və Axura bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanmış və torpaqların növləri üzrə uçotu aparılmışdır. Həmçinin Sədərək rayonunun Sədərək bələdiyyəsinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron kadastr xəritəsi hazırlanmışdır. Avqust ayında muxtar respublika üzrə 483 daşınmaz əmlak obyekti qeydiyyata alınmışdır. Bu dövrdə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranmış 54 daşınmaz əmlak obyektinə ünvan verilmiş, 74 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmış, 109 əmlakın bazar dəyəri məlumat bankına daxil edilmişdir. Bu dövrdə 8 yaşayış məntəqəsində 43 vətəndaşa səyyar xidmət göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Son illər muxtar respublikamızda aparılan genişmiqyaslı quruculuq işləri sayəsində Naxçıvan şəhərində də onlarla yaşayış binası əsaslı təmir olunub, mənzillərin sahəsi genişləndirilib, tikililərin əksəriyyətinin təməli möhkəmləndirilərək əlavə mərtəbələr artırılıb, binalar müasir kommunikasiya xətləri ilə təmin olunub. Əhalinin sosial rifah halının yaxşılaşdırılması naminə atılan bu addımlar demoqrafik vəziyyətə də öz müsbət təsirini göstərib. 

Cari ildə də bu istiqamətdə tədbirlər uğurla icra olunur. Artıq təmir­-bərpa olunan binaların əksəriyyətində işlər yekunlaşıb, sakinlər rahat mənzillərində firavan həyata qovuşublar. Hazırda şəhərimizin bir neçə ünvanında yaşayış binalarının təmir-bərpası davam etdirilir.

Ardını oxu...

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycanın inşaat və tikinti materialları məhsulları 4-6 sentyabr tarixlərdə Qazaxıstanın Almatı şəhərində keçirilən “KazBuild” inşaat və tikinti materialları sərgisində nümayiş olunub. Bu il sərgidə 25 ölkədən 288 inşaat şirkəti iştirak edib.
“KazBuild 2018” sərgisində Azərbaycandan 14 şirkət iştirak edib. Sərgidə muxtar respublikada fəaliyyət göstərən “Cahan Pen” Məhdud Məsuliyyətli Cəmiyyətinin də iştirakı təmin edilib. Müəssisə tərəfindən istehsal edilən panel və alüminium radiatorlar, qapı-pəncərə profilləri, müxtəlifölçülü plastik borular və fitinqlər sərgidə nümayiş etdirilib.
Xarici şirkətlərin və sərgi ziyarətçilərinin böyük marağına səbəb olan Azərbaycan məhsulları “Ən yaxşı debüt” mükafatına layiq görülüb.
Sərgi çərçivəsində Azərbaycanın inşaat və tikinti şirkətlərinin nümayəndələri xarici şirkətlərin təmsilçiləri ilə görüşlər keçirib, potensial müştərilərlə məhsulların ixracına dair müzakirələr aparıb, əhəmiyyətli nəticələr əldə edilib.
Qeyd edək ki, “KazBuild 2018” sərgisi Azərbaycan inşaat və tikinti materialları məhsullarının “Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunduğu ilk beynəlxalq sərgidir.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq iqtisadiyyatın və sosial sahənin ahəngdar fəaliyyəti üçün bütün sahələrdə infrastruktur yenilənmiş, əsas kapitala vəsait qoyuluşları artmışdır.
Həyata keçirilən tədbirlərin davamı olaraq təkcə 2018-ci ilin yanvar-iyul aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 579 milyon 300 min 400 manat vəsait yönəldilmişdir ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,1 dəfə çoxdur.

Ardını oxu...

“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara yeni kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqlar verilib.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək bildirib ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə bu günədək, ümumilikdə, 2367 kənd təsərrüfatı texnikası alınıb. Bunun 313-ü cari ilin ötən dövrünün payına düşür. Alınan müxtəlif adda kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqların 1829-u lizinq yolu ilə torpaq mülkiyyətçilərinə satılıb.
Sonra lizinq yolu ilə satılan yeni texnikaların sənədləri sahibkarlara təqdim olunub. Həmin gün 11 mülkiyyətçiyə 5 traktor, 5 kotan, 2 taxılsəpən, 1 rotorlu otbiçən və 1 presvuran olmaqla, 14 ədəd texnika və texnoloji avadanlıq verilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq bu texnika və texnoloji avadanlıqların lizinq, nağd və köçürmə yolu ilə sahibkarlara satılması həyata keçirilir. Görülən bu tədbirlər muxtar respublikada aqrar sahənin, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Hazırda kənd təsərrüfatı texnikaları lizinqə verilərkən dəyərinin 20 faizi ödənildikdə dövlət büdcəsi hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir. Texnikanın dəyərinin 40 faizi 9 il müddətinə ödənilir. Bu da aqrar sahənin, xüsusilə ailə təsərrüfatlarının inkişafına mühüm töhfə verir.

Xəbərlər şöbəsi

  Muxtar respublikanın iqtisadiyyatının əsasını çoxsahəli kənd təsərrüfatı təşkil edir. Burada aqrar sahənin dinamik inkişafına stimul verən səbəblərdən biri iqlim şəraiti və əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olmasıdırsa, başlıca amil bu sahəyə hərtərəfli dövlət qayğısının göstərilməsidir. Diyarımızın kənd təsərrüfatının təhlili göstərir ki, aqrar sahədə irəliləyişlər davamlı xarakter alıb. 

Aqrar bölmənin əhəmiyyəti nəzərə alınaraq bu sahənin inkişafı, kənd təsərrüfatı məhsulları istehsalının artırılması və intensiv amillər hesabına məhsuldarlığın çoxaldılması məqsədilə mühüm sərəncam və qərarlar qəbul olunub. Uğurla başa çatdırılmış bir sıra dövlət proqramları ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” xüsusi əhəmiyyət daşıyır. Bunun nəticəsidir ki, bu gün də muxtar respublikada aqrar sahədə istehsal və istehlak baxımından güclü maddi-texniki baza yaradılıb, yerli məhsullar hesabına əhalinin etibarlı, eləcə də davamlı ərzaq təminatına nail olunub. Bu sahədə həyata keçirilən kompleks tədbirlərin müasir texnologiyalara cavab verəcək səviyyədə reallaşdırılması istehsal olunan kənd təsərrüfatı məhsullarının həcminin və xüsusi çəkisinin artırılmasına daha dolğun şərait yaradıb.

Ardını oxu...

Yaz-yay aylarında kəndlərimizi bəzəyən xoş rayihəli gül-çiçəklər, gözoxşayan yaşıllıqlar, üzərinə şeh düşən al laləli çəmənliklər, çağlayan sərin bulaqlar, qədəm qoymaqda olduğumuz qızılı payız fəslində isə ləziz meyvələri bara-bəhərə dolmuş bağ-bağatlar, bərəkətli məhsulu ilə gözoxşayan tarlalar bu yerlərin sakinlərini sağlam və gümrah saxlayır. Bütün bu gözəlliklər insanlara xoş ovqat bəxş edərək onları işgüzarlığa səsləyir. Kəndli dan yeri sökülməmiş yuxudan oyanır, səhərin təmiz havasından sinəsinə çəkib işinə başlayır. Kimi tədarük etdiyi məhsulu bazara çıxarır, kimi ailəliklə torpaq sahələrinə üz tutub mövsümi işlər həyata keçirir, kimi də mal-heyvanı otlaqlara aparır. İnsanların əzmlə çalışaraq özlərinə gün-güzəran yaratdığı kənd həyatı, bax beləcə, hər gün öz axarı ilə davam edir. Dövlət tərəfindən göstərilən dəstək isə zəhmətkeşləri torpağa daha sıx tellərlə bağlayır. Nəticədə, əkilən sahələrin miqyası ilbəil genişlənir. Sevindirici haldır ki, artıq bir çox ailələr yaradılan imkanlardan lazımınca bəhrələnib, öz fərdi təsərrüfatlarını qurublar. 

Təqdirəlayiq haldır ki, son illər ərzində Naxçıvanın bütün bölgələrində ailə təsərrüfatları yaradılır, aqrar sahə ilə məşğul olanların sayı ilbəil artır. Əkinəyararlı münbit torpaq sahələri, bol su mənbələri ilə zəngin olan Babək rayonunda da qurulan belə təsərrüfatlar az deyil. Ötən günlərdə rayonun ən böyük yaşayış məntəqəsi sayılan Nehrəm kəndində qonaq oldum. Əvvəllər də tez-tez bu kəndə yolum düşdüyü üçün yaxşı bilirəm ki, bu yurdun sakinləri torpağa qırılmaz tellərlə bağlıdırlar. Elə dolanışıqlarını da əkin-biçinlə məşğul olub mal-heyvan saxlamaq hesabına qururlar.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda növbəti təkmilləşdirici təlim başlayıb.
Təlimə mədəniyyət sahəsi üzrə çalışan 20 mühasibat işçisi dəvət olunub. Dörd gün ərzində keçiriləcək təlimdə büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması, xəzinə əməliyyatlarının təşkili və uçotu, vergi uçotunun təşkili, mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması kimi mövzulara yer verilib. Təlim muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması və yenidən hazırlanması, təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərinin və işgüzar keyfiyyətlərinin qiymətləndirilməsi məqsədi daşıyır.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin aparat rəhbəri Tural Şir­əlizadə açaraq iştirakçılara keçirilən təlimin mahiyyəti və gözlənilən nəticələrin əhəmiyyəti barədə məlumat verib.
Sonra Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 10 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında yaradılmış Maliyyə Tədris Mərkəzinin funksiyaları haqqında danışıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş və uğurla başa çatmış “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Pro­qramı” aqrar sahənin inkişafına öz töhfəsini verib. Ötən müddət ərzində bu istiqamətdə qəbul edilmiş digər pro­qramlar kənd təsərrüfatının başqa sahələri kimi taxılçılığın inkişafında da əhəmiyyətli rol oynayıb.
Şahbuzlu taxılçılar da yaradılan şəraitdən səmərəli istifadə edirlər. Bunun nəticəsidir ki, onlar cari ilin məhsulu üçün ötən ilin payızında əkdikləri 1615 hektar sahədən 4 min 432 ton məhsul götürüblər. Həm əkilən sahələrdə, həm də məhsul istehsalında ötənilki göstəricilərlə müqayisədə bu il xeyli artım müşahidə olunub. İldən-ilə daha bol məhsul əldə edən torpaq mülkiyyətçiləri bir neçə ildir ki, rayon ərazisindəki dəmyə torpaq sahələrində də əkin keçirməyə başlayıblar.
Rayon dağlıq ərazidə yerləşdiyindən burada muxtar respublikamızın digər bölgələrindən fərqli olaraq payızlıq taxıl əkini daha tez həyata keçirilir. Mütəxəssislər burada sentyabr ayının 15-dən başlayaraq payızlıq taxıl səpini aparmağı məsləhət görürlər. Artıq torpaq mülkiyyətçiləri gələn ilin məhsulu üçün sahələrdə şum işinə başlayıblar. Hazırda Şahbuz şəhəri, Türkeş, Mahmudoba, Şahbuzkənd, Sələsüz və Daylaqlı kənd­lərinin taxılçıları 100 hektardan çox sahədə şum qaldırıblar.
Yaxşı məhsul götürmək üçün əsas amillərin rayonlaşdırılmış taxıl sortlarından istifadə edilməsi, mineral və üzvi gübrələrin vaxtında və normada verilməsi olduğunu nəzərə alan torpaq mülkiyyətçiləri bu məsələləri də diqqətdə saxlayırlar.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti tərəfindən avqust ayında muxtar respublikada sərnişindaşıma fəaliyyəti göstərən avtobus və mikro­avtobusların texniki müayinəsi keçirilmiş, 301 avtobusun qeydiyyatı aparılmışdır.
Muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutla təmin edilmiş, 488 taksi əhaliyə xidmət göstərmişdir. Avtovağzalların payız­-qış mövsümünə hazırlığı da diqqət mərkəzində saxlanılmış, şəhərlərarası və rayonlararası marşrut avtobuslarının qrafiki təkmilləşdirilmiş, istilik sistemlərinin yoxlanılaraq işlək vəziyyətə gətirilməsi üçün xidmətdə yaradılmış komissiya tərəfindən lazımi tədbirlər həyata ­keçirilmişdir.
Muzeylərdə taksi sürücülərinin seminar-məlumatlandırılması işinə avtobus sürücüləri də cəlb olunmuş, həftənin bir günü onların qrup şəklində muzeylərə ekskursiyaları təşkil edilmişdir. Avqust ayında İran İslam Respublikasından keçməklə Naxçıvan-Bakı-Naxçıvan avtobus mar­şrutu ilə Naxçıvandan Bakıya 2501, Bakıdan Naxçıvana isə 2312 sərnişin daşınmışdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Nəqliyyat Xidməti

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin tabe təşkilatları tərəfindən payız-qış mövsümünə hazır­lıq, torpaq sahələrinin suvarma suyu ilə təmin olunması, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması üçün 2018-ci ilin avqust ayında da işlər davam etdirilmiş, sudan səmərəli istifadəyə nəzarət artırılmışdır. Muxtar respublika üzrə ötən ay su istifadəçilərinə 30 milyon kubmetr suvarma suyu verilmiş, bunun müqabilində 25 min 655 hektar torpaq sahəsi suvarılmışdır.
Bu dövrdə 2 kilometr yeni içməli su xətti, 8 kilometr yeni suvarma xətti çəkilmiş, 4 kilometr mövcud içməli su xətti təmir-bərpa olunmuşdur. Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, 2 min 244 metr uzunluğunda müxtəlif­diametrli boru xətti çəkilmişdir.

Ardını oxu...

Muxtar diyarımızın şəhər, qəsəbə və kəndlərində yeni meyvə bağlarının salınması, mövcud bağlara aqrotexniki qulluq göstərilməsi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, cari ilin yaz əkini mövsümündə, ümumilikdə, kənd təsərrüfatı əkinləri üçün yararsız olan 223 hektar sahədə meşə­salma və meşəbərpa işləri aparılıb, 15 hektar üzüm, 4 hektar badam bağı olmaqla, 90 hektar sahədə meyvə bağı, 133 hektar sahədə meşə massivi, yaşıllıq zolaqları salınıb. Yaşıllaşdırma tədbirlərində 222 mindən artıq meşə və meyvə tingləri, həmişəyaşıl ağaclar, bəzək və gül kolları əkilib.
Mövsüm ərzində, ümumilikdə, 155,l hektar olmaqla, 37 hektar sahədə yaşıllıq zolaqları, meyvə bağları salınıb, 118,1 hektar sahədə ting və toxumla bərpa işləri görülüb.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq 27 hektar sahədə yeni meyvə bağı, 10 hektar sahədə üzüm bağı salınıb, 45 min 700 müxtəlif meyvə tingi əkilib.

Xəbərlər şöbəsi

Yeni təhsil ocaqları üçün binaların tikilməsi, mövcud məktəb binalarının yenidən qurulması istiqamətində görülən tədbirlər Şərur rayonunda da davam etdirilir.
“Gəmiqaya” Tikinti Şirkəti ­Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığımız məlumata görə, rayonun Kərimbəyli kəndində tamamilə yenidən qurulan, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 270 şagird yerlik məktəb binasının qarşıdan gələn dərs ilində istifadəyə verilməsi nəzərdə tutulub.
Rayonun İbadulla kəndində 522 şagird yerlik məktəb binasının da inşası sürətlə aparılır. Kosacan kəndində isə 234 şagird yerlik yeni məktəb binası Şərurun yeni məktəbləri siyahısında yer alacaq. Bu məktəblərin tikintisini Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsi Şərur Rayon İdarəsinin və “Artay” LTD Tikinti Şirkəti Naxçıvan filialının inşaatçıları aparırlar.

Xəbərlər şöbəsi

Culfa rayon mərkəzindən 43 kilometr şimalda, Əlincəçayın sağ sahilində Zəngəzur silsiləsinin yamaclarına sığınan Qazançıya üz tutmağımızın səbəbi böyük quruculuq işlərinə “ağuşunu açan” bu kəndin dünəni və bu günü ilə tanış olmaq, tikilməkdə olan sosial obyektlərin qədim yaşayış yerinin mənzərəsinə qatacağı müasirliyi öz gözlərimizlə görmək idi. Maşınımız Ərəzin, Əbrəqunus, Bənəniyar, Saltaq, Göydərə, Əlincə kəndlərini arxada qoyub Qazançıya doğru yüksəklərə qalxdıqca bir sərinlik duyulurdu. Kəndə çatanda isə bu sərinlik daha da artdı. Bu isə təbii idi. Çünki biz dəniz səviyyəsindən 1500 metr yüksəklikdə, yaşıllıqların əhatə etdiyi bir yaşayış məntəqəsində idik. Bir saat öncə Culfa şəhərində olarkən hiss etdiyimiz istidən burada əsər-əlamət yox idi. Hündür ağacların xəfif küləkdən ahəstəcə yellənən yarpaqları dağların sərin mehinə qoşularaq qonaqlarını qarşılayırmış kimi həm də hansısa dağ çiçəyinin gözəl rahiyəsini özü ilə bərabər gətirib bizə hiss etdirməklə sanki “xoş gəlmisiniz”, – deyirdi.


Tarixin özü qədər qədim kənd

Bu qədim yaşayış yeri haqqında kiçik araşdırma apararkən məlum oldu ki, kənd muxtar respublikamızın ən qədim yaşayış məskənlərindən biridir. Ərazidə Tunc və İlk Dəmir dövrlərinin abidəsi olan Qazançı qalası, orta əsrlərə aid Qazançı körpüsü, ətrafdakı bir neçə kənd xarabalıqları, karvansara və sair abidələr bunu bir daha sübut edir. Tədqiqatlara əsasən Nadir şaha qədər burada 1000-dən artıq ailə yaşayıb. Bu faktı kəndin 1727-ci ildə Əlincə nahiyəsinə daxil olan 28 yaşayış məntəqəsi içərisində ən çox vergi (21164 axça) verməsi də təsdiqləyir.

Ardını oxu...

Ulu Yaradanın Naxçıvan torpağına bəxş etdiyi nemətlər, sərvətlər həddən artıq çoxdur. Bu sərvətlər içərisində bulaqlarımız, mineral sularımız önəmli yerə malikdirlər.
Qədim Naxçıvan torpağı içməli mineral suları ilə nəinki ölkəmizdə, o cümlədən bütün dünyada tanınır. Naxçıvanın “mineral suların təbii muzeyi” adlandırılması da məhz bununla bağlıdır.
Hələ ki bu “muzeyin” 250-dən artıq “eksponat”ı aşkar olunub. 20-ci yüzillikdən etibarən muxtar respublikanın mineral su ehtiyatlarının tədqiqi istiqamətində bir çox tədbirlərə başlanılıb. Ötən müddət ərzində də müəyyən edilib ki, bölgədə mineral suların 6 tipi, 16 sinfi və 33 müxtəlif növü mövcud olub.
Onlardan biri də “Sirab” mineral su yatağıdır. Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 18 kilometr şimal-şərqdə, Sirab kəndindən 3 kilometr şimalda, dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşən, müalicəvi tərkibə malik mineral su yatağının 1950-ci ildə kiçik bir sexdə istehsalına başlanılıb. Hazırda bu mineral su Babək rayonu ərazisində tikilən və istifadəyə verilən müasir zavodda istehsal olunur. “Sirab” Mineral Sular Zavodunda 7 texnoloji xətt quraşdırılıb və 4 sex fəaliyyət göstərir. Burada “Sirab” qazlaşdırılmış və qazlaşdırılmamış formalarda istehsal edilir. İstehsal olunan təbii mineral müalicəvi süfrə suyu ­müxtəlifhəcmli plastik və şüşə butulkalarda qablaşdırılır. “Sirab” mineral su yatağı, əsasən, 3 yeraltı mineral su hövzəsindən – Şorsudərə, Kəlbəağıl və Kütandağdan ibarətdir.

Ardını oxu...

Sahibkarlığın, özəl sektorun inkişafına normal şərait yaratmadan iqtisadi yüksəlişi təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, infrastrukturu yeniləmək, sosial məsələlərin həllinə nail olmaq mümkün deyil. Ona görə də muxtar respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini məhz sahibkarlığın inkişafı təşkil edir.

Sahibkarlığa göstərilən qayğı, öz növbəsində, yerli istehsalın inkişafına da şərait yaradır. Yerli istehsalın inkişaf etdirilməsi isə daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amil nəzərə alınaraq muxtar respublikada iqtisadiyyatın bütün sahələrində yeni istehsal və xidmət sahələri yaradılır, yaxud mövcud olanların fəaliyyətləri bərpa edilir və ya genişləndirilir.
Cari ilin ötən dövrü ərzində muxtar respublikanın rayon, qəsəbə və kəndlərinin xammal və əmək ehtiyatları nəzərə alınmaqla müasir texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılması məqsədilə yeni layihələrin sahibkarlara təqdimatı keçirilib.
Azad sahibkarlıq fəaliyyətinin geniş vüsət aldığı muxtar respublikada yerli ehtiyatlar hesabına müxtəlif növdə sənaye məhsulları istehsalının təşkili, aqrar sektorda emal sənayesinin genişləndirilməsi, sosial xidmət sahələrində kiçik və orta sahibkarlığın daha da gücləndirilməsi 2018-ci ilin ötən dövrü ərzində də prioritet sahələr kimi öz əhəmiyyətini qoruyub. Həyata keçirilmiş belə layihələr arasında sənaye və kənd təsərrüfatı sahələri olmaqla, ümumilikdə, 30 layihənin əsası qoyulub. Yaradılan bu müəssisələr hesabına 279 yeni iş yeri açılıb.

Ardını oxu...

Bu ilin 8 ayı ərzində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirləri davam etdirilib.
Bəhs olunan dövrdə muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi, işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət və sair bu kimi operativ vergi nəzarətinin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 63 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.
Həyata keçirilən tədbirlər zamanı 7 vergiödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 4 vergiödəyicisi tərəfindən xarici valyuta məbləğinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.

Ardını oxu...

Muxtar respublikamızın ayrılmaz həyat ritminə çevrilən tikinti-quruculuq və abadlıq tədbirləri bütün sahələri əhatə etməklə cari ildə də davam etdirilir. Son illərdə belə tədbirlər dini dəyərlərin qorunması və yaşadılmasına da öz töhfəsini verir. Dini mədəni abidələrin və köhnə məscid binalarının bərpası, yeni məscid binalarının tikilməsi ilə dindarların ibadəti üçün hərtərəfli şərait yaradılır. Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi isə bu sahədə görülən işlərin əhatə dairəsini xeyli genişləndirib.
Bunun ifadəsidir ki, hazırda Naxçıvan şəhərində yeni məscid binasının inşası sürətlə davam etdirilir. Bina ibadət zalı, 40 metr hündürlüyündə iki minarə, qızlar və oğlanlar üçün iki mədrəsə və kitabxanadan ibarət olacaqdır. 15 günbəzli məsciddə eyni vaxtda 2 min nəfər ibadət edə biləcək. Hazırda məscidin binasında fasad üzlənir, daxildə dəmir, beton qəlib və hörgü suvaq işləri aparılır.
Məscid binasının yerləşdiyi ərazidə Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şura üçün ikimərtəbəli inzibati və mərasim binaları da inşa olunur. İnzibati binada iş otaqları, tədbirlər zalı, kəbin otağı, kitabxana və bufet istifadəyə veriləcək. Mərasim binasında isə hər biri 224 yerlik iki zal fəaliyyət göstərəcək.
Qeyd edək ki, məscid binasının həyətində abadlıq işləri aparılacaq, mərkəzi isitmə sistemi qurulacaq və dəstəmaz yerləri yaradılacaqdır.

Xəbərlər şöbəsi

29 avqust – 3 sentyabr 2018-ci il tarixlərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Çin Xalq ­Respublikasının Urumçi şəhərinə ixrac missiyası təşkil olunub.
İxrac missiyası çərçivəsində avqustun 30-dan başlayaraq “6-cı Çin-Avrasiya” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendi altında ölkəmizdə istehsal olunan qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə məhsulları sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanıb.
Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, yerli məhsulların Çin bazarına çıxarılması, ixracın stimullaşdırılması, həmçinin iki ölkənin iş adamları arasında əməkdaşlığın təşviqi məqsədilə həyata keçirilən tədbirdə 21 sahibkarlıq subyekti ilə yanaşı, muxtar respublikada fəaliyyət göstərən Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iştirak edib. Sərgidə həmin müəssisədə istehsal edilən 16 ­çeşiddə qazlı və qazsız mineral sular nümayiş olunub.
Sərgi çərçivəsində “Sirab” mineral suyunun Çinə ixracına dair həmin ölkənin şirkətlərinin rəsmiləri ilə işgüzar görüşlər keçirilib, əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” yerli və ənənəvi arı cinslərinin yetişdirilməsinə, arı ailələrindən yüksək məhsul götürül­məsinə, xəstəliklərə qarşı vaxtında mübarizə aparılmasına, arıçıların dövlət maliyyə ­resurslarına çıxış imkanlarının genişləndirilməsinə, arıçılıq məhsullarının ixracına şərait yaradır və arıçılıqla məşğul olmaq istəyən sahibkarlıq subyektlərinin sayı ildən-ilə artır. 

“Arı vuran pətəkdən qorxmaz”, – deyib atalarımız. Belə zəhmətkeş arıçılarımızdan biri də Şahbuz rayon sakini Asif Babayevdir. O, deyir ki, arıçılıq bu diyarda qədim zamanlardan bəri formalaşıb. Babam deyərdi ki, vaxtilə bu yurdun dağ kənd­lərində “gərməşov” adlı kəskin, spesifik iyli kol bitkisinin hər il pöhrələyən cavan şivlərindən arı səbəti toxunardı. Elə indinin özündə də bəzi dağ kəndlərində belə arı səbətlərinə rast gəlmək olur. Müasir arı pətəkləri, əsasən, taxta qutu formasındadır. Belə qutularda saxlanılan arı ailələrini zərərvericilərdən və xəstəliklərdən qorumaq asandır. Müxtəlif xəstəliklərə qarşı sahibkarlara hər cür dərman və biopreparatların verilməsi isə bu maraqlı, faydalı, iqtisadi cəhətdən gəlirli sahəyə dövlət qayğısının daha bir göstəricisidir, – deyə əlavə edir.

Ardını oxu...

Bu gün muxtar respublikamız öz istehsal imkanlarını daha da artır­maqda, dünyanın 65-ə yaxın ölkəsi ilə ticarət əlaqələrini inkişaf etdirməkdədir. Məhz bu proseslərdə Naxçıvan məhsullarının əhatəsini genişləndirən istehsalın həcminin xüsusi yeri vardır. Onu da qeyd edək ki, diyarımızda təmin edilmiş sağlam iqtisadi mühit sahibkarlıq təşəbbüslərini artırmaqdadır. Artıq bu gün muxtar respublikada güclü sahibkarlıq təbəqəsi formalaşıb. 

Ardını oxu...

Naxçıvanda üzümçülük tarixən kənd təsərrüfatı sahələri arasında xüsusi çəkiyə malik olub. Tarixə nəzər salsaq, görərik ki, hələ 3000 il öncə qədim Naxçıvan diyarında yaşayan türk tayfalarının əsas məşğuliyyətini üzümçülük təşkil edib. Ona görə də uzun illərdən bəri burada xalq seleksiyası nəticəsində çoxlu sayda qiymətli üzüm sortları yaradılaraq nəsildən-nəslə ötürülüb.

Tarixi mənbələrdə qeyd edildiyi kimi, qədim diyarımızda tez, orta və gecyetişən, xoşagəlimli əmtəə görünüşlü, gilələrinin müxtəlif rəng­ləri olan ağ, qırmızı, sarı, qara və qəhvəyi kişmişi, əsgəri, xəlili, kürdəşi, həmçinin Naxçıvan hüseynisi, bəndi, bənənyari, miskalı, haçabaş, ağ tayfı, ağ aldərə, nənəqırna, Naxçıvan şanısı, Naxçıvan qara üzümü, sahibi, xan üzümü və sair üzüm sortları ulu babalarımızın bizə miras qoyub getdikləri ən gözəl nümunələrdir. Sevindirici haldır ki, dünyanın ən məhsuldar, ən keyfiyyətli, salxım və gilələrinin gözəl görkəmi ilə seçilən bu üzüm sortları nəinki ölkəmizdə, hətta onun hüdudlarından kənarda da özünə şöhrət qazanıb. Hazırda Rusiyanın Sankt-Peterburq şəhərindəki Ermitajda saxlanılan və Naxçıvan ərazisindən tapılmış VII əsrə aid üzüm salxımları ilə bəzədilmiş tunc at fiquru əyani şəkildə göstərir ki, bu diyarın yerli əhalisi çox qədimdən üzüm bitkisini necə sevib və qiymətləndirib.

Ardını oxu...

Muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Babək rayonunda da məktəb tikintisi ön plandadır. Rayonun bir sıra yaşayış məntəqələrində yeni məktəb binaları tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Görülən tədbirlərin davamı kimi sərhəd kəndi olan Aşağı Buzqovda məktəb binası yenidən qurulur.
Üç mərtəbədən ibarət olan məktəb binasında 11 sinif otağı, 2 laboratoriya, 1 kompüter otağı, 2 elektron lövhəli sinif, şahmat sinfi, kitabxana, hərbi kabinə və idman zalı yaradılıb. Binada tikinti işləri başa çatdırılıb. Hazırda məktəbin yerləşdiyi ərazidə abadlıq işləri görülür.
Aşağı Buzqovda kənd mərkəzi də inşa olunur. Üç mərtəbədən ibarət mərkəzdə həkim ambulatoriyası, poçt, kitabxana, baytarlıq xidməti, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə və klub yerləşəcək.
Kənddə tikilən xidmət mərkəzində də işlərin böyük bir qismi başa çatıb. Hazırda mərkəzin həyətində abadlıq işləri görülür, yerə daş döşənir. Kənd yolunun kənarlarına beton kanallar çəkilir.
Kompleks quruculuq işləri Yuxarı Buzqovda da davam etdirilir. Yaşayış məntəqəsində yeni məktəb binası, kənd və xidmət mərkəzləri tikilir, yol infrastrukturu ­yenilənir.

Xəbərlər şöbəsi

Dövlətimiz tərəfindən aqrar sahədə həyata keçirilən tədbirlər kənd təsərrüfatının bütün sahələrinin, o cümlədən taxılçılığın inkişafına hərtərəfli şərait yaradıb. Taxılçılığa strateji əhəmiyyətli sahə kimi yanaşılmasının nəticəsidir ki, məhsul istehsalında artan temp müşahidə edilir, taxıl əkini sahələri ilbəil genişləndirilir. Bu cəhətdən cari il də istisna deyil.
Məlumat üçün bildirək ki, ötən ilin payızında və cari ilin yazında 2018-ci ilin məhsulu üçün 61 min 935 hektar sahədə əkin aparılıb, bunun da 32 min 483 hektarını taxıl zəmiləri təşkil edib. Taxıl əkini sahələrinin 22 min 632 hektarında buğda, 9 min 851 hektarında isə arpa əkilib. Əkin sahəsinin 10 min 526 hektarı Babək rayonunun payına düşüb və əldə olunan məhsul 33 min 275 ton təşkil edib.
Taxılçılığın inkişafında rayonun Cəhri kəndinin sakinləri də fəallıq göstərirlər. Cəhri muxtar respublikanın böyük yaşayış məntəqələrindəndir. Kənd əhalisinin başlıca məşğuliyyət sahələri içərisində taxılçılıq da xüsusi yer tutur.
Bu günlərdə həmin kəndə getdik. Uzun illər taxılçılıqda yaxşı təcrübə qazanmış torpaq mülkiyyətçisi ­Sənan Novruzovla həmsöhbət olduq. O bildirdi ki, sahələrə vaxtlı-vaxtında aqrotexniki qulluq göstərib, taxıl zəmilərində yüksək məhsuldarlığa nail olmaq üçün sahələrin suvarılmasını, ziyanvericilərə qarşı müvafiq işlərin görülməsini diqqətdə saxlayıb. Bununla da o, 225 hektar əkin sahəsindən bol məhsul əldə edib. Bunun 135 hektarı icarəyə götürülmüş dəmyə sahə olub. O həm də 90 hektar suvarılan sahədə taxıl əkinini həyata keçirib. Bunun 210,1 hektarını buğda, 14,9 hektarını arpa təşkil edib.

Ardını oxu...

Araz çayı və Uzunoba Su Anbarından çəkilən suvarma xətlərinin yenidən qurulması nəticəsində su təminatı yaxşılaşdırılıb və yeni torpaq sahələri su ilə təmin olunub. 2015-ci ildə Vayxır sol sahil kanalından qidalanan və 2200 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma və drenaj şəbəkəsi istifadəyə verilib, 2016-cı ildə Babək rayonunda 565, Kəngərli rayonunda isə 117 hektar torpaq sahəsində, 2017-ci ildə Kəngərli rayonunun Böyükdüz kəndində 407 hektar torpaq sahəsində suvarma şəbəkəsi yaradılıb. 2018-ci ilin mart ayından etibarən həmin rayonda 410 hektar ərazini əhatə edəcək yeni qapalı suvarma şəbəkəsinin qurulmasına başlanılıb.

Ardını oxu...

Artıq yay tətilinin bitməsinə sayılı günlər qalıb və övladı məktəbli olan hər bir valideyni məktəb ləvazimatları, geyim forması almaq qayğısı bürüyüb. Məktəbli forması almaq üçün üz tutacağımız ünvan isə məlumdur: “Zümrüd Tikiş” Məhdud Məsuliyyətli Cəmiyyəti. Keyfiyyətli məktəbli formasının tikildiyi bu ünvan fəaliyyəti ilə muxtar respublikada alıcı rəğbəti qazanmış istehsal müəssisələrindən biridir. 

Bu günlərdə yolum həmin müəssisəyə düşmüşdü. Müəssisənin direktoru Mehrəngiz Əkbərova ilə söhbət zamanı o qeyd etdi ki, 1997-ci ildə 6 nəfər işçi ilə və cəmi 10-12 ədəd Rusiya istehsalı olan avadanlıqlarla fəaliyyətə başlamışıq.
Hazırda müəssisədə Almaniya, Yaponiya və Türkiyə istehsalı olan 70 adda ən müasir biçim, ölçü, ütü və tikiş avadanlıqları quraşdırılıb, istehsal prosesinə mərkəzləşdirilmiş qaydada nəzarət təmin edilib.
Müəssisə rəhbəri deyir ki, 2010-cu ildə 560 min manat vəsait ayrılması sayəsində 2011-ci il sentyabrın 9-da gündəlik istehsal gücü 150 dəst kostyum olan müəssisənin yeni binası və kostyum istehsalı sahəsi istifadəyə ­verildi.

Ardını oxu...

Muxtar respublikada həyata keçirilən uğurlu siyasət müasir nəqliyyat sisteminin qurulmasını və inkişafını təmin etmişdir. Ötən dövrdə nəqliyyat sektorunun dinamik inkişafını sürətləndirən və müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində dövlət dəstəyi nəticəsində muxtar respublikanın yol infrastrukturu yenilənmiş, yeni yollar salınmış, körpülər tikilmiş, hava və dəmir yolu nəqliyyatının infrastruktur təminatı yaxşılaşdırılmışdır.
Belə ki, muxtar respublikanın blokada şəraitindən çıxaraq qonşu ölkələrlə xarici ticarət əlaqələrinin genişləndirilməsində, İpək Yolunun bir hissəsi olan beynəlxalq yük və sərnişin daşımalarında mühüm rol oynayan 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək, 32,4 kilometr uzunluğunda Naxçıvan-Culfa magistral avtomobil yolları yenidən qurulmuşdur. Bundan əlavə, ötən dövr ərzində 88,8 kilometr uzunluğunda Naxçıvan­-Şahbuz-Batabat magistral avtomobil yolu da yenidən qurularaq istifadəyə verilmişdir.

Ardını oxu...

“Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən abonentlərə göstərilən xidmət yaxşılaşdırılır, istehlakçılar fasiləsiz, keyfiyyətli və təhlükəsiz təbii qazla təmin olunurlar.
Birliyin mətbuat xidmətindən aldığımız məlumata görə, istehlakçılara verilən təbii qazın dayanıqlı olması üçün sistemin müasirləşdirilməsi işinin davam etdirilməsi məqsədilə istismarda olan təzyiq və qaztənzimləyiciləri, daşıyıcı və paylayıcı qaz ­kəmərləri, nəzarət-ölçü cihazları, digər texnoloji avadanlıqlar yenilənir.
Görülən işlər çərçivəsində “Modul” qazpaylayıcı stansiyasında olan ROC-407 qaz sayğacını əvəz edən Almaniya istehsalı G-650 markalı Elstertipli 2 ədəd qaz sayğacı quraşdırılıb. Onlardan 1 ədədi istismara verilməklə digəri ehtiyatda saxlanılıb. Həmin qaz sayğacları üçün qaz nəqli proseslərinin uzaq məsafədən idarə edilməsi və operativ nəzarət üzrə informasiya – ölçü qeydiyyat sistemi yaradılıb. Naxçıvan şəhəri üzrə dairəvi yeraltı ortatəzyiqli dy-273 millimetr olan paylayıcı qaz kəməri üzərində korroziyaya qarşı mühafizə üçün katod elektrokimyəvi mühafizə qurğusu quraşdırılıb.

Ardını oxu...

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası bu gün özünün dinamik inkişaf dövrünü yaşayır. İqtisadi sahədə ildən-ilə qazanılan uğurlu nəticələr hazırda muxtar respublikanın dünya ­iqtisadiyyatına inteqrasiyasını sürətləndirməklə yanaşı, ümumi daxili məhsul istehsalının həcminin də artmasına müsbət təsirini göstərir. 

Məlumdur ki, ümumi daxili məhsul ölkə daxilində müəyyən zaman intervalında istehsal olunan məhsul və xidmətlərin bazar dəyəridir. Bu interval il və yaxud rüblər əsasında götürülür. Eyni zamanda ümumi daxili məhsulda istehsalın həcmi ölkə­nin sərhədləri daxilində ölçülür. Məsələn, muxtar respublikanın hər hansı bir şirkəti, deyək ki, Türkiyədə fəaliyyət göstərirsə, onun istehsal etdiyi məhsul və ya göstərdiyi xidmət Türkiyənin ümumi daxili məhsulunda əks olunacaq. Ümumilikdə götürsək, ümumi daxili məhsulun həcmi parametrinə görə ölkə iqtisadiyyatının güzgüsü rolunu oynayır.
Aydın məsələdir ki, ölkə iqtisadiyyatı o zaman inkişaf etmiş və yaxud etməkdə sayılır ki, iqtisadiyyat istehsal üzərində qurulsun. İstehsal üçün isə ilk növbədə, maddi mənbələr və insan resursları lazımdır. Digər tərəfdən, bu mənbə və resursların istifadəsi üçün münbit şəraitin olması, eyni zamanda dövlətin istehsalçılar üçün yaratdığı imkanlar zəruri amillərdəndir.

Ardını oxu...

Ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri kiçik və orta sahibkarlığın genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və özünüməşğulluğun təmin olunmasıdır. Xüsusilə ucqar yaşayış məskənlərində daha çox iş imkanlarının yaradılması dövlətimiz tərəfindən həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsi kimi diqqəti cəlb edir.
Son illərdə bu sahədə atılan əhəmiyyətli addımlardan biri də dünya təcrübəsində mühüm məşğulluq modeli kimi özünü təsdiq etmiş ailə təsərrüfatlarının yaradılmasıdır. Muxtar respublikamızda da təbii ehtiyatlardan və əmək potensialından istifadə olunmaqla bu sahənin inkişaf etdirilməsi daha çox diqqəti cəlb edir. Belə ki, ailə təsərrüfatları yaratmaqla özünüməşğulluğun təmin olunması sadə idarəetmə yolu ilə konkret bir məhsul və ya xidmətin istehsalı üzrə bazar tələbatının ödənilməsi və şübhəsiz, bunun vasitəsilə də belə təsərrüfatlarda məşğul olan insanların gəlirlərinin artırılması məqsədi daşıyır.
Ailə təsərrüfatlarının iqtisadi inkişafdakı rolu nəzərə alınaraq muxtar respublikamızda da onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün mühüm addımlar atılır, dövlət tərəfindən təsərrüfatçılara hərtərəfli dəstək verilir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, 2018-ci ilin birinci yarısında muxtar respublikada 12 ailə təsərrüfatına 145 min manat dövlət maliyyə dəstəyi göstərilib.
Bundan əlavə, “İstehsaldan marketə” prinsipinə əsaslanaraq ailə təsərrüfatlarının taralarla təchiz olunması məqsədilə Naxçıvan şəhərində taraların satışı mağazası istifadəyə verilib ki, bu da yerli istehsalçıların öz məhsullarını bazara təqdim etməsində əhəmiyyətli rol oynayır.

Xəbərlər şöbəsi

Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur göstərilən davamlı dövlət qayğısı hesabına müasir Azərbaycan rayonuna çevrilib.
Hər il rayonun bir neçə yaşayış məntəqəsində kompleks quruculuq tədbirləri aparılır. Məktəb, səhiyyə, mədəniyyət, rabitə müəssisələri və digər təşkilatlar üçün yeni binalar tikilərək istifadəyə verilir, yollar müasir standartlara uyğun olaraq yenidən qurulur. Cari ilin ötən dövrü ərzində də rayonda tikinti-quruculuq, abadlıq işləri davam etdirilib. Bu isə hər bir Şərur sakininin qurub-yaratmaq əzminə yeni qüvvə verir.
Bölgənin Kosacan, İbadulla, Kərimbəyli kəndlərində kompleks quruculuq tədbirləri sürətlə davam etdirilir. Kosacan kəndində Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Şərur Rayon İdarəsinin inşaatçıları 234 şagird yerlik 2 mərtəbəli məktəb binasının tikintisi ilə məşğuldurlar. Layihəyə əsasən nəzərdə tutulmuş tikinti tədbirlərinin böyük əksəriyyəti başa çatdırılıb.

Ardını oxu...

Ordubad rabitəçiləri yaradılmış şəraitdən səmərəli istifadə etməyə səy göstərirlər

Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sisteminin istifadəyə verilməsi münasibətilə keçirilən açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Ordubad rayonunda istifadəyə verilən yeni nəsil telefon stansiyaları dünya səviyyəli şirkət olan “Huawei” şirkətinin ən müasir avadanlıqları hesabına qurulmuşdur. Bu da ölkəmizin inkişafının göstəricisidir. Bu inkişafa isə ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi xəttin ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi nəticəsində nail olunmuşdur. Çünki ölkəmizdə iqtisadi inkişaf, sabitlik və dövlətin sosialyönümlü siyasəti olmasaydı, bu işləri həyata keçirmək də mümkün olmazdı”.
Bu inkişafı muxtar respublikamızın bütün bölgələrində və müxtəlif sahələrdə görmək olar. Elə strateji sahə sayılan rabitə sistemini götürək. Qeyd olunmalıdır ki, hazırda muxtar respublikanın əsas və alternativ magistral telekommunikasiya xətlərinin 1600 kilometri fiber-optik xətlərdir. Fiber-optik kabel xətləri üzərində qurulan iritutumlu telekommunikasiya şəbəkələri elektron hökumət, bank, maliyyə, vergi, təhsil, səhiyyə və digər sahələr üzrə elektron xidmətlərin təşkilinə imkan verib. Qlobal internet sisteminə dördtərəfli çıxışın, bütün yaşayış məntəqələrinin genişzolaqlı sabit və 4-cü nəsil mobil internet xidmətləri ilə təmin edilməsi əhaliyə göstərilən rabitə xidmətlərinin səviyyəsini xeyli yüksəldib. Bu istiqamətdə görülən işlər sırasında 2010-cu ildən muxtar respublika ərazisində mövcud telefon sisteminin rekonstruksiyasına başlanılmasını da xüsusi qeyd etmək lazımdır. Bu günə qədər həmin layihənin 4 mərhələsi başa çatdırılıb. Bu sahədə görülən işlərin davamı kimi, Ordubad rayonu ərazisində mövcud avtomat telefon stansiyalarının rekonstruksiyası bölgə sakinləri tərəfindən yüksək dəyərləndirilib. Yeni Rabitə Evi və 11 min 300-dən artıq nömrə tutumu olan 35 yeni nəsil telefon stansiyası qurulub, 10 qovşaq yaradılıb. Həmçinin rayonda 4-cü nəsil “Naxtel” mobil operatorunun bütün yaşayış məntəqələrini əhatə edən 16 baza stansiyası mövcuddur.

Ardını oxu...

Şərur rayonunun təbii iqlim şəraiti tütünçülüyün inkişaf etdirilməsi üçün olduqca əlverişlidir. Dövlət səviyyəsində bu sahəyə göstərilən diqqət və qayğı, tütünçülüyə ayrılan subsidiya, eləcə də güzəştli şərtlərlə lizinq yolu ilə texnikaların verilməsinin nəticəsidir ki, rayonda tütünçülüyə maraq xeyli artıb. Cari ildə rayonda 12 hektara yaxın ərazidə tütün əkilib. Hazırda sahələrdə tütünün üçüncü qırımı həyata keçirilir.
Qeyd edək ki, “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” muxtar respublikada da tütünçülüyün inkişafına stimul olub. Tütünçülük məhsullarının ixracına geniş şərait yaradılıb. Ötən ildən etibarən Türkiyə Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Naxçıvanda istehsal edilən məhsullar Türkiyə ərazisinə rüsumsuz ixrac olunur. Bu da tütünçülüklə məşğul olan naxçıvanlı sahibkarların yaxşı qazanc əldə etməsinə şərait yaradır.

Xəbərlər şöbəsi

Əhalinin etibarlı ərzaq məhsulları ilə təminatında mühüm yer tutan taxılçılıq Naxçıvanda qədim əkinçilik sahələrindəndir. Bu gün “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon bazalarında aqrotexniki xidmət səviyyəsinin yüksəldilməsi, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə kreditlərin və lizinq yolu ilə müasir kənd təsərrüfatı texnikalarının verilməsi, meliorasiya-irriqasiya tədbirlərinin aparılması taxılçılığa marağı daha da yüksəldib.
Hazırda kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə dövlət tərəfindən hər hektar buğda sahəsi üçün 100, arpa əkini sahəsi üçün isə 50 manat ödənilir, mineral gübrələr 70 faiz güzəştlə satılır. Bundan əlavə, 2015-ci ildən başlayaraq alınan kənd təsərrüfatı texnikalarına ümumi dəyərin 40 faizi həcmində güzəşt tətbiq olunub ki, bu da torpaq mülkiyyətçilərinə yaradılmış şəraitdən layiqincə istifadə etməyə imkan verir.
Eyni zamanda bu gün muxtar respublikada taxıl ehtiyatı anbarlarının yaradılması, yeni un dəyirmanlarının istifadəyə verilməsi torpaq mülkiyyətçilərinin taxıl istehsalına marağını daha da artırıb. Belə un dəyirmanlarından biri də Şərur şəhərində yerləşən “Aqrotexservis” Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Dostluq” un ­dəyirmanıdır.

Ardını oxu...

Xarici iqtisadi əlaqələr bütün dövrlərdə ölkələr üçün vacib amil olub. Çünki bir ölkənin və yaxud ayrılıqda bir regionun hərtərəfli sosial-iqtisadi-mədəni inkişafı məhdud çərçivədə mümkün deyil. Tarixə nəzər salsaq, görərik ki, uzaq keçmişlərdən müxtəlif xalqlar özlərinə məxsus iqtisadi, elmi və mədəni nailiyyətləri digər dövlətlərlə bölüşərək qarşılıqlı əlaqələrin yaradılmasında maraqlı olublar. 

Müasir dövrdə isə bu cür əlaqələr daha aktual məna kəsb edir. Ancaq bunu da qeyd etmək lazımdır ki, beynəlxalq iqtisadi əlaqələrin qurulması və inkişaf etdirilməsi sadə məsələ deyil. İlk növbədə, belə əlaqələrin qurulması maraqlı tərəfdən müstəqil siyasətin yürüdülməsini tələb edir. Çünki qloballaşmış dünyada hər bir ölkənin beynəlxalq çərçivədə öz maraqları var. Bu maraqların təmin olunması isə o zaman mümkün olur ki, istənilən dövlət öz xalqının milli mənafeyi üçün qəti və müstəqil qərarlar qəbul etməyi bacarsın. Dolayısı ilə, yalnız müstəqil siyasət yürüdən, beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaşa çevrilə bilən tərəflər bu və ya digər əlaqələrin qurulmasına öz töhfələrini verə bilərlər. Digər tərəfdən, bu gün xarici iqtisadi əlaqələrin səviyyəsi ölkələrin iqtisadi gücünün və beynəlxalq aləmdəki nüfuzunun əsas göstəricilərindən biri hesab olunur. Bu nüfuz beynəlxalq arenada bir çox problemlərin həllində mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş kimi və etibarlı dost kimi təsdiq edə bilmişdir”.

Ardını oxu...

Günü-gündən yeniləşən, gözəlləşən qədim diyarımızda tikinti-quruculuq tədbirlərinin miqyası ilbəil genişlənir. İndi paytaxt Naxçıvan şəhərindən başlayaraq ucqar dağ kəndlərinədək hansı səmtə yolun düşsə, görülən işlərin çalarları gözlərin önündə canlanar. Abad, geniş yollar, milli memarlıq elementlərini özündə əks etdirən müasir inzibati və yaşayış binaları, ən yeni avadanlıqlarla təchiz olunmuş təhsil, səhiyyə və mədəniyyət ocaqları müstəqillik illərində aparılan quruculuq işlərinin  bəhrələridir.

Son illər Naxçıvan şəhərində aparılan tikinti-quruculuq işləri həyatın bütün sahələrini əhatə edir. İdarə, müəssisə və təşkilatlar üçün yeni binaların inşası da mütəmadi olaraq diqqətdə saxlanılır, işçilərin ilin bütün fəsillərində səmərəli fəaliyyəti üçün lazımi şərait yaradılıb.
Cari ildə də bu istiqamətdə bir sıra işlər həyata keçirilib. Tikilən və ya yenidən qurulan bir neçə inzibati binada artıq son tamamlama işləri aparılır. Naxçıvan şəhərinin Xətai məhəlləsindəki “Araz” Elm-İstehsalat Birliyi, Bitkilərin Mühafizəsi və Toxumçuluq İdarəsi üçün inşa olunan binada da artıq işlər yekunlaşmaq üzrədir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Naxçıvan Şəhər İdarəsinin inşaatçıları hazırda binanın həyətində abadlıq işləri aparır, ərazidə müasir işıqlandırma sistemləri quraşdırır, bordürləri səliqə ilə düzürlər. Binanın həyətində yaşıllıqlar, gülkarlıqlar da salınacaq.

Ardını oxu...

“Naxçıvanbank”ASC-nin Şərur rayon filialı 2014-cü ilin aprel ayından fəaliyyət göstərir.
Filial Şərur, Sədərək və Kəngərli rayonlarındakı sahibkarların kiçik maliyyə resurslarına olan tələbatlarının ödənilməsini həyata keçirməklə, hüquqi və fiziki şəxslərə növbəlilik sistemi vasitəsilə müxtəlif bank xidmətləri göstərir. Belə ki, öz fəaliyyət proqramına uyğun olaraq yeni, eyni zamanda sərfəli xidmətlər tətbiq etməklə müştərilərinə biznes, kənd təsərrüfatı və istehlak kreditlərinin, kart kreditlərinin verilməsini həyata keçirir. “Naxçıvanbank” tərəfindən ölkə üzrə ən aşağı faiz dərəcələri ilə təklif edilən əkinçilik, heyvandarlıq, sənaye, ticarət, istehlak və sair kredit məhsullarının daha əlçatan olması çoxçeşidli elektron bank xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə xidmət edir.
Filialın müdiri Fərman Quliyevlə söhbətimiz zamanı bildirdi ki, filial vasitəsilə əhaliyə göstərilən bank xidmətlərinin keyfiyyəti yüksəldilir, nağdsız ödəniş sistemləri inkişaf etdirilir. Müxtəlif ölkələrin ən məşhur və etibarlı pulköçürmə sistemlərinə qoşulan filialda sakinlər çətinlik çəkmədən dünyanın istənilən nöqtəsinə təcili pul köçürməsi həyata keçirə bilirlər.

Ardını oxu...

Şahbuz rayonunda əhalinin əsas məşğulluq sahəsi kənd təsərrüfatıdır. Rayonun torpaq mülkiyyətçilərinin istehsal etdikləri məhsulların təzə saxlanılması, qış aylarında əhalinin faraş tərəvəz məhsulları ilə təmin olunması məqsədilə bir neçə il öncə burada güzəştli kredit hesabına meyvə-tərəvəz anbarı yaradılmışdı. Lakin uzun müddət idi ki, o, təyinatı üzrə istifadə edilmirdi.
Bu yaxınlarda rayondakı meyvə­-tərəvəz saxlanılması üçün nəzərdə tutulan soyuducu anbarın fəaliyyəti bərpa olunaraq “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyətə başlayıb. Cəmiyyət tərəfindən muxtar respublikanın rayonlarından, ümumilikdə, 100 ton kartof tədarük edilərək soyuducu anbara gətirilib. Qeyd edək ki, bu il rayonda, ümumilikdə, 435 hektara yaxın sahədə kartof əkini həyata keçirilib. Hazır­da məhsulun bir hissəsi tədarük olunaraq sahələrdən toplanıb.
Torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulları münasib qiymətə həmin soyuducu anbara təhvil verirlər. Bu da bir zamanlar soyuducu anbarların olma­ması səbəbindən tonlarla məhsulu zay olan zəhmət adamlarına göstərilən diqqət və qayğının nəticəsidir. Torpaq mülkiyyətçiləri bu qayğını yüksək qiymətləndirirlər.

Xəbərlər şöbəsi

Hər bir ölkənin inkişafını şərtləndirən mühüm göstəricilərindən biri də onun müasir yol-nəqliyyat infrastrukturuna malik olmasıdır. Çünki yollar yük və sərnişin daşımalarının rahat, təhlükəsiz və vaxtında həyata keçirilməsini təmin edən əsas vasitədir. Buna görə də ­tikinti-quruculuq tədbirləri sırasında yol-nəqliyyat sektoru strateji əhəmiyyət daşıyır. Bu baxımdan ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri hər zaman öz aktuallığı ilə seçilir. Ulu öndər Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəmizdə yol infrastrukturunu diqqət mərkəzində saxlayıb, nəqliyyat sahəsinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Bu strateji xətt muxtar respublikamızda da uğurla davam etdirilir, yol infrastrukturunun inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilir. 

Ötən dövrdə ölkə başçısı cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla Kəngərli rayonunda uzunluğu 39,2 kilometr olan, 5 kəndi əhatə edən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi, 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi, Culfa rayonunda uzunluğu 57,6 kilometr olan, 20 kəndi əhatə edən Çeşməbasar-Boyəhməd, uzunluğu 25,6 kilometr olan, 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar-Vayxır-Sirab avtomobil yolları, 25,4 kilometr uzunluğa malik, habelə uzunluğu 87 kilometr olan Naxçıvan-Sədərək, 34 kilometrlik Naxçıvan-Culfa və uzunluğu 88,8 kilometr olan Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolları müasir tələblər səviyyəsində yenidən qurularaq istifadəyə verilib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR