23 Dekabr 2024, Bazar ertəsi

Culfa rayonunun Göydərə kənd sakini Zülfüqar Səfərovu uzun illərdir, sadə peşə adamı – sürücü kimi tanıyırdım. Sakittəbiətli bu insanın əsl torpaq və zəhmət adamı olduğunu isə təsadüfən öyrəndim. Belə ki, yaşadığı Göydərə kəndindən yazı hazırlamaq üçün həmin yaşayış məntəqəsində olarkən inzibati ərazi dairəsi üzrə nümayəndə İlham Canməmmədovdan ailə təsərrüfatları barədə soruşanda, birinci sürücü Zülfüqarın adını çəkdi.
Onun təsərrüfatı ilə tanış olmaq istədim. Söhbət əsnasında müxtəlif təsərrüfat sahələri ilə məşğul olan Zülfüqar Səfərov dedi:
– Dədə-babadan arıçılığa daha çox maraq göstərmişik. Hələ sovet dönəmindən bu sahə ilə məşğul oluruq. Düzdür, o vaxtlar arı ailələrinin sayını artıra bilmirdik. Ancaq indi dövlətimiz özü buna şərait yaradır ki, arıçılıq inkişaf etdirilsin, bazarlarımızda yerli məhsul bol olsun, belə məhsullar Naxçıvana başqa yerdən gətirilməsin. Onu da deyim ki, naxçıvanlılar həmişə keyfiyyətli məhsula üstünlük veriblər, elə indi də. Muxtar respublikamızın zəngin təbiəti də imkan verir ki, diyarımızda keyfiyyətli məhsullar yetişdirək. Odur ki, mən də, qohum-qonşularım da arıçılığı inkişaf etdiririk.

Ardını oxu...

Bir neçə ildir ki, Naxçıvan şəhərindəki Mərkəzi bazarda təşkil olunan bayram yarmarkası Novruzu layiqincə keçirməyə imkan verir.
Məlumat üçün bildirək ki, şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması məqsədilə martın 14-dən keçirilən bayram yarmarkasına muxtar respublikada fəaliyyət göstərən 29 istehsal müəssisəsi tərəfindən 117 adda 223 çeşiddə məhsul çıxarılıb.
Burada 9 yerli sahibkar tərəfindən idxal kənd təsərrüfatı məhsullarının topdansatışı da təşkil olunub. Bundan əlavə, muxtar respublikanın müxtəlif bölgələrindən yarmarkaya 200-dən çox torpaq mülkiyyətçisi məhsul gətirib.
Yarmarkada gördüklərimiz muxtar respublikamızda olan bolluğu əks etdirmək baxımından insanda xoş təəssüratlar yaradır. Buradakı qələbəlik isə belə deməyə əsas verirdi ki, insanlar bu tədbirdən xeyli razıdırlar.
Qeyd edək ki, yarmarka martın 20-dək davam etdiriləcək.

 Gülcamal TAHİROVA

Tarixən Şərqin mühüm sənətkarlıq və mədəniyyət mərkəzlərindən sayılan Naxçıvan ölkəmizin tarixində, eləcə də müasir inkişafında əhəmiyyətli rol oynayır. Beşminillik şəhər mədəniyyətinə malik Naxçıvan köksündə qədim qala divarları, dini və mədəni abidələri, maraqlı arxeoloji nümunələri ilə seçilir. Azərbaycanın milli dövlətçilik ənənələrinin yaşadıldığı bu qədim şəhər bu gün həm də müasirliyi ilə tanınır. Şəhərin hansı səmtinə üz tutsaq, tarixi tikililərlə bərabər, müasir binaları da görmək mümkündür. Milli memarlıq ənənələrinin müasir mühəndislik nümunələri ilə yaratdığı koloritlik şəhərin ecazkar aurasına məxsusi gözəllik verir. Son illərdə muxtar respublikanın sosial-iqtisadi inkişaf templərinin artan xətt üzrə davam etməsi isə Naxçıvan şəhərinin simasında yeni işgüzar ruhun formalaşmasına yol açıb. Yəni tarixi, mədəniyyəti, incəsənəti ilə seçilən bu qədim şəhər indi həm də regionda çoxsaylı sənaye məhsullarının istehsal olunduğu məkan kimi diqqət çəkir.

Ardını oxu...

Muxtar respublikada əhaliyə göstərilən avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə fevral ayında Naxçıvandan Bakıya 802, Bakıdan Naxçıvana isə 796 sərnişin daşınmışdır.
Naxçıvan Avtobus Parkında sərnişindaşıma ilə məşğul olan sürücülərin və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilmişdir. Şəhərlərarası və rayonlararası marşrut avtobuslarının qrafiki nəzarətdə saxlanılmış, ucqar dağ və sərhəd kənd­lərinə işləyən avtobusların fəaliyyətinə köməkliklər göstərilmişdir. Bu dövrdə muxtar respublikada sərnişinlərə xidmət göstərən 135 xətdə 301 avtobusla rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilmişdir. Naxçıvan şəhərdaxili marşrutunda isə tələbatın çox olduğu saatlarda xətdə olan avtobusların sayı artırılmış, avtobuslararası interval azaldılaraq sərnişinlərin vaxtında mənzil başına çatdırılması təmin edilmişdir. Avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınmasına, marşrut qrafikinə, xətdə olarkən avtobusların sürət həddinə Naxtel-4G GPS monitorinq izləmə sistemi vasitəsilə nəzarət olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi bu ilin fevral ayında da uğurla davam etdirilib. Ötən ay mövcud avtomat telefon stansiyaların nömrə tutumlarının artırılması nəticəsində 192 yeni telefon nömrəsi istismara verilib, 6 min 700 metr fiber-optik kabel xətti çəkilib, 857 yeni abunəçi internetlə təmin olunub.
Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında yenilənmə işləri davam etdirilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması, bu barədə işəgötürənə məlumat verilməsi, əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi və elektron xidmətlərin portala inteqrasiya edilməsi başa çatdırılıb. Dövlət Sosial Müdafiə Fondunun server və şəbəkə avadanlıqları, fondun rayon şöbələrinin kompüterləri yenilənib, mərkəzlə əlaqələri təmin edilib.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikasında yaz suvarma mövsümünə hazırlıqla əlaqədar nəzərdə tutulan tədbirlər fevral ayında da diqqətdə saxlanılıb, sututarlarına suvarma suyunun yığılması, kanal və arxlarda, nasos stansiyalarında, hidrotexniki qurğularda təmir işləri davam etdirilib. Bu dövrdə 47 kilometr kanal, 28 kilometr ara arxı, 3 kilometr kollektor lildən təmizlənib, 3 kilometr yeni suvarma boru xətti çəkilib. Babək, Şərur, Culfa və Sədərək rayonlarında 89 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb. Bundan başqa, Sədərək və Kəngərli rayonlarında 36 hektar torpaq sahəsi hamarlanaraq əkin üçün yararlı hala salınıb.
“Rayon mərkəzləri və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Şəkərabad kəndində müxtəlif diametrli borularla 3 kilometr içməli su və 2 kilometr kanalizasiya xətti çəkilib, 135 evə su, 100 evə isə kanalizasiya xətti birləşdirilib.

Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

İstehsal maddi nemətlər yaratmağa yönəldilmiş fəaliyyət prosesidir. Hələ qədim zamanlardan – mədəniyyətin, incəsənətin formalaşmasından xeyli əvvəl insanlar ilkin istehsal vərdişləri ilə tanış olmuş, maddi nemətlər əldə edərək dolanışıqlarını təmin etməyə çalışmışlar. Zaman keçdikcə istehsal formaları da təkmilləşmiş, təbii və maddi ehtiyatların istehsalı insan­oğlunun zəkası sayəsində primitivlikdən müasir texnoloji vasitələrədək uzun bir yol keçmişdir. Hazırda isə istehsal prosesləri iqtisadiyyatın mühüm spesifikasını təşkil etməklə istehlakçıların çoxsaylı tələbatını təmin etməkdədir.
Müasir dünya təcrübəsi göstərir ki, inkişaf etmiş ölkələrin iqtisadiyyatının əsasını istehsalyönümlü sahələr təşkil edir. Çünki istehsal sahələrini inkişaf etdirmədən, yeni istehsal müəssisələri yaratmadan heç bir ciddi nailiyyətə sahib olmaq mümkün deyil. Nəzərə almaq lazımdır ki, yerli məhsulların istehsalı, ilk növbədə, daxili tələbatı ödəməyə hesablanır. Bu tələbat ödənildikdən sonra isə ixrac üçün yeni məqsədlər ortaya qoyulur. Əksini düşünsək, bir ölkədə yerli istehsal məhsullarının yetərli olmaması idxalı zəruriləşdirir ki, bu da həmin ölkənin iqtisadiyyatını idxaldan asılı vəziyyətə gətirib çıxarır. Doğrudur, bu gün dünyada təbii xammal ehtiyatları bərabər bölgüdə paylanmayıb. Buna görə də ölkələrarası ticarət münasibətlərində ixrac-idxal əməliyyatları təbiidir. Ancaq bu əməliyyatlarda hər bir ölkənin marağı onda cəmlənir ki, ixracın payı daha çox olsun. Yəni mövcud imkanlar daxilində daha çox adda məhsulun istehsalçısına çevrilsin. Məhz bu tendensiya qorunduğu təqdirdə iqtisadi inkişafa nail olmaq mümkündür. Bu baxımdan insan həyatında daha çox ehtiyac duyulan mallara tələbatın ödənilməsi böyük önəm daşıyır. Buna görə də yerli istehsal sahələrinin ildən-ilə genişləndirilməsi ölkəmizdə, eləcə də muxtar respublikamızda həyata keçirilən iqtisadi siyasətin mühüm tərkib hissəsini təşkil edir. Belə iqtisadi siyasətdə əsas rolu isə kiçik və orta sahibkarlıq müəssisələri oynayır.

Ardını oxu...

Muxtar respublikada dəmir yolu nəqliyyatında yük və sərnişindaşıma xidmətlərinin səviyyəsi daha da yüksəldilib.
Ötən ay Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 3 min ton müxtəlif təyinatlı yük daşınıb. Ordubad-Şərur və Şərur-Culfa istiqamətində hərəkət edən yük-sərnişin qatarları vasitəsilə 10 min 583 sərnişin daşınıb, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sərnişin qatarı fəaliyyətini davam etdirib.
Culfa Lokomotiv Deposunda lokomotivlər 3 dəfə texniki baxışdan keçirilib, 2 lokomotivdə isə cari təmir işləri aparılıb. Culfa İstismar Vaqon Deposunda 2 yük və sərnişin vaqonu, o cümlədən 1 sərnişin və 1 platforma vaqonu cari təmir edilib. Eyni zamanda dəmir yolunda istismarda olan maşın-mexanizmlərin saz vəziyyətdə saxlanılması üçün mütəmadi olaraq yoxlamalar aparılıb.

“Naxçıvan Dəmir Yolları” Məhdud
Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti

Elektrik enerjisi cəmiyyətin sosial-iqtisadi inkişafında və tərəqqisində mühüm rol oynayır. Bu istiqamətdə muxtar respublikada müasir elektrik stansiyaları yaradılır, maddi-texniki baza gücləndirilir. Belə ki, 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qazla işləmə rejiminə keçirilmiş, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilmişdir.

Muxtar respublikanın əlverişli iqlim şəraiti və coğrafi mövqeyi ekoloji cəhətdən təmiz, alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açmışdır. Belə ki, 2006-cı ildən başlayaraq ötən dövrdə Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, Ordubad rayonunda Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları, Babək rayonunda 22 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. Əgər əvvəllər muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, hazırda bu müəssisələrin sayı 8-ə, ümumi gücü 239,4 meqavata çatdırılmışdır. Yeni yaradılmış güclər daxili istehlakı tam ödəməklə yanaşı, muxtar respublikanı enerji ixrac edən regiona çevirmişdir.

Ardını oxu...

 Naxçıvan şəhərindəki Mərkəzi bazardan reportaj 

Müstəqillik qazandığımız illərdə muxtar respublikamız ölkəmizin digər zonalarına nümunə olacaq bir inkişaf yolu keçib. Bu inkişafın başlıca səbəblərindən biri sahibkarlıq fəaliyyətinə yaradılan münbit şərait, onlara göstərilən dəstək və qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsidir. Artıq naxçıvanlı sahibkarların öz məhsullarını bir neçə ildir ki, xarici bazarlara çıxarmaları təmin edilir. Qarşılıqlı olaraq xarici ölkələrdən də muxtar respublikaya müxtəlif emal və istehsal məhsullarının gətirilməsi diqqətdə saxlanılır. Naxçıvan şəhərindəki Mərkəzi bazarda İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətində istehsal edilən ərzaq məhsulları və əl işlərinin daha bir sərgi-satışının təşkil edilməsi də bunun ifadəsidir.
Qeyd edək ki, Qərbi Azərbaycan Vilayəti İran İslam Respublikasının inkişaf etmiş böyük bölgələrindəndir. Vilayətin mərkəzi qədim yaşayış məntəqələrindən biri olan Urmiya şəhəridir. Naxçıvan Muxtar Respublikası ilə Qərbi Azərbaycan Vilayəti arasında mövcud olan əlaqələr sırasında ticarət əlaqələri xüsusi yer tutur. 2011-ci ilin payızında Urmiya şəhərində 5 gün müddətində Naxçıvan Muxtar Respublikasının ilk ticarət və sənaye sərgisi təşkil edilib. Qərbi Azərbaycan Vilayətinin isə muxtar respublikada ilk ticarət və sənaye sərgisi 2015-ci ilin 14-17 avqust tarixlərində keçirilib. Naxçıvan Muxtar Respublikası ilə Qərbi Azərbaycan Vilayəti arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan növbəti sərgi-satış naxçıvanlılar tərəfindən maraqla qarşılanıb. Cari ilin 8-11 mart tarixlərində isə daha bir sərgi-satış naxçıvanlılara təqdim olunub. Sərgidə 17 şirkət 37 növdə, 98 çeşiddə ərzaq və qeyri-ərzaq məhsulları ilə iştirak edib.

Ardını oxu...

Son illərdə muxtar respublikada meyvə-tərəvəz istehsalına diqqət artırılıb, əhalini faraş tərəvəz və meyvə məhsulları ilə təmin etmək üçün bir sıra məqsəd­yönlü tədbirlər həyata keçirilib. Sahibkarlara göstərilən dövlət dəstəyi nəticəsində hazırda Naxçıvan şəhəri ərazisində və bölgələrimizdə müasir istixanalar yaradılıb, meyvə bağları salınıb, məhsul bolluğu təmin edilib.
Şərur rayonunun Çəmənli kənd sakini Abdulla Adıgözəlovun Çərçiboğan kəndi ərazisində yaratdığı “Arpa­çay istixanaları” və ətrafında saldığı meyvə bağları da daxili bazara öz töhfələrini verir.
Bir hektar ərazidə yerləşən dörd istixanada pomidor, xiyar, badımcan, bibər yetişdirən torpaq mülkiyyətçisi deyir ki, 2013-cü ilin mart ayında istixana kompleksinin yaradılması üçün biznes-plan hazırlayıb Sahibkarlığa Kömək Fonduna təqdim edib və fonddan bu iş üçün ona 50 min manat güzəştli kredit ayrılıb. Ayrılan vəsait hesabına istixanaların yaradılması üçün lazımi avadanlıqlar Türkiyə Respublikasından və Bakı şəhərindən gətirilib. Qısa müddət ərzində istixanada məhsul yetişdirilməsi üçün lazımi işlər görülüb. Kompleksdə becərmə tədbirlərində üzvi gübrələrdən istifadə edilir. Bu da məhsuldarlığın təbii yolla artırılmasına, ekoloji təmiz məhsul istehsalına imkan verir.

Ardını oxu...

Muxtar respublikamızın ən böyük bölgələrindən biri olan Şərur rayonunda da aqrar sahənin inkişafı üçün hərtərəfli şərait var. Əhalinin 70 faizdən çoxunun kəndlərdə məskunlaşması, torpağın daimi iş yerinə çevrilməsi əkinçilikdə yüksək nəticələr qazanılmasına imkan verib. Torpaq mülkiyyətçilərinə göstərilən qayğının davamlı xarakter alması isə bu sahənin inkişafına marağı artıran başlıca amillərdən biridir. 

Hər il meliorasiya-irriqasiya tədbirləri həyata keçirilir, bu sahə ilə məşğul olanlara güzəştli kreditlər verilir, texnika ilə təchizat diqqət mərkəzində saxlanılır.
Torpaq mülkiyyətçiləri digər təsərrüfat sahələri ilə yanaşı, kartof və soğan məhsullarının əkilib-becərilməsində də zəngin təcrübəyə malikdirlər. Son illər bu gəlirli təsərrüfat sahələrinin inkişafına göstərilən qayğı yüksəkkeyfiyyətli məhsul istehsalına səbəb olub. Bu baxımdan ötən il də istisna deyil. Belə ki, bəhs olunan dövrdə rayonda 1064 hektar sahədə kartof, 140 hektar sahədə soğan əkini aparılıb. 16 min tona yaxın kartof, 2587 ton soğan məhsulu əldə edilib. Rayonda 10-a yaxın soyuducu anbarın olması bu məhsulların uzun müddət saxlanılmasına imkan verir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında infrastrukturun yenilənməsi, müasir müəssisələrin, yeni iş yerlərinin yaradılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələr verib.

Ötən dövrdə sahibkarlığın inkişaf etdirilməsinə göstərilən dövlət qayğısı nəticəsində istehsal müəssisələrinin sayı artıb, yerli məhsulların növ və çeşidinin həcmi yüksələn xətt üzrə inkişaf edib. Ən əsası yerli istehsalın şaxələnməsi xarici ticarət əlaqələrinin genişlənməsinə şərait yaradıb.

Ardını oxu...

Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasını iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab edən dövlətimiz aqrar sahədə istehsal imkanlarının daha da yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirir. Xüsusilə ötən dövrdə bu sahədə qəbul edilmiş dövlət proqramları müasir dövrdə ərzaq təhlükəsizliyinin necə böyük önəmə malik olduğunu göstərir. Bu gün aqrar sahədə mühüm istiqamətlərdən birini də heyvandarlığın inkişafı təşkil edir. 

Ölkəmizdə, eləcə də muxtar respublikamızda heyvandarlığın daha da inkişaf etdirilməsi, bu sahədə damazlıq işinin keyfiyyətinin yüksəldilməsi və mövcud cins tərkibinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyini nəzərdə tutan mühüm tədbirlərin tərkib hissəsi kimi xarici ölkələrdən yüksək məhsuldar cins heyvanların alınıb gətirilməsi özünəməxsus rol oynayır. Gətirilən heyvanların südlük, südlük-ətlik və ətlik istiqamətli cinslərdən olması əhalinin ət və süd məhsullarına olan tələbatının ödənilməsində mühüm amil kimi qiymətləndirilir.

Ardını oxu...

Martın 8-də Naxçıvan şəhərində İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətində istehsal edilən ərzaq məhsulları və əl işlərinin sərgi-satışının açılışı olmuşdur.
Əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlamış, sərginin açılışı münasibətilə onları təbrik edərək demişdir: Hər iki ölkə Prezidentinin siyasi əlaqələrin inkişafına göstərdiyi böyük diqqətin nəticəsidir ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası, eləcə də Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında iqtisadi əlaqələr genişlənmiş, müxtəlif sahələr üzrə ikitərəfli münasibətlər qurulmuş, gediş-gəliş artmış və insanlarımız daha da yaxınlaşmışdır.
Qeyd olunmuşdur ki, son illər Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, birgə görüşlərin, biznes forumların və sərgi-satışların təşkili ənənə halını almışdır. Bir neçə gün bundan əvvəl İranın Qərbi Azərbaycan Vilayətinin Urmiya şəhərində Naxçıvanda istehsal olunan məhsulların, bu gün isə Naxçıvan şəhərində İranda istehsal edilən ərzaq məhsulları və əl işlərinin sərgi-satışının təşkil olunması da ölkələrimiz arasındakı mövcud siyasi-iqtisadi əlaqələrin inkişafının daha bir göstəricisidir.

Ardını oxu...

Son illər muxtar respublikamızda xeyli sayda yaşayış binası inşa edilib ki, bu da sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşmasına, sosial rifah halının yüksəlməsinə imkan verib. Ümumiyyətlə, muxtar respublikada əhalinin mənzil şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər üç mərhələdə aparılır. İlk növbədə, qayğıya ehtiyacı olan vətəndaşlar mənzil və fərdi yaşayış evləri ilə təmin olunurlar. İkinci mərhələdə mövcud yaşayış binaları yenidən qurularaq sakinlərin istifadəsinə verilir. Üçüncü mərhələdə isə qəzalı vəziyyətdə olan yaşayış binaları sökülərək yerində yeni yaşayış binaları tikilir. Həyata keçirilən bu tədbirlər dövlətimizin vətəndaşlara göstərdiyi qayğının parlaq ifadəsidir.

Ardını oxu...

Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların səmərəliliyi əhalinin yaşayış səviyyəsinin yüksəldilməsini təmin etməklə yanaşı, demoqrafik proseslərə də müsbət təsir göstərmişdir.
1 yanvar 2018-ci il tarixə muxtar respublikada əhalinin sayı 2007-ci ilin sonu ilə müqayisədə 60 min 994 nəfər artaraq 452 min 831 nəfər olmuşdur. Əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil etmişdir. Əhalinin 29,5 faizi şəhər, 70,5 faizi isə kənd yerlərində yaşayır. Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 82 nəfər olmuşdur ki, bu da 2007-ci ilin sonu ilə müqayisədə 11 nəfər çoxdur. Əhalinin ən sıx məskunlaşdığı yer Naxçıvan şəhəridir, bir kvadratkilometrə 485 nəfər düşür.

Ardını oxu...

Zövqümüzü öz gözəlliyi ilə oxşayan gülləri sevməyən insana, demək olar ki, çox az hallarda rast gəlinir. Çünki güllər təravəti, zərifliyi və ətri ilə hamını məftun edir, xüsusilə də qadınları. Hər zaman güllər xanımların sevimli hədiyyələri olaraq qalır. Onlar ecazkar görünüşləri, müsbət auraları ilə bizim hisslərimizə təsir edirlər.

Əvvəllər stolun üstündə, sadəcə, yaz-yay fəslində gül-çiçəyə rast gəlmək olardı. Hətta məktəbdə oxuduğumuz zamanlarda, xüsusilə də ibtidai sinifdə, həyətimizdəki güllərin açmasını gözləyər, zamanı gəldiyində isə qoparıb sevinə-sevinə aparardıq sevimli müəllimimizə. İndi isə güllərin zamanı yoxdur. Payız, qış, yaz və yaxud yay aylarında təzə-tər çiçəklər almaq imkanımız var. Çünki indi muxtar respublikamızda gülçülük təsərrüfatları fəaliyyət göstərir, bu işlə məşğul olan insanların sayı getdikcə artır. Babək rayonunun Zeynəddin kəndində də belə təsərrüfatın yaradılmasından xəbərim olsa da, oraya yolum düşməmişdi. Bu günlərdə “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” düşüncəsi ilə yol aldım sözü­gedən ünvana.

Ardını oxu...

Muxtar respublikada iqtisadi potensialın gücləndirilməsi, sosial sahənin inkişafı istiqamətində yeni istehsal və xidmət sahələri yaradılır, səmərəli məşğulluq təmin edilir.

Ardını oxu...

“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının “Cahan Pen” Məhdud Məsuliyyətli Cəmiyyətinin plastik boru, profil və aksesuarlar istehsal edəcək yeni müəssisəsində artıq son tamamlama işləri görülür, avadanlıqlar quraşdırılır.
Müəssisədə istehsal olunacaq məhsulların daxili tələbatı ödəməklə yanaşı, Müstəqil Dövlətlər Birliyi ölkələrinə ixrac olunması da planlaşdırılır.
Qeyd edək ki, istehsal müəssisəsinin inşasına 2017-ci ildə başlanılıb, 2018-ci ilin mart ayının əvvəllərində istifadəyə verilməsi planlaşdırılır. Burada Türkiyə, Çin və Tayvan istehsalı olan tam avtomatlaşdırılmış avadanlıqlar quraşdırılır. Müəssisədə 38 istehsal sahəsi və müasir laboratoriya istifadəyə veriləcək. Laboratoriyada məhsulun keyfiyyəti, zərbəyə davamlılığı və digər parametrlər analiz olunduqdan sonra satışa buraxılacaq. Gücü ayda 1500 ton olacaq müəssisədə qapı-pəncərə profilləri, polipropilen əsaslı kompozit və sadə içməli su, eləcə də polietilen suvarma boruları, lambir, saydinq və aksesuarlar, müxtəlif boru fitinqləri olmaqla, 7 növdə və 160 çeşiddə məhsul istehsal olunacaq. Müəssisə tam fəaliyyətə başlayandan sonra burada 285 yeni iş yeri açılacaq.
İstehsal obyektinin yaradılmasında “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının 7 milyon vəsaiti və Sahibkarlığa Kömək Fondunun 5 milyon manat güzəştli kreditindən istifadə olunub.

Xəbərlər şöbəsi

Muxtar respublikamızda vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə dövlət orqanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanı ilə mərkəzi icra hakimiyyəti orqanlarının qarşısında elektron xidmətlərin təşkili üçün konkret vəzifələr qoyulmuş, Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilmiş müşavirədə aidiyyəti qurumlara müvafiq xidmətlərin səyyar qaydada göstərilməsinin təmin edilməsi tapşırılmışdır.
Naxçıvan Muxtar Respublika­sının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən əhaliyə göstərilən xidmətlərin daha rahat şəkildə əldə edilməsi, vətəndaş məmnuniyyətinin təmin olunması daim diqqət mərkəzində saxlanılır. Son illərdə komitənin fəaliyyət istiqamətləri üzrə xidmətlərin elektronlaşdırılması və səyyar qaydada vətəndaşlara çatdırılması istiqamətində əhəmiyyətli tədbirlər görülmüş, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti və səmərəliliyi artmışdır.
Hazırda komitə fiziki və hüquqi şəxslərə daşınmaz əmlak və torpaqla bağlı 27 növdə elektron, 5 növdə səyyar xidmət göstərir. Elektron xidmətlər Naxçıvan Muxtar Respublikasının Elektron Hökumət Portalı (www.e-hokumet.nmr.az) və komitənin internet saytı (www.emlak.nakhchivan.az) vasitəsilə istifadəçilərə təqdim olunur. Bu isə vətəndaşlara harada olmasından asılı olmayaraq, istənilən vaxt təklif olunan xidmətlərdən istifadə imkanı yaradır. Hüquqi və fiziki şəxslər internetin mövcud olduğu hər yerdən komitənin elektron xidmətlərindən istifadə etməklə rahatlıqla daşınmaz əmlak və torpaqla bağlı xidmətlərdən yararlana bilərlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində keçirilən seminar-­müşavirəni giriş sözü ilə idarənin rəis əvəzi İlkin Məmmədov açıb. Müşavirədə nazirliyin şöbə müdirləri Yasin Əliyevin və Elxan Novruzovun çıxışları dinlənilib.
Çıxışlarda vurğulanıb ki, Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsi öz işini günün tələbləri səviyyəsində qurmağa çalışaraq marşrut xətlərinin təkmilləşdirilməsi, sərnişindaşımaya cəlb edilmiş nəqliyyat vasitələrindən səmərəli istifadə edilməsi, muxtar respublika ərazi və şəhərlərarası marşrut xətti üzrə sərnişinlərə nümunəvi nəqliyyat xidmətinin göstərilməsi və idarənin 2018-ci il və sonrakı illər üzrə fəaliyyətinin davamlı inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün ardıcıl olaraq tədbirlər həyata keçirir. Sürücülər üçün müntəzəm olaraq maarifləndirmə tədbirləri təşkil olunur.
Bildirilib ki, nazirliyin reyd komissiyası tərəfindən yoxlamalar keçirilib, marşrut qrafikinə əməl olunması, intervalın qorunması üçün sürücülər təlimatlandırılıblar.

 Nail ƏSGƏROV

Ümummilli liderimiz Heydər Əliyevin 1992-ci il 24 fevral tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi yaradılmışdır. O dövrdə Ali Məclisin Sədri işləyən ulu öndərimiz muxtar respublikamızın iqtisadi maraqlarının və mənafelərinin qorunması, ­səmərəli xarici iqtisadi fəaliyyətin təşkili, idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin yaradılması, sərhədlərimizin iqtisadi təhlükəsizliyinin təmin edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirmişdir. İran ərazisindən keçməklə Azərbaycanın digər bölgələri ilə nəqliyyat əlaqəsinin qurulması, Sədərək-Dilucu və Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqələrinin yaradılması blokadada olan Naxçıvanın böhranlı vəziyyətdən çıxarılmasında, gömrük və ticarət əlaqələrinin inkişafında mühüm rol oynamışdır. 

Ötən dövrdə muxtar respublika gömrük sistemi böyük inkişaf yolu keçmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun gömrük xidmətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər öz bəhrəsini vermiş, qonşu Türkiyə Respublikası və İran İslam Respublikası ilə imzalanmış sazişlər, həyata keçirilən rəsmi səfərlər sayəsində xarici əlaqələrin əhatə dairəsi xeyli genişlənmişdir. Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinə beynəlxalq status verilmiş, Sədərək və Culfa gömrük sərhəd-buraxılış məntəqələrinin iş rejimi 24 saata, Şahtaxtı gömrük sərhəd-buraxılış məntəqəsinin iş rejimi isə 12 saata çatdırılmışdır. Ötən ilin dekabr ayında Ali Məclis Sədrinin İran İslam Respublikasına rəsmi səfəri zamanı iqtisadi münasibətlərin və ticarət əlaqələrinin genişləndirilməsi məsələləri də geniş müzakirə olunmuş, Şahtaxtı-Poldəşt gömrük sərhəd-buraxılış məntəqəsinin iş rejiminin əlavə 4 saat artırılaraq 16 saata çatdırılması qərara alınmışdır.

Ardını oxu...

Muxtar respublikamızda yol-nəqliyyat infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasında ölkə başçısı cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar mühüm rol oynayıb.
Belə ki, dövlət başçısının “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-­iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 2 sentyabr tarixli Sərəncamına əsasən Culfa rayonunda uzunluğu 57,6 kilometr olan, 20 kəndi əhatə edən Çeşməbasar-Boyəhməd avtomobil yolu, Kəngərli rayonunda uzunluğu 39,2 kilometr olan, 5 kəndi əhatə edən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu, “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 5 mart tarixli Sərəncamına əsasən uzunluğu 25,6 kilometr olan, 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar-Vayxır-Sirab avtomobil yolu, “Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 2014-cü il 27 avqust tarixli Sərəncamına əsasən uzunluğu 25,4 kilometr olan, 7 yaşayış məntəqəsini birləşdirən müvafiq yol yenidən qurulub.

Ardını oxu...

Qış aylarında muxtar respublikamızda daxili bazarın yerli tərəvəz məhsulları ilə təmin olunmasında yaradılmış istixanaların mühüm rolu vardır. Əhalinin gündəlik istehlak tələbatında geniş paya sahib olan təzə tərəvəz məhsullarının yetişdirilməsi və alıcılar üçün münasib qiymətlərə satışını təşkil edə bilmək mövsümün bu aylarında istixanalar qarşısında duran əsas vəzifələrdəndir.
Son illərdə istixanaların yaradılması muxtar respublikada tərəvəz məhsulları sarıdan idxaldan asılılığın aradan qaldırılması istiqamətində həyata keçirilmiş mühüm layihələrdəndir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata əsasən hazırda regionun müxtəlif yerlərində tərəvəz istehsalı üzrə 21 istixana təsərrüfatı fəaliyyət göstərir. Bu müəssisələrin yaradılması davamlı dövlət dəstəyi sayəsində mümkün olub.

Ardını oxu...

Muxtar respublikada 2018-ci ilin yanvar ayında 163 milyon 397 min 300 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artaraq 360,7 manata çatmışdır.

* * *

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 89 milyon 940 min manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricini üstələmişdir.

Ardını oxu...

Müasir dövrdə enerji təhlükəsizliyinin təmin olunması dünya ölkələrinin əsas prioritetlərindəndir. Çünki bu təminat əldə olunmadan heç bir iqtisadi tərəqqidən, eləcə də digər sahələrin inkişafından danışmaq mümkün deyil. Bu sadə həqiqəti anlamaq gərəkdir ki, XXI əsrdə enerjinin yoxluğu, elə həyatın yoxluğu deməkdir. Digər ­tərəfdən cəmiyyət inkişaf etdikcə, insanların tələbatı artdıqca enerji və resurs tələbləri də artır. Nobel mükafatçısı, akademik Jores Alferov haqlı olaraq qeyd edir ki, bu gün bəşəriyyətin qarşısında energetikadan daha əhəmiyyətli bir problem dayanmır. Sivilizasiyanın mövcudluğu onun həllindən asılıdır. 

Sevindirici haldır ki, bu gün muxtar respublikamızın enerji təhlükəsizliyinin təmin olunması sahəsində əldə edilmiş müsbət nəticələr, ötən dövrdə bu sahədə həyata keçirilmiş mühüm tədbirlərin sayəsində mümkün olub. Ötən illərə qısa nəzər salsaq, görərik ki, 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qazla işləmə rejiminə keçirilmiş, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilmişdir. Eyni zamanda həmin ildə Şahbuz rayonunda Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası istifadəyə verilmişdir. 2010-cu ildə Ordubad rayonunda Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, 2014-cü ildə Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları, 2015-ci ildə Babək rayonunda 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi bu sahədə mühüm nəticələrin əldə olunmasına imkan vermişdir. Hazırda da yeni elektrik stansiyalarının yaradılması istiqamətində işlər davam etdirilir. Müqayisəli olaraq onu qeyd edək ki, əgər 1995-ci ildə muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, hazırda bu müəssisələrin sayı 8-ə çatdırılmışdır. Yeni yaradılmış güclər daxili istehlakı tam ödəməklə yanaşı, muxtar respublikanı enerji ixrac edən regiona çevirmişdir.

Ardını oxu...

Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonu 2017-ci ili bütün sahələrdə böyük uğurlarla başa vurub. Bu baxımdan aqrar sahədə qazanılan nəticələr də ürəkaçandır. Daxili bazarda bolluq yaradılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli imkanlar hesabına ödənilməsi istiqamətində həyata keçirilən tədbirlər, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün yaradılan şərait şərurlu torpaq mülkiyyətçilərinin daxili bazara verdiyi töhfələrdə başlıca amillər kimi diqqəti çəkir.

Rayonun iqtisadiyyatında taxılçılıq mühüm yer tutur. Bölgənin məhsuldar torpaq sahələri, uzun illərin təcrübəsi və yaradılan şərait bu sahənin inkişafına marağı getdikcə artırır. Bu səbəbdəndir ki, ötən il də taxılçılıqda yüksək göstəricilərə nail olunub. Belə ki, 3598 hektar sahədən 11 min 467 ton buğda, 546 hektar sahədən 1704 ton arpa tədarük edilib. Cari ilin məhsulu üçün ötən ilin sonlarında 5250 hektar sahədə şum qaldırılıb, 4008 hektar sahədə dən üçün payızlıq səpin aparılıb. Bunun 3602 hektarı buğda, 406 hektarı isə arpadır.
Şərurun torpaq mülkiyyətçiləri 2017-ci ildə 4636 hektar sahədə dənli və dənli-paxlalı bitkilər əkiblər. Əkinlərə vaxtlı-vaxtında aqro­texniki qulluq göstərilib, bol məhsul istehsalına nail olunub. Belə ki, məhsuldarlıq orta hesabla 31,8 sentner olmaqla, əkin sahələrindən 14 min 736 ton məhsul toplanılıb. Dənli-paxlalılar əkilmiş 492 hektar sahədən 1565 ton məhsul tədarük edilib. 1237 hektar dən üçün qarğıdalı əkini sahəsindən 10 min 20 ton məhsul yığılıb. Dən üçün günəbaxan əkini sahəsində də yüksək artım müşahidə edilib. Belə ki, torpaq mülkiyyətçiləri 32 hektar sahədən 86 ton məhsula sahib olublar.

Ardını oxu...

Muxtar respublikamızın davamlı inkişafı paytaxt Naxçıvan şəhəri də daxil olmaqla, bütün bölgələrin ­simasını dəyişmiş, insanların rahat yaşayış şəraitini təmin etmişdir. Regionun quruculuq salnaməsinin səhifələrində diyarın ən gənc bölgəsi olan Kəngərli rayonunun da öz yeri var. Yaradılmasına 14 il bundan əvvəl qərar verilmiş bu qədim rayon Naxçıvanın tarixində mühüm izi olan kəngərlilərin adını yaşatmaqla bərabər, həm də müstəqillik dövründə Azərbaycanda həyata vəsiqə almış ərazi vahidi kimi tarixin yaddaşına keçib. Bir zamanlar heç bir infrastrukturu olmayan, çöllük ərazilərdən ibarət indiki rayon mərkəzi ötən dövrdə görülmüş böyük işlərin nəticəsində müasir yaşayış məntəqəsinə çevrilib. Naxçıvan-Sədərək magistral yolunun üzərində yerləşən rayon mərkəzindəki  ümummilli liderin abidəsi bir-birindən gözəl inzibati binalar, rahat yollar, mədəniyyət və istirahət parkı, mədəniyyət evi və digər ünvanlar indi bu əraziyə möhtəşəm bir gözəllik bəxş edir.

Ardını oxu...

İnformasiya-kommunikasiya texnologiyaları (İKT) inkişaf etdikcə insanların ondan istifadə etməsi üçün yeni imkanlar yaranır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda muxtar respublikamızda İKT-nin inkişafı xəttinin də müəyyənləşdirilməsi bu sahədə nailiyyətlərin əldə olunması üçün stimul yaradıb.
Ötən il Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin birgə müəssisəsi olan “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyətə başlaması muxtar respublikamızda yeni texnologiyaların tətbiqi və əhaliyə ­keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi baxımından İKT-nin uğuru hesab oluna bilər.

Ardını oxu...

Vətəni Mərkəzi və Cənubi Amerika olan qarğıdalı taxıllar fəsiləsinə aid olan birillik dənli bitkidir. Meksika, Braziliya, Qvatemala, Salvador kimi ölkələrdə qədim zamanlardan becərilən bu bitki indi də kütləvi ərzaq rolunu oynayır. İspanların və portuqaliyalıların səyləri nəticəsində XV əsrdə Avropaya yayılan qarğıdalı daha sonra Çin, Şimali Afrika və Hindistana qədər gedib çıxmışdır. Rusiyaya XVII əsrdə gətirilmiş bu bitki oradan da Azərbaycana yayılmışdır. 

Qarğıdalının sürətlə yayılması onun hərtərəfli təsərrüfat əhəmiyyətli olması ilə bağlıdır. Onun dənələrindən şirə çəkir, şəkər, yağ, spirt və sair istehsal edirlər. Qarğıdalı həm də yeyinti sənayesində geniş tətbiq olunur: ondan un, yarma və nişasta hazırlayır, nişastadan qənnadı sənayesi üçün qlükoza, şəkər istehsal edilir. Bu qiymətli bitkinin tibbi əhəmiyyəti də çoxdur. XIX əsrin ikinci yarısında qarğıdalı saçaqlarının ödqovucu xüsusiyyətə malik olduğu qeydə alınıb. Hazırda isə ondan qaraciyər və öd kisəsinin iltihabında, habelə böyrəkdə daş olan hallarda istifadə edirlər. Xalq arasında qarğıdalını qovurub partladılmış şəklə salmaq qədimdən məlumdur.
Qeyd edək ki, qarğıdalı dünyada əkilən dənli bitkilər sırasında buğdadan sonra ikinci yeri tutur və dən üçün əkilən bu bitkinin ümumi becərildiyi ərazi 129 milyon hektardan çoxdur. Bu əkin sahələrinin 23 faizi Amerika Birləşmiş Ştatlarının payına düşür və ölkədə ümumi dən istehsalının 60 faizini təşkil edir. Bundan əlavə, Braziliyada 12,4 milyon, Hindistanda 6 milyona yaxın, Argentinada isə 3,2 milyon hektar sahədə qarğıdalı əkilir. Qarğıdalı əkininə dünyada bu qədər böyük yer verilməsinin səbəbi odur ki, bu bitki həm ərzaq məhsulu kimi, həm sənaye əhəmiyyətinə görə, həm də heyvandarlıqda faydalı yem istehsalı üçün böyük önəm daşıyır. Eyni zamanda qarğıdalının tropik iqlimə malik ölkələrdən tutmuş yağıntının miqdarı çox olan Şimal ölkələrinədək əkilə bilməsi bu qiymətli bitkinin daha geniş ərazilərdə yayılmasına imkan verir.

Ardını oxu...

Muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Ona görə də sahibkarlığın inkişafına geniş meydan verilməsi və bu sahəyə dövlət yardımının ilbəil artırılması böyük ­əhəmiyyətə malikdir. 

Son illərdə regionda aparılan meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi, taxıl və soyuducu anbarların tutumlarının artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin fəaliyyətə başlaması sahibkarlığın da sürətli inkişafına əlverişli şərait yaradıb. Görülən işlər isə ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Qeyd edək ki, bu gün muxtar respublikamızda onlarla sahibkarlıq obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən biri də Babək rayonundakı quşçuluq fabrikidir. Sahibkar Səyyad İmanquliyev deyir ki, bu təsərrüfatı 2009-cu ildə yaradıb. Sahibkarlığa Kömək Fondundan ilk olaraq 10 min manat vəsait alıb, kiçik bir sexlə bu işə başlayıb.
2012-ci ildə ailə təsərrüfatını genişləndirmək məqsədilə Sahibkarlığa Kömək Fonduna yenidən müraciət olunub. 120 min manat həcmində kredit hesabına 1 hektar ərazini 15 il müddətinə icarəyə götürüb. Orada quşçuluq fabriki üçün yeni bina inşa etdirib. Quşçuluq təsərrüfatında 4 sex qurulub. Fabrikə avadanlıqlar Almaniyadan gətirilib. İstehsal müəssisəsinin birgünlük cücəçıxarma gücü 10-15 min arasında dəyişir. Onu da qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən quşçu­luq təsərrüfatlarından fərqli olaraq burada bildirçin də bəslənilir. Quşlar müəyyən olunmuş temperaturda qapalı şəraitdə bəslənilir, onlara baytar həkim tərəfindən nəzarət olunur.

Ardını oxu...

Hər il quruculuq xəritəsi müxtəlif istiqamətlər üzrə genişləndirilən Ordubad rayonunda 2017-ci ildə də xeyli inşaat işi həyata keçirilib. Məlumat üçün bildirək ki, bəhs olunan dövrdə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 57616,3 min manat və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çox vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə qoyulan investisiyanın dəyəri 54661,4 min manat olub.

Həyata keçirilən quruculuq tədbirləri müxtəlif sahələri əhatə edib. Onlardan biri müasir tələblər səviyyəsində inşa edilmiş 340 şagird yerlik Üstüpü kənd tam orta məktəbinin binasıdır. Bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir.
Üstüpüdə kompleks quruculuq tədbirləri çərçivəsində inşa olunmuş kənd və xidmət mərkəzləri sakinlərə daha bir dövlət qayğısının ifadəsidir. Kənd mərkəzi üçmərtəbəlidir. Yaşayış məntəqəsində fəaliyyət göstərən dövlət qurumları üçün burada müasir iş şəraiti ­yaradılıb.

Ardını oxu...

Qış fəslində belə, bazar-dükanlarda yer alan göyərti məhsullarına tələbat çox olur. Sahibkarlar istixanalarda ərsəyə gətirdikləri məhsulları şəhər və rayon bazarlarına çıxarıb yaxşı qazanc əldə etməklə bərabər, əhalini istixana təsərrüfatında becərdikləri göyərti ilə bütün payız, qış mövsümü ərzində təmin edirlər. İstixanalarda müasir kənd təsərrüfatı texnikalarından istifadə, yeni texnologiyaların tətbiqi yüksək məhsuldarlığa nail olunmasında və əhalinin keyfiyyətli məhsullarla təminatında əhəmiyyətli rol oynayır.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində davamlı tədbirlər həyata keçirilir, sahibkarlara dövlət maliyyə dəstəyi göstərilir, yeni istixana kompleksləri yaradılır.
Babək rayonu Naxçıvan bazarını istər yay, istər qış aylarında təzə göyərti məhsulları ilə təmin edən bölgələrdən biridir. Xüsusən də Babək qəsəbəsində göyərti əkib-becərməklə öz ruzilərini qazanan torpaq mülkiyyətçiləri kifayət qədərdir.

Ardını oxu...

“Naxçıvanqaz” İstehsalat Birliyində mütəmadi olaraq təbii qaz təchizatının etibarlılığının və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görülür. Yanvar ayında daxil olan müraciətlərə əsasən 144 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılmışdır ki, bunun da 132-si əhali abonenti, 12-si isə qeyri-əhali abonenti olmuşdur.
Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqamətində işlər davam etdirilmiş və 433 ədəd qaz sayğacı quraşdırılmışdır. Ötən ay qaz şəbəkəsində 1574 sızma aşkarlanaraq aradan qaldırılmışdır.
Naxçıvan Muxtar Respublikasında yanvar ayında yeni qaz boru xətlərinin quraşdırılması, yerinin dəyişdirilməsi, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi ilə əlaqədar 14 min 367 paqonometr müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə olunmuşdur.

“Naxçıvanqaz” İstehsalat Birliyinin
mətbuat xidməti

Naxçıvan Muxtar Respublikasında 2018-ci ilin yaz suvarma mövsümünə hazırlıqla əlaqədar 16 kilometr kanal, 33 kilometr ara arxları, 3 kilometr kollektor lildən təmizlənmiş, suvarma boru xətləri təmir edilmişdir. Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq üçün Naxçıvançay vadisində 960 metr, Sirab selovunda 790 metr istiqamətləndirici bənd salınmışdır.
Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə yeni içməli su xətlərinin çəkilişi və mövcud içməli su xətlərinin təmir-bərpası 2018-ci ilin yanvar ayı ərzində davam etdirilmişdir. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 3-də yeni nasos aqreqatı quraşdırılmış, 40 subartezian quyusu təmir olunmuşdur. Yanvar ayında Kəngərli rayonunun Şahtaxtı kəndində “Böyükgöl” kəhrizinin, Çalxanqala kəndində “Dərələyiz” kəhrizinin təmir­-bərpası başa çatdırılmış, 7 kəhrizdə işlər davam etdirilmişdir.
“Rayon mərkəzləri və ətraf kənd­lərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Şahbuz şəhər çirkab sutəmizləyici qurğuda binaların dam örtüyü vurulmuş, hörgü və suvaq işləri aparılır. Babək rayonunun ­Şəkərabad kəndində müxtəlif diametrli borularla 2 kilometrə yaxın içməli su və 3 kilometr kanalizasiya xətti çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı  Komitəsinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası ötən illər ərzində bütün istiqamətlər üzrə sürətli inkişafını təmin edərək Azərbaycanın iqtisadi regionları arasında liderliyini qoruyub. Məhz bunun nəticəsi olaraq 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club” tərəfindən müəyyən edilən investisiya reytinqində muxtar respublikamız ölkəmizin regionları arasında 18 parametr üzrə ən yüksək ümumi bal toplayıb. İnvestisiya reytinqində liderliyin əldə olunması həyata keçirilən islahatların səmərəliliyini, kiçik və orta sahibkarlığın inkişafının təmin edildiyini, biznes imkanlarının genişləndirildiyini, investisiya mühitinin yaxşılaşdırılması ilə investisiyaların həcminin artırıldığını və iqtisadi inkişafın dinamik şəkildə yüksəldiyini bir daha göstərir. İnvestisiya mühitinin formalaşmasında sağlam siyasi-iqtisadi və normativ-hüquqi mühit, şəffaflıq, proqnozlaşdırma kimi amillər mühüm rol oynayıb.

Muxtar respublikada biznes mühitinin liberallaşmasına, sənayeləşmə siyasətinin gücləndirilməsinə, iqtisadiyyatın bütün sahələri üzrə optimal nəticələrin əldə olunmasına və ümumilikdə, sosial-iqtisadi inkişafa istiqamətlənmiş dövlət siyasətinin davam etdirilməsi ümumi daxili məhsulun (ÜDM) dinamik artımına imkan yaradıb. Makroiqtisadi sabitliyin iqtisadi artıma doğru istiqamətlənməsi, ÜDM-in yüksəlməsi isə investisiya potensialını genişləndirib. Cəmiyyətin iqtisadi rifahının əsas göstəricilərindən biri hesab olunan ÜDM və onun dinamik artımı dövlət xərclərinin, xalis ixracatın həcminin, yaradıcı insan potensialının reallaşdırılması imkanlarının daha yüksək olmasına şərait yaradıb. Nəticədə, insanların həyat səviyyəsinin əsas göstəriciləri olan adambaşına düşən ümumi daxili məhsul və əhali gəlirləri yüksəlib. 2017-ci ildə ÜDM-in 1995-ci ilə nisbətən 62 dəfə, adambaşına düşən ÜDM-in 45 dəfə artması və adambaşına düşən ÜDM-in əhali artımını dəfələrlə qabaqlaması muxtar respublikada yürüdülən iqtisadi siyasətin mühüm uğurları sırasındadır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanvar ayı ərzində istehsal və idxal olunan məhsulların keyfiyyətinə nəzarət işini, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin standartların tələblərinə uyğunluğunu diqqətdə saxlamışdır. Bu dövrdə 113 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin edilmişdir. Məhsulların sertifikatlaşdırılmasına dair elektron xidmət vasitəsilə daxil olmuş 36 müraciət operativ icra olunmuşdur.

Yerli istehsal məhsullarının yüksək keyfiyyətinin qorunması məqsədilə 12 qida istehsalı müəssisəsinə aylıq dövrlər üzrə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılmışdır. Təsərrüfat subyektlərindən götürülmüş məhsul nümunələrinin 107 halda laboratoriya analizləri aparılmış və texniki normativ-hüquqi aktların tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Bundan başqa, meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması tədbirinin ­icrası istiqamətində məhsulların ­ 10 halda keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra sertifikatlaşdırılmış, 2 anbardan, 3 istixanadan və 4 satış obyektindən götürülmüş məhsulların 11 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.

Ardını oxu...

Muxtar respublikada torpaqlardan səmərəli istifadə sahəsində qarşıya qoyulmuş vəzifələrin icrası və sakinlərə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi 2018-ci ilin ilk ayı ərzində də diqqət mərkəzində saxlanılmışdır. Ötən ay təsdiq olunmuş qrafik əsasında Şərur rayonunun Yuxarı Aralıq və Yengicə, Ordubad rayonunun Behrud və Dəstə, Şahbuz rayonunun Kolanı, Culfa rayonunun Yaycı, Babək rayonunun Şəkərabad və Aşağı Buzqov kəndlərində vətəndaşlara səyyar xidmət göstərilmiş, 106 müraciətə baxılmışdır.
Komitənin müvafiq sektoru və yerli idarələri tərəfindən hazırlanmış 490 texniki sənədin parametrləri və həmin sənədlər haqqında digər məlumatlar Milli Qeydiyyat Sisteminə, 122 əmlakın bazar dəyəri isə məlumat bazasına daxil edilmişdir. 2018-ci ilin yanvar ayı ərzində muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranmış 66 daşınmaz əmlak obyektinə ünvan verilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində “Süni mayalanma, imkanların aşkar edilməsi və onlardan faydalanma” mövzusunda keçirilən seminarı giriş sözü ilə Dövlət Baytarlıq Xidmətinin rəis müavini Məhəmməd Hüseynov açıb.
Vurğulanıb ki, muxtar respublika əhalisini ekoloji cəhətdən sağlam heyvandarlıq məhsulları ilə təmin etmək üçün qarşıya qoyulan tələblərdən biri də bu sahənin inkişafıdır.
Naxçıvan Muxtar Respublikası ərazisində olan mal-qara arasında süni mayalanma işlərinin gedişi, əldə olunan nəticələr haqqında geniş məlumat verən Məhəmməd Hüseynov bildirib ki, muxtar respublikamızda bu günədək, ümumilikdə, 62 min 436 baş iribuynuzlu mal-qara süni mayalandırılıb, bunun nəticəsində 39 min 48 baş bala alınıb.
Naxçıvan Dövlət Universitetinin Baytarlıq təbabəti kafedrasının baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Əli Tahirov çıxış edərək bildirib ki, süni mayalanma işi heyvanların cins tərkibini yaxşılaşdırmaqla yanaşı, onların genetik xüsusiyyətlərinin də sonrakı nəslə ötürülməsini təmin edir. Əli Tahirov bu işdə maarifləndirmə tədbirlərinin də rolunun əhəmiyyətli olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Ardını oxu...

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlər 2018-ci ilin yanvar ayında da uğurla davam etdirilib. Culfa rayonunun Dizə kəndində 384 nömrəlik avtomat telefon stansiyası yeni tikilən kənd mərkəzinə köçürülmüş, Şərur rayonunun Ərəbyengicə kəndində 288 nömrəlik NGN tipli yeni avtomat telefon stansiyası qurulmuşdur. Mövcud avtomat telefon stansiyalarının nömrə tutumlarının artırılması nəticəsində hesabat ayında 211 ədəd yeni telefon nömrəsi istismara verilmişdir. Şərur rayonunun Ərəbyengicə kəndində yeni poçt bölməsi yaradılmış, Culfa rayonunun Dizə kəndində poçt bölməsi yeni binaya köçürülmüş, işçi kompüterlər “Naxçıvanpoçt”un şəbəkəsinə qoşulmuş və digər lazımi avadanlıqlarla təmin olunmuşdur.
Bu dövrdə muxtar respublika ərazisində geniş­zolaqlı ADSL texnologiyası vasitəsilə 848 yeni abunəçi internetlə təmin edilmiş, kompüter kurslarına 46 dinləyici qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikasının elektron hökumət portalında yenilənmə işləri davam etdirilmiş, “Naxçıvan İslam Mədəniyyəti – 2018” internet səhifəsi qlobal şəbəkəyə inteqrasiya edilmişdir.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizdə iqtisadi yüksəlişlə bərabər, həm də yeni yaşayış massivlərinin salınması, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması ilə səciyyələnir. Məhz həmin illərdə istər kənd yaşayış yerlərində, istərsə də şəhərlərdə əhalinin xeyli hissəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılmış, yeni yaşayış binaları tikilmiş, fərdi evlərin sayı çoxalmış, minlərlə insanın maddi rifahı yüksəlmişdir. Eyni zamanda ulu öndər tərəfindən Azərbaycanda həyata keçirilən abadlıq-quruculuq tədbirləri çərçivəsində sosial-ekoloji problemlərin həlli istiqamətində də böyük işlər görülmüşdür.  

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu quruculuq xətti muxtar respublikamızda uğurla davam etdirilir. Bu siyasət bir tərəfdən ulu öndərin alter­nativsiz siyasi irsinə sədaqətin nəticəsidirsə, digər tərəfdən dövlətin öz vətəndaşlarına göstərdiyi qayğının təzahürüdür. Muxtar respublikada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da mühüm vəzifə kimi qarşıya qoyulub. Bir zamanlar Sovetlər Birliyi dövründən qalmış köhnə yaşayış binalarının yerində indi yenidən qurulmuş və ya tikilmiş müasir binaları gördükcə dövlətimizin bu sahədəki xidmətlərini görməzdən gələ bilmirsən.

Ardını oxu...

Bazar iqtisadiyyatının inkişaf etdirilməsində vergi orqanlarının rolunu yüksək qiymətləndirən ulu öndərimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu sahədə ardıcıl tədbirlər həyata keçirilmişdir. Ölkəmizdə vergi münasibətlərinin tənzimlənməsi sahəsində sistemsizlik və boşluqların aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi bu sahədə uğurlu inkişafı təmin etmiş, 2001-ci ildə Azərbaycan Respublikasının Vergi Məcəlləsi qəbul edilmişdir.
Ümummilli liderimizin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə, o cümlədən vergi siyasəti sahəsində də uğurla davam etdirilir. Ötən dövrdə ölkəmizdə güclü vergi sistemi formalaşdırılmış, geniş təhlil bazasına malik informasiya sistemləri qurulmuşdur. Vergilər Nazirliyi sistemində elektron xidmətlərin tətbiqinə başlanılmış, 2006-cı ildən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi tətbiq edilərək daxili sənəd dövriyyəsi, hesabat-məlumat sistemi tam elektronlaşdırılmış, bəyannamələrin elektron formada göndərilməsinə və vergiödəyicilərinə elektron xidmətlərin daha geniş şəkildə göstərilməsinə başlanılmışdır. Azərbaycan iqtisadiyyatının dinamik inkişafına paralel olaraq Vergi Məcəlləsinə də müvafiq dəyişikliklər edilmiş, sahibkarların vergi yükü azaldılmış, vergi dərəcələrinin aşağı salınması təmin olunmuşdur.

Ardını oxu...

Qloballaşma və müasirliyə doğru sürətli inkişaf hazırda cəmiyyət qarşısında mühüm vəzifələr qoyur. Belə ki, insanların artan tələbatlarını ödəyə bilmək, mövcud resurslardan səmərəli istifadə etməklə əhalinin yaşayış səviyyəsini yüksəltmək müasir dövr iqtisadiyyatının əsas prioritetlərindəndir. Bu mənada, Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın əsas amillərindən olan sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, onun rəqabətqabiliyyətliliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən bütün tədbirlər regionun investisiya cazibədarlığının artırılmasında mühüm əhəmiyyətə malikdir.

Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft ­sektorunun inkişafı məqsədilə qarşıya qoyulmuş nəticələrə nail olmaq, insan inkişaf indeksini yüksəltmək baxımından Naxçıvan Muxtar Respublikasında özəl bölmədə qazanılmış uğurlar diqqəti daha çox cəlb edən mövzulardan biridir.

Ardını oxu...

Muxtar respublikamızda həyatın ayrılmaz ritminə çevrilən tikinti-quruculuq işlərinin coğrafiyası böyüdükcə regionumuzun siması daha da gözəlləşir, mövcud çətinliklər aradan qaldırılır, insanların sosial-rifah halı yüksəlir. Bu proseslərin daimi xarakter alması bütün bölgələrimizə müasirlik bəxş edir. Bu gün həyata keçirilən tədbirlərin paytaxt şəhərimizdən tutmuş rayon mərkəzlərini, ən ucqar dağ və sərhəd məntəqələrini əhatə etməsi qədim yurd yerinə bağlılığın, sabaha cavabdehlik hissinin, insanların layiq olduğu səviyyədə yaşamasına qayğı amalının ifadəsi kimi diqqəti çəkir. Bu baxımdan 2017-ci il də muxtar respublikamızın tarixinə uğurlu illərdən biri kimi yazılıb. Şərur rayonu da həmin inkişafın ön sırasındadır. Bəhs olunan dövrdə bölgədə həyata keçirilən inşaat tədbirlərinə diqqət yetirsək, xeyli tikinti-quruculuq işlərinin görüldüyünün şahidi olarıq.

Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, ötən il iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 77 milyon 563 min manat və ya 2016-cı illə müqayisədə 0,6 faiz çox vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə qoyulan investisiyanın dəyəri 1,4 faiz artaraq 73 milyon 571,2 min manat olub.

Ardını oxu...

Su təsərrüfatı sahəsində qarşıda duran ən mühüm vəzifələrdən biri insanları sağlam və ekoloji cəhətdən təmiz içməli su ilə təmin etməkdir. Bu gün muxtar respublikada içməli su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində kompleks tədbirlər görülür. Babək rayonunda da “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər, bu mənada, mühüm əhəmiyyətə malikdir.
Xatırladaq ki, ötən ilin avqust ayında bu işlər rayonun Şıxmahmud və Xəlilli kəndlərində də uğurla həyata keçirilib, hər iki kənddə müasir su və kanalizasiya sistemləri qurularaq sakinlərin istifadəsinə verilib. Son günlərdə isə Şəkərabad kəndində “Su Təchizatı və Kanalizasiya İnvestisiya Pro­qramı” 3-cü layihə çərçivəsində bu işlərə başlanılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mühəndisi Telman Rzayevin sözlərinə görə, kənddə müxtəlif diametrli borularla içməli su və kanalizasiya xətləri çəkiləcək. Əhali təmiz və keyfiyyətli içməli su ilə təmin olunacaq. Hazırda kanalizasiya sistemində əsas xətlərin çəkilişi davam etdirilir. Su sistemində isə bu işlə yanaşı, ev birləşmələri aparılır, sayğaclar quraşdırılır. Mühəndis bildirdi ki, cari ilin may ayında işlərin yekunlaşdırılması nəzərdə tutulub. Yeni su xətlərinin və kanalizasiya sistemlərinin qurulması kənd sakinlərinin sevincinə səbəb olub.

Xəbərlər şöbəsi

Əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində, səmərəli məşğulluğun və emal müəssisələrinin xammalla təchiz edilməsində mühüm yer tutan kənd təsərrüfatı sahəsinin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilir. Kənd təsərrüfatının yüksək gəlir gətirən sahələrindən biri olan arıçılıq əhalinin özünüməşğulluğunun təmin edilməsində də mühüm yer tutur. Muxtar respublikanın əlverişli təbii iqlim şəraiti, zəngin yem ehtiyatları bazası bu sahənin inkişaf etdirilməsinə geniş imkanlar yaradır.
Ötən dövrdə arıçılığın inkişafı istiqamətində genişmiqyaslı tədbirlər, o cümlədən bu sahəyə həsr olunmuş beynəlxalq və yerli əhəmiyyətli elmi-praktik konfranslar keçirilib, sahibkarlar pulsuz dərman preparatları ilə təmin edilib. Təkcə 2017-ci ildə arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə 50 min manat məbləğində kredit verilib, 3 arıçılıq təsərrüfatı və mum vərəqi istehsalı sahəsi yaradılıb. Ümumilikdə, son üç ildə təsərrüfat subyektlərinə 907 min 900 manat məbləğində kreditlərin verilməsi bu sahənin inkişafına geniş imkanlar yaradıb.
Arıçılıq təsərrüfatlarının fəaliyyətini əlaqələndirmək, arıçıların rastlaşdıqları problemlərin vaxtında həllinə nail olmaq məqsədilə “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyi yaradılıb.

Ardını oxu...

Naxçıvan Şəhər Vergilər İdarəsində keçirilən tədbiri giriş sözü ilə idarənin rəisi Rəşad Əliyev açaraq elektron qaimə-fakturaların əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin böyük dövlət vergi müfəttişi Elçin Babayev və Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Süleyman Əliyev çıxış edərək mövzu barədə iştirakçılara ətraflı məlumat veriblər.
Bildirilib ki, elektron qaimə-faktura fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edərkən elekton qaydada təqdim olunan malların alışını təsdiq edən sənəddir. Vergi qanunvericiliyinə görə, vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur. Naxçıvan Muxtar Respublikasında elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 18 aprel 2017-ci il tarixli 27 nömrəli Qərarı ilə müəyyən edilir. Bu qərarın 4-cü bəndinə görə, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınıb və vergi tutulan əməliyyat­ların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilən (yola salınan) mallara, görülən işlərə və göstərilən xidmətlərə görə 2017-ci il 1 aprel tarixdən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixdən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin ­sifarişçisinə) elektron qaimə-faktura təqdim edilməlidir.
Qeyd edilib ki, elektron qaimə-fakturanın tətbiqi ASAN imzanın alınması ilə həyata keçirilir. ASAN imza Vergilər Nazirliyi və mobil operator tərəfindən verilən və elektron xidmət istifadəçisinin məlumat həqiqiliyinin yoxlanılmasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyanı) təmin edən xidmətdir.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

Əhalisinin əksəriyyətinin kəndlərdə məskunlaşdığı muxtar respublikamızda aqrar sahənin inkişafı diqqət mərkəzindədir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin məqsədi əhalini keyfiyyətli yerli məhsullar ilə təmin etmək, bununla da regionun inkişaf tempini artırmaqdır. Təsərrüfat sahiblərinə dövlət tərəfindən güzəştli kreditlərin verilməsi ömrünü bu sahəyə bağlayanlara böyük stimul olub. Nəticədə, son illərdə kənd yerlərində əkilən sahələrin ərazisi xeyli genişlənib, bir çoxları ailə təsərrüfatı yaradıb. Ötən il noyabrın 18-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunan“Ailə təsərrüfatı məhsulları” festivalında bu amil özünü qabarıq şəkildə büruzə verdi.

Ümumiyyətlə, son illər ərzində Naxçıvanın bütün bölgələrində aqrar sahə ilə məşğul olanların sayı xeyli artıb. Əkinəyararlı münbit torpaq sahələri bol olan Babək rayonunda da qurulan belə təsərrüfatlar kifayət qədərdir. Ötən günlərdə yolumu rayonun ən böyük yaşayış məntəqəsi sayılan Nehrəm kəndindən saldım. Müşahidəmə əsaslanaraq deyə bilərəm ki, buranın sakinləri torpağa qırılmaz tellərlə bağlıdırlar. Elə dolanışıqlarını da əkin-biçinlə məşğul olub, mal-qara saxlamaqla əldə edirlər. Kənddə yeni təsərrüfat sahələrinin yaradılması sakinlərin işsizlik problemini də aradan qaldırıb. Təsərrüfat sahiblərindən Cəmşid Həsənov bizimlə söhbətində dedi ki, dövlət qayğısı nəticəsində yaradılan əlverişli imkanlar hesabına təsərrüfat qurub. Artıq bir neçə ildir ki, torpaq icarəyə götürüb əkin-biçinlə məşğul olur, əldə olunan gəlir hesabına ailəsinin gün-güzəranını yaxşılaşdırır. Ona məxsus olan torpaq sahəsində taxıl, bostan və tərəvəz məhsulları yetişdirən müsahibimin dediklərindən:

Ardını oxu...

Naxçıvan Biznes Təlim Akademiyası 2017-ci ildə fəaliyyətə başlayıb. O, şirkətlərə və fərdi şəxslərə müxtəlif növ təlimlər və konsaltinq xidmətləri təklif edir. Burada biznesə yeni başlamaq istəyənlər üçün məsləhət xidməti, biznes planların hazırlanması, təqdimat mərasimlərinin təşkili qaydaları, fərdi inkişaf təlimləri, eləcə də gənclər və qadınlar üçün müxtəlif inkişaf proqramları öyrədilir. Akademiyanın fəaliyyəti ilə yaxından tanış olmaq üçün yeni qurumun təlimçisi Sevinc Cabbarova ilə həmsöhbət olduq.

O bildirdi ki, insanlar, eyni zamanda individual kouçinq xidmətlərdən də yararlanır. Kouçinq şəxsin potensialının kəşf olunması, özünə­inamın və motivasiyanın artırılması, bacarıq və imkanlarının inkişaf etdirilməsi, ona mane olan sərhədlərin aradan qaldırılması deməkdir.
İslahatlar nəticəsində son zamanlar Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafının yeni müstəviyə qədəm qoyduğu müşahidə olunur. İstər kiçik və yeni qurulmuş, istərsə də böyük təcrübəyə malik bütün şirkətlərin hər zaman biznes təlimlərə ehtiyacı vardır. Biznes dinamik dəyişən mühit olduğu üçün yeniləşmədən geri qalmamaq, yenilikləri mənimsəmək vacib amillərdir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR