23 Dekabr 2024, Bazar ertəsi

Son illərdə Sədərək rayonunda da inşaat sektoru sahəsində yaddaqalan layihələr reallaşdırılıb. Burada aparılan genişmiqyaslı abadlıq-quruculuq tədbirləri müxtəlif sahələri əhatə edir. Yaşayış məntəqələrində inşa olunan müasir obyektlər sərhəd bölgəsinin sakinlərinin rahat yaşaması və işləməsi məqsədi daşıyır.
Rayonun Heydərabad qəsəbəsində hər il quruculuq tədbirləri həyata keçirilir, bu tədbirlər qəsəbənin simasına yeni çalarlar qatır.
Qəsəbədə yaşayış binalarının da sayı ilbəil artmaqdadır. Bu tədbirlərin davamı olaraq cari ilin əvvəllərindən Heydərabad qəsəbəsində zirzəmi ilə birlikdə 7 mərtəbəli, 48 mənzilli yaşayış binasının tikintisinə başlanılıb. İnşaat işlərini “ARTAY” şirkətinin kollektivi həyata keçirir. Artıq binanın dördüncü mərtəbəsində ara hörgülər başa çatdırılıb, dəmir-beton sütunlar üçün qəlib qurulmasına başlanılıb. Layihə əsasında burada 2 və 3 otaqlı mənzillər olacaq. Hazırda obyektdə kifayət qədər işçi qüvvəsi çalışır, tikintidə, əsasən, yerli inşaat materiallarından istifadə edilir, keyfiyyət amilinə xüsusi diqqət yetirilir. İnşaatçılar geyim formaları, təhlükəsizlik ləvazimatları ilə təmin olunublar. Yeni binanın inşası gənc ailələrin mənzil problemlərinin həllinə öz töhfəsini verəcəkdir.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR