23 Dekabr 2024, Bazar ertəsi

Ölkəmizdə həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri də sənaye məhsulları istehsalı ilə regionların tarazlı inkişafına, o cümlədən yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönümlü hazır məhsul istehsalına nail olmaqdan ibarətdir. Çünki enerji və ərzaq təhlükəsizliyi ilə bərabər, sənaye məhsulu istehsalı da ölkənin iqtisadi təhlükəsizliyinin əsas şərtlərindən biridir.

Ardını oxu...

Naxçıvan şəhərinin “Əlincə” məhəlləsindəki 20 nömrəli binada qiyməti ucuzlaşdırılan mallar mağazası yaradılıb.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mağazada satılan məhsullar analoji məhsullarla müqayisədə 50 faizədək ucuz qiymətlərlə istehlakçılara təqdim olunur.
Qeyd edək ki, burada mövsümü keçmiş geyimlər, gömrük-keçid məntəqələrindən bəyan edilmədən gizlədilərək keçirildiyinə görə müsadirə edilmiş məhsullar, şirkətlər tərəfindən endirim kampaniyaları tətbiq olunan mallar satışa çıxarılıb.
Hazırda mağazada çay, alma sirkəsi, müxtəlif spirtli içkilər, meyvə şirələri, enerji içkiləri, kimyəvi təmizləmə məhsulları, polietilen torbalar və digər məhsullar vardır. 5 bölmədən ibarət mağazada satışı həyata keçirilən məhsullar aidiyyəti ekspertizadan keçirildikdən sonra satışa ­çıxarılır.

Xəbərlər şöbəsi

Hər il soyuq qış ayları yaxınlaşdıqca yaxın keçmişdə enerji qıtlığından yaranan çətinliklər yada düşür, enerji istifadəsinə olan diqqət artır. Elə bütün dünyada da ənənəvi enerji ehtiyatlarının getdikcə tükənməsi ilə bərabər, insanların elektrik enerjisinə olan tələbatlarının artması müşahidə olunmaqdadır. Bu baxımdan inkişaf etmiş ölkələrdə enerji tələbatlarının ödənilməsini alternativ və bərpa olunan enerji mənbələri hesabına həll olunaraq bu sahədə mühüm nəticələr əldə olunub. Bu məsələyə diqqət, eyni zamanda ekoloji tarazlığın, insan sağlamlığının qorunması məqsədləri ilə izah olunur.

Ölkəmiz karbohidrogen ehtiyatları ilə zəngin olsa da, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə bizim üçün də prioritet məsələlərdəndir. Xüsusən Naxçıvan Muxtar Respublikasının blokada vəziyyətində olması burada ekoloji təmiz və alternativ enerji mənbələrindən istifadənin əhəmiyyətini ön plana çıxarır. Qısa müddət ərzində həyata keçirilən tədbirlər öz bəhrəsini verib və Naxçıvan enerji idxal edən regiondan, ixrac edən regiona çevrilib.
Dünyada alternativ enerjiyə keçidin mühüm səbəbləri vardır. Belə ki, Yer kürəsində enerjiyə olan tələb hər il orta hesabla 4-5 faiz artmaqdadır. Bununla bərabər, enerji sərfinin belə bir sürətlə artması ilə paralel olaraq, ənənəvi enerji daşıyıcılarının həcmi də sürətlə azalmaqdadır. Mütəxəssislərin hesablamalarına görə, dünyada neftin 30-40 illik, daş kömürün 80-100 illik, təbii qazın isə 100-120 illik ehtiyatı qalmışdır. Bundan əlavə, belə enerji mənbələrinin istifadə olunması ilə ətraf mühitin korlanması və qlobal istiləşmə daha çox problemlər yaradır. Bu isə, öz növbəsində, yeni alternativ enerji mənbələri üzərində işlərin sürətlənməsi və bərpa olunan enerji mənbələrindən istifadə məsələlərini ön plana çıxarır.

Ardını oxu...

Son illərdə Sədərək rayonunda da inşaat sektoru sahəsində yaddaqalan layihələr reallaşdırılıb. Burada aparılan genişmiqyaslı abadlıq-quruculuq tədbirləri müxtəlif sahələri əhatə edir. Yaşayış məntəqələrində inşa olunan müasir obyektlər sərhəd bölgəsinin sakinlərinin rahat yaşaması və işləməsi məqsədi daşıyır.
Rayonun Heydərabad qəsəbəsində hər il quruculuq tədbirləri həyata keçirilir, bu tədbirlər qəsəbənin simasına yeni çalarlar qatır.
Qəsəbədə yaşayış binalarının da sayı ilbəil artmaqdadır. Bu tədbirlərin davamı olaraq cari ilin əvvəllərindən Heydərabad qəsəbəsində zirzəmi ilə birlikdə 7 mərtəbəli, 48 mənzilli yaşayış binasının tikintisinə başlanılıb. İnşaat işlərini “ARTAY” şirkətinin kollektivi həyata keçirir. Artıq binanın dördüncü mərtəbəsində ara hörgülər başa çatdırılıb, dəmir-beton sütunlar üçün qəlib qurulmasına başlanılıb. Layihə əsasında burada 2 və 3 otaqlı mənzillər olacaq. Hazırda obyektdə kifayət qədər işçi qüvvəsi çalışır, tikintidə, əsasən, yerli inşaat materiallarından istifadə edilir, keyfiyyət amilinə xüsusi diqqət yetirilir. İnşaatçılar geyim formaları, təhlükəsizlik ləvazimatları ilə təmin olunublar. Yeni binanın inşası gənc ailələrin mənzil problemlərinin həllinə öz töhfəsini verəcəkdir.

 Nail ƏSGƏROV

Son illər muxtar respublikamızda 60-dan çox müxtəlif təyinatlı tarix-memarlıq abidəsi, o cümlədən türbələr, məscidlər, xanəgahlar, hamamlar, buzxanalar orijinallığı saxlanmaqla yüksək səviyyədə bərpa olunub.
Şərur rayonu ərazisində mövcud olan tarixi-memarlıq abidələrinin bərpasına da xüsusi diqqət yetirilir. Məqsədyönlü və sistemli şəkildə aparılan bu işlər rayonun Yengicə kəndindəki qədim hamamı da əhatə edib.
Hazırda Yengicə hamamında bərpa işləri aparılır. Hamamın fasad hissəsində üzləmə işləri yekunlaşmaq üzrədir. Burada qırmızı kərpicdən istifadə edilir. Memar və ustalar hamamın ilkin quruluşunun qorunub saxlanılması üçün səy göstərir, milli memarlıq ənənələri əsasında bərpa işlərini davam etdirirlər. Dam örtüyü bərkidildikdən sonra isə günbəzlərin üzlənməsi nəzərdə tutulub. Hamamın daxilində də bərpa işləri aparılır. Bərpa işləri başa çatdıqdan sonra ətraf abadlaşdırılacaq, yenidən həyata vəsiqə alan tarixi abidə kəndin mənzərəsinə yeni çalarlar gətirəcəkdir.

Ardını oxu...

Son illərdə muxtar respublikada balıq və digər su resurslarının artırılması, bərpası, mühafizəsinə xüsusi diqqət yetirilir. Hazırda Naxçıvanda balıq və digər su bioresursları, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlər əmtəə məhsulu əldə edilməsi məqsədilə balıqçılıq su obyektlərində artırılır, süni və təbii göllərdə dünya təcrübəsinə əsaslanmaqla balıq yetişdirilir. Əvvəllər “akvakultura” adlanan göl balıqçılığı diqqətdən kənarda qalmışdısa, indi bu balıqçılıq növünə də xüsusi diqqət yetirilir, balıq yetişdirən və balıqçılıq məhsulları istehsal edən müəssisələr formalaşır. Artıq muxtar respublikada 15 balıqçılıq təsərrüfatı fəaliyyət göstərir. Görülən işlər dövlətimizin bu sahəyə diqqət və qayğısından xəbər verir.
Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında balıqçılıq sahəsinin inkişaf etdirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsidir ki, 2 il bundan öncə – sentyabr ayının 10-da muxtar respublika rəhbərinin iştirakı ilə Naxçıvan “Balıqçılıq Təsərrüfatı” üçün yeni kompleks istifadəyə verilib, bununla da, əhalinin keyfiyyətli balıq məhsulları ilə təminatı sahəsində əhəmiyyətli dəyişikliklər olub.
Oktyabr ayından etibarən balıq ovu mövsümünün başlanması ilə balıqçılar Araz çayında ova çıxıblar. Bunun nəticəsidir ki, indi mağazalarda sərfəli qiymətə müxtəlif növ təzə balıq almaq mümkündür. Bu sahədə görülən işlərlə tanış olmaq üçün Naxçıvan “Balıqçılıq Təsərrüfatı”na yollandıq.

Ardını oxu...

Naxçıvanlı sahibkarların bu sahədə geniş imkanları var

Ümummilli lider Heydər Əliyev sahibkarlığın bazar iqtisadiyyatı şəraitində iqtisadi tərəqqiyə verdiyi töhfəni böyük uzaqgörənliklə dəyərləndirmiş, məhz dahi şəxsiyyətin rəhbərliyi ilə ölkəmizdə sistemli tədbirlər həyata keçirilmiş, makroiqtisadi sabitliyə nail olunması üçün özəl sektorun formalaşması istiqamətində hüquqi baza yaradılmışdır. Bunun nəticəsidir ki, ölkəmizdə, həmçinin muxtar respublikamızda sahibkarlıq mühiti ildən-ilə genişlənir və inkişaf edir. 

Təbiidir ki, sahibkarlıq fəaliyyəti zaman-zaman yeni bazar tələbləri ilə qarşı-qarşıya qalır. Bu tələblərin düzgün dəyərləndirilməməsi gələcəkdə iqtisadi çoxşaxəliliyin təmin edilməsinə də əngəl törədə bilər. Bu mənada, dinamizm, təşəbbüskarlıq, yenilik sahibkarlıq fəaliyyətində önəmli məsələlərdən hesab edilir. Biznesdə inkişafın bir çox uğurlu istiqamətləri vardır. Keyfiyyət, rəqabət, münasib qiymət, etibarlılıq və sair uğurlu biznesin əsas şərtləridir desək, yanılmarıq. Çünki hər bir sahibkar istehlakçının etibarını qazanmağa çalışır ki, daha böyük satış bazarı əldə etsin. Bunu isə sağlam rəqabət, keyfiyyətli məhsul, münasib qiymətləndirmə aparmaqla əldə etmək mümkündür. Müasir biznesdə uğurlu mübarizə yollarından biri də brendinq siyasətidir, daha doğrusu bu, siyasətin düzgün aparılmasıdır. Çünki istehlakçı düşüncəsində hər zaman müsbət emosiya yaratmaq asan deyil.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında tarixən aqrar sektorun inkişafı, təmiz havası və suyu, qədim təsərrüfatçılıq ənənələri burada özünəməxsus dadı və tamı olan meyvə və tərəvəz növlərinin yetişdirilməsinə imkan verir. Təbii ki, bu özünəməxsusluq zaman-zaman buradakı kənd təsərrüfatı məhsullarının ixracında da mühüm rol oynayıb, Naxçıvanın zəhmətkeş insanları yerli məhsulların əkilib-becərilməsinə daha çox maraq göstəriblər. Son illərdə muxtar respublikada bütün sahələrə göstərilən əsaslı və müsbət yanaşma kənd təsərrüfatında da özünü büruzə verib. Xüsusilə muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 

Qeyd edək ki, Naxçıvanın torpaq-iqlim şəraiti müxtəlif giləmeyvə və meyvə ağaclarının inkişafı, bol və yüksəkkeyfiyyətli məhsul verməsi baxımından olduqca əlverişlidir. Burada düzən, dağətəyi və dağlıq ərazilərdə alma, armud, şaftalı, gavalı, alça, badam, cəviz və sair meyvə bağlarının salınması üçün münbit ekoloji mühit mövcuddur. Muxtar respublikada meyvəçilik və tərəvəzçiliyin inkişafını diqqət mərkəzində saxlamaq, məhsul istehsalını daha da artırmaq üçün ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən adıçəkilən sahələrin inkişaf etdirilməsi ilə bağlı ikinci dəfə növbəti dövlət proqramı təsdiq edilib. Belə ki, Ali Məclis Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın qəbul edilməsi muxtar respublikada aqrar sektorun bu vacib və iqtisadi cəhətdən səmərəli sahələrinin inkişaf etdirilməsində yeni mərhələnin başlanmasına şərait yaradıb. Əvvəlki pro­qramda olduğu kimi, bu dövlət proqramında da meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı qarşıya konkret vəzifələr qoyulub. Bəs ötən müddət ərzində bu sahədə hansı işlər görülüb?

Ardını oxu...

Muxtar respublikada 2017-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 112 milyon 48 min 200 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz artaraq 4686,2 manata çatmışdır.

* * *

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 808 milyon 516 min 800 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,5 faiz üstələmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında əhalinin etibarlı ərzaq təminatı istiqamətində həyata keçirilən tədbirlərin miqyası getdikcə artır. Belə tədbirlər taxılçılığın inkişafında özünü daha qabarıq şəkildə göstərir. Bunu cari ilin statistikası da təsdiq edir. Regionun torpaq mülkiyyətçiləri, sahibkarlar ötən ilin payızında və cari ilin yazında 2017-ci ilin məhsulu üçün 22 min 268 hektarı buğda, 9 min 364 hektarı arpa olmaqla, 31 min 632 hektar sahədə taxıl əkini həyata keçiriblər. Zəmilərə vaxtlı-vaxtında və aqrotexniki qaydalar əsasında qulluq edildiyindən taxılçılar bol məhsula sahib olublar. Belə ki, bu il sahələrdən 93 min 419 ton məhsul götürülüb. Bunun da 66 min 95 tonunu buğda, 27 min 324 tonunu arpa təşkil edir. Orta məhsuldarlıq 29,5 sentner olub. Bundan ruhlanan torpaq mülkiyyətçiləri 2018-ci ilin bol məhsulunun əsasını qoymaqdadırlar. Noyabr ayının 20-nə olan məlumata görə, 23 min 414,5 hektar sahədə səpin aparılıb. 17 min 574 hektar sahədə buğda, 5 min 840,5 hektar sahədə arpa əkilib. Taxıl əkinində Babək və Şərur rayonları irəlidə gedir.
Sahələrdə şum qaldırılması və taxıl əkini davam etdirilir.

Xəbərlər şöbəsi

 Daxili bazarı yüksəkkeyfiyyətli yerli ərzaq məhsulları ilə təmin edən müəssisələrdən biri də “Ləzzət Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətidir. 

Dövlət qayğısından bəhrələnən bu müəssisəyə Sahibkarlığa Kömək Fondundan 2012-ci ilin may ayında 400 min manat, dekabr ayında isə 650 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. Ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması üçün Babək rayonunun Kərimbəyli kəndində 20674 kvadratmetr, kəsim və paketləmə üçün isə Hacıvar kəndində 5013 kvadratmetr torpaq sahələri ayrılmışdır.
Quşçuluq təsərrüfatında quşların bəslənilməsi üçün 5 sex inşa olunmuşdur ki, onlardan biri 30 min, qalan dördünün isə hər biri 20 min baş quş tutumuna malikdir. Həmin sexlərdə Türkiyənin “Tavsan” firmasının istehsalı olan kompüter idarəetmə mərkəzi ilə təmin olunmuş müasir texnoloji avadanlıqlar quraşdırılmış, quşların yemlənməsi və suvarılması üçün tam avtomatlaşdırılmış xətt istifadəyə verilmiş, isitmə və soyutma sistemi yaradılmışdır. Quşlar müəyyən olunmuş temperaturda 45-50 gün müddətində qapalı şəraitdə bəslənilir, onlara baytar həkim tərəfindən nəzarət olunur.

Ardını oxu...

“Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi ilə birgə keçirilən elmi-praktik konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açıb.
Konfransda universitetin İqtisadiyyat kafedrasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Dilsuz Qasımovun “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın aqrar sahənin inkişafındakı rolu”, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin aparat rəhbəri Anar Cəfərovun “Naxçıvan Muxtar Respublikasında aqrar sahənin inkişafında dövlət proqramlarının rolu: müasir vəziyyət və perspektivlər” və İqtisadiyyat ixtisasının IV kurs tələbəsi Minayə Məmməd­ovanın “Aqrar sektorun inkişafının əsas istiqamətlərindən biri də qəbul edilmiş Dövlət Proqramıdır” mövzularında məruzələri dinlənilib.
Bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bərabər “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın müvəffəqiyyətlə həyata keçirilməsi iqtisadiyyatın inkişafına öz təsirini göstərmiş, nəticədə, çoxşaxəli iqtisadiyyat formalaşmış, makroiqtisadi sabitlik təmin olunmuş, sahibkarlıq fəaliyyəti genişləndirilmiş, yeni müəssisələr açılmış, iş yerləri yaradılmışdır. Bundan əvvəlki hər iki proqramın yerinə yetirildiyi dövr ərzində sosial-iqtisadi inkişaf sahəsində həyata keçirilən tədbirlər muxtar respublikanın makroiqtisadi göstəricilərinin artmasına səbəb olmuşdur.
Konfransa rektor, professor İsmayıl Əliyev yekun vurub.

Nuray ƏSGƏROVA

18-19 noyabr tarixlərində Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-­Memarlıq Muzey Kompleksində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalı öz əhəmiyyəti ilə seçilirdi. 

“Ailə təsərrüfatı məhsulları” festivalında iştirak edən bir neçə təsərrüfat başçısı ilə həmsöhbət olduq. Babək rayonunun Qahab kəndindən gəlmiş Rasim İsmayılov festivala qurudulmuş bağayarpağı, qantəpər, nanə, əvəlik, böyrəkotu, kəklikotu, solmazçiçəyi kimi müalicəvi tərkibli bitkilər gətirmişdi. Yüksək zövq və səliqə ilə qablaşdırılmış həmin məhsulların qiyməti də alıcıları razı salmışdı. Öncə belə tədbirin təşkilindən razılığını bildirən təsərrüfat başçısı dedi ki, muxtar respublikamızda belə bitkilər saysız-hesabsızdır. Bunları toplamaqla həm müəyyən xəstəliklərin sağalmasında istifadə edir, həm də qazanc sahibi oluruq. Ancaq onların tədarük olunması, istifadə qaydalarını hamı bilmir. Ona görə də satdığımız belə məhsullar barədə ətraflı məlumat veririk. Tədbirin təşkilatçılarına minnətdarlığını ifadə edən həmsöhbətim onu da bildirdi ki, festival bu işlə məşğul olan kənd adamlarının tanıdılmasında, onların ailə büdcəsinin gücləndirilməsində böyük əhəmiyyət daşıyır.

Ardını oxu...

Şahbuz rayonunda da bu məqsədə nail olunub

“Naxçıvan oykonimləri” kitabı Şahbuz toponimi haqqında nə deyir və ya tarixə qısa səyahət

Şahbuz rayonu haqqında bu yazını hazırlayarkən eşitdiklərimin, oxuduqlarımın hamısını bir kənara qoyub, bu qədim yurd yerinin adının etimologiyası haqqında düşündüm. AMEA-nın müxbir üzvü mərhum Adil Bağırova görə, Şahbuz toponimi ilə bağlı müxtəlif versiyalar mövcuddur. Tarixi mənbələrdə “Şahbuz” adına ilk dəfə Eldənizlərin mis sikkə dəfinəsini göstərən xəritədə və Əmir Teymurun tarixçisi Şərəfəddin Əli Yəzdinin “Zəfərnamə” əsərində rast gəlinir. Ancaq faktlar göstərir ki, Şahbuz ərazisi daha qədim yaşayış məskənidir. Bu cəhətdən adın mənası ilə bağlı xalq etimologiyasında, Q.Qeybullayev, M.Təhmasib, T.Hacıyev kimi tədqiqatçıların araşdırmalarında müxtəlif fikirlər səslənir. Həqiqətə daha uyğun olanı isə M.Təhmasibin gəldiyi qənaətdir. “Şahbuz” sözünün “şah” hissəsi “hündür, yüksək” anlamlarında işlənir. Alim “Şahbuz” sözünün ikinci komponentini (bus//buz) qəbilə adı ilə əlaqələndirir. Və bu qəbiləni Midiya qəbilələrindən biri kimi təqdim edir. Buslar türkmənşəli etnos olub, öz adlarını bir qisim toponimlərdə, o cümlədən Şahbuz adında yaşatmışlar. Belə ehtimal olunur ki, sözün birinci hecası olan “şah” “bus//buz” tayfa adı ilə birləşərək “buslara məxsus yüksək yer” mənasını verir.

Ardını oxu...

Muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafı diqqət mərkəzindədir. Ok­tyabr ayında da bu istiqamətdə bir sıra tədbirlər görülmüş, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 12 min 780 ton müxtəlif təyinatlı yük, yük-sərnişin qatarları vasitəsilə isə 12 min 284 sərnişin daşınmışdır.
Culfa Lokomotiv Deposunda lokomotivlər texniki baxışdan keçirilmiş, Culfa İstismar Vaqon Deposunda 11 müxtəliftipli vaqon cari təmir olunmuşdur. Həmçinin Ordubad-Vəlidağ sahəsində yük-sərnişin qatarlarının fasiləsiz hərəkətinin təmin olunması məqsədilə zəruri tədbirlər həyata keçirilmiş, xidməti ərazidəki bütün keçidlər, yol yatağı, yoldəyişən və süni qurğular yoxlanılaraq çatışmazlıqlar aradan qaldırılmışdır. Muxtar respublikamızda dəmir yolu infrastrukturunun texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin davamı olaraq Culfa stansiyasında müasir tələblərə cavab verən yeni İstismar Vaqon Deposunun tikintisi davam etdirilmişdir.

“Naxçıvan Dəmir Yolları”
Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti

Hər fəslin öz rəngi, öz gözəlliyi var. Qızılı payız da özü ilə qızıl qədər dəyərli meyvələrini yetirir. Bu meyvələr içərisində, bəlkə də, təkcə almadır ki, nə qədər çox yeyilsə, insan orqanizminə bir o qədər faydası var.

Mineral və vitamin tərkibinə görə alma bir sıra meyvələrdən üstündür. İnsan orqanizmində qanazlığına səbəb olan dəmir çatışmazlığı zamanı bu meyvədən yemək məsləhət görülür. O, yuxusuzluğa qarşı ən yaxşı təbii vasitələrdən biri hesab olunur. Artıq çəkidən əziyyət çəkənlərə də müntəzəm alma yemək məsləhət görülür. Bu dadlı meyvə yuxarıdakı xüsusiyyətləri ilə yanaşı, həm də gözəllik ölçüsüdür. Sənət adamları alyanaqlı gözəlləri vəsf edəndə məhz bu cənnət meyvəsinin adı təsadüfən seçilməyib. Toy xonçalarındakı şirniyyatlarla yanaşı aparılan almalar ən yaxşı hədiyyələrdən biri olub. Doğma Naxçıvanımız özünün təravətli Şərur şaftalısı, Nehrəm qarpızı, Sədərək üzümü, Şahtaxtı qovunu, Ordubad əriyi ilə yanaşı, həm də bal kimi dadlı Kükü alması ilə də tanınır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən oktyabr ayında 15 kilometr beton və torpaq kanal, 39 kilometr ara arxları və 2 kilometr kollektoru lildən təmizlənmiş, 19 kilometr yeni suvarma boru xətti, 2 kilometr yeni içməli su xətti çəkilmişdir.
Yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, su itki­sinin qarşısının alınması məqsədilə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 407 hektar sahədə qapalı suvarma şəbəkəsi istifadəyə verilmişdir.
Yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi məqsədilə Kəngərli rayonunun Xok və Yeni Kərki kəndləri arasındakı ərazidə meliorativ tədbirlər görülmüş, torpaq əkin üçün yararlı hala gətirilmişdir. Həmçinin payız suvarma mövsümünə hazırlıqla əlaqədar olaraq bütün hidrotexniki qurğularda, nasos stansiyalarında, elektrik avadanlıqlarında, təzyiqli və suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır. Yaşayış məntəqələrini və əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə Arpaçay, Naxçıvançay və Cəhriçay selovlarında, ümumilikdə, 2,4 kilometr uzunluğunda istiqamətləndirici bənd tikilmişdir.
Naxçıvan Muxtar Respublikası ərazisində əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün ok­tyabr ayında tədbirlər görülmüş, “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Şərur rayonunda 956 metr su və 4551 metr kanalizasiya xətləri çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 2 aprel tarixli Fərmanı muxtar respublikamızda torpaqların elektron uçotunun aparılması yolu ilə torpaq ehtiyatlarından daha səmərəli istifadənin təmin edilməsi üçün olduqca mühüm əhəmiyyətə malikdir.
Fərmandan irəli gələn məsələlərin icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair tədbirlər planı”nı təsdiq etmişdir. Tədbirlər planına uyğun olaraq Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən sistemin fəaliyyəti üçün proqram təminatının xüsusiyyətləri, sistem üçün tələb olunan avadanlıqlar müəyyənləşdirilmiş, sistemə daxil ediləcək məlumatların strukturu öyrənilmişdir. Bunun üçün proqram təminatının hazırlanmasına başlanılmışdır.

Ardını oxu...

“Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən oktyabr ayında qaz təsərrüfatında istismarda olan avtomat qazpaylayıcı stansiyalarda təzyiq tənzimləyicilərinə, odorant qurğularına, ölçü qovşaqlarına və onların üzərində quraşdırılan texnoloji avadanlıqlara qrafik üzrə texniki baxış keçirilib, aşkar olunan nöqsanlar aradan qaldırılıb.
Bu dövrdə daxil olan müraciətlərə əsasən 113 fərdi ev və 5 müxtəlif təyinatlı obyekt qazlaşdırılıb.
Muxtar respublikanın şəhər, rayon qaz istismar idarələrinin qəza dispetçer xidmətlərinə istehlakçılardan qaz sızması, qazın təzyiqinin düşməsi, tənzimləyicilərin dayanması və digər səbəblərə görə 1600 çağırış daxil olub. Daxil olan çağırışlara uyğun olaraq təbii qazın nəqli bərpa edilib. Həmçinin ötən ayda qaz təsərrüfatı şəbəkəsində 1695 sızma aşkarlanaraq aradan qaldırılıb.

“Naxçıvanqaz” İstehsalat Birliyinin
mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi oktyabr ayında istehsal və idxal olunan məhsulların keyfiyyətinə nəzarət işini, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin standartların tələblərinə uyğunluğunu diqqətdə saxlamışdır.

Ay ərzində təsərrüfat subyektlərinə verilmiş 168 uyğunluq sertifikatı, 1 sınaq laboratoriyasının akkreditasiya attestatı, xüsusi razılıq alınması üçün 2 təsdiqedici sənəd dövlət reyestrində qeydiyyata alınmışdır. Bu dövrdə yerli istehsal məhsullarının keyfiyyətinə nəzarət məqsədilə 159 qida istehsalı müəssisəsində maarifləndirmə xarakterli görüş keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür. Məhsul nümunələrinin 109 halda laboratoriya analizləri aparılmış və texniki normativ-hüquqi aktların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində Ordubad rayonunun Sabirkənd kəndində arıçılıq məhsulları istehsalçıları ilə maarifləndirmə xarakterli görüş keçirilmişdir. Görüş zamanı 7 təsərrüfat subyektindən götürülmüş bal nümunələrinin laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilmiş, 1 bal məhsulu sertifikatlaşdırılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə əhaliyə göstərilən avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi barədə muxtar respublika Nəqliyyat Nazirliyinə də müvafiq tapşırıqlar verilib.
Bu tapşırıqların icrası diqqətdə saxlanılır, müvafiq tədbirlər görülür. Artıq avtovağzalların qış mövsümünə hazırlığı başa çatdırılıb, istilik sistemləri yoxlanılaraq işlək vəziyyətə gətirilib, şəhərlərarası və rayonlararası marşrut avtobuslarının qrafiki dəqiqləşdirilərək mövcud çatışmazlıqlar aradan qaldırılıb. Hazırda muxtar respublikada sərnişinlərə xidmət göstərən 135 xətdə 293 avtobusla rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilib.
İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə fəaliyyət göstərən avtobusların da qış ayları ərzində fasiləsiz fəaliyyət göstərməsi üçün tədbirlər görülüb. Oktyabr ayında bu marşrutla Naxçıvandan Bakıya 1069, Bakıdan Naxçıvana isə 986 sərnişin daşınıb.
Avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınmasına, marşrut qrafikinə, avtobusların sürət həddinə nəzarət olunması məqsədilə Naxtel-4G GPS monitorinq izləmə sistemi vasitəsilə avtobusların hərəkəti müşahidə edilir.

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin
mətbuat xidməti

Bu il də ululardan ulu diyarımız üçün ötən ildən uğurlu, sayalı gəldi. Naxçıvanımızın hər qarışına yeni naxışlar vuruldu, yeni rənglər qədim məmləkətimizin mənzərəsinə al-əlvanlıq, şuxluq, gözəllik qatdı. Yeni-yeni binalar, yollar, körpülər  istifadəyə verildi. Susuz çöllərə su çəkildi, bağlar-bağçalar salındı, ağacsız torpaqlara yeni fidanlar əkildi. Həmin fidanlar insan əlinin nəvazişi ilə torpaqda özlərinə daha möhkəm yer etdilər, çiçəkləndilər, pərvazlanıb boy atdılar. Şoran torpaqlara möhkəm, sarsılmaz iradəsinin gücünü göstərən insanoğlu hektarlarla belə torpağı körpə ağaclara yurd-yuva etdi. Naxçıvan daha yaşıl diyara çevrildi.

Artıq Naxçıvan şəhəri yağışlı-çiskinli qızılı payızını yaşayır. Əsən küləklər, gecə ayazı ağacları gələn qışa əməlli-başlı hazırlayıb. Təkəmseyrək ağaclar bu fəslin şıltaqlığına dözə bilib, bir az “əyin-başında” yarpaq saxlayıb. İndi şəhərə gözəllik, yaşıl rəng vermək növbəsi həmişəyaşılların, küknarların, şamlarındır. Doğma diyarımızın bütün guşələrində olduğu kimi, Naxçıvan şəhərində də belə ağaclar minlərlədir. Şəhərimiz yenə yaz fəslindəki kimi gözəl, yaraşıqlı, cilvəlidir.
Səhərdir. Xan Arazdan qalxan sis, duman şəhəri qalın yorğan kimi örtüb. Sanki Tanrının min illərdir, qoruyub saxladığı bu şəhəri yad gözlərdən gizlədir, mühafizə edir. Duman çəkildikcə gözlər önündə şəhərin möhtəşəm mənzərəsi canlanır. Yaşamaq, yaratmaq həvəsi ilə yollara çıxan insanlar təmiz, səliqəli səkilərlə işə tələsirlər. Yaşlı bir insan da onların arasındadır. Ətrafındakı ağacların rəngində yaşıl paltar geyən ağsaçlı-saqqallı insan ciddiyyət və qətiyyətlə addımlayır. Biləkləri ağac gövdəsitək möhkəm, əlləri qabarlı, alnı torpaq kimi qırışlarla örtülü, gözlərindən şəfqət, mehribanlıq yağan bu insanın işi bir çoxlarından daha çətin, daha məsuliyyətlidir. Yəqin təxmin etmisiniz. Hər gün şəhərin müxtəlif yerlərində qarşımıza çıxan bu insan əvəzsiz təbiət nümunələrinin, güllərin, çiçəklərin, ağacların qayğıkeşi olan Naxçıvan Şəhər Yaşıllaşdırma İdarəsinin işçisi, bağban Afiyəddin Mirzəyevdir.

Ardını oxu...

Qədim diyarımızın zəngin ulu keçmişinin hər səhifəsində xalqımızın keçdiyi şərəfli, sirli-soraqlı salnamə yaşayır. Bu gün muxtar respublikamızın hansı səmtinə üz tutsaq, orada yaşı minilliklərə söykənən tarixlə rastlaşacağıq. Yaxın günlərdə üz tutduğumuz Babək rayonunun Qahab kəndi də müasirliyi ilə yanaşı, ulu keçmişimizi özündə yaşadan qədim yurd yeridir.

Qahab kəndinin keçmişi ilə bağlı məlumata 1930-cu illərə aid informasiya mənbələri sırasında rus şərqşünası K.N.Smirnоvun əsərində rast gələ bilərik. Mənbələrdən əldə etdiyimiz məlumata əsaslanaraq vurğulayaq ki, 1936-cı ilin payızında rus şərqşünası K.N.Smirnоv 64 gün Naxçıvanda оlmuş, Zəngəzur və Naхçıvanın əksər kənd­lərini gəzmiş, ziyalılardan, muzеy və arхivlərdən zəngin matеriallar tоplamış, Naхçıvanın tariхi və еtnоqrafiyası ilə bağlı qiymətli əsər yazmışdır. Həmin əsərdə o, Kəngərli nəslinin nümayəndəsi Şahbaz ağanın verdiyi məlumata əsaslanaraq 1831-ci ildə Naxçıvanın bir çox kəndində, eləcə də Qahabda Kəngərli tayfa və tirələrinin yaşadıqları, hətta muxtar respublikamızda bəzi yaşayış məskənlərinin Kəngərli bəylərinə məxsus olduğunu yazıb.
Başqa bir mənbədə Qahab kəndinin tarixi adına nəzər saldıq. Qahab, gah – “düzən”, “çay yatağı”, ab – “su” sözlərindən ibarətdir. Digər mənbələrdə isə bu ad “az sulu” mənasında açıqlanır. Lakin tədqiqatçıların fikrincə, belə mənbələr kəndin tam adının açıqlanması üçün əsas deyil.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Kəngərli rayonunun Xok kəndində “Torpaq mülkiyyətçiləri tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının mahiyyəti və bu sahədə tətbiq olunan elektron xidmətlər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri Kəngərli Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Ağa Seyidov açaraq sosial sığortanın tətbiqinin əhəmiyyətindən ­danışıb.
Sonra Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Tural Cəfərov çıxış edərək torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ, dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin bağlanma şərtlərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Ardını oxu...

2017-ci ili Babək rayon sakinləri üçün uğurlu illərdən biri saymaq olar. İlin ötən dövründə məhsuldar torpaq sahələrində zəhmət çəkərək məhsul bolluğu yaradan insanların sevincini başa düşmək çətin deyil.
Babək Rayon Statistika İdarəsindən aldığımız məlumata görə, bölgənin torpaq mülkiyyətçiləri əvvəlki ilin payızında və cari ilin yazında 10420 hektar sahədə taxıl əkiblər. Bunun 6964 hektarı buğda, 3456 hektarı isə arpa olub. Əkilən sahədən 22,124 ton buğda, 10,696 ton arpa tədarük edilib. Hazırda torpaq mülkiyyətçiləri yenə sahələrdədir. Onlar şum qaldırılması və payızlıq taxıl əkinini vaxtında başa çatdırmaq üçün əlverişli hava şəraitindən səmərəli istifadə edir, gələn ilin bol məhsulunun əsasını qoymağa çalışırlar. Taxılçılar bu sahədə də göstərilən dövlət qayğısından razılıq edirlər. Çünki kifayət qədər texnika sahələrə çıxarılıb. Hazırda payızlıq əkin üçün şumlanmış sahələrə toxum səpilir, zəmilər suvarılır.
Dənli-paxlalı bitkilərin əkinində də yüksək nəticəyə nail olunub. Belə ki, 208 hektar sahədən 687 ton məhsul toplanılıb. Rayonun məhsuldar torpaq sahələri burada yüksəkkeyfiyyətli kartof istehsalına imkan verir. Yaradılan şərait, dövlət tərəfindən verilən kredit və əldə edilmiş məhsuldar toxum sortları torpaq mülkiyyətçilərinin ilbəil qazandıqları uğurların artmasında başlıca səbəblərdir. Babəklilər kartof əkilmiş 476 hektar sahədən bol məhsul əldə ediblər. Tərəvəz əkini sahələrində də vəziyyət ürəkaçandır. Belə ki, 2093 hektar tərəvəz əkini sahəsi torpaq mülkiyyətçilərinə xeyli gəlir gətirib. Rayonda bu il barverən meyvə və üzüm bağlarında məhsuldarlıq ötən illə müqayisədə yüksək olub. Babəklilər bostan məhsullarının tədarükündə də zəngin təcrübəyə malikdirlər. Belə ki, 1511 hektar sahədə bostan məhsulları yetişdirən torpaq mülkiyyətçilərinin də zəhməti hədər getməyib.

Xəbərlər şöbəsi

İkinci “Arıçılıq məhsulları-bal festivalı”ndan reportaj

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il   18 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada bu sahə ilə məşğul olan sahibkarlar və əhali tərəfindən minnətdarlıqla qarşılanıb. Proqramdan irəli gələn vəzifələrin vaxtında yerinə yetirilməsi istiqamətində məqsədyönlü tədbirlərin keçirilməsini muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə kimi də dəyərləndirmək olar. 

Ardını oxu...

Bu gün muxtar respublikamızda tikinti sənayesi materiallarına tələbatı ödəyəcək potensial yüksək səviyyədədir. Bu sahədə yerli xammaldan istifadəyə xüsusi diqqət göstərilir. Bunun nəticəsində son illərdə regionumuzda aparılan tikinti-quruculuq işlərində belə materiallara olan tələbat daxili imkanlar hesabına ödənilir, bu materialların keyfiyyətli istehsalına nəzarət gücləndirilir. Son illərdə isə ənənəvi tikinti materialları ilə yanaşı, plastik tərkibli yeni tikinti materiallarından da geniş şəkildə istifadə olunur.

Yarandığı gündən daim innovativ texnologiyalardan yararlanmaqla istehlakçıların diqqətini çəkən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı uğurlu fəaliyyəti ilə muxtar respublika iqtisadiyyatının çiçəklənməsinə, sənayenin inkişafına və tikinti sektoruna öz töhfəsini verməkdədir.

Ardını oxu...

İqtisadiyyatın inkişafı çoxşaxəli olduğundan, bu inkişafın nəticəsini bütün sahələrdə görmək və hiss etmək mümkündür. Pərakəndə ticarətin inkişafı isə istənilən ölkədə iqtisadi inkişafın ümumi mənzərəsini göz önündə canlandırır. Çünki istehlakçının hansısa məhsulla ilk təması pərakəndə ticarətdən başlayır. Bir məhsulun keyfiyyəti, dəyəri, qiyməti haqqında ilk düşüncələrimiz həmin məhsulların satıldığı mağazalarda, ticarət obyektlərində, bir sözlə, pərakəndə ticarətdə gördüyümüzdən sonra formalaşır.

Pərakəndə ticarət istehsalçının düşüncə və ideyalarının son nəticəsi olaraq istehsal etdiyi məhsulların istehlakçı ilə “görüşdüyü” son nöqtədir. Bununla yanaşı, marketoloqlar öz işlərini burada daha yaxşı nümayiş etdirə bilirlər, sahibkarlar məhsullarının keyfiyyətini, reklamçılar reklamlarının təsirini məhz pərakəndə ticarətdə öyrənirlər. Eyni zamanda brend məhsullar öz liderliklərini burada sübut edirlər. Bu mənada, iqtisadçıların qənaətinə görə, pərakəndə ticarət ölkə biznesinin aynasıdır. Bəzən deyirlər ki, istehsalçılar məhsulu necə istehsal etməyi istehsal müəssisələrində deyil, pərakəndə ticarətdə öyrənirlər. Yəni istehlakçının necə məhsul istədiyini bu sektor vasitəsilə öyrənib təmin edirlər.
Ötən yazılarımızın birində qeyd etmişdik ki, ölkəmizdə pərakəndə ticarətin inkişafı müstəqilliyimizin bərpasından sonrakı dövrə təsadüf edir. Azad bazar iqtisadiyyatına yeni keçidin formalaşdığı həmin dövrdə ölkəmizin hər tərəfində olduğu kimi, muxtar respublikamızda da ümumi iqtisadi vəziyyət ürəkaçan deyildi. Yaşayış məntəqələrinin yaxınlığında çoxsaylı kiçik satış obyektlərinin (“budka” ticarəti) yaranması, qonşu ölkələrdən ərzaq və qeyri-ərzaq məhsullarının idxal olunaraq fərdi şəkildə satışının təşkil edilməsi pərakəndə ticarətin ilk işartıları idi.

Ardını oxu...

Muxtar respublikada iqtisadi artımın yüksələn dinamikasının qorunub saxlanılması qarşıya qoyulmuş ən mühüm vəzifə kimi diqqəti cəlb edir. Aparılan təhlillər göstərir ki, muxtar respublikamızda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, yeni iş yerlərinin yaradılması və səmərəli məşğulluğun təmin olunması bu məqsədlərə çatmaqda mühüm amillərdəndir. Naxçıvan Muxtar Respublikasında cari ilin ilk 9 ayının sosial­-iqtisadi inkişaf mənzərəsi belə deməyə əsas verir.

Muxtar respublikanın iqtisadi inkişafında ən mühüm göstəricilərdən biri olan ümumi daxili məhsulun həcminin artım dinamikası bəhs edilən dövrdə yüksələn templə müşahidə olunub. Belə ki, 2017-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 1 milyard 949 milyon manatdan artıq ümumi daxili məhsul istehsal olunub ki, bu da bir il öncəki müvafiq göstəricidən 1,6 faiz çoxdur. Bu dövrdə muxtar respublikanın sosial-iqtisadi inkişafının digər göstəriciləri arasında sənaye, kənd təsərrüfatı, tikinti-quruculuq, ixracat və xidmət sahələrində də artım dinamikasının təmin olunduğunu görürük. Əhali gəlirlərinin artması alıcı­lıq qabiliyyətini təmin edib, mal və xidmətlərdən istifadə səviyyəsini yüksəldib. Belə ki, bəhs olunan dövr ərzində muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1 milyard 331 milyon 097 min 400 manat, onun hər bir nəfərə düşən məbləği isə 2954,7 manat təşkil edib.

Ardını oxu...

Ələkli kəndi növbəti belə ünvandır

Bir neçə il əvvəl Sədərək rayonunda yeni bir obyektin açılış mərasimində yaşlı nəslin nümayəndələrinin birinin söylədiyi fikri tez-tez xatırlayıram: Ulu öndərimiz Heydər Əliyev Naxçıvanı düşmən işğalından qorudu, Ali Məclisin Sədri isə Naxçıvanı yenidən qurdu. Bu fikirdə olan həqiqəti bu gün hər birimiz təsdiq edərik. Naxçıvanla əlaqəsi olan, buraya ara-sıra qonaq gələn insanlar da həmin qənaətin doğruluğunu görürlər. 

El ağsaqqalının dediklərini təsadüfən xatırlamadım. Ötən günlərin birində Şərur rayonunun Ələkli kəndində gördüklərim ağsaqqalın sözlərinə canlı misal olan reallıqdan bir nümunə, adıçəkilən yaşayış məntəqəsində kənd tam orta və uşaq musiqi məktəblərinin, kənd və xidmət mərkəzlərinin, mərasim evinin yeni binaları, yaşayış məntəqəsində yolların yenidən qurulması, digər tədbirlər isə quruculuğun növbəti səhifələridir.
Budur, kənddə aparılan kompleks quruculuq tədbirləri ərəfəsində salınmış böyük alma bağının əhatəyə aldığı yeni ünvanlardan ikisi: Ələkli kənd tam orta məktəbinin binası və kənd mərkəzi. Ələkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Elşən Bayramovla məktəb binasına daxil oluruq. Tənəffüs vaxtıdır. Şagirdlərin şaqraq gülüş səsləri bizi qarşılayır. Müəllimlər otağına daxil oluruq.
Bütün fəaliyyətini Ələkli məktəblilərinin təhsilinə sərf etmiş 91 yaşlı təqaüdçü-müəllim Aqiyə Qurbanova ilə burada tanış oluram. Nurani sifətindən təbəssüm süzülür. Hiss etmək çətin deyil ki, yeni məktəb binası ona da böyük sevinc bəxş edib. Deyir ki, tədris ocağının yeni binasının istifadəyə verilməsi münasibətilə doğma kollektivi təbrik etməyə gəlib. Uzun illər pedaqoji fəaliyyət göstərən Aqiyə müəllimənin ürəyi sözlə doludur:

Ardını oxu...

Son illər muxtar respublikamızda emal və istehsal müəssisələrinin sayının artması sahibkarlığın inkişafına ciddi önəm verilməsinin göstəricisidir. Həmin müəssisələrdə istehsal olunan məhsullar daxili bazarın qorunmasında mühüm əhəmiyyət daşıyır. Yaradılmış şərait hesabına dünyaya inteqrasiya olunduğumuz bir dövrdə artıq sahibkarlar daxili bazarla kifayətlənməyərək həm də rəqabətədavamlı, ixracyönümlü məhsul istehsalına da ciddi fikir verirlər.

Bir neçə ildir ki, müxtəlif sahibkarlıq subyektləri öz məhsullarını xarici bazarlara çıxarmaq imkanları da qazanıblar. Keyfiyyətli və ixracyönümlü məhsul istehsalı işin bir tərəfidirsə, onun xarici bazara çıxarılması üçün şərait yaradılması digər tərəfidir. Bu cəhətdən xarici ölkələrdə təşkil olunan beynəlxalq tədbirlər mühüm əhəmiyyət daşıyır. Ölkə daxilində və xaricində həyata keçirilən sərgilərdə və bir sıra tədbirlərdə sahibkarların iştirakı təmin olunmaqla, onlara öz məhsul və xidmətlərini nümayiş etdirmək imkanları yaradılır ki, bu da, öz növbəsində, həmin sahibkarların istehsal etdiyi məhsulların satışının dəstəklənməsinə xidmət edir.
Yerli məhsulların nümayiş etdirildiyi sərgilər ticarət əlaqələrinin genişləndirilməsi, iş adamları arasında ünsiyyətin qurulması və əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli, yeni tərəfdaşların tapılması, istehsalın şaxələndirilməsi və müəssisələrin imicinin formalaşdırılması baxımından faydalıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında infrastrukturun yenilənməsi, müasir müəssisələrin, yeni iş yerlərinin yaradılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələr verib.
Ötən dövrdə sahibkarlığın inkişaf etdirilməsinə göstərilən dövlət qayğısı nəticəsində istehsal müəssisələrinin sayı artıb, yerli məhsulların növ və çeşidinin həcmi yüksələn xətt üzrə inkişaf edib. Bu da, öz növbəsində, ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmini artırıb.

Ardını oxu...

Muxtar respublikada yaşayış və inzibati binaların tikintisi və ya əsaslı şəkildə yenidən qurulması diqqət mərkəzində saxlanılır. Bu tədbirlər iri yaşayış məntəqələrindən olan Babək rayonunda da uğurla aparılır.
Cari ildə rayonda İcra Hakimiyyətinin inzibati binası, Nehrəmdə Heydər Parkı, Payızda 4 sosial obyekt və kənd yolu, Şıxmahmud və Xəlilli kəndlərini Naxçıvan şəhərinə birləşdirən yol, eləcə də su-kanalizasiya sistemləri istifadəyə verilib. Abadlıq-quruculuq tədbirlərinin davamı olaraq oktyabr ayından Babək qəsəbəsində yeni yaşayış binasının tikintisinə başlanılıb.
Yeddi mərtəbədən ibarət olacaq yaşayış binasının zirzəmi hissəsində geyim və ərzaq mağazaları, dərzi və bərbər salonu olacaq. Hazırda binanın təməli qazılır. Bina 28 mənzillidir. Mənzillərin 21-i ikiotaqlı, 7-si isə üçotaqlı olacaq. Bu da rayonda gənc ailələrin mənzilə olan tələbatının ödənilməsinə şərait yaradacaq. Yaşayış binası öz müasir görkəmi ilə Babək qəsəbəsinin də hüsnünə yeni çalarlar qatacaq.

Muxtar RZAZADƏ

hektarla


Naxçıvan şəhərində hər il genişmiqyaslı tikinti-quruculuq işlərinin aparılması, abadlıq tədbirlərinin həyata keçirilməsi muxtar respublika paytaxtının simasını tanınmaz dərəcədə dəyişdirib, şəhər Avropa və Şərq memarlığı ənənələrinin yaşadıldığı bir paytaxta çevrilib. Bu tədbirlər qədim şəhərin gözəlliyini artırmaqla yanaşı, insanların rahat şəraitdə yaşamasına və işləməsinə, asudə vaxtlarının səmərəli keçirilməsinə də zəmin yaradıb. Tikinti-quruculuq tədbirləri həyata keçirilərkən şəhərin qədimliyinin, milli memarlıq üslubunun qorunmasına ciddi fikir verilməsi paytaxta əsrarəngiz gözəllik bəxş edib. 

Ardını oxu...

O, öz təsərrüfatında saxladığı camışların südündən hazırladığı ağartı məhsullarını hər il muxtar respublikanın paytaxtındakı yarmarkalarda alıcılara münasib qiymətə təklif edir. Çoxumuzun yaxından tanıdığı və Babək rayonunun Şıxmahmud kəndindəki nümunəvi təsərrüfat sahiblərindən olan Məhyəddin Bayramov ixtisasca baytar həkimdir. Bu gün fərdi təsərrüfatında 20-yə yaxın camış saxlayan və necə deyərlər, bu sahənin “dilini” bilən həmsöhbətim qatıqdan, qaymaqdan yaxşı gəlir götürür. Son illər Naxçıvanda heyvandarlığın inkişafı üçün həyata keçirilən kompleks tədbirlər Məhyəddin həkim kimi təsərrüfat sahiblərinin də “qol-qanadını” açıb, bu sahənin inkişafına stimul verib.
“İşimlə bağlı olaraq günün birinci yarısında “Cahan” Ticarət Mərkəzində oluram. Sizinlə saat 4-də Şıxmahmud kəndinin mərkəzində görüşək”, – deyən Məhyəddin həkimlə telefonda sağollaşıb üz tuturuq həmin ünvana. Xəbər verdiyimiz kimi, avqust ayında Şıxmahmud və Xəlilli kəndlərini Naxçıvan şəhərinə birləşdirən möhtəşəm yol sakinlərin ixtiyarına verilib. Elə biz də könül oxşayan, rahatlıq bəxş edən bu yolu başa vurub nişan aldığımız məkana çatırıq. Hal-əhval tutduqdan sonra həkim qeyd edir ki, vaxt itirmək olmaz. Çünki təsərrüfatı bir xeyli uzaqdadır. Onun fəaliyyəti ilə bağlı ilkin təəssürat da elə maşında yaranır. Sahibkar deyir ki, zəhmət bataqlıqda da gül bitirər. Bu gün yaradılan əlverişli mühitdən istifadə etməyi bacaran hər kəs sahibkar ola bilər. Uzun illərdir, heyvandarlıqla məşğul oluram. Olduqca gəlirli və faydalı sahədir. Ümumiyyətlə, kəndli təsərrüfatın bütün qollarından ikiəlli yapışmalıdır. Bol məhsul istehsal etməli, daxili bazara öz töhfəsini verməlidir. Fərqi yoxdur, bu, heyvandarlıqda da ola bilər, taxılçılıqda da, tərəvəzçilikdə də. Uzun illərin bəhrəsi kimi bu yaxınlarda təsərrüfatdan əldə etdiyim qazancla “Hundai” markalı avtomobil almışam. Evdə oğul-uşağa da hər zaman məsləhət görürəm ki, kənd əməkçisi həmişə halal zəhməti ilə özünün sosial problemlərini həll etməlidir...

Ardını oxu...

hektarla

Sənaye elə bir sahədir ki, bu sahənin inkişafına nail olmadan iqtisadiyyatda hər hansı bir uğurdan söhbət gedə bilməz. Çünki sənaye cəmiyyətin istehsal gücünün artmasına böyük təsir göstərən müəssisələrin ümumi məcmusunu təşkil edir və əsas vəzifəsi mövcud xammalı istehlakçıya istifadəyə hazır vəziyyətdə təqdim etməyə hesablanıb. Bu isə məişətimizdə gündəlik istifadə etdiyimiz maddi və qeyri-maddi məhsulların həyatımızda necə mühüm bir yerə malik olmasını təsdiq edir. 

Məhz bu baxımdan ölkəmizdə həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri də sənaye məhsulları istehsalı ilə regionların tarazlı inkişafına, o cümlədən yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönümlü hazır məhsul istehsalına nail olmaqdan ibarətdir. Çünki enerji və ərzaq təhlükəsizliyi ilə bərabər, sənaye məhsulu istehsalı da ölkənin iqtisadi təhlükəsizliyinin əsas şərtlərindən biridir. Milli iqtisadiyyatımızın hazırkı dövründə mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlılığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Regional inkişafa göstərilən bu diqqət ölkəmizin bütün regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında da sənayenin inkişafına şərait yaradıb. Nəticədə, muxtar respublikada sənayenin müxtəlif sahələrinin inkişaf etdirilməsinə yönəlmiş kompleks tədbirlər bu sahədə müsbət nəticələrin əldə edilməsinə səbəb olub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən vergi orqanlarında vakant vəzifələrin tutulması üçün oktyabr ayının 2-də elan olunan müsabiqənin test mərhələsi keçirilib.

Test imtahanları başlanmazdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib. Test imtahanları mərhələsində namizədlərə ixtisas üzrə 90, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 sual olmaqla, 100 sual təqdim edilib. Sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilib. Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə imtahan prosesinin videoçəkilişi aparılıb. Test imtahanı bitdikdən sonra isə namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilib. İmtahanda Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşları müşahidəçi kimi iştirak ediblər. Test imtahanlarının nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilib.
Xatırladaq ki, vergi orqanlarında vakant vəzifələrin tutulması üçün bu il oktyabr ayının 2-də elan edilmiş müsabiqəyə 33 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 32 namizəd sənəd təqdim etmişdi.

 Səbuhi HÜSEYNOV

Etibarlı əməkdaşlıq müasir biznesin əsas şərtlərindən biridir. Bu baxımdan sahibkarlıq subyektlərinin qarşılıqlı öhdəlik və sosial məsuliyyət prinsipləri baxımından həyata keçirdikləri bütün layihələr, son nəticədə, onların kommersiya uğuruna da təkan verən mühüm tədbirlərdəndir. Çünki cəmiyyətdən ayrı yaşamaq qeyri-mümkün olduğu kimi, hər bir işin də öz nəticələrinə görə müəyyən bir dəyəri vardır. Dövlətimizin insanların rahat yaşayışı naminə həyata keçirdiyi bütün məqsədyönlü işlərə uyğun olaraq sosialyönümlü fəaliyyətə də ciddi yer ayıran “Cahan Holdinq” Şirkətlər İttifaqı da belə uğurlu sahibkarlıq subyektlərindəndir. 

Müasir Azərbaycanın ümumi sosial-iqtisadi mənzərəsində özünəməxsus yolu ilə seçilən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasına dönmədən əməl olunması ilə indiki mərhələyə yüksəlib. Çox qısa bir müddətdə böyük inkişaf yolu keçmiş Naxçıvanda artıq sənaye, kənd təsərrüfatı, tikinti-quruculuq, alternativ enerji layihələri, yeni nəsil mobil rabitə xidmətləri, avtomobil istehsalı, turizm, ticarət və digər sahələrdə yüksək potensial əldə edilmiş, təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrdə yüksək standartlara nail olunmuşdur. Bütün bunların qazanılmasında isə, şübhəsiz, göstərilən dövlət qayğısından bəhrələnərək iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində mühüm layihələr həyata keçirən özəl sektorun rolu böyükdür. Muxtar respublikamızda əksər hissəsinin özəl sektora aid olduğu müəssisələrdə 371 növdə məhsul istehsal olunması, 344 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi məhz bunun sayəsində mümkün olub.

Ardını oxu...

Yay ilə qış arasında körpü olan qızıl payız günlərinin birində yolumuz abad kəndlərimizin sırasına qoşulan Şərur rayonunun Qarahəsənli kəndinə düşdü. Rayon mərkəzindən 10 kilometr aralıda yerləşən kəndə doğru irəlilədikcə təzəcə səngimiş yağışın Günəşin qızılı şüaları altında min bir rəngə çalan damcıları xəzan yarpaqları üzərində daha əsrarəngiz görünürdü. Təbiətin bu mənzərəsini seyr edə-edə kənd mərkəzinə çatdıq. Burada şəhərdən seçilməyən bir mənzərə ilə qarşılaşdıq.
Son illər muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində kompleks abadlaşan yaşayış məntəqələrindən biri də Qarahəsənli kəndidir. Hər tərəfi gül-çiçəklərlə əhatə olunmuş yaraşıqlı məktəb binası, kənd və xidmət mərkəzləri, feldşer-mama məntəqəsi bura xüsusi gözəllik bəxş edib.
2017-ci il oktyabrın 20-si uzun illər qarahəsənlilərin hafizəsindən silinməyəcək bir gün kimi yaddaşlarda qalacaq. Həmin gün kənddə bir neçə sosial obyekt istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov kənddə aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edərək demişdir: “Qarahəsənli muxtar respublikanın abad kəndlərinin sırasına qoşuldu. Kənddə müasir infrastruktur yaradılıb. Yol, məktəb binası və digər sosial obyektlər istifadəyə verilib, dayanıqlı elektrik, qaz, rabitə və internet xidmətinin göstərilməsi təmin olunub. Bu gün Azərbaycan dövləti ulu öndərin yolu ilə gedərək hərtərəfli inkişafa nail olmuşdur. Ölkə Prezidentinin ümummilli liderin yolunu davam etdirməsi və göstərdiyi səylər bütün yaşayış məntəqələrinin inkişafına səbəb olmuşdur. Qısa müddətdə həyata keçirilən tədbirlər Qarahəsənlini də müasir Azərbaycan kəndinə çevirmişdir. Bütün bunlar dövlətimizin öz insanlarına qayğısının bir kəndin timsalında nümunəsidir. Yaradılan şərait sakinlərin rahat yaşayışına və təsərrüfatlarının daha da genişləndirilməsinə xidmət edir. Tikilənləri, qurulanları qoruyub saxlamaq, torpaqları əkmək və bol məhsul istehsal etmək isə sakinlərin qarşısında duran əsas vəzifələrdir”.

Ardını oxu...

Biznes Mərkəzində keçirilən tədbirdə bu barədə danışılıb

Məlum olduğu kimi, ötən günlərdə Türkiyə Respublikasının qəbul etdiyi qərara əsasən Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsullar güzəştli şərtlərlə həmin ölkəyə ixrac ediləcək. Dünən Naxçıvan Biznes Mərkəzində bu məsələ ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən sahibkarlara təqdimat keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov bildirib ki, muxtar respublikanın artan iqtisadi potensialı burada istehsal olunan ixracyönümlü məhsulların dünya bazarına çıxarılmasına geniş imkanlar açıb. Nazir qeyd edib ki, son illərdə aparılmış məqsədyönlü tədbirlərin nəticəsi kimi muxtar respublikada ümumi daxili məhsul istehsalı 59, sənaye məhsulunun həcmi 103, kənd təsərrüfatının ümumi məhsulu 11, xarici ticarət dövriyyəsi 24 dəfə artıb. Ümumi daxili məhsulda özəl bölmənin payı 87 faizi ötüb. 1990-cı illərin əvvəlləri ilə müqayisədə bu gün Naxçıvanda fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 11 dəfə artaraq 442-yə çatıb ki, onların da 60-ı ixrac potensialına malikdir. Beynəlxalq standartlara uyğun avadanlıqlarla təchiz edilmiş bu müəssisələrdə 371 növdə yüksəkkeyfiyyətli məhsul istehsal olunur.
Vurğulanıb ki, bu gün Naxçıvanda istehsal olunan mineral sular, vafli məmulatları, daş məhsulları, sement, məsaməli beton, gips, gön-dəri, travertin məhsullarının Türkiyə, Gürcüstan, Qətər, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya kimi ölkələrə ixracı həyata keçirilir.

Ardını oxu...

Bu sahənin inkişafı iqtisadiyyatda mühüm perspektivli istiqamətlərdən biri sayılır


Ortayaşlı insanların yaxşı xatirində olar ki, ötən əsrin səksəninci illərinin sonunadək Şərur və indiki Kəngərli rayonunda tütünçülük kənd təsərrüfatının ən geniş yayılmış sahələrindən biri olub. Hektarlarla əkin sahələrində yetişdirilən bu bitkinin tədarükü zəhmətkeş insanların əsas məşğuliyyəti sayılmaqla yanaşı, həm də kəndlinin əsl qazanc mənbəyi idi. Müasir dövrün düşüncəsi ilə baxsaq, bu, böyük zəhmət və əziyyət tələb edirdi. Ancaq, son nəticədə, qazancı da pis deyildi. Ona görə zəhmətli deyirəm ki, məhsul yetişdikdən sonra tütünün yaşıl yarpaqları bir yerə toplanar, ərazi məhdudiyyətindən hər kəs onu yaşadığı həyətyanı sahəsinə daşıyar, əllə sapa düzdükdən sonra qurutmaq üçün asqıya alardılar. Qurutduqdan sonra isə ovulmaması üçün onu əl dəyməyən bir yerdə saxlayar, dövlət müəssisəsinə təhvil verənədək əzilməkdən, yanğından və sairdən qorumağa çalışardılar. Lakin 90-cı illərin tənəzzül dövrü digər analoji sahələr kimi,  tütünçülüyün də inkişafının qarşısını aldı. Qısa müddətdə ölkəmizdə, eləcə də muxtar respublikamızda siqaret qıtlığı yaşansa da, sonradan bu boşluğu idxal məhsullar hesabına doldurmaq mümkün oldu. Nəticədə isə hər il milyonlarla valyuta xarici bazarlara axmağa başladı. 

Ardını oxu...

Şərur rayonunda iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatının bütün sahələrində məhsuldarlıq intensiv amillər hesabına artırılır, aqrar sahənin davamlı inkişafı təmin edilir. Təkcə bu ilin doqquz ayında 102 milyon 223 min 100 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz çoxdur.

Cari ilin məhsulu üçün ötən ilin payızında və bu ilin yazında 17 min hektardan çox müxtəlif bitkilər, o cümlədən 3 min 598 hektar buğda, 546 hektar arpa əkilmişdi. Becərmə tədbirləri aqrotexniki tələblərə uyğun aparıldığından sahələrdə bol məhsul hasilə gətirilib. Biçinə də vaxtında və tam hazırlıqla başlanılıb, bu mühüm kampaniya mütəşəkkilliklə yekunlaşıb, istehsal olunan məhsul 13 min 171 ton, orta məhsuldarlıq isə 31,8 sentner olub. İstehsalçı yığılan taxılın satışı və emalı üçün də heç bir problemlə qarşılaşmır. Çünki arpa və buğda dövlət tərəfindən kəndlini təmin edən münasib qiymətə satın alınır, qalanı rayonda fəaliyyət göstərən 7 dəyirmanda üyüdülür və çörək sexlərində bişirilərək istehlak olunur.
Şərurun torpaq mülkiyyətçilərinin kartof istehsalı və tədarükü sahəsində də yaxşı ənənələri var. Son illər bölgədə kartofçuluğa marağın daha da artması müşahidə olunur. Bu ilin yazında 1031 hektar sahəyə keyfiyyətli toxum basdırılmışdı ki, bu da ötənilki rəqəmdən, təxminən, 300 hektar çoxdur. Əkinlər yüksək aqrotexniki səviyyədə aparıldığından bol məhsul yetişdirilməsinə nail olunmuş, tarlalardan 15 min 396 ton kartof yığılmışdır. Məhsulun bir hissəsi istehsalçının illik ehtiyacı üçün gö­türülmüş, yaxud satış üçün bazara çıxarılmış, qalanı isə soyuducu anbarlara təhvil verilmişdir.

Ardını oxu...

Bu gün Naxçıvan Muxtar Respublikasında genişmiqyaslı quruculuq işləri aparılır, şəhər və rayonlarda müasir binalar tikilir. Qabaqcıl dünya təcrübəsini və inşaat texnologiyalarını mənimsəyən tikinti sektoru muxtar respublikaya sürətli quruculuq, səmərəli podratçılıq, yüksək keyfiyyət və müasir dizayn gətirib. Böyük təcrübə sahibi olan Naxçıvan inşaatçıları öhdələrinə götürdükləri işi qısa müddətdə və yüksək keyfiyyətlə başa çatdırır, verilən tapşırıqları vaxtında yerinə yetirirlər.
Tikinti-quruculuq işləri aparılarkən müasirliklə milliliyin vəhdəti əsas götürülür. Bütün bunların nəticəsidir ki, Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə aparılan geniş tikinti-quruculuq, abadlaşdırma işləri, yolların və körpülərin tikintisi yaşayış məntəqələrinin simasını tamamilə dəyişib.
Gündən-günə gözəlləşən muxtar respublikamızın paytaxtında ötən günlərdə “Araz” Elm-İstehsalat Birliyi, Bitkilərin Mühafizəsi və Toxumçuluq İdarəsi üçün yeni binanın inşasına başlanılıb. Naxçıvan şəhərinin Xətai məhəlləsində inşa edilən bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq. Binanın zirzəmisində yeməkxana, mətbəx, laboratoriyalar, anbar yerləşəcək. Birinci mərtəbədə Bitkilərin Mühafizəsi və Toxumçuluq İdarəsinin, 2-ci və 3-cü mərtəbələrdə isə “Araz” Elm-İstehsalat Birliyinin işçiləri üçün iş otaqları, akt zalı, kitabxana və digər otaqlar yerləşəcək.
Hazırda inzibati binanın təməlində beton-qəlib işləri görülür.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Dövlət Baytarlıq Xidməti və “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin təşkilatçılığı ilə Ordubad rayonundakı Sabirkənddə “Payız mövsümündə arıxanalarda baytarlıq tədbirlərinin aparılması və arıxanaların qışlamaya hazırlanması” mövzusunda müşavirə keçirilib.
Müşavirəni Ordubad Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Zamiq Babayev açaraq tədbirin məqsəd və vəzifələri barədə iştirakçılara məlumat verib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Vəli Novruzov “Arıxanaların zoobaytar qaydalara uyğun qışlamaya hazırlığının əhəmiyyəti”, “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin sədri Vaqif Məmmədov “Arıçılıqda qabaqcıl təcrübələrin əhəmiyyəti”, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşı Süleyman Rüstəmov “Muxtar respublikada istehsal edilən arıçılıq məhsullarının sertifikatlaşdırılmasının əhəmiyyəti”, Dövlət Baytarlıq Xidmətinin əməkdaşı Qadir Fərhadov “Payız mövsümündə arıxanalarda baytarlıq tədbirlərinin aparılmasının əhəmiyyəti” mövzularında çıxış ediblər.

Ardını oxu...

Muxtar respublikada şoranlaşma və bataqlaşmanın qarşısının alınması, suvarma şəbəkələrinin genişləndirilməsi və mütərəqqi suvarma metodlarının tətbiqi bol məhsul istehsalı ilə yanaşı, torpaq və su ehtiyatlarından səmərəli istifadəyə də imkan verir. Qapalı suvarma şəbəkələrinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Son illər Babək və Culfa rayonlarında 2220, Kəngərli rayonunda isə 717 hektar sahədə qapalı suvarma şəbəkəsi qurulub. Bu tədbirlərin davamı kimi oktyabr ayının 23-də Kəngərli rayonunun Böyükdüz kəndində yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsini muxtar respublikanın həyatında əlamətdar hadisə kimi dəyərləndirib, bu münasibətlə istifadəçiləri təbrik edərək deyib: “Muxtar respublikada mütərəqqi suvarma metodları tətbiq olunur, qapalı suvarma şəbəkələri qurulur, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Son 5 ildə muxtar respublikada 3 min hektara yaxın sahədə qapalı suvarma şəbəkəsi qurularaq istifadəyə verilmişdir. Hazırda bu ərazilərdən bol məhsul götürülür. Bu gün istifadəyə verilən qapalı suvarma şəbəkəsi hesabına isə 407 hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmişdir... Qapalı suvarma şəbəkələrinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması vacib məsələdir. Çünki muxtar respublika əhalisinin sayı ilbəil artır, həyətyanı torpaq sahələrində evlər tikilir. Bu da ərzaq təhlükəsizliyinin təmin olunması üçün yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasını zəruri edir”.

Ardını oxu...

Bu il avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazır­lıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə muxtar respublika Dövlət Energetika Xidmətinin qarşısında da mühüm vəzifələr qoyulmuş, konkret tapşırıqlar verilmişdir. Həmin tapşırıqların icrası çərçivəsində xidmət tərəfindən ardıcıl tədbirlər həyata keçirilmiş, qış mövsümünü mütəşəkkil başa çatdırmaq üçün elektrik stansiyalarında, yüksək və alçaq gərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətindən aldığımız məlumata görə, 2017-ci ilin doqquz ayı ərzində muxtar respublikanın elektrik şəbəkələrinə 364 milyon 704 min 955 kilovat-saat elektrik enerjisi daxil olub. Bunun 30 milyon 651 min kilovat-saatı İran İslam Respublikasından alınıb, 57 milyon 132 min 500 kilovat-saatı Araz, 37 milyon 595 min 700 kilovat-saatı Biləv, 44 milyon 305 min kilovat-saatı “Arpaçay-1”, 2 milyon 234 min kilovat-saatı “Arpaçay-2” Su, 243 min 355 kilovat-saatı Naxçıvan Qaz-Turbin, 159 milyon 672 min kilovat-saatı Naxçıvan Modul, 8 milyon 335 min 400 kilovat-saatı Heydər Əliyev Su Anbarı üzərindəki su elektrik stansiyasında, 24 milyon 536 min kilovat-saatı Naxçıvan Günəş Elektrik stansiyalarında istehsal edilərək elektrik şəbəkələrinə ötürülüb. Doqquz ay ərzində İran İslam Respublikasına 36 milyon 54 min kilovat-saat elektrik enerjisi verilib.

Ardını oxu...

Ordubad Azərbaycanın dilbər guşələrindəndir. Möcüzəli təbiəti və füsunkar gözəlliyi ayrı-ayrı vaxtlarda buraya gələn bir sıra səyyahları təəccübləndirib. Bu qədim yurd yerimiz gursulu kəhrizləri, çayları, tarixi körpüləri, çeşmələri ilə yanaşı, səfalı kəndləri və insanların özünə­məxsus ləhcəsi ilə də seçilib. Bu payız günlərinin birində biz də yol aldıq rayonun gözəl və səfalı yaşayış məntəqələrindən biri olan Aşağı Əndəmic kəndinə. 

Aşağı Əndəmic kəndi rayon mərkəzinə çox yaxın, cəmi 5 kilometrlik bir məsafədə yerləşir. Dağlarla əhatələnən kənd Dübəndi çayının sol sahilində qərar tutub. Təmiz küçələri, səliqə-sahmanlı həyətləri, mehriban, səmimi və qonaqsevər insanları, bir də limonu, xırnik bağları ilə də tanınır bu kənd. Sanki bir rəssamın yaratdığı tablodur. Füsunkar təbiəti, insanlarının qonaqpərvərliyi bu elimizin gözəlliyidir. Doğrudan da, yurdumuzun hər dərəsini, hər yamacını, hər zirvəsini təbiət elə yaradıb ki, baxdıqca doymaq olmur hüsnündən. Uzaqdan döyüşdən qalib çıxmış igidə bənzəyən əsrarəngiz Bəlkə dağının əzəməti, qaməti aydın görünür buralardan.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR