Muxtar respublikada dəmir yolu nəqliyyatında yük və sərnişindaşıma xidmətlərinin səviyyəsi daha da yüksəldilib.
Ötən ay Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 3 min ton müxtəlif təyinatlı yük daşınıb. Ordubad-Şərur və Şərur-Culfa istiqamətində hərəkət edən yük-sərnişin qatarları vasitəsilə 10 min 583 sərnişin daşınıb, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sərnişin qatarı fəaliyyətini davam etdirib.
Culfa Lokomotiv Deposunda lokomotivlər 3 dəfə texniki baxışdan keçirilib, 2 lokomotivdə isə cari təmir işləri aparılıb. Culfa İstismar Vaqon Deposunda 2 yük və sərnişin vaqonu, o cümlədən 1 sərnişin və 1 platforma vaqonu cari təmir edilib. Eyni zamanda dəmir yolunda istismarda olan maşın-mexanizmlərin saz vəziyyətdə saxlanılması üçün mütəmadi olaraq yoxlamalar aparılıb.
“Naxçıvan Dəmir Yolları” Məhdud
Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti