23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Şəhər Vergilər İdarəsində keçirilən tədbiri giriş sözü ilə idarənin rəisi Rəşad Əliyev açaraq elektron qaimə-fakturaların əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin böyük dövlət vergi müfəttişi Elçin Babayev və Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Süleyman Əliyev çıxış edərək mövzu barədə iştirakçılara ətraflı məlumat veriblər.
Bildirilib ki, elektron qaimə-faktura fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edərkən elekton qaydada təqdim olunan malların alışını təsdiq edən sənəddir. Vergi qanunvericiliyinə görə, vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur. Naxçıvan Muxtar Respublikasında elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 18 aprel 2017-ci il tarixli 27 nömrəli Qərarı ilə müəyyən edilir. Bu qərarın 4-cü bəndinə görə, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınıb və vergi tutulan əməliyyat­ların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilən (yola salınan) mallara, görülən işlərə və göstərilən xidmətlərə görə 2017-ci il 1 aprel tarixdən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixdən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin ­sifarişçisinə) elektron qaimə-faktura təqdim edilməlidir.
Qeyd edilib ki, elektron qaimə-fakturanın tətbiqi ASAN imzanın alınması ilə həyata keçirilir. ASAN imza Vergilər Nazirliyi və mobil operator tərəfindən verilən və elektron xidmət istifadəçisinin məlumat həqiqiliyinin yoxlanılmasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyanı) təmin edən xidmətdir.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR