23 Dekabr 2024, Bazar ertəsi

  Təbii şərait, xammal zənginliyi ötən əsrin 70-ci illərindən muxtar respublikamızda sənayenin müxtəlif istehsal formalarının inkişaf etdirilməsinə şərait yaradıb. Belə ki, ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra Naxçıvan Muxtar Respublikasının sənayesi Azərbaycan ­iqtisadiyyatında aparıcı yerlərdən birini tutaraq intensiv inkişaf yoluna qədəm qoyub. 

Ulu öndərin muxtar respublikaya göstərdiyi böyük qayğı nəticəsində 1970-1985-ci illərdə iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün Naxçıvan Muxtar Respublikasına 900 milyon manat sərmayə qoyulub, müxtəlif istehsal müəssisələri tikilib istifadəyə verilib. Ötən əsrin sonlarında ­ SSRİ-nin dağılması nəticəsində iqtisadi əlaqələrin pozulması və başqa amillər muxtar respublika iqtisadiyyatına da təsirsiz ötüşməyib, digər sahələr kimi sənaye də ağır vəziyyətə düşüb. Yalnız 1993-cü ildə görkəmli dövlət xadiminin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, muxtar respublikanın sənayesində də əsaslı islahatlar aparılıb və bunun nəticəsində sənaye məhsulu istehsal edən dövlət və qeyri-dövlət bölmələrində yaradılmış müəssisələr hesabına ümumi sənaye məhsulunun həcmində hər il dinamik artım olub.

Ardını oxu...

Müasir iqtisadiyyat üçün xas olan nağdsız hesablaşmalar pul dövriyyəsinin təkmilləşdirilməsi üçün zəruri olan mexanizmlərdən biridir. Pulun elektron dövriyyəsi iqtisadi və sosial həyatda bir sıra problemləri kökündən həll etməyə imkan verdiyi üçün bu sahəyə diqqət də artırılır. Belə ki, nağdsız hesablaşmalar pul dövriyyəsini daha da sürətləndirir, şəffaflığa imkan yaradır. 

Bu baxımdan muxtar respublikamızda müasir elektron bankçılıq sahəsində fəaliyyətin daha da genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a uyğun olaraq cari ildə də nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilməkdədir.

Ardını oxu...

Bu gün muxtar respublikada ­yaradılan əlverişli sahibkarlıq mühiti iqtisadi sahədə nailiyyətlər əldə olunmasına, bu sahənin inkişafına təkan verib. Yeni iş yerləri açılır, əhalinin maddi rifah halı daha da yaxşılaşır.
Babək rayonunda da istehsal etdik­ləri məhsulları ilə alıcı rəğbəti qazanan iş adamlarının hər biri göstərilən dövlət dəstəyindən yararlanaraq, istehlakçı etimadını qazanaraq öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa səy göstərir.
Bu il fevralın 9-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla keçirilən görüşündə yeni istehsal və xidmət sahələrinin yaradılması üçün Babək rayonunun Qahab kəndindən İqbal Qasımova, Nehrəm kəndindən Məhərrəm Niftəliyevə, Tofiq Hüseynova və Aşağı Buzqovlu Məhərrəm Eyvazova da güzəştli kreditlərin çekləri təqdim edilmişdi.
İqbal Qasımov aldığı 10 min manat güzəştli kredit hesabına yeni heyvandarlıq təsərrüfatı qurub. Əvvəlcə Nehrəm kəndində 40 xırdabuynuzlu heyvan alan İqbal bu gün onların sayını 80-ə çatdırıb. Mövsümdə 10 quzu satan sahibkar əldə etdiyi vəsait hesabına 2 iribuynuzlu mal-qara da alıb.
O deyir ki, təsərrüfatımı genişləndirmək çoxdankı arzum idi. Artıq buna nail ola bilmişəm. Kəndimizdən yuxarıda yaxşı örüş sahələri var. Ümumiyyətlə, muxtar respublikada aqrar sahənin dinamik inkişafı üçün münbit baza var və mən də bundan bəhrələnə bildim. İstəyirik ki, dövlətimizin göstərdiyi qayğının müqabilində biz də muxtar respublikamızda heyvandarlıq məhsullarına olan tələbatın ödənilməsinə öz töhfəmizi verək.
Qeyd edək ki, təsərrüfatçı otbiçən və yükdaşıyan maşınları hesabına ailə­sinin illik ruzisini təmin edə bilir. İşgüzar ailə başçısı taxılçılıqla da məşğul olur. Bu il 4 hektara yaxın sahədən 8 ton məhsul tədarük edən fermer ailə təsərrüfatını inkişaf etdirməyi qarşısına məqsəd qoyub.

Muxtar RZAZADƏ

Daxili bazarın çeşidli məhsullarla təminatında istehsal müəssisələri mühüm əhəmiyyət kəsb edir. İqtisadiyyatın bütün sahələrini əlaqələndirmək məqsədilə son illər muxtar respublikamızda dövlət qayğısı nəticəsində onlarla belə müəssisə fəaliyyətə başlayıb. Onlardan biri də “Azelektrod” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Yaradılmasından cəmi bir il ötməsinə baxmayaraq, müəssisə muxtar respublikanın inşaat sektorunda xüsusi çəkisi olan subyektlərdən birinə çevrilib. Burada keyfiyyətli tikinti materialları istehsal olunur ki, bir vaxtlar muxtar respublika sakinlərinin inşaat işləri həmin materialların qıtlığı səbəbindən aylarla gecikir, bəzən isə onlar tələbat duyduqları materialları almaq üçün xarici ölkələrə yollanır, xeyli xərc çəkməli olurdular. İndi isə yerli istehsal hesabına bu problemlər tamamilə aradan qaldırılıb.
“Azelektrod” MMC-nin fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün bu günlərdə həmin ünvanda olduq. Müəssisənin rəhbəri Zamin Abbasov bildirdi ki, muxtar respublikanı tikinti materialları ilə təmin edəcək müəssisələrin yaradılmasına ehtiyac var idi. Mən də sahibkar olaraq həmin sahənin daha vacib və gəlirli olmasını düşünərək işlərimi bu istiqamətdə qurmağa çalışdım. Təbii ki, dövlət dəstəyi olmasaydı, müəssisəni yaratmağa gücüm çatmazdı. Buna görə də müraciət etdim və mənə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 480 min manat vəsait ayrıldı. Göstərilən qayğıdan ruhlanaraq istehsal etdiyimiz məhsulları daxili bazarın tələbatını nəzərə alaraq çeşidlədik. Ən əsası isə keyfiyyət amilini qorumağa çalışdıq. Çünki indiki sərbəst bazardakı rəqabət nəticəsində keyfiyyətli məhsullar üstünlük qazanır.

Ardını oxu...

Muxtar respublikamızın füsunkar gözəllikləri ilə gözoxşayan Ordubad rayonu qədim tarixə malik olan bölgələrimizdən biridir. Buradakı abidələr, qədim insan məskənləri, ayrı-ayrı ərazilərdən əldə olunan maddi-mədəniyyət nümunələri də bunu sübut edir. Son illərdə rayonda həyata keçirilən genişhəcmli tikinti­-quruculuq işləri bölgənin simasına yeni ab-hava gətirməklə tarixiliyin və müasirliyin vəhdətini yaradıb. Bu isə ordubadlıların qurub-yaratmaq əzminə öz müsbət təsirini göstərib, onları doğma yurd yerinə daha sıx tellərlə bağlayıb. Həmçinin buraya turist axınını gücləndirib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müvafiq işçi qrupu cari ilin ötən dövrü ərzində muxtar respublikada fəaliyyət göstərən müəssisələrdə istehsal edilən məhsulların ixrac olunacaq ölkələrə uyğun markalanması, beynəlxalq idarəetmə standartlarının tətbiqi, zərurət olduqda həmin məhsulların partiyalarla sertifikatlaşdırılması, təsərrüfat subyektlərinə məxsus əmtəə nişanlarının məhsul ixrac olunacaq ölkələrdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı vasitəsilə beynəlxalq mühafizəsi üçün tədbirlər icra edib. Bu məqsədlə “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin plastik boru, profil və aksesuarların istehsalı müəssisəsində İSO beynəlxalq standartları əsasında qurulmuş keyfiyyəti, ətraf mühiti və müştəri məmnuniyyətini idarəetmə sistemləri müzakirə olunub, müəssisənin ixrac imkanları barədə araşdırmalar aparılıb.
Keyfiyyət amilinə xidmət edən araşdırmalar digər sahələrdə də davam etdirilib. Belə ki, 2 un dəyirmanında istehsal olunan əla növ un məhsulunun 10 halda laboratoriya analizləri aparılıb və dəmir mineral tozu ilə zənginləşdirildiyi müəyyən edilib.

Ardını oxu...

Ötən həftə Naxçıvan şəhərində keçirilən kənd təsərrüfatı və yerli istehsal məhsullarının növbəti satış yarmarkasında 300-dən çox məhsul istehsalçısı satışa 60 tona yaxın mövsümi kənd təsərrüfatı məhsulu çıxarmışdı. Yarmarkada muxtar respublikanın 19 istehsal müəssisəsi tərəfindən 94 adda, 163 çeşiddə məhsul da təklif edilirdi. Qiymətlər də alıcıların ürəyincə idi.
Satış yarmarkasında Naxçıvan şəhər sakini Sevinc Heydərova ilə həmsöhbət olduq. O dedi ki, məhsul bolluğu qiymətlərin aşağı düşməsi ilə nəticələnib. Müsahibimiz belə yarmarkaların müntəzəm olaraq təşkil edilməsindən razılığını bildirdi.
Fürsətdən istifadə edib məhsul istehsalçıları ilə də həmsöhbət olduq. Yarmarkaya Ordubad rayonundan tərəvəz məhsulları gətirmiş Eldar Əliyev burada torpaq mülkiyyətçiləri üçün əlverişli şəraitin yaradıldığını bildirdi. Dedi ki, meyvə-tərəvəz məhsullarına yarmarkada maraq böyükdür və çəkdiyimiz zəhmət hədər getmir.
Digər müsahibimiz Kəngərli rayonundan yarmarkaya gələn Kənan Süleymanov oldu. Bildirdi ki, bu il təsərrüfatında meyvə daha bol olub. Yarmarkaya gətirdiyi məhsulun çoxunu artıq satıb və yaxşı qazanc əldə edib. O, belə satış yarmarkalarının təşkilini topaq mülkiyyətçilərinə böyük qayğı kimi dəyərləndirdi.
Qeyd edək ki, belə yarmarkaların keçirilməsində məqsəd zəhmət adamlarının yetişdirdikləri məhsulların bazara çıxarılmasına kömək etmək, süni qiymət artımının qarşısını almaqdır. Bundan isə həm satıcı qazanır, həm də alıcı.

 Gülcamal TAHİROVA

Muxtar respublikamızda meyvəçilik ənənəvi, eyni zamanda əsas kənd təsərrüfatı sahələrindən sayılır. Tərkibi xeyli miqdarda mineral maddələr, vitaminlərlə zəngin olan meyvə məhsullarının insan orqanizminə faydalarını və onun ağaclarının ətraf mühitə müsbət ekoloji, estetik təsirini nəzərə alsaq, bu sahənin nə qədər əhəmiyyətli olduğunu görərik. Bu səbəbdən meyvəçilik uzun illərdən bəri bir çox bölgələrimizdə, xüsusilə də Ordubadda insanların əsas məşğuliyyət növü olub və onların güzəranını təmin edib. 

Ötən əsrin sonlarında Azərbaycanda baş verən məlum ictimai-siyasi proseslər ölkəmizin təsərrüfat sisteminə də öz mənfi təsirini göstərdi. Həmin dövrdə bağlar ictimai təsərrüfatların tabeliyində idi. Bu təşkilatların süqut etməsi bütün təsərrüfat sahələrinin dağılmasına səbəb oldu. Ölkəmiz müstəqillik əldə etdikdən sonra muxtar respublikamızın blokada şəraitində olmasına baxmayaraq, bu sahə yenidən bərpa edildi və hazırda sürətlə inkişaf etdirilməkdədir.

Ardını oxu...

Aqrar sahənin elmi əsaslarla inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsullarının bolluğunu yaratmaq, daxili bazarda həmin məhsulların xüsusi çəkisini artırmaq məqsədilə torpaq mülkiyyətçilərinə güzəştli kreditlərin verilməsi, onların yüksək reproduksiyalı toxumlarla təchiz edilmələri həm də mütərəqqi təsərrüfat formalarının yaradılmasına stimul olub.
Bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrində fermer təsərrüfatlarının fəaliyyət göstərməsi məhz sadalanan qayğıların ifadəsidir. Artıq torpaq adamı bir daha dərk edir ki, güc birlikdədir. Əgər dünənə qədər hər bir ailə başçısı ona verilmiş pay torpağında öz ailə üzvləri ilə çalışırdısa, indi bir neçə qonşu yığışaraq fermer təsərrüfatı yaradır, kollektiv əməyindən istifadə etməklə daha çox məhsul istehsalına nail olur. Bu gün Şərur rayonunda da onlarla belə təsərrüfat var. Elə götürək rayonun böyük yaşayış məntəqələrindən biri olan Çərçiboğanı. Tərkibində Babəki kəndi də olan bu inzibati ərazi dairəsində Əfsər Məmmədov, Məhəmmədəli Ramazanov, Şücəddin Seyidov, Ramin Abbasov, Məhəmməd Abbasov, Yasəf Novruzov, Şövqi İsmayılov, Yusif Məmmədov, Vasif Qədimov və başqaları müxtəlif peşə sahibləri olsalar da, hər biri ayrı-ayrı təsərrüfat sahələri üzrə fermer təsərrüfatı yaradıblar. Bəziləri əldə etdikləri qazanc hesabına təsərrüfatda işlətmək üçün özlərinə lazım olan texnikalar da alıblar. Bu texnikalardan həm özləri istifadə edir, həm də qonşu təsərrüfatlara kömək göstərirlər. Soraqlarını eşitdiyimiz təsərrüfatların fəaliyyəti ilə yaxından tanışlıq məqsədilə bu günlərdə Çərçiboğan kəndində olduq. Fermerlərin bəziləri ilə görüşdük, qayğıları ilə maraqlandıq. Hansı ilə həmsöhbət olduqsa, yaradılmış şəraitdən razılığını bildirdi.

Ardını oxu...

Muxtar respublikada 2018-ci ilin yanvar-iyul aylarında 1 milyard 505 milyon 444 min 900 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 3318 manatı ötmüşdür.

*  *  *

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu dövrdə sənaye üzrə 621 milyon 450 min manat dəyərində məhsul istehsal edilmişdir. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.

Ardını oxu...

Muxtar respublikada aqrar sahənin inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə əsas hədəflərdən biri də ailə təsərrüfatlarının inkişaf etdirilməsindən ibarətdir.
Ailə təsərrüfatlarının fəaliyyəti ailə üzvlərinin əməyinə əsaslanmaqla, məxsus olduqları ailələrdəki əməkqabiliyyətli insanların eyni məqsədə yönələn səmərəli məşğulluğunu reallaşdırmış olur. Bu subyektlər, əsasən, istehsalyönümlü iqtisadi fəaliyyət sahələrini əhatə edərək, muxtar respublikada daxili bazarın yerli məhsullarla təmin edilməsi baxımından da xüsusi önəm kəsb edir. Digər tərəfdən, aparılan işlər muxtar respublikada ailə təsərrüfatlarının sayının getdikcə artmasına şərait yaradıb ki, bu da əmək resurslarının səmərəli məşğulluq imkanlarını artırmaqla bərabər, iqtisadiyyatda mühüm faktorlardan olan ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar açır. Bütün bunların nəticəsidir ki, muxtar respublikada çoxsahəli ailə təsərrüfatlarının sayı bu gün yüzlərlədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində həyata keçirilən tədbirlər fərdi təsərrüfatlara sahib olan ailələrin dövlət dəstəyi hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına, muxtar respublikada kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb.

Ardını oxu...

İqtisadiyyatın inkişafının mühüm şərtlərindən biri cəmiyyətin sosial-iqtisadi inkişafının bütün istiqamətləri üzrə nəzarət işinin təşkilidir. Bu baxımdan inzibati, iqtisadi və təsərrüfat nəzarət növləri ilə yanaşı, həyata keçirilən maliyyə nəzarəti çox mühüm idarəetmə mexanizmi kimi müasir dövrdə dünya iqtisadiyyatının inkişafında diqqəti cəlb edir. Ölkənin maliyyə resurslarından düzgün istifadə olunmasına yönəlmiş dövlət maliyyə siyasətinin bir hissəsi olan maliyyə nəzarəti, son nəticədə, uzunmüddətli dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. 

Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyata maliyyə nəzarətinin böyük əhəmiyyəti vardır. Ölkəmizdə də mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilən maliyyə nəzarəti iqtisadi fəaliyyət subyektlərinin, habelə müxtəlif orqanların fəaliyyətlərinin qanunauyğunluğunu təmin etmək, maliyyə resurslarının, xüsusən daha likvid vəsaitlərin qeyri-qanuni yollarla israf olunmasının qarşısını almaq, bu sahədə dövlət maraqlarının təmin olunması funksiyasını həyata keçirir.

Ardını oxu...

Muxtar respublikamızda sahibkarlıq subyektlərinin sayı ildən-ilə artır. Təkcə paytaxt Naxçıvan şəhərində deyil, rayonlarımızda da yeni-yeni istehsal müəssisələri yaradılır. Azərbaycanın incisi sayılan Ordubad rayonunda fəaliyyət göstərən istehsal müəssisələri bu sırada öz yerini qoruyub saxlayır. Qədim tarixi keçmişi və mədəni zənginliyi ilə bərabər, həm də müasir inkişafı ilə seçilən rayonda son illərdə digər sahələrlə yanaşı, sahibkarlığın inkişafına da hərtərəfli qayğı göstərilib, onlarla yeni istehsal müəssisələri qurulub. 

Belə sahibkarlıq subyektlərindən biri də Vənənd kəndində fəaliyyət göstərən “Ordubad Qənnadı Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyətidir. İstehsal müəssisəsinin rəhbəri Emin Məmmədovla söhbətimiz zamanı bildirdi ki, 2013-cü ildə təsis edilən “Ordubad Qənnadı Məmulatları” MMC-nin istehsal sahəsi 97 kvadrat­metrdir. Cəmiyyətdə mürəbbələr, meyvə şirələri, cemlər, meyvə məmulatları, cövhərlər hazırlanır, müalicəvi bitkilərin qurudulması, paketlənməsi həyata keçirilir. Burada 27 nəfər çalışır. Bəzi mövsümlərdə əlavə işçilər qəbul edilir.
Müəssisədə qoz, ərik, gilənar, gilas, heyva, şaftalı, albuxara, armud, tut meyvələrindən və qızılgüldən müxtəlif çeşiddə mürəbbə və kompotlar hazırlanır, boymadərən, batrınc, bizovşa, qırxbuğum, nanə, bənövşə, qızılgül ləçəyi, həmərsin, böyürtkən çiçəyi, cəviz yarpağı, gicitkən, yemişan, kəklikotu, çobanyastığı, qantəpər, solmazçiçək və digər dərman bitkiləri qurudulur, onlardan müalicəvi cövhərlər alınır. Meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi üzrə ixtisaslaşmış müəssisədə, ümumilikdə, 94 çeşiddə məhsul istehsal olunur ki, bunların 4-ü kompot, 29-u müalicəvi ot və bitkilər, ləpəsi və qovurulmuşu ilə bir yerdə 16-sı quru meyvə, 17-si cövhər, 5 çeşidini qızılgül bitkisindən alınan müxtəlif məhsullar və digərləri təşkil edir.

Ardını oxu...

Son illər muxtar respublikada arıçılığın inkişafına göstərilən hərtərəfli dövlət qayğısı sahibkarların bu sahəyə olan marağını daha da artırıb. Şərur rayonunun dağ kəndi Havuşda da arıçılıqla məşğul olanların sayı az deyil. 

Kənddə olarkən öyrəndik ki, burada 300 arı ailəsi vardır. Kənd sakini Əli Əliyev 70, Mehman Həsənov 30, Mərdan Hüseynov 36 arı ailə­sinə qulluq edirlər. Uzun illərdir, arıçılıqla məşğul olan Mehman Həsənov gənc yaşlarından bu işə başlayıb. Təcrübəli arıçı balın faydalarından da danışır: ­“Təsadüfi deyildir ki, dünya şöhrətli təbib İbn Sina vaxtilə deyib ki, əgər sağlam ömür sürmək və cavan qalmaq istəyirsənsə, onda mütləq bal yeməlisən. Əlbəttə, baldan istifadə kortəbii ­olmamalıdır. “Bal min bir dərdin dərmanıdır” deyimi heç də təsadüfi deyil. Güləm, arı südü, bərəmum (vərəmum, dərdəmum), mum, möhür (balın qaymağı), bal arısının ölüsü, arı zəhəri və sair müxtəlif xəstəliklərin təbii dərmanıdır”.
O deyir ki, mumundan, hətta zəhərindən dərman kimi istifadə etdiyimiz, bal hasilə gətirən arılar təbiətin ən zəhmətkeş həşəratlarıdır. Arı körpə uşaq kimidir. Daim qayğı və baxım tələb edir. Məhsuldarlıqda ən mühüm şərtlərdən biri də köçəri arıçılıqdır. Erkən yazda qışlamadan çıxan arı ailələrinin yeri mütəmadi olaraq dəyişdirilməlidir. Arandakı sahibkarlar arılarını muxtar respublikanın, əsasən, ucqar dağ kənd­lərinə köçürürlər. Buna görə də köçürmə üsulu ilə arı saxlamaqla insanlar ta qədimdən məşğul olublar. Aranda ən yaxşı vaxt ağacların çiçəkləmə dövrünə düşür. Arılar həm ağacların çiçəklərini tozlayır, bol məhsul üçün şərait yaradır, həm də kifayət qədər şirə toplayırlar. Onu da deyək ki, arılar vasitəsilə tozlanan ağaclarda məhsuldarlıq 20-40 faiz artır.

Ardını oxu...

Füsunkar təbiəti, əsrarəngiz relyefi, mineral bulaqları, təbiət möcüzələri və tarixi-mədəni zənginliyi Naxçıvanın ekoturizm potensialını formalaşdırmaqla bərabər, ondan səmərəli istifadəni də zəruri edir. Bu zənginliyin qiymətləndirilməsi, ekoturizmin inkişaf etdirilməsi üçün muxtar respublika ərazisində xüsusi mühafizə olunan təbiət əraziləri statusuna daxil olan qoruqlar, milli parklar və yasaqlıqlar yaradılıb. 

Azərbaycanın böyük təbiətşünas alimi, akademik Həsən Əliyev qoruqların əhəmiyyətini yüksək dəyərləndirirdi:“Qoruq sözü varsa, deməli, təbiətimiz qorunur”.
Qoruqların yaradılmasında məqsəd səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətdə qoruyub saxlamaq, təbii proses və hadisələrin gedişini öyrənməkdir. Təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna, xüsusi ekoloji, elmi və mədəni dəyərə malik olan bu obyektlər respublika əhəmiyyətli xüsusi mühafizə edilən təbiət əraziləridir. Həmin ərazilərə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir.

Ardını oxu...

Bu gün özünün inkişaf dövrünü yaşayan muxtar respublikamızda artan əhali tələbatına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir, səmərəli məşğulluq təmin edilir.
İqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərin qeydə alınaraq təhlili və müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun çevik idarəetmənin təmin edilməsi üçün dəqiq və dolğun statistik məlumatlara olan tələbat rəsmi statistikanın təkmilləşdirilməsini də şərtləndirir. Bu istiqamətdə muxtar respublikada rəsmi statistikanın inkişaf etdirilməsi və statistika sahəsində işlərin daha da təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 2 mart tarixli Sərəncamı ilə “2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib.
Dövlət proqramının tədbirlər planı 5 bölmədən ibarətdir. Bölmələrə sosial statistika, iqtisadi statistika, çoxsahəli statistika, rəsmi statistika materiallarının istehsalının hüquqi, inzibati və informasiya təminatı, maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi daxildir. 29 tədbiri özündə birləşdirən tədbirlər planının aidiyyəti strukturlarla əlaqələndirilməsi və icrasının yekunu Dövlət Statistika Komitəsinə tapşırılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında əhalinin etibarlı ərzaq təminatı iqtisadi siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Belə ki, bitkiçilik sahəsinə aid olan taxılçılıq təsərrüfatı bütün kənd təsərrüfatının əsasını təşkil edərək əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlıqda qüvvəli və qaba yem ehtiyatının əldə edilməsində mühüm rol oynayır. Bu baxımdan taxılçılıq təsərrüfatının inkişafına diqqətin artırılması mühüm məsələ kimi qarşıya qoyulmuşdur.

Ardını oxu...

Taxılçılıqda yüksək məhsuldarlıq əldə olunmasında rayonlaşdırılmış perspektivli sortların toxumlarından istifadə edilməsi önəmlidir. Əkiləcək torpaq sahələrinin təsnifatına və eyni zamanda sələfinə görə düzgün seçilməsi də xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə muxtar respublikanın torpaq-iqlim şəraitini və torpaq tiplərini nəzərə alaraq əkin atlasları hazırlanaraq aidiyyəti təşkilatlara təqdim olunub.

Səpin üçün keyfiyyətli toxum materialının ­hazırlanması uzunmüddətli və məsuliyyətli bir işdir. Toxum üçün ayrılmış sahələr yüksək aqrotexniki qaydada becərilməli, sortların bioloji xüsusiyyətləri nəzərə alınmaqla gübrələnməli, səpin optimal müddətdə, düzgün təyin edilmiş normada və qısa vaxt ərzində aparılmalıdır. Səpin normasının adi əkinlərdən 10-15 faiz aşağı olması məsləhətdir.
Toxum sahədən daşındıqdan sonra mexanikləşdirilmiş toxumtəmizləyən aqreqatlardan keçirilməlidir. Təmizlənmə prosesində qarışıqlar, yarpaq və gövdə qalıqları, torpaq hissəcikləri, zədələnmiş və qırılmış toxumlar, alaq otlarının toxumları və sair ayrılmalıdır. Qeyd etmək lazımdır ki, toxumun təmizlənmədən uzun müddət qarışıqlarla bir yerdə saxlanması onun qızışmasına və nəticədə, səpin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Odur ki, toxum xırmana daşındıqdan sonra təcili təmizlənməyə verilməlidir. Bundan sonra toxumlar tələb olunan səviyyəyədək qurudulmalıdır. Çünki toxumun rütubətliliyi çox olduqda onda tənəffüs prosesi güclənir, rütubət, istiliyin miqdarı artır və bunun nəticəsində qızışma baş verir ki, bu da toxumun cücərmə qabiliyyətinə və digər keyfiyyətlərinə mənfi təsir göstərir. Əgər toxum nəmdirsə,onu sahədən daşıyarkən adi qayda­da xırmanda sərib qurutmaq, lazımi rütubətliliyə (14-15 faiz) çatdırdıqdan sonra təmizlənməyə buraxmaq lazımdır. Toxum təmizləndikdən və qurudulduqdan sonra sortlaşdırılır. Burada əsas məqsəd səpin materialını yüngülçəkili toxumlardan təmizləməkdir. Bu tədbir 1000 dənin kütləsinin artmasına, eynicinsli və eyniçəkili toxum fraksiyası əldə etməyə imkan yaradır. Bunun üçün toxumtəmizləyən aqreqatlardan istifadə olunmalıdır.

Ardını oxu...

Muxtar respublikamızda uzaqgörənliklə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində həyatın bütün sahələrində böyük canlanma yaranıb. Sahibkarlığın inkişafına geniş imkanlar açılması yeni-yeni iş yerlərinin yaradılmasına, əhalinin sosial rifahının günü-gündən daha da yüksəlməsinə xidmət edir. Şübhəsiz, bütün bunlar vergiödəyicilərinin sayında və büdcə daxilolmalarında olan sürətli artımda özünü açıq şəkildə göstərir. Bu baxımdan vergiödəyiciləri tərəfindən qanunvericiliklə müəyyən edilən vergilərin dövlət büdcəsinə tam və vaxtında ödənilməsinə nəzarət edilməsi vergi orqanlarının qarşısında böyük məsuliyyət qoyur.

Son illərdə paytaxt Naxçıvan şəhərində vergilər sahəsində irəliləyişlərə nail olmaq üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Ticarət obyektlərində nəzarət-kassa aparatlarının quraşdırılması, POS-terminalların sayının ilbəil artırılması və istifadəsinin təmini, elektron qaimə-fakturaların və asan imzanın tətbiqi vergidənyayınma hallarının qarşısının alınmasına, ödəniş məbləğinin dəqiq aparılmasına, vaxt və maddi itkilərin aradan qaldırılmasına yol açıb. Artıq bütün görülən tədbirlər öz bəhrələrini verməkdədir. Bunu cari ilin 6 ayının nəticələrində də aydın şəkildə görmək mümkündür. Belə ki, bu ilin bəhs olunan dövründə Naxçıvan Şəhər Vergilər İdarəsi tərəfindən dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnoza 108,2 faiz əməl olunub ki, bu da nəzərdə tutulduğundan 547 min 300 manat artıq vəsait deməkdir. Hesabat dövrü ərzində 292 vergi­ödəyicisi qeydiyyata alınıb, onlardan 275-i fiziki, 15-i hüquqi şəxs olub. Vergiödəyicilərinə bankda hesab açmaq üçün 175 şəhadətnamə dublikat verilib.

Ardını oxu...

Müasir dövrdə muxtar respublika iqtisadiyyatında sənayenin, o cümlədən emal sənayesinin inkişafına mühüm diqqət yetirilir. Belə sənaye müəssisələri yüksək texnologiyanın tətbiqinə əsaslanmaqla məşğulluq məsələlərinin həllinə də mühüm töhfə verir. Bu baxımdan 2006-cı ildən fəaliyyət göstərən “Prestij Naxçıvan Pivəsi” Məhdud Məhsuliyyətli Cəmiyyətində 60-a yaxın iş yerinin yaradılması diqqəti cəlb edir. Keyfiyyət prinsiplərini ön planda tutaraq istehlakçı məmnuniyyətinə nail olmağı qarşıya məqsəd qoyan müəssisənin qısa müddətdə uğur qazanmasının səbəblərindən danışan sahibkar Seyfəddin Rəhimov onlara göstərilən dövlət qayğısının bu sahədə böyük rolu olduğunu vurğuladı. Belə ki, indiyə qədər müəssisəyə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun xətti ilə müxtəlif dövrlərdə, ümumilikdə, 1 milyon 835 min manat güzəştli kredit dəstəyi verilib. Göstərilən diqqət və qayğı isə bəhrəsiz qalmayıb. Təkcə ötən il müəssisədə 672 min manatdan artıq məhsul istehsal olunub. Cari ildə də məhsuldar fəaliyyəti davam etdirən müəssisədə ilk altı ayda 189,6 min dekalitrə yaxın həcmdə məhsul istehsalına nail olunub. İstehsal olunan məhsullara tələbat da vardır. Hazırda müəssisədə açıq və tünd olmaqla, 2 növdə və 5 çeşiddə istehsal olunan pivə muxtar respublikamızın bütün ticarət və iaşə məntəqələrinə satışa göndərilir. Xammalı Belçika, Çexiya, Slovakiya və Almaniyadan gətirilən Naxçıvan pivəsi Avropa mənşəli texnologiya vasitəsilə yerli mütəxəssislərin resepti əsasında hazırlanır ki, bu da alıcılar, xüsusən muxtar respublikamıza səyahət edən turistlər tərəfindən həvəslə alınır.

Ardını oxu...

Muxtar respublikanın taxılçıları cari ildə 97 min 689 ton məhsul tədarük ediblər 

Ötən ilin payızından başlayaraq taxıl zəmilərində torpaq mülkiyyətçilərimizin çəkdiyi zəhmət öz bəhrələrini verdi, başa çatan taxıl tədarükünün nəticələri hamımızı, həm istehsalçıları, həm də istehlakçıları sevindirdi.
Məlumat üçün bildirək ki, cari ilin məhsulu üçün muxtar respublikamızda 32 min 483 hektar sahədə taxıl əkilmişdi. Əkin sahələrinin 22 min 632 hektarı buğda, 9 min 851 hektarı arpa olub. Zəmilərdən 97 min 689 ton məhsul tədarük edilib, hektarın orta məhsuldarlığı 30,1 sentnerə çatdırılıb. Təbii ki, bu nəticəyə nail olunmasında bir neçə amil başlıca rol oynayıb. Bu sırada ilk olaraq dövlət qayğısını qeyd etməliyik. Məhz bu qayğının ifadəsidir ki, cari ildə də meliorasiya-irriqasiya tədbirləri davam etdirilib, muxtar respublikaya bu ilin yanvar-iyul aylarında “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 245 ədəd yeni kənd təsərrüfatı texnikası gətirilib. Güzəştli kreditlərin verilməsi diqqət mərkəzində saxlanılıb, 5 toxumçuluq təsərrüfatı və taxılçılar tərəfindən yüksək repro­duksiyalı toxumların əkilməsinə ciddi önəm verilib. 27 min ton taxılı uzun müddətə saxlamağa imkan verən taxıl anbarlarının, un dəyirmanlarının, çörəkbişirmə sexlərinin fəaliyyəti genişləndirilib. Bu tədbirlər Naxçıvan şəhərindən tutmuş muxtar respublikanın ən ucqar bölgələrini də əhatə edib. Taxıl tədarükündə 80-i sahibkarlara, 15-i “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus olmaqla, 95 kombayndan istifadə edilib.

Ardını oxu...

Bu gün mətbəximizdə ən çox istifadə etdiyimiz ərzaq məhsullarından biri kartofdur. Hazırda strateji məhsul sayılan kartof çörəkdən sonra ən çox ehtiyac duyulan qida növüdür. Kartofçuluğun inkişafına muxtar respublikamızın torpaq mülkiyyətçiləri tərəfindən böyük maraq vardır.

Əvvəlcə onu qeyd edək ki, ötən əsrin sonlarında məlum ictimai-­siyasi vəziyyət digər sahələr kimi, muxtar respublikanın kənd təsərrüfatı sahəsinə də böyük təsir göstərmişdi. Mövcud vəziyyət muxtar respublikaya xaricdən bir çox kənd təsərrüfatı məhsullarının idxalını zəruri etmişdi ki, kartof da belə ərzaq məhsulları içərisində öncül yerlərdən birini tuturdu. Ancaq kənd təsərrüfatı sahəsində aparılan köklü islahatlar, ənənəvi yerli məhsulların becərilməsinə dövlətimiz tərəfindən hərtərəfli dəstəyin göstərilməsi qısa müddətdə muxtar respublikada kartofçuluğun da inkişafına mühüm təsir göstərib. Xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə qəbul edilmiş “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı (2005-2010-cu illər)” bu sahədə yeni mərhələnin başlanmasına təkan verib. Ötən dövrdə proqramın uğurlu icrası bir çox torpaq mülkiyyətçilərinin kartofçuluğa olan marağını artırıb. Belə torpaq mülkiyyətçilərindən biri də Ordubad rayonunun Üstüpü kəndində yaşayan 62 yaşlı Tağı Nəcəfovdur. Sovetlər Birliyi dövründə uzun illər aqronom kimi çalışan Tağı Nəcəfov muxtar respublikada aparılan torpaq islahatlarından sonra sahibkarlıq fəaliyyətinə başlayıb.

Ardını oxu...

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi 2018-ci ilin iyul ayında da uğurla davam etdirilib.
Ordubad rayonunda Rabitə Evi və 11 min 300-dən artıq nömrə tutumu olan 35 yeni nəsil telefon stansiyası istifadəyə verilmiş, “Huawei” şirkəti ilə bağlanmış müqaviləyə əsasən 15 yeni nəsil avtomat telefon stansiyası muxtar respublikaya gətirilərək quraşdırılmasına başlanmışdır. Şərur rayonunun Axamməd, Həmzəli, Kürçülü, Yuxarı Yaycı və Diyadin kəndlərində, Şahbuz rayonunun Şada kəndində kareltipli ATS-lər yeni nəsil NGN tipli avtomat telefon stansiyalar ilə əvəz olunmuş, Kəngərli rayonunun Qarabağlar kəndində əhalinin telefon çəkilişinə olan tələbatı nəzərə alınaraq 448 nömrəlik yeni avtomat telefon stansiyası quraşdırılmışdır. Həmçinin hesabat ayında mövcud avtomat telefon stansiyaların nömrə tutumlarının artırılması nəticəsində 188 yeni telefon nömrəsi istismara verilmiş, muxtar respublika ərazisində, ümumilikdə, 9770 metr fiber­-optik kabel xətti çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi tərəfindən genişzolaqlı ADSL texnologiyası vasitəsilə 546 yeni abunəçi internetlə təmin olunmuş, Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında yenilənmə işləri davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Muxtar respublikada hər il olduğu kimi, bu ildə taxıl zəmilərinin biçilməsi diqqətdə saxlanılmış, bol məhsul yığımı təmin edilmişdir. Belə ki, 2018-ci ilin məhsulu üçün 61 min 935 hektar sahədə əkin aparılmış, bunun da 32 min 483 hektarını və ya 52,4 faizini taxıl zəmiləri təşkil etmişdir. Taxıl əkini sahələrinin 22 min 632 hektarında buğda, 9 min 851 hektarında isə arpa əkilmişdir. Əkin sahəsinin 4348 hektarı və yaxud 13,4 faizi Şərur, 10 min 526 hektarı və yaxud 32,4 faizi Babək, 1678 hektarı və yaxud 5,2 faizi ­Ordubad, 6116 hektarı və yaxud 18,8 faizi Culfa, 4706 hektarı və yaxud 14,5 faizi Kəngərli, 1615 hektarı və yaxud 4,9 faizi Şahbuz, 2466 hektarı və yaxud 7,6 faizi Sədərək rayonlarının, 1028 hektarı və yaxud 3,2 faizi isə Naxçıvan şəhərinin payına düşmüşdür.
Cari ilin məhsul yığımı üçün 32 min 483 hektar taxıl sahəsindən 97 min 689 ton məhsul tədarük olunmuşdur ki, bu da 2008-ci ilin göstəricisi ilə müqayisə olunduqda 15 min 125 ton və ya 18,3 faiz çoxdur. Yığılan məhsulun 68 min 714 tonu buğda, 28 min 975 tonu isə arpadır. Məhsuldarlıq orta hesabla hər hektara 30,1 sentner olmuşdur.

Ardını oxu...

Cari ilin iyul ayında mövcud potensialdan səmərəli istifadə edilməklə muxtar respublika iqtisadiyyatının dinamik inkişafına nail olunmuş, 28 istehsal sahəsinin yaradılması başa çatdırılmış, 277 iş yeri açılmışdır.
25 layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 5 milyon 773 min manatdan artıq maliyyə dəstəyi göstərilmişdir. Dахili bаzаrın qоrunmаsı, аntiinflyаsiyа tədbirlərinin gücləndirilməsi məqsədilə istehsal müəssisələri, ticarət və xidmət obyektlərində qiymət və keyfiyyətə nəzarət diqqətdə saxlanılmış, 54 səyyar və 178 halda mal nümunəsi laboratoriya analizindən keçirilmiş, keyfiyyət göstəriciləri təhlil edilmişdir. Həmçinin kənd təsərrüfаtı və yerli istehsal məhsullаrının satışı yarmarkaları təşkil olunmuş, soyuducu anbarlara 3 min tonadək meyvə­-tərəvəz məhsulları, taxıl еmalı müəssisələrinə 4 min tondan artıq taxıl tədarük edilmişdir.

Ardını oxu...

Ordubad rayonunun Sabirkəndində arıçılıq təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib. Tədbiri Ordubad Rayon İcra Hakimiyyəti aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Zamiq Babayev açıb. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev, İqtisadiyyat Nazirliyinin əməkdaşı İsa Novruzov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Hicran Abışov, “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin sədri Vaqif Məmmədov, Dövlət Baytarlıq Xidmətinin aparıcı məsləhətçisi Hüseyn Məmmədov, Naxçıvan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşı Süleyman Rüstəmov, Naxçıvan Dövlət Universitetinin dosenti Mirmahmud Seyidli muxtar respublikada arıçılığın inkişafı ilə bağlı mövzularla çıxış ediblər.
Qeyd olunub ki, muxtar respublikada qədim və çox əhəmiyyətli təsərrüfat sahəsi olan arıçılığa göstərilən dövlət qayğısı öz bəhrəsini verib. Son illər ərzində arıçılıqla məşğul olan 102 sahibkarlıq subyektinə 727 min manat həcmində kredit verilib, balın emalı və qablaşdırılması ilə məşğul olan 5 istehsal müəssisəsi yaradılıb. Naxçıvanda arıçılığın inkişafı sahəsində görülən tədbirlərin nəticəsidir ki, əgər 2000-ci ildə arı ailələrinin sayı 12 min idisə, 2017-ci ildə bu rəqəm 71 min 66 olub.

Ardını oxu...

Yerli istehsalın inkişaf etdirilməsi ölkənin iqtisadi tərəqqisinə müsbət təsir göstərməklə daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amillər nəzərə alınaraq muxtar respublika iqtisadiyyatının bütün sahələrində dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə yeni-yeni istehsal və xidmət sahələri istifadəyə verilir. Bunun nəticəsində də özəl sektorun, xüsusən də kənd təsərrüfatının daha da inkişafına səbəb olacaq layihələr reallaşdırılır. Dövlətin maliyyə dəstəyi ilə yaradılan belə istehsal və xidmət sahələri əhalinin keyfiyyətli yerli məhsullarla təmin edilməsinə şərait yaradır.

Ardını oxu...

2018-ci ilin iyul ayında Daşınmaz Əmlak və Torpaq ­Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə işlər mütəşəkkilliklə davam etdirilmişdir.
“Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli Fərmanı ilə müəyyənləşdirilmiş vəzifələrin icrasının təmin edilməsi məqsədilə iyul ayı ərzində Şərur rayonunun Dəmirçi, Axura və Muğancıq-Müslüm, Babək rayonunun Zeynəddin, Araz və Nehrəm kəndlərində planaalma işləri aparılmış, 1982 daşınmaz əmlak obyekti plana alınmışdır.
Həmçinin Şərur rayonunun Ərəbyengicə, Qışlaqabbas, İbadulla, Vərməziyar və Tumaslı bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanmış və torpaqların növləri üzrə uçotu aparılmış, Sədərək rayonunun Qaraağac bələdiyyəsinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron kadastr xəritəsi hazır­lanmışdır. Ordubad rayonunda torpaqlardan səmərəli istifadə və onların mühafizəsinə dair monitorinqlər aparılmış, Aza və Üstüpü kəndlərində aşkar edilmiş qanun pozuntuları qanunvericiliyin tələblərinə uyğun aradan qaldırılmışdır.

Ardını oxu...

Muxtar respublikada dəmir yolu nəqliyyatından istifadə sahəsində ardıcıl tədbirlər görülür, müasir dəmir yolu infra­strukturu yaradılır. Yaradılan şəraitin nəticəsidir ki, cari ilin iyul ayında ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 7 min 980 ton müxtəlif təyinatlı yük daşınmışdır. Hesabat dövründə Ordubad-Şərur və Şərur-Culfa istiqamətlərində hərəkət edən yük-sərnişin qatarları vasitəsilə 12 min 167 sərnişin daşınmışdır.
Vaqonlarda və lokomotivlərdə cari təmir işləri aparılmış, baş və stansiya yollarına baxış keçirilmişdir. Xidməti ərazidəki bina, tikili və qurğular, eləcə də istismarda olan lokomotiv və sərnişin vaqonları, maşın-mexanizmlər mütəmadi yoxlanılmış, yanğına qarşı texniki müayinə aparılmış, nöqsanlar aradan qaldırılmışdır.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti

Muxtar respublikamızda aparılan qətiyyətli və ardıcıl siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, energetika sahəsində də böyük nailiyyətlər əldə edilib, şəhər və rayonlarda müasir enerji infrastrukturu yaradılıb. Əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təminatı məqsədilə ardıcıl tədbirlər həyata keçirilib. Yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi, köhnəlmiş enerji bloklarının yenidən qurulması və stansiyaların istismar rejimlərinin yaxşılaşdırılması bu istiqamətdə atılan mühüm addımlardır. Sevindirici haldır ki, bu gün muxtar respublikanın mərkəzindən ucqar dağ kəndinədək bütün ərazilərdə sakinlər keyfiyyətli elektrik enerjisi ilə təmin olunublar.
Paytaxt Naxçıvan şəhəri günü-gündən inkişaf edir, qurulan emal və istehsal müəssisələrinin sayı ilbəil daha da artır, məskunlaşma çoxalır. Bütün bunlar, təbii ki, öz növbəsində, elektrik enerjisinə tələbatı da yüksəldir. Təqdirəlayiq haldır ki, aidiyyəti təşkilatların səyi ilə bu sahədə ciddi problemlər yaşanmır, baş verən kiçik nöqsanlar da vaxtında öz həllini tapır. Ötən illərdə olduğu kimi, cari ilin 6 ayında da Naxçıvan Şəhər Elektrik Şəbəkəsi tərəfindən göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsi üçün məqsədyönlü işlər görülüb. Şəbəkədən aldığımız məlumata görə, bəhs olunan dövrdə yarımstansiyalara baxış keçirilib, aşkar olunan nöqsan və qəza halları vaxtında aradan qaldırılıb, əsaslı təmir işləri aparılıb. Elektrik enerjisi itkilərini azaltmaq məqsədilə Naxçıvan Dövlət Universitetinin ərazisində yerləşən 35/0,4 kilovoltluq 400 kilovat gücündə 1, Tumbul kəndində 10/0,4 kilovoltluq 630 kilovat gücündə 1, Qaraxanbəyli kəndi ərazisində 10/0,4 kilovoltluq 160 kilovat gücündə 1, “Cahan İnşaat” MMC-yə məxsus 320 kilovat gücündə 1, “Dizayn” MMC-yə məxsus 630 kilovat gücündə 2, 1000 kilovat gücündə 1 ədəd transformator şəbəkədən açılaraq ehtiyatda saxlanılıb.

Ardını oxu...

50-dən çox ölkə ilə ticarət əlaqələri quran muxtar respublikada
özəl bölmənin çəkisi 89 faiz təşkil edir

Sahibkarlığın inkişafı hər bir ölkə üçün prioritet sahələrdən sayılır. Çünki bazar iqtisadiyyatı şəraitində bu sahəni inkişaf etdirmədən heç bir tərəqqidən, yeniliklərin tətbiqindən, ümumilikdə isə hərtərəfli inkişafdan danışmaq mümkün deyil. Buna görədir ki, ümummilli lider Heydər Əliyev deyirdi: “Sahibkarların səmərəli işləməsi Azərbaycanın iqtisadi inkişafını təmin edən amildir. Ona görə də biz sahibkarlığın inkişafına dövlət siyasətimiz kimi baxırıq. Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq”.
Təbii ki, ulu öndər Heydər Əliyevin sahibkarlığa bu cür yanaşması, ötən dövrdə həyata keçirilən dövlət siyasətinin ana xəttini təşkil etmiş, ölkəmizdə özəl sektorun formalaşmasına böyük təsir göstərmişdir. Naxçıvan Muxtar Respublikasında da bu sahədə görülmüş işlər, xüsusilə dövlət-­sahibkar münasibətlərinin düzgün istiqamətdə qurulması hazırda əldə edilmiş iqtisadi nailiyyətlərin əsasını təşkil edir. 2013-cü ildə Naxçıvan Biznes Mərkəzinin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri sahibkarlığın cəmiyyətdəki rolundan bəhs edərkən demişdir: “Sahibkarlar cə­miyyətin ən təşəbbüskar, elmi-­texniki yenilikləri daha tez mə­nimsəyən və istehsalatda tətbiq edən sosial təbəqəsidir. Cəmiyyətin sosial təbəqəsi kimi onlar yaradılmış şəraitdən, maliyyə imkanlarından, texnikadan, torpaqdan istifadə edirlər. Bu gün dövlət sahibkarlığın inkişafı üçün hər cür dəstəyi göstərir. Bundan sonra da göstərəcəkdir. Sahibkarlar da öz növbəsində dövlətin və cəmiyyətin inkişafı üçün öz dəstəyini göstərməlidirlər. Hər bir sahibkar çalışmalıdır ki, əhali məşğulluğuna, yeni iş yerlərinin açılmasına, keyfiyyətli məhsul istehsalına, daxili bazarın təminatına, muxtar respublikanın ixrac potensialının daha da gücləndirilməsinə öz töhfəsini versin. Qeyd olunan vəzifələrin icrası o halda mümkündür ki, sahibkarlıq fəaliyyətində dövlət-işçi-sahibkar münasibətləri düzgün qurulsun”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin tabe təşkilatları tərəfindən əkin sahələrinin suvarma suyu ilə təmin olunması, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə tikinti, təmir və bərpa işləri iyul ayında da davam etdirilmiş, su bölgüsünə və ondan səmərəli istifadəyə nəzarət artırılmışdır.
Bu dövrdə 10 kilometr beton, torpaq kanal və 24 kilometr ara arxlar lildən təmizlənmiş, 8 kilometr yeni suvarma boru xətti çəkilmiş, 5 kilometr mövcud içməli su xətti təmir-bərpa olunmuşdur. Muxtar respublika üzrə ötən ay su istifadəçilərinə 29 milyon kubmetr su verilmiş, bunun müqabilində 24 min 678 hektar torpaq sahəsi suvarılmışdır.
Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, müxtəlif diametrli borularla 500 metr magistral, 800 metr ana, 6 min metr paylayıcı boru xətti çəkilmişdir.

Ardını oxu...

“Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları da buna öz töhfələrini verir

Şərur rayonundakı “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları haqqında yazı hazırlayarkən qeyri-ixtiyari olaraq neçə illər əvvəl yaşadığımız qaranlıq gecələrimizi xatırladım. Və əslində, o günlər heç unudulası da deyil. Çünki normal həyat tərzinin təmin edilməsində elektrik enerjisinin oynadığı rolu bu gün hər kəs yaxşı bilir. Elə o illərdə yaranmış bir ifadə də yadıma düşür: Allah heç kimi işıqla imtahana çəkməsin.

Bu gün qürur duyuruq ki, o imtahandan çıxa bildik. Yurd yerinin sabahına, onun insanlarının taleyinə cavabdehlik hissi bu problemin həllində başlıca amil oldu. Daha dəqiq desək, nəinki həmin problem aradan qaldırıldı, həmçinin muxtar respublika enerji idxal olunan bir diyardan enerji ixrac edən bir məmləkətə çevrildi. Həyata keçirilən bu layihələr muxtar respublikanın elektrik enerjisi ilə təminatında mühüm rol oynayaraq, ümumilikdə, ölkəmizin enerji təhlükəsizliyinə töhfə verir. Bu stansiyalar qədim diyarımızın iqtisadi inkişafının təmin edilməsində də müstəsna rol oynayır. Sovet hakimiyyəti illərində cəmi 1 su elektrik stansiyası olan muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində onların sayı xeyli artıb. Faktlara nəzər salaq. Əvvəlcədən mövcud olan 22 meqavat gücündə Araz Su Elektrik Stansiyası, 2006-cı ildə Naxçıvanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən və ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyasının işə salınması, turbinlərin qazla işləmə rejiminə keçirilməsi nəticəsində Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının gücünün artırılaraq 60 meqavata çatdırılması, sonradan müxtəlif dövrlərdə bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə elektrik stansiyasının, Ordubadda 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyasının fəaliyyətə başlaması muxtar respublikada enerji təhlükəsizliyini tam təmin edir. Belə tədbirlərin nəticəsidir ki, diyarımız artıq enerji ixrac edir. Bu stansiyalar içərisində “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının da rolu var.

Ardını oxu...

Muxtar respublikamızda iqtisadiyyatın əsasını təşkil edən aqrar sektor bu sahəyə göstərilən ardıcıl dövlət qayğısı sayəsində özünün  yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu isə eyni zamanda daxili bazarda yerli istehsal məhsullarının xüsusi çəkisini xeyli artırmaqla süfrələrimizin zənginliyinin təmin olunması deməkdir. Həmin sahələrdən biri də arıçılıqdır. 

Arıçılıqla məşğul olan sahibkarlara yaradılan şərait, onlara arı almaq üçün verilən kreditlər bu sahənin inkişafına müsbət təsirini göstərib. Faktlara müraciət edək: 2017-ci ildə arıçılıq təsərrüfatlarına 50 min manat kredit verilib ki, bunun da nəticəsində 3 yeni arıçılıq təsərrüfatı, 1 mum vərəqi istehsalı sahəsi yaradılıb. Bu gün Naxçıvan Muxtar Respublikasında 4070 sahibkar arıçılıqla məşğuldur. Bunların 549 nəfəri 20-250 arı ailəsi olan sahibkardır. Aqrar sahədə aparılan islahatlardan əvvəl muxtar respublikamızda cəmi 6045 arı ailəsi var idisə, indi bu rəqəm 71 min 66-ya çatdırılıb. Arı ailəsinin belə artımının nəticəsidir ki, ötən il muxtar respublikamızda 1424 ton bal istehsal olunub.

Ardını oxu...

2003-cü ildə fəaliyyətə başlayan “Müasir Məkan” ət və ət məhsulları istehsalı müəssisəsi ötən dövr ərzində istehsalda bir sıra nailiyyətləri ilə yadda qalıb. İstehsal obyekti Nахçıvаn şəhərinin Babək məhəlləsində yerləşir. Burada istеhsаl sahəsi, хаmmаl və hаzır məhsullаrın sахlаnılmаsı üçün sоyuducu ­аnbаr, lаbоrаtоriyа, inzibаti binа vardır.

Ardını oxu...

  Naxçıvan Muxtar Respublikasında aqrar sahənin uğurlu inkişafı Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məlum olduğu kimi, Azərbaycanın müstəqillik əldə etdiyi ilk dövrlərdə də ölkədə ictimai-siyasi xaosla yanaşı, güclü iqtisadi böhran da hökm sürürdü. Belə gərgin dövrdə ümummilli liderin Naxçıvana qayıdışı blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının təhlükələrdən xilas olmasına, iqtisadiyyatının dirçəldilməsinə, sonrakı hərtərəfli inkişafına güclü təsir göstərdi. 

1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikanın Culfa rayonunda ilk dəfə olaraq ictimai təsərrüfatda islahata başlanıldı və yeni özəl təsərrüfat qurumları yaradıldı. Həmin il aprel ayının 6-da “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozların özəlləşdirilməsi haqqında” Qanun qəbul edildi. Bununla da ölkəmizdə ilk aqrar islahatlar Naxçıvanda həyata keçirildi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 2018-ci ilin 6 ayı ərzində muxtar respublika iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 105 milyon 544 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 2 milyon 601 min manat, uzunmüddətli kredit qoyuluşu isə 102 milyon 943 min manat təşkil edib. Kredit qoyuluşları keçən ilin müvafiq dövrü ilə müqayisədə ­3 milyon 719 min manat artıb.
Qeyd edək ki, kreditləşmədə əsas məqsəd aqrar sektorun, kiçik və orta sahibkarlığın inkişafı, ixraca yardım və daxili bazarın qorunması olub. Eyni zamanda muxtar respublika əhalisinə verilmiş 17 milyon 807 min manat məbləğində şəxsi istehlak kreditləri, daşınmaz əmlak alınması üçün 14 milyon 9 min manat məbləğində verilmiş ipoteka kreditləri vasitəsilə vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması ilə bərabər, real sektor da dəstəklənib.
Bank və kredit təşkilatları tərəfindən 2018-ci ilin ilk 6 ayı ərzində 26 milyon 438 min manat kredit verilib. Bunun da 2 milyon 695 min manatını qısamüddətli, 23 milyon 743 min manatını isə uzunmüddətli kreditlər təşkil edir. Kredit qoyuluşu, əsasən, dövlət proqramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldilib. Bu da kənd təsərrüfatı, yerli sənaye və istehlak malları istehsalının həcminin artması və yeni iş yerlərinin yaranmasında əhəmiyyətli rol oynayıb. Kredit təşkilatları tərəfindən altı ayda 58 nəfər fiziki və hüquqi şəxsə 124 ədəd olmaqla, 1 milyon 628 min 200 manat dəyərində lizinqə verilmiş kənd təsərrüfatı texnikası üzrə lizinq xidməti göstərilib. Hesabat dövründə, ümumilikdə, verilmiş kreditlərin 3 milyon 50 min manatını kənd təsərrüfatı sahəsinə yönəldilmiş kreditlər təşkil edib.

Xəbərlər şöbəsi

Muxtar respublikada sosial-iqtisadi sahədə həyata keçirilmiş məqsədyönlü tədbirlər hərtərəfli inkişafa mühüm təsir göstərmişdir. Belə ki, muxtar respublikanın dinamik inkişafını sürətləndirən və əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayan “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”, Naxçıvan Muxtar Respublikasının 2009-2013 və 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramlarının, həmçinin 2007-2010-cu illərdə məşğulluq strategiyasının həyata keçirilməsi, 2014-2015 və 2016-2020-ci illərdə əhalinin məşğulluğunun artırılması üzrə dövlət proqramlarının icrası nəticəsində ucqar dağ kəndlərindən şəhər və rayon mərkəzlərinə qədər yollar yenidən qurulmuş, infrastruktur yenilənmiş, yeni iş yerləri yaradılmış, kənd mərkəzləri, xidmət mərkəzləri, təhsil, səhiyyə və mədəniyyət obyektləri istifadəyə verilmiş, elektrik xətləri yenilənmiş, rabitə və poçt xidmətləri yaxşılaşdırılaraq əhalinin yaşayışı, sosial xidmətlərlə təminatı və məşğulluğunun artırılması məqsədilə bütün lazımi şərait yaradılmışdır.
Ötən dövrdə muxtar respublikada iqtisadiyyatın bütün sahələrində artım qeydə alınmışdır. Belə ki, inkişafı xarakterizə edən ümumi daxili məhsul istehsalı 2018-ci ilin yanvar-iyun aylarında 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə ­ 4 dəfə artaraq 1 milyard 246 milyon 624 min 700 manata, hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı 3,4 dəfə artaraq 2748,3 manata çatmışdır. Bu dövrdə sənaye məhsulu 6,6, əsas kapitala yönəldilən vəsaitlər 4,8, kənd təsərrüfatı məhsulu 2,8, nəqliyyat sektorunda yük daşınması 1,9, informasiya və rabitə xidmətləri 2,3, ixrac 17,5, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 1,9 dəfə artmışdır.

Ardını oxu...

İstifadə etdiyimiz maddi nemətlər arasında ərzaq və enerji öz əhəmiyyətinə görə həmişə seçilir. Xüsusən isti yay günlərində elektrik enerjisinə olan tələbatın artması ilə onun istehsalı və istifadəsinə olan diqqət də artır.
Elektrik enerjisi günün 24 saatı ərzində ehtiyac duyulan tələbatlardandır. Davamlı və keyfiyyətli elektrik enerjisi təkcə qaranlıqda qalmamaq üçün zəruri deyildir. Elektrik enerjisi kəsilsə, qışda evimiz isti, yayda sərin olmayacaq, yollarda, xüsusən şəhərdaxili yollarda hərəkət dayanacaq, məktəbdə dərslər, xəstəxanalarda müayinə və müalicə yarımçıq qalacaq, əkinlər susuzluqdan yanacaq, evdəki, marketdəki ərzaq xarab olacaq, radio, televiziya yayımları dayanacaq, qəzetlər çap olunmayacaq, internet kəsiləcək. Çörək zavodlarının, iqtisadiyyatımızın əsas gəlir gətirən müəssisələrinin də işinin dayanmasını buraya əlavə etsək, daimi elektrik təminatının həyati əhəmiyyətini bir daha görərik.
Bu baxımdan bol olduqda bəzən laqeyd yanaşdığımız, qıt olduqda isə əsl problemlər yaradan enerji sarıdan təhlükəsizliyə nail olmaq üçün dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı, hər bir vətəndaşın, enerji istehlak edən hər bir şəxsin maariflənməsinə ehtiyac vardır. Xüsusən enerjidən düzgün istifadə, ona qənaət üçün yeni texnologiyalardan yararlanmaq, evdə və işdə onların tətbiqi min bir zəhmətlə başa gələn qiymətli enerji resurslarımızdan səmərəli istifadəyə imkan yaradır. Ona görə də enerji təhlükəsizliyinin təmin olunması baxımından elektrik enerjisinin istehsalı, onun itkisiz nəql olunması, satışının və haqqının toplanması və ona qənaət olunması məsələləri həmişə kompleks şəkildə diqqətdə saxlanılır.

Ardını oxu...

Kəngərli rayonu muxtar respublikamızın gənc bölgəsi olmasına baxmayaraq, sosial-iqtisadi inkişaf tempinə görə digər bölgələrdən geridə qalmır, ildən-ilə genişlənən tikinti-quruculuq tədbirləri nəticəsində müasirləşir, gözəlləşir, inkişafa qovuşur. Bu inkişaf və tərəqqi rayon mərkəzi ilə yanaşı, onun kəndlərini də əhatə edir. Xok da rayonun belə kəndlərindəndir. 

...Yolumuz Kəngərlinin böyük yaşayış məntəqələrindən biri olan Xok kəndinədir. Otlaqlarında qoyun­-quzu mələyən, münbit torpaqlarında, bərəkətli əkin sahələrində min bir nemət bitən bu yurd yeri rayonun Qarabağlar kəndindən sonra ikinci böyük yaşayış məntəqəsidir. Buraya üz tutanları gülərüz, mehriban qarşılayan qonaqpərvər kənd camaatının əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Kəndi gəzərkən bunun bir daha şahidi olduq, kəndətrafı sahələrdə qələbəlik müşahidə etdik. Bir tərəfdə bol-bərəkətli məhsul yığılır, digər tərəfdə əkin sahələri suvarılır. Həqiqətən də, bu yurdun insanları zəhmətkeş, torpağa, əməyə bağlıdırlar. Sahələrdəki bu xoş görüntülər bizi zəhmətkeş insanların yanına çəkib gətirdi, onlarla elə bərəkət ətirli tarlalarda, zəhmətin bəhrəsi duyulan ərazilərdə həmsöhbət ­olduq.
Müsahibimiz Məhəmməd Qəmbərov deyir ki, kənd təsərrüfatı çox sərfəli sahədir. Kimsə bunun əksini düşünürsə, o, zəhməti sevmir. Neçə illərdir ki, təsərrüfatla məşğulam, ailəmizin dolanışığını bu yolla təmin edirəm. Ətimiz də, yağımız da, pendirimiz də öz zəhmətimizin bəhrəsidir. Təsərrüfatla məşğuluq, bu sahə zəhmət tələb edir, amma bərəkətini də səndən əsirgəmir.

Ardını oxu...

Şahbuz şəhərində bir ünvan var. Burada yabanı halda bitən qiymətli dərman bitkilərinin emalı və paketlənməsi ilə məşğul olan “Farma Şah” Məhdud Məsuliyyətli Cəmiyyəti yerləşir. 2009-cu ildə təsis edilən bu müəssisə 2010-cu ildən tam fəaliyyətə başlayıb. Yaradıldığı ilk ildə cəmi 4 adda – çobanyastığı, solmazçiçək, adaçayı, yarpız bitkilərini toplayıb çaylarını hazırlayan müəssisə ildən-ilə fəaliyyətini genişləndirib, 2014-cü ildə 40 çeşiddə, 24 adda istehsal olunan müəssisədə hazırda bu rəqəm 69 çeşidə, 55 ada çatdırılıb. Burada 7 daimi (sifarişlər çox olduqda 2-3 nəfər də müvəqqəti olaraq işə cəlb olunur), 20 mövsümi işçi çalışır.

Müəssisəni əsas xammalla rayon sakinləri təmin edirlər. Onlar oksigenlə zəngin və günəşi bol olan, dəniz səviyyəsindən yüzlərlə metr yüksəklikdə yerləşən dağlardan, çəmənlərdən hər birinin öz dərilmə vaxtı olan – bəzən səhərin sübhündə, axşamın toranında, bəzənsə qarın altından, yağışdan dəhral sonra topladıqları min bir dərdə dərman olan bitkiləri müəssisəyə təhvil verirlər.
Müəssisənin rəhbəri Yasin Babayev söhbətimiz zamanı bildirdi ki, buraya bitkilər, əsasən, Biçənək, Kükü, Keçili, Şahbuzkənd və Badamlı kəndlərinin sakinləri tərəfindən gətirilir. Elə bitkilər var ki, onlar Şahbuz rayonunun ərazisində bitmir və yaxud ehtiyatı az olur. Bu bitkiləri isə muxtar respublikanın digər rayonlarının sakinlərindən qəbul edirik. Bitkilərin hər birinin də öz qəbul qiyməti var ki, o da 2-20 manat arasında dəyişir. Bir vacib məsələni də hər zaman bitki toplayanlara tövsiyə edərək deyirəm ki, xeyli qazanc əldə etdiyiniz bu bitkiləri yığarkən onlara çox həssaslıqla yanaşın, toplanma qaydalarına əməl edin ki, onların kökü birdəfəlik kəsilməsin. Bu yurdun nemətləri dərdlərin dərmanı olmaqla yanaşı, həm də kəndlərimizdə yaşayan əksər insanların qazanc mənbəyidir.

Ardını oxu...

Dəstə Ordubad rayonunun iqtisadiyyatının gücləndirilməsində mühüm rolu olan ən böyük yaşayış məntəqələrindən biridir. Burada kənd təsərrüfatının müxtəlif sahələri inkişaf etdirilir. Kənd sakinlərinə dövlət qayğısının ifadəsi kimi artıq bu yaşayış məntəqəsinə də muxtar respublikada həyata keçirilən quruculuq tədbirlərindən pay düşüb. 

Ardını oxu...

Muxtar respublikada aqrar islahatların həyata keçirilməsi, iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, emal müəssisələri şəbəkəsinin genişlənməsi, aqrar bölmənin sosial və sahə strukturuna ciddi təsir göstərib. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının möhkəmləndirilməsi məqsədilə əkinəyararlı torpaq sahələrinin səmərəli istifadəsinə diqqət artırılıb, torpaq ehtiyatlarının dövlət idarəetməsi mexanizmi mütəmadi olaraq təkmilləşdirilib. Son iki onillikdə muxtar respublikada kənd təsərrüfatının davamlı inkişafına yönəldilmiş kompleks islahatlar həyata keçirilib, aqrar sahənin inkişafına xidmət edən infrastruktur, texnika parkı, səmərəli kredit təminatı, proqram xarakterli idarəetmə formalaşdırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ­sərəncamları ilə təsdiq edilmiş və icrası uğurla başa çatdırılmış “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı (2005-2010-cu illər)”, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”, icrası uğurla davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” aqrar bölmənin inkişafında ciddi dönüş yaradıb, müvafiq sahələr üzrə yüksək inkişaf göstəricilərinə nail olunub. Müasir mərhələdə aqrar bölmənin qarşısında dayanan, emal müəssisələrinin xammala, əhalinin keyfiyyətli ərzaq məhsullarına olan tələbatının tam şəkildə ödənilməsi, habelə ixracat imkanlarının genişləndirilməsi kimi mühüm strateji vəzifələr, kənd təsərrüfatının əsas istehsal vasitəsi olan torpaqlardan düzgün və səmərəli istifadəni günün vacib tələbinə çevirib.

Ardını oxu...

Hünər Qasımov, sözün əsl mənasında, hünərini ortaya qoyub, yaxşı bir ailə təsərrüfatı qurmağa müvəffəq olub. Qahablı fermer şəxsi təsərrüfatında bəslədiyi inəklərdən əldə etdiyi süd hesabına qatıq istehsalı müəssisəsi yaradıb. Bu sahə üzrə yaxşı təcrübə sahibi olan yazımın qəhrəmanı ilə sözləşdiyimiz kimi evində görüşdük. “Yaxın keçmişə nəzər salsaq görərik, Naxçıvanda sahibkarlıqla bağlı bugünkü uğurlarımız heç də asanlıqla əldə olunmayıb. Yaxşı yadımdadır, ötən əsrin sonlarında muxtar respublikada iqtisadiyyatın və istehsal sahələrinin məhvə sürüklənməsi, blokadanın gətirdiyi ağır və məşəqqətli günlər naxçıvanlıları tarixin ən çətin sınaq dövrü ilə üz-üzə qoydu. O illərdə günlərlə çörək növbələrində dayandıq, yarıac, yarıtox rayonun sərhəd kəndlərində düşmənlə mübarizə apardıq. Demək olar ki, elektrik enerjisi və mavi yanacağın olmaması muxtar respublikanı, sözün həqiqi mənasında, zülmət-qaranlığa qərq etmişdi. Sözümün canı odur ki, həmin günlərdə hansısa iqtisadi dirçəlişdən, emal sənayesindən söhbət gedə bilməzdi”, – deyən Hünər müstəqillik illərində Naxçıvanda sahibkar­lar üçün yaradılan hərtərəfli şəraitdən də söz açır.

Ardını oxu...

İyulun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikaya alınıb gətirilmiş yeni texnikalara baxmış, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon bazalarının texnikalarla təminatı, kənd təsərrüfatı texnikalarının satışının davam etdirilməsi, yeni texnikalardan səmərəli istifadə olunması və digər məsələlər barədə tapşırıqlar vermişdir.

Ardını oxu...

Bu sahəyə yönəldilmiş dövlət proqramları Şahbuz rayonunda da uğurla icra olunur

Bu gün muxtar respublikamızın iqtisadiyyatı özünün mühüm inkişaf mərhələsini yaşayır. Həyata keçirilən irimiqyaslı islahatlar, imzalanan fərman və sərəncamlar, qəbul edilən qərarlar, reallaşan dövlət proqramları sayəsində Naxçıvanda iqtisadiyyatın artım göstəriciləri ­ildən-ilə yüksəlir. 

Son illər özəl sektorun inkişafının bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin istehsalçılara texniki xidməti daha da genişləndirmək istiqamətində uğurlu fəaliyyəti, kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə yardımların verilməsi, onların lazımi texnika və gübrələrlə vaxtında, güzəştli şərtlərlə təminatı, genişmiqyaslı kreditləşmənin və satış yarmarkalarının təşkili əhalinin keyfiyyətli yerli ərzaq məhsulları ilə etibarlı təminatına böyük stimul yaradıb.
Aqrar sahənin sürətlə inkişaf edən qollarından biri də taxılçılıqdır. Respublikamızın hər yerində olduğu kimi, muxtar respublikamızda da bu mühüm strateji ərzaq məhsulunun istehsalının artırılması ilə bağlı müəyyən tədbirlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə təminatına dair Dövlət Pro­qramı” aqrar sahənin inkişafı ilə bağlı imzalanmış mühüm dövlət sənədidir. Ərzaq məhsullarına olan tələbatın yerli məhsullar hesabına ödənilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Naxçıvanda ərzaq təhlükəsizliyi məsələləri, demək olar ki, tam şəkildə öz həllini tapmışdır. Bu da böyük nailiyyətdir, böyük uğurdur”.

Ardını oxu...

  Kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlığın inkişafına muxtar respublikada xüsusi diqqət göstərilir. 90-cı illərin əvvəllərində tənəzzül vəziyyətində olan kənd təsərrüfatı ötən dövrdə mühüm inkişaf yolu keçmişdir. Belə ki, ölkəmizdə ilk dəfə olaraq aqrar islahatlara başlayan muxtar respublikada bu sahədə əldə olunan nailiyyətlər göz önündə idi. Məhz bununla bağlı ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının ­   75 illik yubileyi münasibətilə keçirilən tədbirdə demişdir: “İndi deyəndə ki, ət, süd, yağ, pendir artıqlaması ilə istehsal olunur, başına qalıb, satmağa imkan yoxdur, çünki çıxarıb başqa yerdə satmaq mümkün deyildir, mən buna nə qədər sevinirəm. Nə qədər sevinirəm ki, o vaxt biz özəlləşdirməyə Azərbaycanın hər yerindən tez başladıq və Naxçıvan bu işlərə hamıdan qabaq nail oldu. Muxtar respublikanın o qara günləri qurtardı”. Artıq bu gün muxtar respublikada əhalinin tələbatı yerli imkanlar hesabına ödənilməklə bərabər, tələbatdan artıq istehsal edilmiş məhsulların ölkə xaricinə çıxarılması da təmin olunmuşdur.

Əhalinin yerli heyvandarlıq məhsulları ilə təminatında və məhsul ixracında mühüm yer tutan heyvandarlığın inkişafı, dövlət dəstəyi nəticəsində süni mayalanma yolu ilə doğulmuş hər baş buzova görə 100 manat həcmində subsidiyanın müəyyən olunması yüksək məhsuldarlığı olan heyvanların baş sayının və heyvandarlıq məhsulları istehsalının artırılmasına şərait yaradılması ilə yanaşı, kənd təsərrüfatı məhsulları istehsalçılarının marağının bu sahəyə cəlb olunmasına səbəb olmuşdur.

Ardını oxu...

Muxtar respublikamızda təsərrüfatın çox mühüm və gəlirli sahəsi olan arıçılığın inkişafına böyük diqqət göstərilir. Bu sahənin inkişafı ilə əlaqədar dövlət maliyyə dəstəyinin həcmi xeyli artırılıb, balın emalı və qablaşdırılması ilə məşğul olan yeni istehsal sahələri istifadəyə verilib. Bu istiqamətdə həyata keçirilən digər tədbirlər, balın satışı üçün yaradılan şərait keyfiyyətli məhsul istehsalına və arı ailələrinin sayının artmasına səbəb olub. Son illər arıçılar balla yanaşı, qiymətli arıçılıq məhsulları olan vərəmum, çiçək tozcuğu, güləm, arı südü və digər məhsullar da istehsal edirlər. Xüsusi tibbi əhəmiyyətə malik olan belə qiymətli arıçılıq məhsullarına tələbat ilbəil çoxalır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlərin həcmi artmaqdadır. Bu sahə ilə məşğul olan sahibkarlara verilən güzəştli kreditlər də arıçılıq məhsullarının ixracına əlverişli şərait yaradır. Son illər ərzində Sahibkarlığa Kömək Fondu tərəfindən arıçılığın inkişafı məqsədilə 109 layihənin maliyyələşdirilməsinə 804 min 200 manat həcmində kreditlər verilib, balın emalı və qablaşdırılması ilə məşğul olan 5 istehsal müəssisəsi yaradılıb.

Ardını oxu...

Ordubad şəhərində quruculuq işləri sürətlə davam etdirilir. Belə ki, rayon mərkəzində Rabitə Evi üçün nəzərdə tutulmuş binanın inşası artıq tamamlanıb. Rayon İcra Hakimiyyətinin və şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə­liyin, eləcə də 24 mənzilli yaşayış binasının tikintisi Ordubad şəhərinin gözəlliyinə əlavə çalarlar qatacaq.
Rayon mərkəzinin Heydər Əliyev prospektində Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları Rabitə Evinin tikinti işlərini başa çatdırıblar. Binanın ətrafında anbar və xidməti maşınlar üçün dayanacaq inşa olunub, xiyabanlar salınıb, gülkarlıqlar yaradılıb. Zirzəmi ilə birlikdə 4 mərtəbəli olan bu ünvanda nümunəvi rabitə xidməti göstərilməsi üçün hər bir şərait yaradılacaq.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR