23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada əhaliyə göstərilən avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə fevral ayında Naxçıvandan Bakıya 802, Bakıdan Naxçıvana isə 796 sərnişin daşınmışdır.
Naxçıvan Avtobus Parkında sərnişindaşıma ilə məşğul olan sürücülərin və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilmişdir. Şəhərlərarası və rayonlararası marşrut avtobuslarının qrafiki nəzarətdə saxlanılmış, ucqar dağ və sərhəd kənd­lərinə işləyən avtobusların fəaliyyətinə köməkliklər göstərilmişdir. Bu dövrdə muxtar respublikada sərnişinlərə xidmət göstərən 135 xətdə 301 avtobusla rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilmişdir. Naxçıvan şəhərdaxili marşrutunda isə tələbatın çox olduğu saatlarda xətdə olan avtobusların sayı artırılmış, avtobuslararası interval azaldılaraq sərnişinlərin vaxtında mənzil başına çatdırılması təmin edilmişdir. Avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınmasına, marşrut qrafikinə, xətdə olarkən avtobusların sürət həddinə Naxtel-4G GPS monitorinq izləmə sistemi vasitəsilə nəzarət olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR