23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində “Süni mayalanma, imkanların aşkar edilməsi və onlardan faydalanma” mövzusunda keçirilən seminarı giriş sözü ilə Dövlət Baytarlıq Xidmətinin rəis müavini Məhəmməd Hüseynov açıb.
Vurğulanıb ki, muxtar respublika əhalisini ekoloji cəhətdən sağlam heyvandarlıq məhsulları ilə təmin etmək üçün qarşıya qoyulan tələblərdən biri də bu sahənin inkişafıdır.
Naxçıvan Muxtar Respublikası ərazisində olan mal-qara arasında süni mayalanma işlərinin gedişi, əldə olunan nəticələr haqqında geniş məlumat verən Məhəmməd Hüseynov bildirib ki, muxtar respublikamızda bu günədək, ümumilikdə, 62 min 436 baş iribuynuzlu mal-qara süni mayalandırılıb, bunun nəticəsində 39 min 48 baş bala alınıb.
Naxçıvan Dövlət Universitetinin Baytarlıq təbabəti kafedrasının baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Əli Tahirov çıxış edərək bildirib ki, süni mayalanma işi heyvanların cins tərkibini yaxşılaşdırmaqla yanaşı, onların genetik xüsusiyyətlərinin də sonrakı nəslə ötürülməsini təmin edir. Əli Tahirov bu işdə maarifləndirmə tədbirlərinin də rolunun əhəmiyyətli olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Dövlət Baytarlıq Xidmətinin Epizootiya əleyhinə mübarizə və müalicə-profilaktika sektorunun müdiri Şəmsəddin Nağıyev zoonoz xəstəliklərin heyvanlardan insanlara keçən brusellyoz, vərəm, qarayara olduğunu və son dövrlər muxtar respublikamızda iti gedişli infeksiya aşkar edilmədiyini bildirib.
Həmin sektorun baş məsləhətçisi Elnur Əliyev isə qeyd edib ki, bu sahəyə göstərilən dövlət qayğısı nəticəsində heyvandarlıq təsərrüfatlarında süni mayalanma işinin günün tələbləri səviyyəsində qurulması əhalinin ekoloji saf və təmiz ət-süd məhsulları ilə təminatında mühüm rol oynayır. Bu yolla heyvanların baş sayının artırılması öz səmərəsini verir. Elnur Əliyev deyib ki, 2002-ci ildə 54 başda süni mayalanma aparılaraq 35 baş sağlam bala əldə olunmuşdursa, 2017-ci ildə 9190 baş inəkdə süni mayalanma aparılaraq 5804 baş sağlam buzov alınıb. Dövlət başçısının müvafiq sərəncamı ilə 2015-ci ildən süni mayalanma ilə doğulan hər buzova 100 manat subsidiya ödənilməkdədir. Həmin sərəncamın qüvvəyə minməsindən sonra 2017-ci ilin noyabr ayınadək verilən subsidiyanın məbləği 930 min manat təşkil edir.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR