23 Dekabr 2024, Bazar ertəsi

Ordubad şəhərində quruculuq işləri sürətlə davam etdirilir. Belə ki, rayon mərkəzində Rabitə Evi üçün nəzərdə tutulmuş binanın inşası artıq tamamlanıb. Rayon İcra Hakimiyyətinin və şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə­liyin, eləcə də 24 mənzilli yaşayış binasının tikintisi Ordubad şəhərinin gözəlliyinə əlavə çalarlar qatacaq.
Rayon mərkəzinin Heydər Əliyev prospektində Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları Rabitə Evinin tikinti işlərini başa çatdırıblar. Binanın ətrafında anbar və xidməti maşınlar üçün dayanacaq inşa olunub, xiyabanlar salınıb, gülkarlıqlar yaradılıb. Zirzəmi ilə birlikdə 4 mərtəbəli olan bu ünvanda nümunəvi rabitə xidməti göstərilməsi üçün hər bir şərait yaradılacaq.

Həmin prospektdəki daha bir ünvanda əsaslı yenidənqurma işləri aparılır. Ordubad Rayon İcra Hakimiyyətinin yerləşəcəyi bu binada qapı və pəncərələrin, çardağın, daxili arakəsmələrin yenilənməsi işləri həyata keçirilir. Binanın fasadının sıradan çıxmış suvaq örtüyü sökülərək yeni suvaq çəkilir.
Səməd Vurğun küçəsindəki Ordubad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binası da əsaslı surətdə yenidən qurulur. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Gəmiqaya Holdinq”in inşaatçılarının çalışdığı bu binada çardaq örtüyü yenilənib, pəncərələr yeniləri ilə əvəzlənib. Binanın ətrafında istinad divarları ucaldılıb, yöndəmsiz tikililər sökülüb. Yaxınlıqdakı məişət xidməti evinin ətrafı da səliqə-sahmana salınıb.
Ordubad şəhərinin “İstanbul” küçəsində “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən 24 mənzilli 5 mərtəbəli yaşayış binasında əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Binanın çardağı, pəncərə və qapıları yenilənib, fasada yeni suvaq üzlük çəkilib. Hazırda binanın ətrafında səliqə-sahman və abadlıq işləri aparılır.

Abbas SEYİD

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR