23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən vergi orqanlarında vakant vəzifələrin tutulması üçün oktyabr ayının 2-də elan olunan müsabiqənin test mərhələsi keçirilib.

Test imtahanları başlanmazdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib. Test imtahanları mərhələsində namizədlərə ixtisas üzrə 90, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 sual olmaqla, 100 sual təqdim edilib. Sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilib. Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə imtahan prosesinin videoçəkilişi aparılıb. Test imtahanı bitdikdən sonra isə namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilib. İmtahanda Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşları müşahidəçi kimi iştirak ediblər. Test imtahanlarının nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilib.
Xatırladaq ki, vergi orqanlarında vakant vəzifələrin tutulması üçün bu il oktyabr ayının 2-də elan edilmiş müsabiqəyə 33 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 32 namizəd sənəd təqdim etmişdi.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR