12 Yanvar 2025, Bazar

Su təsərrüfatı sahəsində qarşıda duran ən mühüm vəzifələrdən biri insanları sağlam və ekoloji cəhətdən təmiz içməli su ilə təmin etməkdir. Bu gün muxtar respublikada içməli su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində kompleks tədbirlər görülür. Babək rayonunda da “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər, bu mənada, mühüm əhəmiyyətə malikdir.
Xatırladaq ki, ötən ilin avqust ayında bu işlər rayonun Şıxmahmud və Xəlilli kəndlərində də uğurla həyata keçirilib, hər iki kənddə müasir su və kanalizasiya sistemləri qurularaq sakinlərin istifadəsinə verilib. Son günlərdə isə Şəkərabad kəndində “Su Təchizatı və Kanalizasiya İnvestisiya Pro­qramı” 3-cü layihə çərçivəsində bu işlərə başlanılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mühəndisi Telman Rzayevin sözlərinə görə, kənddə müxtəlif diametrli borularla içməli su və kanalizasiya xətləri çəkiləcək. Əhali təmiz və keyfiyyətli içməli su ilə təmin olunacaq. Hazırda kanalizasiya sistemində əsas xətlərin çəkilişi davam etdirilir. Su sistemində isə bu işlə yanaşı, ev birləşmələri aparılır, sayğaclar quraşdırılır. Mühəndis bildirdi ki, cari ilin may ayında işlərin yekunlaşdırılması nəzərdə tutulub. Yeni su xətlərinin və kanalizasiya sistemlərinin qurulması kənd sakinlərinin sevincinə səbəb olub.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR