23 Dekabr 2024, Bazar ertəsi

Martın 8-də Naxçıvan şəhərində İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətində istehsal edilən ərzaq məhsulları və əl işlərinin sərgi-satışının açılışı olmuşdur.
Əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlamış, sərginin açılışı münasibətilə onları təbrik edərək demişdir: Hər iki ölkə Prezidentinin siyasi əlaqələrin inkişafına göstərdiyi böyük diqqətin nəticəsidir ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası, eləcə də Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında iqtisadi əlaqələr genişlənmiş, müxtəlif sahələr üzrə ikitərəfli münasibətlər qurulmuş, gediş-gəliş artmış və insanlarımız daha da yaxınlaşmışdır.
Qeyd olunmuşdur ki, son illər Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, birgə görüşlərin, biznes forumların və sərgi-satışların təşkili ənənə halını almışdır. Bir neçə gün bundan əvvəl İranın Qərbi Azərbaycan Vilayətinin Urmiya şəhərində Naxçıvanda istehsal olunan məhsulların, bu gün isə Naxçıvan şəhərində İranda istehsal edilən ərzaq məhsulları və əl işlərinin sərgi-satışının təşkil olunması da ölkələrimiz arasındakı mövcud siyasi-iqtisadi əlaqələrin inkişafının daha bir göstəricisidir.

Ali Məclis Sədrinin birinci müavini sərginin təşkilatçılarına təşəkkürünü bildirmişdir.
Tədbirdə İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom və Qərbi Azərbaycan Vilayəti valisinin müavini Əlirza Radfər çıxış edərək Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının yaxın vilayətləri arasındakı əlaqələrdən danışmış, ikitərəfli münasibətlərin getdikcə daha da genişləndirildiyini bildirmişlər. Çıxış edənlər sərginin təşkilində göstərilən köməkliyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq etmişlər.
Sonra sərginin açılışını bildirən lent kəsilmişdir.
Martın 11-dək davam edəcək sərgiyə İranın Qərbi Azərbaycan Vilayətindən 17-yə yaxın şirkətin istehsal etdiyi məhsullar çıxarılıb.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR