23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanvar ayı ərzində istehsal və idxal olunan məhsulların keyfiyyətinə nəzarət işini, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin standartların tələblərinə uyğunluğunu diqqətdə saxlamışdır. Bu dövrdə 113 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin edilmişdir. Məhsulların sertifikatlaşdırılmasına dair elektron xidmət vasitəsilə daxil olmuş 36 müraciət operativ icra olunmuşdur.

Yerli istehsal məhsullarının yüksək keyfiyyətinin qorunması məqsədilə 12 qida istehsalı müəssisəsinə aylıq dövrlər üzrə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılmışdır. Təsərrüfat subyektlərindən götürülmüş məhsul nümunələrinin 107 halda laboratoriya analizləri aparılmış və texniki normativ-hüquqi aktların tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Bundan başqa, meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması tədbirinin ­icrası istiqamətində məhsulların ­ 10 halda keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra sertifikatlaşdırılmış, 2 anbardan, 3 istixanadan və 4 satış obyektindən götürülmüş məhsulların 11 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.

Muxtar respublikada fəaliyyətdə olan sahibkarlar üçün “Keyfiyyəti idarəetmə sisteminin əsas prinsipləri” mövzusunda seminar keçirilmiş, standartların norma və prinsipləri izah olunmuşdur.
Əhalinin hepatit virus infeksiyalarından qorunması işinə nəzarət artırılmış, natamam tibbi müayinədən keçmiş 61 işçi tam tibbi müayinədən keçirilmişdir. Komissiya tərəfindən 19 təsərrüfat subyektində 56 nəfər obliqat qrup işçilərdən qan nümunələri götürülmüş və müvafiq tibbi nəzarət təmin olunmuşdur. Uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və digər təhsil və səhiyyə müəssisələrinin yerli məhsullarla təmin edilməsi və alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılması istiqamətində 5 məktəbin bufetində, 1 təhsil müəssisəsinin və 8 məktəbəqədər tərbiyə müəssisəsinin yeməkxanasında monitorinqlər, 4 səhiyyə müəssisəsinin yeməkxanasında yerli məhsullarla təminatın üstünlüyü barədə maarifləndirici tədbirlər aparılmış və aşkar olunmuş bir sıra nöqsanlar yerində aradan qaldırılmışdır.
Xarici bazarlara çıxış imkanına malik məhsulların ixracının dəstəklənməsi çərçivəsində müvafiq işçi qrupu müəssisələrdə olmuş və istehsal olunan məhsulların ixrac olunacaq ölkələrə uyğun markalanması və beynəlxalq idarəetmə standartlarının tətbiqi ilə bağlı tədbirlər görülmüşdür. Həmçinin ay ərzində metroloji norma və qaydalara uyğun olaraq 755 ölçmə vasitəsi yoxlanılmışdır. İdxal olunan malların etiketlərində və adlarında istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların olmasına nəzarət aparılmışdır. Muxtar respublikada istehsal olunan məhsulların markalanmasına nəzarət məqsədilə 10 istehsal müəssisəsində maarifləndirmə xarakterli monitorinq aparılmışdır.
Yanvar ayında, ümumilikdə, standartların tələblərinə uyğun olmayan 999 manat dəyərində yararlılıq müddəti bitmiş, keyfiyyətsiz, kontrafakt məhsul satışdan çıxarılmışdır. Ailə təsərrüfatlarında istehsal olunan məhsulların markalanmasına köməklik göstərilməsi üçün 1992 etiket hazırlanaraq ailə təsərrüfatlarına çatdırılmışdır.

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR